İsa Muğanna “Nəsimi” filmində Rasim Balayevə edam səhnəsini göstərərkən 1 aprel tarixi, xalq yazıçısı, müdrik insan, gözəl insan, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Məşhər”, “İdeal”, “Türfə”, “Cəhənnəm”, “İsahəq Musahəq” romanlarının, “Teleqram”, “Saz”, “Tütək səsi”, “Kollu koxa” povestlərinin, “26-lar”, “Ulduzlar sönmür”, “Nəsimi”, “Tütək səsi”, “Nizami” bədii filmlərinin ssenari müəllifi İsa Mustafa oğlu Hüseynovun (İsa Muğanna) anım günü idi. (1928 – 2014)
Allah rəhmət eləsin ruhu şad olsun. İsa Muğanna sevimli şairimiz Nəbi Xəzri ilə bacanaq olublar. Allah rəhmət eləsin hər birinə.
“Güftə” fars mənşəli söz olub, əsasən, “deyilmiş”, “söz”, “kəlam”, “danışıq” mənası verir. Ədəbiyyatda, xüsusən də musiqidə mahnının sözləri mənasında işlənir. Ədəbiyyat dərgisi təsis edən Vəli Ayla Ayşə Ay Türkiyədə çıxan, ədəbi mühitdə tanınan dərgini bu cür adlandırıblar. Türk dili və ədəbiyyatı müəllimi olan redaktorlar dərgidə bütün türk dünyasının qələm adamlarının yazılarına yer verirlər. Onlar ədəbiyyata dərindən bələddirlər, həm fənni tədris edirlər, həm də hekayə ustalarıdırlar. İstedadlını bircə cümləsindən tanıyırlar və fərq qoymadan, başqa maraqlar güdmədən, ədəbiyyat naminə hər kəsə dəyər verirlər. Burda ilk dəfə təxminən iki il əvvəl “Həkimlərin əyri xətti” adlı hekayəm dərc olunub. İkinci dəfə isə “Ağ divarda qara yazılar”a yer ayırdılar. Üçüncü dəfə hörmətli redaktor həm Azərbaycanda hazırda nəşr olunan jurnallar haqqında məlumat verməyimi, həm də dərginin 2026-cı il mart-aprel sayı haqqında yazmağımı təklif etdi. Bunu xeyli vaxt müşahidə etdikdən sonra düşünüblər. Məmnun edəcək haldır. Gərgin iş rejimi, yaradıcılıq və məişət qayğıları arasında “Güftə ədəbiyyat” üçün vaxt tapmaq nə qədər çətin olsa da, öhdəsindən gəldim. Dərgini ilk səhifədən başlamış sonuncuyadək oxudum və ədəbi qeydlərimi başa çatdırdım. Dərgi sahiblərinin bəyənmələrindən məmnun oldum. Gördüyüm digər işi izah etməyi vacib sayıram. Ədəbi dərgilərimiz haqqında məlumatı isə araşdırmaçıların, alimlərin başa gətirdiyi mətnlərdən və saytlardan toplayıram. Heç kəsin zəhmətini mənimsəmək niyyətində deyiləm. Müəlliflərin və digər mənbələrin adlarını aydın şəkildə qeyd edirəm. Mütləq diqqətinizə çatdırmalıyam ki, burda məqsədim yalnız ədəbi xidmətdir. Digər maraqdan söhbət gedə bilməz. İstəyirəm, mətbuatımız, ədəbiyyatımız, jurnalistlərimiz haqqında “Güftə ədəbiyyat” oxucuları məlumatlı olsunlar. Bu məsuliyyətli işi etimad göstərib mənə həvalə etdikləri üçün dərginin sahiblərinə minnətdaram.
Керим Керимов – чем занимался секретный советский руководитель, которого снимали только со спины
Один из самых засекреченных учёных в мире : Керим Керимов (1917–2003) — выдающийся азербайджанский инженер и ученый, генерал-лейтенант, который на протяжении 25 лет был одной из самых влиятельных и одновременно самых засекреченных фигур в советской космонавтике. Как председатель Государственной комиссии по пилотируемым полетам (1966–1991), он лично давал разрешение на запуск всех космических кораблей, от первых «Союзов» до орбитальной станции «Мир» Участвовал в подготовке запуска первого спутника (1957) и исторического полета Юрия Гагарина (1961). В годы Второй мировой войны занимался разработкой и внедрением первые в мире реактивною систему залпового огня (РСЗО) «Катюша».
В истории советской космонавтики были лица, известные всему миру — Гагарин, Королёв, Терешкова. А были те, чьи имена десятилетиями оставались государственной тайной. Керим Керимов — самый яркий пример такого «генерала-невидимки». Его лицо не появлялось в прессе, а в телерепортажах его показывали исключительно со спины. И при этом именно он на протяжении десятилетий был одним из главных «дирижеров» советской космической программы.
Становление конструктора Керим Керимов родился в Баку в 1917 году. Его юность пришлась на тревожные предвоенные годы, но он сумел получить хорошее образование, окончив Азербайджанский индустриальный институт.
Его карьера резко изменилась в 1941 году, когда его как перспективного выпускника направили в Артиллерийскую академию. Уже во время войны он служил военным представителем на заводах, где принимал снаряды для легендарных «Катюш». А в 1946 году его ждала командировка, определившая судьбу — он отправился в немецкий городок Бляйхероде, где изучал трофейные ракеты Фау-2. Этот опыт стал фундаментом для его дальнейшей 20-летней карьеры в Министерстве обороны, где он прошел путь от старшего инженера до начальника управления.
Серый кардинал космоса
В 1965 году наступил звездный час Керимова. Его назначили председателем Государственной комиссии по пилотируемым полетам. Это была колоссальная ответственность: он утверждал программы полетов, анализировал результаты испытаний и давал окончательный допуск к запуску ракет, кораблей и станций.
После смерти Сергея Королёва в 1966 году именно Керимов стал ведущим ученым и организатором космической программы. Под его руководством проходили запуски всех ключевых проектов: от первых «Союзов» и станций «Салют» до легендарного «Мира». Именно ему космонавты докладывали о выполнении заданий на орбите.
Поэтому неудивительно, что имя Керимова не разглашалось. Ни в телепередачах, ни в кинохронике разглядеть лица Керимова также невозможно: зрителям всегда показывали только спину самого секретного в Советском Союзе руководителя и военачальника.
Верность делу Между тем Керим Керимов не был знаком лишь рядовому советскому гражданину. Руководство же страны регулярно отмечало его заслуги: как указано в сборнике документов «Штрихи к портрету отечественной космонавтики» (автор-составитель Т. А. Головкина), Керимов являлся лауреатом Сталинской, Ленинской и Государственной премий СССР, был награжден многими орденами медалями, а в 1987 году стал Героем Социалистического труда. Керимову было уже за семьдесят, когда он вышел в отставку. Однако самый секретный генерал Советского Союза остался верен своему делу и продолжал работать консультантом Центра управления полетами. И это неудивительно: опыт Керимова, стоявшего у истоков космонавтики, был бесценен.
Спустя 4 года после отставки имя Керима Керимова наконец стало известно широкой общественности. Именно тогда были опубликованы мемуары Керимова под названием «Дорога в космос». Если принять во внимание, что в том числе благодаря Керимову Советский Союз долгое время сохранял первенство в космической гонке, то становится понятно, почему книга вызвала такой интерес читателей. Эти мемуары оказались первым и последним произведением Керимова. Генерал скончался в 2003 году в возрасте 86 лет. Сегодня Керимов уже не засекречен, поэтому его имя носят по крайней мере две московских школы: No 1583 и No 157 с этнокультурным азербайджанским компонентом образования.
Həyat davam edir Hər bir insanın həyat tərzi müxtəlifdir və bizim həyata baxışımız da fərqlidir. Nə qədər problem olmağından asılı olmayaraq, əsas odur ki, insan o problemə necə reaksiya verir. Bəziləri çətinlik çıxanda sınırlar, özlərinə qapanırlar, heç nə etmirlər, depressiyaya düşürlər. Amma elə insanlar da var ki, onlar çıxış yolu axtarırlar, hər bir problemi həll etmək üçün çalışırlar. Onlar heç vaxt təslim olmurlar. Bəli, hər bir çətinlik çıxanda ortaya hətta güclü insanlar belə narahat olurlar, stress yaşayırlar, amma öz hisslərinə qapılmırlar. Nə olursa-olsun, onlar həyatını davam etdirirlər. Bu həyatda gərək güvən, sevgi, ədalət, hər kəsə qarşı pozitiv xüsusiyyətin olsun. Çünki bu, qəlbi sağlamlaşdırır və gözəlləşdirir. “Sən bacarmazsan”, “sən kimsən?”, “sən hardan gəlmisən ki, harada gedəsən?” deyən insanların sözlərini ürəyinə götürməyəsən. Buna görə ilk öncə özünü tanımaq lazımdır. Sokrat demişdi ki, özünü tanıyan insan Allahı və insanları tanıyar. Yəni insan bilməlidir öz güclü və zəif tərəflərini, nəyi xoşladığını, nəyi xoşlamadığını. Özünü tanıyan insan çətinliyə düşdüyü zaman özünü itirməz, dərhal çıxış yolu tapar. Dünya çox böyükdür, onu daraltmağa ehtiyac yoxdur. Ən əsası, ruhdan düşməyəsən. Düşüncəni pozitivlə yüklə, neqativə yer buraxma öz beynində. Problemsiz insan yoxdur. Güclü insan o insan deyil ki, hər dəfə həyatında yaxşı şeylər baş verir. Güclü insan o insandır ki, yıxıldıqdan sonra qalxmağa cəhd edir və həyatını davam etdirir. Bu həyatda gərək güclü olmalısan, öz zəif cəhətlərini heç kimə deməməlisən ki, səndən istifadə etməsinlər deyə. Heç vaxt dayanma. İtkinlərin ola bilər, amma onun əvəzində gözəl qapılar açıla bilər. Keçmiş dərsdir. Gələcək fürsət. İndiki an isə sənin gücündür. Həyat davam edir — dayanmaq yox, davam etmək vaxtıdır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Məqsəd varsa, həyat da var Məqsəd insanın həyatına rəng qatır. Məqsədi olmayan insanın həyatı mənasız kecir. Onların vaxtı boş keçir. Və belə insanlar qocalanda bu həyatda heçnə etmədilər deyə peşman olurlar. Məqsədsiz insanın motivasiyası az olur və ya hec olmur. Onların enerjisi enir və heçnə etmədən özlərini yorğun hiss edirlər. Belə insanlar öz həyatlarını axarına buraxırlar və “nə olacaq oda olacaq” deyib yaşayırlar Məqsədli insanlar. Onların həyatı mənalı olur. Onlar yuxudan oyandiqda ilk öncə öz məqsədini nece həyata keçirəcəyini düşünürlər və kiçik addımlarla öz məqsədinə doğru gedirlər. Onların enerjisi yüksək olur. Belə insanlar hec kimə qulaq asmırlar, öz fikirlərini üstün tuturlar . Onlar bilirlər gec tez öz məqsədinə catacaqlar. Ətrafdakılar Onların məqsədinə gülə bilər,səndə alınmaz deyərlər.,amma onlar nə olursa olsun qabağa gedirlər. Hər kəsin öz həyatı var, öz dünyagörüşü. Özünü tanıyan insanın həyatı gözəl olur. Cətinlik olur,amma buna baxmayaraq inkişaf edə edə , hər səfdə dərs cixardıb birdə o səhvi etmirlər. Məqsədlər cürbəcür olur. Kimsə arıqlamaq istəyir , kimsə varlanmaq , kimsə oxumaq və ya işləmək istəyir. Mənim məqsədimi soruşsanız, mən insanlara xidmət etmək istəyirəm. Bu mənim əsas məqsədlərimnən biridir Və buna görə də çalışıram. Sizdə çalışın ,dayanmayin,ruhdan düşməyin. Alınmasa hədəfinizə çatmağin yolunu axtarın . Və ən əsası inanin. İnanınki alınacaq. Əgər bilmirsinizsə nəyə qadirsiniz, nə Məqsəd qoyasınız qabaqınıza, nə işlə məşqul olasınız . Əgər məqsədiniz yoxdusa, baxın ətrafınıza görün sizi nəyə görə tərifləyirlər . Məqsəd insanın hərəkəte gətirir. Xəstə olsan belə ,imkanın olmasa belə. Məqsədin varsa- həyat daa var deməkdir. Öz həyatını dəyərləndir . Sən qapını döyki, qapı sənə açılsınBunu yadınızda saxlayın ki, “MƏQSƏD VARSA, HƏYAT DA VAR”
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
ÖZÜN KİMİ OL Bu məqaləni yazmaqda məqsədim, hər bir kəsi özü kimi olmağa dəvət etməkdir. Biz hər birimiz cəmiyyətdə oluruq və istəyirik ki, bizi qəbul etsinlər, hər kəsin xoşuna gələk. Amma çox təəssüf ki, nə qədər biz çalışırıq başqasının xoşuna gələk, o qədər də bizdən ya üz döndərirlər, ya da bizdən istifadə edirlər. Səbəb isə bundan ibarətdir ki, biz özümüzü olduğumuz kimi qəbul etmirik. Ya bizi artıq çəki, sakit olmağımız, utancaq olmağımız, çox danışmağımız, ya da məhdudiyyətli olmağımız narahat edir. Yəni səbəblər çoxdur. Və peşə ilə bağlı narahatçılığımız da var. Bəzi insanlar öz fikirlərini ifadə edə bilmirlər, nə istədiyini deyə bilmirlər və belə halda onlar istər şəxsi həyatında, istərsə də karyerasında mənfi nəticələrə gətirib çıxarır. Realda baş vermiş bir hadisə nümunə çəkim: Bir Lamiya adında xanım olur. O, öz kollektivinə oxşamaq istəyər, amma çox çətin olur belə həyatı davam etdirmək. Ona heç kim dəyər vermirdi, onu görməzdən gəlirdilər. Belə ki, Lamiya axırda qərar verdi ki, özü kimi olacaq və beləcə o, öz fikirlərini ifadə etməyə başladı, özünü necə varsa, elə də qəbul etdi. Lamiyanın həyatı yaxşılığa doğru dəyişildi. Kollektiv və rəhbər ona dəyər verməyə və hörmət etməyə başladılar. Özünə dəyər verən insan çox şeylər qazanır. Bir xanım var idi, o qədər istədiyinə başı qarışmışdı ki, özünü unutmuşdu, öz istəklərini, arzularını qurban vermişdi. Qarşı tərəf isə ona soyuq davranmağa başladı və ondan uzaqlaşdı. Həmin xanım özünü qəbul etdi, öz həyatını qurdu, kurslara yazıldı, inkişaf etməyə başladı və öz güvəni özünə qayıtdı. Özünü olduğu kimi qəbul etdi. Beləliklə, xanım başqasıyla ailə qurub xoşbəxt oldu. Heç kim gərək öz arzusundan əl çəkməsin. Bir şagird sakit və çox utancaq idi. O, öz sinif yoldaşlarına oxşarmaq istəyirdi, amma alınmırdı. Axırda şagird öz xoşladığı sahə ilə — rəssamlıqla məşğul oldu və nəticədə çox böyük nailiyyətlər, uğurlar qazandı. Bəziləri var ki, zahiri görkəminə görə utanırlar. Məsələn, bir müğənni var idi, onun ön dişləri qabağa çıxırdı və müğənni oxuyanda öz dişlərini çalışırdı dodaqları ilə gizlətsin ki, pis görünməsin. Bunu görən görkəmli şəxsiyyətlərdən biri ona dedi ki, bir də belə etməsin. Çünki o, olduğu kimi hamı tərəfindən həm seçilir, həm də sevilir.
Fiziki məhdudiyyətli insanlar haqqında da misal çəkmək istərdim. Elələri vardır hansı ki, yeriyə bilmirlər, amma asan xidmətdə və ya digər sahədə nə qədər yüksəliblər. Yəni heç vaxt məyus olmaq lazım deyil, əksinə variantlar axtarmaq lazımdır və özünü hər hansı bir sahədə tapmaq lazımdır. İnsana həyat bir dəfə verilib. Bu həyatı kim nə deyər, kim nə fikirləşər, kim məndən məmnun qalar, yox — özünü ön planda qoymaq lazımdır. Özünü hər tərəfli qəbul etmək və həyatını davam etdirmək lazımdır. Həyatda ən çətin, amma ən gözəl seçim — özün kimi qalmaqdır!
Yəqin çoxlarının yadındadır.Neçə illər bundan əvvəl tanınmış bir Azərbaycan siyasətçisi mətbuatda belə bir iddia ilə çıxış etmişdi ki, güya 37-ci ildə,KQB də, Səməd Vurğun Mikayıl Müşfiqə qarşı ifadə verib.Həmin siyasətçinin o məsuliyyətsiz iddiası Azərbaycanda böyük səs küyə səbəb oldu.Bir çox insan bu iddianı həqiqət kimi qəbul elədi.Siyasi çevrələrdə az-çox söz sahibi olan, xalq arasında da yetərincə tanınan bir şəxs niyə yalan danışsın ki? Bu məsələ ilə bağlı söz- söhbətlər, mübahisələr isə kəsilmək bilmirdi.Nəhayət,həmin məsələ ilə əlaqədar olaraq,vaxtı ilə Azərbaycanın Baş prokuroru olmuş mərhum İlyas İsmayılov bəyanat verdi və həmin bəyanatda o,dediyim siyasətçinin nəinki yalan danışdığını, həm də o ciyasətçisinin yumşaq desəm, məsuliyyətsiz biri olduğunu isbat elədi. Budur,İlyas İsmayılovun həmin bəyanatından bir hissə: “-…Hələ Azərbaycanım Baş prokuroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şayiələr yayılmışdı.Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim.Cinayət işi ilə tanış olduqda, deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm.Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış elədim”. Hər dəfə Səməd Vurğun haqqında yalan,qərəzli məlumatları oxuyanda məni həmişə bir məsələ narahat edib:Səməd Vurğuna qarşı bu pis niyyətli insanların,bu böyük şairi ciddi cəhdlə gözdən salmaqda niyyətləri nədir? Səməd Vurğuna olan böyük el məhəbbəti onları niyə bu qədər narahat edir? Bəzilərinin təkcə Səməd Vurğuna deyil,digər işıqlı şəxsiyyətlərimizə qarşı qərəzli,böhtan dolu pislikləri nədən,haradan,kimlər tərəfindən qaynaqlanır? O qədər cavabı məlum,eyni zamanda cavabı qaranlıq qalan suallar var ki…