Aziza tribunada

YAZARLARIN TRİBUNASI

Bizim ədəbiyyat adamları nə zaman müsahibələrdə, verilişlərdə ədəbiyyat, ədəbi proseslər barədə danışacaq, görəsən? Bezmişəm daha – girib ədəbiyyat haqqında yox, yazıçının problemləri, həyatı, kişi-qadın məsələləri, mentalitet, dəyərlər barədə oxumaqdan. Ədəbiyyat barədə verilən suallara da cavabları çox primitiv qalır. Təsəvvür et: o qədər sual soruşursan, arada da ədəbiyyat barədə həmişə verilən suallar. Təkrarlanan cavablar, təkrarlanan əsərlər, təkrarlanan tənqidlər.
Psixoanalitik ədəbiyyatda deyilir ki, yazıçı oxucunun mütaliə prosesi barədə çox danışmamalıdır. Oxucu ilə əsər arasındakı rabitəni demirəm, o başqa məsələdir; mütaliə isə fərdi prosesdir. Bizim yazıçılar oxucuların işlərinə də şiddətlə qarışırlar. Sonra müsahibədə yazıçıdan soruşanda ki, “ən sevdiyiniz yazıçı kimdir?”, Hüqo deyir.

Axundov olsaydı, bu mühitdən bezərdi; gərək öz cığırından başqa, yeni bir cığır da açardı. Görəsən bilirdi ki, öz cığırı da təqlidçiliyin zirvəsində olacaq? Ya da bilmirdi ki, “Nəsr və nəzm haqqında” məqaləsində Füzuli haqqında tənqid yazarkən gələcəkdəki vəziyyət dəyişməyəcək? ədəbiyyatda, ədəbi tənqiddə bizdən danışılanda niyə bu qədər təqlidçilik var?
Məsələ ondadır ki, Azərbaycan yazıçısı nə zaman bu blokadadan çıxacaq? Dünyadakı ədəbi proseslərə də qiymət verməyə çalışacaq, müqayisəli ədəbiyyatdan istifadə edəcək və s.
İndi bir-iki ad çəkəcəksiniz, bilirəm. Bir-iki nəfərlə olmur. Həmin o bir-iki nəfər də elmi dərəcələri ədəbiyyatşünaslıq üzərindədir deyə özlərini inkişaf etdirirlər. Mən ümumi inkişafdan danışıram.

Nə bilim, nəyi qınayım? Kimi qınayım? Niyə qınayım?
Yazıçıları qınasam, ayrı dərddir. Vicdanım sızıldayır onları qınayanda. Normal qonorar almırlar, ayrıca ikinci işləri olur. Ədəbi mühit üçün addım atılacaq qurumlar yoxdur. Nəşriyyatlarla yazıçılar arasında münasibətlər o qədər də inkişaf etməyib. Özlərini neçə yerə paralasınlar? Ədəbi tənqid, ədəbiyyatşünaslıq, yazı sənəti, ictimai-siyasi polemikalar və s.
Bəs onları başa düşdük, bu bayağı layihələr haqqında nə deyək? Onlara necə haqq qazandıraq? “Qadından yazıçı çıxmaz”, “kişi dominant olmalıdır”, “indiki gənclər tənbəldir” və s. Bunları da qəbul edirik və bu səfər sözü AYB-nin mətbuat katibinə yox, gənclərə veririk.

Ədəbiyyatımızda hazırda çox uğurlu gənc qələm sahibləri var. Həqiqətən, onları qiymətləndirmək lazımdır, amma müəyyən idealları, ya da üsyankar ruhları yoxdur. Ola bilər ki, o vaxt idealları olanlar müəyyən vaxtdan sonra yollarını dəyişdilər. Amma yollarını dəyişməyin səbəbi sistem dəyişmir deyə olmadı; gücləri ona çatdı deyə oldu.
Hazırda onların fəaliyyətlərinin üsyankar olması çox da tələb edilmir, çünki vaxtında üsyankar olublar. İndi Həmid Herisçi AYB-yə üzv olanda da, Anara şeir yazanda da adama çox təsir etmir. Çünki onun müharibəsi bitdi. Onun haqqında feysbukda həmkarları bir yazı ilə tənqid etdi, proses bitdi.
Düzdür, könül istərdi ki, insan idealları yolunda davam etsin. Amma yaxşısı ilə, pisi ilə budur – uzatmaq lazım deyil.
Qısası, gücün çatana qədər idealların uğrunda mübarizə aparmalısan.

Sonda sözü sizə verirəm.
Qayıdıb bircə yazmayın ki, sən nə edirsən?

Tribunada: AZİZA

AZİZANIN DİGƏR YAZILARI


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Зуҳра Бегим – АЁЛ ҚАЛБИ

АЁЛ ҚАЛБИ

Аёл – она, қалби муаттар,
Гуллар каби нафис ва хушрўй.
Кўз ўнгида ҳар кун тонг отар,
Хаёлида беҳаловат ўй.

У мўъжиза, сирли бир хилқат,
Кўнгли нозик, сувдайин кавсар.
Юрагида орзулар қат-қат,
Дунёдаги энг буюк асар.

Қалбига йўл топсангиз агар
Бахш айлагай гўзал онини.
Номи буюк, лек ўзи камтар,
Керак бўлса, тутар жонини.

Муҳаббат-ла, ёритар тунни,
Дуо қилиб, яхшилик тилар.
Ташвишларсиз ўтмагай куни,
Оилани муқаддас билар.

Уни юксак чўққилар томон
Олиб чиқар сабр ва тоқат.
Меҳр беринг, топсангиз имкон
Аёл кўнглин ўкситманг фақат…

Müəllif: Зуҳра Бегим

Zuhra Begim <<<< >>>> Зуҳра Бегим

Mustafa Müseyiboğlu adına kitabxana

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

   

Caroline Laurent Turunç yazır

AZERBAYCAN: HATIRAMDA DERİNLEŞEN KARDEŞ YURT

Bazı yerler insana sonradan tanıdık gelmez; insan onları sanki çok önceden içinde taşımıştır. Adı anıldığında kalpte belli belirsiz bir sıcaklık uyanır, henüz gidilmeden bir yakınlık hissi doğar. Azerbaycan, bende uzun zaman boyunca böyle yaşadı. Haritadaki yerinden önce, içimde bıraktığı çağrıyla var oldu. Uzakta duran bir ülke gibi görünse de duyguda hiçbir zaman uzak değildi. Oraya dair hissettiğim şey, gelip geçen bir meraktan çok daha fazlasıydı. Sebebi ilk anda açıklanamayan, fakat zamanla derinleşen bir aşinalık, sessizce büyüyen bir gönül bağıydı.

Yıllar sonra o topraklara gitme imkânı doğduğunda karşıma çıkan ilk duygu şaşkınlık olmadı. İnsan bazen ilk defa bulunduğu bir yerde bile yabancı hissetmez. Çünkü bazı şehirler, insanın ruhunda çok önceden bir yer edinmiştir. Azerbaycan’a vardığım anda içimde beliren tam olarak buydu. Sanki ilk kez gitmiyor, gecikmiş bir kavuşmanın eşiğinden geçiyordum. İkinci gidişimde bu duygu daha da belirginleşti. İlk seferde sezilen yakınlık, zamanla daha açık, daha derin ve daha sahici bir karşılığa dönüştü. Sokakların ritmi, insanların bakışı, konuşmanın akışı ve gündelik hayatın tabii havası, içimde zaten var olan duyguyu görünür hâle getirdi.

Bu tanışıklığın en belirgin yanlarından biri dildi. Türkçe’nin iç sıcaklığını taşıyan biri için Azerbaycan’da işitilen söz, dışarıdan gelen soğuk bir ses gibi durmuyor. Kelimelerin kıvrımı, hitapların yumuşaklığı, cümlelerin insana değen tarafı ve konuşmanın doğal sıcaklığı, aradaki mesafeyi inceltiyor. Burada yalnızca anlaşılan sözcükler değil, sesin taşıdığı ruh da etkili oluyor. Bir konuşma bazen anlamdan önce yakınlık duygusu bırakır. Azerbaycan’da duyulan sözlerde de böyle bir taraf vardı. İnsan kendisini dışarıda kalmış gibi hissetmiyor. Tam tersine, o sesler uzun zamandır bilinen ama sadece yeniden duyulan bir yakınlığı hatırlatıyor.

Bakü, bu duygunun en güçlü biçimde cisimleştiği yer oldu. Şehrin ilk anda göze çarpan tarafı elbette güçlü ve etkileyici yüzü. Geniş caddeleri, canlı akışı, denize açılan ufku ve gece ışıklarla derinleşen görüntüsü, onu yalnızca büyük bir başkent değil, aynı zamanda kendine mahsus bir şehir kılıyor. Fakat Bakü’yü asıl unutulmaz kılan şey ihtişamı değil; taşıdığı derinlik. Çünkü bu şehir yeniyi kurarken eskisini incitmemiş. Modernliği benimserken hafızasını silmemiş. Çağdaş bir ritimle yaşarken geçmişini bir süs gibi taşımak yerine, kendi dokusunun ayrılmaz parçası olarak korumuş. Bakü’ye asıl ağırlığını veren de bu vakarlı bütünlük.

Şehrin bir yüzünde hareket, hız ve çağdaşlık var. Diğer yüzünde ise zamanın ağır ağır işlediği, taşın sessizlik içinde konuştuğu başka bir katman uzanıyor. O katman açıldığında şehir yalnızca görülen bir mekân olmaktan çıkıyor; hissedilen bir ruha dönüşüyor. Eski Bakü, yani İçerişehir, tam da burada insanın içine işleyen bir kapı gibi beliriyor. Dar sokaklar, taş duvarlar, eski evlerin içine dönük hâli, kemerli geçitler ve yılların izini saklamayan pencereler… Bunların her biri yalnızca tarihî bir doku sunmuyor; belleğin çok eski bir yerine de dokunuyor.

İçerişehir’de yürürken karşıma çıkan şey yalnızca geçmiş değildi. Aynı zamanda kendi hatıramın derinliklerinden yükselen bir tanışıklıktı. O sokakların suskunluğunda, evlerin ağırbaşlı duruşunda, duvarların taşıdığı vakarda ve taşın sessiz dilinde Antakya’nın yankısı belirdi. Bu, yüzeyde kalacak türden bir benzerlik değildi. Daha derinde, daha içten, daha açıklanamaz bir akrabalıktı. Affan Mahallesi’nin gölgesi, kara sokakların o içli çizgisi, eski Antakya evlerinin mahzun ama zarif havası, Fransızlardan kalma ahşap yapıların taşıdığı o ağırbaşlı sıcaklık, Eski Bakü’nün içinde birer birer canlandı. Bazen iki şehir birbirine biçimle değil, ruhla yaklaşır. Haritaların gösteremediği, fakat kalbin ilk anda tanıdığı yakınlık tam da budur.

Bir pencereye bakarken geçmiş zaman insanın omzuna dokunabiliyor. Bir duvarın önünde dururken çocukluğun gölgesi ansızın beliriyor. Bir sokağın kıvrımında, uzun zamandır unutulduğu sanılan bir koku, bir ışık, bir ses yeniden doğabiliyor. İçerişehir’de karşıma çıkan tam olarak buydu. Orada şehir yalnızca dışarıda duran bir manzara değildi; içimde karşılığı olan bir hatıraydı. Bu yüzden o sokaklarda dolaşırken sadece güzel bir yeri görmenin huzuru yaşanmıyordu. Daha derin bir şey oluyordu: eksik kalmış bir parçanın yerine oturması, uzun süredir sesi duyulan bir duygunun nihayet görünür biçim alması, insanın kendi içinden geçerek başka bir şehri tanıması.

Bakü’nün etkileyici taraflarından biri de bu iki ayrı katmanı çatıştırmadan taşıması. Bir yanda çağdaş bir başkentin düzeni, canlılığı ve açıklığı var; öte yanda tarihin ağırbaşlı ritmi, taşın susarak anlattığı şeyler ve dar sokakların içe dönük derinliği. Bu iki yüz birbirini bozmuyor. Tam tersine, şehrin asıl karakterini birlikte kuruyor. Böylece Bakü sadece bakılan bir yer olmuyor; katman katman açılan bir şehir hâline geliyor. İlk bakışta görülen şey başka, içinde yürüdükçe hissedilen şey bambaşka oluyor. Bu da ona kolay unutulmayan bir derinlik veriyor.

Azerbaycan’ın etkisi şehir dokusuyla sınırlı kalmıyor. Orada insanın ruhuna asıl işleyen taraflardan biri de halkın taşıdığı sıcaklık. Bu sıcaklık abartılı değil, gösterişli değil, kendini ispat etmeye çalışan bir sıcaklık da değil. Hayatın akışı içinde doğal biçimde var olan, insanı rahatlatan ve bulunduğu yere kısa sürede alıştıran bir içtenlik. Bir cümlenin kuruluşunda, bir selamın verilişinde, bakışın yumuşaklığında ve kısa bir sohbetin açılışında kendini hissettiriyor. Kimi yerler güzelliğini yalnızca mimarisinden alır. Kimi yerlerde ise asıl güzellik, taşla insanın aynı ruhu paylaşmasından doğar. Azerbaycan’da hissedilen şey tam da bu ikinci türden bir güzellik.

Şehirlerin gerçek ruhu bazen kapılarında, pencerelerinde ya da meydanlarında değil; o şehirde yaşayan insanların tavrında görünür. Bakü’de, Eski Bakü’de ve genel olarak Azerbaycan’da fark edilen şey de buydu. İnsan, kendisini sert bir mesafenin karşısında bulmuyor. Nezaket ile samimiyet arasında kurulmuş doğal bir denge hissediyor. Sözün yumuşaklığı, davranışın ölçüsü ve gündelik hayattaki sadelik, bütün o şehir hissini tamamlıyor. Böylece görülen şey sadece taş yapıların estetiği olmuyor; o estetiği yaşatan insan sıcaklığı da anlatının ayrılmaz bir parçası hâline geliyor.

Başka şehirlerin de kendilerine özgü bir havası var elbette. Kimi şehir daha vakur, kimi daha ince ruhlu, kimi daha sessiz, kimi daha tarih kokulu. Fakat ortak bir çizgi hissediliyor: yapaylıktan uzak, köklü, kendine güvenen ve abartıya ihtiyaç duymayan bir duruş. Azerbaycan’ın şehirlerinde akılda kalan yalnızca görüntü değil; o görüntünün taşıdığı karakter. Bu yüzden isimler bellekte kuru birer yer adı olarak durmuyor. Her biri ayrı bir his, ayrı bir iz, ayrı bir renk gibi yer ediyor hafızaya.

Azerbaycan’ın söz dünyası da bu ruhu derinleştiriyor. Orada kelimenin bir ağırlığı, sesin bir sıcaklığı ve ifadenin bir inceliği var. Konuşma yalnızca bilgi aktarmıyor; kültür de taşıyor, terbiyeyi de taşıyor, insanın karşısındakine verdiği değeri de belli ediyor. Şiirin bu topraklarda neden böylesine içten yaşadığını anlamak güç değil. Çünkü söz burada yalnızca söylenmiş bir şey olmuyor; duygunun, hatıranın ve yakınlığın biçimine dönüşüyor. Türkülerde, şiirlerde ve gündelik dilin kendi akışında hissedilen incelik, ülkenin ruhunu daha görünür kılıyor.

Bütün bu karşılaşmaların ardından elde kalan şey, sıradan bir gezi hatırasından çok daha fazlasıdır. Sokakların insanda bıraktığı duygu, taşın taşıdığı hafıza, dilin sıcaklığı, insan yüzlerindeki içtenlik ve Eski Bakü’nün içinden Antakya’ya açılan o beklenmedik yakınlık, zamanla daha da derinleşen bir iç bağına dönüşür. Azerbaycan böylece yalnızca görülmüş bir yer olarak değil, hatırada büyüyen, anlamı genişleyen ve insanın ruhunda kendine mahsus bir yer edinen bir yurt duygusu olarak yaşamaya devam eder.

Onu anlatırken yalnızca güzelliğinden söz etmek yetmez. Çünkü burada güzellik tek başına durmuyor. Hafızayla birleşiyor, kültürle derinleşiyor, insan sıcaklığıyla yumuşuyor, şehirlerin taşıdığı ruhla anlam kazanıyor. Etkileyici olan şey yalnızca estetik değil; estetiğin içtenlikle, vakarla ve tanışıklık duygusuyla birleşmesi. Tam da bu yüzden Azerbaycan, özellikle de Bakü ve İçerişehir, yüzeyde kalan bir hayranlık bırakmıyor. Daha içten, daha sessiz ve daha kalıcı bir iz bırakıyor.

Bazı şehirler görülür ve geride kalır. Bazıları ise insanın içinde yaşamaya devam eder. Azerbaycan, işte o ikinci türden bir yer. Taşında hafıza, sözünde sıcaklık, insanında doğallık, sokaklarında ise zamana karşı direnmiş bir ruh taşıyor. Bu yüzden orayla kurulan bağ, bir yolculuğun ardından sönüp giden sıradan bir etki değil; her hatırlanışta yeniden açılan, derinleşen ve iç dünyada yaşamayı sürdüren bir gönül bağıdır.

7 Mart 2026

Caroline Laurent Turunç
Şair • Yazar
Uluslararası İyi Niyet Elçisi
Fransa Direktörü, Institute of International Peace Leaders (IIPL)
İnsan Hakları ve Barış Savunucusu

Nicat Ərtürk – Bilən deyil o

Bilən deyil o

Nə qədər əmək versən, faydasızdır müxənnətə,
Vuracaq zəhmətini yerlərə,bilən deyil o.
Unudub keçmişini, olacaqdır asi sənə,
Nə abır eyləyəcək, utanıb ölən deyil o.

Ver çörəyi çörəkçiyə, qiymətini versin onun,
Qədirbilməz buğda nə,arpa nə bilən deyil o.
Nə qədər cəhd eləsən, mət eyləsən xeyri olmaz,
Qozbeli məzar sıxa, yenə düzələn deyil o.

Nadan alim belinin yükü ilə yol yürüyər,
Ulağa bənzəsə də heç zaman bilən deyil o.
Qartalın zirvəsini fəth eyləmək istəyənin,
Qarğa misalı təki, heç də yüksələn deyil o.

Öz burnunda uzağı görə bilməyən o kəsin ,
Ətrafında parlayan günəşi görən deyil o.
Ər olan dost qapısın, ər kimi mərdanə açar,
Yoxsa ki, tək qalacaq, dostluğu duyan deyil o.
Haqq yolunu tutana,ehtiram etmək yerinə,
Özünü rüsvay edən, sözünü bilən deyil o.
Ayağı dəymədiyi o mübarək məkandakı,
Oturduğu masanın, qiymətin bilən deyil o.

Şair aslan kükrəsə milçək şirəsinə gələr,
Öz milçək xislətini anlayıb duyan deyil o.
Alışıb pərvanə tək içindən yanan kəslərin,
Allahın qüdrətini anlayıb, qanan deyil o.

06.03.2026

Mehman Həsənliyə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir – Təbrik edirik!

Mehman Həsənliyə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir – Təbrik edirik!

Yazarlar jurnalının redaksiya heyətinin üzvü dəyərli dostumz Mehman Həsənliyə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26.12.2025-ci il tarixli qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir. Yazarlar cameəsi adından Mehman müəllimi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İsmayıl Kazımov – Yaradıcılıq siması

Yaradıcılıq siması

(Adilə Aslanova. Otuzuncu vərəq (şeirlər və poemalar) Bakı, “Füyuzat”, 2026, 200 s.)

Tanınmış bölgə şairəsi Adilə Aslanova “Otuzuncu vərəq” şeir kitabı ilə ideya-estetik cəhətdən zənginləşdi, onun yaradıcılığı dil-üslub cəhətdən yeni keyfiyyətlər qazandı. Bununla da bədii ləyaqət səviyyəsinə yüksələ bildi və bu gediş həlledici estetik prinsiplərdən birinə çevrildi, şairə ömrünün deyil, bir xalqın taleyinin poetikası oldu. Adilə Aslanova bu kitabda sözün yükünü çiyinlərinə daşıyaraq həm qadın həssaslığını, həm vətəndaş mövqeyini, həm də milli yaddaşı eyni poetik müstəvidə birləşdirmək bacarığına sahib oldu. Bir poemasından götürülmüş “Otuzuncu vərəq” adı simvolikdir: Poema Aprel döyüşlərində, bayrağımızı Lələtəpədə ucaldan Vətən müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun əziz xatirəsinə həsr olunmuşdur:
O, bayraq ucaldır Lələtəpədə, Böyük qələbəyə addım atılır.
İsmayıl bu döyüşlərdə düşmən arxasına keçir, uğurlu taktika və planla düşməni məğlub edir.
Ata və ananın, bütün kəndin intizarı, nigaranlığı poemada öz poetik əksini tapa bilmişdir.
Otuzuncu vərəq onun otuz yaşında şəhidlik zirvəsinə yüksəldiyini göstərir. O, bütün şəhidlər kimi, evdən getmədi, eldən getdi.
Bu fikir, ömrün yetkin çağının, düşüncənin yetkinləşmiş mərhələsinin, təcrübə ilə yoğrulmuş sözün ifadəsidir. “Otuzuncu vərəq”in baçlıca fikir xətti vətən sevgisi, itirilmiş torpaqlarının geri qaytarılması və tarixi yaddaşdır. Doğma Qarabağın incisi, dürü olan“Şuşa” şeirində tarixi şəhər coğrafi məkanlıqdan cıxaraq ruhun paytaxtına kimi tərənnüm olunur:
Nə olsun, çatmayır əllərim hələ,
Ruhum həsrət qalıb səntək gözələ
Bir vaxtlar armudun yaxşısını yeyən çaqqallardan indi Şuşa alındı. Şuşa burada daşdan və torpaqdan ibarət deyil – o, muğamın nəfəsi, sazın titrəyişi, qayalara əks olunmuş heykəllərin, şəhid ruhlarının dolaşdığı müqəddəs zirvədir. Şair dağıdılmış divarların fonunda sınmayan ləyaqəti göstərir. Şuşa ağrı-acıların içində ucalan qürurdur; işğalın kölgəsində belə sınmayan, parıldayan işıqdır.
“Xocalıya açılacaq bu sabah” şeirində kədərlə ümid yanaşı dayanır. Xocalı kədərin zirvəsidir, amma şair bu zirvədə dayanıb qaranlığı yox, açılacaq sabahı görür. Həsrət gözü Xankəndidən keçir, Əsgərana çatır, qızlar gəlin köçəcək. Burada açılaca sabah anlayışı həm metaforik, həm də tarixi məna daşıyır: ədalətin bərpası, həqiqətin tanınması, ruhların rahatlıq tapması. Şeirdəki emosional, ekspressiv gərginlik oxucunu təkcə kədərləndirmir, həm də ayağa, qaldırır, üsyana, intiqam almağa səsləyir.
“Azərbaycan, Zəfər Günün mübarək!” şeiri qələbəsi ilə ibrət verən həmin sabahın gerçəkləşmiş formasıdır. Burada poetik intonasiya dəyişir – kədərin yerini qürur, nisgilin yerini sevinc alır. Lakin bu sevinc pafossuzdur; şəhid xatirəsinə ehtiramla yoğrulmuş, təmkinli və ləyaqətli sevincdir. Şair zəfəri təkcə hərbi qələbə kimi deyil, milli ruhun dirçəlişi kimi təqdim edir.
Səndən deyir Oğuz eli, Türk eli,
Sən durultdun şalxalanan gyr seli,
Elə qoydun özün boyda heykəli,
Hər diləyim indi səndən keçəcək!
Azərbaycan, Zəfər günün mübarək!

“Azərbaycan Zəfər Günün mübarək!” şeiri vətənpərvərlik ruhunda yazılmış, Qələbə sevincini, milli qüruru və tarixi ədalətin bərpasını poetik dillə ifadə edən bir əsərdir. Şeirdə müəllif birbaşa Azərbaycana müraciət edir, onu təbrik edir və bu qələbəni xalqın birliyi, igidliyi və şəhidlərin qanı bahasına qazanılmış müqəddəs zəfər kimi təqdim edir. Təkrar olunan “Azərbaycan, Zəfər Günün mübarək!” misrası həm emosional təsiri artırır, həm də şeirin əsas ideyasını möhkəmləndirir.
Torpağını şəhid-şəhid qanatdıq,
Bağrımızda tunc heykəllər yaratdıq,
Bu ölkəni bayraq-bayraq ucaltdıq,
Daşında da göyərəcək gül-çiçək!
Azərbaycan, Zəfər günün mübarək!

Əsərdə Oğuz eli, Türk eli kimi ifadələrin işlədilməsi xalqın tarixi köklərinə, milli kimliyinə və mənəvi gücünə işarədir. Bu müraciətlər göstərir ki, qələbə təkcə bir günün hadisəsi deyil, yüzillərin yaddaşına, genetik yaddaşa söykənən bir gücün nəticəsidir. Şair xalqı “gur səsli”, “polad qollu”, “şir biləkli” kimi bədii təyinlərlə mənalandırır və bununla da “Dəmir yumruğ”un düşmən başını əzməsi obrazını ideallaşdırır.
Şeirdə zülmün keçdiyi, milyon-milyon ürəklərin bərkidiyi vurğulanır. Bu misralar xalqın uzun illər çəkdiyi ağrı-acını və səbirli mübarizəsini (Oğulları son şərbəti içəcək) əks etdirir. Zəfər ani deyil, ağır sınaqlardan keçərək qazanılmış bir nəticə kimi təqdim olunur. “Torpağını şəhid-şəhid qanatdın” misrası metaforik məna daşıyır və torpağın şəhid qanı ilə müqəddəsləşdiyini göstərir. Burada torpaq sadəcə coğrafi məkan deyil, müqəddəs dəyər, uğrunda can verilən amal kimi təqdim olunur.
Bayraq obrazı da şeirdə mühüm yer tutur. Bayrağın ucaldılması qələbənin rəmzi kimi verilir və milli suverenliyin bərpasını ifadə edir.
Bu gün milli bayrağımız dünyanın 180-dən çox müstəqil dövlətinin bayrağı ilə bir sırada dalğalanmaqdadır. Ümumilikdə, şeir emosional, çağırış xarakterli və yüksək pafoslu üslubda yazılmışdır. Əsərdə vətən sevgisi, şəhidlərə ehtiram, qəhrəmanlıq və birlik ideyası əsas xətti təşkil edir. Şeir Zəfər gününü yalnız tarixi hadisə kimi deyil, milli dirçəliş və mənəvi yüksəliş mərhələsi kimi təqdim edir.
“Otuzuncu vərəq”də qadın obrazı xüsusi yer tutur. “Qadın, saz, kəfəni cırdım Şah misram” ifadəsi poetik baxımdan çoxqatlıdır. Qadın burada zəiflik deyil, dirənişdir. Saz – milli kimlik və yaddaşdır. “Kəfəni cırmaq” isə taleyə boyun əyməmək, ölümü inkar etmək, yenidən doğulmaq deməkdir. Şair qadını həm ana, həm vətən, həm də sözün özü kimi təqdim edir. Onun qadını ağlamır, sınmır, əksinə, misraya çevrilərək dirilir. Aşıq Qurbanidən yadigar qalan “Bənövşə” şeirində qadın həssaslığı zərif təbiət obrazı ilə vəhdətdə götürülür. Bənövşə torpağa yaxın bitir, amma ətri uzaqlara yayılır. Bu, təvazökar, lakin güclü qadın xarakterinin simvoludur. Şair incəliyin içində gizlənən gücü ustalıqla açır.
Şairin lirik məramı, əqidəsi: “Şair olmaq asan deyil” şeiri kitabın ideya mərkəzlərindən biridir. Burada müəllif şairlik missiyasını açıq şəkildə ifadə edir. Şair olmaq – yanmaqdır, alışmaqdır, deyilən fikrin məsuliyyətini dərk etməkdir. Şair cəmiyyətin vicdanıdır və bu vicdanı qorumaq ağrı yükdür. Misralarda həm daxili ağrı, həm də qürurlu mövqe hiss olunur. “Kədərimi sevdim” və “Ağlar” şeirlərində müəllif kədəri fəlsəfi səviyyəyə yüksəldir. Kədər mənəvi yetkinlikdir. Şair kədəri ilə barışır, onu qəbul edir və hətta sevir. Çünki bu kədər onu formalaşdıran, saflaşdıran, insan edən duyğudur.
“Etməyim” şeirində isə daxili hesabat, özünə müraciət var. Bu, insanın vicdanı ilə qurduğu dialoqudur. Şair burada özünə sərhəd qoyur, mənəvi prinsiplərini müəyyənləşdirir.
Gecə və sükutun poetikası: “Bu gecə” şeirində gecə obrazı düşüncənin, tənhalığın və daxili aydınlanmanın məkanıdır. Gecə burada qaranlıq deyil, əksinə, sükutun içindədoğulan həqiqətdir. Şair gecənin səssizliyində öz ruhunun səsini eşidir. Bu şeir kitabın emosional ritmini yumşaldır, oxucunu düşüncəyə aparır.
Üslub və poetik xüsusiyyətlər: “Otuzuncu vərəq”də dil sadə, lakin məna yükü dərindir. Obrazlar və aydın və simvolikdir. Şair təmtəraqlı ifadələrdən qaçaraq səmimi və təsirli üslub yaradır. Vətən, qadın, kədər, zəfər, gecə kimi mücərrəd anlayışlar poetik sistem daxilində bir-biri ilə əlaqələndirilir və bütöv ideya məkanı formalaşdırır.
Kitabın əsas gücü səmimiyyətdədir. Burada pafosdan çox həqiqət, şüardan çox yaşanmışlıq var. Şair hər misrada həm fərdi taleyini, həm də kollektiv yaddaşı danışır.
“Otuzuncu vərəq” milli ruhun, qadın iradəsinin və şair məsuliyyətinin bədii ifadəsidir. Bu kitabda Şuşanın qüruru, Xocalının harayı, zəfərin sevinci, qadının gücü və insanın daxili kədəri bir araya gəlir.
Adilə Aslanovanın bu şeir kitabı göstərir ki, söz yalnız yazılmır – yaşanır. Və otuzuncu vərəq əslində bir son deyil; bu, yeni başlanğıcın, oyanışın və yaddaşın əbədi davamının poetik işarəsidir.
Adilənin şeirlərində şəhidlər vətənin bayrağını uca tutur, ölümün gözünə dik baxır, ölümün üzünə sillə vurur:
Adilənin şeirləri düşüncədən yaranır. Məncə, bu düşüncənin yükü xalqın – şairin oxucusunun və yaradıcısının taleyindən, əndişəsindən ibarətdir. O, şair olmağın çətinliklərindən danışır:
Birdən beynin çönüb gedər,
Şeirə, sözə salar meyil.
Vallah, ağlın çimdik qədər,
Şair olmaq asan deyil…
Burda şairin bədii konteksti mənaların əlaqəsini əyaniləşdirir. Adilə yüksək, mücərrəd düşüncəyə çatmaqdan ötrü ən əlaqəsiz görünən şeylər, hadisələr arasında da əlaqə tapmağa çalışır, müqayisələr aparır; Adilənin öz dili ilə desək, bu yaşda yazdığım şeir kənd yolları kimidir: əyri-üyrü, toz-torpaqlı, ayağı palçıqlı, min illərdir çatları dolmayandı, özündən başqa heç bir kimsəsi olmayandı…
Adilənin bədii nitqində mövzu əhatəsi və obrazlar aləmi ilə şərtlənən nisbi ifadə sistemi mövcuddur. Onun bir şeirindəki bir ştrix-ifadə digər şeirinin də başlıca motividir, yəni mətləbi heç özü də bilmədən davam etdirir. Hiss olunur ki, həmin motivlənmə onun ideya-mövzu və obraz-ifadə səhnələrinin daxili birliyindədir. Bu vəhdət onu yeknəsəqlikdən çıxara bilir.
Adilə hələ şagird dəftərinə vaxtilə gizlində yazdığı şeirləri sevinclə tərənnüm edir. Bu misralar onun ilk nəğməsi, ilk ürək çırpıntılarıdır; bunlar həzin bir uşaqlıqdan qalan xatirədir:
Ruhumdan süzülüb gələn harayım,
Kədərim, nisgilim, sevgi, eşq payım,
Kərpic-kərpic hörüb, quran sarayım,
Şagird dəftərində qalan şeirlər.
Adilənin şeir dilində ən güclü bədii təzadlar dünyagörüşlərin ayrılığı üstündə qurulur. Buna görə də həmin təzadlar aforizm kimi səslənir.

Müəllif: İsmayıl Kazımov,

filologiya elmləri doktoru, professor

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Məhəmməd Mövlazadə (1854-1932)

Məhəmməd Mövlazadə (1854-1932)

Məhəmməd Mövlazadə (1854-1932) – ilk dəfə Quranı Azərbaycan dilinə tərcümə edən azərbaycanlı dini alim, Qafqazın ilk Şeyxülislamı.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Təvəkkül Goruslu – QALX AYAĞA

QALX AYAĞA

Qalx ayağa ulu millət,
Göstər gücün, məharətin.
Bitsin basqı, bitsin zillət,
Buna yetər cəsarətin.

Qalx ayağa ulu xalqım,
Bu gün, o gün, ayaqda ol.
Saldırırsa yurda zalım,
Silahla ol, bayraqla ol!

Daha bəsdi həqarətə,
cəhalətə dözdün, durdun.
Toplan, cəm ol şərafətlə,
İstiqlala yetsin yurdun.

Yürü millət, yürü xalqım,
Öz taleyin özün həll et.
Ol yurdunun hürrü xalqım,
Azadlığı qazan, bəll et!

Bitsin artıq bu rəzalət,
Boz qurd cəngə dalsın artıq!
Ya istiqlal, ya şəhadət,
Taleyimiz olsun artıq!

06.03.2026

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səlim Babullaoğlu: – “İranın və digər qonşularımızın əməllərinin bir adı var, düşmənçilik…”

Azərbaycan Yazıçılar Birliyinin katibi SƏLİM BABULLAOĞLU ilə son olaylarla bağlı söhbət

 -Səlim bəy, xoş gördük.
-Xoş gördük, hər vaxtınız xeyir.


– Hərçənd o qədər də xoş gün olmadı bu gün…
– Naxçıvana dron hücumlarını nəzərdə tutursuz yəqin. Elədir, təəssüf, xoş deyil. Heç xoş deyil.-

– Yazıçı Həmid Herisçi hazırda Təbrizdə olduğu bildirilən paylaşımları ilə diqqət mərkəzinə düşüb. O, sosial şəbəkələrdə baş vermiş məlum hadisə ilə bağlı İranın məsuliyyət daşımadığını iddia edən fikirlər səsləndirməyə çalışır…Belə deyirlər. Və deyirlər ki, Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyi ilə əlaqəli şəxslərdən hesab olunur və yazıçı Anar ilə yaxınlığı ilə də tanınır.

– Əvvəla ordan başlayım ki, hər bir azərbaycanlının, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin də vətənin mənafeyi, xarici təhlükə  məsələsində bir mövqeyi və yekdil fikri var. Bu mövqeyi, fikri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirdi.
Hamımız eşitdik. Cənab Prezident dedi ki,  İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir: “Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalıb. Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qaldı. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi. Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək…”
Cənab Prezident onu da söylədi ki, bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib.
Yəni bundan açıq və birmənalı mövqe ola bilməz. Yeri gəlmişkən, İranın dini rəhbərinin ölümü ilə bağlı səfirliyə gedib başsağlığı verən yeganə prezident də İlham Əliyevdi, o bunu da söylədi çıxışında.
Faiq bəy, biz qonşularımızın- İranın da, Rusiyanın da, elə digərlərinin də  xain, şərəfsiz əməllərini ən yaxın tariximizdən yaxşı bilirik. İki-üç gün əvvəl yenə Rusiya vətəndaşlarının təxliyyəsinə şərait yaratdıq. Hərçənd ki, Rusiyanın nə şərəfsizlik elədiyini və son illərdə baş verən bütün xain əməllərini bilirik. Ölkə başçısının davranışı, fikirləri müstəqil Azərbaycanın, azərbaycanlının yeni – cəsarətli, qorxmaz və həmçinin şəfqətli və alicənab, işıqlı siması və obrazını, fikirlərini ortaya qoyur. Bu fikirləri, biz Azərbaycan Yazıçılar Birliyi olaraq bölüşürük, təşkilat kimi ikinci bir fikrimiz yoxdur. Mən bunu sizə rəsmi deyirəm, Azərbaycan Yazıçılar Birliyinin xarici əlaqələr üzrə katibi kimi.

Qaldı Həmid Herisçi ilə bağlı dediklərinizə. O deyirsiz e, yaxınlıq-filan, bunu bilmirəm kim və niyə yazıb. Əvvəla, onu deyim ki, Həmid Herisçi ciddi ədəbiyyatçıdır, müstəqillik illəri yeni poeziyamızın görkəmli nümayəndəsidir. Şəxsən mən onu şair kimi yüksək dəyərləndirirəm. Hər şeyin adı var, yaxınlıq nədir, Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Və yeni formalaşdırılmış Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədr müavinidir. Sədr Xalq şairimiz Sabir Rüstəmxanlıdır, Sabir müəllimin müavinidir. Bunlar ictimai əsaslı vəzifələrdir.
Birliyin sədri Anarla yaxınlıq-filan söhbəti də, fikri də avantüradır. Anar müəllim AYB-nin hər bir üzvü ilə yaxındır, yaxın olmalıdır, yalnız bu qədər.
Mən Həmid Herisçinin paylaşımlarına baxmamışam, yəqin sabah baxaram. Amma, baxsam da, baxmasam da Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin rəsmi mövqeyini ifadə edə bilməz və bu mənada nə birliyin sədri, nə katiblik tərəfindən, nə də Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyası tərəfindən səlahiyyətləndirilməyib.
Amma başqa Həmid Herisçi də var, jurnalist Həmid Herisçi. Əslən cənubdan olan Herisçi. Çox ola bilsin, onun hələki mənim görmədiyim paylaşımlarını ikinci Həmid Herisçi edib ki, məzmunundan asılı olmayaraq bu ümumun və təşkilatın mövqeyini ifadə etmir.
Görünür, Həmid Herisçi ilə, ola bilsin Azərbaycan Yazıçılar Birliyi ilə ədavəti olan fürsətcil adamlar nəyəsə rəng vermək istəyirlər. Amma yalan ayaq tutar, yeriməz. Azərbaycan Yazıçılar Birliyinin rəsmi mövqeyini sədr, katiblik və hazırkı məsələnin spesifikliyi nəzərə alınarsa, Güney Azərbaycan Ədəbiyyatı komissiyasının sədri ifadə edə bilər.

-Sizcə Həmid Herisçinin İrana bu kritik dönəmlərdə səfərləri hansı məqsəd daşıyır?

-Bu suala ən doğru cavabı Həmid Herisçi özü verə bilər.  Eşitdiyim, bildiyim qədər Həmidin İrana son səfərləri şəxsi məqsəd daşıyır. Mən arzu edirəm ki, Həmid ağa tezliklə və sağ-salamat Bakıya qayıtsın, onda sizin sualları da özü cavablandırar.


-Səlim bəy, ümumiyyətlə İran niyə belə edir? Ümumiyyətlə, bu proseslərin sonunu necə görürsüz?


-İranın və digər qonşularımızın əməllərinin bir adı var, düşmənçilik. Müstəqil və güclü Azərbaycanı əzmək, məhv etmək, vassala cevirmək, yağmalamaq cəhdi. Bu isə şər deməkdir.  Bir qayda olaraq nə insani və fərdi, nə də dövlətlərarası şərin məntiqi olmur. Amma arzuları qursaqlarında qalacaq.
Bilirsiz, xatırlayıram, 44 günlük Şanlı Zəfər savaşımız vaxtı, Şuşa azad olunan ərəfədə, bir qrup İran-fars sənətçisi, yazıçısı guya sülhməramlı bəyanat vermişdi. Mən onda onlara cavab olaraq bir mətn yazdım: “İranlı incəsənət xadimlərinin “sülh çağırışı”na düzəliş!”. Mətni məndən başqa Sayman Aruz da imzalamışdı. Mən bu mətni o İrandakı bəyanatda adıkeçən bir neçə ədibə şəxsən də göndərmişdim. Orda həmin mətndə bir sual vermişdim,  Şuşa işğal olunanda biz Tehranda guya sülh danışıqlarına getmişdik İranın vasitəciliyi ilə, ermənilərlə, amma həmin saatlarda Şuşanı işğal edirdilər. İran-fars-molla rejimi budur da… Mən o bəyənatda çoxlu şeyləri xatırladırdım. Bir şeyi yaddaşımdan deyim, gərək ki, belə bir cümlə vardı: sizin fikriləriniz acı təəssüf hissi doğurdu. Çünki 28 il yarım ərzində bircə dəfə də olsun belə bir tərkibdə iranlı və fars  sənət adamlarının (sülhü, ədaləti, beynəlxalq hüququ, islami dəyərləri dəstəkləyən, 1000 000 nəfər Azərbaycanlı qaçqının haqlarını müdafiə edən bəyanatını görmədik… Mətbuatda, saytlarda var, yəqin tapa bilərsiz (redaktordan: Səlim Babullaoğlunun bəyanatının linki: https://525.az/news/154948-iranli-incesenet-xadimlerinin-sulh-cagirisina-duzelis ) .

Yaxud, xatırlayıram, Fərid Hüseynlə Şəhriyar Del Geranini- iki gənc yazıçını günahsız yerə tutmuşdular.
İran budur da. Onda da mən İran rəhbərliyinə müraciət etmişdim və  demişdim ki, baş verənlər   sizin əlinizdə bayraq etdiyiniz islami dəyərlərlə bir araya sığmır.
Amma qaldı ki, sona, məncə elə baş verənlər dövlət kimi İranın, ən azı indiki İranın sonu deməkdir. Allah eləsin, az qanla, qurbanla başa çatsın, nə qədər eqoistik səslənsə də, xüsusən azərbaycanlılarımız üçün dərin narahatlıq hissi keçirirəm.  Arzu eləmirəm ki, orda hakimiyyətə pəhləvilərdən kimsə gəlsin, o da zülm edib azərbaycanlılara. Məncə İran parçalanacaq, ilk dövrdə federativ dövlət olacaq, sonra isə parçalanacaq.
Yeri gəlmişkən, bu gün bu məsələ ilə bağlı fb hesabımda paylaşım etmişdim, sırf şəxsi fikirlərimi bölüşmüşdüm. Bu fikirdəyəm ki, insan özünü islah etməyincə, islahat apara bilməz. Və əksəriyyəti özünü islah etməyən insanların qurduğu indiki İran dövləti rejimi qalmayacaq və belə görünür ki, son aylarını, bəlkə də həftələrini yaşayır.  İstənilən inanc, təlim və siyasi ideologiya ilə (bu demokratiya da ola bilər, millətçi, sosialist və ya liberalist düşüncə də, islam da, xristianlıq da, iudaizm də) istənilən manipulyasiya hansısa bir müddət inkişaf və rifah illüziyası yarada bilər, amma sonunda bəla gətirir…
Yaxın 3-4 ildə tarix baxımdan bəlkə maraqlı, amma qanlı hadisələrin şahidi olacayıq.

Səlim Babullaoğlu: – “Bu hücum xronologiyasını xeyli dərəcədə böyütmək olar…”


Söhbətləşdi: Faiq Balabəyli

Faiq Balabəylinin digər yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan

AZƏRBAYCAN

“Azərbaycanlıların bir hissəsinin yaşadığı Cənubi Qafqaz, ümumiyyətlə, iki böyük türk qövmünün vətəni olub. Bunlardan biri Oğuz, ikincisi isə Qıpçaq türkləridir. Qıpçaq türkləri tariximizə daha çox ərmənlər kimi daxil olublar. Dinləri xristianlıq olduğu üçün onlardan qalan məbədlər xristian məbədləridir. Hər iki türk tayfasının böyük hissəsi İslamı qəbul edərək Azərbaycan xalqının etnogenezində iştirak edib, xristianlıqlarını saxlayanlar isə tədricən erməniləşiblər və bu proses 19-cu əsrin ortalarında başa çatıb. “Kitabı-Dədə Qorqud” dastanı həmən dövrü özündə əks etdirən möhtəşəm mənbədir. Həmin dastanda Qərbi Azərbaycan ərazisinin oğuzlaşdırılması — müsəlmanlaşdırılması prosesindən bəhs edilir. Fikir versəniz, “Kitabı — Dədə Qorqud”da oğuz türkləri ilə Qıpçaq türkləri arasındakı mübarizə təsvir edilir. Hardasa XII-XIII əsrlərdə İslamı qəbul eləmiş oğuzlar tərəfindən kafir kimi bilinən Qıpçaq türkləri sıxışdırılaraq çıxarıldı.Qıpçaqların bir hissəsi İslam dinini qəbul edərək Azərbaycan xalqının etnogenezində iştirak etsə də, digər hissəsi Şimalı Qafqaza daşınaraq bu gün erməni əlifbası adlanan əlifbanı da özləri ilə apardılar və Oğuz türkləri olan Xəzər xaqanlığını devirib, yerində Qıpçaq xaqanlığını yaratdılar.

XV əsrdən əvvəl ümumiyyətlə Cənubi Qafqazda erməni deyilən şey olmayıb. İndiki Eçmiədzin ərazisinin 1/3-ini və bir neçə ətraf kəndi 1431-ci ildə İranın Maku şəhərindən olan erməni Qriqor Makulu 540 min dinar Təbriz gümüş puluna alıb.Bu torpaqları o Qaraqyounlu hakimi Cahanşahın vaxtında Əmir Rüstəmdən alıb. 1441-ci ildə isə qalan hissə alınıb və 1443-cü ildə erməni dini kafedrası indiki Türkiyənin Aralıq dənizi sahillərindəki Sis şəhərindən bura köçürülüb. Bundan sonra bütün Cənubi Qafqazın erməniləşdirilməsi də Eçmiədzin kilsəsi tərəfindən aparılıb. Bu kilsə də türk-qıpçaq kilsəsi olub. Onların Qərbi Azərbaycan ərazisindəki türk-xristian abidələrini mənimsəməsi isə daha çox XVI-XVII əsrlərdən başlayıb.

Göyçə gölünün ortasında bir Sevan kilsəsi var, əslində, onun adı bütün mənbələrdə Sivəng məbədi kimi gedir. XVI əsrdə Eçmiədzin kilsəsi tərəfindən bu məbəddə “bərpa” işləri aparılıb. Təmirdən sonra erməni katolikosunun açılışa gəlişi münasibətilə kilsədə erməni xalqına və erməni kilsəsinə ziyanlı olan bütün arxiv, kitabxana və materiallar, o cümlədən Mesrop Maştotsun arxivi gölə tökülərək məhv edilib. Bu barədə erməni mənbələri özü yazır. Sual olunur, XVI əsrdə qriqorianlaşdırılan Sivəng məbədində hansı arxiv materialları vardı ki, onlar “erməni xalqına və erməni kilsəsinə” ziyanlı idi, həm də o qədər “ziyanlı” idi ki, ermənilər onları Göyçə gölünə töküb məhv ediblər? Görünür o kilsənin türk kilsəsi olması ilə bağlı kifayət qədər material varmış. Bu cür çox fakt göstərmək olar”.

Əziz Ələkbərli,

tarixçi alim

ƏZİZ ƏLƏKBƏRLİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"