Sən həmişə bizimləsən… sənədli filmindən fraqment.
Bu gün qarışıq mövzulardan danışacağam. Lakin İlyas və Elçin Əfəndiyevlərlə daim əlaqədə olacaq.Məqalənin sonuna qədər. Həmişə onunla olanlar, həmişə bizimləsən deyənlərdən danışacağıq indi.
Bildiyiniz kimi, dahi dramaturqumuz İlyas Əfəndiyevin bir pyesi var. Həmin pyes əsasında 1987-ci ildə televiziya tamaşası da çəkilib. Rollarda Məlahət Abbasova və Rasim Balayev çəkilmişdir.Tamaşanın adı isə hamının dilinin əzbəridir . “Sən həmişə mənimləsən”…
İndi deyə bilərsiniz ki, haradan çıxdı “Sən həmişə bizimləsən”, niyə məqalənin adını belə qoydun?. Belə sualların yaranması,məncə,normaldır.
Dedim ki, Elçin və İlyas Əfəndiyevlərlə daim əlaqədə olan adamlardan danışacağam. Ailəsindən ta Araz Bulud Eynəmliyə qədər.Danışacağam,yorulmadan danışacağam.Belə ki,”Sən həmişə bizimləsən” bir sənədli filmin adıdır.İlyas Əfəndiyevin vəfatından 2 il sonra,1998-ci ildə çəkilmiş bu sənədli filmdə sonuna qədər İlyas Əfəndiyevdən danışılır. Əgər indi Elçin və İlyas müəllimlə görüşənlər barədə yazırıqsa, deməli bu məqalənin də özünəməxsus adı olmalıdır.Sən həmişə bizimləsən…
Əvvəlcə həmin sənədli film haqqında danışmaq istəyirəm. Sən həmişə bizimləsən sənədli filmi 1998-ci ildə “Azkinovideo”nun çəkdiyi sənədli filmdir. Qısametrajlı olsa da mənalıdır. Ssenari müəllifi böyük ziyalı qadınımız, rəhmətlik Mailə Muradxanlı və haqqında “Naxçıvan xatirələri” adlı yazımda qeyd etdiyim, “Gecikmiş gündəlik” filminin ssenari müəllifi və rejissoru Cəmil Fərəcov olub. Operator isə sənədli filmlərimizin tanınmış operatoru olmuş Nizami Abbasdır. Redaktor Svetlana İsmayılova, icraçı prodüser isə Xanlar Cəfərov olmuşdur.
Filmin posteri də çox yaxşıdır. Ata-oğul yan-yana durmuşlar və həmin alınan şəkil də filmin posteri olub. Filmdə İlyas Əfəndiyevin qoyub getdiyi əsərlərindən parçalar verilib. İlyas Əfəndiyevin əsərləri əsasında çəkilmiş bir çox tamaşalarda, həmçinin Elçinin “Ox kimi bıçaq” filmində rol almış rəhmətlik aktrisamız Amaliya Pənahova, rəhmətlik aktyorumuz Əliabbas Qədirov, rejissor Mərahim Fərzəlibəyov, Həsənağa Turabov çıxış etmişlər və İlyas Əfəndiyevi bir daha yad etmişlər.
İndi isə mən danışım “Sən həmişə bizimləsən” deyənlərdən.
Filmdə iştirak edənləri saydım, onlar da sayılır.
Şəfiqə Məmmədova, Məmmədrza Şeyxzamanov,Leyla Bədirbəyli və kollektivi 1974-cü ildə “Çarvadarların izi ilə” filmində iştirak edib, pərdə arxasında filmə baxan İlyas Əfəndiyevlə əlaqələri olub.
Tofiq Mirzəyev,Yaşar Nuri, Nigar Hüseynova və kollektiv 1976-cı ildə “Bizi dağlarda axtarın” filmində iştirak ediblər.Yaşar Nuri həm də İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilmiş bir neçə tamaşada rol almışdır.
Məlik Dadaşov, Fuad Poladov,Vəfa Fətullayeva və kollektivi 1978-ci ildə “Atayevlər ailəsi” film-tamaşasında çəkilmişlər.
Sabir Rüstəmxanlı və Anar İlyas Əfəndiyevi və Elçini özlərinin gənc yaşlarından tanımış, Elçinlə isə dostdurlar.
Mərhum aktyor İlham Əsgərov İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilmiş bir neçə tamaşada, həmçinin “Sarıköynəklə Valehin nağılı” televiziya tamaşasında rol almışdır.
Aktyorlardan Həsən Məmmədov, Hamlet Xanızadə,Rafiq Əzimov İlyas Əfəndiyevin və Elçinin əsərləri əsasında çəkilmiş filmlərdə və səhnələşdirilmiş tamaşalarda, həmçinin “Ox kimi bıçaq” və “Bircəciyim” filmində rol almışlar.
Aktrisa Mehriban Xanlarova İlyas Əfəndyevin və Elçinin əsərləri əsasında səhnələşdirilmiş teatr tamaşalarında, eləcə də aktrisa aktyor Kamil Zöhrabovla birlikdə “Bircəciyim” filmində rol almışdır.
Xalq artisti Məleykə Əsədova İlyas Əfəndiyev və Elçininzsərləri əsasında hazırlanmış teatr tamaşalarında rol almışdır.
Aktyorlar Muxtar Maniyev və Şahmar Ələkbərov da İlyas Əfəndiyev və Elçinin əsərləri əsasında çəkilmiş filmlərdə rol almışlar.
Nicat Bəkirzadə İlyas Əfəndiyevə həsr edilmiş “Geriyə baxmağa dəyər” filminin rejissoru olub, həmin filmdə İlyas Əfəndiyevin həyatından görüntüləri əks edib.
Şamil Süleymanov Elçinin “Baladadaşın ilk məhəbbəti” və illər sonra “Mahmud və Məryəm” filminə çəkilmişdir.
Fəxrəddin Manafov isə Elçinin əsərləri əsasında çəkilmis “Hökmdarın taleyi” və “Mahmud və Məryəm” filmində rol alıb.
Ramiz Axundov Elçinlə birgə onun əsəri əsasında “Əllər və rənglər” filmini çəkmişdir.
Elçin Cəfər Cabbarlı mövzusuna müraciət etmiş, 2000-ci ildə ədibin anadan olmasının 100 illik yubileyinə həsr etdiyi kitab yazmışdır.
Ulu öndərimiz Heydər Əliyev həm İlyas Əfəndiyevin və həmdə Elçinin yaradıcılığına xüsusi qiymət vermiş, şəxsən onlarla görüşmüş, fikirlərini dəyərləndirmiş, əsərlərini yüksək qiymətləndirmiş, Elçini 1993-cü ildə baş nazirin müavini vəzifəsinə təyin etmişdir.
Hörmətli Prezidentimiz İlham Əliyev cənabları da atasnın yolunu davam etdirərək ədiblərin yaradıcılığına xüsusi qiymət vermiş, onlarla görüşmüş, fikirlərini dəyərləndirmiş, əsərlərini qiymətləndirmişdir.
Füzuli rayonu Əfəndiyevlərin doğulduğu məkandır.
Azərbaycan-NƏİNKİ ata-oğul hər iki ədibə,bütün dəyərli övladlarına dəyər verib və verəcəkdir.!
Bu siyahıda hələ çox adlar var və bunlara bir çoxu də əlavə olacaq. Mənsə hələ yeniyəm. Onunla olanların siyahısını yazsaq, bu siyahıya 10 milyon insan daxil ola bilər!
Nə Elçin bu dünyada unudulacaq, nə İlyas ,nə Timuçin ,nə də Yalçın. Onlar hər dəfə yüksələcəklər və hər an bizimlə olacaqlar!
1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində bir körpə dünyaya göz açdı. Adını Elvin qoydular, amma gələcəkdə necə bir igid olacağından xəbərsiz idilər. Bəli, igid – Vətənə canını fəda edən igid. O, 1996-cı ildə orta məktəbə ilk qədəmlərini qoydu. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşdü. 2009-cu ildə ordudan tərxis olsa da, bir əsgər olaraq silaha sarılıb yurdumuzu qarı düşməndən azad etmək üçün fürsət, məqam axtarırdı. Qəlbindəki vətən, yurd sevgisi o qədər dərin kök salmışdı ki, 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kurslardan müvəffəqiyyətlə keçib ömürlük hərb yolunu seçdi. 2020-ci il 27 sentyabr… O gün Qarabağın azad olunması uğrunda döyüşlər başladı. Elvin qardaşı ilə bərabər döyüşlərdə iştirak edərək misilsiz qəhrəmanlıqlar nümayiş etdirdi. Düşmənin mövqelərini dəf etməyə nail oldu. Hətta Elvin snayperlə açdığı atəş nəticəsində düşmənin yüksək rütbəli zabitləri məhv edildi. Bir gün Pərvin qardaşı Elvini qıcıqlandırmaq üçün zarafata keçdi: Sən kiçik rütbəli zabitləri vurursan ancaq, o snayperi ver mənə, gör generalların başına nə oyun açıram. Sabahkı döyüşdə mən öndə olacağam. Sabahı gün Elvin 1400 metr uzaqlıqdan bir erməni əsgərini vurur və fəxrlə şəklini çəkib qardaşına göstərərək deyir: -Bax, indi nə deyə bilərsən?! Gör düşməni uzaq məsafədən necə məhv etmişəm. Pərvin gülümsəyib qardaşını bağrına basır, səndən yoxdur da, bir dənəsən vallah, – deyir. Həmin gün Pərvin döyüş yoldaşları ilə bərabər mühasirəyə düşmüşdü. Amma əzmlə döyüşərək hiyləgər düşməni məğlub etmiş, sağ salamat mühasirədən çıxmağı bacarmışdır. Elvin qardaşının mühasirəyə düşməsindən xəbər tutanda: “sənə demədimmmi, ermənilər hiyləgərdi, fürsəti əldən vermə, diqqətli ol, qardaş.Axı bilirsən ki, düşmən məkrli və amansızdır. İndi biz özümüzü düşmənin bütün hiylələrindən qorumalıyıq! Biz kəşfiyyatçıyıq, hər zaman, hər yerdə diqqətli olmağımız lazımdır! Şükülər olsun ki, mühasirədən sağ-salamat çıxmağı bacarmısız. Pərvin qardaşının haqlı olduğunu bilirdi. Elə buna görə də, qardaşına bu gündən sonra daha da diqqətli olacağına söz verdi. Gün keçdikcə döyüşlər daha da şiddətlənirdi. Elvin snayperi ilə Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu darmadağın edib düşməndən təmizlədi. Posta Azərbaycan bayrağı sancılandan sonra Mübariz postu adlandırdılar. Daha sonra isə Elvin Qubadlı, Zəngilan və Cəbrayılın azad olunması uğrunda döyüşlərdə iştirak elədi. Düşmən dəfələrlə Elvini hədəf seçib öldürmək istəsə də, istəyinə nail ola bilmədi. O, bu döyüşlərdə əsl cəngavər kimi vuruşub, qəhrəmanlıq tarixi yazmağı bacardı. Hər zaman döyüşə girəndə ürəyində düşmənə qarşı yığılıb qalan dərin nifrəti onu daha da qüvvərləndirirdi.”Nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edib, onun hər bir qarışında şanlı Azərbaycan bayrağının qürurla dalğalandığını görmədən, geriyə bir addım da atmaq olmaz!” deyir, bu amalla zəfər yolunda əzmlə irəliləyirdi. Artıq Elvinlə qardaşı fərqli istiqamətlərdə döyüşürdülər. Oktyabrın 31-i Elvin qardaşına telefon açdı. Qızğın döyüşlər getdiyi üçün onlar çox danışa bilmədilər. Yalnız bircə kəlmə – “özünü qoru” deyə bildilər. Elvin telefon danışığından az sonra döyüş meydanına geri döndü və təəssüf ki, bu, qardaşların son danışığı oldu. Ağır döyüşlər zamanı düşmən Elvini hədəf seçdi. Beləliklə, 31 oktyabr Xocavənd rayonunda Elvin şəhadət şərbətini içməli oldu. Beləcə, o da adını ölümüylə, ölümsüzlüyə qovuşanlar siyahısına al qanı ilə yazmağı bacardı.
3 ayın cəngavəri, 18 yaşlı qəhrəman – Vətən müharibəsinin ən gənc şəhidi Vüsal Novruz oğlu Allahverdiyevin Cənnətdən yazdığı dastan…
Ölümlərdən saqınma, məyus olmaqdan utan!
Bir dəfə düşün səni nədir dünyada tutan?
Məfkurəsindən başqa hər varlığı unudan
Qəhrəmanlar kimi sən əbədi qalmalısan…
“Türk Gənclərinə” şeirindən bir bənd. Müəllifi; Hüseyn Nihal Atsız.
MƏN BU DÜNYAYA ZƏFƏR ÜÇÜN GƏLMİŞDİM…
İndi cənnətdə, cənnətin ən gözəl guşəsindən böyük sevinclə, qürur hissi ilə Sizə öz həyat hekayəmi danışıram. Bu hekayəni 6 noyabr 2020-ci ildə, Xocavənd istiqamətində şəhid olduqdan sonra ruhum digər şəhidlərimizin ruhu ilə azad etdiyimiz Qarabağ səmalarında cövlan edən vaxt yazmağa başlamışam. Yəqin ki, Siz də bu dastanı heç vaxt unutmazsınız və oxuyarsınız… Məndən Sizə qalan vəsiyyət və miras elə budur…
Mən Allahverdiyev Vüsal Novruz oğlu 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşam. Ailəm məni orta məktəbə də, əsgərliyə də neçə-neçə arzular və ümidlərlə yola salıb… Qəlblərindəki bu arzuların və ümidlərin içərisində torpaqlarımızın düşmən tapdağından azad olunması arzusu da var idi… Ancaq məni, hələ də körpələri kimi sandıqları övladlarını bəlkədə silahla, topla, tüfənglə təsəvvür etməyiblər… Necə etsinlər, axı, mən körpə idim, uşaq idim…
Orta məktəbdə aşağı siniflərdə oxuyanda bir Qəhrəmanın taleyi hamının taleyini dəyişdirdiyi kimi, mənim də taleyimi, dünyagörüşümü tamamilə dəyişdi. Tariximi yenidən yazdı, məni yeni tarix yazanlardan etdi. Mən həmişə ana dilimizlə bağlı olan dərslikləri mükəmməl oxumuşam, mütaliə etmişəm. Əlimdən kitab düşməyib. Elə adaşım Vüsal Allahverdiyevlə danışanda o da mənə dedi ki, mən də mütaliələr edirdim, Nihal Atsızın kitablarını oxuyurdum, onun bozqurdla bağlı olan kitabları əlimdən düşmürdü. Mən də eyni etdiyimi bildirərdim. O mənə deyərdi ki, yəqin, elə Allah Səni dünyaya bəxş edən andan Vətən üçün, vətənsevər yaradıb. Doğulduğun ilk andan Vətən oğlu olmusan. Elə həmin günlərdən Vətən yoluna ömrünü həsr etməyə hazırlaşmısan, bunu həyata keçirmək üçün yolçuluğa başlamısan.
Lap kiçik yaşlarımda, orta məktəbə gedənə qədər tariximizi öyrənməyə görə məktəb yaşım çatmadığı üçün mən atamdan, anamdan tariximizi, tarixin bizə verdiyi dərsini öyrənirdim. Nəslim, nəcabətim, soyum, boyum haqqında atam, anam məni məlumatlandırırdı. İlk olaraq Ulu Öndərimizi, onun Azərbaycan xalqına miras qoyduğu cənab Prezidentimizi öyrəndim, sonra başladım tarix yoluna… Ancaq, 2010-cu ildə, yay tətilinin ilk günlərində bir qəhrəmanın dillərdə əzbər olan adı qulaqlarımda əks-səda verdi, verdi : MÜBARİZ! 22 yaşında, yaşına, gəncliyinə önəm verməyib, Vətəninə önəm verən, düşmənin qəddarlığına, haqsızlığına dözməyib vulkan kimi püskürən, zamanın haqsızlığına üsyan edən bir Qəhrəman və onun yaddaşlardan silinməyəcək mübarək adı… O, Tərtər istiqamətində, Çaylı kəndi yaxınlığında düşmənləri lərzəyə salmış, gecə vaxtı danüzünə qədər onların qorxulu röyaları, kabusları olmuşdu. Neçə-neçə erməni dığasını qırıb məhv etdikdən sonra Şəhadətə doğru mübariz, mərd, cəsur addımlarla addımlamışdı həmin qəhrəman… O vaxtdan sonra daha çox anladım Şəhadət nə olmasını, Şəhidliyə necə addımlayırlar, o yol necə keçilir və o yolu keçmək kimlərə, necə nəsib olur… Ondan sonra bütün yay tətili boyu o qəhrəmanın mübarək adı dilimin əzbəri olmuşdu. Yay tətilinin yarısını onun nurlu nəşinin təhvil verilməsini gözləməklə keşirdim. Nəhayət Onun mübarək nəşi təhvil verildi və o, uğrunda canını sevə-sevə fəda etdiyi vətən torpağında dəfn olundu. Bütün Azərbaycan xalqı ayağa qalxmışdı. Dövrümüzün, zəmanəmizin yeni bir xalq qəhrəmanını hamı ayaq üstündə qarşılayırdı, alqışlayırdı… Qəhrəmanın nur üzlü anasının-atasının əllərini öpmək istəyənlər çox idi… Ancaq, ana həm çox gərgin, eyni zamanda həm də qürurlu idi… Onun naləsi hamının ürəyini sızladırdı. Bu vəziyyətdən mənim anam da çox təsirlənmişdi. Ömrünün baharını payıza, qışa çevirməklə Vətəninin qışını yaza, bahara çevirən bir Qəhrəmanın yoxluğu hamının ürəyini parça-parça edirdi… Mənə nə isə qaranlıq qalırdı… Mən də çox təsirləndim, ancaq ağlaya bilmirdim… Düşünürdüm ki, axı Mübariz ölməyib, Şəhid olan necə ölə bilər? Şəhidə ölü kimi baxırlarsa və ağlayırlarsa… Bu, necə ola bilər? Dözmədim və valideynlərimdən soruşdum:
Mübariz İbrahimov ölüb ki, hamı onun yoxluğuna ağlayır?
O nə sözdür, oğul, təbii ki, ölməyib, heç ölməyəcək də. – Atam doluxsunaraq sualıma cavab verdi.
Bəs niyə ona görə ağlayırlar, axı, deyirlər ki, Şəhidə ağlamaq olmaz, o, ölməyib, Şəhiddir… Allah yolunda Şəhid olanlar ölmürlər axı… Bunu Siz də mənə demişdiniz…
Düz deyirsən, oğul, düz deyirsən… Ancaq, bir Ana fəryadı elə acıdır ki, onu ölçmək üçün bir acıölçmə aləti, cihazı yoxdur. Bunu ifadə etmək üçün dil də acizdir, ruh da. Nə qədər çalışırıq, ağlamayaq, ağlayırıq, özümüzdən asılı deyil. Sənin sözün mənə həm də bu cümləni xatırlatdı: Şəhidlər bizim ağlamağımız üçün deyil, Zəfəri qeyd edib sevinməyimiz üçün getdilər…
Ata, indi Mübariz İbrahimovun qisası alınıb?
Mübariz İbrahimovun qisası alınıb deyirlər…
Yox, ata, məncə alınmayıb. Bunu hiss edirəm. Mübarizi Şəhid edən alçaq qorxduğundan qaçıb, gizlənib…
Sən indi Şəhidliyi də hamıdan doğru anladın, qisası da… Afərin, oğul… Səni, sənin kimi oğulları Mübarizin qisasını alan görüm, oğul…
Elə də görəcəksən, atacan… – Atamın dediklərindən güc alırdım. Özümü heç də 8 yaşlı bir uşaq kimi təsəvvür etmirdim. – Bundan sonra mən Mübariz kimi olacağam!..
Atam elə bil baxışları ilə, gözləri ilə danışırdı, elə bil o baxışları ilə deyirdi ki: “Səninlə fəxr edirəm, oğul…” Atam həqiqətən də, mənə bildirməsə də hiss edirdim ki, o, istəyir ki, mən böyüyüm, Mübariz kimi olum və Mübarizin qisasını alım, ancaq, ürəyi bir az ehtiyat edirdi… Sonrakı illərdə daha çox ehtiyat edəcəkdi… “Bəs Şəhid olarsa?!… Bəs Şəhid olsa!?” deyəcəkdi… Valideynlərim doğulduğum andan qoymurdular ki, velosiped sürəndə yıxılım, ya da qaçanda ayağım daşa dəysin. İndi də cənnətdən onları izləyirəm, heç biri barışmır, 18 yaşlı bir gəncin sinəsinin güllələrə sipər olmasıyla… Övladının ayağına daş dəyməsin deyə ürəyini daşlara sipər edən bir ana indi oğlunun yoxluğu ilə barışmırdı… Özü də 18 yaşında olan oğlunun… Ancaq, yanımda durub o biri dünyaya baxan şəhid qardaşlarıma da deyirəm ki, mən cənnətdə sizinlə birlikdə olduğuma görə çox şadam…
Bura 18 il yaşayıb gördüyüm işıqlı dünya kimi iki üzlü deyil. Bu cənnətin hər üzü, hər guşəsi gözəldir. Düşünürəm ki, göylərdən gördüyüm Şuşa cənnətin o biri dünyadakı oxşarıdır. Mövzudan kənara çıxmayıb onu da deyirəm ki, valideynlərim, məni sevənlər, uğrunda can verdiyim Vətənim mənə görə göz yaşı töksə, bu cənnətin hər qarışı mənim üçün əzab olar… Bilirəm ki, bunu onlar da istəməzlər… Ancaq neyləyəsən, qismət belə gətirdi də… Bəxt… qismət… 18 il bir üzü kirli dünyada, dünya dağılana qədər isə hər üzü cənnətməkan olan o biri dünyada yaşamalı, ancaq yenə də sevdiklərimdən ayrı qalmalı imişəm… Yenə də Vətən sağ olsun…
O yay günündən min qərinə boyda olan 10 il keçdi gözümün qabağından. Hər gün atəşkəs pozulurdu, hər dəfə şəhidlər verirdik… İndi Cənnətdə bir yerdə qaldığım bir şəhid var… Adı Sərxan , soy adı Qasımovdur… Sən demə, şəhid olanda onun heç 18 yaşı da yox imiş… Şəhadətindən bir gün sonra 18 yaşı olacaqmış… O da mənə öz dastanını danışdı… Vətən övladlarından təvəqqəmdir ki, onun da qəhrəmanlıq dastanını dinləsinlər. Təsəvvür edin ki, oğlunun ad gününü təbrik etmək üçün ona zəng vuran ana bir komandirin onun oğlu barədə qara xəbər verməsi ilə ani olaraq buz heykələ çevrilir… Düşünürəm ki, ailəmin acısı Sərxanın ailəsinin acısı ilə eynidir, ancaq, onun ailəsinin acısı mənim ailəmin acısından bəlkə də bir qədər fərqlidir… Çünki hər ailənin öz çəkə bildiyi qədər dərd yükü var.
Of… (Bir Şəhid anası acı çəkəndə özümdən asılı deyil, cənnətdə belə ufuldayıram…) Harada qalmışdıq? Mübarizə ruhumun dirilişindən 10 il keçmişdi… Mən 2-ci sinif şagirdi, 8 yaşlı bir məktəbli uşaq deyildim… Bir azdan Azərbaycan Respublikasının əsgəri olaraq vətənə xidmət andı içəcəkdim…
2020-ci ilin iyul ayında baş vermişdi həmin hadisə. Anam hər əsgər anası, müvəqqəti də olsa ciyərparasından ayrı düşən varlıq kimi özünü narahat hiss edirdi. Deyəsən, məndən gizli-gizli ağlayırmış da. Hər bir əsgər anasının ürəyi həmin vaxt yuxa kimi nazik olur. Mən o vaxt bir günlük əsgər idim, başa düşmürdüm. Şəhid oldum, Anamı cənnətdən görərək… anladım… Anladım ki, Ana üçün oğlundan ayrı qalmaq canın bir parçasından ayrı qalmağı kimidir. Anam hətta, mənim əsgər olmağımla da barışmaq istəmirdi ki axı hələ bu mənim körpəciyimdir… Ürəyinə nə isə dammışdı elə bil. Ana ürəyidir də… Dolaşıq fikirlər beyninə hakim olmaq istəyirdi. Bəzən də özünə təskinlik verirdi ki, nədir ki, il yarım, bu il yarımda nə olasıdı ki, olsaydı yəqin 30 ilə yaxın müddətdə olardı… Ancaq cən saydığını say..İlk 3 aydan sonra nələr olmadı ki…
Çoxları kimi anam da elə düşünürdü ki, mən sadəcə əsgər gedib ümumi qaydada vətənə xidmət edəcəyəm, daha heç bir şey, yəni müharibə olmayacaq. Axı ermənilərin havadarları çoxdur, onlar sülh yolu ilə torpaqların qaytarılmasını uzatdıqca uzadacaq, ermənilərin hegemon havadarları isə Azərbaycana torpaqlarını müharibə yolu ilə qaytarmağa imkan verməyəcək, 200 ildən çox müddətdə olduğu kimi…Əsgərliyimin ilk günlərində Zəfər tariximizin ön sözü yazılırdı elə bil. Tovuz döyüşləri başlamışdı… Cəbhə xəttində qanlı döyüşlər gedirdi. Bir gün içərisində bütün Azərbaycan bu döyüş barədə olan xəbərləri izləməyə başladı… Hamının tərəzi gözü dörd olmuşdu. Təbii ki, biz də olanları izləyirdik. Anamın nələr hiss etdiyini, hansı hissləri keçirdiyini təsəvvür edə bilmirəm. Ancaq ana ürəyinin çırpıntılarından eşidirdim ki, içində deyir: “Gəncliyinə doymayan balamı indi yola salsam, görəsən, Tovuzda döyüşməyəcək? Allahım Sən saxla balamı, balalarımızı!”.
Və sonra Xalq üçün elə bil bir anlıq həyat dayandı… Döyüşlər davam etsə belə… İnsanlar nəyin baş verdiyini təsəvvür belə edə bilmirdilər… Heç kəs bu halı qəbul, həzm edə bilmirdi… Hələ səhər saatlarında günümüz zil qara rəngə boyanmışdı… Qırmızı qanlı Tovuz döyüşlərində arasında özümün də olduğum 2855 cənnət Şəhidlərinin əlini yumruq edəcək an gəlmişdi… General Polad Həşimov qəhrəmancasına şəhidlik zirvəsinin fatehlərindən biri olmuşdu… Gözünü xalqın sabahına dikərək qatil gülləsinə, namərd gülləsinə qurban getmişdi generalımız… Gözünü sabaha dikdi deyirəm, çünki, O, hər şeyi bilirdi… Heç bilməzdim ki, adını belə eşitmədiyim bir generalımız şəhid olacaq, öz şəhadəti ilə hamını Zəfərli döyüşə hazırlaşdıracaq, haraylayacaq, birləşdirəcək, Mübariz və mübarizlərdən sonra bir anda onun da adı dillər əzbəri olacaq… Heç bilməzdim ki, əvvəllər adını eşitmədiyim həmin generalla cənnətdə qonşu olacağam…
Anam əvvəlcə qardaşımı, sonra məni əsgərliyə yola saldı… Mən dostlarla əsgərliyi düşünəndə, xeyli müddətlik ayrılıq, həsrətdən bəzən doluxsunub, bəzən gülümsəyəndə anamın gözləri dolmuşdu. Çox qorxurdu mənim üçün… Bu, adi bir təlaşlanma deyildi… Axı mən onun üçün hələ də körpə idim. Elə bil anamın ürəyinə dammışdı mənim şəhadətim… Elə bil əvvəlcədən bilirdi ki, bizi qanlı döyüşlər gözləyəcək, bundan sonra da… Zəfər. Ana ürəyidi də… Anam eyni vaxtda canından iki parçanın həsrətini, ayrılığını daşıya bilməyəcəyini, gücsüz olacağını elə bil hiss etmişdi, ona görə də ikimizin bi vaxtda getməyimizi heç istəmirdi… İçində ağlayırdı için-için, dua edirdi Allaha, bizi qoruması üçün Ona yalvarırdı anam… Anamı gör neçə dərd-bəlalar gözləyirmiş… Of…
Andiçmə mərasimim olanda da anam özünü güclə saxlayırdı… Özünü mənə gülə-gülə oğlunu yola salan bir ana kimi göstərirdi… Mən elə bil anlayırdım onu… Bilirdim ki, qəlbi qan ağlayır, qəlbi qan-yaşdır… Nə edə bilərdim ki, axı, vətəni müdafiə etmək mənim ən müqəddəs borcumdur. Mən artıq daha çox “Vətən sağ olsun” deməliydim və için-için deməyə başlamışdım… Qarşıda məni çətin, lakin olduqca şərəfli günlər gözləyirdi…
3 ay içərisində nələr olmadı ki… Əsgərlikdə olanda eşidirdim xəbərləri… Xalq ayağa qalxmışdı bütün vətənimdə. Haqq, ədalət tələb edən, işğalçılığa son qoyulması üçün mitinq keşçirən bütün dünya azərbaycanlıları xarici ölkələrdə təzyiqlərə məruz qalır, təhdid edilir, döyülürdü… Onlara hücumlar olurdu… Bütün bu olanlardan sonrakı döyüş Tovuzdakı kimi dörd gün-beş gün çəkməməli idi… Artıq hamı Zəfərli müharibəyə hazır idi! Dişimizi qıcaya-qıcaya, yumuruğumuzu sıxa-sıxa qisas vaxtının gəlməsini gözləyirdik…
Nəhayət həmin vaxt gəldi, ilk Zəfərlər bizi qucaqladı! 27 sentyabr 2020-ci ildə artıq biz “vaxtı”nın gəlməsini gözləmirdik, çünki, qisas vaxtı gəlmişdi. Biz ilk zəfərlərimizi elə həmin gün, həmin andan qazanırdıq! Düşməni biçə-biçə, qıra-qıra, məhv edə-edə irəli gedir, torpaqlarımızı onların murdar tapdağından azad edirdik. Ölüm-qalım savaşında olan heç kim bir addım belə geri çəkilməyi düşünmürdü. Hamı şəhidliyi gülüşlə, sevinclə, zəfərlə qarşılamaq istəyir, qarşılayırdı, irəliləyirdi… Düşmənlər qorxaq, namərd və cəsarətsiz olduqlarından hətta, şalvarlarını belə qoyub qaçırdılar. Azad etdiyimiz torpaqlarımızda düşmənin şalvarını, paltarını görəndə gülməkdən özümüzü saxlaya bilmirdik… Onda bilirdik ki, ilk həmləqən qarşımızdan qaçan düşmən bizim yanımızda heç kimdir… Azərbaycan 90-cı illəri yaşamırdı… Mən də 90-cı illəri yaşamadığım üçün yeni reallığı yaratmağa çalışırdım… Döyüş yoldaşlarım ilə birgə… Onlar mənim yanımda, gözümün qabağında şəhid olurdular… Şair deyib ki, “yanında boş yerə tamahım düşüb”. Mən də istəyirdim ki, onlarla bir yerdə şəhid olum, lakin onların qisasını alandan sonra…
Beləcə, erməni də olsa tək bir nəfər də olsun mülki şəxsə zərər vermədən, sadəcə düşmən “hərbçiləri”ni qova-qova, məhv edə-edə vurub Füzulidən, Cəbrayıldan çıxardıq… O torpaqların azad olunması yolunda çox şəhidlər verdik, çox qazilərimiz oldu… İndi burada həmin şəhidlərlə hər gün görüşür, söhbətləşirəm… Cənnətdə gördüklərim və eşitdiklərimdən böyük bir kitab yazardım… Ancaq, bu yazdıqlarım yəqin ki, oxunulacaq… Oxudulacaq… Mən özümü düşünmürəm, bütün şəhid dostlarımı düşünürəm… İstəyirəm, bütün şəhidlərin qəhrəmanlıq dastanları tanınsın, oxunsun… İnnən belə çox dastanlar yazılacaq, bilirəm… Onu da deyim ki, var gücümlə heç nəyi düşünmədən, sadəcə, Qarabağı düşünərək yaşadığım o şanlı 40 günü, o döyüş yollarını heç nəyə dəyişmərəm… Bütün günü Allaha şükür edirəm ki, Vətən müharibəsini yaşamışam, döyüşmüşəm, düşməni məhv etmişəm, şəhid olmuşam… Şükür demişkən, şəhid Şükür Həmidov da şəhid döyüş yoldaşlarımın yanındadır… Cənnətdə şəhid yoldaşlarımla danışanda cənab polkovniki də onlardan xəbər alıram… Ümumiyyətlə, Cənnətdə mənimlə bir yerdə olan şəhidlərin hər birisi bir dastandır… Biz hamımız o şanlı, şərəfli 44 gündə sona qədər döyüşdük və şəhid olduq, dastana döndük…
Onu da deyim ki, qardaşım da Vətən müharibəsində iştirak edirdi. Onun dilindən də döyüş yolu haqqında sözlər eşidirdim… Zəngləşirdik arada bir… Elə istəyirdim ki, ağız dolusu danışsın. Ancaq döyüşdə olduğumuz üçün bu da ola bilməzdi… İndi cənnətdə onun şəhid olan döyüş yoldaşlarından qazi olan qardaşımın hünərləri barədə eşidib sevinirəm…
6 noyabr 2020-ci il… Dastanın əvvəlində demişdim ki, cənnətə daxil olduğum ilk gündür… O günü heç bir zaman unuda bilmərəm… Ailəmin acısı, Vətənimin qüruru olmuşdum o gün… O gün min aya dəyərdi mənim üçün… 8 Noyabr Zəfər günümüzdürsə, 6 Noyabr da şəhadət günümdür…
Həmin gün eşitmişdik ki, əsgərlərimiz Şuşa istiqamətində gedən döyüşlərdə daha çox üstünlük qazanıblar. Fikirləşirdim ki, daha bu düşmənin sonudur. Elə həm özümün, həm erməni zülmünün, həm də müharibənin sonudur. Müharibə bitəcəkdi, Zəfər qazanacaqdıq. Şuşa mütləq bu günə-sabaha azad olunacaqdı… Bir də… Mənim üçün bu bir son idi…Həmdə başlanğıc.. Şəhid olacaqdım… Şəhidlik Zirvəsi məni gözləyirdi…
Xocavənd istiqamətində şiddətli döyüşlər gedirdi. Düşmən azğınlaşmışdı. Bizdən böyük bir dərs almaq istəyirdilər. Ona görə də, onlar bir dəfə atırdılarsa, mən min dəfə qarşısını alırdım və əks zərbə endirirdim o cəlladlara. Biz öz dəyanətimizlə düşməni təəccübləndirirdik. Onlar çaş-baş qalmışdı. Sərt qayaya çırpıldıqlarını bilirdilər. Xilas ola da bilmirdilər. Hirslərindən quduz it kimi daha çox kortəbii hücum edirdilər. Onların postlarını dağıdıb keçə-keçə irəliləyib gedirdik. Bura qədəri mənim üçün çox asan idi. Ancaq, bundan sonra işlər çətinləşirdi. Düşmən hər tərəfdən güllələri yağış kimi yağdırırdı. Hamımız daha çox qorunurduq. Həm də daha çox hücuma keçirdik. Atəş səsləri kəsmək bilmirdi. Elə bil güllələrin arası bu gün ərzində heç kəsməyəcəkdi…
Sağımda, solumda döyüş yoldaşlarım şəhid olurdu… Özümdən asılı olmayaraq mənim gözümdən yaş axmağa başlayırdı. Lakin göz yaşlarımı gizlədirdim, gizlətməyə çalışırdım. İçimdə hirsimi boğub hayqırırdım: “Yox! Ola bilməz! Siz məndən ayrıla bilməzsiniz! Bir döyüş yoldaşı, bir can qardaşı öz can qardaşından ayrılıb gedə bilərmi? Sizin qisasınızı mütləq alacağam!” Artıq mənim üçün bu bir son idi və bunu mənliyimlə qəbul etmişdim. Anamdan üzr istəyirdim, atamdan üzr istəyirdim. Bu ayrılıq çox acı olacaqdı, onlar üçün, bilirdim. Ancaq, mən ölməyəcəkdim ki… Dostlarımın qisasını aldıqdan sonra mən əbədiyaşar, şəhid olacaqdım…
Və son… Bir namərd gülləsi bədənimdən keçdi… Yaramı Allah nuru sarıdı… Torpağa düşdüm… Döyüş yoldaşlarımın qanları ilə birgə qanımız torpağın rəngini dəyişdirdi… O tərəflərdə kül olmuş güllər, çiçəklər görünürdü. İndi hamısı çiçək açır, elə bil, onlara biz can vermişdik, qanımızla, şəhid qanı ilə… Onlara can vermək üçün… can vermişdik…
Mən öz gücümü toplayıb qırıq-qırıq bu sözləri dedim:
Müba… riz…! Po…lad!.. Mən Sizlərin qisasınızı… aldım… aldım… Ya Allah! Qəbul et məni! Haqqını halal et, Azərbaycan! Bir az da gözlə, gəlirəm, Cənnətim!..
Və… 6 noyabr 2020-ci ildə Şəhidlik zirvəsini fəth edənlərdən biri oldum… Həm sevinir, həm doluxsunurdum. Artıq bədən deyildim, bədəndən çıxan bir nur saçan ruh idim və azad etdiyimiz vətən torpağının səmalarında uçurdum, hey uçurdum, ənginliklərə yüksəlirdim… O vaxtdan da göylərdə qaldım. Səma şahinlərinə salam verdim. Cənnətdəki bütün şəhidlər mənə salam verdi, salamlaşdıq… Xudayar mənim dastana döndüyümü söylədi… Onu qucaqladım… Yaşıdım olan bütün şəhidlər analarından nigaran olduqlarını bildirdilər, çünki, onların da yaşı hələ 18 idi… Buna baxmayaraq hamısı bir ağızdan, ürəkdən söyləyirdilər: “VƏTƏN SAĞ OLSUN!”…
Bu da mənim qəhrəmanlıq dastanım… Mən 18 yaşlı, Vətən müharibəsinin ən gənc şəhidi, Ana vətəninə görə gəncliyindən doymayan, ancaq gəncliyindən tez doyub Zəfərli müharibəni sevə-sevə, ürəkdən, candan seçən Vüsal Novruz oğlu Allahverdiyev… Mən siz olan dünyada cəmi 18 il yaşadım. Bunun 8 ilini necə yaşadım, bilmədim. Ancaq, qalan 10 ili düşmənlə mübarizə üçün yaşadım, əzm ilə yaşadım, hər gün yuxumda bir şəhidi görərək yaşadım… Mühitimdəki müharibə əzablarına sinə gərərək yaşadım… Vüsal adına layiq olmağa çalışdım… Sonda da cənnətdə, Şəhadətlikdə vüsalım gerçəkləşdi…
Bu həyatım üçün Allahıma minnətdaram və Şükürlüyəm… Şükürlüyəm, Poladlıyam, Babəkliyəm, Zaurluyam, Xudayarlıyam, Cəbrayıllıyam… Mən şəhidəm… Bu da mənim yazdığım dastanımdır… Azərbaycanimın hər səhifəsinə nurlu əlinin dəyməsi üçün yazılıb…
Allah bütün Şəhid yoldaşlarıma rəhmət eləsin!.. Qazi qardaşlarıma şəfa versin, müqəddəs vətənimin, torpaqlarımızın müqəddəs keşiyində dayanan qəhrəman əsgərlərimizin ayağına daş dəyməsin…! Allah uğrunda canımızı verdiyimiz Vətənimizi qorusun! Amin!
Və bu da dastanın son sözü… Vətən sağ olsun! Vətənin bütövlüyü dünya durduqca əbədi qalsın!
Səxavət Qarabağlı (Məmmədova) 1977 ci ildə Tərtər rayonunun Səhlabad kəndində anadan olmuşdur. 1993 – cü ildə köçkün düşənədək Ağdam rayonunun Şurabad kəndində yaşayaıb yaratmışdır. Məlum hadisələr nəticəsində dogma evini tərk etməyə məcbur qalanda ta uşaqlıq illərindən yazdığı bütün şeirləri itib. Səxavət xanım bu halı özü belə ifadə edir: “ … Şeirlərim evimizdə qaldı və bu bir körpənin xəyallarının paramparça olması demək idi. 2013 – cü ildə yenidən şeirlər yazmağa başladım… İndi ordumuzun şanlı qələbəsindən sonra daha xoşbəxtəm… Sanki həyatımın Ağdamda qırılıb qalan o hissəsindən gənclik çağlarımdan yaşamağa davam etməyə başlamışam…”
Vaxt gəldi, vədə yetişdi. Eldar hərbi xidmət yaşına çatdı. O zaman Avtomobil İstismarı Kollecində təhsil alsa da Eldar təhsilini yarımçıq dayandırıb silaha sarılmağı üstün tutdu.
Eldar bir gün hərbi geyimdə anasının qarşısında durub dedi:
-Ana, Vətən məni səsləyir. Mən də bir oğul kimi Vətənin keşiyində durmalıyam.
…… ananın gözləri doldu. Bəlkə də canından çox sevdiyi balasından ayrılacağını düşünüb kövrəldi, bəlkə də oğlunu hərbi libasda görüb qürurlandı. Onu bilmirəm.
Ananın bulud gözləri Eldarın gözündən yayınmadı:
-Ana, niyə kədərləndin? Sən daha da qürurlu olmalısan, çünki sən bu gündən əsgər anasısan. Əsgər anası məğrurluğu, əzəməti, vüqarı ilə hər kəsə örnək olmalıdır.
Eldar anasının gözlərini sildi.
Ana:
-Oğul, gözlərimin dolması kədərdən deyil, elə qürurlandığımdandır. Hər bir Vətən oğlunun borcu Vətənə layiqincə xidmət etməkdir. Mənim xeyir-duam daim səninlədir. Səngərdə məğrur dayan! Çünki, bütün xalqımız sənin kimi igidlərə güvənərək rahat yaşaya bilir. Sən də çalış bu güvəni heç bir zaman sarsıtma!
Eldar anasının xeyir-duasını aldıqdan sonra döyüş bölgəsinə yola düşdü. İlk gündən kəşfiyyat bölüyündə xidmət edən Eldar qısa zamanda əsgər yoldaşlarının, eləcə də komandir heyətinin dərin hörmətini qazandı. Çünki o verilən tapşırıqları vaxtından əvvəl yerinə yetirməklə yanaşı, cəsarəti, təpəri, səbri və təmkini ilə silahdaşlarından seçilirdi.
Komandir Sübhan Abdulrəhmanlının da Eldara xüsusi rəğbəti, inamı və güvəni vardı. Eldar hər kəsdən cılız görünsə də diribaşlığı və qorxmazlığı ilə bir çoxlarına örnək idi. Odur ki:
-Eldar sən mənim körpə balam – əsgərimsən. Vətənə layiqincə və sevərək xidmət edirsən. Mənim sənə güvənim sonsuzdu. Amma yenə də ehtiyatlı ol, özünü qabağa atma…
Eldar dilləndi:
– Komandir, mənə olan güvəninizi sarsıtmamaq üçün sizə və Vətənə layiqli bir əsgər kimi xidmətimə davam edəcəyəm, təki siz hər tapşırığa məni göndərin. İnanın ki, düşmənin içinə girsəm belə yenə də əliboş qayıtmayacağam, – deyir.
Beləcə günlər bir-birini əvəz edir.
Bir gün komandir mühüm xəbəri demək üçün əsgərlərə “düzlən!” əmri verir. Hər kəs öz sırasını tutduqdan sonra, uca səslə…
-Azərbaycan ordusunun şanlı əsgərləri, bildiyiniz kimi xain düşmən yenə də öz mənfur əməllərindən əl çəkmir. Atəşkəsi pozur, dinc əhaliyə qarşı təxribatlar törədir. Artıq gözünüz aydın, Ali Baş Komandan əks hücum əməliyyatına başlanması əmrini verdi. İgid əsgərlərim, döyüşə hazır olun! Qarabağ torpağı bizi gözləyir.
Bu xəbəri eşidən əsgərlər sevincdən atılıb-düşür, bir-birini qucaqlayırdılar. Axı onlar döyüş əmrini çoxdan gözləyirdilər. Mənfur düşməndən Xocalı faciəsinin, Ballıqaya, Ağdaban, Qaradağlı qırğınının qisasını almaq, Qarabağı düşmən tapdağından xilas etmək üçün səbirsizlənirdilər.
Nəhayət, 27 sentyabr günü dan yeri ağarar-ağarmaz ordumuz düşmən üzərinə yeridi. Müharibənin ilk günündən Eldar döyüşlərə qatıldı. Azərbaycanın igid əsgərləri xain düşməni məğlub edib, torpaqlarımızı azad etdikcə qürur hissi insana qol-qanad verirdi. Ordumuz kənd və qəsəbələri azad etdikcə, mənfur və hiyləgər düşmən silahlarını ataraq geri çəkilir, əsgərlərimiz qarşısında nə qədər aciz olduqlarını sanki yenicə dərk edirdilər.
Döyüş şiddətləndikcə ölü və yaralıların da sayı artırdı. Düşmənin itkisi isə dəfələrlə çox idi. Əsgərlərimiz xeyli sayda ağır texnikanı qənimət olaraq ələ keçirmişdi. Belə bir vəziyyətdə namərd gülləsi Eldarı yaxaladı. Silahdaşları nə qədər təkid etsə də Eldar hospitala getməkdən imtina etdi. “Əsgər yarasını torpaq sağaldar” deyib döyüşünə davam elədi. Eldar onu da dedi ki, Vətənin bizə ehtiyacı olan zaman onu kiminsə ümidinə buraxmaq olmaz, sonu ölüm olsa belə son damla qanımıza qədər qorumalıyıq. Bu yolda öldü var, döndü yoxdu! – deyib, haydı, irəli, səsini bir qədər də ucaltdı. Döyüş yoldaşları Eldar üçün narahat olsalar da, Eldarın bu hərəkəti onları qürurlandırdı.
Artıq demək olar ki, Cəbrayılın bütün ərazisi işğalçılardan təmizlənmiş, digər istiqamətlərdə də ordumuz strateji yüksəklikləri ələ keçirmişdi. Eldarın daxil olduğu dəstə isə Füzuli şəhərinə doğru irəliləməkdə idi. Amma düşmənin ən güclü müdafiə olunan səngərlərindən biri məhz həmin istiqamətdə qurulmuşdu. Qızğın döyüş gedirdi. Tankın, topun səsi qulaq batırırdı. Əsgərlərin sıraları seyrəlsə də düşmənin leşləri ayaqlar altında qalaqlanmışdı. Şəhidlərin qisasını almaq üçün hər kəs irəli atılır, sanki öldürmək, ölmək uğrunda mübarizə gedirdi. Eldar da komandiri ilə çiyin-çiyinə əzmlə vuruşur, səngərdən-səngərə atılırdı. Namərd gülləsi Eldarı yaxalamasaydı hələ neçə-neçə döyüşlərdən zəfərlə çıxacaqdı. Şəhidlərin qanını almaq, hansısa bir zirvəyə bayraq taxmaq üçün fürsət gözləyirdi. Axı həm də hərbi xidmətə yola düşəndə anasına söz vermişdi. Söz vermişdi ki, Qələbə bayrağını dalğalandırmadan geri dönməyəcək. O gün oktyabrın 6-sı günü idi. Şəhidlik şərbətini içmək Eldara həmin gün qismət oldu. Beləcə o, ruh olub göylərə çəkildi – Tanrı dərgahına sarı…
Eldar qısa və mənalı həyat yolu keçdi. Və nə yaxşı ki, bu qısa zamanda qanı ilə – qızıl hərflərlə adını tarixə yazmağı bacardı. Gələcək nəsillər üçün ibrət, örnək ola bildi Eldar.
Təqvimin bu günü Təranə Məmmədin mövludu ilə rövnəqlənmişdir. Yeni gününüz, yeni ayınız, yeni sininiz mübarək olsun, Təranə xanım!!!
TƏRANƏ MƏMMƏD YARADICILIĞI
ON ALTINCI YAZI
BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR
və ya
TƏRANƏ MƏMMƏDİN “TOR” – U
Salam olsun, dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Sözün həqiqi mənasında nə xoş halımıza…
Öncə onu qeyd etmək istəyirəm ki, bu yazını sayca on beşinci olan “Yazarlar və yazılar” məqaləsinin əlavəsi və ya tamamlayıcı bir hissəsi kimi də qəbul etmək olar. Həmin yazıda ümumi şəkildə və daha qlobal səpkidə romançılıqdan söhbət getdiyindən oxucunun fikrini dolaşdırmamaq məqsədi ilə bu yolu seçdim. Onu da əlavə edim ki, bundan bir sonrakı, yəni “Hərb mövzulu yazılar” adlı on yeddinci yazı ilə bu məsələ tamamlanır. Ümumiyyətlə, bu yazılar nədən yaranır? Yazmaq bir ehtiyacdır, vəssalam. Mühit, məqam və ya hər hansı bir an yazını sifariş edir və yazar da acizanə şəkildə qələmi əlinə götürüb yazmağa başlayır. Tam səmimi olaraq bildirmək istəyirəm ki, belə bir mövzuda yazı yazmaq istəyi hələ ötən əsrin 90-cı illərindən rəhmətlik Ziya Bünyadovun, tanınmış yazarlarımız Elçinin, Anarın yazdığı əsərlərlə tanış olduğum vaxtlardan yaranamışdı. Çox sonralar İlahinin qisməti Əhmədbəy Ağaoğlu haqqında Ülviyyə Hüseynlinin mükəmməl bir yazısı ilə tanış oldum və bu fikrim bir az da qüvvətləndi. Hamımızın yaxşı tanıdığı Elxan Elatlının şeir kitabı düşdü əlimə (şəxsi kitabxanamda Elxan Elatlının üç şeir kitabı var), oxudum valeh oldum. Eyni zamanda, artıq nə vaxtsa belə bir yazını mütləq yazacağımı özüm üçün dəqiqləşdirdim. Texniki istiqamətdə təhsil almış daha iki tanınmış şairimizin adını çəkməklə bu sözə qüvvət məsələsini yekunlaşdırmaq istəyirəm. Onlardan biri dəyərli şairimiz Abdulla Cəfər, digəri isə doğum günü də bu günlərə təsadüf edən milyonların sevimlisi, nəğməkar şair Vahid Əzizdir. 23 noyabr Vahid müəllimin ad günüdür, bu gün münasibəti ilə sevimli şairimizi təbrik edir, Uca Yaradandan ona uzun ömür, cansağlığı arzu edirik. Var olun, yazın, yaradın, dəyərli insan…
Nəhayət, Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra yazı yarandı. Sual ola bilər ki, yuxarıda sadalanan müxtəlif tanınmış və o qədər də tanınmayan imzaların söhbətə nə dəxli… Bu kiçik yazıda iki məsələ; mükəmməl (standat və ya standarta yaxın) nümunələr və ədəbiyyatçı olmayan yazarların yaradıcılığındakı fərqli məqamlar üzərindən fikir yürüdərək “Tor” haqqında söhbət açacaq, bir kitaba yüklənmiş min fikrin mində birinə aydınlıq gətirməyə çalışacağıq. Yuxarıda sadaladığım əsaslarla, müasirlərimiz olan, özlərini ədəbiyyat sahəsində görən, görmək istəyən gənclərə faydası ola bilər – düşüncəsi ilə bu sətirləri qələmə alıram.
“Yazarlar və yazılar” yazısındakı fikri davam və inkişaf etdirərək bildirmək istəyirəm ki, insan hansı sahədə çalışırsa çalışsın (müəllim, həkim, mühəndis və s.), təbiətin, yaranışın, həyatın bir parçası olduğunu unutmamalıdır. Yaratdıqları ətrafa zərər vermədən onun özünə, inkişafına, rifahına xidmət etməlidir. Konkret yazarların, ədəbiyyatın probleminə gəlincə, yazar adı yaradıcılıq olan işlə elə məşğul olmalıdır ki, sözün əsl mənasında izi qalsın. Öz izi. Başqasının etdiyinin surətini çıxartmasın, özü nəsə yaratsın… Yəni, yazılan yazı zaman ötdükdən sonra dəyərini itirməsin, əksinə, dəyər qazansın, daha da əhəmiyyətli olsun. Nəzərinizə çatdırmaq istəyirəm ki, müəllifin kimliyindən asılı olmayaraq qələmdən çıxan yazı artıq özü-özlüyündə müəyyən bir ədəbi hadisədir. Bu o deməkdir ki, indi yazılanları yüz il sonra oxuyanlar bizim indiki həyat tərzimizdən, başımıza gələnlərdən az-çox səhih məlumatlar ala bilsinlər. Bugünkü yazı o informasiyanı daşımırsa, onun bir adı var – cəfəngiyyat… Məni bağışlayın, ədəbiyyatdan çox uzaq cəfəngiyyat… “Yazarlar və yazılar” yazısındakı fikrimi bir daha qabardaraq, altını cızaraq, vurğulamaq istəyirəm ki, insanlığa, onun ikişaf tarixinə xidmət etməyən istənilən yazılı nümunə müəllifinin kimliyindən asılı olmayaraq sadəcə kağız yığınıdır, vəssalam. Bu işdə deyərdim ki, ixtisaca filoloq olmayanların bəxti daha çox gətirib. Bu, əslində təbii və məntiqi nəticədir. Çünki onlar ədəbiyyatçı olmadığına, qayda-qanunlara o qədər də dərindən bələd olmadıqlarına görə yaratdıqları istər-istəməz orijinal, özünəməxsus alınır. Filoloji təhsil alanların məntiqi olaraq quruluş-struktur baxımından demək olar ki, həmən-həmən bir-birlərini təkrarlamasının əksinə olaraq, dəqiq elimlər sahəsində təhsil alanlar və ya hansısa yüksək dəqiqlik tələb edən sahədə çalışanların yaratdığı yaradıcılıq nümunələri sistemliliyi, yığcamlılığı, əhatəliliyi, tamlığı, bitkinliyi və özünəməxsusluğu ilə seçilir. Bu qeydlər heç də bütün ədəbiyyatçı yazarların yaratıqlarına aid deyil, nisbi və ümumi xarakter daşıyır. Belə geniş bir girişdən sonra həyatda olan bütün mövcudatın nisbiliyini də nəzərə alaraq yazının məqsədini açıqlamaq istəyirəm. Xüsusi ilə sözüm əlində qələm olanlara aiddir. Bu məsələ məni həmişə narahat edir və şeirlərdə də ara-sıra, yeri gəldikcə toxunuram.
Məsələn, “Söz müqəddəsdir”, “Vurğuna”, “Olub” şeirləri ünvanlı şəkildə, sırf bu məqsədlə qələmə alınmışdır. Yazımızın məqsədi Təranə Məmməd və onun yazmış oduğu “Tor” kitabı timsalında belə bir nümunənin olduğunu xatırlatmaqdır. Bu təqdimat özü-özlüyündə əgər heç bir təsir və mənafe olmasa, müasir dövrümüzdə də həcmindən asılı olmayaraq mükəmməl sənət əsəri yaratmağın mümkünlüyünü ortaya qoyur və varlığını nəzərimizə çatdırır. Haqlı sual oluna bilər, niyə Təranə Məmməd? Nə üçün “Tor”? Cavabı isə hələ girişdə sadaladığım məqamlar və məlumatın son dərəcə yeni – çağdaş olmasıdır. Ən yeni nümunə üzərindən yazarlarımızın yazılarına bir baxış deyək adına…
Qəhrəmanımızın nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimin əsası və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum.
Beləliklə, tanınmış yazar Təranə Məmməd haqqında QISA ARAYIŞ:
Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.
Müəllifin sayca dördüncü kitabı olan “Tor”a biz də məhz dörd tərəfdən yaxınlaşıb, fikrimizi dörd baxş bucağından gördüyümüz, dörd aspektdən əsaslandırmağa çalışacağıq. Həmin dörd meyar aşağıdakılardan ibarətdir:
– Kitabın dili,
– Struktur – quru luşu,
– Mövzu aktuallığı,
– Əhatəliliyi.
Yazının dili bütün dövürlərdə aktual problem olsa da, xüsusi ilə son zamanlar qloballaşma adı altında baş verənlər və eləcə də dövlət başçısı səviyyəsində ana dilimizə olan qayğının fonunda bir daha xüsusi əhəmiyyət kəsb edən qabarıq məsələ kimi ortaya çıxır. Bu məsələdə Təranə xanımın yazdıqları nümunə göstərə bilinəcək səviyyədə tam, bitkin əsərlərdir. Təranə Məmmədin əsərlərinin dilindən yazarkən, nədənsə, qeyri-iradi azyaşlı oğluna siqareti tərgitmək üçün onu əvvəlcədən müxtəlif bahalı siqaretlər alıb dolduraraq hazırladığı otağa həbs edib, – “di, nə qədər çəkirsən, çək” – deyən atanın misalı yadıma düşür. Təranə xanım dörd fərqli dildə eyni səviyyədə yaradıcılıq imkanlarına malik olmasına baxmayaraq, onun bir dildə, yazdığı digərinə qarışmır. Yazılarının dili ümumi qəbul olunmuş formada, məsələn, bütün dövürlərin dahi yazarı ünvanının tək daşıyıcısı L.Tolstoyun başqa dillərdəki frazalara əsərlərində yer ayırdığı şəkildə istifadə etməsini nəzərə almasaq, olduqca təmiz, səlis və aydındır.
Əsərlərin quruluşu, olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir. Bu baxımdan, kitabdakı hekayələr hər biri özü-özlüyündə bir povestin, povest isə əslində həcmli bir romanın yüklülüyünü daşıyır. Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.
Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən Qarabağ problemi, qaçqın və köçkünlərimizin vəziyyəti, Xocalı faciəsi, Aprel döyüşləri, gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir. Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… Özünəməxsus, orijinal bir təhkiyyə üslubuna malik olan Təranə Məmməd, məsələn, adi bir uşaq bağçasındakı tərbiyəçi ilə uşağın arasındakı dialoq zamanı ölkəmizin tarixində baş vermiş istənilən məsələni çox asanlıqla ortaya çıxarıb, əhatəli şəkildə oxucusuna təqdim etməyi bacarır və hekayət bitdikdən sonra oxucuda heç bir cavabsız sual, yarımçıq məsələ qalmır. Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir.
“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.
Sonda bir haşiyəyə çıxmaq istəyirəm. Bu fikri sizə çatdırmazdan əvvəl yenə də bütün mövcudatın nisbiliyi məsələsini unutmadığımı və bunu xatırlayaraq, “Yazarlar və yazılar” məqaləsindəki fikirlərimin davamı olaraq, bildirmək istəyirəm ki, necə ki, müasir romançılar üçün müəllifi mübahisəli olsa da, əsl Azərbaycan Ədəbiyyatı incisi hesab etdiyim “Əli və Nino” bütün meyarlara cavab verən roman standartı ola bilər, eləcə də Təranə Məmmədin “Tor” povesti bu janrda özünü sınamaq istəyənlər üçün nümunə sayıla biləcək bir əsərdir. Daha bir misalla söhbətimi yekunlaşdırmaq istəyirəm, bu gün 20-25 yaşı olan gənclər çox hörmətli yazarımız Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin yubileyi” (bu əsərləri ona görə misal çəkirəm ki, əminəm, bu yazını oxuyanlar mütləq o əsərlərlə də tanışdır…) və digər ötən əsrin ortalarında, sonlarına doğru, yaratığı mükəmməl nümunələr vasitəsi ilə həmin dövrün olduqca müxtəlif, demək olar ki, həmin dövr cəmiyyətini təşkil edən bütün zümrələrin nümayəndələrini sosial və mədəni cəhətdən tanıyır, insanların düşüncə və həyat tərzin, yaşam səviyyəsin, öyrənir, ümumilikdə hadisələrin cərəyan etdiyi zaman kəsiyi və məkan haqqında vacib məlumatlar əldə edirsə, gələcək nəsillər də Təranə Məmmədin yazdıqları əsasında bizim indi yaşadıqlarımız barəsində mühüm olan informasiyaları əldə edə biləcəklər. Yazar üçün bundan böyük xoşbəxtlik, səadət ola bilərmi? Bütün yuxarıda sadaladıqlarıma istinadən bəyan edirəm ki, hər bir qələm sahibinin ümdə vəzifəsi, həyatda var olma səbəbi, onun heç bir sapmaya yol vermədən yerinə yetirməli olduğu missiya, məhz elə bundan ibarətdir. Təranə xanım bu vəzifənin öhdəsindən layiqincə gələn yazarlarımızdan biridir. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.
21.11.2018. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır.Eyni zamanda “Bir kitaba yüklənmiş min fikir”, “Təzadlar”, 27.11.2018, say: 41 (2181), s.6-13. dərc olunub.
Mən Əliyev Sevindik Nəsib oğlu (Sevindik Nəsiboğlu) 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olsam da, əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindənəm. 2014-cü ildə Abşeron rayonu Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, hazırda həmin məktəbin 7-ci sinifində oxuyuram, dərs əlaçısı olmuşam. Mən hələ 4-5 yaşlarımdan yazıb-oxumağa başlamış, eyni zamanda kompüteri öyrənərək Vikipediya vasitəsilə ilə Azərbaycanımızın keçmişi, tanınmış şəxsiyyətləri, sərkərdələri, şairləri və sənətkarları barədə məlumat toplamış, elə həmin vaxtlardan kiçik həcmli hekayələr və şeirlər yazmağa başlamışam. Məni həmişə zaman-zaman Azərbaycanımıza qarşı edilən haqsızlıq və ədalətsizliklər, torpaqlarımızın hər hansı yolla işğalı, vətənimizin parçalanması düşündürüb və narahat edib. Ona görə də, yazdığım 400-dən çox şeirin əsas mövzusunu Vətən, torpaq həsrəti, türkçülük, müsəlmançılıq, işğal olunmuş ərazilərimiz, müstəqillik və ərazi bütövlüyü yolunda canını əsirgəmədən fəda etmiş Vətən oğulları və qızları, istiqlal, bu yolda ömrünü şam kimi əritmiş liderlərimiz, şairlərimiz, yazıçılarımız, vətən fədailəri, bayraq sevinci, bir də həmyaşıdlarıma vətən, vətəndaşlıq barədə bildiklərimi çatdırmaq təşkil etmişdir. Şeirlərim hələ 2015-ci ildən “Abşeron təhsili”, “Respublika xəbərləri” qəzetində dərc olunmuş, milli radiomuzun “Navalça” verilişində, milli televiziyanın efirində uşaqlar üçün yayımlanan “Pillə”, “Lider” TV-nin “Çıxış yolu”, “Dünya” TV-nin “Məhəbbət nəğmələri” və “Hər uşaq bir incidir” adlı verilişlərində dəfələrlə şeirlərim səsləndirilmişdir. Respublika Milli Kitabxanasında, Abşeron rayon təhsil şöbəsinin keçirdiyi ictimai tədbirlərdə dəfələrlə çıxışlarım olmuşdur. Əla oxuduğuma, ictimai fəallığıma görə rayon rəhbərliyi və məktəb tərəfindən çoxsaylı tərifnamə və diplomla mükafatlandırılmış, 26 dekabr 2017-ci ildə Azərbaycan Respublikası “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad” fəxri diplomu ilə təltif olunmuş, eyni zmanda “Afia.az” informasiya agentliyinin “Sizi tanıyaq” layihəsində uğurlu iştirakıma görə uşaqlar arasıdna “Ən yaxşı yazar”, eləcə də, “İlin şagirdi” diplomlarına layiq görülmüşəm. 2018-ci ildə “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitablarım nəşr edilmiş, 2019-cu ildə Respublika Milli Kitabxanasında həmin kitabların təqdimatı keçirilmiş, həmin ildə “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomuna layiq görülmüş, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri olmaqla bu qəzetdə çoxsaylı məqalələrim, araşdırmalarım, şeir və hekayələrim dərc edilmişdir. 2020-ci ildə “Ulu Naxçıvanım” adlı nəsr, “Könüllərə yol gəzirəm” adlı şeir kitablarım nəşr edilmiş, “Ulu Naxçıvanım” adlı kitabımın “Lider TV”-nin “Çıxış yolu” verilişində təqdimatı keçirilmişdir. 5-ci kitabımda işıq üzü görəcək 70-dən çox hekayə, araşdırma və məqalələrim, eləcə də, vətənpərvərlik mövzusunda yazdığım şeirlərim “Kredo” qəzetində dərc edilmiş və çoxsaylı izləyicilərə “Afia.az” informasiya agentliyi vasitəsi ilə çatdırılmışdır. Yuxarıda qeyd olunan mövzularla əlaqədar geniş düşüncələrim var, işğaldan azad edilmiş torpaqlarımız, çiçəklənən Azərbaycanımız naminə yaradıcılığımı uğurla davam etdirməkdəyəm.
Kənan ZƏKA – Bayramov Kənan Əhliman oğlu 2002 – ci ildə Goranboy rayonunun Qaraçinar kəndində anadan olmuşdur. 2008-ci ildə Qaraçinar kənd Tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir . 2020-ci ildə Azərbaycan dillər universitetinin filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) fakültəsinə qəbul olmuşdur . Hal-hazırda 1-ci kurs tələbəsidir. “Yazarlar” jurnalının müstəqil yazarlarından biridir.
Aytac İBRAHİM 1997-ci il avqust ayının 19-da Qax rayonunun Qıpçaq kəndində dünyaya göz açmışdır.Mehdi Ziyadov adına Qıpçaq kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirib, Şəki Dövlət Regional kollecində “Məktəbəqədər təlim və tərbiyə” ixtisasına yiyələnmişdir. Kiçik yaşlarından müxtəlif şeir, mahnı, rəqs müsabiqələrində iştirak etmiş, müxtəlif tədbirlərə dəvət almışdır. “Şəhidlərimizi tanıdaq” layihəsi altında, şəhidlərimizə həsr olunan kitabların ərsəyə gəlməsində iştirak etmişdir. Fəal gənc olaraq tanınmaqdadır. “Yazarlar” jurnalının müstəqil yazarlarındandır.