Etiket arxivi: İbrətamiz hekayətlər

ASLAN QULİYEV YAZIR

İLK KİTAB, İLK SEVİNC, İLK DƏRS

(ibrətamiz hekayət)

Kitabımın çapdan çıxmasını Mərkəzi kitabxanada işləyən şair həmkarım Ələskər Cəfər verdi. Bakıya yola düşdüm. İnanmırdım, mənə elə gəlirdi, yenə də aldadacaqlar. Gedib soruşacaqdım, deyəcəkdilər, nə kitab, nə filan, yox belə şey.
Nəşriyyata getdim, məlum oldu, yalan deyilmiş kitab çapdan çıxıbmış! Nəsr şöbəsinin Elçin (bu Elçin sonralar ovcumdakı cizgilərə baxıb mənim heç vaxt yazıçı olmayacağımı deyəcəkdi. Mən adının Elçin olduğunu bilirdim, amma Şahbaz Xuduoğlu Eldar olduğunu dedi) adlı əməkdaşı dedi, çıxıb, ancaq bizə siqnal nüsxəsini verməyiblər. Get “Qızıl Şərq” mətbəəsinə, direktor qadındır, otağı ikinci mərtəbədədir, ona hörmət elərsən, iki-üç nüsxə verər.

Çəkinə-çəkinə soruşdum:
– Nə qədər?
– İyirmi beş manat! – Elçin gözünü qırpmadan dedi.
Sevincimdən qanadlanıb uçurdum, həyəcandan az qala ürəyim yerindən çıxacaqdı, tezliklə kitabımı görəcəkdim! Qalxacaqdım ikinci mərtəbəyə, iyirmi beş manatla vidalaşacaqdım, – az pul deyildi, amma heyfislənmirdim, cibimdəki bütün pulları verərdim, təki tezliklə kitabımı görüm, – qadın da kitabımdan iki-üç nüsxə verəcəkdi. Yəqin təbrik də eləyəcəkdi. Sonuncu ritual olmasaydı da olardı, vacib deyildi, təki kitabımı versin. Mətbəəyə doğru uçanda belə düşünürdüm.
Gəldim mətbəəyə, qalxdım ikinci mərtəbəyə. Səsindən metal soyuqluğu yağan qadın yox, deyib durdu, haçan satışa verərik, onda alarsan, bura mətbəədir, kitab mağazası yox! Mənim dəlillərimi, – illərlə bu kitabın həsrəti ilə yaşadığımı, uzaq yolu gedib gəlməyin çətin olduğunu eşitmək belə istəmədi. Hörmət eləmək təşəbbüsündə bulunmağım, yəni iyirmi beş manatla vidalaşmağa hazır olduğumu bəyan eləməyim vəziyyəti dəyişmədi, əksinə, işi tamam korladı. Qadın məni rüşvət verməkdə ittiham elədi. Dərhal otaqdan çıxmaramsa, milis çağıracağını dedi.
Suyum süzülə-süzülə çıxdım otaqdan, əsəblərə işləyən bu səsdən qaçıb qurtarmaq istəyirdim. Qadın ikicə dəqiqənin içində həyatı, yaşamağı gözümdən salmışdı. Müəllifin ilk kitabını istəməsi qəbahət idimi? Bunca ümidlə yanına gələn müəllifə ilk kitabından heç olmaya bircə nüsxə verəndə nə ollacaqdı?
Məni ən çox ağrıdan buydu, qadın başqalarının sevinməsini istəmirdi. Ona həzz verən ümidlə, arzuyla yanına gələnlərə əzab vermək idi. Başqalarının kədərlənməsindən, əzab çəkməsindən həzz alırdı.

Martin soruşur: “Yenədəmi səni əzişdirdilər?” “Yox, – deyirəm, – bu dəfə qəlbimə girdilər, tapdaladılar!”
Çölə çıxanda qapıçı halımı hiss elədi.
– Sənə nə olub? – soruşdu.
– Heç, – dedim.
Qapıçı əl çəkmədi:
– Kitabını istədin, vermədi?
– Hə, – köks ötürüb dedim.
– Nə qədər verirdin ona?
– İyirmi beş manat.
– Nə təər adamlarsız! Kitabdan ötrü kimin yanına gedirsən?! On manat ver bura!
On manat verirəm və onca dəqiqədən sonra qapıçı “Bahar küləkləri” adlı kitabımdan dörd nüsxə gətirib verdi.
Bu mənim kitabım idi! On illərlə qarşıma kötük diyirlədənlər, əjdaha kimi yolu kəsib yol verməyənlər heç nəyə nail ola bilmədilər. Mən çap olundum, yazılarım işıq üzü gördü!
Mətbəədən vağzala qədər piyada getdim və yolda azından on dəfə dayandım, portfeldən kitabı çıxardır, baxır, təzədən yoluma davam eləyirdim. 35 qəpiyə olan bu kitab yeddi min tirajla buraxılmışdı. Ön tərəfindəki üz qapağında kitabın adı, o cümlədən müəllifin, yəni mənim adım, arxa qapağında isə foto şəklim var idi.
Çox da sevinə bilmədim. Vilayət Quliyev “Ədəbiyyat və incəsənət” qəzetində “Müəllifin ilk kitabı” seriyasından çap olunan kitablar haqda yazdğı yazıda demək olar hamını tərifləmiş, təkcə “Bahar küləkləri”ni tənqid eləmişdi. XXI əsrin astanasında oxuculara yumruq davası, göz yaşları, ekzotik koma və sair təqdim eləyən müəllifə layiqincə divan tutmuşdu.
O vaxtlar belə bir tənqid əyalətdə yaşayan gənc müəllifin üzünə qapıları bağlamaq üçün kifayət idi. Yolumu kəsən əjdahalara da əsas vermişdi.

Mənbə və müəllif: Aslan Quliyev

ASLAN QULİYEVİN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Oxudum, oxudum, gözlərim doldu

Oxudum, oxudum, gözlərim doldu

(ibrətamiz əhvalat)

Gec bildim. Özü çoxdan getmişdi artıq…
Bugünlərdə “Tərcümə təcrübələri”ni imzalı almağa gələn gənc Oxucum kitab üçün pulu, zərf əvəzinə, niyyəti kimi pak bir vərəqə büküb gətiribmiş.
Adi ağ vərəq indi məndən ötrü bu vaxtacan gördüyüm ən incə naxışlı, nəfis bir zərfdir…
Yəqin, əlbəəl almağa utandığımı sezdiyi üçün, bükülünü kitab imzaladığım masadakı nüsxələrdən birinin altına qoyub.
Cizgilərinə körpə məsumluğu hopmuş munis xətt – sonsuz şəfqət, nəvaziş qaynağı: “Gözünüzün nuru azalmasın…”
Oxudum, oxudum, gözlərim doldu. Cib dəsmalımı kipriklərimə çəkdim. Yorğunluq dumanı seyrəldi gözlərimin, baxışım durulub-aydınlandı. Gözyaşlarım yumuşdu, əlbəttə, burası öz yerində. Amma o aydınlığın, əslində, məhz sidqlə yazılmış bu xeyir-duadan gəldiyinə inancım qat-qat üstündür. Bunun tərs üzünə məni kimsə inandıra bilməz.
…Bu lətif zərfi bayaq Özündən almağa utanmışdım. İndi daha çox utanırdım: bükülünü əlbəəl almadığım, üstünə yazılanı o an oxumadığım, üz-üzə ikən layiqincə təşəkkür etmədiyim üçün… Bir də, hədiyyə qəbulu ədəbincə, zərfi onu gətirənin qarşısında açmadığıma görə: içindəki məbləğin artıqlığını bilər, uyğun davranardım.
Ancaq yox! Xırdaçılıq çıxardı, bu nəcib rəftarın sehri zədələnərdi…
Kövrəlib-doluxsunmağımda isə utanmalı bir cəhət görmürəm: Sentimentallıq, istənilən yaşda, Simmentallıqdan çox-çox yaxşıdır!
…İmkanım buna çatdı ki, öz xeyir-duasını mən də onun ünvanına, artıqlamasıyla pıçıldayım: “Sənin də, çox güman, bütün gün ya ekrana, ya kağıza zillənən gözlərinin (hərdən yorğun düşüb dumanlansa belə!) nuru, aydınlığı ömrün uzunu zərrəcə azalmasın, əzizim Oxucu! Bu xeyir-duanın qopub gəldiyi saf ürəyinin taqəti bircə misqal da əksilməsin!”
O ki, qaldı mənə…
Belə gözəl xeyir-dua ilə naxışlanan bu zərfi, onunla gətirdiyin bütöv bir sərvət dəyərində bu banknotu özümdə saxladıqca, inşallah, hələ uzun zaman nə gözlərimin nuru azalar, nə qazancımın bərəkəti çəkilər!

Mənbə və müəllif: Seyfəddin Hüseynli

Seyfəddin Hüseynlinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gözəl insan – xoş arzular!

ANS-ə təzə işə düzəlmişdim. Tələb qoyulmuşdu ki, hamı materialını özü montaj etməlidir. İşdən sonra qalıb öyrənməyə çalışsam da, bu işin incəliyinə tam yiyələnə bilmirdim. Efirə material verməliyəm, kiməsə yalvarır, xahiş edirdim ki, mənim süjetimi də montaj edin də. Kömək edilmirdi, qınamırdım, öz süjetlərini də işləməli idilər. Yeganə Afət Telmanqızı olurdu ki, ürəyi dözmürdü, çarəsiz sifətimə baxıb deyirdi “yaxşı, gəl səninkini də edim”. Düz iki həftə beləcə öz materialı ilə yanaşı, mənimkini də montaj etdi. Bu müddət ərzində də işdən sonra oturub öyrənirdim. Afət Telmanqızının ad günüdür. Həmin yaxşılıq yadıma düşdü. Keçmiş kolleqa, sizi təbrik edir, gözəl günlər diləyirəm, yorulmayasız, yazıb-yaradasız.

Müəllif: Azər QİSMƏT

AZƏR QİSMƏTİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Şokalad qutusu”

Bir gün balaca bir qəsəbəyə varlı bir turist gəlir. Turist bir neçə günlük gecələmək üçün, bir otelə gedir. Öncədən icarə üçün 100 dollar otelin sahibinə ödəyib, yuxarı mərtəbəyə — otaqlara baxmaq üçün qalxır. Otelin sahibi 1 dəqiqə belə gözləmədən pulu götürüb, qaçaraq ət dükanına gedib borcunu ödəyir.

Qəssab pulu götürüb sevinərək fermerin yanına, bir neçə gün əvvəl borca aldığı inəyin pulunu ödəməyə gedir. Fermer pulu götürüb avtomobil dəzgahxanasına gedib öz borcunu ödəyir. Dəzgahxananın sahibi pulu götürüb bir neçə gün əvvəl mağazadan etdiyi alış-verişin pulunu ödəyir.

Mağazanın sahibi pulu götürüb neçə gündür gecikdirdiyi işçisinin maaşını ödəyir. İşçi xanım pulu götrüb qaçaraq hotelin sahibinin yanına gedib, ona olan borcunu ödəyir.

Bu zaman turist otel sahibinin yanına enir və bildirir ki, yuxarda onun üçün münasib otaq yoxdu. Turist icarə üçün qoyduğu pulu geri götürür və oranı tərk edir.

Heç kim heç nə qazanmadı, amma qəsəbə sakinlərinin artıq bir-birlərinə borcu yoxdu və onlar gələcəyə ümidlə baxırlar.

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ən ədalətli hökm

OĞRUDAN DOĞRU DƏRS

Bir dəfə Çində bir adam o qədər ac və yorğun idi ki, dayana bilmir və bir armud oğurladı.
Onu tutdular və cəzalandırımaq üçün imperatorun yanına gətirdilər. Oğru İmperatoru görəndə ona dedi;
“Hörmətli hökmdarım, çox ac idim.
Dözə bilmədim, oğurladım və yedim. Sizə yalvarıram, məni bağışlayın. Əgər məni bağışlasanız sizə əvəzolunmaz bir hədiyyəm olacaq “dedi.
İmperator ağzını əyərək;
“Sizin kimi birində əvəzolunmaz nə ola bilər ki?”-deyir.
Oğru ovucunun içərisinəki armud tumlarını uzadır və
“Bu tumları əksəniz bir gün ərzində qızıl meyvələr verən bir ağacın çiçəkləndiyini görəcəksəniz.”
İmperator güldü və Dedi:
“O zaman buyur ək. Qızıl meyvələri görəndə səni bağışlayıram”.
Yoxsul adam;
“Hökmdarım, oğru olduğum üçün bu toxumu mən əkə bilmərəm. Bu toxumu ömrümdə heç vaxt oğurluq etməyən, başqalarına heç vaxt haqsızlıq etməmiş, yalan danışmamış bir kimsə ancaq əkə bilər. Toxum ancaq o zaman öz təsirini göstərər, əks halda ona əkəni zəhərləyər, dayanılmaz ağrılarla öldürər. Sultanım, yalnız bu toxum siz əkə bilərsiniz. “

İmperator ürkdü,bir müddət düşündü, sonra da kəskin səs tonuyla;
“Mən bağban deyiləm, imperatoram, bu toxumu vəzirə verin və qızıl meyvələri görək.” dedi ..
Yoxsul kişi toxumu vəzirə təhvil verəndə baş vəzir tələsik İmperatora tərəf çevrildi və etiraz etdi.
“Mən əkin biçin işlərinə çox bacarıqsızam, sehrli toxumu israf edərəm.Məncə bu toxumu xəzinədar əksin.
Xəzinədar dərhal bir bəhanə tapdı və bu vəzifəni başqasına təhvil verdi.
Orada olanların hamısı sudan bəhanələrlə toxum səpmək vəzifəsindən bir-bir imtina etdilər.
Sonra İmperator bir müddət sükut içində düşündü. Başı aşağı Vəzirin, Xəzinədarın və bütün məmurlara baxdı;
“Gəlin bu oğru bağbanına toxumun necə qızıl meyvə verdiyini hamımızı bir yerdə göstərək. dedi.
Cibindən bir qızıl pul çıxartdı və kasıb kişiyə atdı.
Hamı da ardıcıl olaraq ciblərindən qızıl pul çıxarıb ona verdi.
Sonra gülürək imperator yoxsul adama;
“İndi isə çıx get buradan, bu dərs bu günlük hamımız üçün bəs etdi.” dedi ..
Bəs indiki dünyamızda bu toxumu əkə biləcək xüsusiyyətlərə malik insan qalıbmı ətrafınızda tanldıqlarınızdan?

Mənbə: İbrətamiz əhvalatlar

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru