Çağdaş qələm adamları içərisində yaradıcılığı özünəməxsus çalarları ilə seçilən yazarlarımızdan biri də Mahirə Nağıqızıdır. Onun xalq yaradıcılığına, folklora bağlılığı, vətənpərvərliyi, milli təəssübkeşliyi oxucuları və qələmdaşları tərəfindən ən çox sevilən, rəğbətlə qarşılanan xüsusiyyətlərindəndir.
QISA ARAYIŞ
Mahirə Nağıqızı (Hüseynova) 1960-cı il 4 noyabrda Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub.
Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçən Mahirə Nağıqızı 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbini bitirmiş, 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. 1984-cü ildə İnstitutu fərqlənmə diplomu ilə başa vurmuş, elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. İşlədiyi müddətdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafefedrasının müəllimidir.
Mahirə Nağıqızı 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin may ayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə, həmin ilin dekabr ayında isə Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış Mahirə Nağıqızı 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Tanınmış alim-şairə, pofessor Mahirə Nağıqızı (Hüseynova) hazırda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahirə Nağıqızı pedaqoji fəaliyyətlə yanaşı elmi, ədəbi yaradıcılığı ilə də müntəzəm olaraq elmi və dövri mətbuatda çıxış edir. Mahirə Nağıqızının bir neçə şeirini sizlərə təqdim edirik:
Ölməz min il də keçsə, Torpaq üçün ölənlər. Unudulmaz heç zaman Bayraq üçün ölənlər. * * * Onları birləşdirən Bir arzudur, bir amal. Sənin də taleyindən, Şəhidlik keçdi, Camal. * * * Salamlayır yurdunu, Uca dağların mehi. Sən ey “TURAZ şahini”, Sən ey “Hadrut Fatehi”! * * * Şərə sinə gərmişdin, Qanlı hərbə girmişdin. Özünü göstərmişdin “Aprel döyüşləri”ndə.. * * * Vətən-millət yolunda, Nə lazımsa etmişdin. Sən şəhidlik taxtının İzi ilə getmişdin. * * * Şanlı bayrağımızdır, Sənin qanlı köynəyin. Yaran hər birimizin Ürəyində göynəyir. * * * Bu çiçəkli baharda, Susmusan ağır-ağır. Hər kəsin baxışından , Qəbrinə şəfəq yağır. * * * …Axşam düşdü, Ay oldu, Haray qopdu, hay oldu, Şəhid adın pay oldu, Ananın ad gününə. * * * Ömrün bir nağıl, dastan Oldu, sən bozqurd, aslan. Yerinə bir Alparslan Qoyub getdin, şəhidim. * * * Qəhrəmanlığın, adın, Əsmətin və Əsnadın, Fatimə tək bir qadın Qoruyacaq adını. * * * Bir az geci-tezi var, Ölüm cana minnətdir. Vətənə can verənin Ölümü də nemətdir. 25.04.2021.
Adi adam, sadə adam, lütf edirəmsə, Bu lütfümdən yararlanıb, ağ etməyin siz! Mən, fağırın əhvalını yazan adamam, Lütfən, məni padşahlara tağ etməyin siz! * * * Öz dərdimi mən özümə yazdım hər zaman, Bir kimsənin üzərinə kədər saçmadım. Dörd padşaha məktub yazdım və heç birində Özüm haqda bircə kəlmə söhbət açmadım. * * * Tanrı mənə lütf etmədi bu yaşımadək – Nə Qaliyə gedə bildim, nə də Ağdama. Millətimlə Dövlətimə Sınıq körpüyəm – Nə o ələ sığınmışam, nə də bu dama! * * * Lütfən, məni padşahlara tağ etməyin siz, Nə məqbərə, nə monastır, nə də tağam mən! Bəlkə Quruca Davidə, ya Şirvanşaha Süvari qoşun yaradan bir qıpçağam mən!? * * * O hörülən divarlarda bir doğma daşam, Nə yabançı kərpiciyəm, nə yad daşıyam. Həm Qoderzi Çoxelinin yurdda yurddaşı, Həm də şair Vaqiflərin öz yaddaşıyam. * * * Millətimlə Dövlətimə Sınıq körpüyəm, Zəhmi, yükü çox ağırdır şair andırın. İllah, qurban lazımdırsa, gələn Novruzda, Öz qaladığım tonqalda məni yandırın! * * * Ya yandırın, ya da mənim yanıq ruhuma O tərəfli-bu tərəfli sayğı göstərin! Hördüyünüz divarların daş-kərpici biz, Siz o daşa, o kərpicə qayğı göstərin!..
Gedim bir az ağlayım, Elə-belə… astaca. Ürəyimi gizlədim yastığımın altında. Pəncərəni açaraq Kövrəlmiş ürəyimi Bəlkə həyətə atım?! Həyatın ağuşuna?! Yox, yaxşısı budur ki, Gedim bir az ağlayım, Elə-belə… astaca. Kimsə duyuq düşməsin Kədərimdən, qəmimdən, Durub yol alım bağa Astaca ağlamağa… Götürüm ürəyimi Atım çoşan ümmana – Dalğaların qoynuna. Heç dinə də bilməsin – “Niyə sığmır sinəmə?” Gah tufan, gah da rüzgar Apardıqca uzağa… Yox! Yaxşısı budur ki, Qoy dirrikdə basdırım, Dirilib çiçək olsun. Ya da ki, bala tutum, Acısın unutdurum. Özümü aldatsam da, Qoy ruhu ovundurum, Acısın unutdurum. Ya dostları çağırım Axşam vaxtı mən şama – Şərab içək doyunca. Könlümü də versinlər, Büllur qabda ortaya, Dostlar ondan dadsınlar, Dadıb, gəlsinlər cana. Budur, orda uşaqlar Atılırlar-düşürlər, Bəlkə topları yoxdu? Qoy verim ürəyimi Qovsunlar yorulunca… Yox! Artıq kədərlənmək yox! Ürəyin dediyiylə Oturmaq yox, durmaq yox! Atım onu bazarda, Ya da sizə verəcəm, Elə-belə, bədava. Gecənin sükutunda Ürəyimlə tənhayam. Yağış yağır, islanır Çətir tutmuram ona Qoy incisin… Nə qədər oyun açıb başıma… Hərdən üsyana qalxıb Həm Günəşə, həm Aya Hayqırıram: “Götürün, Verdim onu Allaha!” Amma qərar vermədim, Neyçin qərar vermədim, Bu geniş ürəyimi Sənə bağışlamağa?!
22 апреля к кампании по сбору книг, организованной Министерством Культуры совместно с Национальной Библиотекой, присоединился также Заур Устадж. Масштабная кампания по сбору книг была организована для восстановления книжных фондов библиотек, действовавших до начала 90-х гг. на ранее оккупированных азербайджанских территориях. В настоящее время эти территории освобождены от армянской оккупации в результате 44-дневной победоносной войны под руководством Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Ильхама Алиева.
Заур Устадж отметил, что «Кампания по сбору книг для фонда библиотек на оккупированных территориях», организованная Министерством Культуры и Национальной Библиотекой, является важным шагом на пути к восстановлению разрушенных библиотек. Писатель подарил фонду библиотек на освобожденных от оккупации районов 440 экземпляров 4 (четырех) своих книг.