OSMAN BATUR

DOĞU TÜRKİSTAN DENİNCE İKİ MÜCAHİT ALPEREN GELİR AKLIMA BİRİ ALTAYLAR’IN KARTALI OSMAN BATUR VE DİĞERİ İSA YUSUF ALPTEKİN


ÇAPANDAZ

Bir yol bulub, birleşmeyince Türkler

Düşman ile, hırlaşmayınca Türkler

Uçkun gibi, gürleşmeyince Türkler

Ben ağlarım, sen ağlama desen de…

Beşer firanesinin ünvanıdır çapandaz

Hilkat hikayesinin, divanıdır çapandaz

Bozkurd teranesinin destanıdır çapandaz

Altay ile Alplarnın, volkanıdır çapandaz

Attilla’nın, Cengiz’nin, Cevlanıdır Çapandaz

Yav derdinin devası, dermanıdır Çapandaz

Türkü Turan,
GÖKTÜRK QRUPU

“Sevgi hardadırsa, Tanrı ordadır” hekayəsində sadəlikdən ilahi həqiqətə: Tolstoyun etik dünyagörüşü”

“Sevgi hardadırsa, Tanrı ordadır” hekayəsində sadəlikdən ilahi həqiqətə: Tolstoyun etik dünyagörüşü”

Lev Tolstoyun “Sevgi hardadırsa, Tanrı ordadır” hekayəsi səthi sadəliyin arxasında dərin etik-fəlsəfi iddialar yatır. Oxucu əvvəlcə Martin Avdeiçin adi, hətta məhdud həyatına daxil olur: zirzəmi otağı, tək pəncərə, ayaqqabıçı peşəsi. Martinın oğlu ilə bağlı itki səhnəsinə yalnız şəxsi faciə kimi baxmaq düzgün olmaz. Bu, Tolstoyun insanın sual vermə məqamını göstərmək üçün seçdiyi epizoddur: “Niyə?” sualı həm metafizik, həm də etik-hüquqi məna daşıyır. Tolstoyun “İnsan nə ilə yaşayır?” hekayəsi ilə bağlılığı da burada açılır: insanın həqiqi həyat mənbəyi intellektual institutlar yox, mərhəmət və sevgidir. “İnsan nə ilə yaşayır?” əsərində kasıb ayaqqabçı Simonla həyat yoldaşı Matryona bir dondurucu sahədə donmaq üzrə olan naməlum şəxsi evlərinə dəvət edirlər, həmin şəxs sonradan mələk olduğunu ortaya qoyur və məhz əhəmiyyətli üç sualın cavablarını öyrənir:
insanın içində nə yaşayır?
insana nə verilməmişdir?
insanlar nə ilə yaşayır?
İnsan içində “sevgi”nin yaşadığını və insanların əslində sevgiyə görə yaşadıqlarını mələk bu təcrübə vasitəsilə anlayır. Avdeiç, hekayəsi ilə bu strukturu tamamlayır. Simonla Avdeiçin ilkin mövqeyi “sosiomaterial yoxsulluq”dur: hər ikisi məhdud resurslarla yaşayır, gündəlik ehtiyaclar onları sıxır. Bu fakt Tolstoy üçün imkan verir ki, mərhəmətin dəyərini əsl sınağa salsın, çünki kiminsə xeyirxah olması asan halda deyil, məhdudluq və risk anında daha mənalıdır. İkincisi, hər iki hekayədə “sevgi” institusiya xaricində, gündəlik praktikada təzahür edir. Metafizik olaraq o, Tanrının varlığıyla ədaləti problemi ilə üz-üzə qoyur, hüquqi və etik cəhətdən isə soruşur: kimin hökmü üstün gəlir? Tanrının yoxsa insanın ağrısının? Avdeiç hekayəsində qəhrəman əvvəlcə ümidsiz, həyat qarşısında təslim olmuş adamdır, amma Tolstoyun cavabı budur ki, həll məhkəmə otaqlarında deyil, insanın öz vicdanında tapılır. Hekayə baş verdikcə bu məhdud məkanda Tolstoy insan varlığının iki əsas boşluğunu göstərir: cismən tək qalma və mənəvi tənhalıq. Bu tənhalıq Martin üçün təkcə şəxsi kədər və itki deyil, həm də hüquqi-məcburi dünyanın məntiqi ilə mənəvi həyat arasındakı uçurumu ifadə edir.

Martin obrazı Tolstoyun bədii-siyasi estetikasında tanış bir tipdir: maddi yoxsulluq, peşəkar ləyaqət və daxili vicdanla yaşayan, amma şəxsi itkilər üzündən ruhən əzilmiş bir insan. Onun ruhani dönüşümü iki mərhələdə inkişaf edir: əvvəlcə İncil oxumaq vasitəsilə baş verən kognitiv-yenidənqurma, sonra isə bu yenidənqurmanın gündəlik davranış forması olan konkret, bədii-sadə xeyirxahlığa çevrilməsi. Tolstoy burada “iman”ı abstrakt etika və ya məntiq söhbətindən ayırıraq inam, insanın başqasına etdiyi konkret yardım aktında təzahür edir. Martin öz evinin pəncərəsindən küçədə görüb tanıdığı insanların ayaqqabılarına baxaraq onları tanıyırdı. Bu vizual detal obrazın dünyagörüşünü simvolik olaraq ifadə edir. O, insanları “ayaqqabı” ilə, yəni həyat şəraiti, sosial rolu ilə yox, onların ehtiyacı və zəifliyi ilə görməyə başlayır. Bu dönüşüm Tolstoyun əsərlərində tez-tez rastlanan “görmə” metaforikasının bir davamıdır: əsl görmə ruhun gözünü açmaqdır. Pəncərə simvolu burada sərhəd funksiyası daşıyır. Evlə küçə, daxili ilə xarici, məskunlaşmış kədər ilə dünyadakı ehtiyacların kəsişmə nöqtəsi. Avdeiç pəncərədən yalnız insanların ayaqlarını yox, üzlərini də görməyə çalışaraq ilkin epistemik blokunu aşmağa çalışır: əvvəlcə o, ümidsizlik, özünəqapanma vəziyyətində idi, pəncərənin qarşısındakı diqqəti isə dünyaya qarşı açıqlıqdır. Diqqətin fəlsəfəsi təməl düşüncəni dəyişdirir: Avdeiçin diqqəti yön aldıqca onun dünyagörüşü də dəyişir. Obrazların yükü, onların ehtiyacları daha aydın görünür və etik reaksiyalar doğur.

Hekayənin strukturunda mühüm dönüş nöqtəsi Martinə gələn “məlumat”, xeyirxah olmağa çağıran, gözlənilməz bir vəd və ondan sonra baş verən üç səhnədir: soyuqda qalmış adam, soyuqda uşağı ilə qalmış bir qadın və yaşlı qadın ilə oğlan arasındakı münaqişə. Bu üç hadisə təsadüfi olmayan simvolik üçlüyə çevrilir: hər biri insan ehtiyacının müxtəlif üzünü göstərir. Bədən ehtiyacı, ana-uşaq zəifliyi və sosial ədalət məsələsi. Martin bu üç situasiyaya qonaqpərvərlik, yardım və vasitəçiliklə, yəni fərqli, amma daima mərhəmət prinsipi ilə yanaşır. Nəticədə gecə onun evinə həmin gün kömək etdiyi insanlar girir, Martin anlayır ki, həmin gün o, birbaşa olaraq Tanrını qəlbində daşıyıb. Tolstoy beləliklə məsələnin mahiyyətini açır: Tanrı “böyük” hallarda yox, gündəlik sevgi aktlarında görünür. Hekayədə bu məqam həm dini məntiqi, həm də etik praktikliyi uzlaşdırır. Tolstoy burada şəxsin iç dünyasını əxlaqi mühakimə üçün zəmin kimi istifadə edir: Martin özünü əvvəlcə dini formalizmə, daha sonra isə bu formalizmdən doğan şəxsi müəllimə çevrilməyə başlayır. ilk kömək istəyən, Martin üçün test kimi çıxış edir: evə dəvət, isti yemək və ruhani söhbət vasitəsilə Martin praktiki mərhəməti həyata keçirir, bu sadə qarşılıqlı münasibət onun ruhunu doyurur. Qadına edilən yardım olan isti paltar və pulla kömək Tolstoyun sosial realizmini göstərir: mərhəmət abstrakt yox, maddi kömək də olmalıdır. Oğlan-yaşlı qadın səhnəsi isə ədalət və tərbiyə mövzularını açır. Martin burada bir hakim kimi çıxış etmir, o, məsələni məhəbbətlə, amma prinsipial şəkildə həll edir, oğlana qayda öyrədərək qurbanın hüququnu tanıyır. Bu üç reaksiyanın birləşməsi Tolstoyun əxlaqi idealını, yəni, mərhəmət, qonaqpərvərlik, məsuliyyət, bütöv şəkildə ortaya qoyur. Kömək etdiyi insanların Tanrı adlandırdığı şəxsiyyətin təzahürü kimi evə girməsi, Tolstoyun teoloji mesajını poetikləşdirir: insan nə qədər az, amma səmimi sevgi göstərirsə, Tanrı bir o qədər yaxın olur.

Martinlə müqayisədə başqa ədəbi obrazlarla paralellər çəkmək Tolstoyun mesajını genişləndirir. Məsələn, Tolstoyun özünün “İvan İliçin ölümü” hekayəsində İvanın ölüm qorxusu, mənəvi iztirablardan keçməsi ilə Martinin daxilindəki sakit dönüşüm bir-birini tərsinə tamamlayır: İvan İliç varoluşun absurdluğu və sosial məna itkisi qarşısında panika keçirir, əks halda Martin həyatın məzmununu sadə xeyirxahlıqda tapır. Tolstoy burada iki mümkün ruh halını qoyur : birində ölüm qorxusu insanı dağır, digərində qəbul və sevgi insanı yenidən dirildir. Həmçinin, Dostoevskiylə müqayisədə, məsələn, Zosima atanın “Karamazov qardaşları”ndakı mərhəməti ilə müqayisə, Tolstoyun yanaşması daha praktiki, daha az mistikdir: Dostoevski daxili itki və kainatla hesablaşma üzərində fəlsəfi-dramatik dialoqlar qurur, Tolstoy isə gündəlik davranışın ruhani dəyərini göstərmək üçün daha sadə, amma məqsədyönlü ssenarilərdən istifadə edir.

Sonda, Avdeiçin hekayəsi əslində iki sualı birləşdirir: “Mən niyə yaşamalıyam?” və “Hüquq nə üçün mövcuddur?”. Tolstoy cavabı təcrübələrin nəticəsi ilə verir: yaşamaq Tanrı naminə olmaqdır, hüquq insanların bir-birinə qarşı sevgi və xidmətini təşkil etmək üçündür. Bu cavab həm sadə, həm radikaldır, çünki o, əxlaqın sözdə qalmamasını, hər günün kiçik əməllərində yaşamasını tələb edir. Avdeiçin həyatı bizə göstərir ki, paskalistik, intellektual izahlar əhəmiyyətli olsa da, həyati dönüşlər adətən gündəlik davranışların yenidən təşkilindən keçir və vicdanda möhkəmlənməsində tapılır.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Adilə Nəzər – DAŞ DA ÇİÇƏK AÇAR…

DAŞ DA ÇİÇƏK AÇAR…

Məhəbbət çay.. – hərdən suyu kəsilər,
Quruyar dil-dodaq, qəlbin səs elər,
Bir damla su göydən yağış səsiylə
Enər üzərinə, cana bəs elər…
Daş da çiçək açar Allah istəsə…

Sis-duman qəfildən yolu alarsa,
Əllərin sinəndə yetim qalarsa,
Ümidin ürəkdə közə dönəndə-
Qaranlıq içinə işıq salarsa,
Daş da çiçək açar Allah istəsə…

Yaşlanan ağaclar mamır bağlayar,
Quru budağında sükut ağlayar.
Bir yaz nəfəsiylə dirilər yenə,
Torpaq canlandıqca könül çağlayar,
Daş da çiçək açar Allah istəsə…

Divardan asılan o saz lal olar,
Havalı nəğmələr yaslanar, solar.
Bir yeni pıçıltı, bir təzəcə səs
Ürəkdən süzülüb ürəyə dolar,
Daş da çiçək açar Allah istəsə…

14.11.2025

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

VAQİF OSMANLI YAZIR

VİCDANININ SƏSİNİ DİNLƏYƏN İNSAN

Çox zamanlar “ziyalılıq” anlayışını yerli-yersiz, sağa-sola işlədərək dəyərini kiçiltməkdəyik. Subyektiv düşüncəmə görə, vicdanlı, ədalətli, əqidəli, intellektli, səmimi, sadə, humanist, ləyaqətli, azadfikirli, cəsarətli, qürurlu, əyilməz, əzilməz, sınmaz, vətəndaş mövqeyini qorumağı bacaran, milli mənafeyini, xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutan, həqiqətin keşiyində dayanan və digər müsbət mənəvi keyfiyyətləri özündə cəmləşdirən insan olmaq ziyalılığın meyarıdır. İnsanlıq belə şəxsiyyətlərin çiynində yaşayır. Onlar Vətənini, yurdunu, millətini urvatlandıranlardır.
Professor Rafiq Əliyev belə ziyalılarımızdandır. Beş dildə kitablar yazan, Təbrizdə, ABŞ-da, Almaniyada, İsveçdə, uzaq Avstraliyada və başqa ölkələrdə Vətənimizi ləyaqətlə təmsil edən Rafiq müəllim təfəkkürü Qərbə, əxlaqı Şərqə uyğun gələn mənəviyyat adamıdır. Yaxından tanıyanlar onu “Şərqlə Qərb arasında möhtəşəm körpü”, yaxud “bir ölkədən başqa ölkəyə işə gedən” bilim adamı kimi təqdim edirlər.
Rafiq müəllimin fikrincə, “ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən, ağlı ilə xalqın yoluna işıq salan şəxsiyyətdir”. O, özü də “bunu bacaran, buna nail olan alimi, fikir adamını ziyalı adlandırır. Özünün şəxsiyyəti də bu kriteriyalara uyğun gəlir. Bir də professor tam əmindir ki, əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyəndir.
Rafiq müəllimin bu cəmiyyətdən istəyi nədir? Bunu bir müsahibəsində jurnalistə konkret deyir: “elə belə də yazın, normal yaşamaq istəyirəm!” Rafiq müəllimin normal yaşam ölçüsü azad, demokratik, ancaq qanunların şah olduğu, insanlara dəyər verilən, “dostluqda tarazlıq gözlənilən”, əhalisinin heç olmasa 2-3%-i əsl ziyalı olan, bütün eybəcərliklərə, özünə müxalif insanların düşüncələrinə sayğı ilə yanaşılan bir cəmiyyətdə yaşamaqdır. O, Vətənimizi belə görmək istəyir. Jurnalist Pərvizin gözəl deyimi var: “O, (Rafiq Əliyev-V.O.) Azərbaycandir. Təkcə buna görə Azərbaycanin bir parçası olmağa dəyər”. Professor vətənsevər, yurdsevər, torpağa bağlı, “vicdanının tələb etdiyini yerinə yetirən” (L.Tolstoy) İnsandır.
“Bir ifadə var, invariantlılıq. Yəni heç kimdən asılı olmamaq, kobud mənada, heç kəsə yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox qəribədir ki, mənim övladlarım da, nəvələrim də həmişə invariantlılığı saxlayırlar. Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq, yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki, sınmır. Amma onun yanındakı alaq otları o tərəf-bu tərəfə əsir, əyilir sınır. Amma palıda külək dəyə bilmir”.
Bu izahda – 6-7 cümlədə elm də var, əxlaq da, ağsaqqal məsləhəti də, əsl ziyalılıq da…
Macar yazıçısı İmre Kertez əxlaqı insan varlığının xadiməsi adlandırır. Şeyx Məhəmməd Xiyabaninin “xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlayır” deyimində böyük həqiqət var. Professorun qənaətinə görə əxlaq təfəkkür kimi beyindən gəlmir, qandan gəlir. Rafiq müəllim “böyüklüyü sadəlikdə görən əxlaq, insanlıq nümunəsi, mənəviyyat adamıdır” (R.Tağızadə), “nəfsini yenməklə, ona qalib gəlməklə Allaha varan, Ali Məqama çatan hürufidir” (M.Yaqub), vicdanın və elmin həmişəyanar işığıdır.
Rafiq Əliyevin ziyalılıq meyarlarında dostluqda tarazlıq da mütləqdir. “Mən azad düşüncəli, sınmayan insanlarla dostluq edirəm” cümləsində onun dostlarının xarakteri, dostluq əyarı dəqiq bilinir.
Biz ətrafımızdakı örnək götürüləsi insanların dəyərini yetərincə bilmirik. Lütfizadə kimi böyük elm adamı Rafiq müəllimlə dostluğu özünə şərəf bilirdi. Mənəvi və bilim dünyası ilə nümunə olan Xudu Məmmədovun düşüncəsi ilə desək, elə qala tikəsən ki, hər yerdən görünə, izi qala. Rafiq Əliyev hətta məşhur amerikalı alim Ronald Yagerin təbirincə desək, uzaq ABŞ-dan – yeddi min mil uzaqlıqdan görünən əzəmətli qaladır – özünün tikdiyi qala…

14.11.2025

Hörmətlə:  VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

Mustafa Müseyiboğlu adına kitabxana

ALPAMIŞ DESTANI

ALPAMIŞ DESTANI

Eski Oğuz destanlarındandır. İlk kez 1939 yılında Bakşılardan derlenmiştir. Destan iki bölümden oluşur. Koşuk (nazım) ile düzyazının (nesirin) içiçe olduğu geleneksel Türk destanlarındandır. 16. yüzyılda biçimlenen bu destan, on altı boyun birleşmesinden ortaya çıkan Kongrat uruğunun yaşamını yansıtır.

Kongrat ilinde halka önderlik eden Baybörü ve Baysarı adlı iki kardeşten Baybörü’nün yaşlılığında bir oğlu, bir de kızı dünyaya gelir. Baysarı’nın ise bir kızı vardır. Baybörü’nün oğlunun adı Alpamış, kızının adı Kalgıraç’tır. Baysarı’nın kızının adı ise Barçınay’dır. Bir gün Baybörü ve Baysarı kavga ederler. Baysarı kendi obasını alıp Kongrat’tan ayrılır. Kalmuk iline göç eder.

Baybörü’nün oğlu Alpamış ile Baysarı’nın kızı Barçınay nişanlıdırlar. Alpamış ergenlik çağına geldiğinde nişanlısını aramaya gider. Ancak bu yolculuk sırasında başından bir dizi macera geçer ve pek çok felakete tanık olur. Bir ara 7 yıl esir bile kalır. Ama sonunda bu zorluklardan kurtulmayı başarır.

Baysarı’nın ülkesine vardığında aradan uzun yıllar geçmiş olduğundan Barçınay’la evlenmek isteyen öteki adaylarla kavgaya girer. Yarışmalardan biri de ok atma yarışmasıdır. Bu yarış Baysarı’nın dedesinin olan yay ile yapılacaktır.

Öteki tüm adaylar yay ile atış yapmaya çalışsa da ereği (hedefi) bulamazlar. Ancak Alpamış her attığında ereği vurur ve yarışmayı kazanır. Nişanlısıyla evlenmek isteyen öteki beyleri öldürür ve Barçınay ile evlenerek yurduna geri döner.

Bu destan Dede Korkut hikayelerinde de anlatılır. Burada Alpamış, Bamsı Beyrek olarak betimlenir. Alpamış destanı, Sümerlerin Gılgamış Destanı ile Homeros’un İliada Destanına benzerlik gösterir.

Benzerliğin nedeni, bu kültürlerin tümünün ortak bir kültür olmasındandır. Sümer uygarlığı bilinen en erken Türk uygarlığıdır. Homeros’un içinde yaşadığı toplum olan Pelasglar da bir erken Türk uygarlığıdır. Örneğin Oğuz Kağan destanının köklerini de Gılgamış destanında bulmak olanaklıdır.
Arif Cengiz Erman

Oğuz Kağan,

GÖKTÜRK QRUPU

Ağa Laçınlı – Göstərmə

“Uşaq vaxtı Oqtay bərk xəstələnmişdi. Atam da (təbii ki, biz hamımız) möhkəm sarsılmışdı. Atam cavan yaşında iki övlad itirmişdi – məndən sonra bir qardaşım, Azərdən sonra bir bacımız tələf olmuşdu. Buna görə övladın barmağına tikan batmağına da təhəmmül eləyə bilmirdi. Bu şeiri də Oqtayın xəstələnən vaxtı yazmışdı. Allaha yalvarırdı ki, ona bir daha övlad dağı göstərməsin. Allah onun fəryadını, iltimasını eşitdi.” – Fəxri Uğurlu

GÖSTƏRMƏ

Ulu Tanrı, yalvarıram adına,
Bir də mənə ciyər dağı göstərmə.
Al canımı, at cəhənnəm oduna,
Yaman günü, yaman çağı göstərmə.

Qoy mən olum dadamalın daş-başı,
Ayrı salma bu bacını, qardaşı.
Yollarıma gəl yağdırma göz yaşı,
Qollarıma qüssə bağı göstərmə.

Ömür-gün ver puçurlanmış zoğlara,
Qar yağmasın qanad açmış tağlara.
Təzə-təzə kök bağlayan bağlara
Budarlanmış qol-budağı göstərmə.

İnsaf elə övlad doğub-əkənə,
Od düşməsin gümanların kökünə.
Bir baxışla min bir dərdi bükənə
Ağlaşmalı kəfən ağı göstərmə.

Xətir elə, ta düşməyim xataya,
Tuş olmayım o tufana, o toya.
Bal istəkli, bala canlı ataya
Kilidlənmiş dil-dodağı göstərmə.

Heç nə bildim bütün qorxu-ürkünü,
Çəkəmmədim ciyərdağı yükünü.
Qurban olum, yenə göstər görkünü,
Qızılquşa qarğa lağı göstərmə.

Ulu Tanrı, çox dönmüsən loğmana,
Qoyma daha bağça yana, bağ yana.
İnsaf elə, Ağa kimi bağbana
İnnən belə sovmuş bağı göstərmə.

1985

Müəllif: Ağa Laçınlı

Mənbə:Fəxri Uğurlu

                                

Babəklər yurdunun hürr övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN EPİSTOLYAR İRSİ VƏ ÜZEYİR HACIBƏYLİ, MÜSLÜM MAQOMAYEV MƏKTUBLARI

AZƏRBAYCAN EPİSTOLYAR İRSİ VƏ ÜZEYİR HACIBƏYLİ, MÜSLÜM MAQOMAYEV MƏKTUBLARI

Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktublarının xüsusi xidmətləri danılmazdır. Hər iki ədib çoxəsrlik ədəbi mədəni irsimizin inkişafında əvəzolunmaz xidmətlər göstərərək məktubları vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdirlər. Ədiblərimiz müntəzəm olaraq, bir-biriləri ilə məktublaşdıqlarına görə Azərbaycanın epistolyar irsi olduqca zəngindir. Görkəmli Azərbaycan mütəfəkkirləri məktublarında həyatlarından, mühitdən, bədii-fəlsəfi məsələlərdən, əsərlərindən, ədəbi-elmi ictimaiyyətdən bəhs etdiklərinə görə epistolyar irs özündə olduqca zəngin məlumatları saxlayır. Məhz bu xüsusiyyətlərinə görə ədəbiyyatşünaslar Azərbaycan epistolyar irsinin araşdırılıb, tədqiq edilməsində olduqca maraqlıdırlar. Epistolyar irsi ədəbiyyatşünaslar ictimai-ədəbi mühiti araşdırmaq baxımından Azərbaycan ədəbiyyatşünaslıq elminin ən etibarlı və zəngin mənbələrindən biri kimi qiymətləndirirlər. Azərbaycan ədəbiyyatının bir çox mərhələləri haqqında məhz epistolyar irs vasitəsilə dolğun məlumat alırıq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları sayəsində yaşadıqları dövrün, görkəmli şəxsiyyətlərin, onların xasiyyətlərin, yaradıcılıq və fəaliyyətlərin, başqa şəxsiyyətlərlə münasibətlərin öyrənmiş oluruq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin bir- birinə yazdığı yaxın dostluqdan doğan məktubları Azərbaycan ədəbiyyatında elmi mənbə rolunu oynamış, görkəmli şəxsiyyətlərin həyat yolu haqqında məlumatların əldə edilməsində ciddi mənbə olmuşdur.                                          Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Azərbaycanın opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti Hüseynqulu Sarabskiyə yazdığı məktub özündə dövrün siyasi motivlərini əks etdirir. Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə 1913-cü il iyulun 30-da tələbə olarkən Peterburqdan yazdığı məktubun mövzusu dövrün siyasi gedişləri və siyasi rəhbərlərin bir-birinə olan rəftarlarıdır. Qeyd olunan məktub ilk dəfə 1939-cu ildə “İnqilab və mədəniyyət” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur. Üzeyir Hacıbəyli Hüseynqulu Sarabskiyə yazdığı məktubda ictimai vəziyyəti belə analiz edir. “Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyarsınız. Amma “Əsli və Kərəm”i gündüz oynamaqda böyük səhv edibsiniz, mən bu barədə Müslümə dəxi yazmışam. O ki, qaldı pul işinə o barədə mənim işim yaşdır, çünki göndərdiyin pulun yarısı müəllimə və dərs işlərinə gedib, qərəz bu halda pula böyük ehtiyacım vardır. Sən görünür ki, pulun hamısını bir yerdə göndərə bilməzsən, elə olan surətdə çox təvəqqə edirəm ki, yəni iki yüz manatını indi və iki yüz manatını da avqustda. Amma bir də artıq təvəqqə edirəm ki, bu iki yüz manatı mümkün olsa kağız alan günü göndərəsən ki, pulun gec gəlməsi dərsimə xələl yetirməsin. İnşaallah mən konservatoriyaya girəndən sonra Bakıya gəlib işlərə bir baş çəkmək fikrim dəxi vardır. Onda işlər hamısı asan olar və onu da bil ki, sənin zəhmətin mənim yadımda heç vaxt hədər getməz, çünki hər halda biz bir-birimizə lazım olan adamıq və mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun” [4, s.5].                                                                                                                        Üzeyir Hacıbəyli və Müslüm Maqomayev sənət yoldaşları ilə yanaşı ailə üzvləri ilə də məktublaşırdılar. Onların bu məktublarında dövrün ictimai-siyasi vəziyyətləri və həqiqətləri öz əksini tapırdı. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar Azərbaycan epistolyar irsinin inkişaf etdirilib, zənginləşdirilməsinə xidmət edir. Üzeyir Hacıbəylinin qardaşına yazdığı məktublarda bir-birindən ayrı düşmüş iki dahinin, iki qardaşın həsrət dolu fikirləri və ürək sözləri öz əksini tapır. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubların mövzuları olduqca zəngin idi. Belə ki, o, məktublarında Xoyski hökumətinin istefasından, Nəsib bəyin yeni kabinə qurmasından, Bakıda çıxan qəzetlərdən, Qarabağ və Lənkəran məsələlərinin ölkənin xeyrinə bitdiyindən, Şimaldan gələn təhlükədən, ermənilərin “Arşın mal alan”a sahib çıxmaq cəhdlərindən, ermənilərin Zəngəzur iddiasından, ailə üzvlərindən, yaxın qohumlardan, uzun həsrətindən, məsafənin böyüklüyündən, ümidlərindən, konservatoriya açmasından, orada iki yüzdən artıq şagirdin oxumasından, yarısının qadın, yarısının kişi, qadınların arasında çadralıların da olmasından, konservatoriyanın açılışında Nərimanovun iştirakından, Nərimanovla birlikdə komissarlara çay qonaqlığı verməsindən, hökumətin ona dəstəyindən, “Arşın mal alan”ın fransız dilinə tərcümə olunmasından, Parisə gəlməsi üçün Nərimanovun Moskvadan dönməsini gözləməsindən geniş bir şəkildə bəhs edir. Ceyhun Hacıbəylidə müntəzəm olaraq, qardaşı Üzeyir Hacıbəylinin məktublarına cavab yazırdı. O, məktublarında Avropada yaşamağın bütün sıxıntılarından, vətənindən, ailəsindən uzaq olmasından, güllələnməkdən və ya sürgün olunmaq qorxusundan yazırdı. Ceyhun Hacıbəyli nə qədər çətin həyat tərzi yaşasa da, məktublarında bu çətin vəziyyətini Üzeyir Hacıbəyliyə bildirmirdi. Məktubların əksəriyyətində o, dolanışığındakı çətinliklər ilə bağlı heç bir şey yazmırdı. Üzeyir Hacıbəylinin qardaşına olan məktubunda onun təyyarəçi oğlu Ceyhunun (məktublardakı Ceyçik) 23 yaşında II Dünya müharibəsində almanlarla savaşda həlak olmasından doğan kədər və böyük sarsıntı öz əksini tapır. Ceyhun Hacıbəylinin Azərbaycana dönməsi üçün əlindən gələn hər şeyi edən Üzeyir Hacıbəyli bütün sıxıntılarına, vətənindən, ailəsindən uzaq olmasına baxmayaraq, qardaşını vətənə gətirtməyə nail ola bilmir.                                                                                                                                                 Üzeyir Hacıbəyli “Bayrağımız sarsılmaz” kitabında onun qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar öz əksini tapmışdır. “Salam-duadan sonra necə ki, sizə bildirirəm sizin buraya qayıtmaq məsələnizi qəti surətdə həll etmişik. Əlbəttə, tezlik ilə buraya qayıtmağınız yaxşıdır. Bu xüsusda Zülfüqar sizə müfəssəl məktub yazıbdır, yəqin ki, alıb oxumuşsunuz. Əlbəttə, öylə edərsiniz, yəni SSSR səfarətxanəsinə müraciət edib, Azərbaycana qayıtmağa izn istərsiniz ora dəxi buradan əhval bilib sizə cavab deyəcəkdir. Buradan isə necə ki, Zülfüqar yazdırır, məsul yoldaşlar tərəfindən izn verilir. O xüsusda arxayın ola bilərsən. İzn aldıqdan sonra haçan çıxmaq istədiyinizi bizə məktub ilə bildirərsən. Məncə, Moskva təriqi ilə gəlməyiniz daha yaxşı olar. Moskvadan Bakıya sürət qatarı vardır ki, çox rahatdır. Pul lazım olduğu cəhətdə bizə məlum edərsən, Pulu Moskvada istəsəniz də mümkündür. Yəni Parisdən Moskvaya qədər gəlməgə xərciniz çatarsa, Moskvadan bildirsəniz tel vasitəsilə oraya pul göndərmək daha asan olur. Qərəz tezlik ilə çalışın ki, soyuqlar sizə əziyyət verməsin. İnşallah, buraya gələndən sonra qulluq barəsində heç fikir yoxdur. Qərəz o məsələni burada danışarıq. Vacib budur ki gələsiniz” [5, s.375].                                                                                                                                                        Üzeyir Hacıbəylinin sənət yoldaşı və qardaşı Müslüm Maqomayevə yazdığı məktublarda imza atdığı ilklərdən, sənət uğurlarından, bəstələrindən, əsərlərindən, Peterburqda yaşamağından, konservatoriyadakı fəaliyyətindən, konservatoriyanın qaydalarından, yaşayışından, ailəsindən bəhs edir. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları vasitəsilə həyat və yaradıcılıq bioqrafiyaları, zəngin ömür salnamələri, dəyərli bəstəkarlıq, dirijorluq, musiqişünaslıq, ictimai xadim fəaliyyətləri haqqında dolğun məlumat əldə edirik. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məktublarında ictimai-ideoloji və fərdi-psixoloji vəziyyətləri olduqca geniş bir şəkildə analiz etmişdir.                   Ədəbiyyat:

  1. Həsənova T.  Oxşar taleli bəstəkarlar : Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin adları xalqımızın mədəniyyət tarixinə əbədi həkk olunub // Kaspi. – 2016. – 17-19 sentyabr. – № 146. – S. 7. 
  2. Hümbətova A. Azərbaycan xalq mahnılarının bəstəkar yaradıcılığında təzahür formaları / A. Hümbətova // Mədəniyyət.az. – 2018. – № 320. – S. 53-55.
  3. Qafarova Z. Azərbaycan professional musiqisinin klassiki : görkəmli bəstəkar Müslüm Maqomayevin 130 illiyinə // Mədəniyyət. – 2015. – 18 sentyabr. – № 72. – S. 12. 
  4. Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub // İnqilab və mədəniyyət jurnalı //-1939. – № 3. – S. 5.
  5. Üzeyir Hacıbəyli // Bayrağımız sarsılmaz // Bakı, “Avrasiya Press”, 2011, s. 426.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

Fəxri Uğurlu yazır

Saday Budaqlının “Fevral” povesti haqqında

Son illər povest janrı nədənsə gözdən salınmış kimi görünür. Yazıçılarımız ya povest yazmırlar, ya da yazdıqları povestlərin adını roman qoyurlar. Halbuki janrlar təsnifatında bu janrın öz yeri var. Bəzən kimsə rus ədəbiyyatından gəlmə bu janrın Qərbdə tanınmadığını, ayrıca forma kimi qəbul olunmadığını əsas gətirib, povestin romanla hekayənin arasından sıxışdırılıb çıxarılmasına bəraət qazandırır. Ancaq rus ədəbiyyatını qaba rus siyasətinin quyruğuna bağlamaq qətiyyən doğru deyil, azı ona görə ki, o siyasətə ən çox müqavimət göstərən, qarşı çıxan da elə rus ədibləri olublar. Rus imperializmi dünyaya nə qədər zərər vurubsa, rus ədəbiyyatı da bəşər mədəni xəzinəsinə elə bir o qədər, bəlkə ondan da artıq fayda, qazanc gətirib. Məncə, böyük rus nəsrinin dünya ədəbiyyatına bir janr bəxş eləməyə mənəvi haqqı çatır. Üstəlik də elə əsərlər var ki, onlara nə hekayə, nə də roman yarlığı yapışdırmaq mümkün deyil. Belə yerdə povest janrı müəllifin dadına çatır. Aydındır ki, janrlara dəqiq, birmənalı tərif vermək, onların arasına keçilməz sərhəd qoymaq çətin məsələdir, bununla belə bir janrı o birindən ayırmaq üçün həm elmin, həm də fəhmin nəzəriylə baxanda aydın görünən fərqlər var.

Azərbaycan nəsrində povest janrının parlaq örnəkləri var. Çox da keçmişə varmadan ötən əsrin altmışıncı illərindən üzübəri yola çıxsaq, İsa Hüseynovun “Teleqram”, Sabir Əhmədovun “Yamacda nişanə”, Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”, Əkrəm Əylislinin “Kür qırağının meşələri”, Anarın “Ağ liman”, Elçinin “Toyuğun diri qalması”, Yusif Səmədoğlunun “Astana”, İsi Məlikzadənin “Quyu”, Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi”, Rüstəm İbrahimbəyovun “Anın hökmü”, Sabir Azərinin “Ölə bilməyən adam”, Mövlud Süleymanlının “Şeytan”, Ramiz Rövşənin “Daş”, Seyran Səxavətin “Qapıların o üzündə qalan dünya”, Vaqif Nəsibin “Ceyrançöldə qara bayram”, Eldar Baxışın “Qaravun dərənin adamları”, Məmməd Orucun “Leylək körfəzi”, Dilsuzun “Yol”, Aqil Abbasın “Saçın ucun hörməzlər”, Afaq Məsudun “İzdiham”, Səfər Alışarlının “Gavur”, Əlabbasın “Köhnə kişi”, Nəriman Əbdülrəhmanlının “Dönəlgə”, Orxan Fikrətoğlunun “Şəkillər”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Mübariz Örənin “Ağ buludlar”, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti belə seçilən nümunələrdəndir. Şübhəsiz, bu cərgədə adı çəkilməyə layiq xeyli başqa əsər də var, mən sadəcə ilk yadıma düşənləri sadaladım. Üstəlik, hər yazıçıdan yalnız bir povest adı çəkdim, halbuki elə həmin müəlliflərdən bir qisminin barmaqla göstəriləsi povestləri burada sadalananlardan qat-qat çoxdur. Ümumiyyətlə, hesaba vursaq, nəsrimizdə yaxşı povestlərin sayı yaxşı hekayələrin də, yaxşı romanların da sayından xeyli artıqdır.

Saday Budaqlının “Şəbəkə”, “Fevral” povestləri də yuxarıdakı siyahıda fəxri yer tutur. “Şəbəkə”ni ilk dəfə ötən əsrin səksəninci illərində bir almanaxda, “Fevral”ı Yusif Səmədoğlunun rəhbərlik elədiyi “Ulduz” jurnalında oxumuşdum. Bu əsərlər müəllifin 1985-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış “Döngə” adlı ilk kitabına salınmamışdı, çünki ondan sonrakı dövrdə qələmə alınmışdı. 1987-ci ildə işıq üzü görmüş “Çat” kitabında isə hər iki povestə yer verilmişdi. Sadayın yaradıcılığına dərin rəğbət bəslədiyimi bilən atam əsgərliyə getdiyimdən bir neçə ay keçmiş həmin kitabı mənə poçtla göndərmişdi, ondan sonra dövri mətbuatdan bələd olduğum əsərləri yenidən oxumaq fürsəti qazanmışdım. Yeri gəlmişkən, bir Ramiz Rövşənin “Göy üzü daş saxlamaz”, bir də Saday Budaqlının “Çat” kitabı mənimlə birgə əsgərlik çəkib, həmin nüsxələri bu gün də gəncliyimin ən əziz yadigarları kimi kitabxanamda qoruyub saxlayıram.

***

Əminliklə deyə bilərəm ki, Saday Budaqlı milli ədəbiyyatımızda psixoloji nəsrin ən böyük ustasıdır. Onun təkcə bu dünyada yox, öz evlərində-eşiklərində, öz doğmalarının arasında, öz vücudlarında belə qərib-qərib dolanan tənha, köməksiz, vasvası qəhrəmanları bir situasiyadan başqasına adlayanda haldan-hala düşürlər, dondan-dona girirlər, yüz yol ölüb-dirilirlər. Saday mahir, həm də amansız eksperimentator kimi qabağına qatıb qovub qəfil döngələrdə azdırdığı, keçilməz dalanlara qısnadığı, divara dirədiyi obrazların ürəyindəki çırpıntıları, beynindəki közərtiləri kardioqram dəqiqliyi, ensefaloqram həssaslığıyla qeydə alır. Onun qəhrəmanları içində könüllü dustaqlıq çəkən, beyninin şırımları arasında vurnuxan, düşüncələrinin labirintində azıb qalan, sərhədlərini tapdalayıb mənəvi ərazisini genəltməyə, dünyayla ünsiyyət qurmağa, adamlarla dil tapmağa gücü-qüdrəti yetməyən insanlardır. Bu adamlar həyatda kölgə kimi, kabus kimi dolaşırlar, istəyirlər onları nə sezən, nə görən olsun, üstlərinə, içlərinə heç kimin işığı düşməsin; əvəzində özləri hər şeyi, hər kəsi vücudlarının qaranlıq zirzəmisindən bir kəşfiyyatçı hərisliyi, casus marağıyla incəliyinə qədər izləyirlər. Müəllif onların gördüklərini öz rejissor obyektivinin qüdrətli, zəhmli nəzəri, göz qamaşdıran projektorların altında yox, elə onların gördüyü kimi, onların içinə yerləşdirdiyi kiçik izləmə kamerasının işığında bizə göstərir. Oxucu personajların dünyasına onların gözüylə baxır, hər nəsnəni, hər hadisəni oradan göründüyü kimi beynində qeydə alır.

Saday Budaqlının əsərlərində “obyektiv aləm” deyə bir anlayış, bu aləmə “obyektiv” baxış deyə bir metod yoxdur, orada hər görünən, hər duyulan, hər qanılan fərdidir, subyektivdir, bənzərsizdir. Yazıçı “Fevral” povestinin qəhrəmanının timsalında öz personajlarının həmin “obyektiv” aləmlə toqquşmasını qəza kimi təsvir eləyir: “…Elə bil bu vaxta qədər gur işıq salmışdılar üstünə, nə elədiyini, nə dediyini, nə düşündüyünü bilmişdilər, bilib halına gülmüşdülər, ağlamışdılar, o isə gözünü qırpa-qırpa qalmışdı, bu adamları görəmməmişdi, gördüyü qaraltılarca olmuşdu, bu qaraltılardan da özü üçün adamlar düzəltmişdi, ad qoymuşdu, haqqında əhvalatlar uydurmuşdu; indi o istəyirdi işığı bu qaraltılara tərəf çevirsin, onların əslində necə olduğunu görsün, tanısın, onu da bilsin ki, gur işıqda döyükə-döyükə qalanda halı necəymiş, necə görünürmüş, bu adamlar onun haqqında nə düşünə bilərlərmiş. Di gəl, öz gözü ilə heç nə görmədiyindən eşitdikləri də hiss elədiklərinə, özündən düzüb-qoşduğuna qarışmışdı və illər keçdikcə nəyin düz, nəyin qondarma olduğunu ayırd eləyəmmirdi, elə bil nə vaxtsa gördüyün yuxu qəfilcə yadına düşür, anşırammırsan ancaq yuxuda olub bu, yoxsa həqiqətdə…”

Bu xarakteristika təkcə “Fevral” povestinin yox, yazıçının aşağı-yuxarı bütün qəhrəmanlarının mənəvi-psixoloji vəziyyətini ifadə eləmək üçün yarayır. Onun əksər personajları belə bir qəza situasiyasına düşür, kənar aləmdən ağır zərbə, zədə (bu adda romanı da var) alandan sonra öz qınlarına çəkilirlər. Misal gətirdiyim parçanı Saday Budaqlı üslubunun bədii şərhi də saya bilərik.

Sadayın ədəbi subyektivizmi modern ədəbiyyata çox güclü təkan vermiş, bundan da əvvəl ədəbiyyatın bağrından qopmuş ekzistensializm fəlsəfəsinin ana prinsiplərindən birini yada salır: insan içində yaşadığı dünyanı, ətraf aləmi obyektiv dərk eləyə bilməz, olsa-olsa bu dünyaya münasibətini, kənar aləmin onda oyatdığı subyektiv təəssüratı qanıb-qandıra bilər. Bunun üçün də bədii metod, ədəbi əsər ən yaxşı, ən tutarlı alətdir. Saday Budaqlının personajlarını da nə qədər axtarsaq belə obyektiv dünyada tapa bilmərik, biz o dünyanın adamlarına yalnız əsas qəhrəmanın nəzəriylə baxa bilərik. Əsas qəhrəman dediyimiz adamlarınsa nə qədər ədalətli, səmimi, dürüst davrandığını, onların gördükləriylə müəllifin gördüklərinin üst-üstə düşüb-düşmədiyini, başqa sözlə, ardınca getdiyimiz personajların baxışlarına etibar eləməkdə haqlı olub-olmadığımızı biz heç zaman bilməyəcəyik.

Fəxri Uğurlu

P.S. Noyabrın 13-də Saday Budaqlının 70 yaşı tamam olur. Bu münasibətlə görkəmli yazıçını təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik.

“Yeni Azərbaycan” qəzeti

Müəllifin başqa yazıları:

Atalı-analı yetimlər

Dünyaya çıxmaq

Klassik irsin üzünü köçürmək

Zamanın çağırışını dinləmək zamanı

Hansı qadın?

Universal zamanın sahilində

Rüstəm İbrahimbəyovun dönüşü

Hörmüzdün səltənətinə xoş gəldiniz!

Fərrux dağında məşqlər

Varlığımızın evini abadlaşdıraq

Tarixi əfsanəyə çevirən şəhər

Dili yuxudan oyatmaq

Xocalıdan Buçaya çəkilən yol

Janrın yaddaşı, fikrin əcdadı

Təsir, yoxsa oğurluq?

Tuğ kilsəsində ibadət

Fikrin libası

Günəşin qatilliyi

Yaradanı yaradanlar

İnsan işğalı

Şeytan söz meydanında

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

Hekayəmi İstanbulda xatırladım…

“Xosrov və Şirin” yeni libasda

İki dünya arasında…

Yazılanın yozulanı

Dil bayramı

Ruhu bədəndən qovmaq!

Köhnə bazara təzə nırx

İki islamın savaşı

Əylən deyim Qıratın qiymətini…

Obrazların yedəyində

Zamanı cilovlamaq cəhdi

Çiynimizdəki əl

Xanəxərab, İranı viran qoyma!

İblisi utandıran şəxsiyyət

Öymək, ya söymək?

Dünya nəsrinin şah əsəri

Nifrət üçbucağı

İnsan ovu, ölüm xofu, heçlik arzusu

Milyon illik tənhalıq

Yeni dünyanın astanasında

Allahı qoruyan şair

Allahı öldürən filosof

Knyaz Xristos

Divana döşəli Budda

Ştirnerdən Bazarova anarxizm

Oblomovla Bazarovun dialoqu

TEHRAN ƏLİŞANOĞLUNUN “ƏDƏBİYYATDA ALİ BAŞ KOMANDAN” KİTABI ÇAP OLUNUB

TEHRAN ƏLİŞANOĞLUNUN “ƏDƏBİYYATDA ALİ BAŞ KOMANDAN” KİTABI ÇAP OLUNUB

“Ədəbiyyatda Ali Baş Komandan” kitabı işıq üzü görüb. Kitabın müəllifi AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, tənqidçi-ədəbiyyatşünas Tehran Əlişanoğludur.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçisi isə filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda Tehran Əlişanoğlunun Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi fonunda ədəbiyyatda müzəffər obrazını işıqlandıran, təhlil və təsvir edən məqalələri toplanıb. Son illərdə Prezident İlham Əliyevin beynəlxalq arenada, ölkə həyatında, geopolitikada, diplomatiya dünyasında, qlobal problemlərin çözümü və həlli istiqamətində fəal iştirakı Azərbaycanın gücünü nümayiş etdirir. Çağdaş Azərbaycanın gücü ədəbiyyatda və kitabda adekvat təcəssümünü tapıb.

“Azərbaycanın gücü”, “Yeganə namizədimiz – İlham Əliyevdir”, “Tarixin fürsəti”, “Qalibiyyət və Ədəbiyyatın dərsləri”, “Ədəbiyyatda Ali Baş Komandan”, “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi”, “Şuşada dirçəliş havası”, “Çağdaş ədəbiyyat dastanı”, “Bayraq dalğalandı”, “Yubiley saatı və ədəbiyyatın missiyası”, “Ədəbiyyatda İrəvan konsepti”, “Konstitusiyamız – ədəbiyyatımız, ədəbiyyatımız – konstitusiyamızdır” başlıqlı məqalələrin hər biri Ali Baş Komandan İlham Əliyevin gördüyü genişmiqyaslı işləri elmi düşüncənin predmetinə çevirir, fikir həyatımızda atdığı müstəsna xidmətləri ədəbiyyatın dili ilə analiz edir.

Qeyd olunur ki, hazırda bədii, fəlsəfi-siyasi və humanitar düşüncənin kəsişdiyi ortaq konsepsiya bu tamlıqla və bütövlükdə öz ifadəsini ölkə başçısının ehtiva etdiyi lider obrazında, onun əməlində, işində tapır.

AZƏRTAC