
Milli Kitabxanada “8 noyabr – Zəfər günü” və “8 noyabr – Şuşa şəhəri günü” adlı virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub
Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa azad edilib.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə əbədiləşdirilib. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i “Zəfər Günü” elan olunub.
Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla “8 noyabr – Şuşa şəhəri günü” elan olunub.

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “8 noyabr – Zəfər günü” və “8 noyabr – Şuşa şəhəri günü” adlı virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Virtual sərgilərlərlə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:
https://anl.az/el/vsb/Zefer_gunu/index.htm ,
https://anl.az/el/vsb/Susa/index.htm
Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/8-noyabr—zefer-gunu-ve-8-noyabr–shusha-sheheri-gunu
Məlumatı hazırladı: Günnur Ağayeva
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru