Etiket arxivi: YAZARLAR JURNALI

Mahirə Nağıqızının “Qərbi Azərbaycan paleotoponomlərinin linqvistik etimoloji təhlili” kitabı çap olunub.

MAHİRƏ NAĞIQIZININ YENİ KİTABI

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə NAĞIQIZInın (Mahirə Hüseynova-Nağıyeva) “Qərbi Azərbaycan paleotoponomlərinin linqvistik etimoloji təhlili” kitabı çap olunub.

“Yazarlar” bu münasibətilə tanınmış şair, pedaqoq, alim, ictimai xadim Mahirə NAĞIQIZInı təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və doğma insan!!! Bir daha təbriklər!!!

“YAZARLAR” 

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Salmanqızı. Qadın.

Qadın

Allahın bizlərə əmanətidir,

Cənnəti bizlərə, vəsf edən qadın.

Gülüşü aləmə, işıq saçandır.

Cənnəti bizlərə,vəsf edən qadın.

Baharın ətri var, sənin telində.

Cənnəti bizlərə, vəsf edən qadın.

Bütün bəşəriyyətin, anasısan sən.

Cənnəti bizlərə, vəsf edən qadın.

Günəş tək, hər yerə işıq saçarsan.

Cənnəti bizlərə, vəsf edən qadın.

Ümüdsən, diləksən, fədakar qadın.

Cənnəti bizlərə, vəsf edən qadın.

Cənnətin əksisən,mələksən qadın.

Cənnəti bizlərə, vəsf edən qadın.

Səmada ulduzsan,aysan,günəşsən.

Cənnəti bizlərə, vəsf edən qadın.

08.03.2021.

Müəllif: Pərvanə SALMANQIZI 

PƏRVANƏ SALMANQIZININ YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tarix yazan  Sərkərdə!

Tarix yazan  Sərkərdə!

Qələbəmiz sərvətimiz,xalqımızın,dövlətimizin varlığıdır…

        Azərbaycam Müəllimi olaraq  qürurluyuq! Yetirmələrimiz Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında mənfur düşmən üzərində Şanlı Qələbəyə imza atmışlar! Cənnət  Məkan Qarabağ  torpaqlarının mənfur düşmən tapdağından azad olunması Azərbaycan respublikasının sərhədlərinin bərpası, torpaqlarımızın  mənfur düşmən tapdağından  təmizlənməsi, yeni Tarixin yazılması ,Xalqın, Ordunun, Güclü liderin birliyinin təntənəsidir! Ədalət Zəfər caldı! Həyata kecirilən  siyasi kursun böyük, möhtəzəm nəticəsidir:-Son 200 ildə torpaqlarımızın azad olunmasında  əldə edilmiş Qələbə! Güclü Liderin  siyasi arenada  səriştəli diplomatik fəaliyyəti,  siyasi iradə,  möhkəm Xalqın Birliyini əks erdirən Dəmir Yumruq  düşmənin bel sütünu qırdı! Dünya Azərbaycanın hərbi qüdrətinə, XXI əsrin müharıbə taktikasına heyrət etdi!   Öyrənilməli Nümünə!

         Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Həyatda  yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir.

 Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın  namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq  vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq”- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir.
Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını  düşmən tapdağından təmizlənməsinə imza atmışlar!  Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycannın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi!!!Ali Baş Komandan İlham Əliyevin Qətiyyətı! İgid oğulların gös­tərdikləri rəşadətlərlə Qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir!   Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. Cözün aydın Azərbaycan Dünyası! AZƏRBAYCAN BAYRAĞI QARABAĞDA DALĞALANIR! Eşit Dünya, Qarabağ Azərbaycandır!   Bunu  Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan, gözlərin aydın, Bayrağımız Şusada ,Ağdərədə, Xocalıda, Xocavənddə, Xankəndində Dalğalanır! Müharibə şəhidsiz olmur. Bu da müharibənin yazılmamış qanunlarından biridir. Qarabağsız Azərbaycan ola bilməz!  Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Bəli Azərbaycan ordusunun döyüş taktikası, az itki ilə düşmən ordusunun darmadağın etməsində yeni texologiyadan istifadə məharəti  dünya güclərinin heyrətinə, bu təcrübənin öyrənilməsi, ədalətli müharibə, yeni əsrin müharibəsi kimi dəyərləndirilir. Ordumuzla qürur duyuruq!.  Dünya buna şahid olsun: – Tarix yazır Azərbaycan! Allah bizə köməkdir! Dostlar bizə dəstəkdir! Dünya nizamına imza atır Azərbaycan – Türkiyə! Qarabağ Azərbay­candır, Nida! Ad günləri Xocalıda, Toy düyünlər Xan kəndində, Şuşada keçiriləcək! Birliyimiz Ən Parlaq Qələbəmiz! Qətiyyət və Şücaət Qələbəyə aparan yol!  
Vətəni Sevmək İmandandır!Vətəndən öncə heç nə yoxdur! Hamılıqla məsuliyyət daşıyırıq! Bir olaq güclü olaq, ədalətli olaq! Vətən hamının dünyaya göz açdığı, torpaqinda uyuduğu məkandır! Vətənini, dilini, dinini sevəsən, sevmək azdır, həm də onu sevdirə bilmək! Olum-ölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz!Qəlbimizdə olan ambisiyaları öldürək, Vətənimizin, dövlətimizin,dövlətçiliyimizin qorunması üçün bir olaq!
Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Biz Vətən  üçün    nə etmişik! “Vətən anadır” – kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun  sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izləri vardır. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Hər bir insan üçün əvəz olunmaz  məkandır   onun Vətəni.  Olan Vətən sevgisi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır
.   Qarabağda Vətənin azadlığı uğrunda   əbədiyyətə qovuşmuz şəhidlərin məzarı başında  hörmətlə dayanıb, sevinc göz yaşları içində: -Gözünüz aydın Vətən oğullarl, biz yurdumuzu yağılardan azad etdik sözünü deyə bildik! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət  bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın  mill və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün  qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz  Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da,  şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.

VƏTƏNİN OLMAQ GƏRƏK!
 Gözün aydın Azərbaycan Dünyası!
 
Tarix sevir güclüləri, onunla İtifaqdadır!
Acizləri bil sevməyir, onunla İxtilafdadır!
Güclü Lider, Güclü Dövlət, Güclü Xalq,
Güclü Ordu od ələyir, bax başına düşmənin!
Dünya sənin Qüdrətinə heyrət edir!
Nümünəni Öyrənir!!!
Ədalətli, haqqlı olan kəslərə,
Allah özü kömək edir!!!
Seçib sınayır, sınağından cıxanına,
Var  Allahın Məhəbbəti,  Mükafatı!!!
Başı üstə Allah dayanan,
Əlləri haqq dərgahında,
Dilində duası olan,
Qətiyyətı, Cəsarətli ,
Arxasında Xalq dayanan,
Qarşısında Qüdrətli Ordusu Var!
Yolumuz Haqq yoludur!
Bir yumruquq, Birliyimiz Əbədi!!!
Sözümüzün var kəsəri!!!
Dünya nizamına imza atırlq!!!
Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır!!!
Dünya üçün Böyük İpək Yoludur!!!
Xüdafərin körpüsündə dalğalanır Bayrağımız!!!
Qarabağın hər güşəsindədalğalanır Bayrağımız!!! 
Üzüyünün Qaşı, Başimizın Tacı, Qarabağ!
Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz!
Tarix  yazan Ali   Baş   Komandanımız! 
Şəhidlər ölməz, Vətən bölünməz!
Qarabağda dalğalanır Bayrağımız!!!

 Hec  Zaman Enməz!!!

                       Zülfiyyə VƏLİYEVA       

 ADPU-nun ETM-nin elmi işçisi, 

Respublikanın  Əməkdar müəllimi 

Azərbaycan Jurnalistlər Bliyinin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Zaur Ustac: – “ONU TANRI SEÇİB!!!”

Mübarək olsun, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz!
ŞANLI ZƏFƏRİMİZİN MEMARINA İTHAF

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!


Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!


Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!


Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!


Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!


İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!


Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!


Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!


Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QADINLIĞIN VƏ ANALIĞIN ƏN ALİ TİMSALI

HEYDƏR ƏLİYEV 100

QADINLIĞIN VƏ ANALIĞIN ƏN ALİ TİMSALI

Ulu Öndərimizin hər zaman dayağı, dəstəyi olmuş, həyatda onun üçün ən sadiq insan olmuş ömür-gün yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva haqqında

Azərbaycan-türk qadını, türk anası hər zaman hər sahədə müsbət mənada bütün dünya qadınları arasında öz fərqliliyini, ağırlığını, sanballılığını, ucalığını nümayiş etdirmiş və seçilənlərdən olmağı bacarmışdır. “Qadınlıq” sözü, “analıq” sözü hər zaman Azərbaycan qızlarının, gəlinlərinin. qadınlarının timsalında daha da dəyərə, qiymətə minmiş, daha gözəl və daha qürurlu bir şəkildə səslənmişdir. Azərbaycan qadınları öz xalqını, öz ölkəsini bineyi-qədimdən çox gözəl və layiqli şəkildə təmsil edərək bu qadınlıq, analıq adını zirvələrə qaldırmışlar. Bunun nümunələrini keçmişimizdən görmüşük, indi görürük və gələcəkdə də görəcəyimizə şübhə etmirik. Ataların misalında deyildiyi kimi “ot kökü üstə bitər”. Bizim xanım-xatın qadınlarımız öz ömür-gün yoldaşlarına ömür boyu sadiq qalmış, dəstək olmuş, ən yaxşı anında onunla sevinmiş, ən pis anında onları tərk etməmiş, onların ömür boyu yanında olmuş, səsinə səs vermişdir. Azərbaycan qadını, Azərbaycan anası özünün zinəti olan əxlaqından və imanından heç bir zaman ayrılmamış, bütün ömürünü düzlük içində, haqq-ədalət, ana, qadın isməti, abırı, həyası içərisində yaşamışdır. Dünyanın bir çox yerindən Azərbaycanın tarixini öyrənən tədqiqatçılar haqlı olaraq heyrətlənir və belə bir sual soruşurlar: “Azərbaycan qadınları dünya qadınlığı içərisində necə bu qədər böyük nüfuza, sevgiyə, hörmətə və diqqətə sahib ola biliblər?”. Bu, əslində cavabı elə də çətin olmayan bir sualdır. Bunun cavabını dünya xəlq olandan bu günə qədər öz fəaliyyətlərini davam etdirən xanımlarımızın misalında, ər igidlərinə hər zaman dayaq olan Tomris xatunun, Sara xatunun, Koroğlunun ömür-gün yoldaşı Nigarın, Qaçaq Nəbinin həyat yoldaşı Həcərin və adlarını bildiyimiz və ya bilmədiyimiz neçə-neçə Azərbaycan xanımlarının timsalında, onların həyatı ilə tanış olaraq, öyrənərək tapa bilərlər. Bir də ən əsası bir şəxsiyyətin, fenomenin və böyük insanın xanımı timsalında… Xalqımızın Ulu Öndəri olan Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloqumuz, akademik Zərifə xanım Əliyevanın timsalında.

İnsanlar sevgi, məhəbbət haqqında fikirləşəndə bu qənaətə gəlirlər ki, əsl sevgi gərək odlardan, alovlardan keçsin, bir çox qət olunması mümkünsüz olan zirvələri fəth etsin, maneələri, sədləri aşsın və sonda sonsuz, əvəzsiz, şirin vüsala yetişsin. Onda həmin sevgi əsl sevgidir və o sevgi nəinki bir ömür boyu, hətta bir dünya boyu yaşayacaq, yaşadılacaqdır. O sevgi dünyanın ən saf, təmiz məfhumudur və heç bir zaman təmizliyini, saflığını itirməyəcəkdir. Belə sevgilər dünyada az-az, demək olar ki, çox nadir hallarda olur, meydana gəlir. Bir fidan kimi qəlblərdə yetişən o sevgi gün gələndə böyük, uca, ən güclü qasırğalara və fırtınalara davamlı olan çinar ağacına çevrilir. O çinarın neçə-neçə budaqları, qolları olur. O budaqlar, o qollar əsl sevgidən yaranmış sədaqət, nəciblik, böyüklük timsallı sevgilərdir. Mən Ulu Öndərimiz Heydər Əliyevlə onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın sevgisini şəksiz və şübhəsiz olaraq əsl sevgi adlandırıram. Tam mənasında inanıram ki, bu sözümü təsdiq edən çoxlu təkzibedilməz sübutlar var. Ulu Öndərimizin Zərifə xanımla ömrünü birləşdirmək yolunda keçdiyi çoxlu maneələr, getdiyi yollarda olan burulğanlar, tufanlar, fırtınalar bunun ən böyük misalıdır. XX əsrin 50-ci illərində Azərbaycanın siyasi həyatında baş verən o qanlı-qadalı hadisələrlə dolu günlər buna misaldır. Elə o əsl sevgi fidanını böyüdüb, bəsləyib uca və ulu bir çinar edən də budur. Əsl sevgi ağacı sudan, havadan yox, maneələrdən, tufanlardan, fırtınalardan qidalanır və bu səviyyəyə çataraq aliləşir, müqəddəsləşir. O ulu çinar ağacı sevgidən güc aldığı üçün ən böyük fəlakətlərdə yerindən bir azca da olsa tərpənmir belə. Hətta fırtınaları, tufanları titrədir, yurdları, yerləri viran qoyan sellərin özünün önünə sipər olur, onu dayandırır, səmtini dəyişir, dağıdıcı havasını alır. Bu ali sevgini, məhəbbəti belə vəziyyətə gətirən nədir? Qorxmazlıq, sadiqlik, səbirlilik, dözümlülük, təmkinlilik… Ulu Öndərimizin gələcək sevgilərə bir ilham xarakteri daşıyan sevgisi belə başladı, davam etdi və özünün ən böyük zirvəsinə, kuliminasiya nöqtəsinə belə çatdı.

Zərifə xanım xalqımızın böyük alimi, elm və səhiyyə sahəsində tanınmış xadim, Azərbaycanı bütün Sovet məkanında, o vaxtkı sosialist ölkələrində tanıdan, sevdirən böyük bir şəxsiyyət idi. Ulu Öndərimiz siyasi uzaqgörənlik, idarəçilik qabiliyyəti baxımından, Zərifə xanım isə tibb və elm sahəsində fəaliyyəti baxımından Azərbaycanın nə qədər qüdrətli, əzəmətli və zəngin bir ölkə olduğunu, demək olar ki, bütün dünyaya çatdırmışdı. Görkəmli oftalmoloqumuz Zərifə xanım Tomrisin, Sara xatunun, Nigarın, Həcərin SSRİ dönəmində – o qanlı-qadalı illərdə ən böyük və layiqli davamçısı olaraq fəaliyyət göstərirdi. Azərbaycanın əməkdar elm xadimi kimi ali və şərəfli ada layiq görülmüş Zərifə xanım həm də oftalmologiya sahəsində müəllifi olduğu kitablarla necə təhsilli, təcrübəli və bacarıqlı oftalmoloq olduğunu göstərirdi. SSRİ səviyyəsində qazandığı ali məqam, şöhrət və yüksək dərəcədə olan hörmətin nəticəsi olaraq Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü seçilmişdi. 1981-ci ildə Sovet məkanında SSRİ Tibb Elmlər Akademiyasının M.İ. Averbax adına Mükafatına layiq görülmüş ilk qadın olması onun nəinki Azərbaycan qadınını, həm də Şərq qadınını layiqincə təmsil etməsindən xəbər verirdi.

Zərifə xanım Ulu Öndərimizə layiq bir xanım və ömür-gün yoldaşı idi. Onunla tanış olduğu ilk gündən vəfat etdiyi günə qədər ona olan sadiqliyi, əbədi və dönməz sevgisi, hörməti, diqqəti ilə bütün xanımlara örnək idi. Zərifə xanım sadiq həyat yoldaşı olduğu kimi mehriban, qayğıkeş, fədakar bir ana idi. O, Ulu Öndərimizə iki layiqli övlad – Sevil xanımı və hörmətli cənab Prezidentimiz İlham Əliyevi böyütmüş, vəfat etdiyi günə qədər onları gözü kimi qorumuş, canından da artıq sevib dəyər vermişdi. Zərifə xanımın Azərbaycan xalqına İlham Əliyev fenomeni kimi əsrin qəhrəmanı sayılacaq dərəcədə ali, müzəffər və böyük bir şəxsiyyət yetişdirməsi, bu xalqa, bu millətə nə dərəcədə böyük fədakarlıqlar etməsi və xeyir işlər görməsi faktı danılmazdır.

Qeyd edilənlərlə bərabər Zərifə xanım Əliyeva həm də hikmətli, şəfqətli və yüksək dünyagörüşlü bir həkim idi. Bunun sübutunu onun müəlliflik etdiyi “Yüksək əqidə” kitabında tapmaq olar, orada deyilir:

“Ölkə, cəmiyyət nə qədər inkişaf etmiş olursa, onun insanları da, mənəvi cəhəti də, humanistliyi də yüksək olur, eyni zamanda həkimin mənəviyyatı da, insanpərvərliyi də diqqəti cəlb edir.

Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə girib onu başa düşməsi üçün “Şəhrizadın uzun-uzadı nağılı”nı dinləməyi bacarmalıdır. İnsanın və xüsusilə xəstənin daxili aləmi də onun orqanizmi kimi mürəkkəbdir.

Vicdan – bizim əsas hakimimizdir.” və s.

Yuxarıdakı sitatlardan da göründüyü kimi Zərifə xanım vicdanlı, humanist bir həkim, bir insan olaraq təkcə xəstələrinin yox, öz ölkəsinin, cəmiyyətinin, digər ölkə və cəmiyyətlərin, bir sözlə, bütün dünyanın xeyrini istəyir, bunun üçün çalışır və bütün ömrünü, həyatını bunun üçün sərf edirdi. Onun sədaqəti, sevgisi təkcə Ulu Öndərimizə, övladlarına, gözəl ailəsinə deyil, eyni zamanda doğma xalqına, ölkəsinə və elə bütün dünyaya idi.

Zərifə xanımın sevgisində o, vəfat edəndən sonra da ayrılıq baş vermədi. Oxucu haqlı olaraq soruşa bilər ki, axı Zərifə xanım 1985-ci ildə amansız xəstəlikdən dünyasını dəyişdi, bəs onlar ayrılmış olmadılar?! Xeyr, onlar ayrılmış olmadılar. Onlar heç bir zaman ayrılmadılar. Ulu Öndərimiz heç bir zaman onu unutmadı. Məzarını ziyarət edərkən əlini Zərifə xanımın qəbirüstü abidəsinə qoyaraq fikrə getməsi, dəqiqələrcə onun abidəsinə tamaşa etməsi, tədbirdə “Tut ağacı” mahnısını dinləyərkən kövrəlməsi onun Zərifə xanımı nə qədər böyük və sarsılmaz məhəbbətlə sevdiyini göstərirdi. Rejissor Vaqif Mustafayevin çəkdiyi “Əsl məhəbbət haqqında” adlı filmə baxarkən biz Ulu Öndərimizlə Zərifə xanımın böyük sevgisinin bir daha şahidi oluruq. Zərifə xanım vəfat etsə də, bütün varlığı ilə Ulu Öndərimizin və onu sevənlərin qəlbinə köçdü, orada həyatını davam etdirdi və indi də həyatına davam edir. Zərifə xanım ölməyib, o, Ulu Öndərimizə duyduğu sevgi qədər əbədidir, onu sevənlərin qəlbində ölməzliyini qoruyub saxlayır və saxlayacaqdır.

18.09.2023.

Müəllif: Sevindik NƏSİBOĞLU

10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü.

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞƏHİD HÜSEYNZADƏ MİRMUSA VÜQAR OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ

Vətən uğrunda ölüm həyatın davamıdı

ŞƏHİD HÜSEYNZADƏ MİRMUSA VÜQAR OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ

   Şəhidlik ən ali, ən uca zirvə, ən şərəfli ölüm.. Təbiidir ki, bir ölkədə müharibə, terror aktları baş verirsə, öz qanı, canıyla vətəni qoruyan igidlər də olmalıdır. Dünyada ən şirin şey ömürdür deyirlər, bu igidlər Yaradanın onlara pay verdiyi ömürdən keçirlər vətən uğrunda, torpaq uğrunda. Kimisi üçün bu torpaq adi bir şey, belə şəxslər üçün isə vətəndir, namusdur. Məhəmməd peyğəmbər (s.ə.s) şəhidlər haqqında: “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar”- demişdir. Ölkəmizin qədim dövrdən bu günə qədər çəkdiyi əzabların qisasını öz qanlarıyla alan oğullar hər bir azərbaycanlı üçün fəxr, qürur yeri olmalıdır. Son dövrlərdə ölkəmizin başına gətirilən müsibətlər yenə neçə gəncin, igidin həyatına son qoydu, onları ən yüksək zirvəyə yüksəltdi.

  Azərbaycanın hər bir vətəndaşı səfərbər oldu!Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları!  Vətən yalnız ona görə böyük deyil ki, onun  sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın,şəhidlərimizin  ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz  Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da,  şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır,müqəddəsdir.Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət  bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın  mill və bəşəri dəyərlərə sahib olması, insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını  düşmən tapdağından təmizlənməsinə imza atmışlar! İgid oğulların göstərdikləri rəşadətlərlə qürurlanırıq! 

Yenə çoxlarını gözüyaşlı qoyan, bir gözü ağlar bir gözü gülər mövsümə qədəm qoyduq. Mərd ürəkli igidlər gözündə  vətən sevgisindən uca heç nə yoxdur. Geridə qoyduqlarını Allaha, dövlətə əmanət edərək cəsur ürəklə düşmənə sipər olmağa gedən igidlərimiz cəbhəyə gedərkən yalnız bir fikir barədə düşünürdülər – düşmənə qan uddurmaq, həsrət çəkdiyimiz torpaqlarımız uğrunda döyüşmək və bu yolda şəhadət şərbətini içmək.Belə şücaətli igidlərimiz sırasında torpağı Vətən edən oğulların cərgəsində  19 sentyabr 2023-cü il tarixində Qarabağda anti-terrorn əməliyyattı    zamanı    Qarabağda  əbədiyyətə  qovuşan 20 yaşlı  Hüseynzadə Mırmusa  Vüqar  oğluda var. Ruhun Şad olsun Şəhidim!

       Hüseynzadə Mirmusa Vüqar oğlu 4 noyabr 2003-cü ildə Lənkəran rayon İstisu qəsəbəsində seyd ailəsində  anadan olub. Atası Vüqar fəhlə, anası Zivər xanım evdar qadındır. 4 qardaşın ilki idi Mirmusa. 2021-cu ildə Rəsul Qurbanov adına tam orta məktəbin 11-ci sinifini bitirmişdi. Məktəb illərində hər zaman özünü intizamlı, bacarıqlı və çalışqan şagird kimi göstərmişdi. Vətənə sevgi imandan gəlir! Vətən sevdalı Mirmusa   rəsm ilə məşğul olduğu üçün məktəbi bitirdikdən sonra Dövlət İmtahan Mərkəzinə imtahan verərək Odlar Yurdu Kollecində Dizayn üzrə təhsil almağa müvəffəq olmuşdu. Yaradıcı insanlar cəmiyyətdə əminamanlığın, barış və sülhün, insanlığın qorunmasına töhvə verən kəslərdir. Mirmüsanın şəkdiyi rəsmlərdə Vətənə,  dövlətə,İnsanlığa sevgini əks etdirir. Vətənə xidmət vaxtı çatdığı üçün təhsilini donduraraq 13.01.2022 hərbi xidmətə yollandı. Hərbi xidmətdə olduğu müddətdə də özünü cəsur, qorxmaz və igid Azərbaycan əsgəri kimi göstərmişdi. Komandir və əsgər heyəti arasında öz hörmət və sevgisini qazanmışdı. Nümunəvi xidmətlərinə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə təşəkkürnamə və mükafatlara layiq görülmüşdü. Xidmət müddətinin tarixinin 13.07.2023 vaxtda bitməsinə baxmayaraq hərbi formaya və Vətənə olan sevgisindən irəli gələrək yenidən xidmətə Müddətdən Artıq Həqiqi Hərbi xidmət qulluqçusu olaraq davam etdirməyə üstünlük vermişdi. Bütün imtahanları uğurla başa vuraraq istəyinə nail olaraq Komando kursunu müvəffəqiyyətlə bitirərək “N” saylı hərbi hissədə Komando bölməsində xidmətə başlamışdı. Komando bölməsində kiçik komandir kimi xidmətə başladığı gündən tabeçiliyində olan şəxsi heyətin döyüş hazırlığı, bilik və bacarıqlarını artırmağa nail olmuşdu. Komando təlimlərində digər kiçik komandir heyətindən yaxşı nəticələrinə görə fərqlənmişdi.19 Sentyabr 2023-cü ildə mənfur düşmənin Xankəndi -Ağdam istiqamətində törətdiyi antiterror əməliyyatının qarşısını almaq məqsədi ilə döyüşlərə qatılmışdı.Döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına Şəhid olaraq şəhidlik zirvəsinə yüksəlmişdi.

    Tamara nənəsinin sevimlı nəvəsi Mirmusa ailəsinə bağlı övlad idi.Aldiğı ilk maaşını anazı Zivər xanıma göndərib,ana narat olma işlərim yaxşıdır,Vətənimizin mənfur düşmanlardan təmizlənməsindən sonra gələcəm.Nənəmə söz vermişəm gəlib ailə quracam yazmışdı.  Mirmusanın döğmaları  ADPU-nun dossenti,Pedaqoqika üzrə fəlsəfə doktoru Şahrza Ağayev,Hərbi qüvvələrin ehtiyatda  olan zabiti,polkovnik leytinat Mürad Gözəlov Mirmusa haqqında:-Ailənin ilk övldı olan Mirmusa hərbiyə maraq göstərən,vətənpərvər, istedadlı ,yaradıcı bir uşaq idi.Bacarıqlı rəssam kimi “20 Yanvar milli qürur və iftixar  günümüz” adlı rəsm müsabiqəsində “İstedadlı şagird “naminasiyaası mükafatına layiq görülmüşdü.Çəkdiyi şəkillərdə Vətəninə olan sevgi əks olunurdu.Hərbi xidmətini qurtarandan sonra xidmətə Müddətdən Artıq Həqiqi Hərbi xidmət qulluqçusu olaraq davam etdirməyə üstünlük vermişdi.Valideynlərin istəyinə baxmayaraq öz fəaliyyətini  hərbiçi kimi davam etdirmək istədi. Validenləri, doğmaları üçün çox ağırdı!Onunla fəxr edirik.

Namərd düşmənin törətdiyi qanlı cinayətlər, insan qətliyyamları validenyləri gözü yaşlı,övladları atasızı, ailələri başsız qoydu!Təskinliyimiz İgid oğullarımızın düşmənə sarsıdıcı zərbələr vuraraq qələbə sevinci bizlərə yaşatdılar! Qisas qiyamətə qalmadı!Bu gün hər birimiz vətəndaş olaraq şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa, veteranlarımıza can sağlığı diləyirik. Şəhidlərimizin hər biri qəhrəmanlıq nümunəsidir, onlar bizə sübut etdilər ki, qəhrəmanlar təkcə nağıllarda olmur. Onların hər biri haqqında bir salnamə yazmaq mümkündür. Nə qədər ki cəsur ürəkli, düşmənə qan udduracaq igidlərimiz var, nə qədər ki Ali baş Komandanımız və “dəmir yumruq” altında birləşən xalqımız var torpaqlarımıza heç kim göz dikə bilməz. Vətəni sevən və onun yolunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyərək, onlara Allahdan rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı diləyirik və onların hər biri ilə qürur duyuruq.Belə cəsur igidlərimiz olduqdan sonra heç bir düşmən bizə bata bilməz.Kiçik bir yeri əhatə edən Azərbaycan əslində necə böyük qüdrətə sahib olduğunu bir daha dünyaya nümayiş etdirdi!

                       Zülfiyyə VƏLİYEVA       

 ADPU-nun ETM-nin elmi işçisi, 

Respublikanın  Əməkdar müəllimi 

Azərbaycan Jurnalistlər Bliyinin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

CƏVAHİR TANRIVERDİ. TƏZADLAR.

TƏZADLAR

Azad torpaqlara ruhum sevinir,

Şəhidimə ağlar bulud olmuşam.

Bir gözüm ağlayır, bir gözüm gülür,

Göz yaşı içində gülüş olmuşam.

Payızın sehrinə düşmüşəm indi,

Bar-bəhərli ağac vətən kimidir.

Ağacdan saralıb tökülən yarpaq

Vətənçün can verən əsgər kimidir.

Bir ana qol açır azad yurdunda,

Köçkünlük adından silinib deyə.

Bir ana qol açır məzar önündə,

Oğlu al bayrağa bələnib deyə.

Payız özü kimi təzad gətirdi:

Ağlamaq istərkən gülə də bildik.

Şəhid anasının önündə susqun,

Düşmənin önündə sinə də gərdik.

Sentyabr 2023

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

СТИХИ ВЕРА ПОЛОЗКОВА


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QAZİ ŞAİRİN POETİK DÜNYASI – ŞUŞA!

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bircə Xanım: And içmişəm…

And içmişəm…
Xankəndində özümə iri bağı olan həyət evi alacam.
Həmən bağda çoxlu qoz- fındıq ağacları əkəcəm.
( kimsə gəlib Vəz….un qozları zad yazsa , həmən blok..)
Bağımın ağacları belə bar verəndə şəklini çəkib paylaşacam.
Dəniz Çiçəyi şişirdəcəm. Düz bir ay ceviz toplayacam , heç bundan yorulmayacam.

Orda qəşşşəng bir ev tikəcəm , Vüsal Oğuzun qonaqlar üçün tikdiyi evini döyəcək.
Qızıl Əhmədi almalarım Nargilə Rəhman almalarını xaralda saraldacaq…
Yuvamın ağbirçəyi mənim gözəl anam Azəri Həsənxani hamınıza üzərlik yandıracaq.
Evimin küləfirəngisindən baxacam eeee, mənim gözəl diyarıma.
İmarətimin gəvəli- kilimli yerindən Alov Inanna Eyvazova bütün şəhərə Şaman duaları oxuyacaq.

Ay toooova, şer də yazacam, direktor da olacam, molberti balkonumda qoyub rəsm də çəkəcəm, hələ arada saz da çalacam. Qoy Elşən Əzim in bağrı çatlasın.

Eləcə sevgi şerləri yazacam . Xa Nım hər gün öz dəniziylə sinəmə çəkdiyi dağın, yaranın yerini Qalanın havası sağaldacaq. Şəkillərimlə onun da işinə baxacam.

Bütün günü nə danışsam, altından həmən adımı yazacam. Məsələn, Təranə, dur mənə çay süz, müəllif Bircə…

Əziz qardaşım Fazil Yusif kimi , maaşımı başı bitli uşaqlara xərcləyəcəm.

Bağımdakı kirpiləri Azər Azer Qismetə göndərəcəm.
Çiyələk ləkələrim yetişən kimi Rəbiqə xanımı başının dəstəsiylə çağıracam.

Adilə Nəzər Xankəndini bir günə gəzib qutara bilməz, Aləmzər xanımla bir xeyli qalarlar, gəzib çiçək yığallar. Narıngül Nadir qəşəng donlarını geyinib şəhərin küçələrində gəzəcək, mən də düşəcəm dalınca ki, günortadı, gəlin Qarabağ basdırması yeyək.

Bəsti İsmayıla özüm samovar qaynadacam. Besti Elibeylini özüm bilirəm neyliyəcəm. Onu Ərim gəldidə arı pətəklərinin yanında üşüdəcəm.

Şərq otağımı Qismət Rüstəmovun ixtiyarına verəcəm ki, bütün günü orda Prustdan , Kafkadan , Nobelli yazarlardan mühazirələr oxusun.

Sonra tərcümələr eliyəcəm.
Həəəə, nolsun ki, dil bilmirəm. Guya hamı dil bilir????

İçində istədiyimi yazıb , kitabın üstünə V. Vulf, C. Ostin , Banin, Bunun yazacam.
Onsuz da içini axtaran olmur ki.

Pul yığıb özümə çoxlu titullar alacam.
Fəlsəfə mürəbbəbişirəni, Qvatemalanın fəxri vətəndaşı, Afrika qadın yazarlarının məşşatəsi,
Çexovun palatasının medsestrası…
Çox eee, lap çox.

Şuşa Dram teatrında tamaşalarımı səhnələşdirəcəm. Biletləri burdakı bütün dostlarıma paylayacam.

Adını yazmadığım dostlarım məndən inciməsinlər.
Bu bir zarafatdı .
Hamınızın xətri çox əzizdi…

Müəllif: Bircə XANIM

BİRCƏ XANIMIN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PƏNAH MİKAYILOV. GÖYÇƏNİN.

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

PƏNAH MİKAYILOV

Pənah Abduləli oğlu Mikayılov 10.05.1935-ci ildə Laçın rayonunun Qoşasu kəndində anadan olmuşdur. Şair müəllim kimi Qabaqcıl maarif xadimi, Ali kateqoriyalı müəllim adlarına layiq görülmüşdür. 1999-cu ildə Sumqayıtda “Vətən həsrətli ömür” adlı şeirlər kitabı yayınlanmışdır. 1998-ci ildə qaçqın kimi məskunlaşdığı Sumqayıtda vəfat etmişdir.

GÖYÇƏNİN

Dostum Pənah Qurbanova

Sənəd məbədidi, ümid piridi,
Nəcabəti, əhli-halı Göyçənin.
Şirin xəyalımın nur beşiyidi
Müqəddəs yamacı, yalı Göyçənin.

Hüsnünə bağlıdı ruhumun canı,
Ordadı söz şahı, sənət sultanı.
Ələsgər Vətəni, Alı məkanı
Səcdəgahdı pir mahalı Göyçənin.

Yolunda sadağa canla başımdı,
Qüssəsi kədərim, qəm təlaşımdı.
Dostum, can-ciyərim, qan qardaşımdı
Əli kimi pür kamalı Göyçənin.

Kükrəsin dəryatək eşqi, ilhamı,
Nur saçsın ömrünə səadət şamı,
Pənahdan Pənaha qardaş salamı
Heç olmasın qilü-qalı Göyçənin.
05.02.1984
Laçın, Qoşasu.

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru