10 iyun 2022 ci il tarixində keçirilən bu tədbir “Xarıbülbül” ƏM -nin üzvlərinin, iştirakçıların yaddaşında uzun müddət qalacaq… Tədbiri Ədəbi Məclisin sədri, bu sətirlərin müəllifi, açaraq sözü müharibə veteranı, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İB- nin sədri, “Tərəqqi ” medallı, “Xarıbülbül” Ədəbi Məclisinin təsisçisi Rada Abbasa verdi. O,tədbir iştirakçılarını salamladı. Sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.. Rada xanım “Xarıbülbül” hekayətini danışdı, zəfərə gedən yolda canlarını fəda etmiş şəhidlərimizdən, onların göstərdikləri şücaətdən ətraflı söhbət açdı. Azərbaycanın ilk Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı, “Qürur” Şəhid Ailələri Xeyriyyə İB-nin sədri Naibə xanım Behbudova da Müzəffər Ordumuzun qələbəsindən, qardaşı barədə məlumat verdi. Tədbirin iştirakçılarından Şəhid kapitan Əsəd Həsənovun anası, ədəbi məclisin fəxri üzvü Mələk xanım, Şəhid Fəxri Qəribzadənin anası, ədəbi məclisin fəxri üzvü Mehparə xanım, M.Müşfiq ocağının yadigarı, hamımızın sevimlisi, ədəbi məclisimizin fəxri üzvü, Leyla xanlm Axundzadə, “M.S.Ordubad i muzeyi”nin aparıcı əməkdaşı Rasimə xanım Əhmədova, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi İB – nin sədri Ruhiyyə xanım Poladova, həmən təşkilatın Qəbələ rayonu üzrə təmsilçisi Təranə xanım Alməmmədova, yazıçı- şairə Əfşan xanım, “Qürur”İB-nin fəxri üzvü , yazıçı-publisist ehtiyatda olan polkovnik- leytenant Azər Hacıbəyli, bu günlərdə Türkiyədən yüksək mükafatla qayıdan həkim Aidə xanım Kazimi, dolğun şeirləri ilə mətbuatda çıxış edən Sevda xanım, Nərgiz xanım, musiqi müəllimi Türkan xanım və başqaları tədbirin maraqlı təşkilinə görə təşkilatçılara təşəkkür etdilər. Tədbirə Xaçmaz rayonundan dəvət etdiyimiz-çəkdiyi rəsmləri ilə dəfələrlə qalib olaraq fəxri fərmanlara layiq görülmüş onuncu sinif şagirdi Nurlana Haşımova, İqtisad Universitetinin tələbəsi gənc rəssam Ayşən Cahangirova öz əl işlərini nümayiş etdirdilər. İştirakçılar gənc mügənni İslam Qasımovun ifa etdiyi “Azərbaycan” mahnısını və sosial mediyada Qarabag mövzusunda, vətənpərvərlik şeirlərinin özünəməxsus yüksək ifa tərzi ilə dinləyicilərin böyük ürəklərinə yol açmış tanınmış kiçik qiraətçi Nurayı coşqu ilə alqışladılar. Qəbələdəki təmsilçimiz Təranə xanımın şəhidlərimizin fotoları əsasında hazırlanmış suvenir agacın şəhid anası Mələk xanıma hədiyyə etdi. Ana, – “… artıq oğlum tək deyil, rahatam ki, öz dostlarının arasındadır…”, – deyərək, hədiyyəyə görə Təranə xanıma dərin minnətdarlığını bildirdi. Beləcə “Xarıbülbül” ədəbi məclisinin üzvləri unudulmaz bir gün yaşadılar.. Sonda xatirə şəkilləri çəkildi. Fotolar:
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
Yer kürəsinin yaranmasına dair alimlər müxtəlif nəzəriyyə və fərziyyələr irəli sürmüşdürlər. Bu nəzəriyyələrin əksəriyyətində qeyd edilir ki, su(H20) meteoridlərin daxilində Yer kürəsinə gəlib çıxmışdır. Sözügedən nəzəriyyə yaxın illərdə ABŞ-ın Lawrence Livermore National laboratoriyası tərəfindən təsdiq edilsə də Azərbaycan şairi Şah İsmayıl Xətai bu fikiri XVI əsrdə söyləmişdir.
Gövhəri ab eylədim tutdu cəhanı sərbəsər
Yeri göyü ərşi-kürsi yaradan səttar idim.
Beytin birinci misrasına diqqət edək :
Gövhər – ərəb-fars qiymətli daş və ya adi daş
Ab- farsca su deməkdir
Cəhan- ərəb-fars sözü olub mənası Dünya deməkdir
Sərbəsər- ərəb-fars sözüdür, mənası başdan-başa, bütövlükdə deməkdir.
Qeyd etdiyimiz sözlüyə nəzərən birinci misranı təhlil etdikdə belə bir nəticə əldə edirik : Şair söyləyir ki, Allah gövhəri yəni böyük qayanı(meteorit daşını) ab(su) etdi, cəhanı(dünyanı) başdan-ayağa(sərbəsər) tutdu. Maraqlısı budur ki, Xətai suyun dünyanı başdan-başa tutmasını qeyd edir. Halbuki, Dünyanın 2/3 hissəsi su, 1/3 hissəsi isə quru parçasıdır. Geoloq alimlər yaxın zamanlarda belə bir fikir irəli sürdülər ki, “su dünyaya gələn zaman bütün dünyanı qaplamış, daha sonra isə bir hissəsi buxarlanaraq buludlara çevirilmiş, digər hissəsi isə tektonik hərəkətlənmələr nəticəsində quru parçaları yaranan zaman müəyyən areala çəkilmişdir”.
Qeyd etdiyimiz məsələ Qurani-Kərimdə bu cür qeyd edilir:
Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki və meyvələri) çıxardığını görmürsən?
(Zumər surəsi 21-ci ayə)
Haşiyə1:
Qurani Kərimin ər-Rəhman surəsi 19,20 – ci ayələrində də su barədə maraqlı məlumatlar buyulur:
مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ
بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ
Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar).
(Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]
Ayədə dənizlərin (okeanların) bir-birinə qarışmadığı qeyd edilir. Bu ayənin elmi yol ilə izahını suyun duzluluq miqdarı ilə yəni promille ilə vermək olar. Belə ki, hər suyun özünə uyğun formada duzluluq miqdarı vardır. Duzluluq miqdarındakı fərqə görə suların tərkibi eyni deyil, ona görə də sular bir-birinə qarışmırlar. Məsələn Dünyada 4 okean vardır. Atlantik Okeanı, Sakit Okean, Hind Okeanı və Şimal Buzlu Okean. Qeyd etdiyimiz okeanlar arasında heç bir quru sərhəddi yoxdur, yəni dolayı yol ilə bir-biriləri ilə sərhəddirlər. Misal üçün Fernando Magellan Atlantik okeanından sakit okeana ordan da Hind okeanına bir-başa su yolu ilə keçmişdir. Lakin belə bir sual yaranır, nə üçün okeanların adları fərqlidir?! Nə üçün onlar bir su sahəsi olduğu halda coğrafiyaçılar 4 yerə bölürlər. Bu sualın cavabı ondan qaynaqlanır ki, okeanlar arasında duzluluq fərqi vardır. Yəni tərkib hissələri bir-birləri ilə eynilik təşkil etmədiyinə görə sular bir-birinə tərkibən qarışmırlar. Bu ayəyə belə bir izah da vermək olar. Belə ki, Atlantik okeanında sahilsiz dəniz vardır ki, bu dənizin adı Sarqas dənizidir və düz Atlantik okeanının ortasında yerləşir. Fəqət onun duzluluq promilli az olduğuna görə okeana qaışmır və coğrafiyaçılar sözügedən dənizə fərqli ad veriblər.
Haşiyə2 :
Fikrimizcə, Şah Xətai öz qəzəlindəki bu beyti Qurani-Kərimdən təsirlənərək qələmə almışdır. Maraqlı bir məqamı da qeyd edək : Qurani-Kərimin Tur 5-8-ci ayələrində buyurulur ki, “And olsun yüksək tavana (uca göyə)! And olsun alovlanan dənizə!…
Ayədəki alovlanan dəniz kəlməsinə nəzər yetirək. Bildiyimiz kimi suyun tərkibi iki yanıcı kimyəvi elementdən ibarətdir. 1. Hidrogen(H), 2. Oksigen(O). Bu iki yanıcı kimyəvi element birləşən zaman söndürücü H2O maddəsini yəni suyu əmələ gətirir. Fikrimizcə, qeyd olunan ayənin təfsiri H2O-nun yaranma məsələsinə aiddir. Fəqət, bu ayənin izahını başqa cür də vermək olar. Belə ki, Oregon State University “Fire Under the Sea” məqaləsinə istinadən qeyd edə bilərik ki, müasir qərb alimləri Atlantik okeanında qeyri-adi istilik mənbəyi aşkar etmişdirlər. Alimlərin fikrincə, Okeanın alt tavanlarında yanıcı maddələr mövcuddur.
Həmin fikiri Xətai belə izah edir.
Dünyasından mən onun sinin bilirdim, ol mənim, Dəryanın altındakı sac qızdıran ənnar idim.
Maraqlısı budur ki, sözügedən fikirlər yaxın illərdə NASA tərəfindən təsdiq edilsə də VII əsrdə Qurani-Kərimdə bu fikirlər öz əksini tapmışdır. Və maraqlısı budur ki, Məhəmməd peyğəmbər və ya İmam Əlinin həyatlarını tədqiq etdiymiz zaman bu iki şəxsin Okean səthində üzmədiklərini, habelə eyni zamanda okeanın dibinə enmədiklərini müşahidə etmişik.
10 iyun Səadət Qəribin doğum günüdür! “Yazarlar” doğum günü münasibətilə tanınmış şair, yazar Səadət xanımı təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır.
Azərbaycan ədəbi mühitində bir canlanma müşahidə olunmaqdadır. Bu canlanma heç də ədəbi proseslərin sürətləndiyindən təsirlənən qələm əhlinin fəallığının göstəricisi deyil. Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayöncəsi bir növ hesabat xarakterli məruzələr ətrafında baş verən müzakirələr buna rəvac verir.
Mülahizələrim subyektiv görünsə belə, mənə görə, məruzələr arasında hələ ki ən diqqətçəkəni Azər Turanın “Janrın sərhədlərinə sığan və sığmayan mətnlər”idir. Göz önündə publisistikanın yaratdığı ədəbi həyatın al-əlvan çalarlarından ibarət gözəl mənzərə canlanır. Təkcə son yeddi ilin deyil, bəlkə də müstəqillik dövründən üzübəri publisistikanın həyatımıza necə daxil olmasını şərh etməyə ehtiyac yoxdur. Publisistika heç vaxt indiki kimi insan həyatında vacib rola malik olmamışdır. Müasir insanı bir an belə informasiyadan kənarda saxlamağın mümkünsüzlüyü həddinə gəlib çatmışıq.
Müəllifin böyük coşqu və həvəslə işləyib-hazırladığı məqalə-məruzədə diqqəti yönəltmək istədiyi heç də bu deyil. Azər Turan bu səpkidə ən başda duran Əli bəy Hüseynzadənin “Fürusəti-siyasət”indən danışır, qiymətli sənət əsərini Anarın “Yaşamaq haqqı” ilə müqayisələndirir. Qeyd edir ki, “Yaşamaq haqqı” nəinki haqqında danışmağa, eləcə də böyük bir dövrü və əsərləri onun ətrafında və işığında, onunla bağlantılı şəkildə təhlil etməyə imkan verən əsərdir. (Sitatın sonu).
Ədəbi mühitdə hamıya aydındır ki, Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin olunandan sonra qəzetin çapında nail olduğu inqilabi dəyişikliklə paralel, böyük bir işin də bünövrəsini qoydu. Rüstəm Kamal, Elnarə Akimova, Nizami Cəfərov, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, İradə Musayeva və başqa bu kimi ədəbi həyatımıza biganə qala bilməyən söz adamlarını ətrafına toplayaraq ciddi müzakirələrin aparılmasına start verdi, hansı ki, bu müzakirələr sayəsində bir çox mətləblərə aydınlıq gətirildi. Böyük auditoriyalar həmin müzakirələr nəticəsində üzə çıxmış materiallardan mənbə kimi bəhrələndi. Müzakirələr təkcə ədəbi sahəni deyil, bütövlükdə ölkə həyatını əhatə etməyə yönəldi. Müəllif özü bunu belə qeyd edir: “…”Ədəbiyyat qəzeti”ndə keçirilən müzakirə saatlarında təkcə ədəbiyyatımızın deyil, ümumən, fikir həyatımızın müxtəlif problemləri hər zaman diqqət mərkəzində olub. Ədəbiyyatın ən müxtəlif məsələlərini müzakirə etmişik. Amma biz bəzən bilərəkdən ədəbiyyat sferasından kənara adlamışıq, məsələn…”. Burada Azərbaycan Cümhuriyyəti tarixi, Repressiya dövrü, Kərkük və Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı barədə fikirlər söylənmiş, paralel və təhlillər aparılmış, həmin dövrlərin ədəbiyyatda öz əksini necə tapması barədə müzakirələr keçirilmişdir. Desələr də ki, ədəbiyyat siyasi həyata müdaxilə etmir, burda bir şirin yalan hiss etmək mümkündür. Çünki ədəbiyyatdan kənarda heç bir siyasət yoxdur, ədəbiyyat özü həyatdır, həyat isə həm də siyasətdən ibarətdir. Sözsüz ki, həyatımızın bütün dövrləri ədəbiyyatın vacib bölməsi olan publisistikada öz əksini çılpaqlığı ilə tapmalıdır.
Müəllif bugünkü baxımdan çox dəyərli hesab olunan məqaləsində bir çox mətləblərə toxunmuşdur. Publisistikanın genişliyindən və bu genişliyin imkan dairələrindən bəhs etmişdir. Bədii publisistika növündən söhbət açmış, esse ilə aradakı sərhədin mövcudluğundan, bəzən bu sərhədin elə asanlıqla “pozulduğu” məqamları incələmişdir. Əlbəttə ki, bu məsələ daha çox müəllifin əhatə etmək istədiyi mövzudan, onu necə qavramasından və ictimaiyyətə çatdıra biləcəyi peşəkarlıq səviyyəsindən asılıdır.
Azər Turan məruzə-məqaləsində hələ sovet dövründə baş tutmuş bəzi ədəbi hadisələrlə müstəqillik dövründə olanlar arasında paralellər qurmağa çalışır və ürək yanğısı ilə qeyd edir: “Müstəqillik dövrünün publisistikasında sovet dövründə yaranmış – Anarın “Dünya bir pəncərədir”, Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində”, Sabir Rüstəmxanlının “Ömür kitabı” səviyyəsində əsərlər yazılmadı. İndi tarixə 30 illik bir uzaqlıqdan baxanda böyük bir nəslin, daha doğrusu, Azərbaycanın müstəqilliyinə doğru axın edən nəslin, əsasən, bu üç kitabın şinelindən çıxdığını kim etiraf etməz?”. Olduqca doğru və obyektiv yanaşmadır. Hər hansı bir nəsil aparıcı missiyanı öz üzərinə götürmüş müdrik kitablardan bəhrələnməlidir, o əsərlərdən ki, müəyyən inkişaf yolundan nəticələr çıxarmış və gələcəyə istiqaməti müəyyənləşdirmək yolunda mayak rolunu oynayır.
Azər Turan daha bir məsələyə toxunur. Bunu, ədəbi proseslərin inkişafına “planlı təkan” da adlandırmaq olar. Madam ki, sovet dövrü ilə müstəqillik dövrünün bəzi müqayisəli təhlili məqalədə yer alıb, bunu da analiz etmək mümkündür. Sovet dövründə qələm əhli qarşısında müəyyən mənzərələr canlandırılırdı; kolxozçunun firavan həyat tərzi, işıqlı sabahlara addımlayan zəhmətkeş sovet ailəsi, əmək cəbhəsində yarışan mexanizatorlar, ölkəni ağ günə aparacaq “ağ qızıl” ustaları və s. Qələm əhli həmin məhdud çərçivədə manevr etmək imkanına malikdi. Əks halda onun əsərləri işıq üzünə həsrət qalacaqdı. İndi, müstəqillik dövrünün prizmasından yanaşsaq, həmin “planlı inkişaf”ı əvəzləyəcək ədəbi layihələr həyata keçirilir. Publisistikanın missiyası layihələr çərçivəsində həyatı canlandırmağa məhkumdu. Azad yazıçı çox zaman həmin layihələrdən kənarda qalır. Çünki layihə irəli sürən təşkilat, yaxud adam əvvəlcədən çəkəcəyi məbləği müəyyənləşdirdiyi kimi “öz qəhrəmanını” da planlayır. Nəticədə, göz önündə canlandırılan mənzərə qənaətbəxş olmur. Real nümunələr kifayət qədərdir. Hətta QHT-lər hesabına indiyə kimi “zəfərnamələr” silsiləsindən neçə-neçə kitab çap olunsa da, 44 günlük Vətən müharibəsini üzdə tutacaq əsl Zəfərnamə hələ yazılmayıb. Deməli, belə layihələrin xeyrindən çox, ziyanını görürük. Elə Azər Turanın da diqqət çəkmək istədiyi məqam budur.
Tanınmış şair və pedaqoq Rəmzi Dönməz “Günahın kölgəsi” adı yeni kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Təqdimat saat 11 iyun 2022-ci il, saat 16:00, “Kitabevim.az”da (28 May) baş tutacaq. Məlumatı oxuyan hər kəs tədbirə dəvətlidir!
Bu gün Sabirabad rayon Mədəniyyət Mərkəzində şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü və Beynəlxalq Rəsul Rza Mukafatı Laureatı Şahnaz Şahinin şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi “Sabirabad Şəhidləri” və şanlı zəfərimiz münasibəti ilə qələmə aldığı “Zəfər Nəğmələri” adlı kitablarının təqdimat mərasimi baş tutub.