USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı. 8-ci sırada Şah İsmayıl Xətaidir. 1.Qətran Təbrizi; 2.Məhsəti Gəncəvi; 3.Əfzələddin Xaqani; 4.Nizami Gəncəvi; 5.Qazi Bürhanəddin; 6.İmadəddin Nəsimi; 7.Aşıq Qurbani; 8.Şah İsmayıl Xətai; 9.Məhəmməd Füzuli; 10.Aşıq Abbas Tufarqanlı; 11.Molla Pənah Vaqif; 12.Molla Vəli Vidadi; 13.Qasım bəy Zakir; 14.Mirzə Fətəli Axundzadə; 15.Həsən bəy Zərdabi; 16.Seyid Əzim Şirvani; 17.Xurşidbanu Natəvan; 18.Mirzə Ələkbər Sabir; 19.Nəcəf bəy Vəzirov; 20.Aşıq Ələsgər; 21.Cəlil Məmmədquluzadə; 22.Əbdürrəhim bəy Haqverdiyev; 23.Cəfər Cabbarlı; 24.Əhməd Cavad; 25.Mikayıl Müşfiq; 26.Əhməd bəy Ağayev; 27.Əli bəy Hüseynzadə; 28.Nəriman Nərimanov; 29.Məmməd Səid Ordubadi; 30.Hüseyn Cavid; 31.Əzim Əzimzadə; 32.Yusif Vəzir Çəmənzəminli; 33.Üzeyir Hacıbəyov; 34.Səməd Vurğun; 35.Əliağa Vahid.
Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə 1988-ci ilin May ayının 24-dən “Lenin yolu” qəzetinin 4-cü səhifəsində “Əməyə məhəbbət” adlı kiçik yazımla çıxdığım yolda təkcə ötən 2022-ci ilin hesabatını Sizlərə təqdim edir və bütün qələmdaşları təbrik edirəm. Uğurlarınız bol olsun, zəhmətkeş, cəfakeş əziz və gözəl insanlar!!!
64. Zaur Ustac “And olsun Qələmə” və insan ömrü. (Ayətxan Ziyad İsgəndərov haqqında), “Həftə içi”, 4 – 10 avqust 2022, say: 30 (3446), s.7.
65. Zaur Ustac – “And olsun Qələmə” və insan ömrü. (Ayətxan Ziyad İsgəndərov haqqında), “Bütöv Azərbaycan” qəzeti, 5 avqust 2022-ci il, say: 28 (455), s.8.
66. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Həftə içi” qəzeti, 18-24 avqust 2022-ci il, say: 32 (3448), s.7.
67. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Bütöv Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, say: 30 (457), s.13.
68. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Olaylar” qəzeti, 19-25 avqust 2022-ci il, say: 159 (4915), s.12.
69. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Ədalət” qəzeti, 20 avqust 2022-ci il, say: 37 (5974), s.5.
70. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Ədəbiyyat qəzeti”, 20 avqust 2022-ci il, say: 31 (5369), s.10.
71. Tuncay Şəhrili – “Nuranə Rafailqızı ilk kitabını təqdim edib”, “Bütöv Azərbaycan” qəzeti, 26 avqust 2022-ci il, say: 31 (458), s.19.
84. Zaur Ustac – “Ədəbiyyatımızın baş qəhrəman problemi” (Təranə Məmməd sirri “Sirr” ilə çözdü), “Həftə içi” qəzeti, 17-23 noyabr 2022-ci il, say: 44 (3460), s.7.
85. Zaur Ustac – “Araz” (Səmamız masmavi, göy üzü təmiz! Gözün aydın olsun, sevin a Təbriz!), “525-ci qəzet”, 23 noyabr 2022-ci il, say: 213 (6019), s.12.
86. Zaur Ustac – “Araz” (Səmamız masmavi, göy üzü təmiz! Gözün aydın olsun, sevin a Təbriz!), “525-ci qəzet”, 23 noyabr 2022-ci il, say: 213 (6019), s.12.
87. Zaur Ustac – “Araz” (Səmamız masmavi, göy üzü təmiz! Gözün aydın olsun, sevin a Təbriz!), “Türküstan” qəzeti, 29 noyabr – 5 dekabr 2022-ci il, say: 45 (734), s.11.
88. Əli bəy Azəri – “Zaur Ustac nasir kimi” (“BB” hekayəsi – böyük bir sahənin söz mənzərəsi), “Həftə içi” qəzeti, 8-14 dekabr 2022-ci il, say: 47 (3463), s.8.
89. Mina Rəşid – “Qırmızı yarpaqlı ağaclar” (Yazı şair, publisist Zaur Ustacın hekayələri, xüsusi ilə “Qırmızı yarpaqlı ağac” əsəri haqqında yazılıb), “Bütöv Azərbaycan” qəzeti, 9 dekabr 2022-ci il, say: 46 (473), s.15.
90. Baş redaktordan”, “Yazarlar” jurnalı, dekabr – 2022, say: 12 (24), s.3.
Vətən uğrunda apardığı savaşda qalib gəlsə də, yaşamaq uğrunda savaşda məğlub olan Baş Leytenant….
Ağdam Şəhidi Baş Leytenant Səfərov Hikmət İldırım oğlu 11.07.1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Hikmət 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndi orta məktəbinin birinci sinfində orta təhsilinə başlayıb və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və 1995-ci ildə “İnformasiya ölçmə texnikası” ixtisasını bitirdikdən sonra “Leytenant” rütbəsi almışdır. Hikmət Səfərov 2001-ci ildən etibarən Yazıçılar birliyinin “Ulduz” jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub. Daha sonra 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətdə “Leytenant” olaraq xidmətə başlayıb və 2004-cü ilin yayında Baş Leytenant olaraq ehtiyyata buraxıldı. 12.11.2004-cü il tarixində “Qaya” mətbuat yayımında işə başlayan Hikmət Səfərov 30.08.2016-cı il tarixində həmin işdən ayrılıb və 04.01.2018-ci il tarixində “Dokta MMC” şirkətində Xəzinadar kimi fəaliyyət göstərməyə başlayıb. 20.09.2020-ci il tarixində ehtiyyatda olan Baş Leytenant olaraq hərbi təlimlərə çağırılan Hikmət Səfərov Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulur və Baş Leytenant 04.10.2020-ci il tarixində Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq 17.10.2020-ci il tarixində “koma”-ya düşdü və 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində (48 yaşında) Şəhid oldu.. Və Baş Leytenant Səfərov Hikmət 09.12.2020-ci il tarixində yüksək rütbəli ordu məmurlarının, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə 2-ci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi. Ondan yadigar 2 oğul övladı – Azər və Anar qaldı.. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Baş Leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Ruhun qarşısında baş əyirik, cənab Baş Leytenant! Ruhun şad olsun!
Gülşən Lətifxanın “Azər və Aida adası” romanında siyasi motivlərin fonunda saf və təmiz hisslərin tərənnümü
Romanın qəhrəmanı Aida xeyir-dua verilməyən bir ailənin ocağında dünyaya göz açmışdı. Ondan dünyaya gəlib-gəlməməsi barədə fikir soruşmamışdılar. Bəlkə də, soruşsaydılar, o, dünyaya gəlməyə razılıq verməzdi, qarışıq gendən doğulmaz istəməzdi…
Biz səsyazma adlı “qəhrəmanın” vasitəsilə Aidanın taleyi, həyatı, keçdiyi yaş mərhələləri ilə tanış oluruq. Aidanın sirdaşı səsyazma cihazı oldu. Son vəsiyyətini, son sözlərini, son arzularını onunla paylaşdı, diktofon onun duyğularına, acılarına şahidlik etdi.
Aida (adının mənşəyi yunan mifologiyasında yeraltı dünyanın və ölülərin allahı hesab olunan Aiddən gəlir) emosional, həssas, depressiv, sentimental qızdır. Melanxolikdir, özünə qapalıdır. Həm də tək uşaqdır, bu da xarakerinə təsir göstərir. O düşünür ki, insan sirlərini ən yaxşın rəfiqəsinə belə deməməlidir. Aida sirləri vaqona bənzədir. Onun ailədə aldığı travmalar, istənilməyən bir övlad olaraq, dünyaya gəlməsi, qarışıq genden olduğu üçün ona dırnaqarası baxılmağı, cəmiyyət tərəfindən qəbul edilməməsi xarakterinə və taleyinə, sözsüz ki, təsir edir.
Onun düşdüyü mühitdə erməni qanı daşıdığına görə dışlanan gənc qızın həyatda tutunacaq yeganə dalı, budağı Azər (adının mənası “od”, “atəş”) idi. Aida tək sevgisi olan Azəri gözündə ideallaşdırmışdı. Azərin həm daxili, həm də xarici cəhətlərini təsnif edərək, belə nəticəyə gəldi ki, (onun gözündə) dünyada Azərdən mükəmməl, ideal insan yoxdur.
Aidanın ata babası İbrahim məcbur qalıb izdivaca razılıq verdi. Onun dilindən bir ifadə işlənir: “Atası qarğıyan oğula Allah oğul verməz”. Maraqlıdır, bəs sonra niyə Allah Murada iki oğul bəxş etdi? Özü də türk gəlinindən. Görəsən, ilk başda erməni olduğu üçün qəbul etmədiyi gəlininin ailəsi ilə niyə mehribanlaşdı? Görəsən, niyə o qəbul etmədiyi qız nəvəsi Aidanın çayına möhtac qaldı? Erməni gəlinindən başqa kimsənin dəmlədiyi çayı içməyən İbrahim kişi vəfatından öncə İçərişəhərdəki evini niyə Aidaya vəsiyyət etdi?
Avtoritar bir tərbiyə üsulundan istifadə edən İbrahim kişinin oğlunun ailəsini qəbul etmək istəməməsi normal idi. O, həm də fanatikdir, övladlarına dindar ad qoyur, donuzu görən gözü yoxdur. O, rayonlulara da xor baxırdı. Qızının salyanlı ilə evlənməsini qəbul edə bilmirdi. Görəsən, İbrahim kişi bakılı olub nə üstünlük qazanmışdı? Ruqiyyə xanım desən, zor gücünə qaçırıb arvad etmişdi. Nəvəsinin qız olmağını utanc hesab edirdi, oğul nəvəsi olmağı başıucalıq. Qızının razılığı olmadan kiməsə durub söz vermişdi. Elə bilirdi ki, qızı acizdir? Kişinin sözü bir olar. İlk başda dedi ki, onu heç vaxt bağışlamayacam. Sonra…Məlum məsələ..
Ermənilərin əsərdə çörəyə laqeyd yanaşması, oxucuda ikrah hissi oyadır. Ümumiyyətlə, onlar çörək hazırlamaq üçün xəmiri ayaqları ilə yoğururlar. Belə bir “xalqın” çörəyi tapdalayan zaman öpüb gözünün üstünə qoymaması normaldır.
Romanda Zeynəb Xanlarovanın konserti təsvir olunub. Erməni qadından bir sitat: “Bizdə sizin xalq mahnılarınızı çox sevirlər, çünki onlar bizim musiqimizə oxşayır”. Maraqlıdır, ermənilərin musiqiləri bizim musiqilərimizə doğurdan da mı oxşayır ? Xeyr, çünki elə bizim musiqilərdir. Sadəcə erməni qadın “oğurluq” etdiklərini dilə gətirə bilmir. Hətta o, türk xörəklərini də (məsələn, “İmambayıldı”) milli erməni xörəkləri kimi təqdim edir. Erməni qadınları alt paltarını kişilərinin gözünün önünə sərib qurutmaqdan da çəkinmirlər.
Romanda ən gözəl obrazlardan biri “Xəzər dənizi”dir. Azər və Aida onu 3-cü babaları adlandırırdı. Əslində isə Aidanın 2 babası vardı: Xristofor və Xəzər dənizi. Cütlük bütün sirlərini Xəzərə etibar etmişdi, onu sirr saxlayan, əbədi biri kimi təsvir edirdilər.
Azər düşünürdü ki, ağ qərənfil gəlinə oxşayır , gəlin kimi məsum və cazibədar görünür. Buna görə də, Aidaya hər dəfə ağ qərənfil gətirirdi. Ağ qərənfil təmziliyin, saflığın rəngidir. Təəssüf ki, Aida bu saflığını qoruya bilmədi, lakin təmiz, saf olmayan Aidanın bədəni oldu, ruhu yox…
“Krunk” terror təşkilatının əsərdə adı çəkilir. Bu təşkilat haqqında bəs tarix nə deyir? Krunkun hərfi mənası “durna”dır. Abxaziyada yaradılan “erməni mədəni və xeyriyyə cəmiyyəti”dir. Bu təşkilat erməni maraqlarını təmsil edirdi və erməni maraqlarına xidmət edirdi. Bu təşkilata Daşnaksütun (Erməni İnqilabi Federasiyası) partiyası dəstək verirdi. Məhz bu dəstəkdən sonra “Krunk” yaradıldı. Romana qayıtsaq, Aidanın dayısı Rubenin də təşkilata üzv olduğu göstərilir. Rubenin təşkilata üzv olması ona baha-başa gəlir. Ruben elə bir böhranlı situasiya yaşayır ki, daxilindəki nifrət “fışqırır”, ürəyindən zəhər “süzülür”. Öz bacısı qızı Aidaya təcavüz edir. Rubendə hər cür psixoloji problem var idi: yetərsizlik duyğusu, natamamlıq kompleksi, təcavüzkarlıq duyğusu, cinayətkarlıq..
Əsərin ən təsirli səhnəsi təcavüz səhnəsi idi. Aida ilk gecəsini Azərla yaşadı, lakin o, sonacan həyat yoldaşına sadiq qala, “namusunu” qoruya bilmədi. Öz dayısı tərəfindən ləkələndi. Aidaya təsir edən onun dayısı tərəfindən deyil, onun bir erməni tərəfindən zorlanması idi. Bu hadisə onun intihar qərarını qətiləşdirdi, intihar addımının gerçəkləşməsini sürətləndirdi. O, çirkli əl dəymiş bədənindən, qanında daşıdığı çirkli qanından xilas yolunu intiharda gördü. Onun doğulduğu ev onun məhvinə səbəb oldu. Aidanın təcavüz travması onu intihara sövq etdi. Ruben istəyirdi ki, Aidanın bakirəliyi türk tərəfindən deyil, erməni tərəfindən pozulsun. Sonda Rubeni cəhənnəmə öz bacısı-Aidanın anası vasil elədi.
Aida təhqir olunmuşdu, ata qohumları tərəfindən erməni, ana qohumları tərəfindən türk qanı daşıdığı üçün aşağılanmaqdan, yüklənməkdən, qəbul edilməməkdən bezmişdi, usanmışdı. Axı, o, öz istəyi ilə dünyaya göz açmamışdı. Gülşən Lətifxan romanı yazmaqla demək istəyirdi ki, əgər erməni ilə qohum olursansa, bu, sənə baha-başa gələcək. Ailəyə düşən həmin nifaq toxumu-erməni qızı ilə türk kişisinin izdivacı bütöv bir ailənin məhvini sürətləndirəcək, öz “içinizə” düşən erməni yavaş-yavaş sizi “çürüdəcək”.
Bu izdivacdan ən çox zərbə alan həmin ailədə dünyaya gələn övladlardır. Onlara niyə travma yaşadırsınız? Öz genlərinə görə, niyə ittiham edirsiniz? İnsanlar sevir və sevərək, bir dam altında yaşamağa qərar verirlər, sonra isə sevdikləri üçün, sevgilərinin daha məhsuldar olması üçün övlad dünyaya gətirirlər. Aidanın ailəsində isə bu cür olmadı. İki gəncin sevgisi onları məhv etdi, sevginin nəticəsində dünyaya gətirdikləri qızlarını elə sevginin nəticəsində də “öldürdülər”. Bu, taleyin ironiyasıdır.
Məqaləni erməni sovet yazıçısı Petroniy Qay Amatuninin sözləri ilə bitirirəm: “Ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər”.
“Akme” yunanca “hər şeyin ən yüksək dərəcəsi, zirvəsi, iti nöqtəsi” deməkdir. Nümayəndələri: Anna Axmatova, onun həyat yoldaşı Nikolay Qumilyov, Osip Mandelştam, Zen Keviç, İqor Sevelyanen.
Onların incəsənəti nəcib və zərif idi. Onlar adi, lazımsız hesab etdiyimiz şeyləri təsvir edirlər. Anna Axmatova: “Siz bilsəydiniz ki, mənim şeylərim hansı zibillikdən yaranır, özünüz təəccüb içində qalardınız”.
Yağış yağır, yarpaq ağacdan yerə düşür…Onlar bunu o qədər gözəl, nəcib, dəqiq təsvir edirlər ki, cansız varlıqlar (əsərlər) görürük ki, adilikdə gözəllikdir.
Akmeizm 1912-ci ildə Rusiyada “Üç şair” jurnalında yaranıb. Jurnalın əməkdaşları: Anna Axmatova, Qorodetski, Qumilyov, Zen Keviç, Mandelştam.
Akmeizm “Adamizm” termininin sinonimidir. “Adəm necə insan kimi dünyaya gəlirsə, əşyalara ad qoyursa, biz də həmin adları yenidən sizin üçün açıqlayırıq”. Onlar çalışırlar ki, ətraf mühit, təsvir olunan həyat əşya vasitəsilə gözəçarpan olsun, əşya özü-özlüyündə gözəllik təşkil edir. İnsanın çox da diqqət etmədiyi, bəsit hesab etdiyi şeyləri, adi, siravi əşyalar-güzgü, daraq və s. təsvir edirlər. Cərəyanın əsas iki xüsusiyyəti var: gözəçarpanlıq və aydınlılıq.
Onlar deyirdilər ki, bütün Yer kürəsi görünən formada təsvir olunmalıdır. Simvolistlər haradasa məna axtarırdılar, alt qatları, dərinliyi axtarırdılar. Akmeistlər isə deyirdilər ki, görüntü özü-özlüyündə gözəldir. Simvolistlər o qədər müəmmalı obrazlar yaradırlar ki, akmeistlər onlara cavab olaraq, deyirlər ki, olmayan şeyi dərinliyə gedib axtarma, dünya özü-özlüyündə gözəldir, gözəllik dünyanın özüdür, hər şeyin adi səviyyəsidir. Dünyada nə mövcuddursa, hamısı eyni hüquqa malikdir, nəyi görürsənsə, hamısı şeir predmeti ola bilər.
Nə gözəl görünürsə, bu həyatdadır. Anton Pavloviç Çexov deyirdi: “Bax, stolun üstündə külqabı var, istəyirsənsə, 10 dəqiqədən sonra bir “Külqabı” hekayəsini yazım”. Külqabı da dəyəri olan əşyadır, hər əşya incəsənət, ədəbiyyat predmeti ola bilər.
Markesin “Yüz ilin tənhalığı” əsərində belə bir fikir var: “Əşyaların da canı var, onların ruhunu oyatmağı bacarmaq lazımdır”. Bu fikir akmeizm cərəyanına gedib çıxır.(red.Sərvanə Dağtumas)
Akmeistlər sözə qarşı münasibətlərini dəyişdilər, onlar sözün özünün mahiyyətini açmağa çalışdılar. Simvolistlər isə sözün alt qatlarını araşdırıb gizli bir məna tapmağa çalışırdılar. Akmeistlər hesab edirlər ki, hər bir sözün öz sərhədi var, simvolistlər bu sərhədi yaradaraq, sözə çoxmənalılıq bəxş etdilər. Hər bir sözün əslində öz mənası var. Akmeistlər isə deyirdi ki, hər bir poetik sözün öz sərhədi var. Marina Svitayeva “Sevimlim” şeirindən nümunə verək: “Mənim xoşuma gəlir ki, mənimlə xəstələnməmisən. Mənim xoşuma gəlir ki, mən də səninlə xəstələnməmişəm”. Obraz olduğu hissi inkar edir: “Mən sevinirəm ki, heç bir vaxt Yer kürəsi ayağımızın altında titrəyib başımızı gicəlləndirməyəcək… Mən sənə toxunaraq, alovlanmayacam”. Sevir, amma sevgini inkar edir.
Qumilyovun Afrika haqqında “Zürafə” şeiri var: “Afrikanın çöllərində gözəl bir zürafə gəzir, ətrafdakı göllər zürafənin naxışlarını əks etdirir, həmin gölün ətrafında qarayanız bir qız tayfanın başçısına vurulur, gün batanda onlar mağaraya gedirlər, bir-birlərinə sevgi elan edirlər. Ətrafdakı çiçəklər də onlara elə bil gözəl qoxu bəxş edir ki, onların məhəbbətinə qatılır, amma sən o qədər bu dumanlı havanı udmusan ki, heç nəyi hiss etmirsən, mən nə cür sənə danışım ki, Afrikada belə bir gözəl zürafə gəzir, belə bir gözəl göl, çiçəklər mövcuddur. Sən ağlayırsan? Qulaq as, gözəl bir zürafə göl ətrafında gəzir”.
Akmeizm gördüyünü yazır, məna axtarmır. Cərəyanın nümayəndələri tərcümələrlə dolanırdılar, əsərlərini çap etdirmirdilər. Axmatova Babil şeirlərini rus dilinə tərcümə etmişdi, sonra onlar repressiyaya məruz qaldılar. Oğulları universitetdən çıxarıldı, sürgün olundu.
Kamal Abdullanın tərcüməsindən nümunələr:
1.Anna Axmatovanın ”Kleopatra” şeiri. “Antoninin ölü dodağında öpmüşdü, Avqustinin ayağına sərilmişdi, sabah körpələrə zülm olacaq, nə yaxşı ki, uyumağa lap az qaldı.(Sezar qalib gəlib, Antonini öldürüb-ilanla zəhərləyib)
2.Kumilyovun “Banilər” şeiri. Şeirdə Roma şəhərinin salınması təsvir olunur. Rom və Reme şəhərin əsasını qoyan iki qardaşdır.
Mənbəyə görə, BSU-nun professoru Rəhilə Quliyevaya təşəkkür edirəm.
Hazırda yaradıcılıqla məşğul olan yazıçıların təxmini S İ Y A H I S I XAÇMAZ – QUSAR – QUBA – Qvami Məhəbbətoğlu, Murad Muradov ŞABRAN – SİYƏZƏN – XIZI – SUMQAYIT – Varis, Akşin Xəyal, Rəna Təbəssüm SUMQAYIT, ABŞERON, BAKI, ŞİRVAN – burda yaşayanları öz bölgələ-ri ilə qeyd edirəm. SALYAN – Naibə Yusif NEFTÇALA – Eluca Atalı, Səhər Əhməd, Xuraman Zakirqızı BİLƏSUVAR – CƏLİLABAD – Meyxoş Abdullah, Əzizağa Elsevər, Camal Zeynaloğlu, Ziya Alar, Sülhiyyə Musaqızı MASALLI – Nurəddin Ədiloğlu, Damət Salmanoğlu (daha çox şair kimi tanınır), Əli Rzazadə (daha çox şair kimi tanınır) YARDIMLI – Aslan Quliyev LƏNKƏRAN – Qafar Cəfərli, Hafiz Mirzə, Səyavuş Süleymanlı, Eldar Tahirov, Salman Məmmədoğlu, Eldar İlqaroğlu, Gülər Eldarqızı LERİK – Etibar Muradxanlı, Elbrus Kəlbiyev ASTARA – İlham İlhami, Kamran Nazirli ŞİRVAN – HACIQABUL – SABİRABAD – Rəqibə Qəvvas, Azər Qismət SAATLI – İMİŞLİ – Səyyad Aran BEYLƏQAN – Mübariz Örən FÜZULİ – Elçin Əfəndiyev, Seyran Səxavət (bir vaxtlar şair kimi tanı-nıb), Almaz Ərgünəş CƏBRAYIL – Elçin Hüseynbəyli, Əlisahib Əroğul, Ataqam, Fazil Gü-ney, Nəriman Mahmud, Qorxmaz Abdulla, Əlibala Zalov ZƏNGİLAN – İmamverdi İsmayılov (daha çox Millət Vəkili kimi tanı-nır), Azad Qaradərəli, Alı Rəhimoğlu, Ayaz İmranoğlu (daha çox şair kimi tanınıb), Teyfur Çələbi (daha çox şair kimi tanınıb), Vahid Məhərrəmov (hərbi jurnalist kimi tanınır), Tarverdi Abbasov, Eynulla Mütəllimov, Əli bəy Azəri QUBADLI – Rəşid Bərgüşadlı, Dostəli Nərimanoğlu, Hacı Nərimanoğ-lu, Şəfaqət Cavanşirzadə LAÇIN – Fəxri Uğurlu, Şərif Ağayar, Təranə Vahid Bayraq hekayələr toplusu 246 KƏLBƏCƏR – ŞUŞA – AĞDAM – Aqil Abbas, Mustafa Çəmənli, Eyvaz Zeynalov, Nizami Ko-lanılı, Zaur Ustac, Sultan Mərzili AĞCABƏDİ – Yaşar Süleymanlı, Eldar Qarqarçay ZƏRDAB – KÜRDƏMİR – GÖYÇAY – Anar, Pərviz Yəhyalı, Ülviyyə Tahir, Əfşan Yusifqızı (daha çox şair kimi tanınır) AĞSU – AĞDAŞ – Xeyrəddin Qoca UCAR – YEVLAX – BƏRDƏ – TƏRTƏR – NAFTALAN – GORANBOY – GƏNCƏ – Nüşabə Əsəd Məmmədli, Şəfa Vəli, GÖYGÖL – Tofiq Əmrahov SAMUX – DAŞKƏSƏN – ŞƏMKİR – GƏDƏBƏY – Süleyman Abdulla (daha çox şair kimi tanınır), Qalib Şəfahət, Pərvanə Bayramqızı, Ramiz İsmayıl (daha çox şair kimi tanınıb), Xaliq Azadi (daha çox şair kimi tanınıb), Sabir Hüseynov, Hüseyn Məm-mədov, Zəka Vilayətoğlu QAZAX – Natəvan Dəmirçioğlu TOVUZ – AĞSTAFA – ŞAMAXI – Elxan Elatlı, Yaşar Bünyad, Şiringül Musayeva İSMAYILLI – Məmməd Mirzə, Hacıməmməd Məmmədov, Əvəz Küs-gün, Ülviyyə Niyazqızı, Zarina Əliyeva, Turac Hilal (daha çox şair kimi tanınıb) QƏBƏLƏ – OĞUZ – Cəlil, Cavanşir, Vüsal Oğuz (daha çox şair kimi tanınır), Na-rıngül Nadir ŞƏKİ – Ələsgər Davudoğlu, Vüqar Əmrah QAX – ZAQATALA – BALAKƏN – Vaqif Osmanov, Aygün Sadiq (daha çox şair kimi tanınıb) MİNGƏÇEVİR – Svetlana Sultan Məcid, Zahid Qasımlı NAXÇIVAN – Əlabbas Bağırov, Sadıq Qarayev, Aləm Kəngərli, Arif Ağalar, Akif İmanlı, Hüseyn Əsgərov, Asif Kəngərli, Səfər Alışarlı, Güllü Məmmədova, Həcər Paşayeva, Arzu Kazımqızı Nehrəmli, Mətanət Duyğu-lu (daha çox şair kimi tanınıb) BAKI – Çingiz Abdullayev, İlqar Fəhmi, Nəriman Əbdülrəhmanlı, Ma-hir Qabiloğlu, Fərhad Əsgərov, Təranə Məmməd, Nazilə Gültac, Aysel Əli-zadə, Sevinc Nuriqızı, Gülnaz Abdullayeva, Kənan Hacı, Həmid Piriyev, Ağasəf İmran, Elvin Rizvangil, Nemət Mətin, Nazlı Çələbi, İlahə İmanova.
MİN ŞÜKÜR Bir yaqut gizlidi sədəf dalında, Misli yox ölçülə sərraf dalında, Min kəlmə şəlləyib əlif dalında, Dildən dilə gəzdirənə min şükür… * * * Dədəm, babam nəğmə deyib, söz qoşub, Kəsə gedib, doğru deyib, düz qoşub, Məclis qurub, min oxuyb, yüz qoşub, Teldən telə gəzdirənə min şükür… * * * Ustac deyər, hardan gələr bilinməz, Ha deyilə, yeri dolar bilinməz, Gülər gözdən qəm süzülər bilinməz, Eldən elə gəzdirənə min şükür… Müəllif: Zaur Ustac