Bakı Slavyan Universitetinin məzunu (86-cılardan), gözəl şair Səhlədar Hidayətoğlunun bir neçə şeiri rus dilinə tərcüməmdə. Şadam ki, “tələbə-müəllim” münasibətlərimiz “şair-tərcüməçi” münasibətlərinə çevrilib.
Стихи выпускника Бакинского славянского университета (год выпуска 1986), ныне прекрасного поэта Сахледара Идаятоглу в моём переводе на русский. Рада, что отношения “студент-преподаватель” переросли в отношения “поэт-переводчик”.
Səhlədar HİDAYƏTOĞLU Сахледар ИДАЯТОГЛУ
Gündüzlər aldığım yaralar Məni gecələr incidir. Gecələr ağrılarıma Zilləyirəm gözümü. Gecələr sarıyıram Sınmış ürəyimi, Qanamış dizimi. Yalvarıb ümidimə yenə Köksünə söykəyirəm üzümü. Gecələr yenidən doğulub ağlayıram, Yenidən dil açıb deyirəm İlk sözümü. Gecələr dünyanın bir küncüdür, Qısılıb bura Ovuduram özümü…..
Раны, днём полученные, Ночами мучают меня. Вглядываюсь пристально Ночами в свои раны я. Перевязываю я ночами Сердце разбитое, Колени, что в крови. Вновь уповаю на надежду, Прижавшись лицом к её груди. Ночами, заново рождаясь, плачу, Заново учусь говорить И первые слова произносить. Ночи – это уголочек мира, Приютившись здесь, Утешенье нахожу для себя…
Sahil qayalarına çırpılıb çiliklənən Dalğalar kimiyəm Bilirsənmi? Yenidən yaranıb, Yenidən doğulub, Yeni-yeni ümidlərə, Yeni-yeni sevgilərə bələnən dalğalar kimiyəm, Bilirsənmi? Mən yaşamaq istəyirəm Xəyallarda yaşadığım O bir anı, O bir dəmi. Ömürsə beləcə kecəcək, deyəsən. Sahil qayalarına çırpılıb Çiliklənən dalğaların ömrü kimi.
Знаешь ли ты? Я, как волна, что бьётся о берег и разбивается вдребезги. Знаешь ли ты? Я, как волна, заново созданная, заново родившаяся, окрыленная новыми надеждами и новыми любовями. Прожить хочу я хотя б один момент, одно мгновенье так,, как в мечтах их проживаю. Но жизнь, наверное, так и пройдёт. Пройдёт, как жизнь волны, что бьётся о берег и разбивается вдребезги.
Göylərə salam
Göy üzündə uçan quşlar! Göyə məndən salam deyin! Gəlin qoparın sinəmdən Bütün dustaq arzuları. Aparın o göy üzünə Yollarını bilməsəniz, Düşün mələklərin izinə. Siz də nurdan libas geyin Siz də nurlu qanadlarla Göy üzünün qapısını döyün-döyün…. Göy üzündə ucan quşlar, Göyə məndən salam deyin. Deyin orda bir şair var dərdi bitməz, qəmi bitməz Hacandı ki, o yazığın Deyin sizə əli çatmır, Deyin sizə ünü yetmir. Uçun, quşlar,göy üzündə Nazlı-nazlı ,qərib-qərib. Neynim , qanad əvəzinə Tanrım bizə bir ömürlük Arzu verib, xəyal verib. Uçun, gözəl quşlar, uçun, Uçun bəxtiyar-bəxtiyar. Yuva qurun buludlarda Qayıtmayın yer üzünə… Uçun, sizə açılmasa döydüyünüz o qapılar, qəmlənməyin mənim kimi. Bilin ki, qəza-qədərdi: Amma deyin o göylərə, Deyin orda bir şair var Sizə salam söyləyirdi, Sizə salam söyləyirdi…
Привет небесам
Птицы, плывущие по небу! Передайте небу от меня привет! Заберите из моей груди мечты, что в заключении томятся, их с собой на небо унесите, а чтоб узнать, куда они стремятся, путь ангелов вы проследите. В одеяния из света облачитесь и в небесные врата крыльями из света постучитесь… Птицы, плывущие по небу! Передайте небу от меня привет! Скажите ему, есть на земле один поэт, Бедам и печалям его счёта нет. Скажите ему, что до него не добраться, и голосом не докричаться. Летите птицы, в небе парите, вы ведь свободны, нам не подобны. Что делать, нам, людям, крылья не даны, и только в мечтах, как в небе, мы парить обречены. Летите, прекрасные птицы, в небе счастье найти старайтесь. вейте гнезда на облаках, на землю не возвращайтесь… И даже если небесные врата, в которые стучитесь, вам не откроются, не беда, не печальтесь, как я. Просто знайте, что это судьба. Но всё равно, скажите небесам: есть на земле один поэт, он вам передавал привет, он вам передавал приве
Dustağın azadlıqda olanlara məktubu
Hey,bəxtəvərlər! Mənə də biraz göy üzü saxlayın! Çox yox Pəncərə işığından qamaşan Bir cüt gözə sığışacaq qədər…. Biraz dan yeri saxlayın Biraz da qürub çağı. Bu qurumuş , sovuimuş ürəyimə doluşub axışacaq qədər… Sevgilər saxlayın, Qayğılar saxlayın. Həyata təşnə Ruhumla göz-gözə baxışaçaq qədər… Bir qadın ürəyi də mənə saxlayın, ey aşiqlər! Məni beləcə sevib Günahlarımı bağışlayacaq qədər… Bircə də bir ana saxlayın. Bir doğma ana… Başımı köksünə sıxıb Qoxlayıb, oxşayacaq qədər…
Письмо заключенного тем, кто на свободе
Эй, счастливчики! Оставьте для меня кусочек неба! Не много, столько, сколько вместиться в пару глаз, которых слепит даже свет из окна… Оставьте для меня немного восхода, и немного заката, столько, сколько сможет принять, и через себя пропустить моё высохшее, охолодевшее сердце… Любви оставьте, забот оставьте, столько, сколько сможет выдержать, глядя им прямо в глаза, жаждущая жизни моя душа… И одно женское сердце оставьте, эй, влюбленные! Такое, чтобы полюбив меня, грехи мои смогло бы простить… А ещё одну мать мне оставьте, Одну родную мать… Такую, чтобы, прижав мою голову к груди, могла меня пожалеть и приласкать…
Gərək
Sən getdin, arxanca hönkürdü yollar, Sən getdin, qarşında büküldü yollar. Qaynadı gözümdə, söküldü yollar, Mən heç .. o yolları ovudan gərək.
Arxanca kövrəlib qaçmışdım axı, Sənə qollarımı açmışdım axı. İndi sızlayırlar , düşüb yanıma , Mən heç…. o qolları ovudan gərək…
Нужно
Ты ушла, вслед тебе зарыдали дороги, Ты ушла, пред тобою свернулись дороги, Я видел, как эти разрушались дороги, Что я … дорогам этим утешенье нужно.
Я со слезами на глазах за тобой бежал, Словно обнять желая, я руки раскрывал, Теперь они болят, опущены вдоль тела, Что я… рукам болящим утешенье нужно.
Geyinmişəm əynimə Ayrılığın biçdiyi Dərdlərin ən yekəsin. Yolların bağrın yaran Səfil kimi gəzirəm Bu milyonlar ölkəsin.
İndi mənim ruhumu Oxşamır o mahnılar, Oxşamır o nəğmələr. İndi mənə dağ çəkir Ruhuma göndərdiyin Eşq ətirli kəlmələr.
O xoş günlər vardı ha, Hamısı bircə-bircə Silinib yaddaşımdan. İndi də qucaq-qucaq Kədər yağır içimdən, Qəm tökülür başımdan.
Bu yarımcan ürəyə Ağırlıq eyləyirsən, Birdəfəlik yığış, get. Sol tərəfim yıxılıb, Sol yanım viran qalıb, O yandadır çıxış, get.
Gedəndə elə get ki, Gedişini görməyim, Addımın səs salmasın. Ağlını da götür, get, Apar onu özünlə, Ağlın məndə qalmasın.
Bir şeirlik darıxmaq
Gedişinə qurban kəsib həsrəti Ağrıların köksünə dağ basaram. Elə bilmə, yoxluğunu dərd edib Ürəyimin yaxasından asaram.
Elə bilmə, uçar bu ev başıma, Elə bilmə, udar məni dörd divar. Darıxmağım böyük deyil boyumdan, Allah haqqı, bir şeirlik ömrü var.
Bir gecədə unudulur gedənlər, Bir gecədə o son şeir yazılır. Ondan sonra qısa olur gecələr, Ondan sonra ağrılar da azalır.
Yuxuyla da dil tapırsan o gündən, Sözlərini kəsməyə də can atmır. Daha sənə hücum etmir xəyallar, Xatirələr dodağını qanatmır.
Özünə də hələ yaxşı baxırsan, Soruşana deyirsən ki, babatam… Daha məni dərd eləmə, yaxşımı? Ürəyimi dincə qoydum, rahatam…
Soyuq gecə
Üşütdü içimi soyuq noyabr, Çəkdim ciyərimə odlu ahımı. Kəsdim kəndirini baxışlarının, Səndən azad etdim dustaq ruhumu.
Qırıldı gözümdə qorunan əksin, Xatirə qalmadı bir xoş anımdan. Səpdim şeirlərə ağrılarımı, Sən də misra-misra çıxdın canımdan.
Nələr yaşatmadın yazıq könlümə?! Demə, qabaqdaymış hələ çətini. Bu dəfə ürəyim çox zəif oldu, Qaldıra bilmədi xəyanətini.
Bu gecə ilk dəfə andımı pozdum, Adını biryolluq atdım dilimdən. Səndən keçməyim də çətin olmadı, Sağ olsun, nifrətim tutdu əlimdən.
Ağrılı deyilmiş unutmaq yolu, Bir azca ruhumun dizin qanatdım. Bu gecə ilk dəfə çıxdın yadımdan, Bu gecə son dəfə səni unutdum…
Şahmat oyunu
Sənin də gücün bitdi, sən də çox zəif oldun, Sən də dözə bilmədin bu dəlisov qadına. Ruhuna ağır gəldi “dəlilik” dediyin eşq, Bir anda verdin onu ayrılığın badına.
Bu qəlbdə bir sən vardın, yalandırsa, oy onu, Al qılıncı əlinə, diri-diri soy onu. Mən “eşq” dedim bu hissə, sənsə – şahmat oyunu, Hansı gedişlər etdin, salım bir-bir yadına?
Son gediş mənim oldu, sən buna məcbur etdin, Uduzdun bu oyunda, oldu məğlub niyyətin, Səni unutmağımdır böyük məğlubiyyətin, Məndən salam deyərsən yıxılmış inadına.
İndi çək öz ruhuna hicran vurduğu dağı, Dur qarşıla ömrünə “təklik” adlı qonağı, Xatirələr üşütsün ətrim dolan otağı, Dizlərini qucaqla, “sızıltı” de adına.
İndi uzun gecələr çəkər səni çarmıxa, Ağrıların birləşər səni kökündən yıxa, Quduz həsrət acısı canından çətin çıxa, Darıxmaq deyirəm e, gəl indi bax dadına.
“Azadlıq” stansiyası
Məni gözləmə daha, Yolumuz haçalandı. Qəlbinin ünvanını Unutmuşam haçandır.
Daha ruhuna çıxmır Məni aparan yollar. İndi bu addımların Getdiyi başqa yer var.
Gözlərim ta yorulmur Avtobus durağında. “İndi gələrsən” deyə Qalmıram sorağında.
Bilirsənmi, sevirəm Bu yeraltı qatarı. Səni tez unutdurur Metro stansiyaları.
Elə gözəl olur ki, Vaqonda mürgüləmək. Nə mesaj yazmaq olur, Nə də ki zəng eləmək.
Gözlərimi yumuram Əvvəldən düz sonacan. Çatanadək sayıram Üç dəfə yüz onacan.
Xatirə tıxacında Nə itib, nə batıram. Səndən rahatca keçib Mən özümə çatıram.
Ruhum çıxır məhbəsdən, Aydınlanır dünyası. Növbəti dayanacaq – “Azadlıq” stansiyas.
Məndən sonra düzülər misralar da yan-yana, Yüz şeir də yazılsa, ödəməz bir ağrını. Köksün üstə alışan o köz səni yandırar, Dodağında titrəyən öpüş didər bağrını.
Məndən sonra yozular yuxuların tərsinə – O mənli röyaların bircəciyi düz olmaz. Məni unutmaq üçün sayarsan günü, ayı, Məni unutmaq isə bir ömürdən tez olmaz.
Ayrılıqlar dərd deyil
Ayrılıqdır da, ömrüm, Ya az, ya da çox olsun. Başağrısı deyil ki, Sinirimə toxunsun.
Həsrət cəmi üçcə gün Boğazımı yandırar. Ruhumdan axan qanı Zamanlar dayandırar.
Tanınmiş yazar Eyvaz Zeynalovun “Nadir şah” adlı yeni kitabı işıq üzü görüb. 568 səhifədən ibarət olan tarixi romanı Şahbaz Xuduoğlunun rəhbərlik etdiyi “Qanun” nəşriyyatı öz hesabına nəfis şəkildə çap edərək kitab mağazalarına göndərib. Qarşıdakı oxu günlərində, kitab festivallarında, yarmarkalarda “Qanun” nəşriyyatının adını, loqosunu, lövhəsini gördüyünüz hər yerdə kitabı soruşa bilərsiniz.
“Yazarlar” olaraq, Eyvaz müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. Eyni zamanda Şahbaz Xuduoğluna yazarlara dəstək olduğu üçün təşəkkür edirik.
Bu gün mən səni gördüm, Salam vermək istədim, Üzünü yana tutdun. Söylə, illərdən bəri Qəlbimizin bir duyub bir vurduğu illəri, Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər, Bir salama dəymədi? Həyəcanla, fərəhlə, qəmlə dolu o illər Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin? Sən eşqin salamını qorxuyamı dəyişdin? Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? O qədər yaxın ikən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, acı fəğanlarımız Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız Bir salama dəymədi? Sən neylədin, bir düşün! Yalnız indi anladım: ah, sən daha mənimçün Əlçatmaz bir çiçəksən, Yaşanmış günlərim tək geri dönməyəcəksən!… Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm Düz beş il ürəyimdə Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm, Bəs nə oldu? Bu həsrət bir salama dəymədi? Getdin, dalınca baxdım, can ayrıldı canımdan, Sən necə etinasız ötə bildin yanımdan, Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm, Sənin qəlbin əsmədi. Geriyə də baxmadın! Niyə sənin yolunu məhəbbətin kəsmədi?… Qazancımız de, bumu? Deyilməmiş o salam əlvidamız oldumu? Sən mənə zülm eylədin, mənə zülm yaraşır. Bir salama dəyməyən eşqə ölüm yaraşır.