İLHAM QAZAXLININ ŞEİRLƏRİ Səməd Vurğun böyük şairimizdir. 100 ilə yaxındır ki, onun poeziyası Azərbaycanı qarış-qarış, addımbaaddım gəzir, dolaşır və neçə nəslin ürəyinə və şüuruna işıq saçır. Səməd Vurğun həm sağlığında, həm də ölümündən sonra bir ədəbi məktəb yaradıb. Onun təsiri ilə ədəbiyyata gələn, onu ustad hesab edən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Adil Babayev, Qabil, Əliağa Kürçaylı, Hüseyn Arif, Məstan Günər dünyalarını dəyişmişlər, lakin bu gün də Səməd Vurğun poeziyasının təsiri və cazibə qüvvəsi davam edir. Onun doğulduğu Qazaxda bunu daha çox hiss etmək olar. Əlinə qələm alıb şeir yazan hər bir qazaxlı gənc Səməd Vurğun poeziyasını örnək hesab edir. Haqqında söz açdığım İlham Qazaxlı da Səməd Vurğun poeziya bulağından su içib. İlham Qazaxlı Qazax rayonunun Dağ Kəsəmən kəndində dünyaya göz açıb. Ali təhsilini BDU-nun tətbiqi riyaziyyat və informatika fakültəsində alıb. Amma Səməd Vurğuna, şeirə-sənətə olan sevgisi onu tələbəlik illərində tərk etməyib. Uzun müddət tərəddüd edib, ara-sıra mətbuatda çap olunsa da, özünü şair adlandırmayıb, yalnız dostlarının təkidi ilə 2018-ci ildə “Qəlbimin duası” adlı ilk şeirlər kitabını nəşr etdirib, dörd il sonra ikinci kitabı işıq üzü görüb. İndi mən o iki kitabla üz-üzə qalmışam, İlham Qazaxlının şeirləri haqqında söz açmaq istəyirəm. İlham ilhamlı şairdir. Qəlbinə, ruhuna hansı hisslər, duyğular yol tapırsa, onları şeirə çevirir. Həyatda, yaşadığı mühitdə və ümumən cəmiyyətdə baş verən hadisələrə heç vaxt biganə qalmır, Vətənə, xalqa məhəbbətini, azərbaycançılığını bir çox şeirlərində qürurla söyləyir. Gerçəklikdə baş verən naqisliklərə, rəzalətə, pisliyə, şərə qarşı da dözümsüzdür, bir sözlə, şairlik missiyasını yetərincə ifadə etməyə çalışır. İlhamın bir şeiri var, o şeir mənim fikrimcə, onun şairlik kredosudur:
İlhamlanıb şeir yazan, Həm şairəm, həm də ozan. Bir bulağam, eşqə sızan Mən məhəbbət şairiyəm.
Tanrı verib ilhamımı, Qoruyuram inamımı. Dostlar bilir məramımı, Mən həqiqət şairiyəm.
Tükənməzdir dəyanətim, Poladdandır mətanətim. Sönməz odum-hərarətim, Mən hürriyyət şairiyəm.
Qazaxlıyam, Vətən canım, Damarımdan axan qanım. İlqarımı necə danım, Vətən, millət şairiyəm!
Şeirin sonuncu misrası İlham Qazaxlının Vətən sevgisini ifadə edir. Və onun şeirlərində Vətənə – Azərbaycana məhəbbəti tükənməzdir. Məsələn, “Vətən” şeirində hər bəndin sonu bu misralarla bitir:… “Sinəm- də odumdu Vətən”, “Müqəddəs andımdı Vətən”, “Qo- lum-qanadımdı Vətən”, “Qürurum, adımdı Vətən”, “Kamım, muradımdı Vətən”. Deyərsiniz ki, bu ifadələr başqa şairlərin şeirlərində dönə-dönə işlənib. Olsun! Bu ifadələr bir də işlənərsə, təbiidir. İlham həmin şeirdə bir bənddə yazır:
Bu da Vətənə məhəbbətin daha önəmli ifadəsi. Çünki Vətən həm də tarixdir və bu tarixdə nalə də, fəryad da yox deyil. 20 Yanvar faciəsi də, Xocalı soyqırımı da, azadlıq və müstəqillik uğrunda mübarizələrdə tökülən qanlar da, Vətən uğrunda şəhid olan oğullarımız da bizim tariximizdir. İlham Qazaxlı Vətənin ən ağır günlərində şair olmağın, Vətəni necə sevməyin, vətənpərvərliyin mənasını dərk etdiyi üçün yazır ki:
Azad düşüncəsi, fikri yoxdusa, Məddahlıq etməyə meyli çoxdusa, Doğrunu yazmaqdan əgər qorxdusa, O şair cəsarət şairi deyil.
Yazırsa bülbüldən, çəməndən, güldən, Yazmırsa yaralı Vətəndən, eldən, O şair həqiqət şairi deyil.
“Qaldırın başları, ay ziyalılar” şeiri isə şairin öz həmvətənlərinə – ziyalılara çağırışı kimi səslənir. Deyir ki, pafosla “Ana Vətən” nidasını səsləndirmək hələ Vətəni sevmək deyildir, Vətəni sevmək böyük Məmməd Araz demişkən – Vətən daşı olmaq deməkdir. İlham Qazaxlının “Xalqım” rədifli qoşması onun Vətən, xalq sevgisini ifadə edən ən yaxşı şeirlərindən biridir.
Üçrəngli bayrağa sevgi bəslədi, Bir an ümidini Haqdan kəsmədi, Gəsur oğulları hərbə səslədi, Xain yağılara yenmədi xalqım.
Obası talandı, yuvası yandı, Torpağı al rəngli qana boyandı. Düşmən qabağında dağ tək dayandı, Odlara qalandı, sönmədi xalqım.
İkinci Qarabağ müharibəsi ilə bağlı şeirlər də belə pafosla yazılıb. “Göstər hünərini, igid əsgərim”, “Qisas almasaq əgər” şeiri çağırış ruhundadır. İlham Qazaxlı yaşadığımız mühitdə baş verən nöqsanlara, ayrı-ayrı insanların bəd əməllərinə qarşı da dözümsüzdür. “Ey nadan, özünü salma dillərə” şeirində o, şeirə, qəzələ qiymət verməyən, sözü ucuz tutan nadanlara qarşı etiraz səsini ucaldır. “Get-gedə məhv olur milli dəyərlər”də isə daha önəmli məsələlərə toxunur. O, avropaçılığa kor-koranə sitayiş edənləri tənqid atəşinə tutur:
Əcdadlar demədi Avropalaşaq, Öz soy-kökümüzdən biz uzaqlaşaq, Neyçün yad dillərdə yazaq danışaq, Get-gedə məhv olur milli dəyərlər.
Ataya-anaya azalır diqqət, Qoyulmur böyüyə-kiçiyə hörmət, Kənar təsirlərə uyur cəmiyyət, Get-gedə məhv olur milli dəyərlər.
İlham Qazaxlı müxtəlif mövzuda şeirlər yazmışdır. Özü də bu şeirlərin əksəriyyəti qoşmadır, gəraylıdır, heca şeirləridir. Bu da ənənədən, Səməd Vurğuna, Osman Sarıvəlliyə, Hüseyn Arifə olan böyük poeziya sevgisindən irəli gəlir. Ancaq o, nədən yazırsa-yazsın, öz ürəyinin səsinə qulaq asır, çalışır ki, səmimi olsun. Sevinc hisslərini paylaşanda da, nigarançılığını, nədənsə narazılığını, ya nəyəsə etirazını ifadə edəndə də səmimidir. Onun fikrincə, hər bir insan həyatda həmişə istəyinə, arzu və ümidlərinin baş tutacağı zirvəyə yüksəlmək istər, amma qarşıda o qədər çətinliklər, sarsıntılar var ki…
Hər gün işdən əzgin dönürəm evə, Günləri birtəhər vururam başa. Zəmanə bənzəyir təpəgöz divə, Girirəm dövranla hər gün savaşa.
Amma bu dünyada, yaşadığımız mühitdə insanı qanadlandıran elə hisslər, duyğular var ki, onlar “təpə- göz divə” də qalib gəlməyə qadirdir. O hissin, o duyğu- nun adı məhəbbətdir. Vətənə məhəbbət, yaxşı insanlara məhəbbət, ata-anaya məhəbbət və ən əsası iki sevən insanın qarşılıqlı məhəbbəti. Sonuncusunun üzərində dayanaq. İlham Qazaxlı hələ məhəbbətin payız fəslinə daxil olmayıb, hələ bahar fəslinin məhəbbətindən söz açır. Hissləri təbiidir, yaşanılan, ürəkdə kök salan məhəbbəti bəyan edir. Ümumiyyətlə, məhəbbətdə yalan danışmaq olmaz.
Ətirli çiçək tək təzədir, tərdir, Nəşəsi, sevinci dünya qədərdir. Sevgisiz yaşanan ömür hədərdir, Vüsala açılan qoldu sevgimiz.
Onun sevgi şeirlərində vüsal da, hicran da, məhəbbət əzabı da və bundan doğan üzüntülər də öz əksini tapır, bunlar təbiidir. Amma “Məni bu həyata sevgi bağladı” şeiri onun bu mövzuda yazdığı bütün şeirləri üçün başlanğıcdır, mənbədir, yəni demək istəyir ki, sevgi-məhəbbət ali hissdir, insanın ürəyində sevgi olmasa, onun yaşamağı heçdir, hədərdir.
İlhamam, borcluyam qələmə, sözə, Sevgiylə görmüşəm neçə möcüzə. A dostlar, açıram sirrimi sizə, Məni bu həyata sevgi bağladı. Arzu edirəm ki, bu sevgi – bu həyat sevgisi, Vətənə, insanlara, dünyaya və gözəllərə, gözəlliklərə olan sevgisi heç vaxt tükənməsin İlham Qazaxlının…
Vaqif YUSİFLİ ədəbi tənqidçi, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri.
Filologiya elmləri doktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi Vaqif Əziz oğlu Yusifli 20 aprel 1948-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsi, Həsənəküçə məhəlləsində anadan olub. Orta məktəbi Ərkivan kəndində bitirərək (1966), ADU-nun filologiya fakültəsində təhsil alıb (1967-1972). Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonunda, orta məktəblərdə, o cümlədən, Yeddioymaq kənd orta məktəbimdə dil-ədəbiyyat müəllimi işləyib. 1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olub, 1979-cu ilin oktyabr ayında “Müasir Azərbaycan nəsrində konflikt və xarakter” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından “Azərbaycan” jurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb. 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilib. 2002-ci ildən Ədəbiyyat İnstitutunda əvvəlcə 0.5 ştat vahidi ilə aparıcı elmi işçi kimi çalışmağa başlamış. 2014-cü ildən isə həmin institutda Tənqid şöbəsinə müdir təyin edilib. Baş elmi işçidir. İnstitutun doktorluq müdafiı şurasının üzvüdür. 2011-ci ildə “Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçilərdən biridir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 2000-ə qədər irili-xırdalı məqaləsi vardır. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınamışdır. Məqalələri Azərbaycanın hüdüdlarından kənarda-Türkiyədə və Almaniyada da çap olunub. 2003-cü ildə Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb. Beynəlxalq Rəsul Rza və Məmməd Araz ədəbi mükafatı laureatıdır.”2018-ci ilin noyabr ayında Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tənqid və ədəbiyyatşünaslıq sahəsində uzunmüddətlin fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Kitabları: “Nəsr, konfliktlər, xarakterlər” Bakı, 1986 “Məmməd Araz dünyası” Bakı, 1994 “Ərkivan və Ərkivanlılar” Bakı, 1996 “Ürəyimi sərdim günəşə” (monoqrafiya, F.Qocanın yaradıcılığı) Bakı, 1997 “Tənqid yarpaqları” (məqalələr) Bakı,1998 “Karvanbaşı, yolun hayanadır” (məqalələr) Bakı, 1998 “Yollar hayana aparır” (məqalələr) Bakı, 1999 ”Bu nə sehirdir belə” (Elçin haqqında əlli altı söz) Bakı, 1999 “Tənqid və bədii söz” (məqalələr) Bakı, 2002 “Tənqid də yaradıcılıqdır” (məqalələr) Bakı, 2003 “Yolayrıcı” (məqalələr) Bakı, 2004 “Fikrət Qoca-70 il” (monoqrafiya) Bakı, 2005 “Yaxşı ki sən varsan” (Musa Yaqubun yaradıcılığı) Bakı, 2007 “Sındır qəfəsi…” (məqalələr) Bakı, 2008 “Poeziyanın yolları və illəri-1960-2000-ci illər” (monoqrafiya). Bakı, 2009 “Rəsul Rza və müasir Azərbaycan poeziyası” (monoqrafiya) Bakı, 2010 “Şeirimizin Nərimanı” (monoqrafiya-N.Həsənzadənin yaradıcılığı) Bakı, 2011 “Poeziya və zaman” (monoqrafiya) Bakı, 2012 “Ədəbi həyat” Bakı, 2014 “Ağacəfər Həsənli: Bu dünyanın şairi” Bakı, 2014 “Adil Cəmilin sənət yolu” Bakı, 2014 “Elçin İskəndərzadə 50” Bakı, 2014 “Bölgəllərdə ədəbi həyat” Bakı, 2018 “Şabranfa ədəbi həyat” Bakı, 2018.
Bir tələbə qız- Lənkəran Dövlət Universitetinin tələbəsi-Aytəkin Əziz şeirlərini mənim ünvanıma göndərib . Mən də bu şeirləri oxudum. Heç üzünü görmədiyim bu tələbə qızın istəyi odur ki, şeirləri barədə fikir bildirim. Ədəbiyyata gəlmək bəlkə də asandır, amma ədəbiyyatda qalmaq bu qədər kütləvi şeir izdihamında qalmaq çox çətindir. Gərək istedadın ola ki, şeir aləmində hər çətinliyə dözəsən. Mən bu istedad işartılarını Aytəkində görürəm. Böyük rus şairi Sergey Yesenin yazırdı ki: «Bəli, şair olmaq odur ki, gərək, Pozmayıb həyatın ilk qanununu, Öz damarlarından qanı çəkərək Vurub isidəsən özgə qanını. Qoy lap qurbağanın nəğməsi olsun, Dünyaya təzə bir nəğmə ver ancaq». Aytəkin, qızım, sənin şeir yazmaq istedadın var, amma bu istedadı gərək cilalayasan, hər şeirini qələmə alanda fikirləşəsən ki, mən bu şeirdə təzə bir söz deyə biləcəyəmmi?Axə, şeir obrazlarla, orijmnavl bədii təsvir vasitələori ilə düşünmək deməkdir. Gənclik sevgi ilə doludur, hamı qəlbindəki o sevgi hisslərini qələmə alır. Amma sevgi təkcə kiməsə öz dolu ürəyini boşaltmaq demək deyil. Vətən sevgisi var, ana sevgisi var, təbiətə sevgi var, gözəlliyə sevgi var. Bir sözlə, yazılmalı çox şey var. Bir solmuş yarpaqdan da şeir yazmaq olar, bir ananın oğul intizarrından da, bir şəhid qanından da… Şeir ağlamaq-sızlamaq, göz yaşı tökmək deyil.
Sənin şeirlərindən bir neçəsini seçdim, istəyirəm ki, onları hamı oxusun, ondar bu şeirlər barədə fikir bildirsinlər. Hələlik sənə uğurlar arzulayıram. Və inanıram ki, gələcəyin gözəl bir şairi yaşayır Lənkəranda.
Aytəkin Əzizin şeirləri:
Gözlədim günəşi, qarı, Keçdi xoşbəxtlik qatarı. Zaman deyil günahkarı, Elə özüm gecikmişəm… Yollar qaldı hey yarıda Gah dənizdə, gah quruda. Ayrılanda hasarı da Güldən, çiçəkdən çəkmişəm… Pəncərəyə, qapıya həm, Göz yaşları salıbdı nəm. Kərpici dərd, suvağı qəm Bu evi özüm tikmişəm…
Bilmirəm amma… Sən mənim eşqimi dana bilərsən, Bir nağıl, bir yuxu sana bilərsən. Səni sevdiyimi qana bilərsən, Niyə sevdiyimi bilmirəm amma… Yenə həsrətinin yağışı yağır, Qəlbimə “sən” damır bax ağır-ağır. Ürəyim nə yerə, nə göyə sığır, Niyə sevdiyimi bilmirəm amma… İçində qəm yatan gözünü sevdim, Qəlbini, ruhunu, özünü sevdim. Mən sənin səhvini, düzünü sevdim, Niyə sevdiyimi bilmirəm amma… Əlim saçlarında oynamasa da, Səsini eşidim olsa qısa da. Əvvəl-əvvəl qanım qaynamasa da, Niyə sevdiyimi bilmirəm amma… Allah çıxararaq önümə səni, Hədiyyəmi verib, dərd mənə səni? Bu qədər uzaqkən mən yenə səni Niyə sevdiyimi bilmirəm amma… Həsrəti, hicranı, qəhəri bildim, Gecə nə çəkmişəm səhəri bildim. Bizi ayrı salan şəhəri bildim, Niyə sevdiyimi bilmirəm amma… Özümü boş, quru saxsı bilirəm, Ömrünü ömrümün naxşı bilirəm. Səni sevdiyimi yaxşı bilirəm, Niyə sevdiyimi bilmirəm, amma…
Rol… Bəzən mənasız olur “hər nə”yin də, “heç”in də, Yerin olmayanlara yer olmasın içində. Sanma sənə deyirəm, elə mənim üçün də “Yersizlər” bir kol imiş… Yalanda da doğru var, olmadın yalan qədər, Hər insan insan olur vicdanı olan qədər. Qəlbimi almadılar ahımı alan qədər Ahım necə bol imiş… Gözdən düşüb ölənin tutulmaz daha yası, Qalmağından yaxşıdır inan ki qalmaması. Öz-özündən qaçmağa yolunun olmaması Özü də bir yol imiş… Elə ki gecə düşür, məni götürür fikir, Bu dünyanı başıma gah yıxırdır, gah tikir. Hərənin bir tərəfi ağrıdan əziyyət çəkir, Məndəki də sol imiş… Ürək nə qəribədir, bilinmir solu, sağı, Adama yaxın olur yaxına qoymadığı. Bu həyat səhnəsində hamının oynadığı Sən demə bir rol imiş… 30 mart 2024
İnana bilmərəm… Öldürmə özünü indi bu qədər, Mən sənə inana bilmərəm daha… Edən etdiyini yenə də edər, Mən sənə inana bilmərəm daha… Mənə “sən” deyilsən, nə “siz” deyilsən, Rahat ol, sağalmaz bir iz deyilsən. Sən ki, pak deyilsən, təmiz deyilsən, Mən sənə inana bilmərəm daha… Arabir gizlicə gözün dolsa da, Qəlbin dərgahıma namaz qılsa da, Eşqin qürurundan böyük olsa da, Mən sənə inana bilmərəm daha… Səni ürəyimdə gizli gömmüşəm, Nə söz danışmışam, nə də dinmişəm. Bax, mən də çevrilib “sən”ə dönmüşəm, Mən “sən”ə inana bilmərəm daha… Əzabın içinə çox atma məni, Başqa gözəllərlə bir tutma məni. Mən axı demişdim aldatma məni, Mən sənə inana bilmərəm daha… Yalanmı? Doğrumu? Bilmədim nəsən, Keçdim günahından mənə neyləsən… Doğru da söyləsən, düz də söyləsən, Mən sənə inana bilmərəm daha… 29 mart 2024
Uzaq yaxınlıq… Sənin də yanında uşaqlaşmasam, Bəs kimin yanında uşaqlaşım mən?! Sən də mi arada qoyursan məni? İndi səndən də mi uzaqlaşım mən? Nə uzaq qalırsan uzağım kimi, Nə də yaxın kimi yaxın olursan. Nə zaman darıxsam həsrətdə qaldım, Bəs sən darıxanda harda qalırsan? Bilirəm həmişə yol çəkir gözüm, Bilmirəm bu yolun harasındayam. Bizim aramıza şəhərlər girir, Yaxınla uzağın arasındayam… Məni öldürür bu uzaq yaxınlıq, Gözümdən yorğunluq elə tökülür… Daha gecələri yata bilmirəm, Yuxum da taqətim kimi çəkilir… Ayrıla bilmərəm səndən əzizim, Sən ki məsum-məsum tək baxanımsan. Yaxınımda olan uzaqdır mənə, Sənsə uzağımda ən yaxınımsan.
Dağınıq… Dağınıqdı otağım, Qarışıqlıq da çoxdu. Mənim səbrimdən başqa, Yığdığım nəsə yoxdu. Yox, yox, pinti deyiləm, Dağınığam sadəcə. Tökdüyümü bir yerə Yığmayıram adicə… Ruhumu dağıtmasam Tapmağım çətin olur. Bağlanmıram, bağlansam Qopmağım çətin olur… Haqqı var göz yaşımın Məndən küsüb incinə. Dağıdıram qəlbimin Hər dəfə bir küncünə. Xatirəm şüşə deyil, Nə qırıla, nə sına? Dağınıq belə olsa, Vermərəm başqasına… Həmişə fikirlərim Dağılmağa can atdı. Dəymə mənə, mənimçün Dağınıqlıq rahatdı. Qoymaram ürəyimi Əlindən bir də düşsün. Kim ki məni qınayır Düşdüyüm dərdə düşsün… Yığma mənim qəlbimi, Qırılan yerdə qalsın. Onsuz bir dəfə qalıb, Qoy elə bir də qalsın. Qəlbimi qırdığını Görmərəm dağılmasam. Mən özümü yığmıram Boğaza yığılmasam. Düzəlmirsən düzəlmə, Lap belə qal, dinmərəm. Mən dağınıq adamam, Səni yığa bilmərəm… 20 mart 2024
Özün bil… Bilmirsən dinməməyin məni nə dərdə salar, Gözlə, gözlə deyirsən, amma durulmur sular. Elə ki dara düşdün, məni səslə, nə olar, Səsləmirsən özün bil… Nə başıma vururam, nə dizimə döyürəm, Bilirəm, öz xətrimə elə özüm dəyirəm. Mən hələ də saf kimi bir ümid bəsləyirəm, Bəsləmirsən özün bil… Sevmirəm hər adama əl verib, əl sıxmağı, Tutdumsa, düşünmürəm bir əli buraxmağı. “Səni sevirəm” deyib, hər gözələ baxmağı Pisləmirsən özün bil… İstəyirdim biləsən sən özünə ev məni, Ya qonaq et ömürlük, ya biryolluq qov məni. Səni məcbur etmirəm, istəyirsən sev məni, İstəmirsən özün bil… 18 mart 2024
Şükür yeri… Mən şikayət etmirəm, Allah verdiyi yükdü, Allaha çox şükür ki, səbrim məndən böyükdü. Bundan əvvəl də gözüm öz yaşını çox tökdü, İndi də tökür biri… Quruyan hisslərimin üzərinə su atdım, Güclə yatan qəlbimi yuxusundan oyatdım. Səni sevirəm deyə sənin atdığın addım Bir məni çəkir geri… Yuxu tutmur gözlərim, gecə saat bir olur, Səni bağışlamaqçün ürəyimdə yer olur. Danışdığın hər yalan gözlərimdə tir olur, Şübhələr sökür tiri… Bilməyirəm adını mən səndəki yerimin, Ürəyində örtmüsən üstünü izlərimin. Nolar, ağlatma məni, axı bu gözlərimin Qəlbimə çökür təri… Kiməsə baxıb heç vaxt “mənə şükür” demirəm, Sənə acıq gəlməsin, bəxtimi pisləmirəm. Məni qınama Allah, mən olmaq istəmirəm, Heç kəsin şükür yeri… 16 mart 2024
Qaranlıq… Yenə tənha otaqda bu qaranlıq içində Min parçaya bölünmüş kimi tapdım özümü. Nə qıranda günah var, nə qaranlıq gecədə, Qaranlıqda qalmağa öyrətmişəm gözümü… Çoxluğa yadlaşandan təkliyə doğmalaşdım, Allaha şərik çıxmaq istəmirəm yenə də. Hamı bildiyin edir, qınamıram heç kəsi, Mən daha söz demirəm bəxtimə də, sənə də. Yığıram dağıldığım yerdən bir-bir özümü, Qəlbimin qırıqların qoymağa yer tapmıram. Mən səndən incimirəm, amma and içmə bir də, Dilinlə əməlini nədənsə bir tapmıram… Gözümdən səpələnən hər zərrəni süpürdüm, Ürəyim toz deyil ki xalı altda gizlədim… Aydınlığı sevmirəm, işıq düşür üzümə, Özümü gizləməkçün qaranlığı gözlədim… Məni daha çox incit, inciməyi sevirəm, İncit ki, şeir yazım hər gecə şərəfinə… Hər qəlbin bir görünən görünməyən üzü var, Sən də düşdün qəlbimin qaranlıq tərəfinə… 13 mart 2024
Zalım… Mən də elə bilirdim yaxşısı yoxdu məndən, Sən ömrümə girəndən çıxardın məni dindən. Sən demə elə sənə “hər şeyim” deyən gündən Mən özüm bir heçmişəm… Mən səni ürəyimin qoydum elə yerinə Sınma mənim içimdə, batarsan ən dərinə… Hər gecə rahat-rahat oturub çay yerinə Həsrətini içmişəm… İçimə atdıqların olsa da yığın-yığın, Yenə nə dərdin olsa, çəkinmə, mənə sığın. Heç mən də bilməyirdim, gecənin uzunluğun Göz yaşımla ölçmüşəm… Demə mənsiz yıxılar, demə göz yaşı tökər, Nə sən Allah deyilsən, nə mən eşqinə nökər. Bu da keçər, bilirsən kim nə çəkdirib çəkər, Mən nələrdən keçmişəm… Heç soruşma necəyəm, neyləyirsən halımı?! Bilsəm belə olacaq, dəyişərdim yolumu… Mənə “sev” deməmisən, sənin kimi zalımı Sevməyi mən seçmişəm… 9 mart 2024
Olmasa… Boynuma bu qədər yük bəlkə də qoymazdılar, Mənə verilən işi yarıtmağım olmasa… Bilirəm hamı kimi məni də saymazdılar, Od tutan misraları yaratmağım olmasa… Bir toplasam yerinə yüz qatı çıxılardı, Nədənsə az olanlar gözümdə çoxalardı… Mənim də qabağımda imkanım çox olardı, Həmişə imkansıza can atmağım olmasa… Bu həyat nağılında biri yox, biri vardı, Kim deyir ki ardı var, inanma, yoxdu ardı. Mənim də xəyallarım başıma yıxılardı, Özümü bu yuxudan ayıltmağım olmasa… Gəlib sənə çıxırdı yolarımın hər biri, İndi qabaqda idim çəkilsə idim geri… Mən sənə inanardım, qalmazdı şübhə yeri, Sən getdiyin yolları qayıtmağım olmasa… De ki məni sevmədi, yalan danış adımdan, Guya sənə nə qalıb ürəyimin odundan. Bax, görürsən əzizim, sən də çıxdın yadımdan, Mən çox yaxşı adamam unutmağım olmasa… 29 fevral 2024
Sınaq… Sınayacam deməyir Yaradan sınayanda, Gördüm ki, kimsə görmür ürəyim qanayanda… Səhvim bunda oldu ki, el məni qınayanda Qınamadım qınağı… Doğmalar yara olur ad salır ürəyimə, Quru bir təsəllini yad salır ürəyimə. Həsrət qapımı döyür, od salır ürəyimə, Sevmirəm bu qonağı… “Hər kəs”ə çevirəndə sevdiyin hər bir kəsi, Daha gözündə olmur nə yaxşısı, nə pisi. Canım elə yandı ki, göz yaşımın istisi Yara etdi yanağı… Təbəssümüm üzümdə gah gül açıb, gah solub, Otağıma soyuq yox, ürəyimə “sən” dolub. Mən necə inandırım, səni sevəndən olub Gözlərim qan çanağı… Yalan deyə bilmərəm, sən yoxsan yenə varam, Demirəm sızıldamır, bəzən göynəyir yaram… Mən kimsəsiz deyiləm, Allaha sığınaram Keçərəm bu sınağı…
Çər… Niyyətim yox özümü yalan-yalnış tanıdam, Ağlımı itirmədim keçmişimi unudam. Sevməkdən elə qorxdum, indi ən qorxaq adam Qabağımda nər olur… Özüm yıxılmışamsa necə ağlayım bərkdən? Daha səbrim qalmayıb, sən gəl ki, düşüm şəkdən. Nə qədər dözür-dözsün, hər ürək gözləməkdən Əvvəl-axır çər olur… Qırılan ürək olar, göz yaşları səs edər, Sevmədiyin nə varsa ən sevdiyin kəs edər… Xeyrini istəmirəm, ziyan vermə bəs edər, Sənin xeyrin şər olur… Qəlbimi ələ aldın üzümə gülə-gülə, Haçan ağladacaqsan öncədən xəbər elə. Mən sən kimi deyiləm, ürəyimdəki ilə Dilimdəki bir olur… Ürəyə sevdiyi yox, şübhələr sarılanda, Daha dönüşü olmur sarı sim qırılanda. Özümlə bacarmıram, ürəyim yorulanda Kirpiklərim tər olur… Elə şirin yatır ki, səbrimi yığa-yığa Ürəyim gəlmir daha bəxtimi oyatmağa. Niyə axı həmişə qaçdığım yer çatmağa Çalışdığım yer olur?.. 6 mart 2024
Dəvətsiz qonaq… Mənim bəxtimdə iş var, bilirəm sənlik deyil, Bir dəfə gülə-gülə olmamısan qonağım. Gecələr işıq yanan evimdə şənlik deyil, Göz yaşı döyə-döyə yara olub yanağım… Döndərərək bir daşa içimdəki bu dağı Gecənin bir yarısı kimin qapısın döyüm? Ola da bilmirəm ki öz-özümün qonağı, Ruhum paramparçadı, sözlərim düyüm-düyüm… Ətrafımda qalmayıb canlı olan nə isə, Bu otaqda bir mənəm, bir stuldu, bir masa. Mən öz qəlbimdən başqa qırmamışam nəyisə, Mənim qırdıqlarımı sən qırma heç olmasa… Hələ də anlamıram, ürəyimə, ruhuma Niyə uzaq olanlar ən yaxın kəsdi mənə. Mənim özümdən də çox sən yaxınsan ahıma, Alma daha əzizim aldığın bəsdi mənə… Qapıdan qaytarıram qəlbimə girənləri, Qorxmuram haqlı-haqsız edilən qınaqlardan. Mən heç vaxt sevməmişəm xəbərsiz gələnləri, Bircə səni sevirəm dəvətsiz qonaqlardan… 9 fevral 2024
Girmə mənim qəlbimə… Əvvəl ümid verərsən, Sonra xəyal qurarsan… Girmə mənim qəlbimə, Sən də onu qırarsan… Girmə mənim qəlbimə Ay imansız, ay dinsiz. Alışdırma özünə, Qala bilmərəm sənsiz. Mən eşqə tövbə etdim, Eşqin mənə etmədi. Qovdum, yenə xəyalın Gözlərimdən getmədi. Girmə mənim qəlbimə Sonra çətin çıxasan. Qoyma sənə şans verim Ürəyimi yıxasan… Bax, ayaq üstündəyəm, Gülürəm az da olsa. Onu da itirərəm, Qəlbim əlinə qalsa… Sən uzaqsan, mən uzaq, Allah qarışmaz bizə… Küsmə məndən əzizim, Küslük yaraşmaz bizə. Yol yaxınkən ayrılaq, Qoy unudum üzünü. Bilirəm ki gülərsən Desəm əgər düzünü… Mən onsuz da səninçün Bilmədiyin qəzəldim. Girmə mənim qəlbimə, Bəlkə bir gün düzəldim… 9 fevral 2024
Fəqan… Bil ki, bu fəqanın dinən günü var Yanğının ürəkdə sönən günü var. Səbr elə, fələyin dönən günü var, Yaxşı da, yaman da fələkdə batmaz… Yenə sən, yenə mən, yenə bir seçim, Səndən keçmirəmsə özümdən keçim. Əliylə çox tikan çıxardı içim, Nə üçün bir səni qoparıb atmaz? Gedən də mən oldum, bağı kəsən də, Mənim haqqımmı var səndən küsəm də. Nə qədər “səninlə olmaz” desəm də Səndən başqası da könlümə yatmaz… Neyləyim, mən sənə necə tutum kin? Yuxumda qonaqsan, qəlbimdə sakin. Səni unudardım içimdə, lakin Ağıl unudanı ürək unutmaz… Boş qalıb qəlbimdə hələ də yerin, Nə edim, xətri var məndə illərin. Bəlkə əllərimə çatar əllərin, Mənimsə əllərim əlini tutmaz… Gördün mənim kimi hər gecə təksən, Ağla, hiss edərəm göz yaşı töksən. Min nalə eləsən, min ah da çəksən Mənim elədiyim fəqana çatmaz… 8 fevral 2024
Amerikanın qardaşı… Ey bu böyük ölkənin sənəddə “vətəndaşı”, Sən ki, ola bilmədin bu Vətənin bir daşı… Bu qürbət düşkünlüyü hardan hopub canına? Avropanın dostusan, Amerikanın qardaşı… Bu tənha küçələri bir də izdihamda gör, Bir bədənlik tabutda, bir qəbirlik qumda gör. Hər şəhidin bir ovuc torpağı da Vətəndi, Belə görə bilmirsən, gözlərini yum da gör… Bu dil uzatmağından bir dəfə keç olmasa, Əlini vicdanına bir uzat heç olmasa. Yeri səngər deyilsə köksündəki ürəyin, Cəbhənin arxasında susmağı seç olmasa… Güllə səsi yağışın səsi deyil xoş gələ, Xoş gün üçün meydana gərək neçə baş gələ… Kaş igidlər, ərənlər, nər oğullar yerinə Düşmənin gülləsinə xəyanətkar tuş gələ… Məndə silah tutmağa olsa idi ixtiyar, Heç olmadığım qədər olacaqdım bəxtiyar. Əsgərlikdən qaçanı hər çağırış “tutanda” Ona cəhənnəm gəlir cənnət olan bu diyar… Mən Vətənin həm qızı, həm də ki bir oğluyam, Kim də bağlı olmasa, mən vətənə bağlıyam! Parçalanmış içimdə bir Vətənim bütövdür, Şuşalıyam, talışam, aranlıyam, dağlıyam! 20 sentyabr 2023
Şəhid ayı… Mən on iki ay deyil, qoy on bir ay yaşayım, İstəmirəm bir ayı, istəmirəm gəlməsin! Sentiyabr silinsin təqvimdən, eşitməyək Sentyabr ayında “şəhidin var” kəlməsin! Neyləmişik biz sənə, denən də neyləmişik? Niyə cəllad olmusan, qəsdimizə durmusan? Biz almaqdan yorulduq şəhid xəbərlərini… Sən xəbər gətirməkdən de heçmi yorulmusan? Biz səni necə sevək? Sevə bilmirik axı, Millətimin gözündə saralmısan, solmusan. “Sentyabr” deməzlər daha sənin adına, Sən mənim millətimçün “Şəhid ayı” olmusan… Qurban olum, gəlmə də, gəlmə, nə mənası var?! Göylərin əvəzinə gözlərimiz ağlayır… Axı hardan biləsən, analar toy lentini Qapıların yerinə baş daşına bağlayır… Axı hardan biləsən dağ boyda dərdimizi?! Sən yetim qalmamısan, oğul itirməmisən… Kim ki ata gözləyir, onları atasının Məzarının üstünə hələ gətirməmisən… Şəhid yarı deyilsən, sənə “dul” da deməzlər, Nə kiməsə atasan, nə kiminsə anası. Bu qədər ağlatmısan, yetmədimi sənə? Get! Get ki, hələ çoxunun var səngərdə balası…
Anar haqqında yazmaq, əslində, son 60 ilin ədəbi prosesindən, incəsənətimizdən (xüsusilə teatr və kinodan), bir sözlə, milli mədəniyyətimizdən söz açmaq deməkdir. Bu gün 81 yaşlı Anar Azərbaycan ədəbi-mədəni fikrinin öncüllərindən biridir. Bu fikri Anardan, onun şəxsiyyəti və çoxcəhətli yaradıcılığından söz açanların hamısı yekdilliklə təsdiq və etiraf etmişlər, təkcə indi yox, 10 il, 20 il, 30-40 il bundan əvvəl də və mən də bu millətin bir tənqidçisi kimi həmin fikri təsdiq və etiraf edənlərin sırasındayam. Və indi, onun bütün yaradıcı fəaliyyətini izləyəndən sonra fikrimdə yanılmadığımı duyuram. Deyim ki, 20-30 il əvvəl də Anar bir sənətkar ömrünə yetərincə bəs edən əsərlər yazmışdı, keçmiş SSRİ məkanında və türk dünyasında onun sözü və səsi eşidilirdi. 60 yaşından sonra bir çox tanınmış yazıçılar qələmi dincə qoyur, hətta nə yazırlarsa, özlərini təkrardan irəli getmirlər. Anar tək-tük yazıçılardandır ki, “ədəbi qocalıq” məfhumu ona aid deyil. Təsəvvür edin: Anar 76 yaşında Azərbaycan nəsrində ədəbi hadisə sayılacaq “Göz muncuğu” povestini çap etdirib. Bir il öncə Nazim Hikmət haqqında “Kərəm kimi” sənədli romanı “Azərbaycan” jurnalında işıq üzü gördü. Onun kinossenariləri də ikimininci illərdə yazılıb (Axundov və Cavid haqqında), mətbuatda klassik və müasir ədəbiyyatın müxtəlif problemlərinə, şəxsiyyətlərinə həsr etdiyi məqalələrin isə ardı-arası kəsilmir. Amma mən bu yazıda Anarın nə nəsrindən, nə də dramaturgiyasından söz açacağam, bu xüsusda çox yazıblar, qarşımda Anar müəllimin “Söz dünyası” durur.
Bu kitabda Anarın ta qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları toplanıb və bu yazılar təkcə Azərbaycan ədəbiyyatına aid deyil, türk dünyasının görkəmli şəxsiyyətlərinin yaradıcılığına da aiddir.
Yazıları oxuyuram və Anarın bu il fevralın 27-də Yazıçılar Birliyində keçirilən müşavirədə dediyi bir fikri xatırlayıram: “Mən, adətən, “tənqid” terminini qəbul etmirəm. Mənə “təhlil” sözü daha yaxın və doğru görünür. Baxsaq, heç ciddi tənqid də görməyəcəyik. Hansı tənqidçi öz məqaləsində hansısa yazıçını sözün həqiqi mənasında tənqid edir. Sovet dövründə tənqid daha cəsarətli idi. İndi isə tənqid yox, təhlil var”. Əlbəttə, bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da. Doğrudan da, son otuz ildə cəsarətli tənqidi yazılara təsadüf olunmur. Sovet dönəmində tənqid daha cəsarətli idi, hətta bu sətirlərin müəllifi də belə cəsarətli yazılardan bir neçəsini mətbuatda çap etdirmişdi. Amma sonralar tənqiddə cəsarət alovu zəiflədi, Yəni hansı əsəri isə tənqid edən yazılar qeybə çəkildi. Anarın “tənqid yoxdur, təhlil var” fikri də bu mənada özünü doğruldur. Amma bu o demək deyil ki, ədəbi tənqid bir janr kimi (Ustad Məmməd Arifin sözlərini xatırlayaq: “Tənqid də bir yaradıcılıqdır” demişdi) yoxdur, sadəcə, tənqiddə təhlil prinsipi ön plana keçib. Çoxlu komplimentar yazıları nəzərə almasaq, bizim professional tənqidçilərimizin yazıları məhz maraqlı, düşündürücü təhlillərlə diqqəti cəlb edir. Professional tənqidçilər isə barmaqla sayılacaq qədərdir – Elçin, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Vaqif və Cavanşir Yusifli qardaşları, Tehran Əlişanoğlu, Şirindil Alışanlı, Elnarə Akimova, Məti Osmanoğlu, Azər Turan, Rüstəm Kamal, Əsəd Cahangir, Nərgiz Cabbarlı, Lalə Həsənova.
Mətləbdən uzaqlaşmaq istəmirəm. Anar müəllimin bütün yazıları təhlillər üzərində qurulub, amma təbii ki, o özünü qətiyyən tənqidçi adlandırmaz, “yazıçı tənqidi” ifadəsini də qəbul etməz. Bəs bu təhlillərin mexanizmi nədən ibarətdir? Məncə, Anarın “Söz dünyası”nda təhlilin başlıca arqumenti ədəbiyyat tarixçiliyi xəttilə sıx bağlıdır. Anarın “Söz dünyası”nda toplanan bütün yazıları məhz bu məqsədə xidmət edir: klassik və müasir ədəbiyyatımızı, folklor örnəklərimizi, Türk dünyasının ədəbi şəxsiyyətlərini – onların yaradıcılığını hamının başa düşəcəyi dildə təhlil etmək. Elə yazılar var ki, onları qeydsiz-şərtsiz olaraq, ədəbiyyat tarixinin I cildinə daxil etmək olar. Məsələn, “Əski yazılarımız” və “Dədə Qorqud dünyası”nı. Dədə Qorqud dastanları ilə bağlı onlarla, yüzlərlə elmi yazılar çap olunub, onların heç birinin əməyini yerə vurmaq olmaz. Amma Anarın “Dədə Qorqud dünyası” dastanla bağlı bütün bilgiləri əhatə edir və bu yazıda Anarın bizim epos mədəniyyətimizə necə bələd oduğu üzə çıxır. Anar dastanla bağlı bütün yazılan məqalələrə, söylənilən fikirlərə də istinad edir. Ümumiyyətlə, hansı mövzuya müraciət edirsə, o mövzuya həsr olunan bütün örnəklər Anara yaxşı məlumdur. Təbii ki, bu qədər yazıları oxumaq insandan vaxt tələb edir və Anar üçün vaxt problemi yoxdur demək istərdim.
“Söz dünyası”nda üç yazı üzərində xüsusi dayanmaq istəyirəm: “Şairin hünəri”, “Şairin zəfəri”, “Şairin kədəri” . Və mənim fikrimcə, bu yazılar da eyni missiyaya xidmət edir – ədəbiyyat tariximizin üç nəhəng, dahi şəxsiyyətlərinə həsr olunan bu yazılar Anarın klassik ədəbiyyatı bu günün – müasirliyin gözüylə fəhm etmək və mənalandırmaq istəyindən doğur. Və Anarın bu üç yazısında onun Azərbaycan və ümumiyyətlə, Şərq tarixini mükəmməl bildiyi də üzə çıxır. Anar çox yaxşı bilir ki, ədəbi şəxsiyyətlərin həyatı, yaradıcılığı onların yaşadığı tarixi şəraitlə sıx bağlıdır. Bir-birinə yaxın əsrlərdə yaşamış bu üç şairin hər biri özünəməxsus yaradıcılıq dünyası, dünyanı dərketmə prinsipi, gerçəkliyi inikas üsulları olub. Amma deyək ki, Nəsiminin Füzuli və Xətai yaradıcılığına təsiri daha güclü olub. Füzuli Nəsiminin bir neçə qəzəlinə nəzirə yazıb:
Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar,
Onu görsə səfasından, fələkdə afitab oynar.
Əcəb zati-mütəhhərsən, nəzirin yoxdur, ey dilbər,
Vücudun nuri-bərqindən, niqab oynar.
Fələk əksinə dövr eylər, məgər axirzəman oldu?
Qəfəsdə tutiyü bülbül, çəmənlərdə ğürab oynar.
Nəsimi uş bu ənvarın şüaindən münəvvərdir,
Ki, nabü nərdü, şətrənci olü yel, su, türab oynar.
Bu, Nəsiminin qəzəlidir. Gözəlin təsviri və eyni zamanda gözəllikdən zövq almaq nəşəsi bariz nəzərə çarpır. İndi isə Füzulinin eyni rədifli qəzəlinə müraciət edək:
Səbadan gül üzündə sünbülü-pirpiçü tab oynar,
Sanasan pər açıb gülşəndə bir mişkin qürab oynar.
Rüxün görgəc olur suzi-dəruni dudi-dil hasil,
Ğahar əyyamı sıçrar bərqi-rəxşəndə, səhab oynar.
İrağ olsun yaman gözdən, nə xoş saətdir ol saət
Ki, məşuq ilə aşiq eyləyib nazü itab oynar.
Bu qəmlər kim mənim vardır, bəirin başına qoysan,
Çıxar kafir cəhənnəmdən, gülər əhli-əzab oynar.
Füzuli, rəşkdən titrər dili-pirxunu üşşaqın,
Binaguşunda yarın hər zaman kim ləli-nab oynar.
Füzuli hansı şeirin şeirinə nəzirə yazıbsa, orijinalı ötüb-keçdiyini sübut etmək olar. Əgər Füzulinin Nəsmidən xəbəri olmasaydı, onun qəzəlinə nəzirə yazardımı? Anar yazır: “Füzuli Nəsiminin adını çəkməsə də, bu böyük şairin Füzuliyə təsiri danılmazdır”.
Xətai isə bir çox qəzəllərində məhz Nəsimi ideyalarını təbliğ edib. Amma məsələ təkcə bunda deyil. Bu şairlərin hər biri təkcə Azərbaycan ədəbiyyatına deyil, Şərq ədəbiyyatına da təsir göstəriblər. Anar yazır: “Nəsiminin şöhrəti ta əskidən bəri Vətənin hüdudlarını aşmaqla bərabər, dövrünün, zamanın çərçivələrini də qırıb keçmişdir. XV əsrdə Nəsimini hörmətlə dahi özbək şairi Əlişir Nəvai yad edir. XVIII əsrdə onu ehtiramla türkmən ədəbiyyatının klassiki Məhtimqulu xatırlayır. Nəsiminin poeziyası xaçpərəst Ermənistanda geniş yayılmışdı. Dindarlar – indi də xristian dindarları – Budax Amtesini “Nəsimi şeirlərini oxuyub camaatı qızışdırdığı üçün” yandırmağı fitva vermişdir. XVII əsrdə Ermənistanın başqa bir şairi Xaçatur Diqranakersi şəhər küçələrində gur səslə Nəsimi şeirlərini oxuyurmuş. Onun da aqibəti Nəsiminin aqibəti kimi olmuşdur”. İndi görəsən, bizim torpaqlara göz dikən ermənilərin Nəsiminin bu hünərindən xəbərləri varmı?
Anar Xətaini “Nəsimidən Füzuliyə gedən yolda” mühüm bir keçid hesab edir, xalq şeir formalarına Nəsimidən və Füzulidən artıq dərəcədə aludə olduğunu, qoşmalar, holavarlar, gəraylılar, varsaqlar yaratmaqdan başqa, qəzəllərini də eyni dərəcədə sadə, anlaşıqlı dildə yazdığını, əruzu mümkün qədər azərbaycanlılaşdırdığını qeyd edir. “Çünki Xətai gözünü açandan Azərbaycan dili mühitində – öz xalqının içində böyümüşdü, ana dilinin bütün incəliklərinə bələd olanlarçün yazırdı”. Bu yazıda Xətai ilə bağlı çox mətləblər nəzərə çarpdırılır. Onun milli mənsubiyyətini şübhə altına alanlara. Səfəvi dövlətinin İran dövləti deyil, məhz Azərbaycan dövləti olduğunu sübut edən alimlərin fikirlərinə şərik olur. Amma onu da qeyd edir ki, o dövrün ictimai şüuru hələ Qızılbaşlar dövlətinin milli Azərbaycan dövləti kimi dərk edə bilməzdi. İndi bəzi alimlər, yazarlar Şah İsmayılı və onun Səfəvilər dövlətini həddindən artıq “müasirləşdirirlər”, amma “Şah İsmayıl öz dövrünün oğlu idi, feodal cəmiyyətinin övladı idi. Odur ki, Şərq feodalizminin və İslam dininin bütün ziddiyyətlərini öz varlığında yaşadan bir şəxsiyyət idi. Onun siyasi fəaliyyətində siyasi məkr, dözümsüzlük və amansızlıq məqamları da var”. Amma onun bir insan və şəxsiyyət kimi ədalətli olduğunu, xüsusilə, rəiyyətlə rəftarında mülayim olduğunu, bir çox başqa hökmdarlar kimi harınlıq və fironluq etmədiyini, sənət adamlarına öz sarayında gözəl şərait yaratdığını (Şərq miniatür sənətinin ən parlaq çağlarından biri Səfəvilər dövrü idi) qeyd edən Anar yazının sonunda çox doğru bir qənaətə gəlir ki: “Şah İsmayılın sərkərdə zəfərlərinin tarixi əhəmiyyətini…danmasaq da, zənnimcə, zəfərlərinin bəlkə də, ən vacibi qılıncla deyil, qələmlə qazanılmış zəfərdir”. Elə buradaca klassik ədəbiyyat tədqiqatçılarına bir iradımı bildirmək istəyirəım: çox təəssüf ki, Şah İsmayıl Xətainin “qələmlə qazanılmış zəfərləri” haqqında Nəsimi və Füzuli ilə müqayisədə çox sanballı bir tədqiqatın olmadığını nəzərə çarpdırmaq istəyirəm.
Mən füzulişünas deyiləm, ancaq Füzulini hər gün oxuyur və onun qırmızı cildli kitabı (Əsərlərinin I cildi) həmişə yanımda olur, evdə də, işdə də, hətta yatanda da. Və Füzuliyə, onun yaradıcılığına aid yazılan bütün tədqiqatlardan xəbərim var. Anarın “Şairin kədəri” məqaləsi də o tədqiqatlardan biridir. Məhz tədqiqat əsəri. Çünki bu yazıda Füzuliyə təkcə sevgilər, onun böyük sənəti qarşısında heyrət ifadə olunmur, məhz Füzuli yaradıcılığına müasir füzulişünas mövqeyi ifadə olunur. Anar Füzuli haqqında yazılanları çox diqqətlə oxuyub, amma bütün bu yazılanların heç birini təkrar eləmir, sadəcə, öz “Füzuli versiyasını” irəli sürür. Onun şeir dilindən, obrazlar sistemindən tutmuş, üslub və forma xüsusiyyətlərinə, “düşvarı asan eyləmək” hünərinə, Nizamidən və Nəvaidən fərqli daha lirik, daha faciəvi “Leyli və Məcnun” eşq dastanı yaratdığına qədər – bir sözlə, Füzuli mövzusu bitib-tükənməzdir və Anar bu mövzuların hər birinə obyektiv münasibətini bildirir. Bu yazının çox maraqlı iki nüansını qeyd etmək istəyirəm. Anar Füzulidə təsəvvüf ideyalarının olduğunu danmır, amma “bu gün biz Məcnunluğu sufizm simvolikasının gizli, dolayı, metaforik şifrələriylə açmırıq, insan psixologiyasına, duyğular aləminə bələdliyi ilə tanıyırıq” – deyir. Füzuli sənəti o qədər dərin, hüdudsuzdur ki, sufizm də məhz o dərinliyin içindədir. Anar “Bəzən Leyli və Məcnunu Şərqin Romeo və Cülyettası adlandırırlar” fikrinin yanlış olduğunu söyləyir və bununla bağlı çox geniş izahata da ehtiyac duymur.Vaxtilə böyük tənqidçimiz Məmməd Cəfər “Füzuli yaşayır” məqaləsində yazırdı ki: “Füzulini sevin, ancaq unutmayın ki, təkcə sevmək, sevib yüngülləşmək azdır. Böyük şairi başa düşməyə çalışın. Onu təkcə bir qəzəl ustadı, nəzm ustadı kimi deyil, bir filosof, mütəfəkkir kimi başa düşməyə, dərk etməyə çalışın”. Anar ustad tənqidçinin həmin fikrini tam mənası ilə həqiqətə çevirir, Fuzuliyə sevgisini bizə də aşılayır.
Mən Anarın “Söz dünyası”nda “Üç Leyli, üç Məcnun”, “Koroğlu-Goroğlu”, “Nəşədən ələmə”, “Əhməd Yasəviylə bağlı düşüncələr”, “Çağdaşımız Mövlana”, “Türkçülüyün banisi”, “Türkün sözü” yazılarından da çox şey öyrəndim. Amma daha çox bəyəndiyim üç yazı üzərində dayandım.
Amma Anarın söz dünyası bircə bu kitabdakı yazılarla məhdudlaşmır. Anar müasir ədəbiyyatımızın müxtəlif problemləri ilə bağlı xeyli sayda yazıların da müəllifidir. Ədəbiyyatda elə bir istedadlı şair və nasir yoxdur ki, onların yaradıcılığı Anarın fikir sücgəcindən keçməsin. Xatırlayıram onun 1984-cü ildə “Azərbaycan” jurnalında çap etdirdiyi “Nəsrin fəzası” məqaləsini – bu yazı “altmışıncılar”a həsr olunmuş ilk və sanballı bir yazı idi. Xatırlayıram onun Vaqif Səmədoğlu, Yusif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən və digər şair və nasirlərin yaradıcılığı ilə bağlı portret yazılarını. Bu yazıları oxuyandan sonra fikirləşirsən ki, daha Anardan sonra nə yazmaq olar? Amma bir dəfə Anar müəllim mənə dedi ki, Vaqif Səmədoğlu haqqında yaxşı bir yazı yazmısan. Sevindim. Ona görə sevindim ki, Anarın V.Səmədoğlu haqqında yazısı mənim yazımdan xeyli əvvəl yazılmışdı.
Yazımı bitirirəm və Anarı doğum günü* münasibətilə təbrik edirəm…
Rafiq Yusifoğlu – ədəbi prosesdə, məşğul olduğu elm sahəsində, mətbuat aləmində kifayət qədər tanınmış, yaradıcılığı ilə çoxdan etiraf olunmuş şair və publisistdir. Yaşının yetmişinə doğru inamla addımlayan, hər günü yazı masasının arxasında keçən bu insanla ilk dəfə 1975-ci ildən tanışam və bu tanışlığımız dostluğa da çevrilib. O dostluq ki, bir-birimizin yaradıcılığına qətiyyən biganə deyilik, aramızdakı münasibət həmişə səmimidir. Mən onun baş redaktoru olduğu “Göyərçin” jurnalını həvəslə vərəqləyir, nəvələrimi yanıma çağırıb o jurnalda dərc edilən yazıları onlara oxuyuram. Rafiq Yusifoğlu ciddi elm adamıdır, elmlər doktorudur, professordur. Onun Azərbaycan poemasının inkişaf problemlərinə aid tədqiqatı bu mövzuda ən sanballı bir elmi əsərdir. “Ədəbiy-yatşünaslığın əsasları”, “Uşaq ədəbiyyatı”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” dərslik və monoqrafiyaları, mətbuatda dərc edilən onlarla ciddi məqalələri onu bir tənqidçi, ədəbiyyatşünas kimi tanıdıb. Onun pedaqoji fəaliyyətindən də söz açmaq olar, bir müddət Sumqayıtda orta məktəbdə müəllimlik edib, on il ADPU-da ədəbiyyat nəzəriyyəsindən mühazirələr oxuyub, iyirmi ildən artıqdır ki, Sumqayıt Dövlət Universitetində çalışır, professordur. Orta məktəb dərsliklərinə xeyli əsərləri daxil edilən Rafiq Yusifoğlu özü də ibtidai siniflər üçün bir neçə dərsliyin müəllifidir və müasir uşaq ədəbiyyatının inkişafında da Rafiq müəllimin xidmətlərini unutmaq olmaz. Rafiq Yusifoğlu haqqında bu bilgiləri ona görə təqdim etdim ki, onun çoxşaxəli yaradıcı fəaliyyətini göz önündə canlandırım. Sözə, ədəbiyyata, elmə bağlı bir insanı daha yaxşı tanıyasınız. Ancaq mən bu təqdimatla kifayətlənib, onu bir şair kimi təqdim etmək istəyirəm. Rafiq Yusifoğlunun “Yurdum-yuvam” adlı şeirlər kitabı 1983-cü ildə nəşr edilib, amma Rafiq ədəbi fəaliyyətə 1966-cı ildə başlayıb. İndiyə kimi iyirmidən çox şeir kitabı işıq üzü görüb. Ancaq onun bütün şeir kitabları haqqında söhbət açmağı qarşıma məqsəd qoymamışam. Yalnız “Üçüncü qərinə” adlı hələlik sonuncu şeirlər kitabından söz açmaq istəyirəm. Əslində bir şeir kitabı da, hətta bir neçə şeir də bir şair haqqında dolğun təsəvvür yarada bilər. Altmış səkkiz yaşını ötmüş tanınmış bir şair artıq poeziya ömrünün payızını yaşayır. Payız fəsli özündə bütün fəsillərin gözəlliklərini yaşadır – yazın gül-çiçəkli, bahar rahiyəli, sevgi ilə dolu təbiətindən, yayın qızmarından, qışın qarından, bəyaz dünyasından bu fəsildə bir pay görürsən. Amma payızın da özünə görə, heç bir fəslə bənzəməyən əlamətləri var. Küləyi var, ağac-ların budaqlarında saralmağa başlayan yarpaqları var, məhsul bolluğu var, toyu var – büsatı var. Rafiq Yusifoğlunun payız ömrünə nəzər salanda da, o rəngarəngliyi – müxtəlif poetik cizgiləri görə bilirik. Yaşın altmış səkkizində də baharlı sevgi duyğuları insanı tərk etməz, içəridə – Məcnun eşqi yatan sinədə duyğuları alovlandırar: Mənə göndərilən bir qom bənövşə Qəlbimi köklədi yaz havasına. Dilimdə xoş sözlər qönçə bağlayıb, Qulaq as könlümün yaz avazına! Az qalır içimdə sellər oyana, Sevgidən, heyrətdən gözlərim dolub. Hər məni görəndə od tutub yanan, Közərən yanağın dan yerim olub. Dolub ciyərimə bənövşə ətri, Dilimin ucunda əsir sözlərim. Məni sevən, duyan çiçəkdən ötrü Yağış əsirgəməz bulud gözlərim… Alım qadasını alın yazımın! – Könlümün kükrəyən seli sən oldun! Bəlkə də gecikən sevgi yazımın Bənövşə qoxulu gülü sən oldun?! Gözləri dikilib aya, günəşə, Gör şair nələrə ümid bəsləyir?! Köksündən boylanan bir cüt bənövşə, Məni bir əbədi yaza səsləyir! Bir qom bənövşə ürəkdə əbədi yaza-sevgiyə çağırış deyil-mi? Rafiq Yusifoğlu sevgi şeirlərində təbiidir, insanları hissləri ilə şeirə gətirir. Sevginin əzablarından da yazır, onun şirinliyindən də. Onun fikrincə, sevgi göylərinə arxa çevirmək həyatı adiləşdirər, ömrü qayğılar içində itirər, ürəkdə sevgi çiçəkləri saralıb-solar. Sevgi qəfil gələn selə bənzəyir, qarşısına çıxan hər şeyi yuyub aparır. Bəzən bu sevgi bahardan payıza adlayır. “Çırpır qanadını durna tək meşə, Qoşulub yellərə xəzəllər uçur”; “Çölümə xəzəllər qızıl rəng qatıb, İçimi göynədir sevgi nəğməsi”… Rafiq Yusifoğlu sevgi hisslərini ən qısa şeirlərində də obrazlı şəkildə ifadə etməyin gözəl nümunələrini yarada bilir. Eşq oduna için-için közərdim, Sevgi azman gücündəymiş sən demə! Xoşbəxtliyi uzaqlarda gəzirdim, Gözlərinin içindəymiş sən demə! Rafiq Yusifoğlu Qubadlının Çardaxlı kəndində dünyaya gəlib. Ta on altı yaşınacan bu kənddə yaşayıb. Amma indi: Qəlbimə tuşlanan dərd nizə-nizə, Saralıb yarpağım, solub güllərim. Nə ata-anama, nə evimizə, Nə də kəndimizə yetir əllərim. Bəs qalan ömrümü kimə həsr edim? Doğma diyarımda qəribəm, qərib. Bu gecə əriyib sonsuz həsrətim, Kənddəki evimiz yuxuma girib. Ömrün payızında belə sərt küləklər əsir. Analı-atalı dünya xatirələrdə yaşayır… Rafiq Yusifoğlunun bir silsilə Qarabağ şeirləri var. Amma bu şeirləri “dəstədən geridə qalmamaq” üçün yazmır. Qarabağ dərdi onun içindədir. Qəlbin istəyən yerdə Gəzmək olmur, bilirsən. Bu qədər haqsızlığa Dözmək olmur, bilirsən. Sən sükuta dalmısan nədən, haran ağrıyır? Vətən, haran ağrıyır? Daha gözlərim görmür Salvartı yaylağını, Məkan seçib qarğalar Tərlanlar oylağını. Dağı dumanlı görüb, Düşkün Aran ağrıyır, Vətən, haran ağrıyır? Dərman tapa bilmirəm Dərdinin əlacına. Niyə gedə bilmirik Qubadlıya, Laçına? Neçə kəndlər, şəhərlər Qalıb viran ağrıyır, Vətən, haran ağrıyır? Cıdır düzü göynəyir, Elə bil gedib huşa. Yolumuzu gözləyir Dağlar qoynunda Şuşa. Düşmən tapdağı altda Yəqin yaran ağrıyır, Vətən, haran ağrıyır? Bağlanıb Füzulinin Cəbrayılın yolları. Zəngilanın, Ağdamın Qandallıdı qolları. Hasar çəkən görəndə Sərhəd yaran ağrıyır, Vətən haran ağrıyır? Övladın var köksüylə gülləyə sipər çəkir, Övladın var dənizə, meşəyə çəpər çəkir. Nadanları görəndə ürək hər an ağrıyır, Vətən, haran ağrıyır? Vətən, haran ağrıyır? Əlbəttə, bu misralardan ağrı-acı süzülür və bu da təbiidir. O zaman ki, Cıdır düzündə “həsrət xalı toxuyur”. “Xarıbülbüllər hıçqırır”. Amma istərdim ki, onun şeirlərində ümid, qələbəyə çağırış notları gurlasın. Mən Rafiqin Qarabağ şeirləri içindən bu altı misralıq nümunəni misal gətirirəm ki, o şeirlərdəki fikir hamımızı narahat edir, gecə-gündüz düşündürür: Ruhsuz könül könül, Cansız bədən bədəndimi? Şuşasız Qarabağ, Qarabağsız vətən vətəndimi? Rafiq Yusifoğlunun poeziyasında yaşadığımız həyatın mənəvi mənzərəsi daha çox diqqəti cəlb edir. Həyatda, gerçəklikdə nə baş verirsə, onun ürəyindən keçir. Şairi qocaların niyə ağlamağı düşündürür və bu qənaətə gəlir ki, onlar nə itirəcəklərini bildikləri üçün ağlayırlar. Həyatın sevinc-qəm təzadları düşündürür onu və bu düşüncələr bənzərsiz poetik misralara hopur. “Sevinc kükrəyib daşır, Qəm isə pıçıltıdı”… Rafiq Yusifoğlu poeziyamızda orijinal fikir şairi kimi diqqəti cəlb edir. O, hər şeydə məna və mahiyyət axtarır, lakin filosofluq iddiasına düşmür, fəlsəfi fikir şeirin mənasına özü qoşulur, yəni sən o fikri adilikdən çıxarırsan. Amerikada, Los -Anceles şəhərində gənclik haqqında düşünmək, ömrün ötən və itən illərini xatırlamaq olarmış… Dünya öz işindədi bir əsr oldu yarı! Üstümüzə çox çaxıb ayrılıq şimşəkləri. Əlli il bundan əvvəl gördüyüm insanları Görüşümə gətirib zamanın küləkləri… Hanı o şux yerişlər, hanı nur saçan üzlər? Hanı könüllər yaxan o boy-buxun, o qamət? Yenə həmin pillələr, yenə həmin dəhlizlər, Ancaq gəncliyimizdən varmı əsər-əlamət? Qəlbimizdəki sevgi bir dalğalı dənizdi, Dünyanı dərk edəndən itirmişik dincliyi… O şirin xatirələr bizə necə əzizdi? – Ziyarətə gəlmişik yoxa çıxan gəncliyi… Bir də geri dönərmi o qaynar sevdalı yaz? Yamyaşıl tumurcuqlar indi sarı xəzəldi. Üzlərə qırış düşüb, qara saçlar bəmbəyaz, Müdriklik zirvəsində dünya yenə gözəldi… Qəlbimizə dağ çəkib ayrılıqlar, vidalar, Zaman sınağa çəkib sevdalı ürəkləri. Şux qamətlər bükülüb, sual olub nidalar, Ancaq yenə solmayıb təbəssüm çiçəkləri… Mən zaman dənizinin sahilində qalmışam, Fırtınalı qoynunda kimlər batıb, kim gəlib? Taleyimə min şükür, görüşümə bu axşam, Qocalıq libasında qaynar gənciyim gəlib… Rafiq Yusifoğlu təbiəti, onun gözəlliklərini duyan və mənalandırmağı bacaran şairdir. Rafiqin sırf peyzaj şeirləri azdır, amma təbiətlə insan hissləri arasında harmoniya bu şeirlərin məzmununu təyin edir. Bakıda payız yağışını kimsə, hansı şairsə təsvir etsə, təbii ki, bu yağışın “rəsmini” əks etdirəcək, amma Rafiq Yusifoğlu Bakıdakı payız yağışında ayrı çalarlar tapır və göstərir: Məni haldan-hala saldı Bakıda payız yağışı… Qəlbimi yaman kövrəltdi Təbiətin yır-yığışı… Qara asfalt gözəlləşib, Üstündə nə çox yarpaq var! Elə bil yapışıb yerə Sarı, qızılı yarpaqlar. Sanki xatirələr çimir Gözümün qaynar selində. Xəzəllər bir addamacdı Elə bil yağış gölündə… Ürəyimin arzusuna Axı necə qulaq asım? O addamacın üstünə Necə qıyıb ayaq basam? O qızın əlində xəzəl Dönüb payız çiçəyinə. Təşnə dodaqlarım qonub Təptəzə gül ləçəyinə. Payızam, yaz çiçəyini Mən necə bağrıma basım? Heç bilmirəm dönəcəkmi Bir də geri könül yazım? Sevinir üşüyən çiçək, Od tutub yanır yanağı. Elə bil qorxutmur onu Elin tənəsi, qınağı! İçimdə yaz havası var, Yeriyirəm ağır-ağır. Çölümə də yağış yağır, İçimə də yağış yağır… Rafiq Yusifoğlunun əvvəlki kitablarında olduğu kimi yeni toplusunda da bir silsilə “Dəniz nəğmələri” var. Mənim fikrimcə, bu silsilə Rafiqin yeni kitabının ən gözəl nümunələridir. Xüsusilə “Xəzərə yağış yağır” şeiri poetik bir tablodur. Sözlərin Xəzərləşməsi mənzərəsi… Möcüzədir, sübh çağı yağış yağır Xəzərə, Çoxdan idi görmürdüm belə gözəl mənzərə… Günəş təzə qalxanda suların qucağından, Nəğmələr süzülürdü buludun dodağından… Elə bil ki, damcılar sulara vurur naxış, İncə barmaqlarıyla xalı toxuyur yağış… Dostum narahat idi, sevinirdim mən isə: – İslanmaq istəmirsən, özünü vur dənizə! Sopsoyuq damlalarından xilas etsin su səni, Bir də çətin dadasan belə dadlı busəni! Yağış ayna suları edəndə çimdik-çimdik, Damlaların altında doyunca çimdik, çimdik! Arzular qönçə tutdu, ömrün qışı yaz oldu! Xəzərə yağan yağış taleyimə yazıldı… Bu yağış boynubükük arzuları dirçəltdi, Bu yağış içimdəki gizli eşqi cücərtdi… Belə gözəl təbiətdən, sevgi həyəcanlarından söhbət açan bir şairin satirik şeirlər yazması heç də təəccüblü deyil. Gözəllik varsa, antigözəllik də qaçılmazdır. Amma mən bu şeirlərdən heç birini misal gətirməyəcəm. Çünki Rafiqi satirik şair kimi tanımıram, o, gözəllik şairidir. Rafiq Yusifoğlunun şeir dili, ümumiyyətlə şeir mədəniy-yəti artıq tam formalaşmış bir şairin mövcudluğunu təsdiq edir. Şeirlərində sıx-sıx rast gəldiyim təşbehlər, metaforalar əksərən təzədir, orijinaldır. Xüsusilə metaforalar. İnsanla təbiətin vəhdəti, insanın ağac, dəniz, ay, çöl, yağış görkəmində metaforikləşməsi, ya da təbiətin insaniləşməsi o şeirlərin bədii təsir qüvvəsini artırır. Şeirin gözəlliyi də elə buradadır. Rafiq Yusifoğlunun yeni şeirlər kitabı barədə uzun-uzadı söz açmaq, onun bütün şeirlərini təhlil etmək niyyətim yoxdur. Amma bu qısa qeydlərimi onun bir arzusuyla bitirmək istəyirəm: Onsuz da ömür qısadı, Onsuz da haqq işidi ölüm. Allahım, mənə elə uzun ömür ver ki, insanlara daha çox yaxşılıq eləyə bilim. Vaqif Yusifli, filologiya üzrə elmlər doktoru, tənqidçi. “Ədalət” qəzeti, 26.04.2018
Özəl günlər ərəfəsində tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.
Kitab gözəl insan, əsl ziyalı bu sahədə öz sözünü çoxdan demiş təcrübəli naşir Zaur Qafarzadənin rəhbərlik etdiyi “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla “Zaur Ustac – 50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı artıq satışdadır.
Yuxarıda qeyd etdiyimiz kimi kitab yubiley tədbirləri çərçivəsində nəşriyyat tərəfindən şairin yubileyinə hədiyyə olaraq nəşr olunmuşdur. Ərəfəsində olduğumuz xüsusi günlərdə kitabın satışından əldə olunacaq gəlir də eyni zamanda “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrin həlli istiqamətində sərf olunacaq.
Kitab geniş oxucu kütləsi – ilk növbədə özəl günlərdə hədiyyə axtarışına çıxan uşaqlı-böyüklü, qızlı-oğlanlı, cavanlı-qocalı, kişili-qadınlı hər kəs üçün nəzərdə tutulub. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “…Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır…”
Dünyanın təməli sevgidir, gülüm! Dərdin, ah-nalənin özü də sevgi…
Deyən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı bütün özəl günlərdə (doğum günlərində, dostunuzu, sevgilinizi, anananızı ziyarət edərkən) sizin ən gözəl, ən dəyərli sovqatınız olacaq. Kitab eyni zamanda son 30 ilin Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan mütəxəssislər – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar üçün də faydalı mənbə rolunda çıxış edə bilər və bu baxımdan çox əhəmiyyətli qaynaqdır.
Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınınmış görkəmli nümayəndələrindən biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən, onun şeir modellərinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək, müasir oduğu qədər də öz soy-kökünə bağlılığını əks etdirmək baxımından olduqca faydalı olmaqla bərabər, ana dilimizin leksik tərkibini onun aktiv ve passiv fondu kimi də böyük əhəmiyyət kəsb edir, öyrədir. Burada köhnəliklə yenilik arasında əlaqəni, dilimizin zəngin söz ehtiyatlarından faydalanmaq qabiliyyətini, istifadə yollarını əyani şəkildə görür və zövq alırıq.
Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin ön sözü ilə başlayan kitabın redaktoru filoloq, çağdaş dünya ədəbiyyatı üzrə ixtisaslaşmış müstəqil ədəbiyyat tənqidçisi Günnur Ağayeva, rəssamı isə Azərbaycan Rəssamlar İttifaqınln üzvü tanınmış xalçaçı rəssam Natiq Nəcəfzadədir.
Kitab artıq satışdadır istənilən şəxs onu əldə edib sevgi dolu şeirlərlə tanış ola bilər.
Zaur Ustac demişkən: “Sevin ki, seviləsiniz!”
Kitabı əldə etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər (votsap da var):
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!