ƏLƏMDAR BƏYLƏROV Bəylərov Ələmdar Əhəd oğlu 03 mart 1959-cu ildə Laçın rayonunun Alxaslı kəndində dünyaya gəlib. Alxaslı kənd orta məktəbində təhsil alıb. 1980-ci ildə Xankəndi Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 2001-ci ildə çap edilən şeirlər kitabı “Bənövşə ətirli məhəbbətimsən” adlanır. 17 mart 2010-cu ildə vəfat etmişdir.
XALÇA TOXUYAN QIZ
Barmaqlar sehrli mizraba dönüb, Ərişlər sim kimi nəğmələnibdi. Elə bil ulduzlar göylərdən enib, Əlinlə xalçaya səpələnibdi.
Naxışlar dil açır nəğmələr kimi, Hər rəngə qəlbimi açıb demişəm. Xalçaya vurduğun ilmələr kimi, Mən səni qəlbimə ilmələmişəm.
Çıxıram yoluna hər gün, hər səhər, Həsrətin böyüyür ürəkdə çin-çin. Sənin əllərini öpən ilmələr, Paylayır ətrini indi mənimçün.
Həsrətin qızdırır məni gecələr, Asmışam xalçanı başımın üstdən. Çıxıram yoluna hər gün, hər səhər, Sevginlə ömrümə xalı hörəsən.
«Пушкин — самый любимый мною поэт. С каждым годом я воспринимаю его все больше и больше как гения страны, в которой я живу. Даже его ошибки, как например характеристика Мазепы, мне приятны, потому что это есть общее осознание русской истории».
Из воспоминаний А. Миклашевской:
В день своего рождения… Есенин вышел к нам в крылатке и широком цилиндре, какой носил Пушкин. Вышел — и сконфузился. И было в нем столько милого, детского. И ничего кичливого, заносчивого.
Взял меня под руку, чтобы идти, и тихо спросил: «Это очень смешно? Но мне так хотелось хоть чем-нибудь быть на него похожим».
1924-1925. Из воспоминаний В. Рождественского:
Однажды он попросил меня проводить его к дому, где жил и умер великий поэт. Около исторического дома мы остановились. Есенин снял шапку и, обернувшись ко мне, тихо спросил: «Может, перекреститься, а?»
Есенина восхищала звукопись пушкинских стихов. Как-то он с подъемом читал «Для берегов отчизны дальной…» Читая, он как бы вслушивался в музыку стихов. А потом, после чтения говорил:
— А-о-а-а… Здорово!
Пушкину
Мечтая о могучем даре Того, кто русской стал судьбой, Стою я на Тверском бульваре, Стою и говорю с собой.
Блондинистый, почти белесый, В легендах ставший как туман, О Александр! Ты был повеса, Как я сегодня хулиган.
Но эти милые забавы Не затемнили образ твой, И в бронзе выкованной славы Трясешь ты гордой головой.
А я стою, как пред причастьем, И говорю в ответ тебе: Я умер бы сейчас от счастья, Сподобленный такой судьбе.
Но, обреченный на гоненье, Еще я долго буду петь… Чтоб и мое степное пенье Сумело бронзой прозвенеть.
1924 г.
Фото: Сергей Есенин и Вольф Эрлих со студентами сельхозинститута у памятника А. С. Пушкину
Düma, Natəvan, xəncər, arxalıq və oyun… Bəyanata “söz ardı”
Bu gün Azərbaycan Yazıçılar Birliyi, Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə, “Azərbaycan Bağı”na qarşı nümayiş etdirilən aşağılayıcı münasibəti, rəftarı pisləyən KİV və media nümayəndələrinin iştirakı ilə əsaslı bəyanat yaydı. Telekanallara verdiyim bir açıqlamanı burdan da, yazılı şəkildə bölüşməyi doğru hesab edirəm.
Bilirsiz ki, fransız yazıçısı Aleksandr Düma Bakı polismeysteri Piqulevskinin evində Xasay bəy Usmiyevlə görüşmüş, bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, kimi tanınan, bu gün əsərləri Azərbaycanda dövlət varidatı elan olunmuş Xan qızı Natəvanla və digər ailə üvləri ilə tanışlığı barədə sonradan “Qafqaz səfəri” əsərində yazmışdı. Dümanın “Qafqaz səfəri”ndəki o görüşdən bəhs edən üç məqam ilk oxuduğumdan bəri diqqətimi çəkmişdi, təkrar oxu zamanı isə bəzi məqamlar bu günümüzlə səsləşən daha aydın rəmzlər kimi görünmüşdü. Xasay bəy, Natəvan xanım, onların uşaqlarından bəhs edən Düma yazır ki, nənəsinin qucağında beş-altı yaşlı oğlan uşağı (söhbət həmin görüşdə iştirak edən Xasay bəyin anasından, Xasay bəyin və Natəvanın oğlu kiçik Mehdiqulu xandan gedir) hər iki tərəfi ülgüc kimi iti xəncərin dəstəyindən tutmuşdu; həqiqi bir xəncəri fransız qadını heç vəchlə uşağının əlinə verməzdi, ancaq bu bir azərbaycanlı qadının öz uşağına verdiyi oyuncaq idi. İkinci məqam, görüşdən bir saat sonra Xasay bəyin mükəmməl bir fransızca ilə Dümaya məktubuyla bağlıdır, Xasay bəy yazırdı ki, sizin çox gözəl silahlarınız vardır, odur ki, kolleksiyanıza nəsə əlavə etmirəm, sizdən xanımımın əl işi olan pul kisəsini (həm də mahir nəqqaş və tikişçi idi Xan qızı) və iki arxalığı qəbul etmənizi xahiş edirəm. Üçüncü məqam, hədiyyələrin qarşılığında Dümanın Xasay bəyə və Natəvana fiqurları fil sümüyündən hazırlanmış şahmat hədiyyə etməsiydi. Qəribə rəmzlərdir: yazıçı olsa belə bir avropalını (əslində əsərlərində uşaqdan böyüyə əksər personajlarının əlində qılınc-xəncər, şpaqa əskik olmayan bir yazıçını) bizim əlimizdəki silah narahat edirdi; bunu hiss edən Xasay bəy “sizin çox gözəl silahlarınız var” deyə yazıçıya və avropalıya arxalıq və pul kisəsi (əslində xeyir-bərəkət, əmin-amanlıq) hədiyyə edir, eyni zamanda deyir ki, sizi silahla təəccübləndirnək olmaz; qarşılığında da yazıçı və avropalı, ağıllı olsa belə bizə şahmat kimi oyun təklif edirdi- fiqurları, çox güman, Afrikanın çöllərində, Fransanın koloniyalarında öldürülmüş heyvanın sümüklərindən hazırlanmışdı. Qəribədir, elə bil ən yaxın tarixmizdi. Son 30-35 ildə baş verənlərin öncədən hazırlanmış konspektidi. Yəni, yenə biz Avropaya xeyir-bərəkət əta edir, yenə onlar bizi oyuna salır və əlimizdə yalnız öz haqqımızı müdafiə etmək üçün gərəkli silahın olmamasını istəyirlər.
“Yazarlar” doğum günü münasibətilə Firuzə Məmmədlini təbrik edir, can sağlığı və uzun ömür yeni-yeni nailiyyətlər arzulayır. Uğurlarınız bol olsun, Firuzə xanım! Allah Sizi qorusun!
Ədəbiyyata və mətbuata gəlişim o qədər də asan olmayıb; çətin yollar keçmişəm, şükr ki, qarşıma ara-sıra yaxşı insanlar – əsl ədiblər, əsl qələm sahibləri çıxdı, onlar gedəcəyim, getməli olduğum ünvana doğru-dürüst istiqamət verdilər. Səhərin bu şaxtalı çağında həmin fitrət sahiblərinə – Şamaxıda ikən ilk şeirlərimi sığallaya-sığallaya çap edən, bir növ, mənə müəllimlik edən Zahid Sarıtorpağa, – sən heç kimi təqlid və təkrar etmirsən, – deyən Yavər Hüseynova, Bakıya gələndən sonra isə – sən bir poetik atomsan, – deyən Atababa İsmayıloğluna, Füzulişünas alim, mənə – beynini və düşüncəni qoru, – deyən Ayaz Vəfalıya, – Allah imkan versin, sənə bir dədəlik edim, – deyən Şahmar Əkbərzadəyə, xəstə halı ilə yaradıcılığım haqda 16 cümlə yazı yazan və məni Əli Kərimə bənzədən Məmməd Araza, mənə – sən müasir Nəsimisən, – deyən Əzizə Cəfərzadəyə, – Şamaxını, Xaqanini, Nəsimini səndə və şeirlərində görürəm, – deyən Zəlimxan Yaquba, mənə – istedad qapısı, – deyən Musa Yaquba, – sən mənim davamçımsan, ancaq taleyin taleyimə oxşamasın, – deyən Fikrət Sadığa, redaksiyasının qapısını minnətdarlıq hissi ilə üzümə açan İskəndər Etibara, – şeirlərin fəlsəfədir, nə vaxtsa başa düşəcəklər, – deyən İsa Muğannaya, bir sözlə, qarşıma çıxan, mənə səmimi olan hər kəsə təşəkkür borcumu ifadə etmək istədim. Çox xoşbəxtəm ki, uğura gedən yolda daim yaxşılarla əhatə olundum. Təəssüf ki, adlarını minnətdarlıq hissi ilə çəkdiyim o mənalı insanların əksəri dünyasını dəyişib, ancaq xatirələri daim mənimlədir. Hər şeyə görə isə Yaradanıma minnətdaram!
“Yazarlar” doğum günü münasibətilə mübariz qələm adamı kimi tanınan yazıçı, publisist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilini təbrik edir, sağlıqlı ömür və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır! Uğurlarınız bol olsun, Asif müəllim!
Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı.
HƏYATI Asif Mərzili 9 yanvar 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan оlub. 1977-ci ildə Mərzili kənd оrta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasının mühəndis-iqtisad fakultəsinin axşam şöbəsinə qəbul оlunub. 1979-1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasını bitirb. 1984-cü ildə Nеft Kimya Sənayеsi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin еdilib, 1989-cu ildə nazirliyin “Böyük kimya uğrunda” çоxtirajlı qəzеtinin baş rеdaktоru təyin еdilib. 1982-1988-ci illər ərzində Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsinin ştatdankənar əməkdaşı оlub. 1990-cı ildə Azərbaycan Nazirlər Sоvеtinin оrqanı “Rеspublika” qəzеtinə köçürmə yоlu ilə müxbir təyin оlunub. 1991-ci ildə köçürmə yоlu ilə Milli Məclisin оrqanı “Həyat” (indiki “Azərbaycan”) qəzеtinə parlamеnt müxbiri təyin еdilib. 1992-ci ildə “Ədalət” qəzеtinə baş rеdaktоrun 1 müavini təyin оlunub. 1993-cü ildən həm də “Təzadlar” qəzеtinin baş rеdaktоrudur.
1991-ci ildə Məşhəd tоrpağını ziyarət еdib.
İki övladı var.
ƏSƏRLƏRİ “Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!” (2011), “Təzadlar”(2013)kitablarının müəllifi, 10-a yaxın kitabın isə rеdaktоrudur.
MÜKAFATLARI Çоxsaylı publisistik və araşdırma yazıları KIV-lər arasında kеçirilən yazı müsabiqələrin qalibi оlub, dəfələrlə diplоm və pul mükafatlarının sahibi оlub, rəhbərlik еtdiyi qəzеt Azərbaycan Mətbuat Şurasının üzvüdür. Azərbaycanda müasir siyasi afоrizm yaradıcılığının müəllifi sayılır və hazırda siyasi afоrizmlərdən ibarət kitabı nəşrə hazırlanır. Bir çоx hеkayələrin müəllifidir. Rəhbərlik еtdiyi qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb.
Rəşad MƏCİD : – “Tanınmış yazıçı Çingiz Hüseynovun “Fətəli fəthi” romanını gənclik illərimdən, ilk oxuduğumdan ədəbiyyatımızın ən sanballı romanlarından biri saymışam, gənc yazarlara da bu əsəri oxumağı tövsiyə etmişəm. Çingiz Hüseynov 94 yaşında, yaşadığı İsraildə vəfat edib. Allah rəhmət eləsin! Onun yaratdığı sanballı ədəbi irs isə əbədi yaşayacaq.”