“İLİN KİTABI” müsabiqəsi – QISA SİYAHI

“İLİN KİTABI” müsabiqəsi – QISA SİYAHI

“İlin Kitabı” müsabiqəsi “Mücrü” nəşriyyatı tərəfindən 06.01.2024-cü il tarixində təsis edilib. Müsabiqə ildə bir dəfə olmaqla elan edilir. Müsabiqəyə son iki ildə çap edilmiş Azərbaycan dilində olan kitablar buraxılmışdır. Qeyd edək ki, müsabiqədə iştirak ödənişsiz olmaqla, yaş və ərazi məhdudiyyəti olmadan aparılıb.

Müsabiqə iştirakçılarının müəllifi, tərcüməçisi, yaxud tərtibçisi olduğu kitablar fərdi və təşkilat adından qəbul edilmişdir. Müsabiqədə iştirak edən kitablar Müsabiqənin Təşkilat Komitəsi tərəfindən qapalı səsvermə yolu ilə seçilmiş və 10 nominasiya üzrə 1, 2 və 3-cü yerlərə uyğun olaraq Qısa Siyahı müəyyənləşdirilmişdir.

Müəlliflərin siyahıdakı yerləri şərtidir və kitabın müsabiqədə iştirakının təsdiqləndiyi (müəllifin, tərcüməçinin, tərtibçinin, nəşriyyatın və digər müvafiq təşkilatların) ardıcıllığa uyğundur.

“İlin Kitabı” müsasibiqəsinin Qısa Siyahısı aşağıdakı kimidir:

1. Nailə Axundova, “Riyaziyyat”, ibtidai siniflər üçün

2. Nərmin İlxan, “May yağışları” roman

3. Malik Kərimov, “Kimya”

4. Elvin Rzayev, “Mənim qəribə dostum” hekayələr

5. Aysel Şükürlü, Məktəbəqədərlər üçün Pillə-pillə kitab dəsti

6. Valeh Qoca, “Yarımçıq şəkil” şeirlər

7. Yaqut Dəmirov, “Qeyri-adi görüş” hekayələr

8. El Roman, “Ağ kvadrat” şeirlər

9. Sevinc Səyyadqızı, “Nərgizlər yalan deməz” şeirlər

10. Qərib Hüseynov, “Fizikadan krossvord oyunları”

11. Ayşə Feyzi, “Uzaqdan uzaq” şeirlər

12. Əli bəy Azəri, “Sərhədçi zabitin etirafı” roman

13. Mənzər Ağabəyova, “Təzadlar içində eynilik” roman

14. İxtiyar Sultanov, “Səhranın gözü” roman

15. Gülər Mübariz, “İkinci həyat” şeirlər

16. Xanım Anela, “Pıçıltı” hekayələr

17. Rahil Tahirli, “Aynadakı adam” şeirlər

18. Günel Rəcəb, “Orfolənd” roman

19. Nurlan Hasansoy, “O, Atadır!”

20. İlhamə Kədər, “Doqquz şirin yuxu” nağıllar

21. Ayaz İmranoğlu, “Sevgilimin oğlu qardaşımdır” roman

22. Anar Allahverdiyev, “Fizika”

23. Səfa Əlicanoğlu, “Oyadan mələklər” roman

24. Nemət Tahir, “Kəpənək ümidlər” şeir və hekayələr

25. Ülviyyə Mirağaqızı, “Azərbaycan tarixi və Ümumi tarix”

26. Əkbər Səfərov, “Qüsurlu eşq” roman

27. Ceyhun Novruzov, “Kimyagərin əsirləri” roman

28. Aysel Allahverdiyeva, “İngilis dili”

29. Nigar Telmanqızı, “Gecənin günəşi” roman

30. Gülər Hüseynova, “Müəllimlərin İşə Qəbulu və Sertifikasiya proqramı”

31. Tural Əsədbəyli, Cəlil Həsənov, “Manevr doktrinası”

32. Mikayıl İsmayıllı, “Altunbəyovlar ailəsindəki qətl” roman

33. Humay Muradova, “Qərbi Azərbaycan”

34. Fidan Nəcəfova, “Gilbert Kit Çesterton – Apollonun gözü” hekayələr

35. Bahar Bəxtiyarqızı, “Əlvida deməyə tələsmə” roman

36. Munisə Dadaşqızı, almanca orijinaldan tərcüməyə görə “Herbert Vote – Magellanın dövri-aləm səyahəti” roman

37. Tural Cəfərli, “Dahilərin həyatı və aforizmləri”

38. Fidan Nəzirova, “Necati Dəmir – Danişmənd Qazi dastanı” roman

39. Ayşə Məcidova, “Həyata yenidən gəlsəydim” roman

40. Səlim Babullaoğlu, “Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələr

41. Səxavət Rizvanqızı, “Həyatıma gələn qonaq” şeirlər

42. Rövşən Danyeri, “15 yazıçıdan 15 hekayə”

43. Şəfa Vəli, “Şeirin yurdu” şeir antologiyası

44. Bəhram Osmanov, “Tamaşaya aparan yol”

45. Azər Ağayev, “Futbologiya”

46. Könül Asifqızı, İbtidai siniflər üçün Əyləncəli Yay Tətilim kitab dəsti

47. Nazlı Çələbi, “Dəmir Yumruq əməliyyatı” romanı

48. Xalid Mahmud, “Darıxmaq fəsli” şeirlər

49. Əli Rzazadə, “Cənab Leytenant” romanı

50. Qoşqar Qaraçaylı, “Uzaqlar” şeirlər

51. Rövşən Yerfi, “Məhbəs” romanı

52. Xuraman Hudulova, “İngilis dili”

53. Coşqun Həsənzadə, “Ölsək belə qovuşmarıq” şeirlər

54. Kənan Abbasov, “Sondan birinci” roman

55. Təranə Dəmir, “Cəhənnəmdən gələn işıq” hekayələr

56. Osman Eminov, “Coğrafiya məsələlərinin izahı”

57. Signor Bayramlı Məhəmməd, “Samuray” roman

58. Rüfət İsgəndərzadə, “Əks-dejavü” roman

59. Femida Nağıyeva, “Hansı ixtisası seçim”

60. Rövşən Şərif, “357” roman

“İlin Kitabı” müsabiqəsinin qaliblərinin adı “Mücrü” nəşriyyatının 5 illik yubiley tarixinə – 24.12.2024 tarixinə qədər açıqlanacaq.

Qaliblərin adları aşağıda göstərilən 10 nominasiya üzrə, 1, 2 və 3-cü yerlər olmaqla “Qısa Siyahı”dan Müsabiqənin Təşkilat Komitəsinin ikinci səsverməsindən sonra seçiləcək:

1. İlin nəsr kitabı – 1, 2 və 3-cü yer

2. İlin şeir kitabı – 1, 2 və 3-cü yer

3. İlin uşaq kitabı – 1, 2 və 3-cü yer

4. İlin metodik kitabı – 1, 2 və 3-cü yer

5. İlin akademik kitabı – 1, 2 və 3-cü yer

6. İlin tərcümə kitabı – 1, 2 və 3-cü yer

7. İlin antologiyası – 1, 2 və 3-cü yer

8. İlin mədəniyyət kitabı – 1, 2 və 3-cü yer

9. İlin kitab layihəsi – 1, 2 və 3-cü yer

10. İlin debüt kitabı – 1, 2 və 3-cü yer

Ünvan: Bakı ş., Yasamal r., Zərgərpalan 117, dalan 15

Əlaqə nömrələri: 0555028932, 0773457747, 0125951040

MƏNBƏ: MÜCRÜ NƏŞRİYYATI

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Seyfəddin Hüseynli ilə imza günü keçirildi

Seyfəddin Hüseynli ilə imza günü keçirildi

26 noyabr 2024-cü il tarixində “Papillon” kitab evinin təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas, tərcüməçi – yazar Seyfəddin Hüseynli ilə imza günü keçirildi. Təşkilatçı kimi “Papillon”unun adından Əlisoy Tarıyel bildirdi ki, Seyfəddin Hüseynlinin yeni nəşr olunmuş “Tərcümə təcrübələri” kitabı oxucular tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Bir qisim oxucuların – daimi müştərilərin israrlı tələbi üzrə imza günü təşkil etmək qərarına gəlib. Seyfəddin müəllimə təklifi operativ şəkildə dəyərləndirdiyinə görə təşəkkürünü bildirdi. Tədbir zamanı Seyfəddin Hüseynli bütün arzu edən oxucular üçün çoxlu sayda kitablar imzaladı.

Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.

Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.

“Yazarlar”  olaraq, bu münasibətlə Seyfəddin Hüseynlini təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!

Seyfəddin Hüseynlinin yazıları

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA – BİR PAYIZ ŞEİRİ

BİR PAYIZ ŞEİRİ

Yarpaq yağışları kəsilən kimi,
Gördük səfimizdən kimlər azalmış.
Qaş-göz eyləməyə qalmamış kimsə,
Eyhamlar azalmış, himlər azalmış.

Paslı navalçadan süzüləndi qəm,
Köhnə pəncərənin cığarası nəm.
Leysana düşməkmiş bir ayrı aləm,
Yollarda göllənən limlər azalmış.

Gəlməz başımıza kefin darısı,
Dərddə ötüşübmüş ömrün yarısı.
Nə bilim, bəlkə də sınıb sarısı,
Könül rübabından simlər azalmış…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gənclər  peşəkar inkişafı üçün bərabər imkanlar yaradılır

Gənclər  peşəkar inkişafı üçün bərabər imkanlar yaradılır

“Öndə Gənclər” (Öndə) İctimai Birliyi layihə təklifinin hazırlanması mövzusunda olan “İnklüziv Kamp” layihəsinin icrasına başladı. “İnCamp” layihəsi Avropa Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.

Gənclər üçün elan olunan “İdeyanı reallaşdır” müsabiqələrinin qalibləri arasında əlilliyi olan şəxslərin olmaması, bu məsələyə diqqət yetirilməsini zəruri etmişdir. Bu məqamı nəzərə alaraq, İnCamp layihəsi, əlilliyi olan gənclərin layihə təklifi hazırlama bacarıqlarının inkişafını hədəfləmiş və uzunmüddətli nəticə olaraq gənclər layihələrində inklüziv və bərabər imkanların artırılmasını təmin etməyi məqsəd qoymuşdur.

Layihənin təlim mərhələsi 22-28 dekabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində 7 günlük düşərgə formatında keçiriləcək. “İnCamp”-da əlilliyi olan şəxslər daxil 18-27 yaşlı 30 gənc iştirak edərək, 40 akademik saatlıq peşəkar təlimlərdən faydalanacaqdır.

Layihənin təlimçiləri Fərhad Abdulov, Mələk Sultanlı, Cəsur Mədətzadə və Aydan Ağayeva Avropa Şurası ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin uzunmüddətli təlim (TRAYAZE) proqramını uğurla bitirmiş mütəxəssislərdir.

Təlim proqramında iştirakçılar beynəlxalq PMP yanaşmasını, Məntiqi Çərçivə alətini və layihələrin effektiv idarə edilməsinə dair digər bilikləri mənimsəyəcəklər. Proqram nəzəriyyə ilə təcrübəni birləşdirərək iştirakçıların öz ideyalarını universal dizaynda layihələrə çevirməsinə şərait yaradacaqdır. Düşərgədən sonra, 3 günlük Hakaton zamanı iştirakçıların hazırladığı layihələr təqdim edilərək qiymətləndiriləcəkdir.

Layihə haqqında ətraflı məlumat və yenilikləri izləmək üçün Öndə Gənclər İctimai Birliyinin rəsmi Instaqram səhifəsinə (@ondegencler) baxa bilərsiniz.

Nurlanə Cərullaqızının hekayəsi

Solmaz

(hekayə)

Qışın ortaları idi. İki gün idi ki, hər yerə olduğu kimi Bakıya da aramsız qar yağırdı. Avtomobillər, hündürmərtəbəli binaların həyət evlərinin damları və peyk antenlərinin üzəri qarla örtülmüş, yol kənarında sıralanan ağaclar bəyaz qara bürünmüşdü. Qarlı hava şəraitilə əlaqədar məkdəblər və bəzi iş yerləri bağlanmış, şəhər sözün həqiqi mənasında qatı səsizliyə qərq olmuşdu. .
Nülufər isə belə havada hamı kimi isti evində yox, Zabrat qəsəbəsindəki qəbiristanlıqda idi. O, on dəqiqə idi ki, üstündə Solmaz adı yazılmış qara mərmərdən olan məzar daşını qucaqlayıb dayanmadan göz yaşı tökürdü.
Solmaz Nülufərin üç övladından biri idi. Uşaqları körpə ikən ərini avtomobil qəzasında itirən Nülufər övladlarını restoranda aşpaz işləyərək böyüdürdü. Uşaqların ən böyüyü Solmaz sinif əlaçısı idi. Qızcığazın rəssamlığa həvəsi olsa da Nülufər qızının həkim olmasını istəyirdi. Solmaz da təbiətcə sərt olan anasının sözündən çıxa bilməyərək könülsüz də olsa, sənədlərini tibb universitetinə verir, ancaq imtahanda aşağı bal topladığı üçün həmin universitetə qəbul ola bilmir. Buna görə Nülufər qızını möhkəm döymüş, işə gedəndə isə bunları demişdi: “mən qayıdana qədər özünü öldür”. Zavallı qız da elə onun dediyi kimi edir. Özünü yaşadıqları binanın altıncı mərtəbəsindən ataraq həyatına son qoyur. İndi istəmədəndə olsa qızının ölümünə səbəb olan bu qadın yeddi ay idi ki, hər gün qızının məzarına gəlirdi.
-Allahım, məni bağışla- deyə Nülufər əllərini açıb yalvarmağa başladı,- övlad valideynə onun əmanətidir. Mən isə bunu bilə-bilə əmanətə xəyanət etdim. İstəmədən də olsa, doğma övladımın, ən əsası isə bir qulunun öz canına qıymaq kimi böyük bir günaha batmağına səbəb oldum. Yalvarıram sənə, ey uca rəbbim, haqq-hesab günü gələndə qızımı yox, məni hesaba çək.
Sonra o, əlləri ilə qızının məzarı üstündəki qarı təmizləyə-təmizləyə sözünə davam etdi:
-Sən də məni bağışla, qızım, sənin adını “Solmaz” qoyan da mən oldum, səni solduranda. Dünyaya gəlməyinnə də səbəb mən oldum, ölməyinə də. Valideynin olduğum üçün fikrini belə öyrənmədən sənin yerinə qərar vermək, işlərinə qarışmaq haqqımım olduğunu düşünür, səni özümə aid mülkiyyət kimi görürdüm.Sənin də bir insan olduğunu, arzularının, xəyallarının ola biləcəyini isə anlamaq istəmirdim. Hamı kimi sənə də bir dəfə verilən ömrü rahat yaşamağa imkan vermədiyim üçün mən Allahın qarşısında və sənin qarşında günahkaram. Sən bu günahkar ananı bağışla, qızım.
Nülufər bunları deyib ağlamaqdan şişib qızaran gözlərini silə-silə, yavaş addımlarla kim bilir bundan sonra necə dəfə gələcəyi qəbiristanlıqdan çıxdı.

Müəllif: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızının yazıları

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HƏQİQƏT ŞAMİLLİNİN ŞEİRİ

YALAN
(gənc rəssam xanıma)

Eşqə tutulmuşdu rəssam bir gözəl,
Qəlbində bir gəncin sevgisi vardı.
Duyğular qəlbinə hakim kəsilmiş,
Onsuz qoca dünya o qıza dardı.

Həyat onlar üçün bir gülüstandı,
Aşiq-məşuq kimi xeyli gəzdilər.
Ayları ötürüb ilə çatdılar,
Sevgi çələngini qəlbə düzdülər.

Ailələr görüşdü, tanış oldular,
Nişan üzükləri, xonçalar gəldi.
Səs-soraq yayıldı bütün ellərə,
Rəssam qızımızın çöhrəsi güldü.

Yeni rəsmləri çəkirdi hər gün,
Günəş kimi qəlbi işıq saçırdı.
Qız çox sevinirdi, çox şadlanırdı,
Fərəhdən ürəyi çiçək açırdı.

Zaman gəlib keçir, toy olacaqdı,
Qızın arzuları aşıb-daşırdı.
Toya az qalmışdı, hər şey hazırdı,
Gəlinlik paltarı çox yaraşırdı.

Bircə ay qalmışdı o toy gününə,
Oğlan yoxa çıxdı, daha gəlmirdi.
Qız çaş-baş qalmışdı, zəng də vururdu,
Oğlan zənglərə də cavab vermirdi.

Axtarıb tapdılar ata-ananı,
Bütün həqiqətlər yalan olmuşdu.
Hər şey qurma idi indiyə qədər,
Gənc qızın xəbərdən rəngi solmuşdu.

Xonçalar da yalan, üzük də yalan,
Əzizlər gəlməmiş ,hamısı yadmış.
Xəyanət bürüyüb bütün ətrafı,
Qəlbi talan edib sonra da atmış.

Qız dözə bilmirdi bu yalanlara,
Onu sarsıdırdı xain yarası.
Sevdiyi insanı tanımamışdı,
Uçub dağılmışdı könül dünyası.

Daha təmas qurmur, söhbət etmirdi,
Onu sarsıtmışdı böyük xəyanət.
Nəfəs almağı da heç bilinmirdi,
Qəlbində həyata olmuşdu nifrət.

,,Qovuşmaz yolumuz” musiqisini,
Təkrar çevirərək hey dinləyirdi.
Cavan həyatından qəlbi küsmüşdü,
Yaşamırdı daha, o, inləyirdi.

Ömründən il yarım yalanla dolu,
Yalan idi sevgisinin istisi.
Sarsıtmışdı bu xəyanət gənc qızı,
İçindən yanaraq çıxır tüstüsü.

İnam qırılmışdı, ümid sönmüşdü,
Vurulan yaralar çox amansızdı.
Yox olub getmişdi arzu-diləyi,
Həyatı onunçün çox mənasızdı.

Qəlbin üzüntüsü yaman olurmuş,
Xəstəlik canını tam bürüyürdü.
Könlünə vurulan xain yaradan,
Aldığı zərbədən qız çürüyürdü.

Yeyib-içməkdən də çox kəsilmişdi
Gözünü bir yerə o dikib baxır.
Yazıq anası da əlac tapmırdı,
Qüssə ürəyini yandırıb yaxır.

Bir gün dünyasını dəyişdi rəssam,
Xəyanətlə dolu həyatdan köçdü.
Yalanlar qəlbinə ağır gəlmişdi,
Yaşamağı deyil, ölümü seçdi.

Sən insan deyilsən, qəlbsiz adamsan,
Duyğuları əzib yalan elədin.
Neyləmişdi sənə, nəydi günahı?
Gənc qızın ömrünü talan elədin…

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

CAHANGİR NAMAZOV – MƏNİM BƏNZƏRSİZ BACIM…

MƏNİM BƏNZƏRSİZ BACIM…

Ədəbiyyat və poeziya elə bir müqəddəs dünyadır ki, ona yalnız ürək insanları və söz həvəskarları qədəm qoyur. Qələmimi ilk dəfə əlimə alıb, söz adlı çəmənliyin astanasında dayananda, “Şeirlərində coşqu var, ruhunda Üsman Nəsirin üsyanları hiss olunur. Amma taleyi ona bənzəməsin…” deyərək mənim yaradıcılığımı yüksək qiymətləndirən, bənzərsiz şairə, alim və əziz bacım Gülçöhrə Zokirovanın dəstəyi həyatımda mühüm yer tutur.
Həyatım boyunca çox müəllimləri, böyük şair və yazıçıları tanıdım. Amma onların arasında Gülçöhrə bacımın yeri bənzərsizdir. Onun istedada və insaniyyətə verdiyi dəyər hər zaman mənim üçün zirvədə olub. Ədəbiyyata gəldiyim bu illər ərzində onun mənə göstərdiyi inam və mənəvi dəstəyi heç vaxt unutmayacağam.
Ən çətin anlarımda, hər şeydən əl çəkib getmək istədiyim vaxtlarda, o, mənə bir ümid çırağı kimi yol göstərdi. Belə bir insan necə qəhrəman, necə dəyərli olmasın?!


Bacımın alimliyi, şairəliyi və insaniyyəti qarşısında sözlər həmişə aciz qalar. Mən onun elmindən, yaradıcılığından çox, insani dəyərləri qarşısında təəccüb və heyranlıqla dayanmışam.
Məvlana Rumi demişkən:
“Libas geyinmiş, amma içində insan olmayanları gördüm,
İnsan olanları gördüm ki, üstlərində libas yox idi.”
Ədəbiyyat aləminə qədəm qoyduğum illər ərzində çox şair və yazıçı ilə tanış oldum. Onların arasında hörmət və istedad sahibi olanlar var idi. Amma insanlığı olmayanlar da az deyildi. Bu sözlərlə hamını pisləmək niyyətində deyiləm, çünki hər kəlmə öz sahibini tapar.
Əgər məndən ən yaxşı insan necə olmalıdır deyə soruşsalar, tərəddüdsüz deyərdim ki, Gülçöhrə bacım kimi. İnsanların sevgisini və hörmətini qazanmaq üçün yalnız əməli yardım göstərməklə kifayətlənmək olmaz. Hər kəs bunu edə bilmir. Mənim Gülçöhrə bacıma qarşı sonsuz hörmətimin və sevgimin səbəbi odur ki, o, məni həmişə sözsüz anlayıb, ruhən mənə dəstək olub və özümə inamımı artırıb.
Bu gün mənim əziz bacımın, əsl mənada müəllimim və yol göstərən ulduzumun doğum günüdür. Allahdan arzum budur ki, onun ömrü uzun, hər günü işıqlı və sevinclə dolu olsun. Bacımın mənəvi dəstəkləri, ədəbiyyat aləmində göstərdiyi əvəzsiz yardımları üçün ona bir ömür təşəkkür borcum var.
Şair və ya yaradıcısı kimi deyil, bu gün mən bacıma qardaşı kimi sevgimi və hörmətimi ifadə etmək istəyirəm. Onun gözəl insani keyfiyyətləri qarşısında mən şairliyimi unuduram. Kim olmağımdan asılı olmayaraq, mən həmişə onun qardaşı, o isə mənim əziz bacım olacaq.
Həyatımda mənəvi olaraq yanımda olduğunu bilmək, dualarımda onun üçün ən yaxşılarını arzulamaq mənim üçün böyük xoşbəxtlikdir.
Doğum gününüz mübarək olsun, əziz bacım! Allah sizə bütün yaxşılıqları nəsib etsin!

Müəllif:  Cahangir NAMAZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

CAHANGİR NAMAZOVUN YAZILARI

Güli Nigor (Gülchehra Juraeva)nın yazıları


XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu – Mütaliə, yazar, istedad…

Mütaliə, yazar, istedad…

Soruşursuz ki, mütaliəmi vacibdir, istedadmı? Bir digərinə köməkmi edir, manemi olur?
Sualınız gözəl bir esse üçün əsas veirir. Kim yazacaqsa ona əhsən.
Mütaliənin yazıçıya xeyri və ziyanı sualında yəqin, siz bədii mətnin mütaliəsini nəzərdə tutursuz. Hər halda mənə elə gəlir. Gəlin şərti olaraq ilk yazıçını təsəvvür etməyə çalışaq. Dünyadakı ilk yazıçını, romançını…
Əlbəttə ki, o mütaliə eləməmişdi, çünki ilk yazıçıydı. Bu mümkündürmü. Əlbəttə. Dünya nəsri (=romançılığı) tarixinin ilk romançısını tanımasam da, hərdən mənə gəlir ki, bu Daniel Defo da ola bilərdi, Servantes də. Robinzon Kruzo da, Don Kixot da ilk roman qəhrəmanları kimi olduqca maraqlı görünürlər. Razılaşın, bu romanları yazmaq üçün əvvəlki bədii irsi bilmək o qədər də vacib görünmür. Amma tutalım biz Coysun “Uliss”i haqqında eyni şeyi deyə bilmərik.
Daniel Defonun variantında ”mütaliəsizlik”, Coysun variantında “mütaliəlilik” eyni qədər vacib, çəkici, inandırıcı görünür.


Ədəbiyyat tarixində çoxlu yazıçılar var ki, keçmiş tarixlə öz yaradıcı bioqrafiyaları üçün dərin təəssüf hissi keçiriblər. Tolstoy məsələn. Yaxud yazıçılar olub ki, bir və ya bir neçə əsərdən sonra susublar. Özlərini müəyyən mənada sükuta ithaf ediblər. Selincer, tutalım. Bu və ya bunabənzər misalllarda sizin suallar üçün o qədər əhəmiyyətli cavablar gizlənib ki. Düzü, indi mən düşüncəmi işğal edən bütün cavabları yığıb-yığışdıra bilmirəm. Bir az da həvəssizəm.


Çağdaş dünyamızda məqsədi ədəbiyyat olanlar üçün daimi mütaliə qaçılmazdır, həyatları boyu davam edən proses olmalıdır. Məqsədi həqiqət olan adamlar üçün kəmiyyət vacib deyil. Bütün dövrlər üçün də, indi də. Bir böyük kitabı oxuyub bütün ədəbiyyatları hiss etmək qabiliyyətini formalaşdıra bilərsən, on minlərlə kitab oxuyub “quru yurdda”da qala bilərsən.


İnam məsələsində qoca qarı istənilən filosofdan çox bilir. Ədəbiyyat həm də inam və iman işidir.


Uilyam Batler Yeyts “Anima Mundi”də Hötenin bir məktubunu sitat edərək yazır: “Bir gənc dostum hədsiz intellektualizmdən və “yaradıcı sonsuzluq”dan əziyyət çəkirdi. Halbuki obrazlara doğuracağı müxtəlif assosiasiyalarla birgə formalaşmaq imkanı vermək lazımdır, yalnız bundan sonra intellektualizmin doğurduğu tənqidi yanaşma bacarığı işə salına bilər. Əgər sonuncu qabağa düşsə obrazlar ümumiyyətlə doğulmayacaq. Amma tənqidi yanaşma bacarığı vaxtında boğularsa (ola bilsin dualar, meditasiyalar vasitəsi ilə), obrazlar sel kimi axmağa başlayacaq, hətta təkcə o bacarıq deyil, üstəlik həmin obrazlara münasibətdə şəxsi arzular da boğula bilsə, obrazlar mütləq azadlıq və bütünlük, parlaqlıq qazanmış olacaqlar…” Düşünürəm Yeytsin Höte təcrübəsindən gətirdiyi nümunədə də sizin sualınıza cavabın bir hissəsi gizlənib.


Oktavio Pas yazır ki, şeir sözün gücsüzlüyü, acizliyi qarşısındakı təşvişdən yaranır ki, axırda sükutun hakimi-mütləq olduğu qarşısında baş əysin.


Mütaliə- unikal sükut prosesidir, biz sükut edərək gözlə dadır, eşidir, ağrıyır, danışır, həmdərd olmağı öyrənirik. Onun vasitəsilə biz sanki ”Ümümdünya sükutu” içində öz sükut ərazimizi yaradır, oranı mütaliə vasitəsilə o vaxta qədər bizə çox da tanış olmayan sözlərlə, mənalarla doldururuq. Amma həmin sözlər o əraziyə yazıldığı kimi düşmür, bizim hisslərimizin, qavrayışımızın süzgəcindən keçərək düşür. Bir gün biz öz mətnimizi yazanda ola bilsin ki, mütaliə vaxtı əxz elədiyimiz sözlər-amma dəyişmiş, başqalaşmış sözlər, bizimki olmuş sözlər ordan yavaş-yavaş qələmin ucu ilə vərəqlərə axır. Əlbəttə, bizim hamımızı əlifba kitabından və şifahi nitqdən plagiatda ittiham eləsələr yanılmazlar…


Şəksiz ki, mütaliə təsir altına salır. Amma havaya çıxıb da həmin havanı udmamaq öldürücü bir şeydir, bunu iddia etmək isə gülüncdür. Məqsədi ədəbiyyat yazmaq olanlar bundan qorxurlar, məqsədi həqiqət olanlar bilir ki, bu qızılca kimi şeydir, peyvənd yoxdur, qəbirdə də olsa yaşayacaqsan bu mərəzi. Yaxşı olar tez keçsin.


İstedad verilir. Bu mənada hamı seçilmiş, hamı istedadlıdır. Bütün körpələr gözəl olan kimi. Amma istedad cilalanır. Əlbəttə ki, zəhmətlə. İstedad hamıda cilalanmır.


Yazarın ən böyük işi sükutdur- mütaliə ilə sükut, düşüncə ilə sükut. Yalnız bundan sonra yazmaq kimi başqa bir sükut gəlir (yazmaq da sükutdur).
Yaxşı olar ki, biz düzgün kitabları düzgün oxuyaq. Düzgün sükut edək. Bilirsiz, bir var pəhriz, bir də var oruc…. Ikisi də xeyirlidir, amma başqa-başqa şeylərdir. Məsələn, mənə hərdən elə gəlir ki, Borxes oruc tuturdu, Koelyo isə pəhriz saxlamağa cəhd edir.

04 oktyabr, 2015-ci il

Bu yazı “sim-sim.az”/ Ömər Xəyyamın sorğusuna cavab kimi yazılıb.

Müəllif: Səlim BABULLAOĞLU

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən – Füzuli

Əbilin gündəliyindən:
Füzuli haqqında
20 aprel 2007: – Füzulinin böyüklüyünü kim anladı? Çoxları dedi mən! Əslində, heç kəs. Füzuli zirvədi. Elə bir zirvə ki, bizim dünyamızla o zirvə arasında bir tək yol var. O yol gözə görünməz, bilinməz. O hiss edilir. Aşiq olmayanlar o yolu görməzlər. Tutaq ki, aşiq oldun və o yolu gördün, tapdın. Ancaq bu da yetməz. İş orasındadır ki, o yolu aşiqlər görsə də gedə bilməzlər. O yolu yalnız və yalnız aşiqliyi dərk edənlər gedə bilər. Dərk etmək üçün isə Məcnun olub, onun yaşadıqlarını hiss etməlisən. Allahı dərk edib Leyli kimi gözəli yaratdığı üçün ona həmdü sənalar etməlisən. Sevginin Məcnununa çevrilməyi bacarmalısan. Bax bu zaman Füzulini dərk edə bilərsən. Əgər bütün bunlar səndə yoxdursa o zaman sən Füzulini dərk edı bilməzsən.
Sevsən, aşiq olsan belə Məcnina çevrilə bilməmişsən. Füzuli sənin üçün yalnız uzaqdan seyr edilən əzəmətli bir zirvədir. Zirvələr hər zaman gözəldir, onun gözəlliuindən feyz alanlar üçün. Zirvələr gözəldir,fəqət, zirvələri sevən, yuvaları zirvədə olan qartallar üçün.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Üzeyir Hacıbəyovun sonuncu doğum günü – Foto (1948)

Üzeyir Hacıbəyov 139 il.
Dahi Üzeyir bəyin son doğum günü.
18 sentyabr 1948 ci il.
Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru