SƏNİ KÖÇÜRƏCƏM SEVGİ ŞERİNƏ…

SƏNİ KÖÇÜRƏCƏM SEVGİ ŞERİNƏ…

Səni köçürəcəm sevgi şeirinə,
Dilimdə adınla hallanacaqsan.
Kəlmələr seçəcəm sənin xətrinə,
Dedikcə lalətək allanacaqsan…

Saçların şeirimlə sığallanacaq,
Sözümdə, misramda bir meh nəfəsi.
O gün dodağında gül ballanacaq
Coşacaq bülbülün öpmək həvəsi…

Gözlərin olacaq təşbehim, ölçüm,
Təmizlik tapacaq öz qiymətini.
De, hansı misranın gücüylə ölçüm
Sənin dünya boyda məhəbbətini?!

Yerişin, duruşun hazırca nəğmə,
Sən bir ilahisən xəbərin varmı?
Şair ilhamının gücünə rəğmən
Tanrı qüdrətini vermək olarmı?!

Səni köçürəcəm sevgi şeirinə,
Bir qəlbə sığacaq o boyda aləm.
Baş-başa verəcək sənin xətrinə
Can-ciyər olacaq fırçayla qələm.

Xəyallar içində gedib dərinə,
Bir məqam seçəcəm üzün güləndə.
Səni köçürəcəm sevgi şeirinə,
Bəxtəvər olacaq sevgi də, sən də!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Novruzlu yazır

GÜLNARƏ İSRAFİL: “MƏN GÜNƏŞ ÖMRÜ YAŞAYIRAM”

“Daha tənha qalardıq
Olmasaydı yalnızlı”

(Emili Dikenson)

“Torpaq adamlar”, “İki”, “Sirran” şeir kitablarının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü – dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı haqqında günlərlə danışa bilərəm, şeirlərindən yazın nəfəsi, yayın nəfəskəsən istisi, payızın kədəri, qışın qırovu, dağların kəklikotusu, çəmənlərin kəpənək şıltaqlığı duyulan, insan ömrünün bir rəssam fırçası ilə çəkilib boyanmış əksi görünən imzamızın müasir ədəbiyyatımızdakı yeri təkrarsızdır. Azərbaycan ədəbiyyatının günəş ruhlu imzası Gülnarə İsrafildən bəhs edərkən amerikalı şair Emili Dikensonun yuxarıda qeyd etdiyim misralarını əbəs yerə xatırlamadım. Çünki Gülnarə İsrafilin göyqurşağı kimi rəngarəng və çoxşaxəli yaradıcılığının özəyi, kökü ruhun yalnızlığının təcəssümü oldu mənə görə. Eyni zamanda öz dövrünün oxucuları üçün E. Dikensonun da yazı dili Gülnarə İsrafilin şeir dili kimi qəliz gəlirmiş. Əslində bu “qəliz” sözünün gerçək anlamı odur ki, bu şeirləri anlamaq üçün oxucunun savadı, dünyagörüşü olmalıdır. Onun şeirlərindəki qəhrəmanlar ən xoşbəxt anlarında belə yalnızlıq larını unutmurlar. Eynilə “Tənha ağac” şeirindən olan bu misralar kimi :
“Eyni mənim bənzərim
Tənha ağac, tək ağac
İki qola ayrılıb
Yer üstünə yük ağac.”

Şairin yaradıcılığı həm də dilimizin zənginliyini, özəlliyini, gözəlliyini təcəssüm etdirir. Mənim fikrimcə dil də təbiətin özü kimi zamanla aşınmaya məruz qalır, Gülnarə İsrafilin şeirləri isə yarğanın çəmbərinə əkilmiş, kökləri dərinliklərə şaxələnmiş yamyaşıl ağaclar kimi dilimizi aşınmaqdan qoruyur, “Kəndimiz” şeirindən bu möhtəşəm misraları xatırladım :

“Cığırları soluxlanır Sərkərin,
Dəyə quran dəyəsində yaşlanıb.
Qaraçökək qoruq yeri əzəldən,
Gül-çiçəyi kərəntəyə süslənib.”

Ruhumu oxşayan rəngarəngliyin çalarları arasında bir rəng gördüm, unutduğum adını xatırladım, bir söz məni sehirləyib uşaqlığıma götürdü. Uşaqlığımın mürəkkəb qabı olan qələmlərini özlədim,” Baryum buludu” şeirini bir başqa sevdim :

“Yeddi rəngin təpəgözü –
Şimşəklərin qığılcımı,
Bir qaztopu suyun şövqü
halqalarda toz ilğımı
sıçrayışa.
Ev boyda qara qartopu,
narıncı, sarı çir yeli.
Yeddi rəngi yumurtladı
yaşıl, hava, göy, çirneli
anlayışa.”

Yaxşı bilirik ki, körpə ana bətnində olandan ananın əhval – ruhiyyəsini duyur, ananın sevinci, kədəri körpəyə də sirayət edir. Şairimizin qəhrəmanı anasının kədərli halından təsirlənib zamanı qabaqlayıb vaxtından əvvəl böyüdüyünü, ruhunun yaşlandığını dilə gətirir :

“Yaşadığım, yazmadığım köhnəlib,
Atam deyir, iş – güc qalıb böyüyüb.
Anamın da qımqıması susandan
Yaddaşımda gizlənqaçım körüyüb.”

Şairin sazlı-sözlü keçmişimiz olan Aşıq ədəbiyyatının nəfəsi duyulan misraları da bir başqa gözəldir. “Qadan alım” şeirinin dilinin şirinliyi, axıcılığı ilə sazın sədası gəlir qulaqlarımıza :

“Gözəl yarım, göndərmişəm naməni,
Götür, cavab söylə, al, qadan alım.
Qəm üstündə köklənibdir” Kərəmi”
Dilləndir sazını, çal, qadan alım. “

Şifahi xalq ədəbiyyatı nümunələrimizdən olan bayatıları da unutmayan şairin yaradıcılığında bayatılar da özünəməxsus yer tutur. Qəlbimi göynədən bayatılardan birində şair Qarabağ dərdimizin müharibəsiz sağalmayacağını, sülhün, ədalətin bərqərar olması aparılan danışıqların faydasızlığını vurğulayır. Və biz zamanla bu uzaqgörənliyin şahidi oluruq :

“Tar susub, dilə gəlməz,
Bülbüllər gülə enməz,
Əldən gedən Qarabağ
Şəhidsiz ələ gəlməz.”

Türklüyümüzü, kimliyimizi xatırladan, Tengridən, şamandan bəhs edən, bir şeiri ilə tarix vərəqləyən şairimiz Ön Asiyadan Sibirədək kök salan, haramdan uzaq olan bəy dədələrimizi xatırladır, Van gölünü, Xəzəri, Urmiyanı, Kərkükü, Anadolunu, Etrüskləri, Arattanı anır :

“Qut tenqri,
Göy tenqri,
Şaman ayin,
köç yeri.
Tamğalı
Qobustan qayaları.
Huydum –
hun dam.
Yay düzəldən,
ox atan.
Günəş tanrı,
Günəş adam,
Hun atam!”

Deyirlər ki, öz ağrını duyursansa canlısan, başqalarının ağrısını duyursansa insansan. Şair insanın, ağacın, torpağın, daşın ağrısını dilə gətirir. Gülnarə İsrafil başqalarının ağrısını, acısını o qədər gözəl duyur ki, bu acı ilahiləşir, gözəlləşir, sözün əsl mənasında sevilir.” Kəndimiz “şeirindəki ağrının tərənnümünə, təsvirinə diqqət yetirək :

“Karxanaya döndəriblər Xalxalı,
Yastı daşı kamaz-kamaz daşınır.
Sinəsini ovuq-dəlik edəndən
Göy çəmənin ağrıları qaşınır.”

Fransız yazıçısı Gi de Mopassanın “Bir yaz axşamında” hekayəsindəki Lozan xala obrazını çox sevirəm. Gülnarə İsrafil də Mopassan kimi qadınlardan yazanda çox maraqlı, adi vaxtlarda bəlkə heç kəsi cəlb etməyən məsələlərə toxunur, necə ki, Mopassanın “Bir yaz axşamında” hekayəsi cəmi bircə cümlə üzərində qurulub: “O, səndən soruşdu ki, “sənin qəşəng, pənbə ayaqcıqların üşümədi ki” heç kəs, heç vaxt… heç vaxt… mənə bu cür söz deməyib! Heç vaxt! Heç vaxt!” Heç vaxt ailə qurmamış Lozan xala nişanlı olan bacısı uşaqlarının söhbətini eşidir. Oğlanın qıza nəvaziş göstərməsi Lozan xalanı ağlamağa vadar edir. Çünki heç vaxt kimsə ona belə nəvazişli, xoş söz deməyib. Və Şairin “Bu qız” əsərini oxuyanda həmin Lozan xalanı xatırladım, ruhum yenidən göynədi :

“Mən də bilirəm ki,
bu, o qız deyil.
Saçları sığalsız qızdır.
Hər gecə saçlarının dənini sayan qızdır
Bu, tənha qızdır.
…
Bu qız
yuvasız qızdır,
laylasız qızdır.
Bax, bu qız balasız qızdır.
Heç böyümədi ki…
Heç böyüdüyünü görmədim ki…”

Dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı da eynən günəş kimidir. Bu günəş şairin misralarında gah sübh çağı səmadan boylanıb zərif işıq saçır, gah da istisi, alovu ilə nəfəsimi qarsıdır, gah da ki, axşamın qürub çağında yür üzündən küsüb, boynunu bükmüş kimi inzivaya çəkilir. Zülməti, ruhları nura boyayıb, hər kəsin içini isidən günəşin əslində özünün yalnız olduğunun fərqinə varan, həyatda yanlış etməməyə çalışan, başqalarının səhvlərini düzəltməkdən yorulmuş, lazım gələrsə arzularını, gələcəyini həqiqətə, öz doğrularına qurban verə biləcək qədər cəsur olan qəhrəman öz yalnızlığını Günəşin yalnızlığına bənzədir :

“Di get!
Mən Günəş ömrü yaşayıram.
Uşaq qəhqəhəsinə
yarımyuxudan oyandım…”

Müasir ədəbiyyatımızın möhtəşəm imzası, Günəşi – dəyərli Gülnarə İsrafilə yeni – yeni yaradıcılıq uğurları arzulayıram. Janna Dark ruhlu bu vətənpərvər qızın “kralların paxıllığına” məruz qalmamağını, ədəbi mühitimizdən layiq olduğu dəyəri zamanında görməyini arzu edirəm. Və şairimizə özünün bu ecazkar misraları ilə xitab edirəm :
“Sən Günəş ol, yer üzünü isindir,
Yatır, oyat sabahları, diksindir!
Yer əlifdir, yer əlmasdır, göy” sin”dir,
Bir göy yarat, bir göy böyüt, göy sindir.”

MÜƏLLİF: TURAN NOVRUZLU

GÜLNARƏ İSRAFİLİN YAZILARI


MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD yazır

Eyvaz Zeynalovun “Bayram payı” adlı hekayəsinin əks-sədası türk dərgisində

“Folklor Akademi” dərgisinin 2025-ci ildə ilk nömrəsi dosent doktor Erhan Solmazın redaktorluğu ilə çap edilib. Türk dünyasının qədim, sevimli bayramı olan Novruz günlərində işıq üzü görən dərginin bu sayında müasir Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Eyvaz Zeynalovun “Bayram payı” adlı hekayəsi ilə bağlı araşdırma yazı da yer alıb. Bu da təsadüfi deyil, belə ki, Novruz bayramı Azərbaycanda da həmişə xalqın yaddaşında çox əziz mərasimlərdən olub. Müəyyən dövrlərdə bu milli bayrama müxtəlif donlar geydirilməyə çalışsalar da Novruzu insanların qəlbindən silib atmaq mümkün olmayıb. İstedadlı yazıçımız Eyvaz Zeynalov da tarixi çox qədimlərə gedib çıxan Novruz bayramını “Bayram payı” adlı hekayəsində özünəməxsus bir dillə xalqımızın başına gətirilən Qarabağ müsibətləri və Xocalı faciəsinin fonunda oxucuya təsirli vasitələrlə çatdırıb. Qeyd edək ki, hekayə haqqında araşdırma yazının müəllifləri Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, Əəbiyyat dili uzmanı, Uşaq ədəbiyyatı araşdırmaçısı, doktor öyrəncisi Yaşar Sözen və dosent doktor Soner Sağlamdır.


Araşdırma yazısında Eyvaz Zeynalovun Azərbaycan ədəbiyyatının görkəmli çağdaş simalarından biri olduğu qeyd edilir. Bildirilir ki, E.Zeynalov həm böyüklər, həm də uşaqlar üçün maraqlı və dəyərli əsərlərin müəllifidir. O, Azərbaycan uşaq ədəbiyyatında hekayə və nağıl janrında qələmə aldığı əsərləri ilə tanınır. Müəllif uşaqlar üçün xüsusi olaraq yazdığı hekayə və nağıllarda milli-mənəvi, dini, ictimai və ümumbəşəri dəyərləri uğurla işləyib balaca oxucuya çatdırır: “Bu kontekstdə Eyvaz Zeynalovun təmsil etdiyi uşaq ədəbiyyatı missiyası və funksiyası olan bir ədəbiyyatdır. Uşaq ədəbiyyatının missiya və funksiyasını açan əsas komponentlərdən biri də uşağa uyğunluq prinsipidir. Tədqiqatın mövzusu olan və müəllifin uşaqlar üçün yazdığı “Bayram payı” adlı hekayə mətni uşağa uyğunluq prinsipinin daxili struktur elementləri (mövzu, qəhrəmanlar, dil və rəvayət, mesaj) baxımından işlənmiş və araşdırılmışdır. Hekayənin mətni uşaq hekayəsi və nağıl təhlillərində də istifadə olunan mətn mərkəzli struktur metodu çərçivəsində tədqiq edilmişdir. Bu üsulla mətni təşkil edən daxili struktur elementlərin xüsusiyyətləri ətraflı şəkildə açılır. Tədqiqatın konseptual çərçivəsini daha yaxşı başa düşmək üçün “Bayram payı” adlı hekayənin mətni tədqiqatın sonunda həm orijinal, yəni Azərbaycan türkcəsində, həm də türk dilinə tərcümə edilmiş şəkildə verilmişdir. Təhlil nəticəsində məlum olmuşdur ki, hekayə mətni Azərbaycan uşaq ədəbiyyatının mühüm bədii və ədəbi əsərləri sırasındadır”.
Qeyd edək ki, bu ilin yanvar ayında Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2025) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin F.Köçərili adına Uşaq Kitabxanasında müzakirəsi də aparılmışdı.
Doktor Yaşar Sözen təqdimat zamanı Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə – Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırdığını bəyan etmişdi. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Burada Eyvaz Zeynalovun hekayələrinin geniş tədqiqatı aparıldığı xüsusi vurğulanmışdı.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qərib MEHDİ – ŞƏRQ KİŞİSİ

ŞƏRQ KİŞİSİ
(esse)

Qocalığın ödənişsiz mükafatları var: «qocalıq, ucalıqdır», «Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma». Nəsillər arasında bölgü də diqqəti çəkir: «Su kiçiyin, yol böyüyündür». Bəli, bu hikmətlər, bu öyüdlər ödənişsiz ödüllər kimidir.
Dildə deyiləni işdə, əməldə yoxlamaq gərək.
Kişi də, əliuşaqlı qadın da binanı tərk etmək üçün ikitaylı, enli, hündür qapıya yaxınlaşdılar. Bayıra çıxmaq lazım idi. İlkin olaraq qapıdan kim keçməli idi? Qoca kişi, yoxsa əliuşaqlı gənc qadın.
İkisi də eyni vaxtda duyğusal yol seçməyə girişdi. İlk olaraq, gənc, əliuşaqlı qadın qapının dəstəyinə əl uzadaraq qocaya xidmətdə bulundu:
– Keçin.
Qoca təklifdən ustalıqla imtina etdi və dəstəyi qadının əlindən aldı:
– Mən qapını saxlamışam. Siz keçin, sonra mənə növbə çatar.
Qadın davranışa edilən düzəlişi qəbul etmədi:
– Siz böyüksünüz. Yol da böyüyə məxsus olmalıdır.
Qoca razılıqla başını tərpətsə də, qadının lütfkarlıqla etdiyi təkliflə barışmadı və bu imtinanın səbəbini açdı:
– Mən böyük deyiləm, mən yaşlıyam. Böyük sizsiniz, – qadının əlindən tutduğu uşağa işarə edərək fikrini davam etdirdi. – Tanrı dünyaya övlad gətirməyi sizə etibar etmişdir. Bundan uca böyüklük olarmı? Böyüklük sizə məxsusdur. Yol sizindir. İlkin keçid eləmək sizin haqqınızdır. Xahiş edirəm…
Gənc qadının çöhrəsinə təbəssüm yayıldı. Sanki Yer kürəsi adlanan dünyanın işıqlı üzünü ona verdilər. Təklifi qəbul etdi. Bax, Şərq kişisinin qanacaq missiyası budur.
12.03.2025

Müəllif: Qərib MEHDİ

Qərib MEHDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qənirə Paşayeva – 50

Qənirə Paşayeva – 50

Bu gün Türk dünyasının sevilən qızı, Azərbaycanın Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri (2020-2023) Qənirə xanım Paşayevanın anadan olmasının 50-ci ildönümüdür. İlyarıma yaxındır ki, haqq dünyasına qovuşan, bir gün olsun belə unutmadığımız Qənirə xanımın əlamətdar yubileyini onsuz qeyd edirik.

Haqq dünyasına qovuşmuş xeyirxah, Vətəncanlı bir aydının yubileyi necə qeyd olunur? – Onun xidmətlərini xatırlamaqla, ruhunu şad etdiyimizə inandığımız işlərlə!
Qənirə xanımın ruhunu şad edən işləri isə onun könül dostları əzbərdən bilir: əl tutmaq, xeyirxahlıq etmək, haqqın yanında durmaq; ümidsiz olmamaq, haqqın incəlsə də, üzülməyəcəyinə inanmaq və bu ruhda yaşamaq. O, haqqın zəfərinə, Xeyirin Şər üzərində qələbəsinə o qədər inanır və bunu o qədər təbliğ edirdi ki, inanmamaq mümkün olmurdu… Qarabağın düşmən tapdağından qurtuluşuna inandığı və inandırdığı kimi! Çünki o, Yaradanına inanırdı; o, xalqımıza, dövlətə, dövlət başçısına, ordumuza, gəncliyimizə dərin inam içindəydi.

Qənirsiz Qənirəmizin bu gün 50 yaşı tamam olur.
Özü bu həyatda olsaydı, nə deyərdi? – Məni təbrik etmək istəyirsiniz? O zaman gəlin, məktəblilərə kitab bağışlayaq, özünü tənha və unudulmuş sananları ziyarət edək, könüllərini alaq. Gedək, şəhid ailələrimizi ziyarət edək, anaların əlindən öpək, qazilərimizə sayğımızı bildirək. Bir gənc istedadın qayğılarını bölüşək – kitabını çıxaraq, sərgisini təşkil edək… Bu, mənim üçün ən gözəl təbrik olar! – Eynən belə deyərdi!..

Bəli, Qənirə xanımın adının qarşısında bir sıra önəmli titul və təltiflər qeyd edə bilərik. Amma bunların heç birini yazmasaq da, qədirbilən insanlar yaxşı bilir ki, o, imzasını titula çevirməyi bacarmış bir üfüqügeniş Vətən övladı idi!
Qənirə xanımın çoxsaylı yazıları, kitabları, filmləri, layihələri bu gün də öz güncəlliyini saxlayır və hələ uzun illər də güncəl olacaqdır. Habelə minlərlə insanın qayğılarına göstərdiyi həssaslıq, yetkisinin çatdığı qədər etdiyi dəstəklər, universitetlərdəki, Milli Məclisdəki yaddaqalan çıxışları və xeyirxahlıqları da unudulmazdır.

O, onu sevənlərin, tanıyanların, bilənlərin qəlbində, qələmində, dilində yaşayır və yaşayacaqdır.

Qənirə xanımın xatirəsini anan, onun haqqında öz ürək sözlərini qələmə alan, tədbirlər təşkil edən, onu unutmayan hər kəsə könül dolusu təşəkkürlərimizi yetiririk!

Qənirə Paşayeva Səməd Vurğunun Üzeyir bəy Hacıbəyliyə ithaf etdiyi şeiri, özəlliklə də bu bəndi çox sevər, tez-tez səsləndirərdi:

“Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər…”

İndi biz Qənirə xanımın özünü bu ölümsüz misralarla anırıq…

Ruhu şad olsun!
Sayğı və sevgi ilə anırıq.

Mən – Əzizə Əliağayeva

“MƏN KİMƏM?”

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI ƏZİZƏ ƏLİAĞAYEVADİR.

– Salam, Əzizə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü  oxucularımıza necə təqdim edərdiniz? Buyurun.

Mən Əzizə Əliağayeva 29 iyul 2007-ci ildə Azərbaycanın cənnət guşələrindən olan Cənub regionunda- Lerik rayonunda anadan olmuşam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji universitetinin
Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıram. Uşaqlıqdan ədəbiyyata olan marağım mənim akademik maraqlarımı formalaşdırıb. Fəlsəfə və incəsənət sahəsində həvəskar araşdırmaçıyam. Hazırda fəlsəfə və ədəbiyyat sahəsində oxuduqlarını sosial platformalarda, həvəskar internet saytlarında paylaşıram. Hekayə və məqalə yazarlığı edirəm, sosial hadisələrə publik olaraq şərh verirəm. Məktəb vaxtlarımdan tədbirlərdə aparıcılıq etməyi, layihələrdə və tədbirlərdə aktiv iştirak etməyi sevmişəm. Mütaliələr ilə söz bazamı və düşüncə standartlarımı genişləndirmişəm. Azərbaycan, Rus və İngilis ədəbiyyatı gələcəkdəki tədqiqatlarımın ön planı olacaq. Musiqi və incəsənəti nəzəri olaraq tədqiq etməyi sevirəm. İndiyə qədər bir çox Gənclər və idman nazirliyinin regional ərazilərdə keçirdiyi tədbirlərdə, yarışlarda aktiv iştirak etmişəm. Hazırda poeziya və hekayə yaradıcılığımı gücləndirməyə çalışıram. Həmçinin könüllülük fəaliyyətini sevirəm. Hazırda özümü inkişaf etdirmək üçün müəyyən layihə kontentləri hazırlamağı planlaşdırıram.

Hazırda postmodernist və realist yazılar əsasında hekayəçilik etməyi planlaşdırıram.

 ƏZİZƏ ƏLİAĞAYEVANIN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

АКЫНЫМ – ШАЙЫРҒА

АКЫНЫМ
(Зуурага ыр белек)

Купул толгон ыр жазасың акыным,
Көөдөндөгү сөздүн терип асылын.
Ыр дүйнөгө, жаралгансың башкача,
Элиң үчүн бийик сенин кадырың.

Таштак жолдон тайбай басып өткөнсүң,
Талантыңа таамай көңүл бөлгөнсүң.
Тагдырыңа келген канча сыноону,
Тайманбастан ырың менен жеңгенсиң.

Ыр жазасың терип сөздүн берметин,
Ыр майданда ат салдырбай келесиң.
Талпына бер талыбасын канатың,
Түпкүлүгүң Кара-Кулжа жерденсиң.

Таланттууга кулачыңды кересиң,
Таптап ага мееримиңди төгөсүң.
Канат күүлөп учурасың бийикке,
Төрдүн дагы сыйлуу жерин бересиң.

Уча берсин сен ээрчиткен таланттар,
Учалбаган дагы канча талант бар.
Узун көчтүн улаштырып чынжырын,
Улуу көсөм устат болуп жүрө бер.

Жазган:
АШИМОВА ТУРГАНБҮ курбуң

Кара Кулжа кызы

   ШАЙЫРҒА

  ( Зуураға арналған қосық )

Қатар толған қосық жазар шайырым,
Ғәзийнеңде сөздиң терип ҳасылын.
Илҳәм дүнья жаралғансаң басқаша,
Елиң ушын бөлек сениң қәдириң…

Таслақ жолдан таймай басып өткенсең,
Талантыңа тынбай кеўил бөлгенсең.
Тәғдириңе келген талай сынаўды,
Тайсалмастан қосық пенен жеңгенсең…

Қосық жазып келтиргенсең келбетин,
Жарыспақта ат өткермей келгенсең.
Талпына бер, талмасын қанатың,
Түп негизиң Қара – Қулжа жерденсең…

Талантлыға қушағыңды кересең,
Таплап оған мийримиңди төгесең.
Қанат қомлап ушырасаң бийикке,
Төрдиң және сыйлаў жерин билесең…

Уша берсин сен өршиткен талантлар,
Жете алмаған еле қанша талант бар.
Узын көштиң жалғастырып шынжырын,
Уллы көсем устаз болып жүребер…

Жазған :
Ашимова Турғанбу.
Қара – Қулжа қызы…

Қырғыз тилинен ; Қарақалпақ тилине аўдарған;Жансая Бийбимәрьям Утамбетова…

Qan və Qaranlıq Arasında – Mirzə Alik

Aleksey Balabanovun “Жмурки” filmində post-sovet xaosu

Aleksey Balabanovun “Жмурки” (2005) filmi post-sovet Rusiyasının 1990-cı illərini qrotesk və qara yumorla təqdim edən, eyni zamanda rejissorun ən sərt və cəsarətli əsərlərindən biridir. Filmin adı “kor-be kor” kimi tanınan bir uşaq oyununa istinad etsə də, burada məcazi anlamda insanların ölümə və həyatda kor-koranə addım atmasına işarə edir.

Balabanov burada klassik kriminal film janrına yeni nəfəs verir. “Жмурки” təkcə qan, zorakılıq və narkotiklərin hökm sürdüyü bir mühitin hekayəsi deyil. Bu film həm də ideologiyanın çökməsindən sonra yaranan mənəvi boşluğun kinematoqrafik portretidir. Rejissor hadisələri 90-cı illərin mafiyalaşmış Rusiyasında cərəyan etdirir. Burada qanun yoxdur, yalnız pulla və zorla danışan qaydalar mövcuddur.

Baş qəhrəmanlar – Sergey və Simon – qatil olsalar da, sadəlövh və gülməli tiplərdir. Onların əməlləri amansız, amma təqdimat forması ironikdir. Balabanov burada məhz rus insanının bu xaos içində necə yaşadığını, necə gülməli və qorxulu bir varlığa çevrildiyini göstərir. Bu, Tarkovskiyə və ya Sokurova məxsus poetik dərinlikdən uzaq, lakin eyni dərəcədə fəlsəfi və sərt bir yanaşmadır.

Filmin vizual dili qaranlıq və reallığa yaxın üslubdadır. Kamera hərəkətləri qəfil, montaj isə sürətlidir. Bu, tamaşaçını daim bir gərginlik və qeyri-müəyyənlik içində saxlayır. Hər an baş verə biləcək ölüm hissi – film boyu davam edən ironik zarafatların fonunda – post-sovet insanının psixoloji durumunu təsvir edir.

“Жмурки” filmi eyni zamanda SSRİ-dən çıxmış cinayət ideologiyasının satirasıdır. Burada kommunist ideologiyasının çöküşündən sonra yaranan boşluğu dolduran yeni “qəhrəmanlar” – killerlər, narkobaronlar, saxta biznesmenlər – əski dünyanın dəyərlərini tamamilə məhv edirlər. Xüsusilə də filmdəki keşiş obrazı – dini simvolizmin də saxtalaşdığını və dəyərlərin məhv olduğunu göstərir.

Film boyunca Rusiya cəmiyyətinə edilən kinayələr – həkimlərin rüşvət alması, milis əməkdaşlarının cinayətkarlara işləməsi, təhsilin və səhiyyənin satılması – post-sovet nihilizminin açıq etirafıdır. Balabanov bu nihilizmi gülməli, amma soyuq və kədərli bir dildə çatdırır.

Rejissorun digər filmlərində də rast gəldiyimiz kimi, “Жмурки”də də bir növ absurd teatr elementləri hiss olunur. Lakin bu teatr burada real həyatın parodiyası kimi çıxış edir. İnsanların heç bir prinsipi qalmayıb – həyat ucuz, ölüm adi haldır. Filmin sonunda isə hər şey olduğu kimi davam edir – dəyişən heç nə yoxdur.

Balabanovun bu əsəri onu göstərir ki, 1990-cı illərin Rusiyası yalnız siyasi və iqtisadi böhranla deyil, həm də dərin mənəvi deqradasiya ilə yadda qalır. “Жмурки” filmi bu deqradasiyanın ən qrafik və sarsıdıcı kino ifadəsidir.

Bu film təkcə keçmişin yox, bu günün də filmidir. Çünki Balabanovun göstərdiyi boşluq – insanın özünü və dəyərini itirməsi – post-sovet məkanında hələ də aktualdır. Və bu mənada, “Жмурки” bir xatırlatma deyil, bir xəbərdarlıqdır.

Əlavə Qeydlər

Məşhurların Fikirləri:

Aleksey German Jr. (rejissor): “Жмурки Balabanovun ən kobud, amma ən dürüst filmidir. O, bizim qaranlıq illərimizi karikatura kimi göstərir, amma bu karikatura içimizi üşüdür.”

Andrey Zvyagintsev (rejissor): “Bu film gülməli görünə bilər, amma əslində çox faciəvidir. Balabanov Rusiyanın ruhunu zorakılıqla dolu bir cizgi filmi kimi təqdim edir.”

Sergey Bodrov Jr. (aktyor, “Brat” filmindən): “Balabanov insanın içini açır. Жмурки isə onun ən sərt açdığı qutudur.”

Maraqlı Faktlar:

  1. Real hadisələrə əsaslanır – Filmin bir çox epizodu rejissorun eşitdiyi və ya araşdırdığı real cinayət hadisələrindən götürülüb. Balabanov 90-cı illərin Rusiya mətbuatını yaxından izləyib.
  2. Filmdəki keşiş obrazı – Filmdə rus pravoslav keşişinin narkotiklərlə bağlı dialoqu geniş rezonans doğurmuşdu. Balabanov bu obrazla dinin də necə deqradasiyaya uğradığını göstərmək istəmişdi.
  3. Ciddi reaksiyalar doğurdu – Film Rusiyada yayımlandıqdan sonra həm mədəni elit, həm də tamaşaçılar arasında böyük mübahisələrə səbəb oldu. Bəziləri onu “cəmiyyətə təhqir”, digərləri isə “ağrılı həqiqət” adlandırdı.
  4. Qara yumor və şiddətin harmoniyası – Tənqidçilər “Жмурки” filmini “Quentin Tarantino ilə Dostojevskinin birləşməsi” adlandırıblar. Qan və fəlsəfi altqatda olan nihilizm bu filmi unikal edir.
  5. Qadağa təhlükəsi – Rusiya Mədəniyyət Nazirliyi filmin yayımını məhdudlaşdırmağı belə müzakirə etmişdi, lakin filmin satirik və estetik çərçivəyə salınması bu addımı önlədi.
  6. Ssenari yazılarkən aktyorlar improvizasiya edirdi – Bir çox səhnələrdə dialoqlar yazılı formada yox idi. Balabanov aktyorların azad improvizasiyasına geniş yer verib, bu da filmi daha “real” və “həyatın içindən” etmişdi.
  7. Kult statusu – Zaman keçdikcə film tənqidçilər tərəfindən daha çox dəyərləndirildi və bu gün “kult” statusu qazanmış Balabanov filmlərindən biri sayılır.

Müəllif: Mirzə Alik

MİRZƏ ALİKİN YAZILARI

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Bu axşam

ZAUR USTACIN YAZILARI

BU AXŞAM…
Bu axşam yenə də gəlmədin, gülüm…
Gözləyə-gözləyə qaldıq masada;
Bir ağ kağız idi, bir sarı qələm,
Pəncərə önündə üşüyən çayın,
Bir də öləziyən şamdı kasada….
Sarı yarpaqlar da elədi xiffət,
Hər səni görəndə gülən, sevinən…
Pəncərə şüşəsi ağladı xəlvət…
Çiyninə saldığın şalın üşüdü,
Halsız uzanıbdı, tir-tap masamda….
* * *
Bu axşam yenə də gəlmədin, gülüm…
Ocaqda üşüyən odun ağladı,
Yataqda büzüşən yorğan ağladı,
Tək mənim vecimə omadı heç nə…
Dildə tez-tez dedim; gəlmir, gəlməsin…
İçin-için yandım bir mehə təşnə…
Yerin dəyişdiyin külqabı qəmgin,
Bir qəfil toxunuş gəlir işinə,
Mütəkkə qolunu gəzir bu axşam,
Rəqqas bir qapaza həsrət masamda….
29.09.2022. Bakı.

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xalq yazıçısı Süleyman Rəhimov və şair, dramaturq Mirmehdi Seyidzadə

Xalq yazıçısı Süleyman Rəhimov və şair, dramaturq Mirmehdi Seyidzadə. Ötən əsrin 70-ci illəri. Bu gün Süleyman Rəhimovun doğum günüdür. Kiminə görə onun çoxcildli “Şamo” romanı qəşəngdir, kiminə görə “Kəsilməyən kişnərti” əsəri, “Mehman”ı və digərləri. Mənə görə Süleyman Rəhimov yaradıcılığının gücü onun “Saçlı” romanında təzahür edir. “Saçlı” əsəri, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının ən gözəl 10 romanı içərisində ilk sıralarda dayanır.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru