Əziz dostlar, gözəl insanlar! Deyirəm, ürəyimdə qalmasın, axşam-axşam bir növ borcumdan çıxıram. Azərbaycanın kitab bazarında, nəşriyyat sektorunda kök salmış sistemli bir xaosu və süni intellekt proqramlarının bədii ədəbiyyatı sürətlə məhvə sürükləməsindən doğan milli təhlükəni diqqətinizə çatdırmaq istəyirəm. Aydındır ki, bədii tərcümə tarix boyu müxtəlif elmi-nəzəri yanaşmaların və fərqli yaradıcı məktəblərin mübarizə meydanı olmuşdur. Bu sahədə adekvatlıq və ekvivalentlik prinsiplərini əsas götürənlər, bədii mətnin adaptasiyasını, yerli mühitə uyğunlaşdırılmasını müdafiə edənlər, yaxud orijinalın sintaktik strukturuna sadiqliyi, hərfi tərcüməni ön plana çəkənlər və s. hər zaman mövcuddur. Bütün bu yanaşmalar bədii tərcümənin daxili zənginliyini təmin edən qanuni eksperimentlər, estetik seçimlərdir. Ən əsası da, insan zəkasının, fərdi üslubun, məsuliyyətin məhsuludur. Lakin süni intellekt proqramlarını həyata keçirdiyi mexaniki proses heç bir tərcümə məktəbinə, metodologiyasına və ya estetik cərəyana aid edilə bilməz; maşın tərcüməsi bədii mətnin fəlsəfəsini, alt qatındakı metaforik düşüncəni və dilin milli ruhunu duya bilmədiyi üçün ortaya çıxan nəticə bədii yaradıcılığın açıq profanasiyası, bəsitləşdirilməsi və urvatdan salınmasıdır. Məhz buna görə də bu məsələ yaradıcılıq azadlığı sferasından çıxaraq, dövlət səviyyəsində ciddi diqqət yetirilməli və tənzimlənməli olan bir problemə çevrilir. Bədii tərcümə sadəcə bir dildəki sözlərin digər dildəki mexaniki qarşılıqlarını tapmaq sənəti deyil. Tərcümə millətin təfəkkür sistemini, dilin bədii potensialını, söz ehtiyatını və üslub zənginliyini formalaşdıran mədəni-mənəvi mühitdir, özünəxas yaradıcılıq laboratoriyası və məkanıdır. Təəssüf ki, bu gün həmin məkan ciddi bir kommersiya işğalı altındadır. Bu işlə məşğul olan bəzi naşirlər və işbazlar illərdir səsləndirilən tənqid və iradlardan heç bir nəticə çıxarmır, əksinə, cəzasızlıq mühitindən istifadə edərək öz fəaliyyət sahəsini daha da genişləndirir. Son illərdə bəzi naşirlər xərcləri minimuma endirmək və tez qazanc əldə etmək üçün dünya ədəbiyyatı incilərini Google Translate, ChatGPT və s. kimi alqoritmlərə “tərcümə” etdirir. Qeyd etdiyimiz kimi, süni intellekt bədii mətnin alt qatındakı ismarışları, bədii-estetik enerjini, üslubi çalarları, frazeoloji birləşmələri və s. və i.a. hiss etmək iqtidarında deyil. Odur ki, quru, mexaniki, aşagə səviyyəli, milli sintaksisimizə tamamilə yad olan hibrid mətnlər bədii tərcümə adı altında tirajlanır. Bu tip kitabların kütləvi satışı gənc nəslin dil bazasını zəhərləyir. Oxucu ana dilinin orijinal çalarlarını deyil, xarici dillərin, əsasən də, ingilis və rus dillərinin kalka olunmuş strukturlarını mənimsəyir və ya ümumiyyətlə əsərləri azərbaycan dilində oxumaqdan imtina edir. Maşın tərcüməsi illərini bu sahəyə vermiş peşəkar, istedadlı bədii tərcüməçilərin, peşə kodeksini gözləyən nəşriyyatların əməyini kölgədə qoyur və onları maddi baxımdan bazardan sıxışdırıb çıxarır. Bu gedişat peşəkar əməyin dəyərsizlədirilməsi, yerli tərcümə məktəbinin tamamilə məhv olması deməkdir. Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir… Bu işə kim əncam çəkəcək? Bəlkə qanunverici orqan və ya Mədəniyyət Nazirliyi? Əlaqədar təşkilatların bu və ya digər səbəbdən “tərcümə sahəsi azad yaradıcı sferadır, dövlət tənzimləməsinə gedilə bilməz” yanaşması ilə prosesdən kənarda qalmaq ehtimalını öncədən nəzərə alaraq bildirmək istəyirəm: biz dövlətdən yaradıcı prosesə müdaxilə etməsini yox, bədii tərcümə sənətini xilas etməsini xahiş edirik. Dövlətin bədii tərcüməçinin estetik seçiminə, mövzusuna və ya fərdi üslubuna, müdaxilə etməsi əlbəttə ki, qəbuledilməzdir. Lakin bu tip tərcümələrin Azərbaycan dilinin qrammatik strukturunu eybəcərləşdirməsinə, kitabı sadəcə xammala çevirən naşirlərin oxucuya açıq-aşkar kələk gəlməsinə göz yummaq yaradıcılıq azadlığından xəbər vermir, bu ən azından milli mədəni irsə qarşı laqeydlikdir. Süni intellektin bədii yaradıcılığa təhdidi bu gün qlobal mədəniyyət aləminin ən çox müzakirə etdiyi və müqavimət göstərdiyi məsələlərdən biridir. Dünya miqyasında fəaliyyət göstərən nüfuzlu tərcümə qurumları, məsələn, Beynəlxalq Tərcüməçilər Federasiyası və Avropa Bədii Tərcüməçilər Assosiasiyaları Şurası, rəsmi bəyanatlarında maşın tərcüməsinin əsərin orijinallıq statusunu məhv etdiyini bildirirlər. Fransa və Almaniyanın peşəkar bədii tərcümə birlikləri, eləcə də Avropa Yazıçılar Şurası hazırda hökumətlər qarşısında kəskin tələblər qaldırırlar. 34 Avropa ölkəsindən 55-dən çox təşkilatı və 260.000-dən çox müəllifi təmsil edən EWC tələb edir ki, əgər kitabın tərcüməsində süni intellektdən istifadə edilibsə, bu məlumat oxucudan gizlədilməməli, kitabın üzərində “Süni intellekt dəstəyi ilə hazırlanmışdır” qeydi mütləq və məcburi qaydada yerləşdirilməlidir. Avropa İttifaqının qəbul etdiyi Süni İntellekt Aktı da yaradıcı sferada maşın “yaradıcılığı”nın insan əməyini qanunsuz sıxışdırmasının qarşısını almaq məqsədi daşıyır. Azərbaycan olaraq bizim bu qlobal hüquqi-mədəni müqavimət dalğasından kənarda qalmağımız daxili ədəbi mühitimizin intiharı deməkdir. Hörmətli və həşmətli Yuxarılar, yaranmış böhranın aradan qaldırılması üçün təcili olaraq aşağıdakı addımların atılmasını təklif edirəm: Mədəniyyət Nazirliyi və ya Yazıçılar Birliyi yanında peşəkar dilçilər, yazıçılar və tərcüməçilərdən ibarət səlahiyyətli “Bədii Tərcümə üzrə Keyfiyyət və Nəzarət Şurası” yaradılsın. Çap olunan bədii tərcümə kitablarının titul vərəqində mətnin hansı metodla (insan əməyi, yaxud maşın tərcüməsi) hazırlandığı barədə şəffaf məlumatın qeyd olunması məcburi dövlət standartına çevrilsin. Tamamilə süni intellekt vasitəsilə çevrilmiş və lazımi peşəkar bədii redaktədən keçməmiş mətni “bədii tərcümə” adı altında oxucuya satan, dil korlayan nəşriyyatlara qarşı monitorinq və xəbərdarlıq sistemləri işə düşsün. Dövlət sifarişli tərcümə layihələrində və qrantlarda yalnız canlı insan əməyinə üstünlük verilsin, yerli tərcümə məktəbinin dirçəldilməsi üçün xüsusi proqramlar və müsabiqələr təşkil edilsin. İnanmaq istəyirəm ki, ölkə mədəniyyətinin bu strateji və həssas cəbhəsində yaşanan böhrana biganə qalmayıb, tərcümə sahəsinin peşəkar nüfuzunun müdafiə edilməsi istiqamətində lazımi addımları atacaqsınız.
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
DİL MƏSƏLƏSİ (1 Avqust: Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı subyektiv baxışlarım)
Ulu Öndər Heydər Əliyevin 09 Avqust 2001-ci il tarixli fərmanı ilə hər il 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Həmin gün ölkədə latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin tarixi ilə əlaqədardır. Dil və əlifba isə əslində hər bir millətin milli kimliyinin bir parçası sayılır. Milli kimlik – fərdin özünü müəyyən bir millətə, xalqa və ya dövlətə aid etməsi, onun tarixi, mədəniyyəti və dəyərləri ilə eyniləşdirməsi hissidir. Milli kimliyin əsas elementləri isə aşağıdakılardan ibarətdir: 1. Dil; 2. Tarix; 3. Mədəniyyət; 4. Milli-mənəvi dəyərlər; 5. Dövlətçilik və vətəndaşlıq. Sözümü 1 Avqust: Azərbaycan əlifbası və Azərbaycan Dili Gününə uyğun olaraq milli kimlik mövzusunun dil elementinə yönəltmək istərdim: Azərbaycan dili qrammatik və lüğət tərkibi baxımından türk dillərinə aiddir və bu dil özünəməxsus zəngin lüğət tərkibinə malikdir. Tarixi əlaqələr (ərəb və fars dilli imperiyalar və qüvvələrin istilası) nəticəsində Azərbaycan dilində ərəb və fars mənşəli sözlər peyda olmuş və zaman ötdükcə Azərbaycan dilinin tərkibinə keçmişdir. Nə qədər qəribə səslənsə də bu gün Azərbaycan dilində mövcud olan sözlərin 60-65%-nin ərəb və fars mənşəli ifadələr olduğu bildirilir. Hər bir dildə müəyyən qədər əcnəbi sözlərin mövcudluğu təbii qarşılanır və demək olar ki, dünyanın bütün dillərində belə bir durum mövcuddur. Lakin bir dildə mövcud olan ifadələrin 60-65%-nin xüsusi bir dilə və ya dillərə aid olması məsələsi sözün həqiqi mənasında təəssüfedici bir məsələdir. Bununla bağlı qəribə və acınacaqlı bir misal göstərmək istəyirəm: Azərbaycan ədəbiyyatında tez-tez işlənən “ədəbiyyat”, “şeir”, “şair”, “beyt”, “misra”, “bənd”, “heca”, “nəsr”, “nasir”, “esse”, “hekayə”, “povest” və “roman” kimi açar sözlərin heç biri Azərbaycan türkcəsində deyil, əslində ərəb, fars və latın dillərinə aid ifadələrdir. Halbuki ən azından dilçi alimlərimiz bu qəbil açar sözlər üçün öz dilimizdə oxşar və uyğun ifadələr tapa və təyin edə bilərdilər. Çünki millətimiz ərəb, fars və rus imperiyalarının istilası altına düşməzdən əsrlər öncə ədəbiyyat sahəsində söz sahibi olmuş, öz şairləri və yazarları ilə fəxarət hissi duymuşdur. Azərbaycan Respublikası müstəqil dövlətçilik nemətinə sahib olan ölkələrdən biridir. Bu gün dünyda 3000-dən çox fərqli xalq və millətlərin mövcud olduğu deyilir. Lakin bu millətlərin hər birinin müstəqil dövlət qurmaq şansı yoxdur. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatında rəsmən tanınmış 193 ölkə, rəsmi olaraq tanınmamış daha iki ölkə (Vatikan və Fələstin) mövcuddur. Xoşbəxtlikdən Odlar Yurdu Azərbaycan da həmin ölkələrdən biridir. Biz ən azından milli dövlətçilik kimi möhtəşəm nemətin sayəsində dilimizə sahib çıxmalı, onu yad ifadələr və kənar təsirlərdən qorumağa çalışmalıyıq. Azərbaycan Respublikasının əhalisinin mütləq əksəriyyəti, yəni 90%-dən çoxu etnik azərbaycanlılardan (türk soylu xalqdan) ibarətdir. Ölkə əhalisinin 2009-cu il siyahıyaalınmasına əsasən etnik tərkibi 90% üzəri azərbaycanlılar, qalan hissəsi isə digər azsaylı xalqlar (ləzgi, rus, erməni, talış, avar və s.) təşkil edir. Hər halda ölkədə türk kökənli əhali üstünlük təşkil edir. Üstəlik heç bir ölkənin istilası altında da deyilik və müstəqil dövlət sahibiyik. Belə olan halda nədən dilimizin əcnəbi ifadələrdən təmizlənməsi üçün addım atılmır? Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU mövcud olan halda nədən bu qanunlara qarşı xüsusi biganəliyin şahidi olmalıyıq? Sonda dil məsələsi ilə bağlı təklifimlə sözümü yekunlaşdırmaq istəyirəm: Bu mövzuda atılacaq əsas addım aidiyyatı orqanlar və təşkilatların öz milli kimliyi və qanuni vəzifələrini dərk etməsi, məsuliyyət və ciddi qərarla işə başlamasıdır. Çünki dövlət qərarı, nəzarəti və gücü olmadan bu problemin aradan qaldırılması mümkün deyil. Hər halda fürsətləri əldən vermədən Odlar Yurdu Azərbaycanda DİL İNQİLABInın həyata keçirilməsi bir milli kimlik və dövlətçilik zərurətidir. Lakin bu inqilab düşünülmüş, məntiqli, eyni halda dilçi alimlər və mütəxəssislərin iştirakı və nəzarəti ilə həyata keçirilməlidir…
İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist) 01.08.2026
ƏDƏBİ ÖDÜLLƏRİM Şeir mənim həyatımın demək olar ki, bütövlüyü, ruhumun dincliyi, hər şeyin bitdiyi sandığım yerdə dirçələn ümidimdir. Ulu Tanrının mənə verdiyi nemətlər içində bu istedadı da mənə bəxş etdiyi üçün Ona sonsuz şükrüm var. İllərlə çəkdiyim əziyyətlərimin bəhrəsini mənə verən Rəbbimə və sonra isə doğma “Həməşəra” səhifəsinə ürəkdən gələn bir ömürlük minnətdarlıq borcum da var. Məni öz doğma elimə-obama sevə-sevə təqdim edən bu doğma mətbu orqanımız təkcə təqdimatlarla öz işini görmədi. Həm də bizləri ən gözəl ödüllərlə şərəfləndirdi. Təmənna güdmədən, ürək genişliyi ilə bizləri işıqlandırıb, sizlərə təqdim etdi. Adımızı Respublika səviyyəsində görülən ilk möhtəşəm işlərlə birgə zirvələrə qaldırdı. Buna görə dəyərli ziyalımız, əzizimiz “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə müəllimə sonsuz təşəkkürümü bildirirəm! Sözün həqiqi mənasında bu gün sizin təmənnasız yaxşılıqlarınızın və əziyyətimizə verdiyiniz ən ali dəyərlərin dəyəri ölçüyə gəlməz. Özünüzün də böyük zövq alaraq təqdim etdiyiniz hər bir ödül üçün xüsusi təşəkkümü bildirir və böyük fəxarət hissi ilə onları təqdim edirəm:
Respublika üzrə ilk dəfə yalnız Cəlilabad ədəbi mühitinin xanım yazarlarından ibarət olan “Qələm tutan incə əllər” kitabının (antalogiyasınım) təqdimatı və hədiyyəsi, “Həməşəra” Fəxri Diplomu, Azərbaycan Respublikasının müqəddəs bayrağı və rəmzi məna daşıyan qələm;
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, “Yazarlar.az” portalının təsisçisi və baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu, “Hüseyn Cavid” və “Turan Ödülü” laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist, dəyərli ziyalımız Zaur Ustac müəllimin “Atlaz sətirlər” adlı kitabıma görə təqdim etdiyi “Ziyadar” mükafatı və döş nişanı;
Respublika üzrə ilk dəfə milli kimlik mövzusunda yalnız Cəlilabad ədəbi mühitinin yazarlarının Türk kimliyi, Turan və turançılıq məfkurəsi ilə bağlı şeirlərini bir yerə toplayıb, “Turan ellərinin söz çələngi” layihəsi və eyni adlı ədəbi məcmuənin təqdimatı zamanı “Turan ellərinin söz çələngi” kitabı, “Həməşəra” mətbu orqanının nəzdində təsis edilmiş “Turan Ödülü”,;
Azərbaycan ədəbi mühitinin görkəmli və qocaman nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, Turan Xalq şairi, “Turan Ödülü”, “Həməşəra” Fəxri Diplomu, “Məhəmməd Füzuli” Fəxri Ödülü və “Əsrin yazarı” medalı laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəli müəllimin təsis etdiyi Turan Yazarlar Birliyinin xüsusi ödülü;
Ustad Niftalı Göyçəli tərəfindən zəmanət əsasında qəbul edilmiş və imzalanmış TYB-nin üzvülük vəsiqəsi;
TYB-nin sədri, Turan Xalq şairi Ustad Niftalı Göyçəli tərəfindən təsdiq və təqdim edilmiş “Tomris” ödülü,.. Bir daha dəyərli ziyalımız İlqar İsmayılzadəyə göstərdiyi diqqət, səmimiyyət və lütfkarlığa görə təşəkkür edir, işlərində davamlı uğurlar arzulayıram!
Atlaz Rzayi (Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Turan Ödülü” və “Tomris” Ödülü laureatı, bədii qiraətçi, yazıçı-şair) 30.07.2026
ANA DİLİ GÜNÜ Dilsizlər yığışıb dildən danışdı – Hibritdi, hütütdü, ağzıyanmışdı. Dedilər layladan doğulub bu dil, Ana südü ilə yoğrulub bu dil, Qoymayaq uymağa yad təsirlərə, Etibar etməyək bədəsillərə. Danışanda ağzı köpüklənən kim, Alışıb ocaqtək körüklənən kim… Dedilər qüsurdan qorunmalıdır, Yad sözlər bu dilin oğrun malıdır. Gəlin, düz danışaq, təmiz danışaq, Nə “spik”, nə “qovor”, nə də “konuşak”… Sən demə, birinin ad günü imiş, İldə bir yol olan şad günü imiş. Xorla oxudular “Həppi birthdey”, Xudmani bir yerdə başlandı “ley-pey”. Səhərki iclası tam unutdular, Doğma kəlmələrə divan tutdular. Vurdular dil topuq vurana qədər, Gördüm dil davası hədərmiş, hədər. “Şot”u “sobrazim”lə bağlatdı dostlar, Dilin anasını ağlatdı dostlar. Müəllif: Əlir Nəcəfxanlı
31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş nitqi ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçiliyinin əsas sütunlarından biri olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Kərim Tahirov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Kərim Tahirov daha sonra bildirib ki, bu ilki Azərbaycan dili və ədəbiyyat bayramı ona görə əlamətdardır ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının dörd əsas bölməsindən birini Azərbaycan dilinin qorunması və inkişafı məsələləri əhatə edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu istiqamətdə Tədbirlər Planı hazırlayıb və onun icrasının təmin olunması dilimizin inkişafına və qorunmasına töhvələr verəcəkdir. Konsepsiyada Azərbaycan dilinin dövlət dili kimi qorunması və cəmiyyətin bütün sahələrində tətbiqinin genişləndirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycan dilində elmi və bədii nəşrlərin sayının artırılması, rəqəmsal informasiya məkanında istifadəsinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması, dil mədəniyyətinin yüksəldilməsi, gənc nəslin ana dilinə bağlılığının gücləndirilməsi və xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin təbliğinin dəstəklənməsi əsas hədəflər kimi müəyyənləşdirilib. Direktor çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələrinin latın qrafikası ilə kütləvi tirajla nəşrinə geniş imkan yaradıb. Bu layihə çərçivəsində ölkənin kitabxanaları, məktəbləri, ali təhsil müəssisələri və digər mədəniyyət ocaqları latın qrafikalı nəşrlərlə zənginləşdirilib, gənc nəslin kiril qrafikası ilə çap olunmuş klassik ədəbi irsə çıxışında yaranan çətinliklər aradan qaldırılıb. Sonra Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, müasir dövrdə qarşıda duran vəzifələrdən, qloballaşma şəraitində ana dilinin saflığının qorunmasının və ədəbi dil normalarına əməl edilməsinin əhəmiyyətindən danışıb. Akademik qeyd edib ki, Azərbaycan dilinin zənginliyinin qorunması və inkişaf etdirilməsi milli-mənəvi dəyərlərimizin yaşadılması, milli kimliyin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Daha sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xandan çıxış edərək Azərbaycan dilinin müasir inkişaf meyilləri, dil mədəniyyətinin formalaşdırılması, rəqəmsal informasiya mühitində Azərbaycan dilinin tətbiq imkanlarının genişləndirilməsi və ana dilinin gənc nəslə düzgün aşılanmasının vacibliyindən danışıb. O, bildirib ki, qloballaşma, sosial şəbəkələrin geniş yayılması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı Azərbaycan dilinin istifadəsində yeni çağırışlar formalaşdırıb. Xüsusilə gənclər arasında xarici dillərdən alınmış sözlərin lüzumsuz işlədilməsi, internet jarqonundan və ixtisar edilmiş ifadələrdən geniş istifadə, ədəbi dil normalarına tam riayət olunmaması nitq mədəniyyətinə mənfi təsir göstərən amillərdən hesab olunur. Aydan Xandan vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın, xüsusilə də gənc nəslin üzərinə düşən mühüm vəzifələrdəndir.
Sonda tədbir iştirakçıları Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində bu cür elmi müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
Иногда происходят события, которые трогают меня, когда я о них слышу или вижу их, и это заставляет меня задуматься. Прежде чем перейти к тому, чему стал свидетелем, хотел бы кратко рассказать об этой семье. И так, (имена условны) Наиля и Эльдар родились в одном из сельских районов Азербайджана. Ещё в молодости они переехали со своими семьями в столицу. А поженились они, когда им было по 25 лет. На данный момент Эльдару с Наилей около 60 лет. У них родились дети – девочка и мальчик. Семья жила в очень бедных условиях. Хорошо помню, как лет 10–15 назад Наиля ежедневно покупала 20–30 литров молока в одном из бакинских посёлков и возила его в бидонах из своего посёлка в город на продажу. Ей приходилось очень тяжело. В любое время года с утра она ездила на автобусе из посёлка в Баку, и возвращалась ближе к вечеру. Должен отметить, что расстояние от посёлка до Баку составляет примерно 25 километров. Несмотря на трудности и тяжести, Наиля ханум дала образование обоим своим детям. Дети получили высшее образование. В настоящее время оба трудоустроены… …Было около 08:30 утра. И я увидел. Не поверил своим глазам. Я остановился, и долго смотрел на них. Мать шла с большим ведром. В ведре было довольно много яиц. Она несла яйца на продажу в соседний посёлок. В 6-7 метрах от Наили ханум её сын шёл на работу. В руках у него ничего не было. Они должны были идти пешком по одной и той же дороге около 15 минут. А затем её сын направился бы на предприятие, где работал. Матери было тяжело, она шла с трудом, так как ведро было тяжелым. Для ясности должен отметить, что мать и сын живут в одном доме, и сын пока не обзавёлся собственной семьей. У них тихая семья. Я ещё раз обратил на них внимание. На меня произвело сильное впечатление, когда увидел, что сын не идёт рядом с матерью и не помогает ей. Парню было стыдно, что его мать была небогато одета и несла тяжёлое ведро. Я обращаюсь к таким детям: не стыдитесь своей бедности, не стесняйтесь того, что ваша одежда старая или дешёвая. Помните ли вы, как вас вырастила мать? Стоит гордиться такими матерями, которые добывают хлеб тяжёлым трудом, готовы отдать жизнь ради своей семьи, детей…
CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI (Cəlilabad ədəbi mühitinin 5 balaca xanım nümayəndəsi barədə təqdimat) Odlar Yurdu Azərbaycanın Muğan bölgəsində yerləşmiş, eyni halda qədim Həməşəranın varisi sayılan Cəlilabad rayonu öz bərəkətli torpağı ilə Azərbaycanın bərəkətli və münbit torpağlı rayonu, 100-dən çox qədim və tarixi abidələri ilə “Tarixi abidələr diyarı”, 267 şəhid ilə “Şəhidlər diyarı”, 2302 qazisi ilə “Qazilər diyarı”, təkcə idmanın Sərbəst və Yunan-Roma güləş növləri üzrə 100-dən çox Azərbaycan, Avropa və Dünya çempionu ilə “Pəhlivanlar diyarı”, həmçinin, 200-ə yaxın yazıçı, şair və ədibləri ilə “Ədiblər diyarı” və ya “Azərbaycanın poeziya paytaxtı” adlanır. Bu gün həm də Cəlilabad ədəbi mühitində yazıb yaradan şair, yazıçı, ədəbi təhlilçi və tənqidçilərdən 40-dan çoxu xanımlardan ibarətdir. Qeyd etmək lazımdır ki, 2025-ci ildə mövzusu və yazılış üslubuna görə rayon, bölgə və eləcə də ölkə səviyyəsində ilk imza sayılan, eyni halda Cəlilabad ədəbi mühitinin xanım yazar və şairlərinin tanıtımına aid olan “Qələm tutan incə əllər” adlı təqdimat əsərimdə bölgəmizin xanım yazarlarından yalnız 20-sinin həyat yolu və poeziya nümunələrindən söz açılmış və bir-bir tanıtdırılmışdır… Son araşdırmalara görə, ədəbi mühitimizin yaş kateqoriyası baxımından ən yaşlı nümayəndəsi təqaüdçü mədəniyyət işçisi, şair Novruz İbrahim oğlu Məcidli, ən azyaşlı nümayəndəsi isə Aydan Elvin qızı Mənsimlidir. Bu gün Cəlilabad ədəbi mühitində bəylərlə yanaşı 40-dan çox xanım yazarlar da yazıb-yaradırlar. Onların arasında azyaşlı əzizlərimizin mövcudluğu həm sevindirici, həm də qürurvericidir. Bu yazıda Cəlilabad ədəbi mühitinin 5 azyaşlı xanım nümayəndəsi barədə qısa təqdimatla tanış oluruq:
I. Aydan Elvin qızı Mənsimli; Cəlilabad ədəbi mühitinin 8 yaşlı ən kiçik nümayəndəsi olan Aydan Elvin qızı Mənsimli 2018-ci ilin aprel ayının 26-da Cəlilabad şəhərində dünyaya göz açıb. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin II sinif şagirdidir. Həvəskarcasına müxtəlif mövzularda şeirlər yazır.
II. Zəhra Elvin qızı Mənsimli; Cəlilabad ədəbi mühitinin şeir sahəsində azyaşlı və həvəskar xanım nümayəndələrindən biri də Zəhra Elvin qızı Mənsimlidir. 12 yaşlı Zəhra 2013-cü ilin dekabr ayının 05-də Cəlilabad şəhərində dünyaya gəlib. Hal-hazırda Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin VIII sinif şagirdidir.
III. Zeynəb Elvin qızı Mənsimli; Cəlilabad ədəbi mühitinin şeir sahəsində azyaşlı və həvəskar xanım nümayəndələrindən olan Zeynəb Mənsimlinim 14 yaşı var. Zeynəb 2012-ci ilin sentyabr ayının 22-də Cəlilabad şəhərində dünyaya gəlmiş, hazırda Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdidir. Məlumat üçün qeyd emtək lazımdır ki, yuxarıda adları çəkilmiş Aydan, Zəhra və Zeynəb bir ata-anadan olan doğma bacılardır. Onlar həm də Cəlilabad ədəbi mühitinin dəyərli və istedadlı nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, “TYB-nin xüsusi Ödülü”, “Tomris” Ödülü və “Turan Ödülü” laureatı, şair Sevinc xanım Şirvanlının qızlarıdır. Heç şübhəsiz bu əziz balaların şeir və poeziya sahəsinə üz gətirməsində genetik olaraq əziz analarından təsirləndiyini söyləmək olar… Hər üç bacının qısa təqdimatı və şeir nümunələri cari ildə ilk dəfə olaraq “Həməşəra” mətbu orqanı tərəfindən yayımlanmışdır.
IV. Mir Fatimə Mir Faiqqızı; Cəlilabad ədəbi mühitinin ədəbiyyat sahəsində azyaşlı, eyni halda həvəskar xanım nümayəndələrindən biri də Mir Fatimə Mir Faiqqızıdır. 12 yaşlı Mir Fatimə 2014-cü ilin yanvar ayının 04-də Cəlilabad şəhərində dünyaya göz açıb. Hal-hazırda Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbinin VIII sinif şagirdidir. Ədəbiyyat sahəsində həvəskar addımlarını atan Mir Fatimə Mir Faiqqızı 10 yaşında ikən qısa hekayə və şeirlər yazmağa başlamışdır. Bu sahədə babası (anasının atası) mərhum şair Sultanağa Vəliyevdən, həmçinin, dayısı həmyerlimiz, eyni halda çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” Mükafatı laureatı, tərcüməçi, yazıçı-şair Salam Sarvandan ilham almışdır.
V. Nərgiz Pərviz qızı Əlili; Cəlilabad ədəbi mühitinin fidanları və azyaşlı nümayəndələrindən biri isə həvəskarcasına maraqlı şeirlər yazan Nərgiz Pərviz qızı Əlilidir. O, 2013-cü ilin fevral ayının 02-də Cəlilabad rayonunun qədim tarixə malik olan Şatırlı kəndində dünyaya göz açıb. Hazırda şəhid Araz Qardaşxanov adına Şatırlı kənd tam orta məktəbinin VII sinif şagirdidir. Nərgizin yaşı az olsa da ədəbiyyata böyük maraq göstərir. Bu yolda ona ruh verən, sözə olan sevgisini daha da artıran insanlardan biri də “Həməşəra Poeziya Məclisi”nin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi portalının İdarə Heyətinin üzvü, AYB, AJB və TYB-nin üzvü, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin xüsusi ödülü və “Turan Ödülü” laureatı, şair-publisist Arzu xanım Əyyarqızıdır. Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, Nərgiz Əlilinin təqdimatı “Qələm tutan incə əllər” adlı ədəbi məcmuənin ikinci çapında yer almış, “Həməşəra” mətbu orqanı və “Ədəbiyyat və incəsənət” portalında barəsində təqdimat yazıları dərc edilmiş, həmçinin, 2025-ci ildə təşviq və həvəsləndirmə məqsədi ilə “Həməşəra” Fəxri Diplomuna layiq görülmüşdür. Heç şübhəsiz doğma yurdumuz və xüsusilə də Cəlilabad ədəbi mühiti bu əziz fidanları ilə fəxarət hissi duyur, onların gələcəkdə ədəbiyyat sahəsində daha böyük uğurlara imza atacaqlarına inanır. Çünki hər bir insanın bu günü onun sabahının güzgüsüdür. Atalar demişkən, ağac barından, insan isə işindən bilindiyi kimi, əzizlərimiz Aydan, Zəhra, Zeynəb, Mir Fatimə və Nərgizin də ədəbiyyatla bağlı indiki kiçik və həvəskar addımları onların bu sahədə parlaq gələcəyini göstərir. Əlbəttə, heç şübhəsiz bunun üçün düzgün istiqamətləndirməyə və əzmkarlığa da ehtiyac var… Sonda doğma elimizin, eyni halda ədəbi mühitimizin bu əziz fidanlarına aydın sabahlar, uzun, sağlam və mənalı-məsud ömür, həyatda xoşbəxtlik və yaradıcılıqda uğurlar arzulayıram!
İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist) 30.07.2026
Zaur Ustac yaradıcılığında folklor motivləri və ənənə
Məqalədə yaradıcılığında folklor motivləri və milli ənənələrin bədii ifadə xüsusiyyətləri araşdırılır. Müəllifin poeziyasında xalq yaradıcılığından gələn obrazlar, atalar sözləri, deyimlər, milli-mənəvi dəyərlər və folklor elementlərinin poetik funksiyası təhlil edilir. Tədqiqat göstərir ki, Zaur Ustac folklor irsindən yalnız mövzu mənbəyi kimi deyil, həm də bədii-estetik düşüncə tərzinin əsas komponenti kimi istifadə edir.
Azərbaycan ədəbiyyatı zəngin folklor ənənələri üzərində formalaşmışdır. Şifahi xalq ədəbiyyatının müxtəlif janrları yazılı ədəbiyyatın inkişafına güclü təsir göstərmiş, müasir şair və yazıçıların yaradıcılığında da bu təsir davam etmişdir. Zaur Ustacın yaradıcılığı da milli-mədəni köklərə bağlılığı ilə seçilir. Onun şeirlərində xalq ruhu, milli adət-ənənələr, folklor düşüncəsi və mənəvi dəyərlər bədii şəkildə ifadə olunur. Azərbaycan xalqının zəngin mənəvi irsi əsrlər boyu formalaşaraq milli kimliyin, estetik düşüncənin və ədəbi ənənələrin əsas qaynaqlarından birinə çevrilmişdir. Bu irsin ən mühüm tərkib hissəsini təşkil edən şifahi xalq ədəbiyyatı xalqın dünyagörüşünü, həyat fəlsəfəsini, tarixi yaddaşını, adət-ənənələrini və mənəvi dəyərlərini özündə yaşatmışdır. Nağıllar, dastanlar, bayatılar, laylalar, əfsanələr, rəvayətlər, atalar sözləri, məsəllər, tapmacalar və müxtəlif mərasim nəğmələri yalnız folklor nümunələri deyil, həm də xalqın minillik təcrübəsinin, düşüncə tərzinin və estetik idealının bədii ifadəsidir. Məhz buna görə də Azərbaycan yazılı ədəbiyyatının inkişaf mərhələlərində folklor hər zaman əsas ilham mənbələrindən biri olmuş, klassik və müasir sənətkarların yaradıcılığında müxtəlif formalarda öz əksini tapmışdır. Azərbaycan ədəbiyyatının inkişaf tarixinə nəzər saldıqda aydın olur ki, folklor və yazılı ədəbiyyat daim qarşılıqlı əlaqədə olmuşdur. Şifahi xalq yaradıcılığının poetik sistemi, obrazlar aləmi, bədii dili və ideya istiqamətləri yazılı ədəbiyyatın formalaşmasına mühüm təsir göstərmiş, yazıçılar və şairlər bu zəngin xəzinədən yararlanaraq yeni bədii nümunələr yaratmışlar. Bu proses müxtəlif dövrlərdə fərqli şəkildə təzahür etsə də, onun əsas mahiyyəti dəyişməmişdir. Ədiblər folkloru sadəcə təkrarlamamış, onu dövrün ictimai, siyasi və mənəvi reallıqları fonunda yenidən mənalandırmış, xalq yaradıcılığının estetik imkanlarını müasir ədəbi düşüncə ilə uzlaşdırmışlar. Müasir Azərbaycan ədəbiyyatında da folklor ənənələrinin davam etdirilməsi mühüm yaradıcılıq istiqamətlərindən biridir. Qloballaşma proseslərinin sürətləndiyi, milli-mədəni dəyərlərin müxtəlif təsirlərlə üzləşdiyi bir dövrdə folklora müraciət milli özünüdərkin, tarixi yaddaşın və mənəvi irsin qorunmasının mühüm vasitələrindən biri kimi çıxış edir. Müasir şairlər xalq yaradıcılığının poetik xüsusiyyətlərini yeni bədii-estetik prinsiplərlə sintez edərək həm milli ənənələri yaşadır, həm də onları müasir oxucunun düşüncə tərzinə uyğun şəkildə təqdim edirlər. Belə yaradıcılıq nümunələri milli ədəbiyyatın inkişafına yeni nəfəs gətirməklə yanaşı, folklorun müasir dövrdə də aktuallığını qoruyub saxladığını təsdiqləyir. Folklorun yazılı ədəbiyyata təsiri yalnız janr və forma xüsusiyyətləri ilə məhdudlaşmır. Bu təsir ilk növbədə xalqın mənəvi dünyasının, etik normalarının, milli xarakterinin, dünyagörüşünün və estetik idealının bədii şəkildə ifadəsində özünü göstərir. Xalq yaradıcılığı əsasında formalaşan bədii obrazlar, simvollar, metaforalar, poetik paralelizmlər, təkrarlar, hikmətli ifadələr və digər sənətkarlıq vasitələri müasir ədəbiyyatda yeni məna çalarları qazanaraq müəllif fərdiliyinin ifadəsinə çevrilir. Bu baxımdan folklor təkcə keçmişin yadigarı deyil, həm də müasir bədii təfəkkürün inkişafını təmin edən canlı estetik sistemdir. Son illərdə Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən sənətkarlar arasında Zaur Ustacın yaradıcılığı diqqəti cəlb edir. Onun poeziyasında və uşaq ədəbiyyatında folklor elementləri müxtəlif formalarda özünü göstərir. Müəllif xalq dilinin təbiiliyindən, bayatı və ustadnamə ənənələrindən, atalar sözlərinin hikmətindən, layla və uşaq folklorunun ritmik xüsusiyyətlərindən yaradıcı şəkildə istifadə edir. Bu xüsusiyyətlər onun əsərlərinin həm milli ruhunu gücləndirir, həm də oxucu ilə səmimi ünsiyyət yaratmasına imkan verir. Zaur Ustac yaradıcılığında folklor motivlərinin işlənməsi təsadüfi xarakter daşımır. Müəllif xalq yaradıcılığının zəngin poetik imkanlarını mənimsəyərək onları müasir bədii düşüncə ilə sintez edir. Onun əsərlərində folklor motivləri yalnız keçmişi xatırlatmaq məqsədi daşımır; əksinə, bu motivlər vasitəsilə müasir insanın mənəvi dünyası, vətən sevgisi, ailə dəyərləri, milli kimlik, ana dilinə bağlılıq və gələcək nəsillərin milli ruhda tərbiyəsi kimi aktual məsələlər bədii həllini tapır. Bu baxımdan müəllifin yaradıcılığı folklor ənənələrinin müasir dövrdə yeni estetik məzmun qazanmasının uğurlu nümunələrindən biri hesab oluna bilər. Zaur Ustacın müxtəlif janrlarda qələmə aldığı əsərlər göstərir ki, folklor onun poetik təfəkkürünün əsas dayaqlarından biridir. Xüsusilə “Bayatılar”, “Ustadnamə”, “Gülünün şeirləri” və “Gülüzənin şeirləri” kimi əsərlərində xalq poeziyasının forma və məzmun xüsusiyyətləri yaradıcı şəkildə inkişaf etdirilmişdir. Bu əsərlərdə folklor janrlarının poetik sistemi, xalq danışıq dilinin ahəngi, milli-mənəvi dəyərlərin bədii ifadəsi və tərbiyəvi ideyaların təqdimatı müəllif üslubunun ayrılmaz hissəsinə çevrilmişdir. Zaur Ustac yaradıcılığı folklor ənənələrinin müasir ədəbi prosesdə yaşadılması və inkişaf etdirilməsi kontekstində kompleks şəkildə dəyərləndirilir, onun əsərlərində folklor motivlərinin yalnız forma deyil, həm də ideya, məzmun, dil və üslub səviyyəsində funksional mahiyyəti sistemli şəkildə təhlil edilir. Zaur Ustacın poetik dünyasında xalq ədəbiyyatından gələn motivlər mühüm yer tutur. Bayatıların hikmətli ruhu, atalar sözlərinin müdrikliyi, xalq nəğmələrinin ahəngi və nağılların tərbiyəvi məzmunu müəllifin əsərlərində müxtəlif formalarda özünü göstərir. Bu elementlər əsərlərin ideya-bədii dəyərini artırmaqla yanaşı, oxucuda milli yaddaş hissini gücləndirir. Şair folklor motivlərindən istifadə edərkən onları müasir dövrün sosial-mənəvi problemləri ilə əlaqələndirir. Bu xüsusiyyət onun yaradıcılığına həm ənənəvilik, həm də müasirlik qazandırır. Zaur Ustacın şeirlərində Novruz bayramı, ailə dəyərləri, böyüyə hörmət, Vətən sevgisi, ana dilinə bağlılıq kimi milli-mənəvi ənənələr mühüm yer tutur. Müəllif bu dəyərləri sadəcə təsvir etmir, onları gələcək nəsillərə çatdırılması vacib olan mənəvi irs kimi təqdim edir. Əsərlərdə xalqın həyat tərzi, adətləri və mənəvi dünyası poetik obrazlarla canlandırılır. Bu xüsusiyyət müəllifin milli kimliyə bağlılığını və folklor irsinə hörmətini göstərir. Bayatılar kitabı Zaur Ustac yaradıcılığında folklor ənənəsinin ən parlaq nümunəsidir. Müəllif Azərbaycan xalq poeziyasının ən qədim janrlarından olan bayatı formasını müasir düşüncə ilə birləşdirir. Kitabın əsas xüsusiyyəti klassik dördmisralı quruluşun qorunması və xalq hikmətinin müasir həyat hadisələri ilə əlaqələndirilməsidir. Folklor xüsusiyyətləri: bayatı janrının forma və ahənginin qorunması, xalq dilinə xas sadə və lakonik ifadə, atalar sözləri və məsəllərin poetik transformasiyası, xalq fəlsəfəsinin və həyat təcrübəsinin bədii ifadəsi. Bədii xüsusiyyətlər: simvolik obrazlardan istifadə, təbiət obrazlarının insan taleyi ilə paralelliyi, hikmət və nəsihət ruhunun üstünlüyü. Bu kitab göstərir ki, müəllif folkloru sadəcə təqlid etmir, onu müasir poetik düşüncəyə uyğun şəkildə yenidən işləyir. “Ustadnamə” klassik Azərbaycan aşıq poeziyasında mövcud olan ustadnamə ənənəsinin müasir davamı hesab edilə bilər. Kitabın əsas ideyası insanın mənəvi kamilliyi, düzgün həyat yolu və əxlaqi dəyərlərdir. Folklor motivləri: ustad–şagird münasibətinin poetik təqdimatı, nəsihət xarakterli ifadələr, xalq hikmətinə əsaslanan fikirlər, didaktik üslub. Əsərdə klassik aşıq yaradıcılığının təsiri aydın hiss olunur. Şair xalq müdrikliyini müasir insanın mənəvi problemləri ilə əlaqələndirərək yeni poetik məzmun yaradır. “Gülünün şeirləri” bu kitab məktəbəqədər yaşlı uşaqlar üçün hazırlanmış şeirlər toplusudur və tədris vəsaiti kimi də istifadə edilmişdir. Folklor elementləri: layla motivləri, sanamalar, tapmaca üslubu, uşaq folklorunun ritmik xüsusiyyətləri, xalq danışıq dilinin sadəliyi. Bədii xüsusiyyətlər: təkrarların geniş işlənməsi, ritm və ahəngin üstünlüyü, obrazların sadə və yaddaqalan olması. Kitabın əsas məqsədi uşaqlarda ana dilinə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq və estetik zövq formalaşdırmaqdır. “Gülüzənin şeirləri” bu toplu müəllifin məktəbəhazırlıq və erkən yaşlı uşaqlar üçün yazdığı şeirləri bir araya gətirir. Şeirlərdə hərflər, rəqəmlər, aylar, fəsillər və təbiət hadisələri uşaqların qavrayacağı sadə dillə təqdim olunur. Folklor motivləri: sayaçı sözlərinin ritmi, layla və nəğmə intonasiyası, təbiətin antropomorflaşdırılması (canlandırılması), oyun və uşaq folklorunun elementləri. Bədii xüsusiyyətlər: sadə qafiyə sistemi, musiqililik, təkrarlar, dialoq və müraciət formalarından istifadə. Bu xüsusiyyətlər uşaqların şeirləri asan yadda saxlamasına və ana dilini təbii şəkildə mənimsəməsinə kömək edir. Bu əsərlərin müqayisəli təhlili göstərir ki, Zaur Ustac folklor irsindən müxtəlif istiqamətlərdə yararlanır. “Bayatılar” kitabında xalq poeziyasının klassik janrı müasir məzmunla zənginləşdirilir. “Ustadnamə”də aşıq ədəbiyyatının nəsihət və hikmət ənənəsi davam etdirilir. “Gülünün şeirləri” və “Gülüzənin şeirləri”ndə uşaq folklorunun ritmi, sadəliyi və tərbiyəvi funksiyası müasir pedaqoji məqsədlərlə uzlaşdırılır. Zaur Ustacın folklora münasibəti yalnız ənənəni qorumaqla məhdudlaşmır; o, folklorun janr, dil və poetik xüsusiyyətlərini müasir Azərbaycan ədəbiyyatının estetik tələblərinə uyğun şəkildə yenidən işləyərək milli-mədəni yaddaşın yaşadılmasına xidmət edən orijinal bədii nümunələr yaradır. Müasir Azərbaycan poeziyasında folklora müraciət təkcə keçmişə bağlılıq deyil, həm də milli düşüncə tərzinin qorunması vasitəsidir. Zaur Ustacın yaradıcılığında folklor motivləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şair xalq yaradıcılığından götürdüyü elementləri olduğu kimi təkrarlamır, onları müasir dövrün ictimai və mənəvi problemləri fonunda yenidən mənalandırır. Onun əsərlərində folklor bədii düşüncənin mənbəyi, milli kimliyin ifadə vasitəsi və poetik üslubun formalaşdırıcı amili kimi çıxış edir. “Bayatılar” kitabı müəllifin xalq poeziyasına yaradıcı münasibətini nümayiş etdirən əsərlərindən biridir. Burada klassik bayatı janrının əsas xüsusiyyətləri – lakonik ifadə, dərin məna yükü və yüksək emosional təsir qorunur. Lakin müəllif bu forma daxilində yalnız ənənəvi mövzularla kifayətlənmir, müasir insanın düşüncələrini, vətən sevgisini, zamanın yaratdığı mənəvi dəyişiklikləri də poetik şəkildə ifadə edir. Kitabda diqqəti cəlb edən əsas cəhətlərdən biri xalq dilinin təbiiliyidir. Şair mürəkkəb bədii konstruksiyalara deyil, sadə və anlaşıqlı ifadələrə üstünlük verir. Bu sadəlik folklor poetikasının mühüm xüsusiyyətlərindən biri olmaqla yanaşı, oxucu ilə səmimi ünsiyyət yaradır. Bayatılarda tez-tez rast gəlinən təbiət obrazları da folklor düşüncəsinin davamı kimi çıxış edir. Dağ, çay, bulaq, torpaq və yel kimi obrazlar yalnız təbiət elementi deyil, həm də milli yaddaşın və insan taleyinin simvoludur. “Ustadnamə”də müəllif klassik ustadnamə ənənəsinə söykənərək həyat fəlsəfəsini poetik dillə təqdim edir. Əsərin ideya yükü insanın mənəvi kamilliyi, zəhmətə münasibəti, dürüstlük, vicdan və vətənə sədaqət kimi dəyərlər üzərində qurulmuşdur. Burada folklor yalnız forma elementi deyil, düşüncə tərzidir. Şairin istifadə etdiyi hikmətli fikirlər, nəsihət xarakterli ifadələr və ümumiləşdirilmiş nəticələr xalqın yüzillər boyu formalaşmış həyat təcrübəsinə əsaslanır. Əsərdə diqqət çəkən digər xüsusiyyət dialoq xarakterli müraciətlərdir. Bu üslub aşıq poeziyasının və ustadnamələrin əsas poetik xüsusiyyətlərindən biri hesab olunur və oxucu ilə canlı ünsiyyət hissi yaradır. Zaur Ustacın uşaq şeirlərində folklor motivləri daha təbii şəkildə özünü göstərir. Müəllif uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq ritmik quruluşa, ahəngə və təkrarlara geniş yer verir. Bu xüsusiyyətlər xalq laylalarını, sanamaları və uşaq oyun nəğmələrini xatırladır. Şeirlərdə təbiət hadisələrinin canlandırılması, heyvanların danışdırılması, əşyaların insan xüsusiyyətləri qazanması folklor poetikasının klassik üsullarındandır. Bu üsullar uşağın təxəyyülünü inkişaf etdirməklə yanaşı, onun bədii düşüncəsini də formalaşdırır. Müəllif uşaqlara birbaşa öyüd vermək əvəzinə, obrazların davranışı vasitəsilə tərbiyəvi nəticə çıxarmağa üstünlük verir. Bu yanaşma Azərbaycan nağıllarının və xalq hekayələrinin əsas xüsusiyyətlərindən biridir. Folklor ənənəsinin Zaur Ustac yaradıcılığında ən qabarıq əlamətlərindən biri dilin sadəliyidir. Müəllif xalq danışıq dilinin imkanlarından məharətlə istifadə edir. Mətnlərdə axıcılıq, təbiilik və səmimilik üstünlük təşkil edir. Poetik dilin formalaşmasında aşağıdakı xüsusiyyətlər diqqəti cəlb edir: təkrarların ritm yaratması, xalq deyimlərinə yaxın ifadələr, müraciət və nida cümlələrinin çoxluğu, təbiət obrazlarının simvolik funksiyası, milli məişət elementlərinin poetikləşdirilməsi. Bu xüsusiyyətlər müəllifin fərdi üslubunu xalq poetikası ilə əlaqələndirən əsas cəhətlərdir. Zaur Ustac folklor motivlərindən estetik bəzək kimi deyil, ideyanın ifadə vasitəsi kimi istifadə edir. Onun əsərlərində folklor milli yaddaşın qorunmasına, vətən sevgisinin aşılanmasına, ailə dəyərlərinin təbliğinə və gənc nəslin milli ruhda tərbiyəsinə xidmət edir. Müəllif keçmişlə bu gün arasında mənəvi körpü yaradır. Oxucu folklor motivləri vasitəsilə həm qədim milli dəyərlərlə tanış olur, həm də onların müasir cəmiyyət üçün əhəmiyyətini dərk edir. Zaur Ustac yaradıcılığında folklor motivləri təsadüfi element deyil, müəllif poetikasının əsas istiqamətlərindən biridir. O, xalq ədəbiyyatının janr, dil və obraz sistemini yaradıcı şəkildə mənimsəyərək fərdi bədii üslub formalaşdırmışdır. Folklor ənənələrinin müasir poetik düşüncə ilə sintezi müəllifin yaradıcılığını həm milli, həm də estetik baxımdan dəyərli edir. Bu baxımdan Zaur Ustacın əsərləri Azərbaycan folklorunun müasir ədəbiyyatda yaşadılması və yeni bədii məzmun qazanmasının uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər. Xüsusilə uşaqlar üçün yazılmış əsərlərində folklor motivləri tərbiyəvi məqsədə xidmət edir. Xeyirlə şərin mübarizəsi, dürüstlük, zəhmətsevərlik, vətənpərvərlik və böyüklərə hörmət kimi dəyərlər xalq yaradıcılığından gələn motivlər vasitəsilə təqdim edilir. Bu isə müəllifin uşaq ədəbiyyatında milli tərbiyə konsepsiyasına sadiq qaldığını göstərir. Aparılmış tədqiqat göstərir ki, Zaur Ustacın yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında folklor ənənələrinin yaşadılması və inkişaf etdirilməsi baxımından diqqətəlayiq nümunələrdən biridir. Müəllif xalq yaradıcılığının zəngin poetik irsini müasir bədii-estetik düşüncə ilə üzvi şəkildə əlaqələndirərək özünəməxsus yaradıcılıq üslubu formalaşdırmışdır. Onun əsərlərində folklor motivləri yalnız milli kolorit yaratmaq məqsədi daşımır, eyni zamanda müəllifin ideya-estetik konsepsiyasının əsas komponentlərindən biri kimi çıxış edir. Bu xüsusiyyət Zaur Ustacın yaradıcılığını müasir Azərbaycan poeziyasında fərqləndirən mühüm cəhətlərdəndir. Araşdırma zamanı təhlil edilən “Bayatılar”, “Ustadnamə”, “Gülünün şeirləri” və “Gülüzənin şeirləri” əsərləri göstərir ki, müəllif folklor irsindən müxtəlif istiqamətlərdə və yaradıcı şəkildə istifadə etmişdir. “Bayatılar” kitabında klassik bayatı janrının forma xüsusiyyətləri qorunmaqla yanaşı, müasir dövrün ictimai-mənəvi problemləri də poetik şəkildə ifadə edilmişdir. Bu yanaşma ənənə ilə müasirliyin uğurlu sintezini nümayiş etdirir. “Ustadnamə” əsərində xalq hikməti, nəsihət ənənəsi və milli-mənəvi dəyərlər yeni poetik məzmun qazanmış, müəllif folklorun didaktik imkanlarından ustalıqla yararlanmışdır. Uşaq auditoriyası üçün yazılmış “Gülünün şeirləri” və “Gülüzənin şeirləri” topluları isə folklorun tərbiyəvi və estetik funksiyasını ön plana çıxarır. Bu əsərlərdə layla, sayaçı sözləri, uşaq oyunları, ritmik təkrarlar və sadə poetik quruluş kimi folklor elementləri uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılmışdır. Bunun nəticəsində həm bədii-estetik zövq formalaşdırılır, həm də milli-mənəvi dəyərlərin erkən yaşlardan mənimsənilməsi üçün əlverişli zəmin yaradılır. Zaur Ustac folklor motivlərini olduğu kimi təkrarlamır, onları yeni bədii məna ilə zənginləşdirərək müasir oxucunun dünyagörüşünə uyğun şəkildə təqdim edir. Bu baxımdan müəllifin yaradıcılığında folklor dinamik inkişaf edən estetik sistem kimi çıxış edir. Xalq yaradıcılığına məxsus obrazlar, simvollar, poetik paralelizmlər, hikmətli ifadələr, ritmik quruluş və milli dil xüsusiyyətləri müəllifin fərdi poetikasında yeni funksiyalar qazanır və onun əsərlərinin ideya-məzmun bütövlüyünü təmin edir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, müəllifin yaradıcılığında folklor elementləri bir neçə mühüm funksiyanı yerinə yetirir. İlk növbədə, bu motivlər milli kimliyin qorunmasına və xalqın tarixi yaddaşının yaşadılmasına xidmət edir. Digər tərəfdən, folklor vasitəsilə vətənpərvərlik, humanizm, zəhmətsevərlik, ailə dəyərlərinə sədaqət, ana dilinə məhəbbət və milli birlik kimi ideyalar oxucuya bədii formada çatdırılır. Müəllif bu dəyərləri müasir həyat hadisələri ilə əlaqələndirərək onların aktuallığını qoruyur və yeni məna çalarları ilə zənginləşdirir. Dil və üslub baxımından aparılan təhlillər də göstərir ki, Zaur Ustac xalq danışıq dilinin zəngin imkanlarından səmərəli istifadə edir. Sadə, axıcı və emosional ifadə tərzi, ritmik ahəng, xalq deyimlərinə yaxın sintaktik quruluş və obrazlı təsvir vasitələri müəllifin yaradıcılığında folklor poetikasının mühüm əlamətləridir. Bu xüsusiyyətlər onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən asan qavranılmasına və sevilməsinə şərait yaradır. Müəllifin yaradıcılığının mühüm cəhətlərindən biri də folklorun yalnız keçmişin mənəvi irsi kimi deyil, gələcəyə istiqamətlənmiş mədəni dəyər kimi təqdim edilməsidir. O, xalq yaradıcılığının estetik prinsiplərini müasir dövrün bədii tələblərinə uyğunlaşdıraraq milli-mənəvi dəyərlərin yeni nəsillərə ötürülməsinə xidmət edən əsərlər meydana gətirmişdir. Bu xüsusiyyət onun yaradıcılığının təkcə ədəbi deyil, həm də mədəni və tərbiyəvi əhəmiyyətini artırır. Zaur Ustacın yaradıcılığı folklor və yazılı ədəbiyyat arasında möhkəm əlaqənin müasir dövrdə də uğurla davam etdiyini təsdiq edir. Onun əsərlərində xalq ədəbiyyatının janr xüsusiyyətləri, poetik dili, obrazlar sistemi və mənəvi dəyərləri yeni estetik keyfiyyət qazanaraq müasir Azərbaycan ədəbiyyatının inkişafına öz töhfəsini verir. Müəllif milli ədəbi ənənələri qorumaqla yanaşı, onları yeni bədii düşüncə ilə zənginləşdirərək folklorun yaşarlığını və aktuallığını nümayiş etdirir. Zaur Ustacın yaradıcılığı folklor irsinin müasir Azərbaycan ədəbiyyatında yaradıcı şəkildə mənimsənilməsinin uğurlu nümunələrindən biri kimi dəyərləndirilə bilər. Onun əsərləri göstərir ki, xalq yaradıcılığı milli ədəbiyyatın tükənməz qaynağı olaraq bu gün də yeni ideyaların, bədii axtarışların və estetik yeniliklərin formalaşmasına mühüm təsir göstərir. Bu baxımdan Zaur Ustacın folklor motivləri əsasında qurulan poetik sistemi gələcək elmi araşdırmalar üçün də aktual istiqamətlərdən biri hesab oluna bilər. Xüsusilə müəllifin folklor poetikasının müqayisəli aspektdə, müasir uşaq ədəbiyyatı kontekstində və milli-mənəvi dəyərlərin bədii ifadəsi baxımından öyrənilməsi Azərbaycan ədəbiyyatşünaslığında yeni elmi nəticələrin əldə olunmasına imkan verə bilər. Zaur Ustac yaradıcılığında folklor motivləri və milli ənənələr bədii düşüncənin əsas istiqamətlərindən biridir. Müəllif folklor irsini müasir poetik təfəkkürlə sintez edərək milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən əsərlər yaradır. Onun poeziyasında folklor yalnız keçmişin yadigarı deyil, həm də bu günün və gələcəyin mənəvi inkişafına xidmət edən canlı estetik sistem kimi çıxış edir. Bu baxımdan Zaur Ustac yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında folklor ənənələrinin davam etdirilməsi və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.