

Müəllif: Səma MUĞANNA
SƏMA MUĞANNANIN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


Müəllif: Səma MUĞANNA
SƏMA MUĞANNANIN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“Azərkitab” kitab təbliğatı mərkəzində tanınmış yazıçı-şair, AYB-nin üzvü, “Azad Qələm” qəzetinin və jurnalının təsisçisi Nəcibə İlkinin sayca 12-ci – “Gədəbəy Qartalı”, “Yarımçıq toy” adlı kitablarının təqdimatı və 60 illik yubileyi keçirilib .
YAZARLAR.AZ xəbər verir ki, tədbirdə şairin qələm dostları, müxtəlif sənət və peşə sahibləri, o cümlədən çox sayda ədəbiyyatsevər qonaqlar iştirak edib .
Tədbiri tanınmış şair Yusif Nəğməkar açaraq gələn qonaqları salamladı və müasir ədəbi yaradıcılıqda xüsusi rolu olan Nəcibə İlkini təbrik etdi. Öncə monitorda Nəcibə İlkin yaradıcılığından bəhs edən rolik nümayiş olundu. Daha sonra tədbir iştirakçılarına söz verildi. Tanınmış şair Musa Ələkbərli Nəcibə İlkinin yaradıcılığından geniş bəhs etdi. Sonra Rəfiqə Qasımqızı, Əli bəy Azəri, Məlahət Hümmətqızı, Zaur Ustac və başqaları Nəcibə İlkinin özünə məxsus yaradıcılıq dəsti-xəttindən geniş bəhs edərək şairə yaradıcılığında uğurlar arzuladılar. Tədbirin gedişində tanınmış şair-publisist “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Nəcibə İlkinə “Ziyadar” Mükafatını təqdim etdi. Sonda Nəcibə İlkin hər kəsə öz təşəkkürünü bildirərək, qonaqlara öz imzası ilə kitablarını təqdim etdi. Xatirə fotoları çəkildi.
Müəllif: Yasəmən ATƏŞ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Həsən bəy ZƏRDABİ – Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayır. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyalarını tamaşaya qoyur. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edir. 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayır. Lakin qəzetin ömrü uzun çəkmir və 1977-ci il sentyabrın 29-da nəşri dayandırılır. 1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur. Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyir. 1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunur. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülür. Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.


“Brifinq” layihəsinin növbəti qonağı “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıdır.
Qurban Yaquboğlu: Həsən bəy Zərdabinin xüsusilə tərcümeyi-halı ilə bağlı qaranlıq, açılmamış, yaxud ictimailəşməmiş bir sıra məsələlər var. İstərdik, bu məsələlərdən başlayaq və “Zərdabi kimdir” sualına qısaca cavab tapmağa çalışaq.
– Çox maraqlı mövzudur. Təbii ki, Həsən bəy Zərdabi unikal şəxsiyyətdir. O, böyük azərbaycanlıdır. Biz onu gördüyü işlərə, göstərdiyi fəaliyyətə əsaslanıb böyük azərbaycanlı adlandırırıq. Əlbəttə, Həsən bəy Zərdabinin şəxsiyyəti, onun fəaliyyəti ilə bağlı sovet dönəmində çox ciddi şəkildə məşğul olublar. Sovet dönəminin də təbii ki, özünün müəyyən çərçivələri, müəyyən ideologiya var idi. İstər-istəməz məsələlər bu ideologiyaya tabe etdirilirdi. Yəni, Həsən bəyin həyat və fəaliyyətinin müxtəlif məqamları obyektiv araşdırmalardan bir qədər kənarda idi. Məsələn, onu əsasən ateist adlandırırdılar. Əslində isə o ateist deyildi.
Onun fəaliyyətini yoxsul fəhlə və kəndlilər üzərində qururdular. Guya Həsən bəy bu sinfin aparıcı liderlərindən olub. Əslində, Həsən bəy Zərdabi cəmiyyətdə təbəqələşmənin əleyhinə olub. O, ziyalı və böyük bir maarifçilik hərəkatına rəhbərlik edən şəxsiyyət idi. Həsən bəy Zərdabi təkcə milli mətbuatımızın əsasını qoymayıb. O, həm milli teatrımızın yaradıcılarındandır, həm də indi qeyri-hökumət təşkilatları adlandırdığımız xeyriyyə cəmiyyətlərinin əsasını qoyub. Bununla da gələcək üçün münbit şərait yaratdı, fəaliyyət prinsipləri ortaya qoydu.
“Əkinçi” qəzetinin çap olunması üçün Həsən bəy ciddi fəaliyyət göstərib. Bütün məhrumiyyətlərə dözüb. O dövrdə hürufat yox idi. Yazı dili, qaydaları tam müəyyənləşməmişdi. Yəni, indiki sözlə desək, medianın dili yox idi. Dil formalaşmalı idi. Klassik qəzetçilikdə mövcud olan korrektura sistemi mövcud deyildi. Həsən bəy bunları yaratdı.
Heç məqalə yazıb onu ortaya çıxaran jurnalist adlandıra biləcəyimiz insanlar çox az idi. Onlar mərkəzi mətbuatda rusca məqalələr yazırdılar. Ana dilində yazan çox az idi. Ona görə də biz “Əkinçi” qəzetini Azərbaycan milli mətbuatının bünövrə daşı hesab edirik.
Onun həyatının bir qaranlıq məqamını danışmaq istəyirəm. Bu yaxınlarda İstanbulda oldum. Orada “Qapalı çarşı” deyilən məşhur bir yer var. Orada əslən Gəncədən olan, babaları 1850-ci illərdə İstanbula köçən və vaxtilə xalça ticarəti ilə məşğul olmuş Kərim bəy məni muzeyə bənzər bir otağa apardı. Orada kimlər olmayıb? Həsən bəy Zərdabi də orada olub. Həsən bəy oradan 7 pud hürufat alıb gətirib. Hürufatı Bakı quberniyası mətbəəsi aldı, ondan sonra “Əkinçi” qəzeti çıxdı. Yəni, Həsən bəyin həyatında bu cür faktlar var.
O, çox mütərəqqi bir insan idi. Onun mütərəqqi olmasının səbəbi təkcə Moskva Dövlət Universitetində oxuması deyildi. Həm də ona istiqamət verənlər var idi. Həsən bəyin həyat yoldaşı Hənifə xanımın və qızı Qəribsoltan xanımın xatirələrini oxumuşam. Həsən bəyin həyatında mühüm rol oynayan anasının dayısı, məşhur general Fərəc bəy Ağayev olub. O, Ağcabədidə doğulub, çar mühafizə dəstəsinin rəisi olub. Ancaq xristianlığı qəbul edib. Nikolay Ağayev kimi çar ordusunda məşhur generallardan olub.
Niyə Həsən bəy Zərdabi tarixçi Solovyovun qızı ilə evlənmədi? Fərəc bəyin həyat yoldaşı rus idi. O, ömür boyu Fərəc bəyi xristian cəmiyyətinə çəkmişdi. Həyatının sonlarında Fərəc bəy gördü ki, ailə müqəddəs bir şeydir və xristianlıqdan sonra müsəlmanlığa döndü. Onun qəbri də Tiflisdə Mirzə Fətəli Axundovun dəfn edildiyi Nəbatət Bağındadır. Həsən bəyi də Tiflisə gimnaziyaya aparan məhz o olmuşdu.
Fərəc bəy ona tövsiyə etmişdi ki, gələcəkdə xalq üçün fəaliyyət göstərmək istəyirsənsə evlənəndə öz dinindən, soy kökündən olan bir xanımla evlən.
İlk dəfə 1925-ci ildə Azərbaycan milli mətbuatının yaradılmasının 50 illiyi rəsmi şəkildə qeyd olunub. Həbib Cəbiyev o zaman “Kommunist” qəzetinin redaktoru olub. Mərkəzi Komitədə qərara alınır ki, “Əkinçi” qəzeti ilə bağlı yazılar yazılsın. Çox məşhur publisistlərimizdən, pedaqoqlarımızdan olan Fərhad Ağazadə Həsən bəy Zərdabinin həyatını yazır. “Əkinçi” ilə bağlı bir kitabça buraxılır.
Şərif Mirzəyev müsəlman-türk mətbuatının 1918-ci ilədək senzorlarından biri olub. O, Tiflisdə yaşayırdı. Onunla müqavilə bağlanır. Deyilir ki, biz bu 50 illiyi yazacağıq. Həmin kitabçanı bu yaxınlarda rusca çap etdilər. Onun bizim arxivlərdə iki nüsxəsi var. Həmin kitabçada milli mətbuatımız və senzor məsələləri əks olunub. Yəni, senzorlar, əslində isə ruslar və ermənilər onlara necə müqavimət göstərib. Bu baxımdan mən Həsən bəy Zərdabinin ən düzgün tərcümeyi-halı kimi Fərhad Ağazadənin yazdığını götürürəm.
– Həsən bəy Zərdabi evlənərkən qız seçimi də maraqlı olub…
– Həsən bəy “Qafqaz” qəzetindəki elanda görür ki, Tiflisdə olan “Müqəddəs Nina” qızlar məktəbinin məzunları arasında bir türk qızı var. Onu bəyənir, Tiflisə gedir. Beləliklə, Hənifə Abayeva ilə tanış olur və evlənmək təklif edir. Çünki bilirdi ki, ona bu işləri görmək üçün ən böyük dayağı xanımı ola bilər. Xanım təhsilli, dünyagörüşlü və xalqına bağlı olmaldır. Eyni dinin, eyni etnik mənsubiyyətin daşıyıcısı olmalıdır ki, bu yükün altına girə bilsin.
– Bakıda qızlar məktəbinin açılmasında da Hənifə xanımın xüsusi rolu olub.
– Bəli. Hənifə xanımın özü o qızların təhsili ilə çox ciddi şəkildə məşğul olub. Hənifə xanımın da həyatı həddən artıq maraqlıdır. Biz onun həyatını geniş tədqiq etməmişik. Onu sadəcə pedaqoq kimi və Həsən bəyin həyat yoldaşı kimi araşdırmışıq. Heç pedaqoq kimi də tam öyrənilməyib. Ancaq onun necə müəllim olduğu, xatirələrdə necə yaşadığı aydınlaşdırılmayıb. Rusca çox mükəmməl bilirdi, yazırdı. Çox təəssüf ki, onun xatirələri sovet dövründə yazıldığı üçün Həsən bəy Zərdabi obrazını bizə tam çatdıra bilmir. Milliyyətçə balkar türkü idi. Deyilənə görə, onun qohumları indi də Nalçik və Nalçik ətrafında yaşayırlar. Bunu Şəmistan Nəzirlinin söylədiyinə istinad edirəm.
Həsən bəyin qızı Qəribsoltan Məlikovanın həyatı çox maraqlıdır. Həsən bəy mükəmməl ata idi. Əsl azərbaycanlı ata, valideyn necə olarsa, o da elə idi. Onu çox demokrat kimi təqdim edirlər. Amma Həsən bəyin mühafizəkarlığı da var idi. Məsələn, o, qızı Pəri xanımı Əlimərdan bəy Topçubaşova vermək üçün müəyyən şərt qoymuşdu. Şərt də bundan ibarət idi ki, bu mənim qızımı alır, düzdür? Bunu dolandırmaq üçün bir iş yeri, gəliri olmalıdır.
Ona görə də bu cütlüyün toy mərasimi bir müddət təxirə düşmüşdü. Bunun özü müəyyən mühafizəkarlıq, eyni zamanda məsuliyyət idi. Ənənələrə həddən artıq bağlı idi. Eyni zamanda məclislərdə yaxşı araq içirdi.
Həsən bəy haqqında donos yazmışdılar ki, guya o, Dağıstan və Zaqafqaziyanın cənub-şərq hissəsini Rusiyadan ayırıb Türkiyəyə birləşdirmək istəyir. Halbuki Həsən bəy bu vaxt Zərdabda, kənddə oturmuşdu. 50 dərəcə isti, ağcaqanadlar-filan… Həsən bəy elə-belə adam deyildi. Onun sürgün həyatı da çox maraqlıdır.
– Həsən bəy Zərdabinin qəzet bağlanandan sonrakı fəaliyyəti barədə də müxtəlif fikirlər var…
– Qəzet bağlanandan sonra pedaqoq kimi fəaliyyətini davam etdirir. Onun məqalələrini oxuyanda deyirsən ki, bu kişi nə istəyib? O, planlı iş görürdü. “Rus-türk gimnaziyaları” fəaliyyət göstərirdi. Həsən bəy deyirdi ki, burada müsəlman işləməyənədək müsəlman öz uşağını bu məktəbə verməyəcək. Beləliklə, özü könüllü gimnaziyaya müəllim getdi.
Ermənilər Həsən bəyi heç istəmirdilər. O, azərbaycanlıları ermənilərlə müqayisə edirdi. Üfüqdə ermənilərin bizə düşmən ola biləcəyini deyirdi. Yazırdı ki, ermənilərdə 40 il əvvəl xeyriyyə cəmiyyəti yaranıb, bizdə niyə yoxdur? Ermənilər teatr açıb, qəzetləri var. Bizdə niyə yoxdur? Onlarda birlik var, bizdə niyə yoxdur? Yazırdı ki, mərsiyəxanalara min manatlarla vəsait köçürülür, ancaq xeyriyyə cəmiyyətinə min manat köçürən yoxdur ki, biz iki şagird oxudaq. Bax, bu məsələləri qaldırırdı. Buna görə də ermənilər həmişə onun əleyhinə olub.
– Həsən bəy Zərdabinin dəfni necə olub? Çünki bu barədə müxtəlif mübahisəli məqamlar mövcuddur. Gerçəklik nədən ibarətdir?
– Həsən bəy Bibiheybət məscidinin yaxınlığında dəfn edilib və dəfn çox möhtəşəm olub. Onun dəfnindən foto var. Mən arxivdə o dəfnin bir neçə variantını görmüşəm. Orada təkcə azərbaycanlılar deyil, ruslar, ermənilər, gürcülər və digər xalqların nümayəndələri, ziyalı kəsim iştirak edib.
Həsən bəy Bakı Şəhər Dumasının üzvü idi. Qafqazda elmin-təhsilin inkişafı üçün kifayət qədər xidmətlər göstərmişdi. Özün də təkcə öz xalqının yox, bölgənin rifahı üçün çalışan insanlardan biri olub. Bakı üçün məxsusi çalışan insanlardan biri olub. Həmin dövrdə çıxan qəzetlər Həsən bəy Zərdabinin dəfnindən çoxlu material veriblər. Mərkəzi rus mətbuatı da onun vəfatı ilə bağlı yazılar yayımlayıb. Həmin vaxt Rusiyanın müxtəlif yerlərində Həsən bəyin vəfatı münasibətilə ehsanlar verilib. Hənifə xanımın, Əlimərdan bəy Topçubaşovun ünvanına başsağlığı mesajları gəlirdi. “Dəbistan” uşaq jurnalı bir nömrəsini tamamilə Həsən bəy Zərdabiyə həsr edib.
Onun cənazəsini İçərişəhərdən Bibiheybət məscidinin yaxınlığına çiyinlərdə aparıblar. Özü də bilirsinizmi necə? Məsələn, “Nicat” Cəmiyyətinin qarşısında dayanıb, yaxud hansısa gimnaziyanın qarşısında dayanıb orada matəm mitinqləri düzənləyiblər. Sonra isə Bibiheybət məscidi yaxınlığında dəfn edilib.
Sonralar bu qəbiristanlığın yol çəkilməsi prosesində köçürülməsi məsələsi olub. Həmin dönəmdə insanlara müraciət ediblər ki, gəlin öz doğmalarınızın məzarlarını köçürün. Bu zaman Qəribsoltan xanım iki nəfər tapır, atasının məzarını qazdırır, onun sümüklərini bir yeşiyə yığır. Abbas Zamanovun, Əziz Mirəhmədovun vaxtilə söylədiyi, Tahir Aydınoğlunun yazdığı məqalədəki fikirlər bundan ibarətdir. Həmin yeşiyi götürür, tramvaya qoyur, gətirib Zabrat ətrafında şəhər qəbiristanlıqlarının birində anasının yanında dəfn edir.
Sonradan – 1965-ci ildə Azərbaycan mətbuatının yubileyinin keçirilməsi məsələsi ortaya çıxanda deyirlər ki, yaxşı biz bu yubileyi keçirəcəyik, bəs Həsən bəyin məzarı hanı?
Beləliklə, axtarışa başlayırlar. Onda Qəribsoltan xanım ömrünün son illərini yaşayırmış. O, heç kimi qəbul etmirmiş. Çünki psixoloji gərginlik keçirmişdi. Bacısı Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olan Pəri xanım Fransada, qardaşı Midhət bəy 1937-ci ildə güllələnmişdi. Bir qardaşı Səfvət də Türkiyədə… İtmiş-parçalanmış bir ailə… Sovet Azərbaycanında Həsən bəyin yeganə övladı qalıb. Gəlirlər Qəribsoltan xanımın evinə.
Azərbaycan SSR-in mədəniyyət naziri, məşhur bəstəkar Rauf Hacıyevin anası Nanə Hacıyeva özü zərdablı olub. Mən Səfvət Zərdabi barədə araşdırma aparanda Rauf Hacıyevin Nanə adı qoyulan qızı ilə danışmışam. Qəribsoltan xanımla Nanə xanımın qan qohumluğu olmayıb, sadəcə həmyerlidirlər və hər ikisi müəllimədir. Bunlar bir yerdə qalıblar. Hətta Şəmkirdə, Gəncədə bunların pedaqoji fəaliyyəti olub. Qəribsoltan xanım Nanə xanımın oğlu Rauf Hacıyevi oğulluğa götürüb. Ona təhsil verib. Üzeyir Hacıbəyovun yanına aparıb. Onu böyüdüb, şəxsiyyət kimi formalaşdırıb. Hazırda Rauf Hacıyevin nəvəsinin adı Qəribsoltandır. Özü də Qəribsoltan xanım Nanə Hacıyeva ilə birgə Yasamal qəbiristanlığında dəfn edilib.
Beləliklə, Həsən bəyin qəbrinin axtarışına çıxan şəxslər Qəribsoltan xanımın evinə gəlirlər. Qəribsoltan xanım onların heç birini qəbul etmir. Deyir ki, mənim atamın sümükləri sizin nəyinizə lazımdır? Atamın ailəsini pərən-pərən saldınız, övladlarını əsir-yesir etdiniz. Qardaşımın birini güllədiniz, biri bilmirəm hardadır. Bacım qürbətdə dünyasını dəyişib. İndi də atamın sümüklərini aparıb məhv etmək istəyirsiniz?
Gələnlər öz aralarında məşvərət edirlər ki, Qəribsoltan xanımı kim dilə tuta bilər?! Məşhur bioloq Mirəli Axundovun Məlikovlara qohumluğu olub. Deyiblər ki, Qəribsoltan xanım onu eşidər. Beləliklə, onu vasitəçi salırlar. Qəribsoltan xanım danışır ki, mən atamın sümüklərini yeşiyə yığıb gətirib anamın yanında dəfn etmişəm. Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrini yığırlar, gedib Hənifə xanımın məzarının ətrafını qazırlar və o yeşiyi oradan çıxarırlar.
İndi məsələ bundan ibarətdir ki, Hənifə xanımın məzarı oradadırmı? Bax, bu məsələ var. Mənim bildiyim qədər, ehtimal edirəm ki, elə Hənifə xanımın məzarını da Həsən bəyin Fəxri Xiyabandakı məzarına köçürüblər. Çünki ortada Hənifə xanımın məzarı yoxdur. Olsaydı, ortaya çıxardı.
Bu ailənin nümayəndələrindən biri də Səfvət Zərdabidir. Mən onunla bağlı ayrıca kitab yazdım. Müxtəlif mənbələrdə yazırdılar, vikipediyada da var idi ki, Səfvət Zərdabi 1938-ci ildə dünyasını dəyişib. Mən Türkiyədə hər dəfə gedəndə köhnə kitab satılan yerlərə gedirəm, sahaflara baş çəkirəm. Çünki Azərbaycanla bağlı orada nadir, qiymətli kitablar, sənədlər, şəkillər olur. Bu sahaflardan mənim əlimə Azərbaycan Mühəndislər Dərnəyinin nizamnaməsi keçdi. Nizamnaməni alıb oxudum, gördüm onun qurucuları 11 nəfərdir, bu 11 nəfərin içərisində Səfvət Məlik-Zərdabi adlı bir nəfərin ad-soyadı var. Ankarada filan ünvanda yaşayıb, mühəndis olub. Buna qədər isə Nəsiman Yaqublu mühacirət mətbuatının formalaşmasında Səfvət Zərdabinin də iştirak etdiyini yazmışdı. Ancaq onun ölüm tarixi, doğum tarixi, hansı dərgilərdə işlədiyi qeyd olunmamışdı.
Məlik-Zərdabi oxuyanda dedim ki, bu elə Həsən bəyin oğludur. Çünki bilirdim ki, iki oğlu olub. Onun həyatını araşdırdım. 1967-ci ildə çıxan ”Türkiyə mühəndislər xəbərləri”nin bir sayını tapdım. Ondan sonra digər sayını tapdım, bunun şəklini gördüm, tərcümeyi-halına rast gəldim.
– Bu kim olub?
– Bu, Həsən bəyin sonuncu övladı olub. O, 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb.
1917-ci ildə bolşeviklər gəldi, çar Rusiyası ərazisində milli münasibətlər kəskinləşdi. Səfvət də təhsilini yarımçıq qoyub Bakıya qayıdır. Bakıda bir gənc olaraq, Həsən bəyin övladı olaraq cümhuriyyət quruculuğu prosesində iştirak edir. Əlimərdan bəy bunun yeznəsi idi axı. Əlimərdan bəy Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət bəyi özünə köməkçi – qələm müdiri götürür.
Bilirsiniz ki, nümayəndə heyətinə Parisə getmək üçün 3-4 ay viza verilmir. Səfvəti Parisə buraxmırlar və o qalıb bizim səfarətxanada çalışır. Hənifə xanımın oğluna, oğlunun anasının məktubu var. Səfvət anasına yazır ki, mən AXC hökumətinin xaricə oxumağa göndərdiyi 100 tələbənin sırasında olmaq istədim, amma imkan vermədilər. Əslində Həsən bəy Zərdabinin oğluna kim imkan verməyə bilərdi? Sadəcə, Səfvət Zərdabi Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibində olduğu üçün, orada səfarətxanada çalışdığına görə tələbə ola bilməzdi.
Hənifə xanım 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə bir məktub yazır. Bildirir ki, mənim oğlum Səfvət Zərdabi burda deyil, Konstantinopoldadır. Onun ali təhsil almasına yardım edin.
Beləliklə, Səfvət Zərdabi Bakıya gəlir və 1923-cü ilədək burada qalır. Onu Almaniyaya təhsil almağa göndərirlər. Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir. 1927-ci Türkiyəyə gəlir və daha Azərbaycana qayıtmır. Deyirlər ki, Bakıda artıq bolşeviklər hakimiyyətdədir və milli adamları həbs edirlər, təqiblərə məruz qoyurlar. Həm də Əlimərdan bəy Topçubaşov da onun yeznəsidir. Hələ Həsən bəy Zərdabiyə də münasibət tam bəlli deyil. Səfvət bəy bunları nəzərə alaraq qayıtmır və orada Türkiyə Mühəndislər Dərnəyinin qurucularından olur. Ankaranın ən məşhur binalarının layihələndirilməsində iştirak edir. Biz sonradan axtarıb tapdıq ki, Türkiyə Memarlar Muzeyində onun fotosu var.
Səfvət bəy həm də bizim mühacirət mətbuatının yazarlarından biri olub. Bu adam atasının yolunun davam etdirib, publisist olub. Mən onun 10 məqaləsini tapdım. Hətta “Mücahid” dərgisində bir müddət redaktor kimi çalışıb. Türkiyədə Nəsihə adlı bir xanımla ailə qurub. Sonradan onun 1976-ci ildə dünyasını öyrəndik. Biz Səfvət bəyin məzarının harada olduğunu bilə bilmirik.
1960-cı illərdə SSRİ ilə Türkiyə arasında münasibətlər yaxşılaşmağa doğru getdi. Nümayəndə heyətləri səfərləri başlamışdı. Deyilənı görə o zaman Abbas Zamanov Türkiyəyə gedib Səfvət bəyi tapıb. Abbas Zamanov hətta ona Azərbaycana dönməyi də təklif edib. Deyib, yox, daha dönmək istəmirəm.
Bundan əlavə, 1990-cı illərədək Bakıda Tofiq bəyin qızı, Həsən bəy Zərdabinin nəvəsi yaşayıb. Onun adı Fatma Məlikova-Zərdabi olub. Mən arxivdən Fatma xanımın doğma bibisi, Əlimərdan bəy Topşubaşovun həyat yoldaşı Pəri xanıma yazdığı məktubunu tapdım.
Bizim görkəmli yazıçımız Əzizə Cəfərzadə Türkiyəyə çox gedib-gəlib. Fatma xanım yazır ki, Əzizə xanım mənə sizin məktubunuzu verib. Mən bilmək istəyirəm ki, siz Həsən bəy Zərdabinin nəyisiniz? Siz kimin qızısınız? Mənim bildiyimə görə Əlimərdan bəy Topçubaşovla bibim Pəri xanımın övladları Sevər, Ənvər olub. Mən burda Həsən bəy Zərdabinin sağ qalan yeganə nəvəsiyəm.
Məktubda yazır ki, məni əmim Səfvət bəyin taleyi məni maraqlandırır. 1970-ci ilədək biz onunla əlaqə qurmuşuq, məktublaşmışıq. Ancaq son illərdə nə onun özündən, nə də həyat yoldaşından xəbər yoxdur. Əgər bilirsinizsə, xahiş edirəm mənə əmimlə əlaqə qurmağa yardımçı olun. Yəni, belə bir məktub var. Mən həmin məktubun əslini çap etmişəm. Demək, əlaqələr var imiş.
İndi məsələ ondadır ki, biz gərək bəstəkar Rauf Hacıyevin şəxsi arxivinə girək, çünki dediyim kimi Rauf Hacıyev Qəribsoltan xanımın oğulluğu idi. Onların çox ciddi yazışmaları olub. Mən bir neçə dəfə getdim ki, bəstəkarların arxivlərinin harada olduğunu tapım. Bir nəticə əldə edə bilmədim.
Məsələ ondadır ki, Səfvət bəy çox fərqli fikrin, fərqli millətçi ideologiyanın sahibi olub. Liberal dünyagörüşünə sahib olmayıb. Buna görə də tədqiqatlardan çox kənarda qalıb.
Səxavət Həmid: Akif bəy, “Əkinçi” qəzetinin yaradıldığı dövrdə ictimai-siyasi vəziyyət necə idi?
– “Əkinçi” qəzetinin yaradıldığı dövr milli burjuaziyanın yeni formalaşma dönəmi idi. Bakıda artıq ABŞ-ın, Avropa dövlətlərinin neft şirkətləri artıq oturuşmağa başlamışdılar. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev yeni-yeni gəlirdilər. Milli burjuaziyanın formalaşması üçün də milli təsisatlar lazım idi. Mətbuat da milli təsisatın bir elementi idi.
Biz Həsən bəy Zərdabini bir obraz kimi götürürük. Ancaq həmin dönəmdə qəzet açılması, teatrın yaradılması və sair təsisatlar üçün ictimai sifariş mövcud idi. Çünki milli burjuaziya həm teatra, həm də qəzetlərə sərmayə qoyurdu. “Həyat” qəzeti kimin idi? Bu qəzeti maliyyələşdirən Hacı Zeynalabdin Tağıyev idi. Yaxud Həsən bəy Zərdabinin Zədabdan sürgündən qurtulub Bakıya gəlməsini təşkil edən milli burjuaziyamızın nümayəndələri idi. Onlar da burada öz milli maraqlarını təmin etmək üçün milli təsisatları quracaq insanlara şərait yaradırdılar.
Məsələn, Hacı Zeynalabdin Tağıyevin evinin üst mərtəbəsində Həsən bəy Zərdabi yaşayırdı. Bu mülk Hacı Zeynalabdin Tağıyevin idi. Gör ona nə qədər dəyər verirdi ki, evinin üst qatını ona vermişdi. Fakt bundan ibarətdir.
Digər fakt bundan ibarətdir ki, 1905-ci ildə erməni-müsəlman qırğınlarında mərkəzi mətbuat və ermənilərin əlində olan mətbuat orqanları həmin bu qırğınlarda azərbaycanlıları günahlandırmağa başlayır. Halbuki qırğını başlayan da, onu aparan da ermənilər olub. Belə olan təqdirdə Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni və həmin dönəmdə çalışan mütərəqqi fikir sahiblərini bir araya gətirir. Deyir ki, siz də qəzet açın. Deyirlər necə açaq? Gərək Peterburqdan icazə verilsin. Artıq onun maliyyəsi hesabına və çarın xanımına olan iltifatına görə ona icazə verildi. Vorontsov-Daşkov Qafqaz canişini olandan sonra “Həyat” qəzetinin nəşrinə icazə verildi. Ancaq qəzetin 5-6 nömrəsi qeyri-leqal çıxmışdı. Şifahi şəkildə razılıq alınmışdı. Yəni, bu razılığı Həsən bəy Zərdabi almırdı ki…
Təbii ki, bu razılığı həmin dönəmdə milli burjuaziyanın nümayəndələri alırdı. Onlar azərbaycanlılara qarşı aparılan təbliğata qon qoyulmasını istəyirdilər. Çünki ermənilərin əsas məqsədlərindən biri Bakıya bütünlüklə sahib olmaqdan ibarət idi. Onlar başa düşürdülər ki, Bakının neft ehtiyatlarının hamısına sahib olmaq üçün azərbaycanlıları buradan çıxarmaq lazımdır.
Əhməd bəy Ağaoğlu bununla əlaqədar olaraq Peterburqa getmişdi. Bakı kəndlərinin köçürülməsi məsələsi var idi. Çünki Bakı kəndləri köçürüləndə neft ermənilərə və digər xalqlara qalırdı. Bizim milli burjuaziyamız buna razı olardımı? Təbii ki, idrak sahibləri, millət fədailəri bütün imkanlarını buna sərf edirdilər.
– Qəzetdə siyasi məsələlərə toxunmaq nə dərəcədə mümkün olurdu?
– “Əkinçi” elə siyasi səbəblər üzündən bağlandı. Həmin vaxt rus-türk müharibəsi başlamışdı. Camaat müharibəyə dair xəbərlərin dərcini istəyirdi. Müharibə xəbərlərinin dərcinə də imkan vermirdilər. Hətta dövlət teleqrafı ilə gələn savaş xəbərlərin “Əkinçi”də dərcinə imkan vermirdilər. Çünki burada artıq milli ruh yüksəlirdi. Artıq ruhanilər məscidlərdə gizli şəkildə yığışırdı, üzdə Rusiyaya xeyir-dua verirdilərsə, alt yapıda, gizli şəkildə Osmanlının bu müharibədə udmasını istəyirdilər. Ona görə də imkan vermirdilər ki, savaş xəbərləri orada getsin. Savaş xəbərləri verməyəndə isə qəzetin oxucusu azaldı.
Həsən bəy özü yazır ki, bizim 400 nəfər oxucumuz var idi və həmin 400 nəfərin çoxu üçün maraq kəsb edən informasiyalar olmadığı üçün biz oxucusuz qaldıq.
Zümrüd Kərimova: “Əkinçi” qəzetində işləyənlərin şəxsiyyəti ilə bağlı maraqlı detallar varmı?
– Biz qəzetimizin redaksiyasında mətbuat muzeyi yaratmışıq. Orda mətbuatımızın bütün dövrlərini əks etdirən fotolar, orijinal sənədlər, qəzetlər var. Orada bir foto var – “Əkinçi”lər.
Təbii ki, “Əkinçi”lərin kimliyi ilə bağlı yazılıb. Məsələn, Əsgər ağa Gorani, Əhsənül Qəvaid, Nəcəf bəy Vəzirov. Nəcəf bəy həmin vaxt Moskvada idi, Moskvadan yazırdı. Yəni, belə bir “Əkinçi”lər nəsli yetişdi.
“Əkinçi”nin ən böyük önəmi nədir? Bu gün biz mətbuatda nəyi müzakirə edirik? Mətbuatda müxtəlif fikirliliyin olmamasını, düzdür? İndi baxın ki, “Əkinçi” təzəcə yaranıb, tərtibaçısı yox, korrektoru yox, yazanı yox. Amma o nə edirdi? Bir tərəfdən şaxsey-vaxsey oxumağın, şəbih tamaşalarının xeyrinə olan, digər tərəfdən isə növbəti sayda onu tənqid edən yazılar verirdi. Bu, müxtəlif fikirlilik deyilmi? Biz Qərb mətbuatı deyirik və onun arxasınca düşürük. Qərb mətbuat tipi bu deyil? Bizim üçün onun əsasını Həsən bəy Zərdabi qoyub. Bu örnəyi yaradıb.
Bundan əlavə biz hazırda bəzən istinadlar olmadığını deyirik. “Əkinçi”nin bütün nömrələri tam transliterasiya edilərək 2 dəfə çap olunub. Baxın, orada bütün qəzetlərə istinad verilib. Türkiyə qəzetinə, Rusiya qəzetlərinə istinadlar var. Məlumat haradan alınıbsa, ora istinadlar var. Bu, istinadlar jurnalistikanın bir peşə kimi mədəniyyəti deyilmi? Yəni, “Əkinçi”lərlə bağlı bu cür məqamlar var.
Onu da deyim ki, biz “Əkinçi” qəzetini tədqiq etdiyimizi düşünürük. Ancaq o qədər də tədqiq etməmişik. Biz Həsən bəy Zərdabini yoxsul bir adam kimi təqdim edirik. O necə yoxsul oldu ki, Göyçay əraziləri onun babası Rəhim bəyin, atası Səlim bəyin mülkü idi.
Torpaq sahələri var idi. Yəni, onun əsli-nəsli kifayət qədər tanınan, imkanlı insanlar olub. Həsən bəyin yoxsullaşmış, imkansız bəy ailəsi olmasına dair səslənən fikirlər yalandır.
Onun atasının oğlunu Tiflisdə oxutmağa imkanı var idi. Moskvada təhsil xərcləri də az deyildi. Arxivdə sənədlər var. Biz yenidən Həsən bəy Zərdabiyə qiymət verəndə ona yoxsul insan kimi qiymət verməməliyik. Bu, sovet ideologiyasının gətirdiyi şeylər idi.
Bir daha deyirəm, Həsən bəy yoxsul insan deyildi. Sadəcə, pulunu-parasını millət yolunda fəda edən bir şəxsiyyət idi. Onun bir quru taxtın üstündə dünyasını dəyişdiyini, ac gəlib-ac getdiyini deyirlər. Həsən bəyin dəfnində çoxlu sözlər deyilib. O sözlərin ən təsirlisini Əhməd bəy Ağaoğlu deyib. Deyib ki, ey müqəddəs ruh, sən indi bu bədəndən ayrılıb bizim babalarımızın, əcdadlarımızın yanına gedirsən. Həmin babalarımızı, əcdadlarımızı gör, onların yaxasından tut ki, bizə nə məmləkət qoydunuz.
Onu da deyim ki, Həsən bəy ömrünün sonlarında “Kaspi” qəzetinin redaksiyasına gedirdi. Skeleroz xəstəliyinə tutulmuşdu. Yaddaşında problemlər yaranmışdı. Onu son dönəmlərdə Bakı Şəhər Dumasına seçməmişdilər. Ancaq o elə bilirdi ki, dumanın üzvüdür. Ailə üzvləri də ona deyə bilmirdilər ki, o artıq dumanın üzvü deyil. Ancaq o geyinib-keçinir, deyirdi ki, mən dumaya gedirəm. Amma “Kaspi”nin redaksiyasına gedib orada yazılarla, redaktə işi ilə məşğul olurdu.
Həsən bəy Zərdabi böyük şəxsiyyətdir. Azərbaycanın böyük bir erası onunla başlayıb. Birmənalı olaraq demək mümkündür ki, Azərbaycanda cəmiyyətin, ictimai fikrin formalaşması, dövlət quruluşunda, idarəetmə sistemində ən mütərəqqi cəhətlər, bizim bir millət olaraq millətlərin cərgəsinə qatılmağımız, inkişafımız bilavasitə Azərbaycanda jurnalistika ilə bağlı olub. Azərbaycanda dövlət olmayanda yenə dövlət funksiyasını jurnalistlərimiz – Həsən bəy Zərdabilər icra edib. Teatrı, xeyriyyə cəmiyyətini onlar yaradıb. Ermənilərə qarşı onlar döyüşüb. Torpağı yenə də onlar öz qələmi ilə qoruyublar. Bu işlərin də başında Həsən bəy dayanır.
Teleqraf. com
Müəllif: Səxavət Həmid
Mənbə: Babək Cəfərov
Tərtibçi: Zaur USTAC
Əlavə məlumat:
Zaur Ustacın Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

NƏRGİZ və GÜLNAZ
Biri Nərgiz, biri Gülnaz,
Biri işvə, biri çimnaz,
Nərgiz biraz dəcəl, kurnaz,
Daha mehribandır Gülnaz!
Müəllif: Zaur Ustac
Zaur Ustacın Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

PEDAQOGİKA ELMİNİN YORULMAZ
TƏBLİĞATÇISI
Görkəmli mütəfəkkir-pedaqoq Mirzə Əbdürrəhim Talıbov yazır ki: Mənşə, rəng, cins və digər mənsubiyyətlərdən asılı olmayaraq, hər xalqın, hər millətin elə oğul və qızları olmuşdur ki, öz təfəkkür, bilik və ilham mənbələrindən qidalanaraq, əbədiyyətə qovuşan əsərlər yaradıb, ümumbəşər xəzinəsinə vermişlər. Bunlara alimlər, mütəfəkkirlər və sənətkarlar ordusu deyərlər. Bütün bəşəriyyətin borcu budur ki, bunların bizə bəxş etdiyi abidələri və əbədi mirası həvəslə öyrənib, hər kəs öz gücü və qavraya bildiyi qədər onlardan pay götürsün. Bu elm və ədəb xəzinəsindən payı çox olanın səadəti də çox olar. Bəli, belə əbədiyyətə qovuşan və ümumbəşər xəzinəsinə çevrilən əsərlərdən biri də pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyidir (Bakı: Mütərcim, 2010, 320 səh.). Əminliklə deyə bilərik ki, Nizaminin, Sədi Şirazinin, Marağalı Əvhədinin, Nəsirəddin Tusinin və digərlərinin əsərləri ilə çağdaş dövrümüz arasında neçə yüzilliklər varsa, Akif Abbasovun müdrik fikirlər, hekayələr, sual və tapşırıqlarla zənginləşdirdiyi “Milli əxlaq və ailə etikası” adlı dərsliyi də gələcək yüzillikər içərisində həmişə vərəqlənəcək, əldən-ələ keçəcək əsərlərdən olacaqdır.
Çağdaş dövrümüzün ən iqtidarlı alimi, görkəmli pedaqoq və yazıçılarından olan Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyi dörd bölmədən (fəsildən) ibarətdir. “Milli əxlaq və ailə etikasının ümumi məsələləri” adlı I bölmədə Akif müəllim əxlaqın yaranması və inkişafından, Azərbaycan şifahı xalq ədəbiyyatındakı milli-mənəvi dəyərlərdən, “Avesta”da, islam dinində və “Kitabi-Dədə Qorqud” dastanında əxlaqi təlimin mahiyyətindən, həmçinin Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Şah İsmayıl Xətayinin, Məhəmməd Füzulinin, Azərbaycan maarifçilərinin yaradıcılığındakı ailə münasibəti məsələlərinin incə və həssas məqamlarından söz açmış, tədqiq-təhlil süzgəcindən keçirmişdir. Müqəddəs kitablardakı tərbiyəedici imkanlardan, həmçinin Zərdüşt peyğəmbər (ə), Məhəmməd Peyğəmbər (ə), Həzrəti Əli (ə), övliya bildiklərimiz Abdullah bin Mübarək, Əbdül Qadir Gilani, Əbu Səid Xərraz, Cüneyd Bağdad, Sirri Sədəqi və başqa bu kimi böyük zatlardan bəhs edən professor ailə münasibətlərində mənəvi xarakter(lər) müəyyənləşdirmişdir.
Bu bir faktdır ki, əsrlər keçmiş, bəşəriyyət tarixində köklü dəyişikliklər, yeni dəyişikliklər olmuşdur. Ancaq Akif Abbasovun sözləri ilə desək əxlaq nə qədər inkişaf etmiş olsa da, forma və məzmun dəyişsə də yenə də ötən əsrlərdə ailə haqqında deyilən tərbiyəvi fikirlərin dəyəri heç də azalmamışdır. Bu gün də ailəyə bağlılıq, qadının sədaqəti, kişi qeyrəti, qadın isməti, ailənin şərəfini qorumaq və s. milli dəyərlər arasında xüsusi yer tutur. Xalq pedaqogikasına geniş yer ayıran Akif Abbasov bu kimi ibrətamiz misallar gətirir: “Arvadın isməti-ərin izzəti”, “Varını itirən az şey itirər, namusunu itirən çox şey”, “Ailə xoşbəxtliyin açarıdır”, “Ağıllı gəlinin ailədə üzü ağ olar”, “Ağıllı gəlin ər evində həm yarıyar, həm qarıyar”, “Ailədə yanılmaq yamanlıq gətirər”, “Ailnin üzüağlığı namusdur”, “Ailəyə xor baxan aləmə də xor baxar”, “Ailənin sirri, sözü ailədə qalar”, “Arvadı tənbəl olan kişinin işi əngəl olar” və s. Professor haqlı olaraq qeyd edir ki, xalq təfəkkürünün ən gözəl, bariz nümunələrinin toplandığı folklor insanları mənəvi baxımdan saflaşdırır, bir şəxsiyyət kimi kamilləşdirir, yetkinləşdirir. Belə nümunələr ailə və məktəb uşaqlarının, yeniyetmə və gənclərin tərbiyəsində istifadə olunmalıdır.
Professor Akif Abbasov “Avesta” və islam dinindəki ailəyə ciddi münasibətlərin formalaşdırılması məsələlərini də xüsusi diqqət mərkəzində saxlamışdır. Hər iki əsərdən nümunələr gətirərək göstərir ki, ailə tərbiyəsi prosesində bihudə yerə tələbkarlığı azaltmaq, ehtiyac duyulmadan tərbiyə olunana acıyaraq rəhmdillik, yersiz mərhəmət göstərmək, güzəştə getmək, sərt tədbir görmək lazım gəldiyi halda bağışlamaq uşağın əxlaqını pozar, onu ərköyün, sözeşitməz edər.
Görkəmli alim, professor Akif Abbasov “Kitabi-Dədə Qorqud”da ailə tərbiyəsi nümunələrini də ətraflı və maraqlı şəkildə tədqiq-təhlil süzgəcindən keçirmişdir. Belə ki, Oğuzlarda övlada valideyn məhəbbətini; oğlan və qızlara ad qoyma mərasiminin necə və hansı şəkildə təşkil olunmasını; qadına münasibəti; ailə şərəfini; ömür-gün yoldaşlarını necə seçmələrini; ailədə uşaqlar arasında qarşılıqlı münasibətlərin necə tənzimlənməsini; ailələrdə uşağa(lara) tələbatın həllinin necə tapmasını təsvir etmişdir. Müəllif yazır ki, Oğuzlarda ailənin şərəfini qorumaq ailənin bütün üzvlərinin müqəddəs borcu, vəzifəsi hesab edilmişdir. Bu gün də türk dünyasında, Azərbaycan xalqında bu hiss son dərəcə güclüdür. Ailənin namusunun, qız-gəlinin ismətinin qorunması üçün cavanlarımız, ailənin başçıları, qadınlarımız tarixən hər cür məhrumiyyətlərə, əzab və işgəncələrə sinə gərmiş, mübarizə aparmışlar.
Bildiyimiz kimi, Dədə Qorqud 54 öyüd söyləmişdir. Bu 54 öyüdün 16-sı ancaq ailə və ailə tərbiyəsi ilə bağlı öyüdlər sayılır ki, Akif müəllim də bu kimi öyüdləri anlaşıqlı və sadə dildə təhlil obyektinə çevirmişdir. Akif müəllim dərs vəsaitinin “Kitabi-Dədə Qorqud”da tərbiyə məsələləri” adlı yarımbölməsində övlada olan ata sevgisini, ana məhəbbətini, ailədə uşaqlar arasındakı qarşılıqlı münasibətləri boylardan gətirdiyi faktlarla, misallarla təsvir edir və bütün bunları ailə etikasının rəmzi hesab edir. Belə ki, Baybörənin oğlu Beyrəyin “ölüm” xəbərini eşitməsi və atanın ağlamaqdan gözlərinin tutulması, 16 illik ayrılıqdan sonra oğluna qovuşması, oğlu olduğuna əmin olması üçün, oğlunun (Beyrəyin) çəçələ barmağını qanadıb dəsmala silib gözlərinə çəkməsini, gözləri açılarsa, gözlərinə yenidən nur gələrsə oğlu olacağına inanacağını; Dirsə xanın xainlər tərəfindən aldadılaraq oğlu Buğacı ölümcül yaralaması, ananın dağ çiçəyi və ana südü ilə oğlunun yarasına məlhəm qoyub sağaltması; Beyrəyin bacılarının hər gedib-gələndən Beyrəyi sormalarını, ələmə-yasa batmalarını və s. Akif Abbasov psixoloji baxışdan entuziast bir sənətkar kimi xarakterizə edir.
Demokratik fikirlər müəllifi Akif Abbasov Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Məhin Banunun Şirinə poetik dillə dediyi öyüd dolu sözləri eyni ruh, eyni görüşlə nəsr dilinə çevirərək mənəvi gözəllik ölçüləri ilə oxucusuna belə çatdırır: “Sən (Şirin – K.C.) bütün gözəllərin sultanısan, sənin bircə nazın yüz şahlığa dəyər; xoşbəxtlik sənin ardınca kölgətək gəzir. Gözəlsən, camalın yer üzünə nur saçır, fəqət, sənin bəzəyin ismətdir, nəzakətdir, hüsnün ismətinin pənahındadır” [Bax: səh.50]. Bu bölmənin təhlili bir daha göstərir ki, Akif müəlllimin dili diqqətəlayiqdir. Akif müəllim dilin hissi cəhətinə, təsirli olmasına çox əhəmiyyət verir. Professorun dili bir şeir qədər ahəngdar və ifadəlidir, lirik bir parça təsiri bağışlayır.
“Əxlaqın əsas kateqoriyaları” adlanan (vicdan, şərəf və ləyaqət, namus, ismət, həya, məsuliyyət, şərəf və ləyaqət, xeyirxahlıq və yaxşılıq və s.) ikinci bölmədə Akif müəllimin mövqeyi çox böyükdür. “Əxlaqın əsas kateqoriyaları” adlı bölmədə müasirlik biz oxucuları hər şeydən daha çox maraqlandırır. Çünki ədəbiyyatlardan gətirdiyi yüksək bədii mövqeni misallarla, məsəllərlə qiymətləndirdiyi kimi, onun ictimai-tərbiyəvi rolunu da yüksəkdə tutur. Vicdan nədir? sualına “Vicdan şəxsiyyətin öz davranışına görə mənəvi məsuliyyəti anlamasının bir formasıdır” – cavab verən Akif Abbasov etibarlı mənbələrdən, müxtəlif şair və yazıçılardan da maraqlı misallar gətirir. Yazır ki, vicdanlı insan pislik toxumu səpməkdən uzaq olur. Belə insanlar çalışırlar ki, həyatda fəal mövqe tutsunlar. Təhsil alan, işləyən insanlara qayğı ilə yanaşsınlar. Tək özlərinin yox, ətrafdakı insanların da sevincinə, kədərinə şərik olsun, xeyirxahlıq, qayğıkeşlik göstərsin. Belələri çalışırlar ki, sonradan peşmançılıq çəkməsinlər. Vicdan bəzi xüsusiyyətlərə malikdir: ideala can atmaq; şəxsi qiymət; hərəkət və davranışın ideala uyğun olması, yaxud olmaması nəticəsində meydana gələn mənəvi hiss və s. Professor vicdanın oyaq olması, adama düzgün yol göstərməsi üçün özünəhesabatı vacib amil hesab edir. Əgər insan günü başa çatandan sonra – ötən saatları necə keçirdim, ondan səmərəli istifadə edə bildimmi? Məktəbdə, işdə üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdimmi, yoxsa günümü birtəhər ötüşdürdümmü? Kiminsə xətrinə dəydimmi? Bu və ya digər hadisə baş verərkən mənəvi borcuma əməl etdimmi? Kiminsə bədxahına çevrilmədim ki? bu və ya bu kimi başqa suallarına cavab axtarırsa deməli vicdanı qarşısında da cavab verir. Həyanı vicdanın barometri hesab edən Akif müəllim gənc ailələrdən vicdanı, abırı, həyanı itirən insanlardan kənar olmağı tövsiyə edir. Yazır ki, belələrindən hər cür pislik, mərdiməzarlıq, alçaqlıq gözləmək olar. İnsan taleyi ilə oynamaq həmin şəxslər üçün heç nədir. Belə ünsürlər cəmiyyət qarşısında, vətən, xalq qarşısında məsuliyyət daşımaq istəmirlər. Vicdanını itirənlər yalnız özlərini düşünür, öz firavanlığı, mənafeləri üçün çalışırlar.
Akif Abbasov “Milli əxlaq və ailə etikası” dərsliyində şərəf və ləyaqət, namus, ismət, həya, məsuliyyət, xeyirxahlıq və yaxşılıq və s. söhbət açarkən belə anlayışların qədim tarixə kökləndiyini misallar və izahlarla açıqlayır. Yazır ki, feodalizm dövründən başlayaraq bəy, ağa, zadəgan, xan, hersoq, qraf, baron və knyaz kimi ti-tulların sahibləri şərəf, namus və ləyaqət baxımından öz şəxsiyyətlərini digər insanlardan üstün hesab etmiş, bu məfhumlara böyük dəyər vermiş, bəy, ağa, qraf, knyaz adlarına ləkə gətirməkdən çəkinmişlər. Professor “O olmasın, bu olsun” bədii filmindən misal gətirir: Rüstəm bəy qumarda uduzur. Daha pulu olmadığı üçün ayağa qalxaraq uduzduqlarını qaytaracağına masa ətrafdakıları inandırmaq üçün tituluna and içir: “Uduzduğum pulları yarım saatdan sonra gətirərəm. Mən bəy kimi namusuma and içirəm” – deyir. Şərəf, namus və ləyaqət hissi bəzi bəy, ağa, xanlarda lovğalıq, xudpəsəndlik, şöhrətpərstlik, heç kimi bəyənməmək, harınlıq da yaradırdı. Ancaq bəy, ağa, xanların bir çoxu, sözün həqiqi mənasında, şərəf, namus, ləyaqət nümunəsini göstərir, özlərini ağayana – əsl insan kimi aparmışlar. Bu mənada, Akif müəllim İsmayıl Şıxlının “Dəli Kür” romanındakı Cahandar ağanı oxuculara xatırladır. Təbii ki, bu fikirlərdən heç də belə anlaşılmasın ki, şərəf, namus, ləyaqət ancaq bəy, ağa, zadəgan, xan, hersoq, qraf, baron və knyaz kimi titulların sahiblərinə aid edilməlidir. Xeyir, heç də elə deyil. Bu gün cəmiyyətin ayrı-ayrı üzvləri şərəf, ləyaqət və namusu var-dövlətdən, titul və rütbədən, vəzifədən də uca tuturlar. Akif Abbasovun atalar sözü və zərbi-məsəllərdən, həmçinin görkəmli mütəfəkkirlərdən gətirdiyi misal və məsəllər də təqdirəlayiqdir. Bunlardan bir neçəsinə nəzər salaq: “Varını itirən az şey itirər, namusunu itirən-çox şey”; “Namusu itə atdılar, it yemədi”; “Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun (X.Şirvani)”; “Sizə yaxşılıq edildiyi vaxt siz də yaxşılıq edin (Məhəmməd peyğəmbər)”; “Bacardığın qədər yaxşılıq toxumu ək ki, yaxşı bəhrə götürəsən (Hümam Təbrizi)”; “Mənəvi borc insanlar arasında münasibətlərdən yüksəkdə durur (İ.Kant)”; “Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək (M.Əvhədi)”; “Kişinin qeyrəti olmasa, məsləki də olmaz (Keykavus)”; “Namuslu adamlar üçün namus, alim üçün alimlikdən daha əzizdir (J.J.Russo)”.
Akif Abbasov “Milli əxlaq və ailə etikası” adlı dərsliyində maraq dolu suallar da yaratmışdır. İnsan nə üçün yaşayır? Həyatın mənası varmı, varsa – nədədir? Hansı həyat tərzinə üstünlük verilməlidir? Yaşamağa dəyərmi? Xoşbəxtlik var-dövlətdir, yoxsa…? Belə maraq dolu suallara Akif müəllim özü də cavab verir. Drəslikdə qeyd edildiyi kimi, bəziləri güman edirlər ki, insan dünyaya gəldi, yaşadı, öldü – bu dövr, bu müddət onun həyatıdır. Əslində isə bu belə deyil. İnsanın mənalı, məzmunlu, cəmiyyət və ailəsi, bəşəriyyət üçün gördüyü işlər, onlar üçün yaşayıb fəaliyyət göstərdiyi faydalı, məhsuldar ömrü onun əsl həyatıdır. Mənasız sərf etdiyi, sadəcə yeyib-yatdığı, ailəsinin gözündən oğurlayıb çəkdiyi kef, necə deyərlər, “papağını günə yandırdığı”, insanlığa fəlakətlər gətirdiyi günlər, adamların iztirabına, göz yaşlarına, kədərinə, bəxtəvərliyinə, əzab-əziyyətinə, işgəncəsinə səbəb olduğu anlar onun ömrünə yazılmır, yazılsa da, qara qara hərflərlə yazılır.
Akif müəllim cəmiyyət və ailəsi üçün gördüyü işlərdən, onlar üçün yaşayıb fəaliyyət göstərən Azərbaycan xalqının iftixarları sayılan Rahib Məmmədovdan, Mübariz İbrahimov kimi igid, qorxmaz cəsurlardan da bəhs edir. Bir zamanlar Biləsuvarda böyüyüb boya-başa çatan Mübariz İbrahimovu tanıyanlar zənnimizcə onlarla idi. Ordu sıralarında vətəni xidmətini yerinə yetirən zaman nə qədər üzdəniraq erməni əsgərlərini, zabitlərini, generallarını və sursatlarını məhv etmişdisə ermənistanda matəm elan olunmuşdur (2010-cu ilin iyun ayı). Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovun valideynlərinə də Azərbaycan xalqının məhəbbəti sonsuzdur. Böyük Vətən Müharibəsində igidlik göstərən Mehdi Hüseynzadə, Gəray Əsədov, Həzi Aslanov, Qafur Məmmədov və digərlərin adını çəkiriksə II Qarabağ uğrunda gedən döyüşlərdə Qarabağı mənfur düşmənlərdən qanı bahasına geri alan minlərlə şəhidlərin və qazilərin adını çəkmək olar. Professorun qeyd etdiyi kimi, ana torpağı öz canları-qanları bahasına qoruyan şəhidlər və qazilər hər bir ailənin övladlarına örnəkdir, nümunədir. İnsan ömrü çox da uzun deyil, ona görə də bu həyatı mənalı yaşamağa çalışmaq lazımdır. A.Barbüsün dediyi kimi: Ölmək yox, yaşamamaq dəhşətdir.
Tədqiqatçı-alim Akif Abbasov “Ailə etikası” adlı üçüncü bölmədə “Oğlan və qızların qarşılıqlı münasibətlərinin əsasları”, “Sevənlərin davranış mədəniyyəti”, “Ni-kah”, “Ailə üzvlərinin hüquq və vəzifələri”, “Ailənin mənəvi əsasları”, “Ailənin psixoloji iqlimi”, “Ailə bayramları”, “Ailə büdcəsi” və s. məsələlərdən bəhs edir. Ailə – insanların qarşılıqlı əlaqə, fəaliyyət və münasibətlərinin ən qədim təsisatı, unikal hadisə və təzahürüdür – deyən professor ailəni ictimai-tarixi hadisə adlandırır. Həmçinin, ailənin bir sıra funksiyalarına (reproduktiv, təsərrüfat-iqtisadi, ünsiyyət, tərbiyə, ailənin asudə vaxtının və istirahətinin təşkili, bərpaedici və s.) da aydınlıq gətirmiş və təhlil süzgəcindən keçirmişdir.
Professor “Milli əxlaq və ailə etikası” dərsliyinin “Ailə və uşaqlar” adlı dördüncü bölməsində də (“Gənc ailədə uşaq” səh.287; “Ailədə uşaqların tərbiyəsi. Ata və ana ilk tərbiyəçilərdir” səh.295; “Ailədə tərbiyənin prinsip və metodlarından istifadə” səh.308) ailədə tərbiyənin prinsip (Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması; Tərbiyədə fərdi yanaşma prinsipi; Hörmət və tələbkarlıq prinsipi; Tərbiyə olunanın müsbət cəhətlərinə istinadən qüsurların aradan qaldırılması (nikbinlik) prinsipi; Uşağın diqqətini mənfi nümunələrə yönəltməklə davranış normalarından kənaraçıxma hallarının qarşısını almaq prinsipi; Tərbiyəvi təsirlərdə vahidliyin gözlənilməsi prinsipi; Sistematiklik və ardıcıllıq prinsipi) və metodlardan (alışdırma, öyüd-nəsihət, söhbət, rəğbətləndirmə və cəzalandırma, şəxsi nümunə və s.) necə istifadə etməyin yollarına aydınlıq gətirmiş və həmçinin, aydın, səlis, rəvan sözlər və cümlələrlə şərh və izah etmişdir.
Əbəs yerə demirik ki, aydın zəka sahibi Akif müəllim “Milli əxlaq və ailə etikası” adlı dərsliyində ailə münasibəti məsələlərini səlis, rəvan dillə və sadə, aydın cümlələrlə şərh və izah etmişdir. Bir çox dərsliklərə nəzər salan zaman görürük ki, çox müəlliflər hər hansı bir mövzunu tədqiq və təhlil etməyə çalışarkən (Məsələn, deyək ki, Ailə tərbiyəsi; Ailəyə pedaqoji kömək; Ailənin psixoloji iqlimi; Ailə bayramları; Sinif rəhbərinin ailə ilə işi və s.) daha çox aşağıdakı şəkildə yazırlar: Valideynlər Konvensiyanın uşağın yaşamaq hüququ haqqında müddəalarını bilməlidir(lər); Ailə ənənələrin varisliyini təmin etməlidir(lər); Sağlam ailələrdə valideynlər və uşaqlar gündəlik təbii münasibətlərə bağlı olmalıdır(lar); valideynlər öz uşaqlarının xarakter və xüsusiyyətlərini bilməlidir(lər) və s. və i. Göründüyü kimi, dır, dir, lar, lər. Ancaq professor Akif Abbasov istiqamətvericiliklə yanaşı hər bir mövzuda fikirləri aydın işıqlandırmış, portret rəssamı kimi əlvan rənglərlə, boyalarla canlandırmış, oxucusunu fikirlər, anlayışlar aləminə səfərbər etmişdir. Bu da təbii ki, hər bir oxucuda xeyirxah əməllər sahibi olmaq əzmini, emosionallığı, mənəvi tələbatları daha da qüvvətləndirir.

Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyindəki fikir və görüşlərə yekun vurarkən aşağıdakı nticələrə gəlirik:
1. Pedaqogika elminin inkişafında yorulmaq bilmədən axtarışlar aparan cəfakeş tədqiqatçı Akif Abbasov Azərbaycan ailəsində milli əxlaqımızı və onun tələblərini əsas götürərək qarşılıqlı münasibətlərin qurulmasını pedaqoji-psixoloji məqamlarla araşdırmışdır;
2. Pedaqoji və psixoloji biliklərin azmanı Akif Abbasov Azərbaycan şifahı xalq ədəbiyyatı, “Avesta”, islam dini və “Kitabi-Dədə Qorqud” dastanlarındakı şəxsiyyətin keyfiyyətlərinin inkişafı qayğısına qalmağı vacib tələb kimi irəli sürmüş və işıqlandırmışdır;
3. Tarixi həqiqətləri zərrə-zərrə üzə çıxarmış Akif Abbasov Nizami Gəncəvinin, Sədi Şirazinin, Marağalı Əvhədinin, Nəsirəddin Tusinin, Məhəmməd Füzulinin, A.Bakıxanovun, M.F.Axundovun və b. mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış və ailədə əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqelərini müəyyənləşdirmişdir;
4. Pedaqoji elmin yorulmaz təbliğatçısı Akif müəllim Azərbaycan ailəsində pedaqoji-psixoloji, milli-mənəvi xüsusiyyətlər, adət və ənənələr, valideyn-oğlan münasibətləri, oğlanlarla qızların dostluğuna münasibəti, sevənlərin davranış mədəniyyəti, nikah, geyim və gözəlliyin vəhdətindəki qanunauyğunluqları müəyyənləşdirmiş, təhlil etmişdir;
5. Alicənab duyğular və nəcib hisslər carçısı Akif Abbasov Azərbaycan ailəsində oğlan və qızların sosializasiyasının xüsusiyyətlərini müəyyənləşdirmiş və çağdaş mərhələdə sosializasiya anlayışının mahiyyəti və məzmununun nədən ibarət olduğuna aydınlıq gətirmışdır;
6. Milli ruh və milli düşüncə sahibi Akif Abbasov qızların oğlanlarla ünsiyyəti, yaşlılarla qarşılıqlı münasibətlərinin pedaqoji-psixoloji məsələlərini araşdırmış, ailə ixtilaflarının səbəblərini aydınlaşdırmış və təhlilini vermişdir;
7. Sözündə qəti, işində mübariz, qərarında prinsipial olan professor Akif Abbasov dərslikdə gender – insanın cəmiyyətdə davranışını müəyyən edən sosial cins və bu davranışın necə qəbul edilməsinin vəzifələrini, funksiyalarını və rolların konsepsiyasını müəyyən etmişdir;
8. Saysız-hesabsız əsərlər müəllifi Akif Abbasov ümumtəhsil məktəblərində valideynlərin, xüsusilə gənc valideynlərin hamılıqla pedaqoji-psixoloji sərvət və biliklərə yiyələnmələri üçün səmərəli tədbirlər həyata keçirməyin metod və yollarını müəyyənləşdirmişdir.
Müəllif:Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutu,
Pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
KAMAL CAMALOVUN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK !!!
Bu gün gözəl insan, əsl ziyalı, gənclərə daim dəstək olması ilə seçilən tanınmış yazıçı, naşir Müşfiq Xan ın doğum günüdür! Ad günü münasibəti ilə Müşfiq müəllimi təbrik edir, Uca Yaradandan can sağlığı, uzun ömür və bütün işlərində müvəffəqiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Müşfiq müəllim!!!
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Yazarlar.az xəbər verir ki, iyulun 22-si, saat 14:00-da “AZƏRKİTAB” kitab təbliğat mərkəzində “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru, şairə Nəcibə İlkinin “Gədəbəy Qartalı” və “Yarımçıq toy” adlı kitablarının təqdimat mərasimi keçiriləcək.
Həmin gün həm “Milli Mətbuat” günü, həm də şairənin 60 illik yubiley günüdür. Nəcibə İlkin facebook divarında özü üçün üçün ikiqat bayram saydığı bu gözəl gündə şeiri və sözü sevən dəyərli dostlarının hər birini yanında görməkdən məmnun olacağını qeyd edib.

Qeyd edək ki, hər iki kitabın redaktoru tanınmış yazıçı Elçin Hüseynbəylidir.
Nəcibə xanıma yeni yaradıcılıq uğurları və necə gözəl doğum günləri qeyd etməsini arzulayırıq.
ELÇİN HÜSEYNBƏYLİNİN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Qəlibləşmiş sterotiplərə qarşı çıxmaq cəhdi həmişə “topla-tüfənglə” qarşılanıb. Bu üzdən mülahizə və qənaətlərimin səmimi və anlaşıqlı qəbul olunmasını xahiş edirəm.
Etiraf edim ki, ədəbiyyatşünaslığın stereotipləşmiş bir neçə “qanunu” var ki, onları qəbul etmək, onlarla razılaşmaq şəxsən mənim üçün çətindir. Bu sırada iki məqalə təqdim olunur:
1 – uşaq ədəbiyyatı (uşaq əsəri), yoxsa uşaqlar üçün ədəbiyyat (uşaqlar üçün, yaxud uşaqlar haqqında və ya uşaqlardan bəhs edən əsərlər);
2 – “Surət” və “obraz” (fərqli baxış).
I I MƏQALƏ
“SURƏT”, YOXSA “OBRAZ”
Bu istilahlardan hansinin hansi məqamda
işlədilməsi daha məqsədəuyğundur?
GİRİŞ
Məqalədə “surət” və “obraz” anlayışlarının xarakterik cəhətlərindən – oxşar və fərqli əlamətlərindən bəhs olunur. Qeyd olunur ki, “obraz” anlayışı müqayisədə “surət” anlayışından daha geniş məzmundadər. O mənada ki, həm insan, həm də təbiətə, heyvanlara, hər hansı əşyaya aid predmetlər, başqa sözlə, dağ, yamac, ceyran, cüyür, hansı isə çiçək növü də yazıçı tərəfindən obrazlaşdırıldığı, başqa sözlə “obraz” adlandırıla bildiyi halda, dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə surət ola bilməz. Surət anlayışı yalnız insana şamil oluna bilər.
Həm rus, həm də Azərbaycan ədəbiyyatşünaslarının uzun illərdir “surət”və “obraz” anlayışlarını, fərqinə varmadan eyni anlamda və əsasən də “surət” anlamında işlətdiklərindən və bu sırada yalnız filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadənin fərqli mövqe sərgilədiyindən bəhs olunur. Qeyd olunur ki, ədəbi qəhrəman yalnız insan olduqda “surət” adlandırıla bilər, faunaya və floraya (və s.) aidliyi yetən ədəbi qəhrəmanları “surət” deyil, “obraz” adlandırmaq daha məqsədəuyğundur, N.Şəmsizadənin öz sözləri ilə desək, “atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür”
“Surət” və “obraz” istilahlarını tədqiqat müstəvisinə çıxarmaq niyyətimiz də elə bu istəkdəndir.
ARAŞDIRMA
“Surət”, yoxsa “obraz”. Bu istilahlardan hansının
hansı məqamda işlədilməsi daha məqsədəuyğundur?
Öncə “obraz” və “surət” anlayışlarının oxşar və fərqli məziyyətlərinə aydınlıq gətirək.
“Azərbaycan dilinin izahlı lüğət”ində ədəbiyyat termini olaraq, “obraz” istilahının “surət”, “obrazlı” (sifət) və “obrazlılıq” (isim) kimi mənaları olduğu diqqətə çatdırılır [1. s.297].
“Lüğət”də “surət” anlayışının yeddi anlamının qeyd olunduğu ilə rastlaşırıq ki, onlardan yalnız biri riyazi (məs., “kəsirin surəti”) anlamdadır, altısı isə ədəbiyyat və mədəniyyət sahələrini əhatə edir. Diqqət yetirək: 1 – zahiri görünüş, üz, sifət, sima; 2 – şəkil, üsul, qayda, tərz; 3 – bir şeyin əslindən eynilə köçürülmüş nüsxəsi, üz (məs., protokolun surəti); 4 – yazıçının, rəssamın, artistin yaratdığı tip, obraz, surət; 5 – şəkil, portret, təsvir; 6 – “surətdə” tərzində (məs., süni surətdə, belə olan surətdə) [8].
Qeyd olunan altı anlayış hüquq vermişdir ki, ədəbiyyatşünaslıq illər uzunu həm insan, həm də dağ, dərə, heyvanlardan bəhs ediləndə “surət” anlayışından bəhrələnsin.
Bunu da xatırladım ki, “obraz” istilahı rus dilində “insan şüurunda obyektiv inikas forması”, “surət”; türk dilində isə “surət” anlamından başqa, “sima” və “şəkil” anlamlarında da işlədilir [2].
Ədəbiyyat nəzəriyyəçiləri arasında bu istilahları (təəssüf ki) eyniləşdirənlər də var, hər birini öz məqamı, yeri ünvanında qəbul edənlər də.
Qeyd edək ki, “obraz” və “surət” anlayışları qoşa qanad kimi həmişə yanaşı işlədilib, ancaq müqayisədə “obraz” anlayışı “surət” anlayışından daha geniş məzmundadır. O mənada ki, təbiətə, heyvanlara, hər hansı əşyaya aid predmetlər, başqa sözlə, dağ, yamac, ceyran, cüyür, hansı isə çiçək növü də yazıçı tərəfindən obrazlaşdırıla bilər, insan da. Ancaq dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə surət ola bilməz. Surət anlayışı yalnız insana şamil oluna bilər, bədii əsərdə surət olaraq ancaq insan ədəbi qəhrəman simasında təqdim oluna bilər. Ədəbiyyatçünas Nizaməddin Şəmsizadə bu qənaətdədir, fərqli mövqe yalnız N.Şəmsizadənin araşdırmasındadır: “atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108].
Xüsusi qeyd etməliyik ki, N.Şəmsizadəyə qədər bütün ədəbiyyatçünaslar obraz anlayışı haqqında eyni fikirdə olublar. Yaradıcılıqlarında “obraz” istilahından bəhrələnmiş olsalar belə, bunu “surət” anlamında işlətmişlər.
Diqqət yetirək:
Leonid İvanoviç Timofeyevə görə, “bədii obraz bədii ədəbiyyatın köməyi ilə yaradılan və estetik əhəmiyyətə malik olan konkret və eyni zamanda, insan həyatının ümumiləşdirilmiş mənzərəsidir” [7. стр. 55].
Əziz Mirəhmədova görə, “Bədii surət (obraz) sənətin varlığa münasibətləri haqqında, sənətin daxili qanunları haqqında təsəvvürlərlə, idrak problemi ilə bağlı olan mürəkkəb, çoxcəhətli bir anlayışdır” [7. стр. 55].
Maksim Qorkinin fikrincə isə, “Bədii obraz, demək olar ki, həmişə fikirdən daha geniş və daha dərindir; insanı mənəvi həyatının bütün müxtəlifliyi ilə, hiss və düşüncələrinin bütün ziddiyyətləri ilə aparır” [9].
Nafiz Qəhrəmanlı obrazı “Ədəbiyyatın məğzində dayanan əsas anlayışlardan biri, bəlkə də birincisi” qismində qəbul edir. Tədqiqatçıya görə, “bədii obraz yaradıcılığın təbiətini, forma və funksiyasını təyin edir. Bədii obrazın mərkəzində isə ilk növbədə ümumiləşdirilmiş insan həyatının, insan səciyyəsinin təsviri dayanır” [3].
Mir Cəlal və Pənah Xəlilov da həmmüəllif olduqları “Ədəbiyyatşünaslığın əsasları” dərsliyində eyni qənaətdədirlər: “Bədii əsər surətlər aləmidir – ictimai varlığın yüksək səviyyədə canlandırılmasıdır. Hər bir əsərdə üç növ surət ola bilər:
Birincisi, insan və kollektiv surəti – tip, ya xarakterlər, personajlar heyəti;
İkincisi: duyğu, əhvali-ruhiyyə surəti – lirika, qəhrəmanlıq, romantika;
Üçüncüsü: təbiət və əşya surəti – peyzaj, mənzərə, lövhə”…
“Hər hansı bir əsərin, surətin təsir gücü, bədii qüdrəti həyatı, varlığı dürüst, həqiqi, təsirli əks etdirməsindədir” [4. s.15].
Rafiq Yusifoğlu bütün bu qənaətləri təkrarlayaraq ümumi nəticə çıxarır: “Surətə belə tərif vermək olar: Müəyyən insan qruplarının bir fərdin üzərində ümumiləşdirilməsinə surət deyilir” [6. s.52].
Müxtəlif ifadə tərzində olan, ancaq nəzəri cəhətdən bir-birini təkrarlayan bu fikirlər bir ümumi mərkəzdə birləşmişdir: insan da daxil olmaqla bütün predmetlər surətdir.
Və artıq qeyd etdiyimiz kimi, fərqli mövqe yalnız Nizaməddin Şəmsizadənin araşdırmasındadır: “Atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108].
Qeyd olunan bütün fikirlərə ehtiramımızı bildirərək biz də N.Şəmsizadənin nəzəri mülahizəsi ilə razılaşır və demək istəyirik ki, yazıçı əsərində, məsələn, dağ obrazını canlandıra bilər, ancaq bu “dağ” yalnız coğrafi termin olaraq obrazlaşdırılmışdır, surət deyil.
Surətlə obrazı eyni təbiətdə qəbul etməsinə baxmayaraq, R.Yusifoğlu başqa bir məqamda özü də hiss etmədən N.Şəmsizadəyə fikrini əsaslandırmaq üçün “ipucu” verir: “Bədii əsərlərdə müxtəlif predmetlər, heyvanlar, təbiət lövhələri obrazlaşdırılsa da, ədəbiyyatın əsas obrazı insandır. Digər obrazlar yardımçı xarakter daşıyır və son nəticədə, insanın bədii obrazının mükəmməl yaradılmasına kömək edir” [6. s.50].
Rus ədəbiyyatşünası L.İ.Timofeyevin də bu məzmunda mülahizəsi R.Yusifoğlunun fikri ilə səsləşir. L.İ.Timofeyev yazır ki, əgər hər hansı bir rəsmdə kresloda, stol arxasında əyləşən insan təsvir olunursa, bu, heç də o demək deyil ki, burada bərabər hüquqlu obrazlar: stol, insan və kreslo təsvir edilib. Stol və kreslonun təsviri insanın təsviri qədər vacib olsa da, ancaq bu onların bərabərhüquqlu olması demək deyildir, stol və kreslo yalnız və yalnız insanın obrazını tam əks etdirmək vasitəsidir [7. s.63].
Əsas məsələ də elə bundadır: insandan qeyri obrazların yardımçı, surətin isə aparıcı rol oynamasında, digər obrazların yalnız insanın obrazını tam əks etdirmək üçün vasitə olmasında.
Niyyətimizin anlaşıqlı ifadəsi üçün “müəllim” və “müəllimə” istilahlarına diqqət yetirək: həm kişi, həm də qadın cinsindən olan bu ixtisas sahibləri haqqında “müəllim” termini işlətməkdə heç də yanlışlıq etmiş olmuruq. Ancaq “müəllimə” anlayışı gündəmə gətirildikdə, məhz qadından bəhs edildiyi həmin andaca bəlli olur. Başqa sözlə, “müəllim” anlayışı hər iki cinsin nümayəndəsinə şamil olunursa, “müəllimə” anlayışı fikrin daha aydın ifadə formasıdır, yəni ilk andanca qadın müəllimdən bəhs edildiyi anlaşılır. “Учитель”, “учительница” terminlərində olduğu kimi.
“Surət” və “obraz” istilahlarını tədqiqat müstəvisinə çıxarmaq niyyətimiz də elə bu istəkdəndir: hansı məqamda “surət”, hansı məqamda “obraz” işlədilməsi daha məqsədəuyğundur, yaxud daha dəqiq ifadə tərzi hansıdır?!
NƏTİCƏ
N.Şəmsizadə surət haqqında mövcud qənaətləri tədqiqat müstəvisinə çəkəndən sonra fikrinin davamında yazır: “Hansı növə daxil olursa-olsun, obraz yazıçının həyata münasibəti zamanı əldə etdiyi hiss və duyğuların bədii ifadə şəklidir. Surət vasitəsilə yazıçı öz intibahlarını şəklə salır: adam şəklinə, at şəklinə və s. Bədii obraz yazıçının (sənətkarın) estetik idealının ifadəsidir. Onların xarakterini yazıçının estetik idealı müəyyənləşdirir. Biz deyilənləri nəzərə alaraq belə qənaətə gəlirik: yalnız insan obrazına surət deyilir: Atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108]. Çünki, obraz nə qədər daha geniş anlayış olsa da, onun əsasında insan surəti durur.
Biz də bu spesifikliyi nəzərə alaraq N.Şəmsizadənin haqlı mövqeyinə (fikrin daha dəqiq ifadə edilməsi tələbinə) haqq qazandırır və burdan irəli gələn nəzəri qənaəti qəbul edərək, bədii obraz istilahının 1) insandan bəhs edildiyi halda “surət”, 2) digər canlılardan, təbiət və təbiət hadisələrindən (və s.) bəhs edildiyi halda isə “obraz” kimi qruplaşdırılmasını məqsədəuyğun bilirik.
“Surət” anlayışına aidliyi yetən ədəbi qəhrəmanların özünü də iki təsnifatda qruplaşdırmaq olar: 1 – uşaqdan bəhs edildiyi sərlövhəsindən aydın görünən şeirlər. Məsələn, “Keçi və Əziz”, “Külək və Mələk”, “Fərruxun dişi”, “Ali və gavalı”, “Gülnar və gilənar”, “Çoban Həsən”, “Dilarənin danası”, “Şəlalənin cavabı”, “Salam, Məlik”, “Çərkəz” “Ay Vüqar” və s.);
2 – sərlövhəsində insan adı çəkilməyən, yalnız əsərlə tanışlıqdan zamanı uşaqdan bəhs edildiyi aydın olan şeirlər. “Quşəppəyi” (Gülnur), “Çələ və tələ” (Şəlalə və Səfər), “Mən rəngləri tanıyıram” (Elman), “Ay dənizə düşübdür” (Sərxan, Çərkəz, Kamran və Fikrət), “Hamı yatır” (ana və uşaq), “Gil pişik” (Adilə), “Gəlin, gəlin, sərçələr” (Vasya) və “Uçmaq istəyən ağaclar” (Vasya. Hər iki sonuncu şeir rus şairi Yuri Naumoviç Kuşakdan tərcümədir) və s. bu qəbildəndir (Qeyd olunan əsər adları Z.Xəlilin “Ağ leyləklər” kitabından götürülmüşdür – A.İ.).
Açar sözlər: ədəbiyyatşanaslıq, elmi mübahisə, nəzəri mülahizə. qənaət.
♦♦♦
ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik. Bakı-2005, 452 səh.
2. Çaşıoğlu – 2013.
3. Qəhrəmanlı N. Ədəbiyyat nəzəriyyəsi. Bakı-BDU-2008.
4. Mir Cəlal, Xəlilov Pənah. Ədəbiyyatşünaslığın əsasları. Bakı-Maarif-1972; s.15.
5. Şəmsizadə Nizaməddin. Ədəbiyyat nəzəriyyəsi. Bakı-Proqres-2012, 434 səh.; s.100-108.
6. Yusifoğlu Rafiq. Ədəbiyyatşünaslığın əsasları. Bakı-2009, 290 səh.s.50.7.
7. Тимофеев Л.И. Основы теории литературу. стр. 55.
İnternet resursları
8.http://azerdict.com/izahli-luget/suret 9.https://az.wikipedia.org/wiki/B%C9%99dii_obraz#cite_note-1.
♦♦♦
Müəllif: Ayətxan ZİYAD
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

XİFFƏT… LƏNƏT VƏ SEVGİ
(Cəbrayılı düşünərkən…)
Yazını başlamaq çətin, bitirmək asandır. Bunu qələm çalanların hamısı bilir. Ona görə də nə uzaqdan, nə də yaxından başlamaq lazımdır. Sadəcə ortadan və mətləbə dəxli olmayan epizoddan. Məsələn: pəncərəmin önündən qumru ötdü. Halbuki qumrular uçmaqdan çox, gəzişməyi sevirlər. Fındıq boyda başlarını yellədə-yellədə, buğda boyda gözlərini çalxalandıra-çalxalandıra, bənövşəyi ayaqlarını yüyrək ata-ata ora-bura vurnuxur, təşər-təşər yürüyürlər…
Qumrunun adını ona görə çəkdim ki, gözümü açandan bir cüt qumrunu həyətimizdəki qarağacın budaqlarında görmüşəm. Həm də bu quş Cəbrayılda müqəddəs hesab olunurdu. Deməli, pəncərəmin önündən qumruların uçub keçməsi təsadüfi deyilmiş. Həmin qumruları Bakıda, həyətimizdəki çinarın budaqlarında da görmüşəm. Külək əsdikcə budaqlar yellənir, qumrular da onlarla birgə mürgü vururdular. Və mənə elə gəlmişdi ki, bunlar elə həmin qumrulardır, həyətimizdəki. Sonra o çinarı kəsdilər və quşlar da yox oldu. Küsüb getdilər, yəqin. Bəlkə də elə həmin vaxt həyətimizdəki ağacları da düşmənlər, yağı qonşularımız kəsirmişlər.
Bu yazı, bəlkə də belə başlamalı deyildi. Hər yazının bir düzəni olmalıdır. Orası da düzdür ki, plansızlıq yazının özəlliyi və gözəlliyidir.
Orta məktəbdə oxuyanda ədəbiyyat müəllimimiz bizə vətən haqqında inşa tapşırdı. Mən təxminən belə yazdım: Vətən mənim evimdən başlayır, sonra həyətimizə keçir, məhləmizlə davam edir və getdikcə böyüyür. Sonra kənd, sonra rayon, axırda Ana Vətənimiz gəlir. Uzun illərdən sonra onu da anladım ki, əslində, elə dünyanın özü də bizim Vətənimizdir. Çünki hamımız burda yaşayırıq və onun inkişafı, rifahı, əmin-amanlığı üçün çalışırıq.
İlk dəfə ana yurdumu (Cəbrayılın Mahmudlu kəndini, elə həyatın özünü də) ala-qaranlıq bir otaqda, lampa işığında görmüşəm. Atamın dizləri üstdə. Məni atıb-tuturdu. Bəxtimə gün düşüb, deyəsən, həmin vaxt. Və evdə işıq yanıb. Yəni mən “İliç lampası” ilə birgə doğulmuşam. Həmin il kəndimizə işıq çəkilib. 1962-ci ildə.
Sonra kəndimizin ortasındakı tonqal yadıma düşür. Gur-gur yanır, alov dilimləri ərşə qalxırdı və adamlar onun ətrafında dövrə vururdu. Deməli, Novruz bayramında kəndimizi tanımışam, həmrəyliyin, birliyin qoxusunu duymuşam, suluq yaddaşıma köçürmüşəm. Sonra. Sonrası da sonralardır da: Cəbrayılın özü, yəni rayon mərkəzi, müxtəlif biçimli dükan-mağazalar, foto-atelyelər. Sonuncu ən çox sevdiyimiz yer idi. Çünki böyüdükcə sənədlərimizin sayı da, şəkillərimizin ölçüsü də dəyişirdi. Axırda Bakı, Rusiya, Türkiyə və müxtəlif ölkələr, məkanlar…
Cəbrayılın ortasındakı çinar, onun altından keçən dupduru və buz kimi kəhriz suyunun tamı, soyuqluğu indi də yadımdadır. Həmin kəhriz Ziyarət Dağından başlayırdı. Bu cür sərin sudan Ərdəbildə, Şeyx Səfi məqbərəsinin həyətində də içmişəm: soyuqluğu, tamı eyniydi.
Həmin qocaman çinarı nadan, nankor düşmənlərimiz kəsiblər, amma dibindən pöhrəsi çıxıb. İndi beş-altı metr hündürlüyündədir… Yaddaş təkcə ürək və beyinlə yox, həm də duyğusal orqanların varlığı ilə diridir. Deməli, qocaman çinarın da yaddaşı diridir və hələ də bizə lazım olduğunu anlayır və bizi gözləyir.
Cəbrayılda kəhrizlər, bulaqlar çox idi. Sadalasam, uzun bir siyahı çıxar, amma mən tanıdıqlarım və suyundan içdiyim bulaqların adını çəkməsəm, olmaz: “Dostluq bulağ”ı, “Ayı bulağ”ı, “Şam bulaq”, “Cəfərabad bulağ”ı (ona “Urus bulağ”ı da deyirdilər), “Yaloba bulağ”ı, “Qoşa Çinar bulağı”…
Bir dəfə yaxşı tanıdığım, suyundan bolluca içdiyim Cəfərabad kəhrizinin mənbəyini tapmaq üçün uşaqlarla xeyli yol getdik. Elə belə, maraq xatirinə. Təbii ki, sona qədər gedə bilmədik. Kəhrizin çəkildiyi arxın üstündə bacalar vardı, kənkanlar ordan sallanır və kəhrizin gözünü açırdılar. Kəhriz öz mənbəyini rayonumuzu dövrələyən Kiçik Qafqaz dağlarından alırdı. Onu necə çətinliklə çəkmişdilər, hansı müsibətlərdən keçmişdilər, bir Allah bilir.
İlk pioner düşərgələrindən biri Sirikdəydi. O dağların ab-havası, suyu əvəzolunmazdır. Orda bircə dəfə, özü də ötəri olmuşam. Sonralar getməyə zaman olmadı. Çünki gəncliyimiz qanlı-qadalı illərə düşdü. Düşmənlər 28 ilimizi oğurladılar.
Cəbrayıl azad olunandan sonra jurnalistlər sual verdilər ki, kəndə gedəndə ilk işin nə olacaq? Cavab verdim ki, öncə kəndimi qarış-qarış gəzəcəm, doğmalarımızın məzarlarını ziyarət edəcəm. Mənə tanış olan gülünü-çiçəyini, bağlarını, dağ və dərələrini salamlayacam. Uşaqlığımızın yadigarı, daim altında oynadığımız, kölgəsində dincəldiyimiz, “Alı xəndəyi”ndə “məğrur tənhalıqda” qərar tutan “Tək tut”a baş çəkəcəm, “Yaloba bulağı”ndan su içəcəm… Sonra bütün rayonu, axırda Qarabağı gəzəcəm, başımızın tacı Şuşaya gedəcəm…
Körpəlikdən indiyə qədər – hər şey xırdalıqlarına qədər yadımdadır. Bəlkə ona görə ki, xaraktercə impressionistəm, nostalji hisslərə qapılmağı xoşlayıram, indidən daha çox, keçmiş xatirələrimlə yaşayıram. Rəssam olsaydım, qəmli bir cocuğun rəsmini çəkərdim. Təxminən belə: ayaqyalın, qüssəli bir uşaq, əlində künaltaq (çubuq) yerdə nəsə cıza-cıza, suya düşən kölgəsinə baxa-baxa Arazın qırağı ilə gedir və nəyisə düşünür…
Ötən 28 ili mən bu cür qəmli-qüssəli xatırladım, yurdumun xiffətini çəkdim…
Cəbrayıl elatı yayda Sisyana gedərdi. Bizim yaylaqlarımız orda idi. İmişlidən tutmuş bu yana qədər hamı sürüsünü Bazarçaya tərəf aparardı. Biz aralıda durub, kəndimizin yanından ötən köçə baxardıq. Atların üstündə çobanlar, dəvələrin belində arvad-uşaq oturardı, sürünü isə itlər qoruyurdu. Mərcanlı obası (Cəbrayılın ən böyük kəndi) SSRİ dağılana, münaqişə başlayana kimi yaylağa gedib-gələrdi…
Mən o yaylaqlarda olmamışam. Amma yaylağın marşrutunu, yol-yolağasını böyüklərdən öyrənmişdim: Mahmudludan yola düşürsən, Laçını keçib “Üç təpə”yə qalxırsan, oranı adlayıb “Yazı”ya çıxırsan, “Xınzirəy”i, “Kömür təpə”ni, “Farmaş təpə”ni arxada qoyandan sonra “Göbək daşı”na çatırsan. Ondan sonra “Zor-zor bulağ”ı, “Qabırrı gədik”, “Qısır aşırım”, “Bazar çay”, “Bazar düz”, axırda da “Ballı sofka” və “Cənnət yurd”. Hərə bir tərəfdə alaçıq qurur. Hər tərəf yamyaşıl, aşağıdan isə dəli-dolu Bazarçay axır… Gözəl mənzərədir, eləmi?
Oralara getmək mənim də qismətimə düşüb, lap sonralar, işğal zamanı…
2001-ci ilin yayında Avropa Şurasının xətti ilə beş jurnalist İrəvandan Gorusa, ordan isə Sisyanı keçməklə Xankəndinə səfər eləmişik. Cənnətməkan yerlər, sərin və təmiz hava, buz kimi bulaqlar… Şuşanı da ilk dəfə onda gördüm. Bizə yalnız bir küçəni göstərdilər – Yuxarı Gövhərağa məscidinə aparan küçəni. O gözəllikdə Şuşa xarabazara çevrilmişdi. Ətrafdakı yarıuçuq binalarda hərbçi ailələri qalırdı. Eyni aqibəti viran qalmış, dağıdılmış Laçın da yaşayırdı. Bizi ora aparmadılar. Ancaq aralıdan görə bildik. Səfər yoldaşım, operator Emil Süleymanov (laçınlıdır) evlərini görmək istədi, icazə vermədilər. Ermənilər bizi elə əhatə eləmişdilər ki, sanki hansısa terror hadisəsi törədəcəkdik.
Səfərdən sonra bir yazı yazdım: “Bakıdan Xankəndinə uzun bir yol”. Yazının sonluğu beləydi: “Xankəndinin qonaq evində yatanda gecənin bir vədəsi qulağıma saz səsi gəldi. Bəlkə babalarımızın ruhu bizi çağırırdı?” Bu, şişirtmə, gop-filan deyildi. Həmin səs vardı. Mən onu eşidirdim…
Şuşa bizə yaxın idi və hər yay, son zəngdən sonra orta məktəbi bitirənlər ya Göygölə, ya da onu ziyarətə gedirdilər. Amma mən gedə bilməmişdim. Səbəbi uzun və anlaşılmaz olduğundan yazmıram. Bircə onu deyim ki, son zəngi daha çox Şükürbəylinin (orta məktəbi orda bitirmişəm) aşağısında “Quycaq dərəsi” deyilən yerdə, “Çinarlığın altı”nda, ya da Sayaq düzündə keçirirdik. “Çinarlığın altı” həm də pir, ocaq idi.
May bayramı özgə bir aləm idi. Yaşıl çəmənliklər, bağ-bağat bizi ağuşuna çağırırdı. O bayram bizi kişiləşdirirdi…
İlin axır çərşənbəsi və Novruz bayramı, vətənimin hər guşəsində olduğu kimi, bizim də həsrətlə gözlədiyimiz günlər idi… Döyüşdürmək üçün yumurta tədarükü, atəşfəşanlıq üçün yalançı güllələr və mütləq papaq – qohum-əqrəba, qonşu qapısına atmaqdan ötrü.
Uzun müddət, çoxları kimi, məni də bir sual daim düşündürüb: bu gözəl günlər hara yox oldu? Niyə belə oldu? Bəlkə bayramlar uşaqlar üçündür? Çünki işğaldan sonra böyüklər o bayramları yadırğamışdılar, yalnız uşaqlar üçün keçirirdilər. Yurd, doğma ocaq olmayan yerdə nə bayram!? Və bu suallara öz yazılarımda, qismən də olsa, cavab verməyə çalışmışam…
Cəbrayılın özəlliklərindən biri də bazarının olmamasıydı. Bəlkə, ona görə ki, bura sufilər diyarıydı və təsadüfi deyil ki, rayon ərazisində ondan çox təkyə vardı: Tanrıyla baş-başa qalmağın, tək ibadətin nişanəsi kimi.
Pirlərimizdən danışarkən “Mazan nənə” ziyarətgahının, Aşıq Dirili Qurbani məzarının adını çəkməsəm olmaz.
Çələbilər kəndindəki “Hacı Qaraman” rayonda ən ağır pir, ocaq hesab olunurdu. Bizdə adamlar həkimlərdən daha çox, ona inanırdılar. Hacı Qaraman Sufi təriqətinin qollarından biri kimi hər yerdə tanınır: nəqşibəndilər kimi, bəktaşilər kimi… Mən orda olmamışam, amma Cəfərabad kəndinin üstündə yerləşən “Pir Çinar”a (ora “Yel Piri” də adlanır) getmişəm, çərşənbə gününün səhəri özümdən böyük uşaqlarla… Bu barədə “Pirə inamım necə itdi və necə qayıtdı” yazımda danışmışam. Bircə onu deyim ki, pirin ətrafı, budaqlarına rəngbərəng parçalar, lentlər bağlanmış ağacın altı qələbəlik idi: kimi qurban kəsir, kimi diləyinin qəbul olunması üçün ocağa nəzir-niyaz verir, kimisi də bulaqdan çıxan palçığı bədəninin ağrıyan yerinə sürtürdü… Uşaqları bilmirəm, amma mən ürəyimdə heç bir arzu tutmamışdım, nəzir-niyaza isə şərik çıxmışdım…
Yeri gəlmişkən, Qüdsdə “Fəryad divarı”nın olmasını hamı bilir. İsrail səfərində olarkən ora da baş çəkdik və arzularımızı yazıb divarın yarıqlarına qoyduq. Tanrı vahiddir və hər dini məkan da ona məxsusdur. Bu şəhərdə beş konfessiya, beş məbəd yerləşir. Onlardan ən möhtəşəmlərindən biri də müsəlmanlara məxsus olan Əl-Əksa məscididir. Deyilənə görə, Tanrının elçisi Məhəmməd Peyğəmbər məhz burda Musa peyğəmbərlə görüşüb… Geri dönüşdə sədrimiz, Xalq yazıçısı Anar müəllim belə bir etiraf elədi: “Heç kim divara yazıb qoyduğu ürək sözlərini demir, ancaq mən deyəcəm: Qarabağın azadlığını dilədim!” Və Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad edilməsi müjdəsini verən zaman dediyi sözləri xatırlayıram: “Məkkə ziyarəti zamanı Tanrıdan xahiş elədim ki, mənə güc versin, Qarabağı azad edim, atamın vəsiyyətini yerinə yetirim!”
Biz bütün dualarımızla, elliklə Qarabağın azadlığını istəmişdik. Mən İç Anadoluda olarkən Hacı Bektaş ziyarətgahına getdim və onun girişindəki tut ağacının altında bu arzumu dilə gətirdim…
Cərbayılın rəmzi sayılan, milli və klassik memarlığımızın şah əsərlərindən biri Xudafərin körpüsü azad edildikdən sonra möhtəşəmliyi daha da artıb. Bu memarlıq abidəsi çox hadisələrin şahididir. Bu körpüdən şahlar da keçib, nökərlər də, igidlər də, yağılar da, amma yenə də bizimdir. Dadaloğlu demiş “Fərman padışahın, dağlar bizimdir!” O taylı-bu taylı Azərbaycan türklərini birləşdirən Xudafərin indi Dostluq körpüsünə çevrilməkdədir…
Mən bu körpünü lap yaxından 80-ci illərin sonlarında görmüşəm: “Xudafərin körpüsü” romanının müəllifi, mərhum yazıçımız Fərman Kərimzadə ilə birlikdə. İş elə gətirmişdi ki, ondan bir il əvvəl, yəni 88-ci ilin qışında Fərman Kərimzadə bir qrup ermənistanlı soydaşımızla Moskvaya, SSRİ Ali Sovetinə şikayətə gəlmişdi. Onunla Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində tanış oldum. O zaman mən “Zemlyaçestvo” (“Yurddaşlar”) adlanan tələbə cəmiyyətinin sədriydim. Ali Sovetə məktubu bir qrup tələbə ilə, həm ermənistanlı soydaşlarımız adından, həm də öz adımızdan hazırladıq. Sonra Fərman müəllimlə tələbələrin görüşünü təşkil elədim. Tədbirdən sonra Moskva şəhərini gəzdik, dərdləşdik və xatirimdə mərd, təpərli bir insan kimi qaldı. Həmin yay Fərman Kərimzadə bizim rayona gələndə məni axtarıb tapmış və onun təklifi ilə Xudafərin körpüsünə getmişdik. Körpünün yanına çatanda dedi ki, əlini Arazda yumaq istəyir. Amma rus sərhəd keşikçiləri bizi ora buraxmadılar. Fərman bəy də onlarla ağızlaşdı, yarı rus, yarı azərbaycanca yağlı söyüşlər də söydü. Azman yazıçı olduğu qədər də azman kişiydi. Cənnətməkan olsun! İllər əvvəl onun barəsində “Vedinin yanı Fərman…” adlı bir yığcam məqalə də yazmışam. Yazıçının “Vedinin yanı dağlar…” adlı publisistik dənəməsi vardı…
Fərman Kərimzadə dünyadan nisgilli, Vedidən narahat köçdü, özü də qəfil. Bəlkə də əbədi dünyada bu bayatı ona rahatlıq vermir:
Vedinin yanı dağılar,
Ürəyi, canı dağlar,
Burda bir el var idi,
Siz deyin, hanı, dağlar!?
Rahat uyu, ustad! Fərman ağa! Vedi gözümüzün önündədir. Əlini gözünün üstünə qoysan yetər!..
Bayaq dedim ki, bizim rayonda bazar yoxuydu, yəni həyətinin məhsulunu satmaq tabuydu, yasaq idi. Yalnız Cəbrayılın özündə, Ziyarət dağının ətəyində bir balacası vardı. Ona şərti olaraq “erməni bazarı” deyirdilər. Çünki əsas alver edənlər ermənilər idi. Hadrutun ətrafındakı kəndlərdən – Hərəküldən, Banazurdan gəlirdilər. Əsasən göy-göyərti, çəkmə araq satırdılar. O bazarda bircə dəfə olmuşam: qarlı qış günündə atamla. Sonralar ora gedib-getməməyimi xatırlamıram…
Sözümə qüvvət: Seyfəddin dayım (nənəmin dayısı oğlu) 80-ci illərdə rayonda təzə açılmış “Tədarük məntəqəsi”nə 60 kilo nar satmışdı (daha doğrusu, təhvil vermişdi). Nənəm bu xəbəri eşidəndə onun abrını ətəyinə bükdü, dedi ki, dayısı Məhyəddinin ruhunu incidib, bütün nəsli el içində biabır edib. Kişi ha and-aman elədi ki, bunu eləməyə məcburdu, çünki partiya (Kommunist Partiyası) üzvü və idarə müdirdir, xeyri olmadı…
Bizim el-obada hamı dərdini bölüşdüyü kimi, olan-qalanını da bölüşərdi. Anam yaxşı bostan əkərdi. Yolnan ötən kəndçilərimizə bostanın nübarını verərdi. Qəribə səslənməsə deyərdim ki, burda hər şey kommunizm üstə qurulmuşdu: hər kəsə bacarığına görə, hər kəsə tələbatına görə. Yəni vətəndaş cəmiyyəti deyilən bir nəsnə hələ o zamandan bizlərdə vardı: qapın və süfrən açıq, evin (otağın) ən yaxşısı da qonağındır. Hara gedirsən get – qonşular həyət-bacana, mal-heyvanına, toyuq-cücənə yiyə duracaq, onları ac-susuz qoymayacaqdı. Bəlkə elə ona görə də yazılarımın, demək olar ki, hamısında kəndimizin ən mərdimazar adamına belə, sevgi və mərhəmətlə, ən pis halda isə ironiya ilə yanaşmışam. Bomarşesayağı desək, “ağlamamaq üçün dünyaya gülməyə tələsmişəm…”
Maraqlı bir əhvalat danışım. Başqa bir rayonda yaşayan tələbə yoldaşım kəndimizə qonaq gəlmişdi. Bir gün məndən soruşdu ki, sizdə bazar var? Mən də qayıtdım ki, var, rayonun özündədir, təzə tikilib, ancaq orda nəsə tapmaq çətindir. Söhbət 80-ci illərin ortalarından gedir. Bazara gəldik. O böyüklükdə bazarda iki alverçi vardı. Biri bazarın bəri başında kartof, biri də o biri başında armud satırdı…
Desəm ki, cəbrayıllı olmağımla fəxr edirəm, bəlkə də düzgün anlaşılmaz. Vətəni bölməzlər, düzdür. Mən həm də lənkəranlıyam, qusarlıyam, balakənliyəm, sabirabadlıyam. Amma xatirələrim daha çox Cəbrayılla bağlıdır. Çünki ilkin olaraq onu tanımış, onun özəlliklərini sevmişəm, insanlarının mərdliyinin, etibarlığının, səmimiyyətinin, gözütoxluğunun şahidi olmuşam. Bəlkə bu mehribançılıq, xeyirxahlıq həm də rayonun adının Cəbrayıl mələklə bağlı olmasıdır. Tanrının sevdiyi xoşniyyətli mələk daim insanlarımızın başının üstündə olub, onları şərdən-xətadan, haramdan qoruyub…
Addan söz düşmüşkən, deyilənlərə inansaq, Cəbrayılın ilkin adı Qıraxdın olub. Niyə Qıraxdın? Bəzi ehtimallara görə, Şah Abbas töycü və vergi yığanlarını bu mahala göndərib, onlar da əliboş qayıdıblar və səbəbini belə izah ediblər: “Şahımız sağ olsun. Ona görə əliboş qayıtdıq ki, o mahalın adamları alqı-satqı nə olduğunu bilmirlər, varlarını bölüşürlər”. Şah özü də sufi olduğundan tapşırır ki, bir də o yerin camaatından töycü və vergi almasınlar. Ona görə də Cəbrayılın adı “qıraxda qalan” kimi dəftərə düşüb.
Cəbrayılın qəribə relyefi var. Ərazisinin çox az bir hissəsi Arazboyunda (aranda) yerləşir. Bəridən gedəndə sağa tərəf təpələr, yaylalar və dağlar ucalır. Hər fəslə uyğun da meyvəsi…
El-obamız, əsasən əkinçilik, ipəkçilik, maldarlıq və xalçaçılıqla məşğul olurdu.
Bir haşiyə çıxım. Türkiyədə olarkən Konya qalasına qalxdıq. Qalanın ətrafında əntiq əşyalar satılırdı. Onların arasında “Gül gəbə” gördüm. Mənə elə gəldi ki, həmin gəbə bizim evdə, ya da kənddə toxunub. Rəngi solmuşdu. Bəlkə o da vətənin həsrətini çəkirdi. Kövrəldiyimdəm satıcıya heç bir sual vermədim, eləcə gəbəni sığalladım, ruhum dincəldi…
O gəbənin bütün naxışları mənə tanış və doğmaydı, özümü də əməlli-başlı inandırmışdım ki, bizimkidir…
Qış vaxtı hana qurulardı və gəbə kəsilənə qədər mən onun yanından əl çəkməzdim. Nənəmlə birgə dizi üstə oturub gəbəni toxuyardım, ilmələri qarışdıranda nənəm deyinə-deyinə onları açardı… Bizim o rəngli, naxışlı günlərimiz bir il əvvəldən başlayardı. Payızda qoyunlar qırxılardı. Yunun yuyulması, didilib əlçimlənməsi, daranıb əyrilməsi, yumağa dönməsi yaza qədər davam edərdi. İpin boyanması böyük bir ritual idi. Yazın əvvəlində, ağaclar çiçəklərini tökəndə nənəm məni kişi qırığı kimi yanına salıb yola çıxar, Rəşidin “Paz” avtobusuna mindirib rayona gətirərdi, ordan da payi-piyada çaylağa düşərdik. Tonqalın üstündə qaynayan ala-bəzək tiyanlar müştəriləri gözləyirdi. Biz də növbəmizi tutub dayanardıq. İplər boyanandan sonra nənəm onu çaylağın qırağındakı daşların üstünə sərərdi. Dağlarda qar ərimişdi və sel-su çaylaq boyu aşağı şütüyürdü. Getdikcə bollanır, özü ilə dağlardan mer-meyvə, qoz-fındıq gətirirdi. Suya girib onları tutmaq istəyirdim…
Mən suya baxa-baxa və kişi dəyanətilə, özü də ac-susuz boyaq mərasiminin qurtarmasını gözləyirdim…
Çay demişkən… Bizim çaylarımız balıqla dolu idi. Çoxları buna inanmır. Axı balıq əsasən Bakı, Siyəzən və Lənkəranda olur, yəni dənizətrafı bölgələrdə. Hərdən, az qala, özüm də inanmaq istəmirəm. Çünki paytaxtımızın bazarlarında Cəbrayıl balığı olmazdı. Ancaq çoxları bilmir ki, Araz İranla sərhəddən axsa da, qolları bizim kəndlərdən keçirdi. Araz sanki bizi qucaqlayırdı. Biz Arazın övladlarıydıq. Əbəs yerə Xan Araz demirlər ki… Xan təkcə hökmü və duruşu ilə yox, həm də mərdliyi və xeyirxahlığı ilə dəyərlidir. Onlardan biri, ən sulusu da bizim kənddən – Mahmudludan keçirdi. “Maralyan arxı” deyilən bol sulu kanal Şıxalağlı kəndində Arazdan ayrılırdı. Mən günlərlə ordan balıq tutmuşam: xəşəm, şirbit (“usaç”), durna balığı, sazan… Ona görə də yuxularımda daha çox balıq tutduğum epizodları görürəm. Bircə şeydən çox qorxurdum: Araz quruyar, balıqları ölər. Hətta bəzən yuxuda çayın quruduğunu, balıqlarının öldüyünü də görürdüm, səksənirdim. Məlum və möhtəşəm qələbəmizdən sonra kəndi görmüş, bizə qohum hərbçilərimizdən Arazı soruşdum. Eşidəndə ki, tam qurumayıb, suyu hələ də gəlir, arxayın oldum… Üzməyi beş-altı yaşından öyrənərdik. Yay başlayandan payız girənə kimi çaydan çıxmazdıq. Selliyin qırağındakı cillərdən bağ bağlayar, kəndin o başından suya atıb üstünə minər, bir də ayağında çıxardıq. Hərdən onları qayıq bilib yarışardıq da. Sudan çıxandan sonra “qayıq”larımızın arxasınca baxar və kədərlənərdim. Bir zamanlar alabəzək topum da, bax beləcə axmışdı…
Mən öz qayığımın üstünə uzanıb, geniş səmaya baxa-baxa dünyanın sonuna qədər getmək istəyirdim.
Cəbrayıl haqqında statistik məlumatlarla yazını doldurmaq istəmirəm. İstəyənlər internetdən, müasir məlumat kitabçalarından, ensiklopediyadan öyrənə bilərlər. Amma bizim üçün mahiyyət daha önəmlidir. Bilənlər bilir ki, Cəbrayıl öz alimləri, dövlət və sənət adamlarının çoxluğu, fərqliliyi ilə seçilib və seçilir. Tənbəllik edənlər və maraqlananlar üçün deyim ki, qaçqınlıq illərində rayonun əhalisi təxminən iki dəfə artıb, əlli mindən səksən minə yüksəlib.
Bu illər ərzində nələrdən keçmədik. Cəbrayıl işğal olunanda mən ordaydım. Bir qrup əcnəbi jurnalistlərlə bölgəyə getmişdik. Yolboyu, günün istisində ev-eşiyini, bağ-bağçasını qoyub gedən, yalnız gücü çatanı götürən adamlar, əsasən də qadınlar və uşaqlar ürəyimi ağrıdırdı. Elə bil, o yolu mən özüm gedirdirm. Yerdən qalxan toz-torpaq sir-sifətlərindən süzülən tərə qarışıb üzlərində şırımlar açmışdı. Sanki bu adamlar bir çay idilər və müxtəlif qollara ayrılırdılar. Yəqin bu, onların hissləriydi: bir gözləri arxada, biri irəlidə, yan-yörədə… uzaqlarda… bilinməzlik… narahatlıq…
Bu yerdə mərhum xalq yazıçımız Sabir Əhmədlini də yada salmasam olmaz. Cavan qardaşı, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovu Böyük Vətən Müharibəsində (1941-45), nakam oğlu Məhəmmədi isə Birinci Qarabağ Müharibəsində itirdi. Böyük itki və nisgildir. Amma təmkinlə, ədəb-ərkanla bu ağrını öz içində çəkdi. “Axirət sevdası” romanını oxuyanlar bunu yaxşı bilirlər. Ən ağır dərdlərindən biri də Cəbrayılın işğalıydı… “Gedənlərin qayıtmağı” romanında Böyük Vətən Müharibəsindən qayıdanların bizim Mahmudlu stansiyasında qatardan düşmələrindən yazır…
Ustad yazıçımız indi rahat uyuya bilər! Çünki ruhu şaddır. Çünki gedənlər qayıtdılar! Bizim igid oğlanlarımız onun doğma yurdunu – Cəbrayılı, bütün Qarabağı qaytardılar və qayıtdılar. Qayıtmayanlar isə onun yanındadırlar. Yəqin ki, göz-qulaq olar!..
Cəbrayıl sona qədər döyüşdü. Hətta bir düjün erməni kəndini də dincliklə köçürdü. Amma sonralar fələyin çərxi döndü. Erməni himayədarları və özümüzdən olan bəzi nadürüstlər ov tüfənglərini belə, əhalidən yığdılar… Xocalı soyqırımından sonra adamlarda ruh düşkünlüyü yarandı. Mən həmin vaxt insanların üzündə bir təlaş, gözlərində narahatlıq duyurdum. Bununla belə, əzmkarlıqlarını itirmirdilər. Qarabağ savaşında, o cümlədən, Cəbrayılda çox şəhidlərimiz, çox igidlərimiz döyüşüb: istər Birinci Qarabağ savaşı olsun, istəsə də İkinci. Onların arasında 14 yaşlı, qarayanız, çəlimsiz Tiqananı (Samiri) unuda bilmirəm: əsgərlərə su, çörək, silah-sursat daşıyan, kəşfiyyata gedən, ölərkən ölümünə inanmayan cəsur oğlanı… Bir də əsirlikdə olarkən erməni bayrağına tüpürən vətənsevər İlqar Mehdiyevi…
Hərdən dostlarla, qohum-əqrəbayla söhbətdə bir şeyi vurğulayıram: biz çox çətinliklər gördük. Uşaq vaxtı gözümüz ağarana qədər işlədik, qoyun-quzu otardıq, dərs oxuduq, Arazda çimdik, düzlərdə top qovduq, amma ac qalmadıq. Tək bir şeyə təəssüf edirəm: qulağımızın dibindəki “İsa bulağı”na, “Turşsu”ya gedə bilmədik. Zaman çatmadı, qoymadılar… Bu mənada Heydər Əliyev Fondunun dəstəyi və Respublika Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən, şagirdlərin cəlb olunduğu “Ölkəmizi tanıyaq!” layihəsi çox vacibdir və inanıram ki, pandemiyadan sonra bu layihə davam edəcək. Vətəni sevmək, qorumaq üçün onu gəzmək, görmək lazımdır. Bu mənada gələcək nəsil hardan gəldiyini və hara getdiyini dəqiq bilməli, yaxşını pisdən, yalanı doğrudan ayırmağı bacarmalıdır. Qisas yox, ədalət hissi gənclərimizin amalına çevrilməlidir.
Mənə elə gəlir ki, ilk, yəni ibtidai insandan indiyə kimi hisslər dəyişməyib: məhəbbət də eynidir, nifrət də. Dəyişən çağdaşlıq və zəmanədir. İnsanlar isə ona uyğunlaşmağa məcburdular. Yaddaş isə dəyişməyə yox, təzələnməyə məhkumdur!
28 il bizə çox şeyi öyrətdi. Sağ olsun vətənimiz, millətimiz. Məcburi köçkünlərə, bacı-qardaşlarına sahib çıxdılar. Dam verdilər, torpaq verdilər. Amma onların güzəranına ağız büzənlər, yerli-yersiz qınayanlar da oldu, ikitirəliyə cəhd edənlər də tapıldı. Bir dəfə uşaqlıq dostum, mənə zəng elədi və kövrələ-kövrələ dedi ki, televizorda bir nəfər məcburi köçkünlərin qarasına deyinirdi. “Niyə televizora çıxanda bizim haqqımızı müdafiə eləmirsən? Axı bizim hansı əzablar keçdiyimizi özün görmüsən!”
Mən onu anlayırdım. Çünki gözümün qabağında ev-eşik qurmuş, min bir əziyyət və zillətlə bağ salmış, ailə sahibi olmuşdu. Zəhmətkeş adam idi. Qaçqın düşəndən sonra şəhərətrafı qəsəbələrdən birində məskunlaşmış, gecə-gündüz işləmiş, özünə güzəran qurmuşdu. İnsan zülmə tabedir, sözə yox. Ancaq elə adam var ki, zülmü götürür, haqsız sözü yox. Təsəvvür edin: min bir əziyyətlə qurduğun, yaratdığın ocağın tar-mar olur, illərlə yığdığın qazanc ayaqlar altına atılıb tapdanır, ruhun incidilir… Bütün bunlardan sonra ayağa qalxmaq üçün insanda iradə, inam və gələcəyə ümid olmalıdır. Bizim elatımız bunu bacardı.
Qarabağlıların, yəqin ki, ən böyük dərdi ölməyə yerlərinin (qəbiristanlığın) olmamasıydı. Çoxları da üzü vətənə tərəf baxa-baxa dünyasını dəyişdi. Bir dəfə həmkarım Seymur Verdizadə mənə xitabən yazmışdı: “Bu iş çox uzandı. Ölənləri əmanət basdırırlar ki, yurda dönəndə özləri ilə aparsınlar. Biz getdikcə məzar yerlərimizi də unuduruq”. Mənim cavabım qısa oldu: “Qibləmiz itib, qağa! Çünki hərə bir tərəfə səpələnib. İndi harda olduğumuzu bilmirik”.
Nə qədər ağrılı olsa da, daim işlətdiyim bir fikri yenə də təkrarlayıram: “İşğal təkcə torpağın qəsbi deyil, işğal – mənəviyyatımızın, adət-ənənələrimizin, ruhu-muzun, dostluq-qonşuluq əlaqələrimizin, mərasimlərimizin yağmalan¬masıdır…”
Bizim qibləmiz Arazın o tayında – Güneydə olan “Üç qardaş” dağıydı…
Bu sətirləri yazarkən fikirləşdim ki, bəndənizin Qarabağla bağlı onlarla məqaləsi var və onları bir kitabda toplamağın zamanı çatıb: iki il əvvəl nəşr etdirdiyim “Qarabağ hekayələri” kimi…
Yurdumuzun xarabalıqlarına baxarkən (adamın bu sözü deməyə dili də gəlmir) düşünürdüm ki, onların bir qismini ermənilər dağıdıblar, bir qismi də baxımsızlıqdan, öz-özünə dağılıb gedib. Çünki tənha ruhlar kimsəsiz evlərdə dolaşmazlar. Qaraçuxalarımız yatıblar, yəqin… Şükür ki, oyandılar!
Tez-tez cəbhə bölgələrində olur, məcburi köçkünlərlə görüşürdüm. Onların gözlərindəki kədəri ifadə eləmək çətindir.
2013-cü ildə İsraildə səfərdəydik. Dönəndən sonra belə bir sual verdilər: “Bakıdan gedən dostlarımızı gördünmü?” “Bəzilərini gördüm” dedim. “Necəydilər?” “Yaxşıydılar, – dedim, – yurd həsrəti çəkirlər. Sanki uşağı ən gözəl pioner düşərgəsinə göndərmisən, hər şəraiti var, ancaq anasından ötrü darıxır…”
Məcburi köçkünlərə nə qədər qayğı göstərilsə də, onlar vətənlərini istəyirdilər. Balıq sudan ayrı yaşaya bilmədiyi kimi, insan da vətənindən, doğma yurdundan ayrı yaşaya bilmir. Avropada yaşamağa can atan və ora getməyə nail olan tanışlarımızdan biri qürbəti yarımçıq buraxıb vətənə qayıtdı, məşhur atalar sözünü dəyişdirib, belə bir status yazdı: “Gəzməyə də, ölməyə də vətən yaxşı!”
Nə gizlədim. Hətta məclislərdə də “gün o gün olsun, ad günlərimizi, toylarımızı, bayramlarımızı kəndimizdə, yurdumuzda keçirək!” tostları da ciddi səslənmirdi…
2017-ci ilin payızında sədri olduğum Azərbaycan Yazarlar Klubunun xəttilə bir qrup tanınmış qələm adamı Cocuq Mərcanlıya, Horadizə səfər etdi. Səfərdən qayıdarkən Xalq şairi Nəriman Həsənzadə rəhbərimiz və ağsaqqalımız Anar müəllimə belə dedi: “Anar, Elçin bizi Cocuğa gətirdi, Şuşaya da aparacaq!”
“Əlbəttə aparacam!” dedim. Ancaq boynuma alım ki, bu sözlərimdə bir inamsızlıq vardı. Çünki Azərbaycanın ürəyini, Qarabağın tacını işğaldan azad eləmək müşkül məsələydi. Beynəlxalq təşkilatlar, ermənipərəst qüvvələr “bu münaqişənin hərbi yolu yoxdur” deyirdilər, Ermənistana da heç bir təzyiq göstərmirdilər. Amma Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, hərbi həll vardı və bunu sübut elədik. Əsgərlərimiz ermənilərin 30 ildə yaratdığı istehkamları aslan kimi yarıb keçdilər və doğma Şuşamıza üçrəngli bayrağımızı sancdılar.
İndi Cəbrayıla, işğaldan qurtulan yurdlarımıza dönüşə sayılı günlər qalır. İndidən sosial şəbəkələrdə, məclislərdə belə bir söhbət gedir: hökumət geri qayıdan məcburi köçkünlər üçün ayrıca qəsəbə salmalıdır, yoxsa öz dədə-baba yurdunda ev tikməyə vəsait ayrılmalıdır? Mənə elə gəlir ki, kəndin kənd olması üçün hərə öz-dədə baba yurduna qayıdıb binə olmalıdır. Çünki bunsuz kənd olmayacaq. Axı söhbət torpaqda yox, mahiyyətdədir. Özü də hər şeyi dövlətin boynuna qoymaq olmaz. Ayrıca qəsəbələrin tikilməsi üçün həm bolluca vəsait, həm də zaman lazımdır, özü də öz həyətindən, ocağından kənarda yaşamaq darıxdırıcıdır. Zaman isə gözləmir. Ölkəmizin qarşısında duran işlər də həddən artıq çoxdur. Hamılıqla əl-ələ verib, dövlətin də dəstəyi ilə kəndlərimizi tikməli və orda məskunlaşmalıyıq. Özü də bunun üçün yerli təbii sərvətlərimiz yetərincədir. Bir şeyi də deyim: Mən 18 yaşımda kənddən çıxmışam. İki ali təhsil almışam, Bakıda qeydiyyata düşmüşəm, işləmişəm. Və kəndə getməyə, ömrümün qalan hissəsini quruculuq işlərinə sərf etməyə hazıram və belə də olacaq. Bir əlimizdə qələm, bir əlimizdə külüng ata ocağımızda çalışmalıyıq…
Zəfər əməliyyatının adını “Dəmir yumruq” adlandırırıq. Mənsə deyərdim ki, “Dəmir yumruq” elə Prezident İlham Əliyevin özüdür. Çünki xalqı, ordunu, bütün dövlət strukturlarını öz ətrafında beş barmağı kimi birləşdirməyi bacardı…
Çoxdanın bir filmi yadıma düşür. Brut qalların mühasirəsində olan Avqust Yuli Sezara deyir: “Hücum etməliyik, Sezar!” Sezar isə tələsmir, səbirli olmağı məsləhət görür. “Nəyi gözləyirik!?” – Brut həyacanla soruşur. “Qalların hücumunu!” “Bəlkə etmədilər!?” “Edəcəklər, darıxma, təmkinli ol! Çünki onların sərkərdələri çoxdur”.
Sezar deyən kimi olur. Qallarda çoxtirəlik yaranır, hücuma keçirlər və romalılar onları yenir. Eyni hadisə 90-cı ilin əvvəllərində bizim də başımıza gəlmişdi. Ancaq Ulu öndər Heydər Əliyev və onun varisi, Ali Baş Komandan İlham Əliyev vahid lider və sərəkərdə olduqlarını göstərdilər. Torpaqlarımız, yurd yerlərimiz, bizim doğulduğumuz, sevdiyimiz, daim həsrətində olduğumuz məmləkətimiz yağı düşməndən azad olundu!
Yurdumuzun xarabalıqlarına baxdıqca ürəyimiz dağlanır. Zatən biz onları xəyallarımızda, yuxularımızda da görürdük, əsərlərimizdə yazırdıq (“Vida” romanımda və “Qaçaq qocalar” pyesimdə olduğu kimi). Amma biz xarabalıqları yox, gözlərimizin önündə yenə də güllü-çiçəkli dağları, dərələri, abad evləri canlandırırdıq. İnanırdıq ki, belə də olacaq! Biz yenidən oraları abadlaşdıracağıq. Ayağımızın dəydiyi hər yer güllü-çiçəkli bağçaya, yaşıl xiyabana çevriləcək!
Vətənimizi qarşıda böyük bir intibah gözləyir: iqtisadı dirçəlişdən tutmuş mədəni qalxınmaya qədər. Buna görə şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borcluyuq. Şəhidlərsiz vətən azad və abad olmaz. Onların qanı ilə suvarılan torpaqda gül-çiçək bitər!
Şəhidlərimizin ruhu qarşısında baş əyir, analarının hüzurunda diz çökür, atalarının əllərindən öpürük…
Mənə elə gəlir ki, biz Şuşada, ya ona yaxın böyük bir ərazidə şəhidlərimizə, Xocalı soyqırımı qurbanlarının xatirəsinə, məcburi köçkünlərimizin 90-cı illərin əvvəlində yaşadıqları, gözlərimlə gördüyüm, qəlbimlə duyduğum məşəqqətə (dəmir vaqonları, çadırları, palçıq evləri unutmaqmı olar!?) və qəhrəman əsgərlərimizin şərəfinə bir muzey kompleksi tikməliyik. Belə komplekslər bir neçə ölkədə var və onlardan ən möhtəşəmi Qüdsdəki “Xolokost abidəsi”dir. Biz bu kompleksi ona görə tikməliyik ki, beynəlxalq təşkilatların nümayəndələri, xarici turistlər oranı ziyarət etsinlər, həm millətimizin başına gətirilənləri, həm də onların dəyanətini öz gözləri ilə görsünlər. Gələcək nəsillərimiz isə olanları unutmasınlar. Qoy, birinci sinfə gedən şagirdlərimiz məktəbdən öncə oranı ziyarət etsinlər…
Hər şəhərimizdə isə düşmən vəhşiliyinin gerçək nümunəsi olan dağıdılmış binalar saxlanılsa yaxşıdır. Artıq dövlət başçısı İlham Əliyev belə bir göstəriş verib və belə də olacaq.
Erməni vandalizmi (elə bütün vəhşiliklər) bəşəriyyətin lənət damğasıdır…
Özümdən bir təklif: “Qəhrəman şəhər” adı təsis edilsin və bu ad həm işğaldan azad olunmuş şəhərlərimizə, həm də düşmən hücumlarına mərdliklə sinə gərən Tərtər, Bərdə, Gəncəyə verilsin…
Bir şeyi də deyim: Mən bəzən məyus olsam da, ümidsizliyə qapılsam da, həmişə gələcəyə inanmışam. 1991-ci ildə yazdığım, o zamankı “Ədəbiyyat və incəsənət” qəzetində çap olumuş “Küləkli çöl” hekayəsində Qərbi Azərbaycanımızdan didərgin düşmüş, bütün ailəsini itirmiş, yurdu yağmalanmış qoca deyir: “Elə bilirlər, hər şey belə qalacaq!? Gələcək o oğullar, gələcək! Görərlər!..”
Və 2013-2016-da yazdığım, “Yenə iki od arasında” romanından son cümlələr: “Mən ustadın (Yusif Vəzir Çəmənzəminlinin) başının üstündə dayanıb Vətən tərəfə baxırdım… Və sis-dumanın, qaranlığın arasından zəif Günəş şəfəqləri süzülür, ara-sıra atəş səsləri eşidilirdi. Deyəsən, bir də qələbə hayqırtıları vardı.
Haydı, dostlar!!!
Ruhun şad olsun, ustad!!!
Vətənə doğru, millət!!!”
Arzularımız çin oldu, Vətən! Biz yurdumuzdayıq! Biz Qarabağdayıq!!!
Yanvar, 2021, Bakı.
Müəllif: Elçin HÜSEYNBƏYLİ
ELÇİN HÜSEYNBƏYLİNİN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

O GÜN
(Şəhid İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. -Bakı.
Müəllif: Zaur Ustac
Zaur Ustacın Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru