Etiket arxivi: DOĞUM GÜNÜ TƏBRİKİ

Elman Eldaroğlu təbrik edir

Ürəkləri fəth edən Məryəm xanım

Bu dəfə sizə aprelin 14-də növbəti yaşını qeyd edəcək teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professoru Məryəm Əlizadə haqqında söhbət açmaq istəyirəm. Bu məqsədlə araşdırma aparıb, xeyli məlumat da toplamışam. Məryəm xanım müsahibələrinin birində söyləyib:

“Doqquzuncu sinifdə oxuyurdum. Qəfildən televizorda bir söhbət diqqətimi cəlb elədi. Bir kişi özünün Vatikan səfərindən danışırdı. O elə heyranlıqla, elə aludəliklə danışırdı ki, mənə elə gəldi ki, sanki o adam əlimdən tutub, məni də həmin yerləri gəzdirdi. Sonra gördüm ki, titrlərdə yazılıb: Cəfər Cəfərov – teatrşünas. Həmin dövrdə ailəvi, uşaqlarla birlikdə tamaşalara getmək ziyalılığın göstəricisi idi. Hər şənbə-bazar insanlar teatra gedirdilər. Bu, mədəni həyatın bir tələbi idi. Bizim ailə də belə ailələrdən biri idi. Teatrı nə qədər sevsəm də, teatrşünaslığın nə olduğu barədə heç bir təsəvvürüm yox idi. Böyük qardaşım, professor Əbdül Əlizadədən Cəfər Cəfərovun kim olduğunu soruşdum. Dedi ki, o çox böyük şəxsiyyətdir. Və onunla maraqlandığımı görüb, mənə onun kitablarını, teatrşünaslıq barədə materiallar tapıb gətirdi. İndi də içimdə ona qarşı böyük bir minnətdarlıq hissi var ki, o məni bu dünya ilə tanış elədi. Doqquzuncu sinfi bitirəndə mən artıq bilirdim ki, teatrşünas olacağam. Amma atamla anam həkim olmağımı istəyirdilər. Qardaşım mənə arxa oldu: dedi ki, onun həvəsi teatrşünaslığadı, qoyun bu işin dalınca getsin. Orta məktəbi qızıl medalla bitirdim. İstədiyim universitetə imtahan vermədən gedib oxuya bilərdim. Əlimdə tibb, hüquq kimi fakültələrdə oxumaq imkanı vardı. Mənsə ancaq teatrşünas olmaq istəyirdim. Beləliklə, 1968-ci ildə Teatr İnstitutuna qəbul olundum.”

Şair, jurnalist, publisist, tərcüməçi Günel Mövlud onun haqqında yazır:- “Universitetdə oxuduğum illərdə Məryəm xanım mənim müəllimim olub. O qədər nəzakətli qadın idi ki, ondan ötrü ürəyimiz gedirdi. İkinci kursdan sonra Məryəm xanımın evində tez-tez qalırdım. Məryəm xanım bilirdi ki, Sumqayıtdan gəlirəm, hər gün çox yolpulum çıxır, ailəmin də imkanı yoxdur. Buna görə, hər bəhanə ilə məni yanında saxlayırdı. Mən onlarda qalarkən bir neçə dəfə evinə qonaq gəldi. Yüksək vəzifədə olan adamlardı, bəlkə etik olmaz deyə, dəqiqləşdirmirəm. Məryəm xanım bu adamlara elə qulluq edir, elə nəzakətlə danışırdı ki, ürəyimdə düşünürdüm, yəqin onlardan çəkinir. Bir gün Məryəm xanım evini dəyişdi. Əşyalarını təzə köçdüyü evə daşımaq üçün fəhlələr tutmuşdu. Adamlar hər şeyi daşıyandan sonra Məryəm xanım onlardan oturmalarını xahiş etdi. Fəhlələrin hamısına, cavan-cavan uşaqlara “siz” deyə müraciət edirdi. Onlara çay süzdü, çaylarına öz əli ilə limon sıxdı. Qalxıb, harasa gedəndə, ya telefonuna zəng gələndə fəhlələrdən üzr istəyirdi. Müqayisə apardım və Məryəm xanımın evinə gələn vəzifəli adamlarla danışığı və bu fəhlə uşaqlarla davranışı arasında zərrəcə fərq tapmadım. Onda anladım ki, başqasına qarşı nəzakətli, hörmət dolu olmaq insanın başqalarına qoyduğundan daha çox, özünə qoyduğu qiymət, dəyərdi…”

Məryəm Əlizadə 1950-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlayıb. Sonra bir müddət Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik edib. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Teatr tarixi kafedrasında müəllim, baş müəllim, dosent və professor vəziflərində çalışıb. 2005-2015-ci illərdə Teatrşünaslıq kafedrasına iki dəfə ard-arda müdir seçilib. 2015-2020-ci illərdə isə Elm və yaradıcılıq işləri üzrə həmin universitetin prorektoru olub. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professorudur…

“Mən instituta girəndə qəfildən mənə elə gəldi ki, mən mədəniyyət okeanına düşmüşəm. Həmin dövrdə kimlər yox idi orada? Rza Təhmasib, Turan Cavid, Mehdi Məmmədov, Tofiq Kazımov, Cəfər Cəfərov, bir sözlə, hərəsi bir dünya olan dahilər dərs deyirdi. Bu adamlarla təmas məni daxilən çox zənginləşdirdi, formalaşdırdı. Mən o vaxta qədər azərbaycandilli məktəbdə oxumuşdum. Məktəbdə müəllimlə şagird arasında az qala uçurum vardı. institutda isə pedaqoqla tələbə arasında elə bir azadlıq gördüm ki, mən ilk dəfə münasibətlərdə azadlıq nədi, bunu anladım. O böyük insanlar tələbələri özlərinə elə yaxın buraxırdılar, onlara münasibətlərdə elə azad olmağı öyrədirdilər ki, mən heyran qalırdım. Mən dördüncü kursda oxuyanda bizə Cəfər Cəfərov dərs deməyə başladı. Həmin vaxt başa düşdüm ki, mən hələ nə qədər ibtidai qatda imişəm. Onunla bir saatlıq söhbət, bir kitabı oxumağa bərabər idi. O bizə azad düşünməyi, sözünü azad deməyi, fikirlərini azad ifadə eləməyi öyrətdi. O bizə öyrətdi ki, insan ilk növbədə subyektiv düşünməyi bacarmalıdır. Mühakimələrini ələməli, sonda obyektiv qərara gəlməlidir. Nəhayət, o bizə sevməyi öyrətdi. Deyirdi ki, siz müəllifi, aktyorları sevmədən yaza bilməzsiniz. Onlara heyran olmaq lazımdı. Tənqid edəndə belə, bu tənqidin kökündə sevgi durursa, sizi anlayacaqlar. Cəfər müəllimin o vaxt içimə atdığı o sevgi toxumu bu gün də artmaqda davam eləyir. Mən bu gün də tələbələrimə öyrədirəm ki, teatrşünas teatr barədə hökmlər verən adam deyil. O teatra, aktyora, dramaturqa, rejissora xidmət edən mütəxəsisdir.”- söyləyir.

Ədəbi fəaliyyətə 1972-ci ildən “Qobustan” toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlayıb, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış edib. “Əhməd Ağdamski” və “Həbib bəy Mahmudbəyov” elmi-ədəbi oçerkləri “Unudulmaz səhnə ustaları” kitabında dərc olunub…

Deyir ki:- “Sovet dövrü ziyalıların maddi təminatı vardı. Normal maaş, vaxtlı-vaxtında ev, elmi dərəcələrə görə maaş artımı və s.. Keçid dövründə qəfildən ziyalıların vəziyyəti elə oldu ki, biz hansısa ölkəyə gedəndə maaşımızın miqdarını deməyə utanırdıq. Təsəvvür edin ki, bizim indiki pulla yeddi manat maaş aldığımız vaxtlar olub. Həmin vaxtlar məni bir neçə dəfə Türkiyəyə işləməyə dəvət ediblər. Amma getmədim- çünki o cüzi maaşla bərabər indi bizim azadlığımız da var idi. Az maaş ala bilərdik, amma artıq müstəqil ölkənin ziyalıları idik. İndisə artıq mədəniyyət, incəsənət adamlarına qayğı var. hər şey müqayisəyə gəlməz dərəcədə yaxşılaşıb. Və biz o ağır illərdə belə azadlığımızın qədrini bilmişiksə, deməli problemlərin qat-qat azaldığı bu dövrdə də bilirik…”

2023-cü ildə qardaş Türkiyədə baş verən məlum zəlzələnin nəticələrindən həyacanlanaraq, qəflətən insult keçirib. Necə deyərlər, şükür Allaha ki, sağlamlığı bərpa olunub, fəaliyyətini davam etdirir…

Bəli, yüksək mədəniyyəti, mehriban davranışı, kübarlığı, eləcə də elmi, işıqlı zəkası ilə onu tanıyanların qəlbində yuva qurmağı bacaran professor Məryəm xanım Əlizadənin aprelin 14-də növbəti yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, can sağlığı, ağrı-acısız günlər, xoş əhval-ruhiyyə arzulayıram.
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Professor Məryəm Əlizadə

Elman Eldaroğlunun yazıları

Oxu>Anar Ələkbərov haqqında

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Türkan Alpturan -Hüseynlinin doğum günüdür – TƏBRİK

Salam olsun, dəyərli Dostlar! 13 aprel balaca rəssam-yazıçı dostumuz Türkan Alpturan – Hüseynlinin doğum günüdür! “Yazarlar” jurnalı kollektivi adından balaca şahzadəni təbrik edir və öz hədiyyəmizi təqdim edirik:

ZAUR USTAC – TÜRKAN ALPTURAN – PDF

I>>> OXU >>>>>> XÜSUSİ BURAXILIŞ – 61

ZAUR USTAC – TÜRKAN ALPTURAN – PDF

Hörmətlə,  Zaur USTAC

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

https://yazarlar.az/wp-content/uploads/2026/04/TURKAN.pdf

Səlminaz

Səlminaz

Deyirəm, Allahın dostlarımla bağlı mənə ən böyük lütfü bir ömür boyu saf və təmiz qəlbli, sədaqətli insanlarla nəfəs qədər yaxın olmağımız, sevinc və kədərimizi məhrəmliklə bölüşməyimizdir…

Gəncliyimizdən üzü bəri birgəlikdə olduğum barmaq sayına gələn rəfiqələrimdən biri də sənsən, Səlminaz!

Həmişə xatırlayıram ki, hər il aprelin 5-də təbiət tər-təzə libasıda yenicə puçurlayan əsrarlı peyzajı ilə könlümüzü oxşayıb. İndi də gecədən yağan yağış hələ də narın-narın çisəkləyir. Təbiət elə gözəldir ki, bu saflıq, paklıq könülümüzü ehtizaza gətirir. Yaz yağışı könül açmazmı, gözümüzü, könlümüzü oxşamazmı… Məni və səni sevən doğmaların üçün bu duyğusal gözəlliyə sevinc və şuxluq qatan bir fərəhimiz də sənin doğum günündür, əzizim!

Ömrümüzdən neçə bahar, neçə də payızlar ötdü. Hər iki fəsil sənin də həyatından izsiz, rəngsiz ötüb keçmədi. İllər öz axarı ilə taleyini naxışladı. Övladların, nəvələrin, əzizlərin səni sevgiylə, ehtiramla əhatə etdi.

Əbəs yerə demirik ki, sənətlərin ən ucası müəllimdir. Sən də dil-ədəbiyyat müəllimi olaraq pedaqoji sahədə böyük məsuliyyətlə, nizamla çalışdın. Zəhmətinin bəhrəsi də ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan, fəaliyyətdə olan, Azərbaycanın adına qürur gətirən şagirdlərindi. Xoş günlərində səni böyük ehtiramla xatırlayan müxtəlif ixtisaslı yetirmələrindi…

Doğum günün, yubiley yaşın mübarək olsun, Səlminaz xanım!

P.S. Qədim Şirvan elinin övladı olsan da nədənsə səni həmişə Qarabağ xanımlarına bənzətmişəm. Yerişinlə, duruşunla mənə nazlı, qəmzəli Qarabağ xanımlarını xatırlatmışan. Bu da sənə bir özəl baxış…

Hörmətlə: Şəfəq Nasir

Şəfəq Nasiirin digər yazıları

SƏDAQƏT KƏRİMOVANIN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu təbrik edir

“Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai”

Hər dəfə onun adı çəkiləndə ötən əsrin Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri- Əli bəy Hüseynzadənin aşağıdakı kəlmələri yadıma düşür: “Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai.” Çünki o da avropa qiyafəsində türk qanlı, müsəlman etiqadlı, mütərəqqi düşüncəli, vətənini, xalqını, dövlətini dərindən sevən soydaşlarımızdan biridir. Bəzən adama elə gəlir ki, o heç vaxt dincəlmir, daim fəaliyyətdədir, yazıb yaradır…

Deyir ki:- “Yaxşı yadımdadır, illər öncə “Altun bitik” adlı kitabım işıq üzü görəndə çox yaxşı qarşılandı, hətta ona görə mənə Rəsul Rza Mükafatı da verdilər. Bizim ustad şairimiz Sabir Rüstəmxanlının iş otağında masaüstü kitab olduğunu gördüm. Rəhmətlik Robert Minnulinin timsalında Tatarıstanda belə rezonans doğurduğunun şahidi oldum. Bir çox insanların o kitaba münasibətindən demək olar ki, ortaq dillə bağlı ehtiyacı ifadə edə bilmişdik. Çox şadam ki, indi bu, fərdlərin yox, artıq ortaq türk qurumlarının qayğısına, vəzifəsinə çevrilib. İndi Türk Dövlətləri Təşkilatının yan qurumları kimi təqdim edə biləcəyimiz Beynəlxalq Türk Akademiyası var, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu var, həmin qurumların, onlarla əməkdaşlıq edən alimlərimizin çalışmaları var. Belə başa düşürəm ki, ortaq dil, ortaq əlifba mövzusu adını çəkdiyim qurum, quruluşlar və bizim qardaş ölkələrdəki elm-təhsil ocaqları da öndə olmaqla onların araşdırma mövzusudur. Bu məsələlər yalnız ədəbiyyatçılar, şair, yazıçılar tərəfindən həll oluna bilməz. Bizlər töhfə verə bilərik. Bu, elə məhz elmi və akademik münasibət tələb edir. Düşünürəm ki, sevda və peşəkarlıq hal-hazırda yanaşı getməlidir. Burada nə tələsə bilmərik, nə gecikə bilmərik. Bax, belə səssiz və sakit bir şəkildə bu prosesin irəliləyəcəyinə inanıram.”

Nə işlə məşğul olduğunu, hansı ideyaya qulluq etdiyini yaxşı bilir. İdeya uğrunda çalışmağın nələrə qadir olduğundan, gördüyü işlərin necə nəticələnəcəyindən də xəbərdardır. Yaradıcılıq- deyəndə o, yalnız şeir, hekayə yazmağı nəzərdə tutmur, ümumiyyətlə, ədəbiyyatda, ədəbi əlaqələrdə bəlli bir tarix yaratmağa çalışır…

“Dil mövzusunda orta asiyalı qardaşlarımızın bəzi məsələlərdə şansı bizdən daha çoxdur. Bilirsinizmi, bizim coğrafiyada- Anadoluda, otaylı bu taylı Azərbaycanda, Özbəkistanda ərəb-fars sözləri dilin ritmini pozan elementlərlə daxil olub. Ancaq qazaxlarda, qırğızlarda, Rusiya Federasiyasında yaşayan türk xalqlarında dil daha özünəməxsus şəkildə və öz ilkinliyini qoruyub saxlayıb. Əlbəttə, dünyada başqa dillərdən söz almamış dil yoxdur, bütün dillər söz alış-verişində olublar. Ancaq biz bu gün görürük ki, öz türkcəmizdə başqa alternativ özgə sözlərdən istifadə edirik. Ortaq türkcə mövzusunda təkcə bizim respublika deyil, ondan öncəki dövrlərdə Anadoluda və başqa ölkələrdə türkologiya üzrə araşdırmalar da olub. 1926-cı ildə birinci türkologiya Qurultayı da Bakıda keçirilmişdir. Hazırda Beynəlxalq Türk Akademiyası dil mövzusunda çox yaxşı təhsil vəsaitləri və dərsliklər üzrə ciddi çalışır. Son vaxtlar görürük ki, bu bayraqdarlıq Azərbaycanın və Türkiyənin əlindədir. Biz bu məsələdə universal ortama gəlib çıxmışıq. Biz yeni bir dil yaratmırıq, hələlik ən çox daşıyıcısı olan, təsərrüfat baxımından Türkiyə türkcəsi faktiki olaraq ortaq dil statusuna malikdir. Ancaq digər türkcələrimizin də zaman-zaman bir birinə söz alış-verişinin intensivləşməyinə, yeni söz yaradıcılığına, arxaikləşmiş sözlərin lüğət tərkibimizdən çıxarılmasına ehtiyac var. Bu məsələdə şairlərimizin, medialarımızın, filmlərimizin rolu çox böyükdür. Gəlin etiraf edək, türkiyəli qardaşlarımızın sayəsində türk sineması türk ölkələrinə xeyli yeni adlar, deyimlər, üslüblar bəxş edir. Biz o kino sənayesindən faydalanmalıyıq. Biz bu ortaq türkcə ideyamızı ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuza inkişaf etdirməliyik…”- söyləyir.

Maraqlı və məzmunlu insandır. Özünü daha çox, məhz türkçülüyə həsr edib və bu yolda xeyli əziyyətlərə də qatlaşıb. Mehriban, səmimi, təvazökardır. Sürətli düşünə bilir, hadisələrə obyektiv yanaşmağı bacarır. Araşdırma məsələlərində pərgardır, real faktlara istinad edir. Necə deyərlər, boş-boş şeylərə vaxt ayırmağa onun nə zamanı var, nə də həvəsi. Cəmiyyət içində rəftarı və davranışı ilə örnək ziyalılardandır…

Deyir ki:- “Bizdə son illərə qədər türk dünyası deyiləndə, heç vaxt Güneydən danışılmırdı. İlk dəfə Güney Azərbaycan yazarlarını türk dünyası yazarları sisteminə aid edən əsas qurumlardan biri Dünya Gənc Türk Yazarlar Birliyi oldu. Ola bilər ki, Güneydəki mövcud ictimai-siyasi durumlardan dolayı bəzi yazarlarımızı təzyiqə məruz qoymamaq üçün belə addımlar atılırdı, mən kiminsə işinə kölgə salmaq istəmirəm, ancaq, nəhayətdə, bu işi biz həyata keçirdik. Güney Azərbaycansız, Təbrizsiz, Ərdəbilsiz, Savalan ruhu olmadan, nə türk dünyası birliyi ola bilər? İndi güney və türk dünyası mövzusu bir çox öyrəşmədiyimiz ünvanlardan da tirajlanmaqdadır, əlbəttə, mən daha çox yazarlar dünyasını nəzərdə tuturam. Ancaq bunu da təqdir edirəm ki, bir zaman biz Türk Dünyası deyəndə, Güney Azərbaycan deyəndə, bizə xəyalpərəst kimi baxan, lağlağı edənlərə, indi görürəm ki, daha çox güneyçi türkçüdürlər. Qoy olsun, bu ziyanlı deyil, nəticə etibarilə, bəlkə də, bir faydaları oldu, amma kaş ki, daha səmimi bir ortamda bu işi görsünlər. Hazırda bizi daha ruhlandıran, güc verən ən əsas amil dövlətin münasibətidir…”

Bəli, haqqında söhbət açdığım Əkbər Qoşalı maraqlı və məzmunlu aydınlarımızdandır. Bir söhbətlə onun fəaliyyətini əhatə etmək qeyri-mümkündür. Onun barəsində danışarkən, gərək həyatını, yaradıcılığını, xidmətlərini hissələrə bölüb saatlarla ərz edəsən…

Əkbər Qoşalı 1973-cü ildə Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini əvvəlcə həmin kənddə, sonra isə Çatax kənd orta məktəbində alıb. 1995-ci ildə indiki Azərbaycan Texniki Universitetini “Elektronika mühəndisi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” istiqaməti üzrə ikinci ali təhsilə yiyələnib. On beşdən çox kitabın müəllifidir. Xidmətləri müxtəlif mükafatlara, o cümlədən “Tərəqqi” medalına layiq görülüb…

Aprelin 3-ü yazıçı, publisist, şair Əkbər Qoşalının 53 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BACI

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BACI

(Fərqanə bacımın ad günü münasibətilə)

Bu gün gözəl bir günündür,
Doğum günün mübarək olsun bacı,
Şeyda bülbülün ünündür,
Doğum günün mübarək olsun bacı.

“Qədir”, “Novruz” sevincidir,
Mücövhərdir, bir incidir,
İnsanlıqda birincidir,
Doğum günün mübarək olsun bacı.

Nur övladın şah əsərin,
Sanki qılınctək kəsərin,
Zəhmətin versin səmərin,
Doğum günün mübarək olsun bacı.

Könlün iftixarla dolsun,
Arzuların çin-çin olsun,
Dualarım gerçək olsun,
Doğum günün mübarək olsun bacı.

Camalın yer günəşidir,
Son Çərşəmbə atəşidir,
Əbədiyyət təşnəsidir,
Doğum günün mübarək olsun bacı.

Çöhrəndə Quran ayəsi,
Mübarək zəkat, fitrəsi,
Ruhunda Peyğəmbər səsi,
Doğum günün mübarək olsun bacı.

Tanrımın nəzərindəsən,
Önündə, əzəlindəsən,
İlahi gözəlindəsən,
Doğum günün mübarək olsun bacı.

Müqəddəslik nişanısan,
Əsl qanısan, canısan,
Xalqımın şərəf-şanısan,
Doğum günün mübarək olsun bacı,

Sonaların sonasısan,
Haqqa baxan aynasısan,
Anaların əlasısan,
Doğum günün mübarək olsun bacı,

İlqaram, xoş xəbər verdim,
Gül ətirli ənbər verdim,
Bu şeirimlə nəmər verdim,
Doğum günün mübarək olsun bacı.

17.03.2026

Hörmətlə: İlqar Cəmiloğlu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Fizuli Məmmədovun doğum günüdür

Fizuli Məmmədovun doğum günüdür

Bu gün Azərbaycan diasporunun tanınmış nümayəndəsi, iş adamı, mesenant, xeyriyyəçi, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun (DAMF) və Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) sədri Fizuli Məmmədovun doğum günüdür.
Fizuli Məmmədovun həyatının əsasını xalqına xidmət və xeyriyyəçilik missiyası təşkil edir. O, tanınmış diaspor xadimi və iş adamı kimi dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrdə Azərbaycan naminə bir yumuruq kimi birləşərək güc mərkəzinə çevrilməsi, düşmənə qarşı vahid mövqedən çıxış etməklə yanaşı, sosial problemlərlə qarşılaşan soydaşlarımızın ehtiyaclarının zamanında həll olunması və.s. kimi milli və vətənpərvər dəyərləri daşımaqla yanaşı, daima ölkəsinin və xalqının rifahı və çiçəklənməsi naminə əlindən gələni əsirgəməmişdir.
Fizuli Məmmədov 30 ilə yaxındır ki, təsisçisi və rəhbəri olduğu DAMF xeyriyyə xondu vasitəsi ilə xaricdə və doğma vətənində sosial problemlərlə qarşılaşan insanlara, həmçinin şəhid və qazi ailələrimizin problemlərinin həll olunmasında yaxından iştirak etməklə, vətənpərvərlik və xeyriyyəçilik fəaliyyəti ilə iş adamlarına örnək olmaqdadır.
Fizuli Məmmədov Azərbaycan diaspor hərəkatının ən layiqli nümayəndələrindən biri kimi uzun illərdən bəri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında böyük əmək sərf etməkdədir. Fizuli Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə 15 dekabr 1988-ci ildə Azərbaycan Birliyi, 1994-cü ildə Dünya Azərbaycanlıları Mədəniyyət Fondu, 25 aprel 1999-cu ildə Moskva şəhərində Prezident oteldə Dünya Azərbaycanlıları İttifaqı, düz iyirmi il sonra eyni ünvanda və eyni məkanda 26, 27 aprel 2019-cu ildə ilk dəfə olaraq Rusiyanın bütün bölgələrinin təmsilçiliklərinin iştirakı ilə Rusiya Azərbaycanlıları İttifaqı yaranmışdır. Hazırda qeyd olunan nüfuzlu diaspor təşkilatlarının Rusiya və bir çox Avropa ölkələrində nümayəndəlikləri uğurla fəaliyyət göstərməkdədir.
Azərbayacn xalqının fəxri, dəyərli Fizuli Məmməd oğlu Məmmədovu doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, sağlam ömür və bütün işlərində daima uğurlar arzu edirik!
Ad gününüz mübarək Fizuli, müəllim!

Hörmətlə: Elvin Məmmədli

ELVİN MƏMMƏDLİNİN YAZILARI


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

RAMİZ İSMAYIL – 78

SƏKSƏN ALTINCI YAZI

RAMİZ İSMAYIL – 78
(Ömrün kamillik çağında sözə sədaqət)
     Salam olsun, çox dəyərli oxucum! Səhv etmirəmsə bu mənim Ramiz İsmayıl haqqında yazdığım üçüncü ya dördüncü yazımdır. Ramiz İsmayılla söhbət, onun dilindən şeirlər dinləmək nə qədər xoşdursa, onun həyat və yaradıcılığı haqqında yazmaq on qat daha xoşdur!
     Bəzən insan ömrü elə yaşayır ki, illər sadəcə rəqəm olmur, mərhələyə, məktəbə, mənəvi pilləyə çevrilir. Ramiz İsmayılın 78 illik ömür yolu da məhz belə bir kamillik yoludur – zəhmətlə yoğrulan, sözlə cilalanan, Vətən sevgisi ilə mənalanan bir yol.
    Gədəbəyin Kiçik Qaramurad kəndində, müəllim ailəsində dünyaya göz açan Ramiz Məmməd oğlu İsmayılovun həyatında ilk böyük dərs elə ailədən, eldən-obadan başlayıb. Bu torpağın sərt iqlimi, zəhmətə alışdıran dağ havası, insanı sözə və kökə bağlayan mühiti onun gələcək yaradıcılığının ruhuna çevrilib. Təsadüfi deyil ki, illər keçsə də, şairin poeziyasında Gədəbəy həsrəti, kənd yaddaşı, torpaq sevgisi aparıcı xətt kimi qalır.
    Texniki təhsil almasına, mühəndis-mexanik ixtisasına yiyələnməsinə baxmayaraq, Ramiz İsmayıl heç vaxt sözlə bağını qırmayıb. Əksinə, həyatın istehsalat meydanlarında, zavod və stansiyalarda keçən illər onun yaradıcılığına həyatilik, sənədlilik, real insan taleləri gətirib. Bu baxımdan onun poeziyası romantik duyğularla yanaşı, möhkəm həyat müşahidələrinə söykənir, nəsri isə sadəcə bədii yox, həm də mənəvi-sosial yük daşıyır.
     Ədəbiyyata gəlişi erkən olub. Orta məktəb illərindən başlayan bu maraq ilk şeirin 1965-ci ildə mətbuatda çapı ilə rəsmi ədəbi addıma çevrilib. Sonrakı onilliklərdə Ramiz İsmayıl səssiz, iddiasız, amma ardıcıl şəkildə ədəbi mühitin içində yaşayıb. Rayon və şəhər qəzetlərindən tutmuş respublika mətbuatına qədər onun sözü oxucu yolunu tapıb.
     Şairin indiyədək işıq üzü görmüş səkkiz kitabı onun yaradıcılıq axtarışlarının, daxili inkişafının, mövzu və janr zənginliyinin göstəricisidir. “Payızda xatırla məni”dən “Bəsimizdir Ay işığı”na qədər uzanan bu yol lirikanın incə çalarlarını, zamanın fəlsəfəsini, insan talelərinin ağrılı və işıqlı məqamlarını ehtiva edir. Nəsr yaradıcılığında isə “Gözü yolda qalan var”, “Mələklərin görüşü”, “Sonuncu görüş” kimi əsərlər sənədli-bədii üslubun uğurlu nümunələri kimi seçilir.
     Xüsusilə “Gözü yolda qalan var” sənədli povestinin geniş rezonans doğurması, əsər əsasında “İgid” adlı sənədli filmin çəkilməsi Ramiz İsmayıl yaradıcılığının ictimai əhəmiyyətini bir daha təsdiqləyir. Bu, sadəcə bir yazıçı uğuru deyil, sözün yaddaşa, ekrana, milli duyğuya çevrilməsi hadisəsidir.
      Onun “Baş Sarıtel” şeiri artıq yazılı mətndən çıxaraq aşıqların dilində yaşayan, xalq ruhuna qarışan bir nümunəyə çevrilib. Bu isə hər şairə nəsib olmayan bir tale payıdır – sözünün xalqın yaddaşında yaşayaraq anonimləşməsi, sənət zirvəsinə yüksəlməsidir.
      Ramiz İsmayıl təkcə yazan yox, ədəbi mühitə xidmət edən qələm sahibidir. Müxtəlif ədəbi dərnəklərdə fəal iştirakı, antologiya və almanaxlarda yer alan şeirləri, hekayələr toplusunda çap olunan nəsr nümunələri onun ədəbiyyata kollektiv məsuliyyətlə yanaşdığını göstərir. 2018-ci ildən “Xəzan” ədəbi-bədii jurnalının baş redaktor müavini kimi fəaliyyəti isə bu yolun məntiqi davamıdır – gənc qələmlərə dayaq olmaq, sözün nəfəsini qorumaq missiyası.
    Bu gün 78 yaşını qeyd edən Ramiz İsmayıl ömrün qışına doğru getsə də, ruhən və yaradıcılıq baxımından hələ də yoldadır. Şairin ən yeni işıq üzü görmüş “Ömrün qışına doğru” kitabının özü belə göstərir ki, bu qış sükut yox, düşüncə və müdriklik mövsümüdür.
     Ramiz İsmayılın simasında biz sözə sədaqətli, Vətəninə bağlı, ömrünü zəhmətlə və qələmlə keçirən bir Azərbaycan ziyalısını görürük. Onu 78 yaşı münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun və faydalı ömür, yeni kitablar, yeni söz sevincləri arzulayırıq. Qələminiz yorulmasın, Ramiz müəllim – çünki bu söz yolunda sizi hələ oxucu gözləyir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik!
01.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ceyhun Məmmədovun doğum günüdür — təbrik!

Ad gününüz mübarək olsun, Ceyhun müəllim, hörmətli ziyalımız!
SADƏLİK — İNSANI YÜKSƏLDƏN DƏYƏR
(sonet)

Ceyhun — ismindəki məna çox dərin,
O, gur axan sudur, çağlayan çaydır.
Məftunluq bəzəyər bütün hisslərin,
Nurlu siması da bədirli Aydır.

Safsınız — bax, budur sizə yaraşan,
Həyatda de, belə gözəllik hanı?!
Oldunuz ulduztək parlaq sayrışan,
İşığa bürüyən gen asimanı.

Alim məqamına çatmaq şərəfdir,
Başı uca edər elmə xidmətin.
Düzgün gedilən yol — Haqqa tərəfdir,
Zirvələr fəth etmək asan yox, çətin.

Lovğalıq edənlər işləri əyər,
Sadəlik — insanı yüksəldən dəyər.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÖZÜN, ELMİN VƏ VƏTƏN TƏFƏKKÜRÜNÜN DAŞIYICISI

ŞƏKSƏN BEŞİNCİ YAZI

SÖZÜN, ELMİN VƏ VƏTƏN TƏFƏKKÜRÜNÜN DAŞIYICISI
(Filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin doğum gününə)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu — yazımızın məqsədi təbrikdir. Bu yazımı böyük bir qələmdarlar ordusu — yazarlar cameəsi adından ustadlar ustadı, müəllimlər müəllimi, eloğlumuz, əzizimiz, dəyərlimiz Cahangir müəllimə ünvanlamaqdan şərəf və qürur duyuram!
İnsan ömrü var ki, zamanın içində itib gedir, bir də insan ömrü var ki, zamanın özünə çevrilir. Elmi düşüncəsi, publisistik mövqeyi, milli-mənəvi dəyərlərə sədaqəti və ziyalı duruşu ilə çağdaş Azərbaycan elminin və ictimai fikrinin önündə dayanan filologiya elmləri doktoru, professor Cahangir Məmmədli məhz ikinci kateqoriyaya daxil olan nadir şəxsiyyətlərdəndir.
Professor Cahangir Məmmədli təkcə bir alim, tədqiqatçı və pedaqoq deyil — o, həm də sözün məsuliyyətini daşıyan, fikrin yükünü çiyinlərində hiss edən, cəmiyyətin vicdan səsinə çevrilən ziyalıdır. Onun elmi və publisistik fəaliyyəti Azərbaycan dilinin, milli mətbuatın, jurnalistikanın və ümumilikdə ictimai düşüncənin inkişaf yolunu aydınlatmaqla yanaşı, gələcək nəsillərə də möhkəm mənəvi bünövrə yaradır.
Cahangir Məmmədlinin elmi araşdırmaları Azərbaycan filologiyasının və mediaşünaslığının aktual problemlərini əhatə etməklə seçilir. O, mətbuat tarixinin, jurnalistikanın nəzəri əsaslarının, söz və məsuliyyət münasibətlərinin tədqiqində özünəməxsus elmi məktəb formalaşdırmış alimlərdəndir. Onun əsərlərində faktla fikir, tarixlə müasirlik, milli ilə ümumbəşəri dəyərlər ahəngdar şəkildə birləşir.
Alimin qələmində söz heç vaxt təsadüfi olmur. Hər cümlə arxasında məsuliyyət, hər fikir arxasında vətəndaş mövqeyi dayanır. Bu da onun elmi irsini yalnız akademik mühit üçün deyil, geniş oxucu auditoriyası üçün də dəyərli edir.
Professor Cahangir Məmmədlinin publisistik yazıları sadəcə hadisələrin təsviri deyil — hadisələrin mahiyyətinə enən, oxucunu düşünməyə vadar edən, milli özünüdərkə çağıran yazılardır. Onun qələmində publisistika tribuna deyil, vicdan aynasıdır. Bu yazılarda cəmiyyətin ağrıları, milli maraqlar, dilin saflığı, mətbuatın məsuliyyəti və ziyalının missiyası açıq və cəsarətli şəkildə ifadə olunur.O, daim vurğulayır ki, söz sahibinin ən böyük borcu həqiqətə sədaqət, xalqa xidmət və gələcək qarşısında məsuliyyətdir. Bu mövqe onun bütün yaradıcılıq xəttindən qırmızı xətt kimi keçir.
Cahangir Məmmədli təkcə kitablarla deyil, yetişdirdiyi tələbələrlə, formalaşdırdığı düşüncə tərzi ilə də yaşayır. Onun auditoriyadakı fəaliyyəti klassik müəllimlik çərçivəsindən kənara çıxaraq həyat dərsinə çevrilir. Tələbələrinə yalnız bilik deyil, mövqe, məsuliyyət, milli şüur aşılayan professor, əslində, gələcəyin ziyalılarını yetişdirir.
Bu gün professor Cahangir Məmmədlinin doğum günü təkcə təqvimdə bir tarix deyil. Bu gün Azərbaycan elminin, söz və fikir dünyasının qazandığı bir ömrün, bir zəhmətin, bir fədakarlığın bayramıdır. Onun ömrü və fəaliyyəti sübut edir ki, ziyalı olmaq ad deyil, missiyadır.
Bu əlamətdar gündə professor Cahangir Məmmədlini səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, yeni elmi uğurlar, qələminin daim iti, sözünün daim sanballı olmasını arzulayırıq. Qoy onun zəngin elmi və publisistik irsi hələ uzun illər Azərbaycan düşüncə həyatına işıq saçsın.
Ad gününüz mübarək, dəyərli professor!
Sözünüz var olsun, yolunuz işıqlı olsun!

26.01.2026. Bakı .


Hörmətlə, Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac, sizi ürəkdən təbrik edirəm

Zaur Ustac, sizi ürəkdən təbrik edirəm

Çağdaş Ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən, doğma Vətənimizi, xalqımızı sevmək mümkün olduğundan da artıq sevən, daima yaradıcılıq uğurları ilə bizləri sevindirən, bütün yaxşı mənalarda dəyərləndirən, əzizimiz Zaur Ustac, sizi ürəkdən təbrik edirəm. Bütün uğurlarınızın davamlı olmasını, Ulu Tanrının sevilən bəndələrindən biri olmağınızı arzu edirəm! Doğum gününüz mübarəkdir!

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I