Etiket arxivi: FOTO

AZƏRBAYCAN YAZARLARI


                                                           
ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şip-şirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BU GÜN SƏADƏT QƏRİBİN DOĞUM GÜNÜDÜR!

Bu gün  Səadət Qəribin doğum günüdür!  “Yazarlar” doğum günü münasibətilə tanınmış şair, yazar Səadət  xanım haqqında məlumat və məşhur şeirlərindən bir neçəsini təqdim edir:

QISA ARAYIŞ:

Səadət Qərib (Səadət Arif qızı Rzayeva) – 10 iyun 1970-ci ildə Goranboy rayonunun Dəlməmmədli qəsəbəsində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş, 1986-cı ildə Qəmbər Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Məktəbinin (indiki Musiqi Kollecinin ) fortopiano şöbəsinə daxil olmuş, 1991-ci ildə təhsilini tamamlamış, musiqi müəlliməsi, konsertmeyster ixtısasına yiyələnmişdir.
O, 1987-ci ildən Moskvada yaşayır. Ailəlidir, 3 övladı var.

Səadət xanım həm də gözəl şairə kimi tanınır. Onda şeirə, ədəbiyyata həvəs 12-13 yaşlardan başlamişdır.
2016-cı ildə Türkiyədə Hatay ESA (Ədəbiyyat və Sənət Akademiyası) Dörtyol Bələdiyyəsinin keçirdiyi Türk Dünyası Şeir yarışmasında dərəcəyə girmiş 300 şairin qatıldığı müsabiqədə “Şəhidlər” şeiriylə 5-ci yeri qazanmış, yüksək mükafata layiq görülmüşdür.
Səadət Qərib Türkiyədə təşkil olunan bir çox şeir festivallarinda iştirak etmiş, uğurlar qazanmışdır.
Onun şeirləri 2016-cı ildən etibarən Azərbaycan və Türkiyə qəzetlərində, dərgilərində, almanaxlarda, internet saytlarında və sosial mediada dərc olunur. Bir çox şeirlərinə mahnilar bəstələnib.

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ

SƏADƏT QƏRİBİN MÜKAFATLARI:

Səadət Qərib “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “Ziyadar” mükafatı ilə təltif olunub.

SƏADƏT QƏRİBİN ŞEİRLƏRİ:

GƏNCLİYİM UZAQDAN BAXIB KÖVRƏLİR
Əllinin əlindən tutub gedirəm,
Gəncliyim uzaqdan baxıb kövrəlir.
Ömür kirpik-kirpik qəmli gözünü
Saçımın ağında sıxıb kövrəlir.
* * *
Götür könül – könül oxşa əllimi,
Qəlbimin səsində, ürək səsimdə.
Gəncliyin istisi gülür üzümə,
Bu hicran duyğulu ürkək səsimdə.
* * *
Arzular ümüdlə səsləyir məni
Sevginin dilində, eşqin dilində
Ara ətir-ətir baxışlarımı,
Sevdanın gülündə, sevgi gülündə.
* * *
Bir həzin nəğmədi kədər avazlı,
Üzümnən boylanan ömür yoxuşu.
Baxıb qırış – qırış gələn qismətə,
Alnımda kövrəlir ömür naxışı.
* * *
Ayların illərin qözündə qaldı,
O şıltaq çağımın, sığallı günü.
Əridi zamanın ac dodağında,
Sürməli taleyin o ballı günü.

İSTƏDİM
Həsrətin bıçaqtək səbrim kəsəndə,
Zamanın dərisin soymaq istədim.
Mənə bic-bic baxan fələyin hərdən,
O bic gözlərini oymaq istədim.
* * *
Qəlbimin içində bərq vurub sancım,
Sürünüb ardımca kölgətək acım,
Bəzən də, bir başqa yananda canım,
Biryolluq dünyadan qaçmaq istədim.
* * *
Qaşların hey çatıb ağlama könlüm,
Bu zalım dünyada mən nələr gördüm.
Bəzən üsyan etdim, bəzən də küsdüm,
Ürək danışanda, susmaq istədim.
* * *
Hər kəs yazısıyla dünyaya gəlib,
Bir gözüm ağlayıb, bir gözüm gülüb,
Dəliqanlı qəlbim onu çox sevib,
Sevgim sevinəndə uçmaq istədim.
* * *
Haçansa bitəcək bu iztirablar,
Yenidən ruhumda olacaq bahar.
Yaxşı ki həsrətin ümid yolu var.
Ayaq səslərini duymaq istədim.

İNSAN ÖMÜR BOYU YIXILIB QALXAR
Bir gündə yaşarsan bəzən dörd fəsli,
Bir anda ömründə şimşəklər çaxar.
Bitməz ki həyatın fırtınaları,
İnsan neçə dəfə yıxılıb qalxar?
* * *
Susasa ürəyin zəmzəm suyuna,
Dumanlı bir hava çöksə ruhuna,
Hay verməzsə ümid, əğər hayına
İnsan neçə dəfə yıxılıb qalxar?
* * *
Fərq etməz ömrünün hansı yaşında,
Səbr bardağın hey ,dolub daşanda,
Çarəsiz olmağa məruz qalanda,
İnsan neçə dəfə yıxılıb qalxar?
* * *
Çiynindəki yükün ağır olduqda,
Haqsızlıq içində duyduqlarında,
Məcbur susduğunda, susduqlarında,
İnsan neçə dəfə yıxılıb qalxar?
* * *
Dünya boyda dərdi daşıyır insan,
Yıxılsa da qalxıb yaşayır insan,
Bəzən də yenidən başlayır insan,
İnsan ömür boyu yıxılıb-qalxar.

MƏN BİR HƏYAT HEKAYƏSİ
Mən bir həyat hekayəsi,
yazılmamış bir əsərəm,
oxunmamış bir ürəyəm,
Açılmadan solan çiçək..
* * *
Mən bir həyat hekayəsi…
bu həyatla nə dostlaşa,
nə düşmən ola bilirəm.
Nə sevgiylə,
nə sevgisiz
Nə sənsiz qala bilirəm…
* * *
Acılara alışmışam,
sarsılmışam,
Od-alova sarılmışam
çox yanmışam…
* * *
Mən bir həyat hekayəsi…
Neçə-neçə kədər yatır,
ürəyimin ilğım-ilğım
görünməyən tərəfində.
Həsrətimin parçalanmış
baş daşını gizlətmişəm
gözlərimin açılmayan
duman dolu səhərində.
* * *
Mən bir həyat hekayəsi…
gecə gündüz çeynədiyim,
nə uda, nə də unuda bildiyim
vüsalının əsiriyəm.
Nə Leyliyəm nə Əsliyəm,
Mən yeni sevgi nəsliyəm.
* * *
Mən bir həyat hekayəsi…
Öz içində dustaq olan
heç vaxt yaza bilmədiyim
eşqin bulanıq tamıyam.
Bu qaranlıq zil gecənin
İlıq baxışlarındakı
soyuq sevgi dastanıyam.
* * *
Mən bir həyat hekayəsi…
Yıpranmamış həsrətimin
qəhərini uda-uda,
Taleyimin tellərinə
sığal çəkib oxşamışam,
İçimdəki duyğulara
ürəyimdə məzar qazıb
sevgi dolu şeirləri ,
bircə-bircə basdırmışam.
* * *
Mən bir həyat hekayəsi…
Odu sönmüş tənha ocaq…
Bu gün məni duymayanlar,
bir gün məni oxuyacaq.
Oxuyacaq, anlayacaq…
Amma onda gec olacaq…
Amma onda gec olacaq…
Mən bir həyat hekayəsi…

“Yazarlar” kollektivi adından bir daha Səadət xanımı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Səadət xanım! Jurnalımızın İyun 2023 N: 06 (30) nömrəsinin üzqabığında Səadt Qəribin fotoları yer alıb.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

SƏADƏT QƏRİBİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI YENİ ARAŞDIRMASI

VAQİF SULTANLININ AZƏRBAYCAN

MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI YENİ ARAŞDIRMASI

Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının yenicə yayınlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması baxımından önəm daşıyır.

Azərbaycan Dövlət Nəşriyyatında yayınlanan bu kitab müəllifin mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırması deyildir. Belə ki, onun “Ağır yolun yolçusu” (1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998), “Ömrün nicat sahili” (2004) kitabları və çoxsaylı məqalələri bu mövzuda qələmə alınmışdır. Həmçinin araşdırmaçının İstanbulda yayınlanmış “Azərbaycan mühacirət ədəbiyyatı” (2007), “Ruhun ağırıları” (2010) kitabları da köçmən ədəbiyyatı ilə bağlıdır.

Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə yanaşılmasıdır. Müəllif ilk tədqiqatlarından fərqli olaraq burada VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər geniş zaman kəsimini əhatə etmiş, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırmışdır.

Monoqrafiyada Azərbaycanın Quzeyinin çar Rusiyası tərəfindən işğalı ilə başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan proseslərə yer verilmişdir. Həmçinin rus-sovet müstəmləkəçiliyi dövründə mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılmış, ayrı-ayrı şəxsiyyətlərin ədəbi portreti yaradılmışdır. Burada Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Səlim Rəfiq Rəfioğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, İren Məlikhoff və başqaları haqqındakı portret yazıları diqqəti çəkməkdədir.

Monoqrafiyada Qurban Səidin “Əli və Nino”, “Altunsaç” romanları ilə bağlı ədəbiyyatşünaslıqda uzun illərdən bəri davam edən mübahisələrə də toxunulmuş, həmçinin həmin əsərlər təhlil olunmuşdur

Araşdırıcı İkinci Dünya savaşı ilə bağlı qürbətə üz tutmuş Azərbaycan mühacirətinin ədəbi-bədii, nəzəri-kulturoloji və publisistik irsini də geniş şəkildə araşdırmış, legion ədəbiy­yatından ayrıca bəhs etmişdir.

Müəllif kitabın ön sözündə tədqiqatla bağlı qənaətlərini belə ümumiləşdirərək yazır: “Bəzən bеlə bir fikir səslənir ki, mühacirət hеç bir zaman sözün həqiqi mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qеyri-adi sənət örnəkləri bəхş еtməmişdir. Bu məntiqin kifayət qədər ciddi еlmi-faktоlоji arqu­mеntlərə söykənmədiyini qеyd еtməklə yanaşı, bеlə bir məqama diqqət yеtirməyə еhtiyac vardır ki, tariхin müəyyən, bəlli bir zaman kəsiyində ədəbiyyatı хalqın, vətənin talеyi ilə bağlı məsələlər düşündürdüyündən ədəbi-bədii kritеriyaların bir növ “unudularaq” arхa plana kеçdiyi məqamlar da оlur. Buna görə də mühacirət ədəbiyyatı dəyərləndirilərkən onu yaradanların yalnız ədəbi istedadı deyil, sosial-əxlaqi mövqeyi də nəzərdən qaçırılmamalıdır”.

Tədqiqatçının qənaətincə, qədim tarixə malik olan mühacirət ədəbi-bədii və nəzəri-kulturoloji irsi bütöv Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır. “Bir zaman gələcək ki, ədəbi şəхsiyyətlərin biоqrafiyası, yaхud yaradıcılıq yolu dəyər­ləndirilərkən, əski çağlarda olduğu kimi, оnların vətəndə və ya mühacirətdə yaşa­masının fərqləndirilməsinə lüzum görülməyəcək. Lakin Azərbaycan mühacirət irsinin uzun illər araşdırmalardan kənarda qalması, özəlliklə çarlıq və sovet siyasi rejimi dönəmlərində yaranan ədəbiyyatın öyrənilməsinə ciddi yasaqlar qoyulması onun ayrıca araşdırılmasını şərtləndirir”.

Kitabda indiyədək mühacirət ədəbiyyatı ilə bağlı bir çox mübahisələrə aydınlıq gətirilmiş, gələcəkdə bu sahədə aparılacaq araşdırmalar üçün elmi-metodoloji istiqamətin müəyyənləşdirlməsinə çalışılmışdır.

Vaqif Sultanlının oxuculara təqdim olunan monoqrafiyasının mühüm özəlliklərindən biri müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılmasıdır. Eyni zamanda, araşdırmada Sovetlər Birliyinin dağılması və Azərbaycanın yenidən bağımsızlıq qazanmasından sonrakı dönəmdə yaranmış, indiyədək yetərincə öyrənilməmiş mühacirət ədəbiyyatı da sistemli şəkildə təhlilə çəkilmişdir.

VAQİF SULTANLI. AZƏRBAYCAN ƏDƏBİ TƏNQİDİ

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

VAQİF SULTANLININ YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“100-ilin İMZSASI”nın müəllifi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən mükafatlandırıldı…

“100-ilin İMZSASI”nın müəllifi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən mükafatlandırıldı…

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar öıkəmizdə silsilə tədbirlər davam edir.
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində şair- jurnalist Gülşən Behbudla görüş və müəllifi olduğu ” 100 ilin İMZASI” kitabının təqdimatı keçirilib. Tədbir Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi Elçin İsgəndərzadənin təşəbbüsü ilə baş tutub. Sonda Gülşən Behbuda Türkiyə Respublikasının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu və Türk Dünyasına Xidmət Ödülü təqdim edilmişdir.
Tədbirdə xeyriyyəçi iş adamı,sahibkar, “Milan” Hospitalın sahibi , şairə Xuraman Muradova,telejurnalist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar və digər doktorant və aspirantlar iştirak edib. Fotolar:

“Yazarlar”ın doğma ana dilimizdə dünyanın olduqca nüxtəlif ölkələrindən olan çoxmilyonlu oxucuları və kollektivi adından şair- jurnalist , Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin  sədri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr edilmiş   “100 ilin İmzası” kitabının müəllifi  Gülşən Behbudu ardıcıl uğurları münasibəti ilə təbrik edirik!!!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ELÇİN İSGƏNDƏRZADƏNİN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

II TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI DAVAM EDİR.

AYB Mətbuat Xidməti: 5-11 iyun tarixlərində paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti və Türk dünyası təşkilatlarının dəstəyi ilə gerçəkləşir.

Festivalda 50-dən çox nəşriyyat, 30-a yaxın xarici ölkə nümayəndəsi iştirak edir, həmçinin müxtəlif sahələrə dair nəşrlər, eləcə də rəngkarlıq və qrafika sənəti üzrə əl işləri təqdim olunur.

Festival çərçivəsində elmi konfranslar, şeir saatları, imza günləri təşkil edilir, filmlər nümayiş olunur. Tədbirlər hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılır.

Festival iyunun 11-də başa çatacaq.

Layihə rəhbəri: Xəyal RZA

AYB Mətbuat Xidmətinin rəhbəri.

>>>> DAHA ÇOX MƏLUMAT AŞAĞIDA <<<<

International Turkic Culture and Heritage Foundation

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ANARIN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI

FİRUZ MUSTAFANIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“GECİKMƏYİN SƏBƏBİ BAĞIŞLANMAZDIR VƏ ONUN HAQQINI YEYƏNLƏR UTANMALIDIR”

“GECİKMƏYİN SƏBƏBİ BAĞIŞLANMAZDIR VƏ ONUN HAQQINI YEYƏNLƏR UTANMALIDIR”

Adil İrşadoğlu (Əliyev)

Salam sevimli dostlarım, hörmətli tanışlarım, əziz qohumlarım və aidiyyəti olan təşkilatlar sizlərlə bir qədər dərdləşmək üçün yenə qələmi əlimə aldım. Hamınız mənə aid olan faktların çoxu ilə tanışsınız. Ancaq ürəyimdə qırılıb qalan xeyli sözüm var. O sözləri də sizlərə ərz etmək istəyirəm. Dünya ölüm-itim dünyasıdır. Bu sözləri özüm ilə o dünyaya aparmaq istəmirəm, sizlərlə burada bölüşmək istəyirəm.

Bilirsiniz ki, Hayların Qarabağ tələbi başlanan ilk günlərdən AzTv-nin jurnalisti, redaktoru, əməkdaşı kimi mən Adil İrşadoğlu (Əliyev) öz çəkiliş qrupum, sevimli və unudulmaz həmkarlarım ilə birlikdə 1-ci Qarabağ – Böyük Vətən müharibəsində gecə-gündüz, yorulmadan cəbhənin müxtəlif  bölgələrində video çəkilişlər edib, yaddaqalan verilişlər hazırlayıb Vətənimizin gerçək tarixini yaratmışıq. Özünümüdafiə batalyonlarının döyüş əzminin yüksəldilməsində, iş adamlarını səfərbər edərək onlara maddi və mənəvi dəstək göstərməsində müstəsna xidmətlər etmişik.

Mən, telejurnalist Adil İrşadoğlu 1989-cu ilin oktyabr, noyabr, dekabr aylarında Azərbaycan Dövlət Televiziyasından ŞUŞA şəhərinə könüllü ezam edilmişdim. ŞUŞA şəhərinin Teleötürücü Stansiyasında yaratdığımız balaca Studiyadan Azərbaycanın 20 rayonuna veriliş yayımlayırdım. Daşnaq və rus birləşmələrinin separatçı təbliğatına qarşı əks təbliğat aparırdım.

Aparıcısı olduğum verilişlərimdə görkəmli, vətənpərvər şair Zeynal Vəfanın şeirlərindən verilişimin daxilində yeri gəldikcə əzbərdən istifadə edirdim. Verilişimi bu formada tamaşaçılarıma təqdim etməyim onların xoşuna gəlirdi. ŞUŞA camaatı çox həssas və diqqətli camaatdır. Hər verilişimdən sonra onlar mənimlə rastlaşanda yaxınlaşıb məhəbbətlə salam verirdilər və efirdə söylədiyim şeirləri bir daha təkrar etməyimi xahiş edirdilər. Mən şeirləri təkrar söyləyəndə onlar ciblərindən kağız, qələm çıxarıb köçürürdilər… 

Şuşada teleyayımın təşkili, yerli əhalinin ruhlandırılması və özünəgüvənin artırılması üçün gecə-gündüz çalışanların biri də mən idim. Öncə qeyd edim ki, Vətən uğrunda əyninə hərbi forma geyib səngərlərə gələn insanların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Heç kimin haqqını danmaq olmaz. Gerçəkdən canını fəda edən insanları kölgədə qoyub təsadüfi adamları fədai kimi, xilaskar kimi təqdim etmək yolverilməzdir. Bu, bizi təhqir etməkdir.

Vətən uğrunda, torpaq uğrunda mən də 8 il canımı qoydum, həyatımı, ailəmi təhlükəyə atdım. Rəhmətlik jurnalist Salatın Əsgərovanın qətlə yetirildiyi Şuşa, Turşsu, Laçın yolunu Əlisaab (Əlisahib) Səftər oğlu Orucovla və çəkiliş qrupumla birlikdə dəfələrlə o baş, bu baş qət etdik, videoçəkilişlər apardıq, operativ verilişlər hazırladıq, çəkişmələrdən narahat qalan Azərbaycan əhalisinin gözünü yolda qoymadıq, onları mütəmadi baş verən hadisələrlə məlumatlandırdıq. 

Rəhmətlik Çingiz Mustafayevin cəbhə boyu qarış-qarış gəzdiyi səngərlərdə biz də olduq, biz də videoçəkilişlər edib Vətən qarşısında borcumuzu yerinə yetirdik. Başqa cür fikirləşməyin, özümü və digər cəbhə yoldaşlarımı Çingiz Mustafayevlə müqayisə etmək fikrim yoxdur.     

Çingiz Mustafayev başqa aləm idi. O, Qarabağ müharibəsi haqqında səkkiz ay ərzində 18 ədəd sənədli film hazırlamışdı. Çingiz Mustafayev müharibədə təkcə jurnalist kimi iştirak etmirdi. O, həm də səngərdə özünü mənim kimi əsgər, zabit, hətta komandir hiss edirdi. Allah Salatına da, Çingizə də qəni-qəni rəhmət eyləsin. Qəbirləri nurla dolsun. 

Allah ölməyən cəbhə jurnalistlərinə və onların çəkiliş qruplarının üzvlərinə də rəhmət eyləsin. Ölməyənlərin günahları odur ki, ölmədilər, ölə bilmədilər…

Mən, Azərbaycan Dövlət Universitetində ali təhsil alarkən (1972-1977) Universitetin hərbi kafedrasında da paralel olaraq 5 il hərbi təhsil almışam və imtahan verib motoatıcı vzvodun komandiri adına, leytenant rütbəsinə layiq görülmüşəm. Sonra isə mütəmadi olaraq ehtiyatda olan zabitlərin ümumrespublika hərbi toplantılarına çağırılmışam. 1-ci Qarabağ – Böyük Vətən müharibəsi başlayandan sonadək cəbhəyə könüllü ezamiyyətə getmişəm, birbaşa əməliyyatlarda iştirak edib videoçəkilişlər aparmışam. 

Tale elə gətirdi ki, 1999-2001-ci illərdə Qarabağ Əlillərinin orqanı olan “Əlillər” qəzetində məsul redaktor kimi çalışdım. Qəzetin baş redaktoru tələbə yoldaşım rəhmətlik Müştəba İsmayıloğlu idi. Qəzetin bütün yaradıcı və texniki proseslərində yaxından iştirak edirdim. Baş qazi rəhmətlik Etimad Əsədovun və qazilər heyətinin razılığı ilə “Əlillər” qəzetinin içərisində Çeçenstan Respublikasından bizə pənah gətirmiş qazilər və onların ailələri üçün rus dilində “Salam” adlı qəzet buraxmağa başladıq. O vaxt bütün qəzetlər hələ də Kiril əlifbasıyla çap edilirdi. Mənim təşəbbüsümlə Azərbaycanda ilk dəfə “Əlillər” qəzeti Kiril əlifbasından Latın əlifbasına keçdi.

Buvaxtadək mənə nə “MÜHARİBƏ İŞTİRAKÇISI”, nə də “MÜHARİBƏ VETERANI” adı verilməyib. Dövlətin heç bir qayğısı ilə mükafatlandırılmamışam. Təəssüf ki, mənim kimi digər cəbhə jurnalistləri də öz layiqli qiymətini almayıb. Ancaq “Qarabağ qaziləri” ictimai birliyinin sədri Asəf Kərim oğlu Əliyevin və birliyin idarə heyyəti üzvlərinin təşəbbüsü ilə məni xidmətlərimə görə “Qarabağ qaziləri” ictimai birliyinə üzv qəbul etdilər və halalca qazi adımı rəsmiləşdirib özümə qaytardılar. Bunu AzTv-nin arxivindəki, şəxsi arxivimdəki ön cəbhədən hazırladığım saysız-hesabsız verilişlərim, çəkilən fotolarım və yazılarım sübut edir. Yadınızda saxlayın ki, müharibədə savaşı aparan qazi, savaşda həlak olan isə şəhiddir. QAZİ YARALI ƏSGƏR DEMƏK DEYİL !

1-ci Qarabağ – Böyük Vətən müharibəsinin gerçək iştirakçıları, gerçək qəhrəmanları indi səfalət içərisində yaşayır. Aidiyyəti qurumlar gəlib araşdırma aparsınlar ki, bu torpağın uğrunda canını qoyan, öz həyatını, ailəsinin həyatını təhlükəyə atan kimlər olub, kimlərə dəyər vermək vacibdir. 

Təsəvvür edin, bizim sağlığımızda, gözümüz görə-görə tarix saxtalaşdırılır, haqqı olanların haqqı danılır.

1-ci Qarabağ – Böyük Vətən müharibəsi dövründə torpaqlarımız uğrunda vuruşan, canını qoyan adamlar heç yada düşmür. 

YAP icra katibinin müavini Siyavuş Novruzovun “Yeni Müsavat”a verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər rezonans doğurdu. O, Azərbaycanda 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi olduğunu bildirdi. YAP funksioneri saxta müharibə veteranı statusu qazananların məsələsini bir daha gündəmə gətirdi. “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

Əslində S.Novruzov fikirlərində bəzi həqiqətləri dilə gətirib. Ölkəmizdə 90 min müharibə veteranı statusu qazananların buna necə nail olması suallar doğurur.

“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu isə deyir ki, Azərbaycanda rəsmən 49 minə yaxın müharibə veteranı var. Bura əsasən Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin tərkibində olan döyüşçülər daxildir. “Digər tərəfdən əgər müharibə veteranlarının sayı şişirdilibsə, bunun günahı o zamankı müharibə batalyonlarında deyil, aidiyyəti strukturların daxilində olan komissiyalardadır. Məhz onların rüşvətxorluğu, yaratdıqları korrupsiya hallarına görə mövcud vəziyyət yaranıb. Bəli, mən də razıyam, müharibə veteranlarının sayında şişirdilmə var. “Cənab nazirimiz Zakir Həsənov Müdafiə Nazirliyinə rəhbərlik etməyə başlayanda ona açıq məktub yazmışam. O məktub bu dəqiqə də saytlarda var. Orada da veteranların vəsiqələrini ala bilməmələrini yazmışam. Həqiqi veteranlar kənarda qalıb, dələduzlar, yaramazlar pul verərək, arayış alıb müharibə veteranı statusu daşıyırlar. Bu da yenə deyirəm, 90 min deyil, 49 min civarındadır. Doğrudur, o vaxtlar batalyonlarda sənədləşdirmədə problemlər olub. O zaman ordu təzə yaranırdı, dövlət yeni qurulurdu, onun üçün də belə problemlər var idi. Bunu heç kəs inkar etmir. Amma faktdır ki, bu gün bəzi şəxslər rüşvət vermə yolu ilə veteran statusları alıblar. Məsuliyyət isə dövlət qurumlarının boynundadır. Zəhmət çəkib əvvəlcə o rüşvətxorluğun qarşısını alsınlar. Komissiya yaradırlar, nə üçün ora müharibə veteran təşkilatlarının, Qarabağ qazilərinin, şəhid ailələrinin nümayəndələrini daxil etmirlər? Belə olsa, şəffaflıq yaranacaq, əsl həqiqətlər üzə çıxacaq. Şəffaflıq olmadığından belə problemlər yaranır… Həqiqi döyüşən insanlar var ki, bu günləri də veteran statusu ala bilmirlər”.

Rey Kərimoğlu deyir ki, “Ümumiyyətlə, Qarabağ döyüşlərində açıq hərbi əməliyyatlarda iştirak edən insan az olub. Amma cəbhəyə ezamiyyətə gedən, birbaşa əməliyyatda iştirak etməyən xeyli insana da veteran statusu verilib. Məsələn, ezamiyyətə olan polislər olub ki, cəbhə xəttindən 30-40 kilometr aralıda pasport rejimini yoxlayıb. Və ya Bakıdan və digər rayonlardan göndərilən ərzaq yardım maşınlarını müşayiət ediblər. Bu gün onlar da veterandır. Bəli, Qarabağ döyüşündə polislərimizin xüsusi xidməti olub. Döyüşüblər, şəhid olublar, Qarabağ əlili olanları var. Amma ezamiyyətə gedib, cəbhə xəttindən 40 kilometr kənarda xidmət keçənlərlə onlar arasında fərq qoyulmalıdır. Biri gedib Ağdamın həmin vaxt heç mərmi üzü görməyən ərazisində telefon və ya işıq dirəyi basdırıb. O da indi cibində veteran vəsiqəsi gəzdirir. Axı o, döyüş görməyib! Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır, bir təsnifatı olmalıdır. Döyüşən, döyüşdə iştirak edən və arxa cəbhədə xidmət edənlər bilinsin”.

© Vision TV-nin baş redaktoru jurnalist Şöhrət El-Dəniz:

1-ci Qarabağ savaşının ilk günündən son gününə kimi cəbhə bölgəsində çəkilişlərdə olan, Müstəqil Azərbaycanın ilk hərbi jurnalistikasıni yaradanlardan sayılan Adil İrşadoğluna vətən üçün etdiyinin qarşılığı vaxtında verilməliydi. Bu qədər gecikməyinin səbəbi nə olursa olsun bağışlanmazdır. Adil müəllimin haqqını yeyənlər utanmalıdırlar. Və gec də olsa haqq yerini tutmalıdır.

© Azərbaycan İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahira Məmmədova:

Adil müəllim, siz Azərbaycan hərbi jurnalistikasının bünövrəsini qoyanlardan birisiniz. Mən elə bilirdim ki, dövlətimiz sizin bütün ehtiyacınızı çoxdan ödəyib. Əfsuslar olsun…

Qarabağ döyüşlərındə ön çəbhədə olmusunuz. Real çəkilişlər etmisiniz, verilışlər hazırlamısınız, gerçək tariximizi yaratmısınız. Bugünə gədər fəal, öndə gedən jurnalistsiniz. Nədən bunu indıyədək görməməzliyə vurublar?!

© Qobustan rayonunun Dərəkənd kəndində biologiya müəllimi Yusif Dirili:

Adil müəllim müharibə başlayandan sonadək cəbhəyə könüllü ezamiyyətə gedən, birbaşa əməliyyatlarda iştirak edib videoçəkilişlər aparan kifayət qədər təcrübəli jurnalistdir, vətənsevər, xalqsevər ziyalıdır, müharibə iştirakçısıdır, yaradıcı şəxsdir. Əlbəttə, dövlətin qayğısına ehtiyacı olan belə insanlarımıza diqqət gərəkdir, təminatı yüksək səviyyədə olmalıdır ki, daha yaxşı işləmək üçün şəraiti, imkanları artsın. Jurnalist Adil İrşadoğlunun hərtərəfli təmin olunmasını dəstəkləyirəm və düşünürəm ki, onun buna yüz faiz haqqı çatır.

© İqtisadçı, daimi oxucu Tofig Cəfər oğlu Aliyev:

Adil müəllim az zaman kəsiyində bir çox qəzet redaksiyalarının yaradılmasında xüsusi rolu olmasıyla bərabər, bu redaksiyalarda  aparıcı vəzifələrdə işləmişdir. Qarabağ müharibəsi zamanı Adil müəllim məhz bir əlində silah, digərində qələm və mikrofonla, erməni səngərləriylə üzbə-üz, 250 – 300 metr məsafədə döyüşə-döyüşə fəaliyyət göstərən çox az jurnalistlərimizdəndir. 

Adil İrşadoğlu (Əliyev) layiq olduğu peşə imtiyazlarından və dövlət tərəfindən qiymətləndirilmələrdən kənarda qalsa da, bu, onun sənətinə olan sevgisini azaltmamış və xalqına, dövlətinə olan məhəbbətinə xələl gətirməmişdir. 

Kaş bir çox digər həmkarlarınızdan müsbət yöndə fərqləndiyiniz kimi, yəni köklü, ziyalı nəsildən olmanız və keçdiyiniz aktiv, işgüzar, xalqımız üçün səmərəli fəaliyyətinizlə bərabər, bir az da müasir zəmanənin nəbzini tuta biləydiniz, Adil müəllim. “Nebzin” nədən ibarət olduğunu, zənnimcə sizin kimi arif adama anlatmağa ehtiyac yoxdur. 

Amma yox ! İnanmıram ki, fenomen bioqrafiyaya malik bir insan, öz şəxsiyyətinə “nəbz” – lə işləməyi sığışdırsın. Mən həyatımda heç vaxt “Kişi oğlu, Kişi” adını hansısa işlərə görə verilən imtiyazlara dəyişmərəm və nə yaxşı ki, bu AD sizindir, nə yaxşı ki, siz bu ADI qoruyursunuz. Rəhmət olsun sizi bu zavallı Vətənimizə bəxş edən valideynlərinizə.

© Bakı şəhər icra hakimiyyətinin əməkdaşı Hümbət Soltanov:

Hörmətli Adil müəllim sizin qədər peşəsinə bağlı ikinci kimsə görmədim. Çox vətənpərvər, dövlətinə, xalqına bağlı peşəkar bir jurnalist, yüksək mədəniyyətə malik şəxsiyyətsiniz. Siz müharibədə ən qaynar döyüş bölgələrindən reportajlar, verilişlər hazırlayıb AzTv-nin efirindən (1988-1996) yayımlamısınız. Xalqımızı cəbhə ilə bağlı məlumatlandırmısınız. Sizin dövlət və xalq qarşısında xidmətləriniz böyükdür. 

Bu ilin noyabr ayında sizin 70 yaşınız tamam olur. İnanıram ki, bu münasibətlə dövlət başçımız və əlaqədar təşkilatlar – Azərbaycan Jurnalistlər Birliyi (AJB), Azərbaycan Mətbuat Şurası (AMŞ) bütün ehtiyacınızı nəzərə alıb sizi tezliklə sevindirər. Əvvəlcədən dövlət başçımıza və bu təşkilatlara təşəkkür edirəm. 

© Azərbaycan Texniki Universitetinin Nəşriyyatında redaktor, jurnalist Sədaqət Şahbazova:

Ümid edirəm ki, QƏLƏMİ ilə, geniş miqyaslı fəaliyyəti ilə ön cəbhədəki qədər vuruşan bir JURNALİSTİN müraciəti cavabsız qalmayacaq. Sənəti ilə xalqa xidmət edən tələbə yoldaşım dövlətin qayğısı ilə mükafatlandırılacaq.

© Jurnalist Adil İrşadoğlu (Əliyev):

Mən də ümid edirəm ki, hərbi jurnalist Adil İrşadoğlu (Əliyev) və cəbhədə xidməti olan digər həmkarlarım tezliklə öz layiqli qiymətini – “Müharibə iştirakçısı”, “Müharibə veteranı” adlarını alacaq, dövlətin qayğısı ilə mükafatlandırılacaq və ədalət bərpa olunacaq.

Hörmətlə, 

Adil İrşadoğlu (Əliyev) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

03.06.2023.

BU GÜN ŞAİRLƏR GÜNÜDÜR!

                                                           ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YUSİFCANLI KƏNDİ – CƏNNƏTALI MƏSCİDİ BU GÜN – 04.06.2023.

azertag.az >>>> TƏQDİM EDİR >>>>> AĞDAM RAYONUNUN YUSİFCANLI KƏNDİNİN ƏN SON VƏZİYYƏTİ – FOTOLARDA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCANIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN ƏN QÜDRƏTLİ MÜHAFİZƏÇISİ – HEYDƏR ƏLİYEV

AZƏRBAYCANIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN ƏN QÜDRƏTLİ MÜHAFİZƏÇISİ – HEYDƏR ƏLİYEV

Hər bir xalqın tarixində milli mənəvi dəyərlər mühüm yer tutur. Milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Insanı cəmiyyətdə mənəvi dəyərlər formalaşdırır və davranış qaydalarının formalaşmasına kömək edir. Milli mənəvi dəyərlər bilavasitə millətin mənəviyyatını təcəssüm etdirir və onun milli kimliyi kimi çıxış edir. Başqa xalqlarda olduğu kimi Azərbaycan xalqına da xas olan milli mənəvi dəyərlər var. Azərbaycan öz milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus yer tutur.Məhz bu dəyərlərin xalqımızın formalaşmasında, dövlətçiliyimizin qorunmasında xüsusi rolu vardır.Bu milli mənəvi dəyərlər bizim tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz, adətlərimiz, mentalitetimizdir.

Hər bir xalqın milli azadlıq tarixində xilaskar rolunu oynamış dahiləri vardır. Xalqımızın taleyinə düşən belə dahi şəxsiyyətlərdən də məhz biri, müstəqil Azərbaycan Respublikasının baş memarı adlandırılan ulu liderimiz Heydər Əliyev cənablarıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünya tarixində parlaq və silinməz iz qoymuş dahi şəxsiyyətdir. Milli mənlik şüurunun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladı. Azərbaycan tarixində milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında və inkişafında milli lider böyük rol oynamışdır. Heydər Əliyev belə hesab edirdi ki, əgər milli-mənəvi dəyərlərimiz yoxdursa, deməli, millətimiz də yoxdur. Ömrü boyu dahi lider mənəvi və dini dəyərlərimizin keşiyində dayanıb.Tarixi abidələrimizin və eksponatlarımızın qədimliyinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədi ilə mühüm sərəncam onun tərəfindən imzalanmışdır.

Ümummilli lider Heydər Əliyev milli mənəvi dəyərlərin üç komponentini qeyd etmişdir: dil, din, adət-ənənə. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Hər bir xalqın öz adət-ənənələri, milli-mənəvi, dini dəyərləri vardır. Biz milli-mənəvi dəyərlərimizlə, dini dəyərlərimizlə fəxr edirik. Ən dəyərli və əvəzolunmaz milli dəyərlərimizdən biri də dövlətçilik dəyəridir.Müstəqil dövlətimizin bu gün mövcudluğu xalqımızın min illər boyu əsasını qoyduğu dövlətçilik ənənələrinin davamıdır. Əvəzolunmaz şəxsiyyət olan ulu öndər Heydər Əliyevin sayəsində biz yeni minillikdə buna yenidən nail ola bildik və qoruyub saxlaya bildik.

Bayrağımız, gerbimiz, himnimiz, ərazi bütövlüyümüz, sərhədlərimiz, ana dilimiz milli dəyərlərimizin özəyini təşkil edir. Dövlətçiliyimizin dəyərləri təkcə bizim rəmzlərimiz deyil, həm də mənəviyyatımız, milli ləyaqətimiz olmalıdır.

Görkəmli dövlət xadimi bildirdi ki, milli dövlət bir tərəfdən ərazinin, iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən milli dəyərlərin qorunmasına, müstəqil inkişafın təmin edilməsinə yönəlib.

Ulu öndərin xalqımıza sədaqətinin təzahürlərindən biri də onun ana dilinə qayğıkeş münasibəti idi. Dilimizin inkişafı ölkəmiz üçün hər zaman prioritet məsələ olmuşdur. Beləliklə, müdrik rəhbər xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında ana dilinin əhəmiyyətini yaxşı anlayır, ana dilini bilməyənləri mənəvi kor hesab edirdi. O, deyirdi ki, dilimizin özü bizim üçün çox əzizdir. Dilimiz böyük inkişaf yolu keçmişdir. O, çox zəngin, şirin və cazibədardır. Yeri gəlmişkən, Heydər Əliyev, bu sahədə mühüm addımlar ataraq bu məqsədlə 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.Belə ki, 2001-ci il avqustun 1-də latın əlifbası ilə Azərbaycan əlifbasına keçid haqqında qərar qəbul edilir. Ümumiyyətlə, azərbaycançılıq ideyalarının inkişafında, milli mənəvi dəyərlərimizin bir hissəsinə çevrilməsində dahi rəhbərin xidmətləri böyükdür.

Bu gün İslam dini xalqımızın milli mənəvi dəyərlərindən biri hesab olunur. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bütün sahələrdə olduğu kimi, dini abidələrimizin bərpasında da müəyyən mühüm addımlar atdı. Çünki vaxtilə dağıdılmış məscid və Bibiheybət ziyarətgahı Heydər Əliyevin sərəncamı əsasında dövlət vəsaiti hesabına bərpa edilərək xalqın ixtiyarına verildi.Beləliklə, dini dəyərlərimiz bərpa olundu. Təsadüfi deyil ki,böyük lider, dinimizi xalqımızın milli-mənəvi irsi hesab edirdi.

Milli mənəvi dəyərlərimizdən biri də ölkəmizdə tolerantlığın bərqərar olmasıdır. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri də heç bir məhdudiyyət olmadan öz dini inanclarına etiqad edirlər. Bu gün ölkəmiz dünyada tolerant ölkə kimi tanınır. Belə ki, respublikamızda 13 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bizdə bir dini təriqətdən olan insanlar başqalarının inancına hörmətlə yanaşırlar. Ona görə də tolerantlığı milli-mənəvi dəyərlərimizdən biri hesab etməyə mənəvi haqqımız vardır.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev cənablarıdır. Bu gün Prezident İlham Əliyevi, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki Heydər Əliyev Fondunun geniş fəaliyyətini də xalqımız yüksək dəyərləndirir.

Milli dəyərlərin yaşadılması və qorunub saxlanılması istiqamətindəki ulu öndər H.Əliyevin siyasi fəaliyyəti hər zaman aktual olmuş və bu gün də bu siyasət  Azərbaycan dövlətçiliyinin ən ümdə vəzifələrindən biri hesab olunur.

Müəllif: Bəsirə ABBASOVA

Gəncə Dövlət Universitetinin umumi ped.kafedrasının baş müəllimi.

BƏSİRƏ ABBASOVANIN YAZILARI



HEYDƏR ƏLİYEV 100

HEYDƏR ƏLİYEV İLİ


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUN!!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazaxda analar şair doğurlar!

İLHAM QAZAXLI ÜMUMBƏŞƏRİ ŞAİRDİR
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu.
Qəzənfər, sözündən təzə söz doğur,
Şərdən yalan doğur, haqdan düz doğur.
Hər yerdə analar oğlan, qız doğur,
Qazaxda analar şair doğurlar!

Qəzənfər Məsimoğlundan gətirdiyim bu gözəl misralarla söhbətimizə giriş vermək istəyirəm. Bəli, Əliağa Şıxlinskini, Səməd Vurğunu dünyaya bəxş edən şıxlılar, şahsevənlər, ustaclılar, aşıqlılar yurdu Qazax elində müasirimiz olan İlham Qazaxlı kimi daha bir mükəmməl şəxsiyyət, ümumbəşəri şair, “haqq aşığı” doğulub, boya-başa çatmışdır. Azərbaycanın ali təhsil ocaqlarından birində dəqiq elmlər üzrə təhsil alsa da insanlığa sözlə xidmət etməyi qarşısına məqsəd qoymuş və hal-hazırda bu vəzifənin öhdəsindən layiqincə gəlməkdədir.
Bu məsələyə bir neçə yazımda və yeri gəldikcə müxtəlif tədbirlədə baş tutan söhbətlərimdə toxunmuşam. Burada da Vahid Əzizin adını çəkməklə bir daha xatırlatmaq istəyirəm ki, dəqiq elmlər sahəsində təhsil almış şəxslərin ədəbi fəaliyyəti həmişə orijinallığı ilə seçilir. İlham Qazaxlı da belə xüsusi istedad sahiblərindən biridir.
Qələmlə və ya qələmsiz yazmasından asılı olmayaraq istənilən məsələyə ədalətli və obyektiv mövqeyi ilə seçilən dəyərli söz adamı Rəşad Məcidin şairin 50 illik yubileyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adlı zalında keçirilən tədbir zamanı dediyi: “İlham Qazaxlı şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan şairdir…” – fikri üzərindən söhbətimi davam etdirərək bildirmək istəyirəm ki, doğulduğu aydan tutmuş, böyüyüb boya-başa çatdığı elə qədər həyatındakı bütün mövcud amillər məhz bu cür bitkin, kamil şəxsiyyət, cəmiyyət üçün faydalı insan yetişdirməli idi. Böyük əminliklə vurğulamaq istəyirəm ki, İlham Qazaxlının başqa yolu olmayıb. İlham Qazaxlı, ya da İlham Qazaxlı! O istənilən bir sahədə məşğul olsaydı eyni uğuru yenə təkrarlayacaqdı. Şair haqqında belə ümumi sözlərlə qısa məlumat verdikdən sonra onun real həyat və fəaliyyəti haqqında kiçik bir arayış təqdim etməyə ehtiyac duydum.
QISA ARAYIŞ: İlham Qazaxlı 13 may 1973-cü ildə Qazax rayonun Dağ Kəsəmən kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və İnformatika fakültəsini bitirib. Şeirləri müxtəlif mətbu orqanlarda müntəzəm olaraq dərc olunur. AYB və AJB üzvü olan şairin ədəbi yaradıcılıq fəaliyyəti “Qızıl Qələm” və “Ziyadar” kimi nüfuzlu mükafatlarla qiymətləndirilib. Əlinə qələm aldığı ilk günlərdən etibarən bu günədək fasiləsiz və stabil fəaliyyət göstərən İlham Qazaxlı 50 illik yubileyi ərəfəsində “Zəfər sevinci” adlı növbəti kitabı ilə oxucularını sevindirib.
Söhbətimizin bu yerində Qəzənfər Məsimoğlunun – “Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar!” – misralarını təkrarən misal gətirərək qeyd etmək istəyirəm ki, Qazax kimi sazın, sözün xüsusi çəkisi, qədir-qiyməti olan eldə mən şairəm demək, hələ üstəlik “Qazaxlı” təxəllüsü götürmək özü bir şücaət, böyük məsuliyyət deməkdir. Mənim üçün ümumbəşəri şair olan İlham Qazaxlı bəlkə də yaradıcılığının ilk illərində “Qazax” adına söykənərək, – “dünyaya mən də varam, mən şairlər yurdu Qazaxdanam” – demək istəyirdisə, artıq çoxdan öz sözü ilə doğma Qazağını dünyaya tanıdır.


Şeirlərinin birində (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh.  s.191.) :
Dayansın hücumu şərin bəşərə,
Kökündən yamanlıq, pislik laxlasın!
Çəkməsin insanı iblis məhşərə,
Zalımın zülmündən Allah saxlasın!

– deyən şair sözün əsl mənasında böyük amallar uğrunda çarpışdığını bir daha gözlər önünə sərir. Düz 50 il əvvəl Qazağın bəlkə də insanlar üçün ucqar, Ulu Tanrıya isə bir basamak daha yaxın olan Dağ Kəsəmən kəndində pərvəriş tapmış bir fidanın bu gün filizlənərək “min budaq” olması, dünyaya sözünü çatdırması, bir elin hüdudlarını aşaraq, cahana ününü yetirməsi, ümumbəşəri ideyalar carçısına çevrilməsi təqdirəlayiq haldır.


Yaxud başqa bir şeirdə (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh.  s.107.) :
Suriya! Ey, köksü yanan məmləkət!
Çəkilmir üstündən bir an fəlakət.
Hər doğan sabahın qaranlıq saçır,
Müqəddəs amallar səndən gen qaçır. …

Bu misralar qeyri-ixtiyari böyük Səməd Vurğunun “Zəncinin arzuları” əsərini yadıma saldı. Özü param-parça olmuş bir məmləkətin sakini olan , bütün gəncliyini Qarbağ kimi dərd-bəla ilə mücadiləyə həsr etmiş şairin ümumbəşəri mövqeyi məhz belə olmalıdır.
Bu qəbildən olan misalları sadalamaqla yazını daha da uzatmaq olardı. Ancaq “arifə bir işarə bəs eylər” misalına istinad edərək, sizi yormaq istəmirəm. Sonda onu qeyd etmək istəyirəm ki, mənsub olduğu ədəbi nəslin nümayəndələri arasında İlham Qazaxlı bütün məziyyətləri ilə seçilən qələm adamıdır. O sözün əsl mənasında bütün xırdalıqları fövqündə dayanan haqq aşığı (sazı olmasa da), ümumbəşəri şairdir. Bütün uğurlarından dolayı onu təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram. Uğurlarınız bol olsun, İlham Qazaxlı! Yolunuz açıq olsun…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasınız. Uğurlarınız bol olsun.
03.06.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru