László Krasznahorkai was born in Gyula, Hungary, in 1954. He worked for some years as an editor until 1984, when he became a freelance writer. He now lives in reclusiveness in the hills of Szentlászló. He has written five novels and won numerous prizes, including the 2019 National Book Award for Translated Literature, the 2015 Man Booker International Prize, and the 2013 Best Translated Book Award in Fiction for Satantango. In 1993, he won the Best Book of the Year Award in Germany for The Melancholy of Resistance. For more about Krasznahorkai, visit his extensive website.
Hərdən yorulub usanırdı. Min bir əziyyətlə, hər cümlə və nöqtəsi ürəyindən keçən ağrılardan yazılmış sətirlərdən küsürdü. Dəfələrlə redaktə etdir, sonradan ilkin variantının daha yaxşı olduğunu yəqin edib, yenidən başa dönürdü. Gözündən düşdüyü vaxtlar da olurdu. Tərəddüdləri, təəssüfləri üstün gələndə, atıb bir küncə üzünə baxmaq belə istəmirdi. Yox əsla! Bu əzablı yaradıcılıq axtarışlarından doğmurdu. Hətta vurğunu olduğu, qapqara gecələrin sehirli sakitliyinə qısqanmasından gəlib dururdu yazacaqları düşünəsinin qapısında. Məni yaz deyirdi! Amiranə göstəriş verirdi. Bəzən bu işə keçməyəndə acizanə şəkildə yalvarışlar edir, məni yaz deyirdi. Bəlkə də yüz ad keçmişdi ağlından. Bütün duyğu yaddaşında nə ad vardı bir-bir verirdi ona. Yuvasız qalmış balaca qaratoyuq da deyirdi, siyah gecələrin uyğusuz bəyazlığı da, yağışın səsi də, mavi əngilikdə al yelkən də… Yenə ürəyinə yatmırdı. Hərdən də dolan gözlərindən kağıza süsüzlən göz yaşlarından, pozulmuş hərflərə yenidən yas tuturdu. Qafiyələri azad quştək budaqdan-budağa qonan hıçqırıqlarını qələmə aldığından diksinirdi. Tez də üstündən xətt çəkib, dodaqlarının pıçıltısından belə qorxduğu tanrı ilə pünhan söhbətlərinin faş olmasından üşənirdi. Misraların üstündən çəkdiyi xətlərlə ürəyi soymur, əlinin pozana çatacağı zamanı belə gec olar deyib, barmağını göz yaşının nəmində isladıb uşaq kimi pozuqulayardı yazdığını. İllərin uzaq keçmişindəki uşaqlığının burnunun ucun göynədən çağlarından, hörüklərinin ona qürur yaşatdığı bəxtiyarlığından, qorxularından, uşaq marağının kəşf etdiyi dünyadan ad qoymaq istədiyi kitabın hər hərfinin üstündə belə əsirdi. Qayğısız uşaqlıq illərində arxasınca qaçmaqdan yorulmaq bilmədiyi kəpənəklərdən, atasının ezamiyəyə getdiyi vaxtlar da hamıdan gizlincə gedib, asılqandan onun paltosunu qoxulamaqdan, utana-utana, günah iş görürmüş kimi yazda qu-qu oxuyan quşların səsini sayıb, görüm nə vaxt ailə quracam sınamasından yazmışdı bu kitaba. Bütün şeirləri onun yaşadıqları, duyğularının səsi idi. Çəkinə-çəkinə ürək dostu ilə ad da qoya bildi nəhayət işıq üzü görəcək kitabına. “Kəpənək qanadlarındakı arzular” Yox onlar sevgili deyildi. Oxşar baxışları vardı dünyaya. Etiraz etdikləri hər nə vardısa üst-üstə düşürdü. Bəlkə də taleyin qisməti raslaşdırsaydı daha əvvəllər onları hər şey başqa cürə olardı. Bəlkə də o qədər olmazlar olur ki…. Ancaq elə dəli-dolu ağılları da, qəribəlikləri də eynicə idi. Müəllifini çoxdan unutmuş bir birləri üçün yaranmışların dünyanın harasında olursa olsun, taleyi eyni cür olur ifadəsi heç çıxmırdı fikirindən. Doğrudan da onların taleyində oxşarlıq vardı. Hətta bir dəfə ağlından keçəni gətrib dilinə demişdir ona. Mənim seçimim olsaydı sizi seçərdim.
Əvvəl razılaşmadı. Sonra yaxınlarının təkidi məcburiyyət qarşısında hə dedizdirdi ona. Təqdimat mərasiminin keçirilməsinə razılıq verildi, qonaqlara dəvətnamələr göndərildi. Hətta tanımadığı insanlar zəng vurub onu təbrik edirdi. Ədəbi tənqidçilər çürbəcür epitetlər deyirdilər. Poeziya kəhkəşanında doğan parlaq ulduz, alatoran poeziya fəzasına kosmik sürətlə daxil olan komet də deyirdilər haqqında.
Niyə birdən soyuq küləklər əsdi? Niyə aralarındakı münasibətlər buz bağlamaq həddinə çatdı. Düzdür bir az iztirablarını görməzdən gəldim, bir az etinasız davrandım, bir az incik düşdüm, ancaq bütün bunları ona yaxşı olsun deyə edirdim. Əzabını görüb əzab çəkirdim deyə bir addım geri dururdum. Hiss edirdi ki, son vaxtlar dostu bir az əsəbi olub. Bütün varlığı ilə səmimiyyətinə inanırdı. Özü isə elə bütünlüklə başdan-ayağa səmimiyyət idi onla münasibətində. Ah bu soyuq yellər!!! Xətrinə dəyəcək nəsnələr axtarırdı. Hansı ki, bilmədən xətrinə dəyib bəlkə. Bir neçə dəfə sən mənə inanmırsan demişdi. Cavabı da incik-incik elə deyil, düz demirsən olmuşdu dostunun. Düzü heç özü də əvvəlkitək maraqlanmırdı. Bir az biganə idi, hər halda biganə deyildisə də…. İstəmirdi, istəmirdi qətiyən ona acı yaşatmaq. Qadağalar da tərbiq etmişdi. Məni mübağiləli təşbeh, istiarə atəşinə tutma demişdi. Metoforalardan çələng hörmə, təkrir çələngindən tac düzəltmə demişdi. Görünür elə hərəsindən bir az dostunu soyudub uzaqlaşdıran səbəblər öz işini görürdü. Hər halda bir az da kişi qüruru bu soyuqluqda rol alırdı. Zənglər kəsilmiş, son görüşlərindən aydan artıq vaxt keçmişdir. Müəllifi olduğu kitabın təqdimatı ilə bağlı hər detalı ona danışmış, cavabında sadəcə uğurlu olsun eşitmişdir.
Heç gözləmədiyi adamlar tribunaya qalxıb elə isti sözlər deyirdi ki…. Natavan klubu belə izdihamlı mərasimə çoxdandır şahidlik etmirdi. Hər tərəf tanınmış insanlar, yaxınlar, doğmalar idi. Gülümsəyir, ona xoş münasibətini bildirənlərə minnətdarlıq edir, səmimi təbriklərdən məmnun qalırdı. Soyuq qış günündə bu qədər həraratli sözlər qəlbini isitsə də, əslində bunca insanların içində gözü başqa insan axtarırdı. Gəlmədi, bu qədər ola bilməzdi. Hətta dar macalda ürəyindən peşmançılıq hissi də keçdi. Ona əziz olan əsərinə adın qoyulmasını belə məsləhət etdiyinə təəssüfləndi. Yox bir gərək kəpənək tutan qoyaydım ironiyasını da keçirdi ağlının ucundan.
Bütün zalı könül oxşayan musiq bürüdü. Mirza Babayevin əvəzsiz ifası Sorağını gül-çiçəkdən alınca.., alınca mən… Hamı qeyri-ixtiyari cevrilib təəccüblə baxırdı. Bütün zal boyu rəngbərəng kəpənəklər uçurdu. Hamı ayaq üstə bu mənzərəni alqışlayır, göz yaşlarını saxlaya bilməyən, müəllif isə zalın qapısında dayanan dostuna baxırdı. O baxışlarda hər şey vardı. Niyə gecikdin? Bu yazıq kəpənəkləri soyuqdan öldürməkdir qəsdin? Harda itib-batmışdın?
(Nəzakət Bahadirovanın “Aldamçı təsəvvür” hekayəsinin ədəbiy təhlili və şərhi)
Nəzakət Bahadirovanın bu hekayəsi insan təsəvvürünün, xəyal ilə həqiqətin arasındakı ziddiyyətləri diqqətlə işıqlandırır. Hekayə, insan qəlbindəki inam və ixlasın nə qədər qırılğan və aldadıcı ola biləcəyini açıq şəkildə göstərir. Əsərin baş qəhrəmanı olan uşağın təsəvvürləri adeta bir işıqlı çıraq kimi yanır və onu yola çıxarır. O, təsvirə təsirlənib, özünə ideyal bir şəxs olaraq qəbul etdiyi qadını təsəvvüründə ideal insan, işığa bürünmüş bir şəxs kimi görür. Lakin hadisələrin acı sonu bu arzunun açığa çıxmasına səbəb olur. 25 il boyunca o qadını yalnız gözəl xarici görkəmi ilə deyil, həm də yüksək əxlaqi keyfiyyətləri ilə tanımışdır. Burada uşağın saf qəlbi və insana inam keyfiyyəti əks olunur. Lakin həyatın həqiqətləri onun təsəvvürləri ilə ciddi şəkildə toqquşduqda, qəlbindəki işıq qaralır.
Hekayə insan təbiətindəki iki tərəfi öyrənməyə yönəldir: bir tərəfdən, arzular və idealların qurulması; digər tərəfdən, onların həyati gerçəkliklə parçalanması. Əsər aşağıdakı mühüm nəticələrə yönəldir:
Təsəvvürlər aldadıcı ola bilər. İnsan öz ağlında kimsəni ideallaşdırdıqda, çox vaxt o təsəvvür real həyata uyğun gəlmir. Uşağın ixlası da məhz belə aldadıcı təsəvvürlərdən qurulmuşdu.
Həyatın həqiqəti yalan xəyalları yox edir. Qəhrəman üçün qadınla gerçək görüş yalnız onun ixlasını məhv etmədi, həm də onun insanlara olan inamını sınadı.
İdeallaşdırmaq insanı belə səhvlərə və əzablara gətirib çıxarır. Hekayə oxucuları gerçəkliklə belə olduğu kimi qəbul etməyə, artıq xəyallara dalmamağa yönəldir. Əsərin məzmunu çox həyatıydır. Hər birimiz təsəvvürlərimizin qurbanı ola bilərik. Lakin bu, bizə insanları tənqid etmək üçün deyil, özümüzü və başqalarını yaxşı başa düşmək üçün bir dərs olmalıdır. Nəzakət Bahadirova insanlıq əlamətlərini həqiqətlə müqayisə edərək oxucunu düşünməyə daldıran bir əsər yaratmışdır. Beləliklə, həyatda hər hansı bir təsəvvürə artıq bağlı olmadan, gerçək davranışları görə bilmək insan üçün vacibdir. İnsan üçün yaxşı niyyətdə olmaq və gözəl təsəvvürlər qurmaq – qəlbin ən gözəl xüsusiyyətlərindən biridir. Lakin hər şeydə bir hədd olmalıdır. Hər bir insan yaradılmış bir varlıqdır və kamillik yalnız Rəbbimizə aiddir. Buna görə də biz insanlar, çox vaxt öz səhvimizlə, kimlərisə öz xəyalımızda çox yüksək zirvələrə qoymaq istəyirik və həddi aşırıq. Biz o şəxsi yaxından tanımadan, onun həqiqi mahiyyətini anlamadan onu təsəvvürümüzdəki ideal şəxsə çeviririk. Və hansısa bir gün gəlir, o şəxsin bizim düşündüyümüz kimi olmadığını görsək, yalnız xəyalımız dağıldığı ilə qalmır, həm də qəlbimizdəki arzu və ümidlər boşluğa çevrilir. Bunun nəticəsində biz özümüzün qurduğumuz aldadıcı xəyal və normalardan çıxmış ideallaşdırmamızın qurbanı oluruq. Hər şeydə həddin olması yaxşıdır. Çünki həyatda hər bir insan öz güclü və zəif tərəfləri ilə yaradılır. Hər bir insan insanlıq qanunları çərçivəsində yaşayır və heç kim səhv etməkdən azad deyil. Buna görə də, birini yüksək bir mövqeyə qoymazdan əvvəl, onun həqiqi davranışını anlamaq, həyatda yerini obyektiv qiymətləndirmək lazımdır. Burada bir hikmətli fikir yadımıza düşür: “Artıq ideallaşdırmaq – qəlbdə şübhəyə, sonra isə ağrılı kədərlərə səbəb olur.” Buna görə də hər bir insana təbii yanaşmaq, onun insanlıq mahiyyətini başa düşmək – sağlam münasibətlərin əsasını təşkil edir. Yaxşı niyyətdə olmaq da, gözəl təsəvvürlər qurmaq da qəlbi zənginləşdirir. Lakin onları həddi ilə gözəl və əsl xəyala çevirmək isə ağıl və təcrübənin göstəricisi hesab olunur. Nəzakət Bahadirovanın “Aldamçı təsəvvür” hekayəsi insan həyatındakı dərin mənaları açan, həqiqi həyat həqiqətini, ibrət dərsini və parlaq ədəbiyyat nümunəsini təqdim edir. Bu əsər insan qəlbinin nazik iplərinə təsir edərək, bizə arzular, xəyallar və onların həqiqət ilə qarşıdurmasının necə nəticələrə gətirib çıxara biləcəyini yüksək bacarıqla nümayiş etdirir.
Hekayədəki əsas fikir — insanın aldadıcı təsəvvürlərin qurbanı olmağıdır. Biz tez-tez kəsləri uzaqdan ideallaşdırır, onları işıq və kamilliklə örtürük, lakin həyatda baş tutan gerçək görüş bu idealları parçalayıb atır.
Hekayənin qəhrəmanı qadına olan ixlasını illər boyu saf qəlbində saxlayıb, amma gerçək həyatda həmin qadının xarici görkəmi və davranışı, təsəvvürlərindəki işıqlı obrazdan tamamilə fərqli olaraq onun qəlbini yaralayır.
Bu sınaq vasitəsilə oxucuya bir daha həyatda artıq xəyallara dalmamaq, hər şeyə obyektiv yanaşmaq dərsi verilir.
“Aldamçı təsəvvür” — insan ruhunu öyrənmək üçün möhtəşəm ədəbi nümunədir. Bu əsər bizə yalnız aldadıcı təsəvvürlərdən qaçmağı deyil, həm də həyatda sağlam düşünməyi, hər bir insanı təbii olduğu kimi qəbul etməyin vacibliyini vurğulayır.
Hər bir oxucu bu əsəri oxuyaraq, öz təsəvvürləri və xəyalları ilə tənqidi yanaşmağı öyrənəcəkdir.
Mənə görə, Nəzakət Bahadirova öz əsəri vasitəsilə bizə belə hikmətləri çatdırır: “Hər hansı bir ideallaşdırma həyatın sınağından keçməyibsə, o, boş təsəvvürdür.” “Həqiqi həyat, insanın xarici görkəmi və davranışı həmişə təsəvvürlərimizdən fərqlənir.”
Eyni zamanda, hekayə insana öz arzularını sınaqdan keçirmək, obyektiv düşünmək və bütün insanlara sağlam münasibət bəsləyərək özünü qorumağı öyrədir. “Aldamçı təsəvvür” həyatın həqiqətlərinə üz tutmaqda məktəb kimi ədəbi zənginliyimizdə yer alır.
Cahangir NAMAZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
4 yanvar (9 iyul 1975 Ağdam – 4 yanvar 2015, Bakı ) gözəl insan, əsl ziyalı, tanınmış həkim Lənkəran Səfərovun anım gündür…
QISA ARAYIŞ:
Səfərov Lənkəran İldırım oğlu 9 iyul 1975 – ci ildə Ağdam rayonu Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Ağdam rayon Yusifcanlı kənd orta məktəbində, daha sonra Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsində təhsilini davam etdirərək ürək – damar cərrahı ixtisasına yiyələnmişdi. Azərbaycan Ordusunun Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrində Tibb Xidməti bölməsində həkim-zabit kimi xidmət keçmiş, ehtiyatda olan tibb xidməti həkim-zabiti idi. Öz ixtisası üzrə həkim işləyirdi. 4 yanvar 2015 -ci ildə qəfil ürək tutmasından dünyasın dəyişib. Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…
“XƏZAN” və “YAZARLAR” jurnallarının kollektivi Səlim Babullaoğluna qayınanası Sara xanımın vəfatından kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verirlər. ALLAH RƏHMƏT ELƏSİN!
O, ədəbiyyat vurğunuydu. Onun damarlarından qanla birlikdə poeziya, nəsr axırdı.Ədəbiyyat fədaisi idi. Anası onu dünyaya gətirəndə göbəyin ədəbiyyata kəsmişdilər. Ədəbi düşüncələri ilə tənqidçi kimi öz yeri vardı. Şəmkirdən Bakıya gələndən sonra “Sahibkar və hüquq” qəzetini təsis edib baş redaktoru oldu. Publisistik məqalələri ilə doğma vətənə məhəbbətdən, ana dilimizə sevgidən yazardı. Ədəbi dil qaydalarına əməl etməyən yazarlara qarşı barışmaz idi. Dilimizin düzgün ədəbi yazılışına tələbkar yanaşardı. Çəkinmədən nöqsanı üzə deyərdi. Hekayələri, povestləri, aforizm deyimləri ilə oxucuların sevimlisi olmuşdu. Neçə-neçə kitalara ön sözlər yazmışdı. Nə qədər kitablara redaktorluq etmişdi. Həm də gözəl kitablar müəllifidi. Məhərrəm müəllimlə ilk tanışlığımızın tarixi yadımda deyil. Bir dəfə Minçəçevir yazarlarının çap olunmuş almanaxı haqqında saytda bir məqalə vermişdi. Bu məqalədə mənim şeirlərim haqqında da öz fikrini bildirmişdi. Bundan sonra sosial şəbəkədə bizim dostluğumuz başladı. Get-gedə bu şəxsi dostluğa çevrildi. Bir-birimizlə telefon vasitəsi ilə əlaqə saxladıq. Yaxından tanış olandan sonra onun təmiz qəlbli insan olduğunu gördüm. Bakıya gedəndə zəng edib görüşərdim. “845” adlı kitabımın Bakıda keçirilən təqdimatına dəvət etdim. Gəlib kitab haqqında ürək sözlərini dedi. Mingəçevir yazarları daim onun diqqət mərkəzində idi. Dostluğa sədaqətli olan dəyərli ədəbiyyat tənqidçisi Məhərrəm Şəmkirli 74 yaşına sanılı günlər qalmış bizi əbədi tərk etdi. Sabah 03.01.2025-ci il bizdən ayrıldığı 40 gündü. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin, ruhu şad olsun! Əzizlərinə Allah səbr versin!
Deyir ki,- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”
İstedadın da üç növü var:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…
“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı… Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. Bu da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK-a işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki… Ağız da büzə bilərdi, amma əksinə böyük mənəvi ruh verdi mənə.”- söyləyir.
Çox ağıllı, iti zəkalı, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”
Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq çıx(-) azadlıq böl (:) azadlıq vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədim, onu ad günü münasibəti ilə təbrik etməkdir. Axı yanvarın 3-ü Aysel Əlizadənin yubileyidir…
Həyat, bir yolçu üçün yol nəğməsi, bir yaradıcı üçün isə zəmanə aynasıdır. Bu aynada kiminsə izi solmasın deyə, kiminsə adı itməsin deyə, hər birinin əziz anlarını zəka-qələm birliyiylə anıya çevirən Elman Eldaroğlunun adgünüdür. Elman bəy, bu gün, Siz, ömür yolunun daha bir addamacından keçirsiniz. Xeyirli-uğurlu olsun!
Siz, Elman bəy, tanıdığınız-tanımadığınız onlarla aydının həyatını (sanki) bir rəsm əsəri kimi görür, onun cizgilərini məhəbbət və diqqətlə sözlərdə yaşadırsınız. Hər adgünü yazınız, yalnız yığcam tarixçələr deyil, həm də, bir insanın mahiyyətinə poetik pəncərədir. Siz, yalnız qutlamırsınız, həm də insan ömrünün dərin anlamlarını işıqlandırır, zamanın axarını bir anlıq tutub, gözəllik yaratmağı bacarırsınız.
İndi isə Sizin ilhamverici gələnəyinizə uyğun olaraq, biz də Sizin yaradıcılığınıza və insani keyfiyyətlərinizə öz dost, həmkar sayğımızı yetirmək istəyirik, əfəndim. Sizin duyğu-düşüncələriniz, fikirləriniz, ədəbiyyata, kültürə, biliyə, bilgiyə töhfələriniz oxucunuz, həmkarınız üçün dəyərlidir. Siz həm yaradıcı fəaliyyətinizlə, həm də səmimiyyətinizlə çevrənizdəki insanlara ilham verməyə davam edirsiniz.
Siz diqqətcil, qayğıkeş aydın olaraq, hər kəsə öz doğma münasibətinizi, poetik yanaşmanızı və dəyərli sözlərinizi təqdim etməklə, adgünlərini daha da anlamlı qılırsınız. Yazılarınızda adgünü yiyələrinin həyat və fəaliyyətlərinin ən önəmli məqamlarını bənzərsiz vurğularla işıqlandırırsınız. Bəlkə də bu işdə, Sizin doğulub, boya-başa çatdığınız el-obanın da özgü payı vardır: el-obasının adı Yardımlı, özləm dolu baxış yeri Savalan, Ərdəbil olan yaradıcı insan bəs necə olmalı, nə təhər yazmalıdır?.. Üstəlik, öz adın ELman, ata adın ELdar ola!..
Sizin “həyat rəsmi”nizə bir neçə rəng qatmaq yaxud mövcud rəngləri təsbit və tərənnüm edəsi olsaq, ən azı bu üç məqamı vurğulamalıyq: — Sizin qayğıkeş münasibətiniz insanlara ümid və sevinc bəxş edir; — Yaradıcılığınız, ədəbiyyatın, kültürün ruhunun daim yeni zirvələrə daşınma haqqı olduğunu aşılayır; — Dəyərlərə dəyər qatamağınız, vəfadarlığınız dostlar, həmkarlar üçün örnəkdir.
Ömür yolunuzda əliniz çatıb, ününüz yetən zirvələr, yeni uğurlar, yeni nəğmələr və ən uyumlu rənglər olsun, əfəndim! Həyatınızın hər anı bir sənət əsəri kimi incə, anlamlı və dəyərli qalsın!
Qoy bu yeni il, yeni yaş Sizin üçün yeni uğurların və sevinc dolu anların başlanğıcı olsun!
Adgününüzü bir daha qutlayır, Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Vətənimin uca dağlar qoynunda, Onuşaqlı bir ailə yaşardı. Çəkərdi qayğısın, nazın onun da, Təhsilli görmək, eşqiylə yaşardı. Zəhmətkeş ataydı, adı Ehtiram, Ailəcanlı Ana, çağrılır Nigar. Evə bircə tikə girməzdi haram, Sənətkar atanın hər işi pərgar. Övladların xoşbəxt görmək arzusu, Yaşadar, amalı həyat sevinci. Bol idi, ailənin nemət, ruzisi. Övladın uğuru, onun sevinci, Bitirir övladlar, təhsili bir-bir. Hərə bir sahədə başlayır işə. Ehtiram Nigarla olaraq əlbir, Toy-düyün eşqiylə girişir işə. Atanın-ananın məqsədi birdir, Əli iş tutana toy-düyün etsin. Hər gün yaradana edərək şükür, Təki Ata-ana arzuya yetsin. Hər oğlu evlənib, qızı köçdükcə, Çırpınır ürəyi, gözü dolurdu. Oğlanlar ev tikib, evə köçdükcə, Qəlbən rahatlanıb, xoşbəxt olurdu. Övladlar ocaqdan uçduqca bir-bir, Yeni bir ocaqda yuva qururdu. Nəvələr doğulub, artdıqca bir-bir, Sanırdı Ehtiram, şərəf-qürurdu. Artıq hər oğulun ayrı ocağı, Hərə öz evində, yaşayır rahat. Gör neçə ocaqda yanır çırağı? Qızlar ər evində xoşbəxtdir, xoşbəxt. Bir axşam qərara gəlir Ehtiram, Hər ay bir övladın evinə getsin: ” Öladlarım üçün çox nigaranam, Hər oğlum, hər qızım murada yetsin!” Böyük oğlugilə gedir Nigarla, Oğlugil sevinclə çıxır yoluna. Onlar qarşılanır, bax hay-harayla, Nəvələr hey keçir, sağı-soluna. Dincəldi Azərin evində o gün, Çox tez isinişdi, nəvələr ona. Gülüb-əyləndilər onlar bütün gün, “Oğlum çox xoşbəxtdir!”- düşünür Ata. Oğlum gəncliyimi gətirir yada, İnsan bircə dəfə gəlir həyata. Övladlarla nəfəs aldıqca Ata, Sanır ondan xoşbəx yoxdur dünyada. Nəvələr qatırlar nənənin başın, Ata üzün tutur, bu an oğluna: “Qonşulardan varmı, dostun-yoldaşın?” Sorub, nəzər saldı, Ata oğluna. Azər gülümsəyib, verdi cavabı: “-Açıq sor, ay ata, nədir marağın? Hər bir məsləhətin mənə bəhs edər. Qapıbir qonşumuz hər axşamçağı, Məni nərd atmağa dəvət eləyir. Şirin söhbət edib, çay da içirik, Çayı qəndsiz içər, mürəbbə ilə. Hər bir kəlməmizi ölçüb-biçirik, Vaxtın ötdüyünü duymuruq belə”. -“Evin arxasında ağsaqqal qonşun? Qonşuluq edirmi? Gedib-gəlirsiz? Qonşun çox yaşlıdır, cavandır yaşın, Sevinci paylaşıb, dərdi bölürsüz?” -“Bəli! Ay ata, o, gözəl insandır, Yaşı çox deyildi, dərdi böyükdür. Qohuma-qonşuya candan yanandı, Xəstə bir oğlu var, Ataya yükdür. Onun müalicəsi, dava-dərmanı, Təkcə bu atanın boynuna düşür. Maaşı bitəndə təkcə gümanı, borc üçün qohuma- qonşuya düşür. Bir necə dəfə də üz tutub mənə, Utana-utana borc pul istəyib. Pulu verdiyimdə o dönə-dönə, Dua elədikcə, üzü tərləyib”. Diqqətlə dinləyib oğlunu Ata: “Aldığı borcunu tezmi, qaytarıb?” -“Belələri tək-tək gəlir həyata, Söz verdiyi vaxtdan öncə qaytarıb”. -Oğlum, beləsiylə qonşuluq elə, İmkanın olduqca əl də tutarsan. “Qonşu, nə lazımdır? Soruşma belə, Qonşu şad olarsa, rahat yatarsan. Sağdakı qonşun, bəs, necədir, oğul? Qonşuylasevincin-qəmin bölürmü?” -“Xoşbəxtdir!-görən kəs eləyər ağıl, Kitab oxumasa, rahat olurmu? Hər bazar axşamı görüşürük biz, Qonşu söhbət açır, oxuduğundan. Onun söhbətlərin çox sevirik biz, Qonşular razıdır, qonşuluğundan”. -“Ay oğul, soldakı qonşun necədir? Nə işlə məşğuldur, xoş güzəranı?” -“Oturuşu-duruşu lap gülməçədir. Hər sözü-söhbəti qaraldır qanı”. -“Niyə? Nə söyləyir? Nədir istəyi?” -“Mühasib işləyir, vardır hörməti, Varlanıb, seçilmək onun istəyi. Azacıq olsaydı, kaş, mərifəti, Olmazdı qonşudan torpaq istəyi”. -“Necə? Qonşun səndən torpaq istəyib?” -“Mənə deyir, çoxdur, sənin torpağın, Yarısını məndən, pay da istəyib. Niyyətin biləntək mən bu axmağın, Salam-kəlamın da kəsmişəm tamam”. Qonşunun istəyi çəkdi marağın, Oğluna məsləhət verdi Ehtiram: “Qapıbir qonşunla vaxtı xoş keçir, Hər gün nərd oynayıb, çay da içərsiz. Oğlu xəstə olan, bilsən, nə çəkir, Hərdənbir xəstəyə baş da çəkərsiz. Borc üçün nə zaman dil açsa, sənə, Əlüstü verərsən, heç düşünmədən. Kitabsevər ilə dostluq et, yenə, Görüşərkən qonşun hər oxuduğundan, Nağıl eləyəndə dinlə səbirlə. Qonşu qonşusuna dəstək olduğun, Göstərər əməldə, həm də səbirlə. Amma başabəla, tamahkar qonşun, Bitməyəcək səndən sərvət istəyi. Ay oğul,fikirləş, yaxşıca düşün, Qonşu Qonşu olar, öz dəstəyiylə. Özün savadlısan, az olsa, yaşın, Kimsə xoşbəxt olmaz, var istəyilə. Əzəldən dünyanın işi belədir, Tamahkar insanın heç gözü doymaz! Tamahkar insanlar başabəladır, Dünyanı versən də, ac gözü doymaz! Ata nəsihəti ağlına batdı, Önündə diz çöküb, öpdü əlindən. Amalın söhbəti, ta sona çatdı, Təki xeyir-dua alsın elindən. Elə ki, oxucum, könlünə yatdı, Sənin də xoş sözlər çıxsın dilindən.
“Mən sevdalar diyarında Olub ulu şah yaşadım! Bir kimsəyə əyilmədim, Ömrüm boyu şax yaşadım!
Az dodaqdan söz çəkmədim, Az ocaqdan köz çəkmədim, Gözəllərdən göz çəkmədim, Edib yüz günah yaşadım.
Yarı yalan, yarı doğru, Hey can atdım yara doğru. Ürəyimdə nisgil, ağrı, Dodağımda ah yaşadım.
Danışanda sözüm güldü, Nəfəsinlə közüm güldü, Həmişə bir gözüm güldü, – Gah ağladım, gah yaşadım…
Qonaq çağır yar, odana! Alovlanım yar oduna! Ömrüm boyu Yaradana Aparıb pənah yaşadım…”
Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir. Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib. Bu gün, yanvarın 2-də Rafiq Yusifoğlunun 75 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.