Bugün o gündür, Fariz..

Bugün o gündür, Fariz..

Bugün o gündür, Fariz.. Bugün Şəhid xəbərini aldığımız gündür… Lənət olsun sənə, Oktyabr! Bu, sənin adını hər an ağzımızdan düşürmədiyimiz, amma bu dəfə daha ağır, daha dərindən bir acıyla çəkdiyimiz gündür. O an ürəyimizə bir yaraya dönən o xəbəri aldıq. Amma sənin cismindən ayrıldığının xəbərini heç bir zaman qəbul edə bilmədik. Hələ də düşünürəm,necə oldu ki, odun alovunun içindən sənə bir toxunuş belə edə bilmədik? Bir neçə gün sənin şəhid olduğun ərazidə tərk edildin..Ruhu göylərdə, yüksək yerlərdə uçan bir qəhrəman,amma bədəni döyüşdə yan yana qaldığın şəhid qardaşlarınla birgə bir boş ərazidə qaldı.
Evdə çay dəmləyirdim.Sən gələcəksən deyə…Qapıya baxırdım.Bəlkə bir xəbər gələr. Amma gələn səs “O, şəhid olub” -deyə çökdü içimə. Dərindən, axıradək yandırdı. O çay soyudu, Fariz.. O çay da sənsiz qaldı.Sən odu keçdin, barıtı udqundun, qanla sulanmış torpaqda iz qoydun.
Adın sadəcə bir Şəhid adı deyil.
Sən döyüşdə alovu qucaqlayıb şəhadətə gülərək gedən bir qəhrəmansan.
Və indi bu torpaq səni bağrına basıb yatıb. 16 oktyabrda isə tabutunu qucaqlayıb, son dəfə sənə sarılıb, son mənzilinə yola salacağım gündür…Nə olar 5 il əvvələ qayıtsaq, o xoşbəxt günlərimizi yaşasaq, səninlə evliliyimizin 8-ci ildönümünü qeyd etsək…Nə olar…Zaman çox qəddardır, sevdiklərimizi bizdən alır…Biz qan ağlayırıq, torpaq sevinir…
Vətən səni unudarmı, Fariz? Heç vaxt…

Müəllif: Əzizə Fariz

Əzizə Farizin digər yazıları

AYSULUV ÖZBEKİSTAN DESTANIAYSULUV/ TURAN MELİKESİ

AYSULUV ÖZBEKİSTAN DESTANI
AYSULUV/ TURAN MELİKESİ

Aysuluv, destanda Turan melikesi (kraliçesi) olarak anılır.

Destan, Aysuluv ve oğlu Künbatır’ın İran şahı Dara ve komutanı Pehlivan Kayser’e karşı mücadelelerini konu edinir.

Turan Ülkesi, destanın geçtiği coğrafya olarak Orta Asya’daki Türk halklarının (özellikle Özbek destan geleneğinde) ataları olarak kabul edilen bir bölgeyi, bir ülkeyi temsil etmektedir.

Ayrıca destandaki olayların tarihçi Heredot’un naklettiği Tomris efsanesiyle ciddi benzerlikler gösterdiği de belirtilmektedir, ki Tomris de Sakaların kraliçesi olarak bilinir.

“Aysuluv” adı, geleneksel Türk/Kıpçak isim geleneğinde yaygın olan

Ay: Gök cismi olan “Ay” anlamına gelir ve güzelliği, parlaklığı ve saflığı simgeler.

Aysuluv, adıyla birlikte eşsiz bir güzelliğe sahip olduğu ve İran Şahının hem Turan ülkesini hemde Aysuluv’u ele geçirmek için yaptığı entrikaları,Turan Ülkesinde türlü entrikalarla iç karışıklıklar çıkaran ve en sonunda Aysuluv ve oğlunun ordusu ile girdiği savaşta yenildiği anlatılmaktadır.

Aysuluv fiziksel güzelliğinin yanında, destanda daha çok asil duruşu, metaneti, vatan ve millet sevgisi ile vurgulanan idealist bir yöneticilik vasfı ön plandadır.
Destan, onun fiziksel güzelliğinden çok, bir melike ve anne olarak sergilediği yüksek ahlaki ve insani değerlere odaklanır.

Mücadelesi: Destan, Aysuluv’un güçlü bir savaşçı olan oğlunu ve ordusunu bu büyük mücadeleye hazırlamasını, düşmana karşı gösterilen vatan ve millet sevgisini işler. Bu mücadele, adeta Turan’ın bağımsızlık savaşıdır.

Aysuluv, Özbek destan geleneğinin önemli bir kadın kahramanı ve ideal bir yönetici figürüdür. Karakteri, sadece fiziksel güzelliğiyle değil, aynı zamanda yüksek ahlaki ve entelektüel nitelikleriyle de öne cıkar.

Aysuluv, ülkesi Turan’ı yöneten, halkının refahını düşünen ve vatanını korumaya adanmış, dürüst ve idealist bir melikedir.

Oğlu Künbatır’ı sadece bir veliaht olarak değil, aynı zamanda düşmana dehşet salan dev yürekli bir kahraman olarak yetiştiren şefkatli ve iyiliksever bir annedir. Bu rolüyle, gelecek nesilleri hazırlayan örnek bir Türk kadını ,annesi figürdür.

Ülkesine, halkına ve değerlerine olan sarsılmaz sadakati, onun soylu kimliğini tamamlar.

AYSULUV Destanı Özbekistan Türkleri tarafından dilden dile aktarılan ve örnek alınması için unutulmaması gereken önemli bir TÜRK kadın kahramanıdır.
……………………….
Aysuluv Destanı, Özbek halk edebiyatına ait bir destan olup, halk destancısı (jirav/bahşı) Ergeş Cumanbülbül Oğlu (Ergaş Cumanbulbulogli) tarafından icra edilmiş ve Hadi Zarif tarafından derlenmiştir.

Okumak ve bilgi edinmek için
Kaynakça:
​Akademik Yorum Dergisi, “ÖZBEK İCADKÂR DESTANCI ERGEŞ CUMANBÜLBÜL OĞLİ” başlıklı makale (Mirzayev ve Nazarova, 2018: 178; Turdimov, 2018: 60). (Çevrimiçi erişilen kaynak)
​Özbekistan’da Destan Çalışmalarının Tarihçesi (Çukurova Üniversitesi Türkoloji Araştırmaları Merkezi yayını gibi, genellikle bilimsel çalışmalarda bu anlatıcıların isimleri geçer.)

Türkü Turan,
GÖKTÜRK QRUPU

İbrahim Rüstəmli – XİTAB

XİTAB
Yenə də ürəyimin qanı axdı gözümdən,
Göynədi barmaqlarım yol gözləyən sözümdən.
Yenə də nigaranam, narahatam özümdən,
Mənə bir az səbr ver, bir az təsəlli göndər,
Fələyin üzü dönmür, barı çarxını döndər…

Bədirlənmiş ayına baxdım bir gecə vaxtı,
Göydə ulduzun kimi, yerdə gözlərim axdı.
Gördüm özgə nə varsa, hamsı səndən uzaqdı,
Sən mənim ürəyimdə çatılmış ocağımsan,
Sən ata nəfəsimsən, Sən ana qucağımsan!..

Mən yaşayan həyatda hər şey alovdu-közdü,
Nə əyrisi əyridi, nə də ki, düzü düzdü.
Ölüm də ölüm deyil, ölüm də ölü sözdü,
Sözümü külək çapar, şaxta vurar, qar döyər,
Gəl indi bu sazaqda tumurcuq qədər göyər…

Bu boyda var içində, görən, nədir ac olmaq,
Nədir nəfsə yüyürmək, qılınca möhtac olmaq?!.
Qurumuş ormanında ağırdı ağac olmaq,
Saralır yarpaqlarım, lalam, lalına səs ver,
Budağıma, gövdəmə, kökümə bir nəfəs ver…

Mən nəğmə oxudum ki, bəlkə, torpaq cücərdi,
Bəlkə, boz sinəsində bircə fidan becərdi,
Nəfəsimdən, səsimdən, sözümdən su içərdi…
Axı mənim nəğməmin havası var adında,
Sən də ona pıçılda nəsə qalsa yadında…

Sevgindən gileyim yox, əzabın da gözəldi,
Yazında yamyaşıldı, payızında xəzəldi.
Bir də gördün həyatım rənglərindən süzüldü,
Əgər xoşuna gəlsə, onu tək mənə göstər,
Sonra daşda şəklimi gəlib-gedənə göstər…

Müəllif: İbrahim RÜSTƏMLİ 

Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

Nobel mükafatı… xahişlər… Ana Blandiananın müsahibəsi…

Nobel mükafatı… xahişlər… Ana Blandiananın müsahibəsi…

İndiyə qədər ədəbiyyat üzrə 122 nəfər “Nobel” mükafatı alıb. Onların 20-i (çox olar ki, az olmaz) milliyyətcə yəhudidir. Məsələn, 5 rus “nobelçi”dən ikisi – Pasternak və Brodski dəqiq yəhudidir, birinin (Soljenitsın) etnik mənsubiyyəti ətrafında müzakirələr ara-sıra hələ də ictimailəşir; rus Şoloxov haqqında isə nədənsə əsərlərini (“Sakit Don”u) o yazmayıb deyə mübahisə edirlər, bu da zaman-zaman indiyədək qabardılır.
Macar ədəbiyyatının təmsilçisi kimi 2 nobelçi var (sonuncu 2-3 gün əvvəl bəlli oldu), ikisi də yəhudidir.
Bu siyahıya müxtəlif xalqların ədəbiyyatını təmsil edən Zinger, Qordimer, Qlük, Yelinek, Bob Dilan və s. kimi bilinən adları da əlavə etmək olar. Hələ bilinməyənlər də var. Görəsən niyə belədir?
Şəksiz ki, yəhudilərin “kitablı xalq”, “kitabçı xalq” olduğu, şəksiz istedadlı, zəki olduqları vacib şərtdir. Amma əsas şərt deyil; necə ki, ümumiyyətlə mükafat alıb-almamaq, ümumiyyətlə mükafat əsas şərt deyil; “nobeli” almayan böyük ədiblərin sayı və keyfiyyəti onları alanlardan qat-qat çox və artıqdı.
Bu məsələni şərtləndirən əsas məsələlərdən biri, məncə budur ki, tarix boyu ya zəlzələdən, ya vəlvələdən köç, mühacirətlə tez-tez üzləşən yəhudilər başqa mədəniyyətlərə, xüsusən dillərə sirayət etmək məcburiyyətində qalıblar. Və başqa mədəni zəmində uğur qazanmağın yeganə yolu isə (onlar isə uğursuz yaşaya bilmirlər) həmin mədəniyyəti və xüsusən dili “yerlilərdən” iki dəfə artıq mənimsəmək və bilmək olub. Yəhudilərin istedadı, ən əsası isə böyük əzmi, sistematik çalışqanlığı bunu təmin edib, şərtləndirib.
İkinci məqam, ikihissəli psixoloji məqamdır. Əvvəla hər şeyi tərk edənlərin böyük etibar və səylə sığındıqları, sığına bildikləri, onları da özləri kimi sorğu-sualsız, lal-dinməz və vəfayla qəbul edən yeganə şey peşə olub. Sonra isə başqa etnik/dini mənsubiyyət “yerli ağrılara” (ədəbiyyat isə daha çox ağrıdır) bir qədər kənardan, demək ki, daha soyuqqanlı/dəqiq baxmaq və yazmaq imtiyazı verib.
Üçüncü məqam, kollegiallıq, kollektiv olma bacarığı, birgəlikdir, yəhudilər bunu başqalarından daha çox bacarıblar (xahiş edirəm, bunu məhəlli yerlibazlıq, vulqar qohumbazlıq, merkantil, lokal ictimai-siyasi maraqlarla qarışdırmayın); yəhudilər bir-birini, ən istedadlılarını, ağıllılarını və zəhmətkeşlərini təqdir ediblər; fərdlərini “gecikmədən” və nə qədər ki, intriqa burulğanında boğulmayıblar, “dəyərləndirə” biliblər.
Və nəhayət, ədəbi proses, sonradan ümumdünya ədəbi-mədəni mühitinə qoşulma (bu uğur deməkdir) deyilən şey “yazar-naşir-çevirmən-mətbuat” kvartetinin təcəllasıdır ki, dünyada bu işin bilinən və bilinməyən sahibləri də elə yəhudilərdir.
Halal olsun!
Necə deyərlər, qarşınızda papağımı çıxarıram!
Şəxsən mən özümüz də daxil olmaqla Qafqaz, postsovet məkanı və Şərqi Avropa coğrafiyasında bu “kvartetin” işini, iş metodlarını, təfərrüatlarını özüm üçün və tutarlı informasiyalar əsasında xeyli saf-çürük eləmişəm.
Bizi kimi “yerlilərə” sırınan qlobal tendensiyalar, temalar, “ümumbəşəri konyunktura”, onlara uyanlar bir yandan, lüğət kitablarını və folkloru istismar edərək milli olmağa, bestseller yaratmağa çalışan özümüz və b. məsələlər də digər yandan ( təhlükəli mövzulardır) – ağır dərdlərə, aşılmaz sədlərə çevrilib; bəlkə bu haqda nə vaxtsa danışarıq (Allah bizə insaf versin!).


Bir dəfə, təxminən 17-18 il olardı, Yeni İlə 3 gün qalmış bir Şərqi Avropalı həmkarımdan mesaj aldım. Yazırdı ki, 2 dostu ilə Bakıdadır, xeyli sərgüzəşt yaşayıb və indi qaş-qaralan vaxt gəlib çıxıb bura, yersiz-yurdsuzdur. 1 saat sonra görüşdüm onlarla.
Yedilər, içdilər (halal xoşları olsun), yerləşdirdim, o günləri demək olar bərabər olduq, təzə ilə 1 gün qalmış da Bakını tərk etdilər.
Həmin tanışım sərhəddi keçməkdən başlayaraq xeyli xoşagəlməz şeylər yaşadığını deyirdi. Nəyin nə qədər düz və ya səhv olduğunu nə onda, nə sonra dəqiqləşdirmək həvəsim olmadı.
Necə deyərlər, Allah qonağı idi, imkanlarım daxilində çalışdım ki, narazı qalmasınlar və neqativ təəssüratları yox olsun. Tanışımın dostlarından biri fotoqraf idi. 2 gün ərzində bir neçə dəfə hiss elədim ki, “qara-qura”, “gözlənilməz” şəkillər çəkir.
Ayrılanda, maşına yaxınlaşanda üçü də dayandı, həmkarım səmimi və içdən minnətdarlıq edib soruşdu ki, onlardan hər hansı xahişim varmı? Dedim var. Dedim ki, vətənim haqqında heç vaxt pis düşünməyin, pis danışmayın. Rastlaşdığınız neqativlər hər yerdə var, olub və olacaq. Kimin nə qədər haqlı olub-olmadığını bilmək olmaz? Və dedim: – Dostunuza deyin, çəkdiyi “gözlənilməz şəkilləri” pozsun və mənə elə indi söz versin. “Rakursu həmişə dəyişmək mümkündür, mən isə foto sənətini pis bilmirəm”. Söz verdilər.


2023-cü ildə Ana Blandiana Bakıya gələndə səfərinin sonuncu günü, son şam yeməyində (həmin yeməkdə səfir cənab Vasile Soare, yazıçı, tərcüməçi Jalə İsmayıl da iştirak edirdilər) xanım Blandiana soruşdu: “Məndən hər hansı istəyiniz, xahişiniz varmı?” – Xüsusi hər hansı istəyim yoxdur. İnanıram ki, ölkəmizi yaxşı xatırlayacaqsız. Sizə uzun, sağlam ömür arzulayıram. Bir də Nobel mükafatı. Amma işdir bu mükafatı alsaz, eşitmişəm ki, təqdimat mərasiminə hər bir laureatın bəlli sayda həmkarını dəvət etmək imtiyazı var, mərasimə məni dəvət etsəz, dəvətinizi məmnuniyyətlə qəbul edəcəm.
Ana xanım, təxminən belə reaksiya verdi: – Yəqin ki, bu olmayacaq.
Yəni, o bu mükafatı almayacaq.
Mən bilmirəm, Ana Blandiana növbəti illərdə bu mükafatı alacaqmı, almayacaqmı?
Və almasa belə o həm yaradıcılığı, həm həyatı və mübarizəsi ilə bu mükafatı alan bütün dəyərli yazıçı və şairlərlə eyni sırada dayanacaq.
Bunları niyə yazıram…
Bir neçə gün əvvəl, Ana Blandiananın bir müsahibəsi çıxdı qarşıma. Yeni müsahibədir. Həmin müsahibədən bəzi hissələri çıxarış edib paylaşır, keçidi isə şərh yerinə qoyuram.
Sağlıq olsun, görüşərik.

Ana Blandiananın müsahibəsindən çıxarışlar:

“Bizim kimi kiçik ölkələr üçün Nobel mükafatı yazıçıdan çox ölkə üçün daha vacibdir.
Polşanın ədəbiyyat üzrə 5 Nobel mükafatçısının (inanılmaz saydır) bəzisi zamanla unudulub, yazıçıların adlarını artıq xatırlamırıq. Amma Polşanın şöhrəti böyük dərəcədə artıb”.

“Rumıniya Nobel mükafatından daha ciddi çatışmazlıqlardan əziyyət çəkir. Həmişə özümüzə belə baxmışam: dahiləri və fərqli, özünəməxsus istedadları yetişdirməyə meylliyik, mükafatlar da alırıq, amma ortabablıq çoxdur, orta mədəniyyət isə yoxdur”.
“Rumın PEN Klubuna rəhbərlik etdiyim 14 il ərzində, hər il dekabr ayında, üstündə İsveç kral tacının şəkli olan, qızılgüllərlə bəzədilmiş rəsmi məktub alırdıq. Bizə növbəti il üçün Nobel mükafatına namizəd təqdim etmək təklif olunurdu. Yadımdadır, İonesko sağ ikən onu namizəd göstərmişdik. Daha sonra Çoranı, sonra Gellu Naumu. Sonralar nə baş verdiyini bilmirəm.

Həmin məktublarda, mehriban dəvət təklifi cümləsindən sonra, çox ciddi/sərt xəbərdarlıq cümləsi olurdu ki, əgər təklif etdiyimiz namizədi ictimaiyyətə açıqlasaq, həmin namizəd artıq nəzərə alınmayacaq. Çünki təkliflər məxfidir.
Demək istədiyim odur ki, illər sonra Yazıçılar İttifaqının sədri çıxıb deyəndə ki, beş-altı yazıçını Nobelə namizəd göstərib, bu, açıq-aşkar məsxərəydi. İctimaiyyətə açıqlanan təklif artıq keçərli sayılmırdı. Üstəlik, birdən-birə bir neçə nəfəri təklif etmək sadəcə gülüncdür. Hər il Nobel ətrafında yaranan hay-küy, hətta isteriya da bu qəbildəndir. Reallıq budur ki, namizədlərin kim olduğu bilinmir, bilinməməlidir.
Həmin 14 il ərzində ən incidici məqam bu idi: Nobel Komitəsi heç vaxt cavab vermirdi ki, bizim təklif qeydə alınıb, ya yox. Nə bir təsdiq, nə bir qeyd. Bu məyusediciydi, çünki təklif etdiyimiz yazıçılar böyük ədiblərdi, amma heç birinin adı belə siyahılarda görünmürdü.
Mətbuatda, jurnalistikada baş verənlər – Nobelə kimin layiq ola biləcəyi barədə mülahizələr – sadəcə jurnalistlərin təxminləridir”.
Məni düşündürən məsələlərdən birini fransız tarixçi Jül Mişle belə ifadə edib: “Tarix, əslində, coğrafiyadır.” Bu fikri Nobel mükafatları haqqında düşünəndə xatırladım – görünür, ədəbiyyat da tarix və coğrafiyadır”.
“Nobel mükafatı onu almayanlar üçün daha vacibdir, nəinki alanlar üçün. Rumıniya hələ ədəbiyyat üzrə Nobel almayıb. Bu, həm də daxili maneələrimizdən,çəkişmələrimizdən, həm də görkəmli yazarlarımızın haqsızlıqla qarşılaşmasından xəbər verir. Buna görə ürəkdən istəyərdim ki, kim olursa olsun, amma bir rumın Nobel alsın. Biz yetərincə çalışmırıq”.
“Frankfurt Kitab Sərgisində (1995) baş verən bir hadisəni xatırlayıram. Mən o zaman Almaniyada çıxan “Alqışlarla dolu siyirtmə” kitabıma görə dəvətli idim. Rumıniya pavilyonuna da baş çəkdim. Mənzərə çox acınacaqlı idi. Digər ölkələr pavilyonlarını cəlbedici etmişdi, bizimkilər isə yox. Hətta kitablar belə görünmürdü, çünki Mədəniyyət Nazirliyindən gələn məmurlar sərgidə o qədər çox idi ki, kitabların qarşısını tutmuşdular. Hər biri maaş alırdı, fürsətdən istifadə edib sərgiyə də gəlmişdilər.
Sonralar, Patapieviç dövründə Torino sərgisində vəziyyət çox yaxşı idi. Amma indi əvvəlki həvəs görünmür. Xaricdə, məsələn Roma və İspaniyada gözəl komandalar var, amma daha çox şey etmək olar. Mədəniyyət nazirliyi ölkədə hər zaman ikinci dərəcəli sayılır, bu isə böyük problemdir”.
“Biz hər zaman istisnalarla fərqlənmişik. Dahilərimiz, qaliblərimiz var – amma orta mədəniyyətimiz yoxdur.
Biz orta dəyərləri tanımalı, kateqoriyalara bölməliyik. Dövlət də, ziyalılar da bu sahədə daha çox işləməlidir. Hər kəs önə çıxmaq istəyir – və mümkün olsa, təkbaşına. Amma mədəniyyət birgəlikdir”.
“Əsas odur ki, şagirdlər oxumağa yönləndirilsin, yazmağa yox. Önəmli olan oxumağı öyrətməkdir. Yazmağı isə hər kəs, əgər bacarırsa, özü öyrənməlidir”.

Müəllif və mənbə: Səlim Babullaoğlu,
şair, esseist, ədəbiyyatşünas, tərcüməçi.

SƏLİM BABULLAOĞLUNUN DİGƏR YAZILARI

Bilge Kağan’ın Gümüş Geyiği

Bilge Kağan’ın Gümüş Geyiği
Göktürk döneminin zarafeti ile donanmış en nadide eserlerden biri, 7.–8. yüzyıla tarihlenen gümüş geyik heykelciği, Bilge Kağan Anıtı kazılarında ortaya çıkarılan hazinenin en dikkat çekici parçalarından biridir.
Bu küçücük figür, sadece ince işçiliğiyle değil; sembolik gücüyle de dikkat çeker. Geyik figürü, eski Türk mitolojisinde doğayla kurulan ilişkiyi, ruhsal dünyayı ve kutsallığı simgeler.

Kazı çalışmalarına göre, bu heykelciğin ait olduğu hazine sandığı, toprak içinde 102 cm derinlikte bulundu ve sandığın üzeri gümüş kakmalarla süslenmişti.
Araştırmacılar, sandığın yapısı ve içerdiği objelerin biçimi üzerinden eserin Bilge Kağan’a ait olabileceği görüşündedir.

Anıt alanı ve çevresindeki kazılar, hem Göktürk dönemi tapınma kültürüne hem de Türk kültüründe hayvan motiflerinin sanatsal rolüne ışık tutmaktadır.

Bu eser, Göktürk Sanatı’nın estetik düzeyinin ne denli yüksek olduğunu ve eski Türk toplumlarının sembollerle kurduğu anlam dünyasını anlamamızda kilit bir ipucu sunar.

Kaynaklar

Bahar, Hasan. “Tika Projesi; 2001 Yılı Bilge Kağan Külliyesi Kazıları.” XIV. Türk Tarih Kongresi, 09-13 Eylül 2002, Cilt III, Ankara.

Koçak, Kürşat; Gökçek, L. Gürkan. “Bilge Kağan Hazinesinin Gün Yüzüne Çıkarılması: Bilge Kağan Anıt Alanı Kazı Çalışmaları.” Gazi Akademik Bakış,

Durmuş, İlhami. Bilge Kağan-Köl Tigin Anıtlıklarının Kalıntı Buluntuları ve Türk Kültür-Tarihi Açısından Değerlendirilmesi.

Oğuz Kağan,

GÖKTÜRK QRUPU

AZADLIQ

AZADLIQ

Azadlıq —
Bir söz,
Amma bütün mənaları özündə daşıyan…
Bu – xoşbəxtlikdir,
Bu – ahəngdir,
Bu – hörmətdir.

Amma biz nə edirik?
İnsan insanı öldürür,
İnsan insanı idarə edir…

Azadlıq –
Qanadsız iki quş arasında oynanan bir oyun.
Azadlıq –
İki ac mədənin içində gizlənən bir ümiddir.

Azadlıq,
Elefteriya –
Doğacaq günəşi gözləyən bir günəşdir.

Bizim günlərimizdə,
Bizim əsrimizdə
İkinci bir təhsil sisteminə ehtiyacımız var –
Yeni sözlər yazmaq,
Yaxud köhnələrin mənasını yenidən öyrənmək üçün.

Müəllif: Eva Lianou Petropoulou

Tərcümə: Cahangir NAMAZOV

Sevgim nağıldı

Özüm özgənin,
Sözüm özgənin.
Olmadım sənin,
Mən bu dünyada…

Sevgim nağıldı,
Dünyam dağıldı,
Niyə tək qaldım,
Mən bu dünyada?..

Qəlbim sıxıldı,
Evim yıxıldı…
Yaman darıxdım
Mən bu dünyada…

Qəddimi bükdün,
Göz yaşı tökdüm,
Həsrətdən çökdüm
Mən bu dünyada…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QHT layihəyə yekun vurub

QHT layihəyə yekun vurub

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin “Qərbi Azərbaycanlı repressiya və soyqırım qurbanlarının tədqiqi” layihəsinin icrası başa şatıb. Layihəyə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) iclas zalında mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yekun vurulub. Tədbirdə əvvəlcə dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Şəhid olanların və repressiya, soyqırımı, deportasiya qurbanlarının xatirəsi ehtiramla yad edilib. Layihə rəhbəri Tamxil Ziyəddinoğlu Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin dəstəklənməsinə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucu sədri Umud Rəhimoğluna isə layihənin icrasına yaratdığı şəraitə görə minnətdarlığını bildirib. Tədbirə qatılanlarla ümumi tanışlıqdan sonra Umud müəllim qonaqları salamlayıb, xoş gəldiniz deyib. Belə mühüm layihələrin vacibliyini qeyd edərək, Qərbi Azərbaycanda ermənilərin torpaqlarımıza hakim olmaları, soydaşlarımıza qarşı aparılan amansız soyqırımı haqqında danışıb. Yaratdığı təşkilatın bu illər ərzində gördüyü işlərdən söhbət açıb.
Layihənin məqsəd və məramı barədə məlumat verən “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu qeyd edib ki, layihəmizin məqsədi Azərbaycan tarixindən ayrı salınmış Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəsli ata yurduna qayıtmağa təşviq etməkdir.
Layihəmizin birinci tədbiri Zəngilanda Şəhid Müşfiq ağa oğlu Vəliyevin məzarını ziyarətlə başlayıb. Xatırladaq ki, Müşfiq 1988-ci ildə, 17 yaşındakən doğulduğu Qafan rayonunun Kirs kəndindən silahlı erməni quldur dəstələri tərəfindən qovulub. Azərbaycanın Ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulan Müşfiq Zəngilan rayonunun Şərikan kəndində, Kollu Qışlaq, Şatazır, Rəzdərə kəndlərində, Cəbrayılın müdafiəsində, Qubadlı rayonunun Xanlıq kəndi ətrafında gedən döyüşlərdə fəal iştirak edib. Düşmənin xeyli canlı qüvvəsini məhv edərək şəhid olub.
İkinci tədbirimiz Laçın rayonunun Qarıkaha kəndi yaxınlığındakı tənha şəhid məzarını ziyarətlə başlayıb, Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından olan ziyalılar, şair və yazıçıların 3 ay əvvəl Bəylik kəndinə-doğma ocaqlarına qayıdan yerli sakinlərlə görüşməsi ilə davam edib. Sonra Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Abşeron rayonunda məskunlaşmış Qərbi azərbaycanlı ziyalılar, rayon gəncləri, Masazır, Qobu, Saray, Ceyranbatan, Mehdiabad ictimaiyyətinin nümayəndələri və rayon könüllülərindən ibarət yeniyetmələrlə görüş olub.
Növbəti tədbirimizdə Azərbaycan Dövlət Pedaqoji Universititində professor – müəllim heyəti ilə qazilərin, tələbələrin görüşü olub. Tamxil Ziyəddinoğlunun 1988-ci ildə 16 yaşındakən Qərbi Azərbaycanının Vedibasar mahalından erməni faşistləri tərəfindən qovulan Şaiq Məmmədovun keçdiyi şərəfli döyüş yoluna həsr edilmiş “Ölümü öldürənlər” filmi nümayiş olunub. Bu tədbirdə tələbələrə erməni-daşnaklarının 1905, 1918, 1947-1953 və son olaraq XX – ci əsrin 80- ci illərindən başlayaraq , Qərbi Azərbaycan türklərinə qarşı qəddarlığı, amansızlığı barədə məlumat verilib.
Yekunda isə tədbir iştirakçıları yazıçılar, jurnalistlər, tələbə-jurnalistlər olduğu üçün tam sərbəst şəraitdə hər kəs sualını verib, ürək sözlərini söyləyə bilib. Uzun illər AzTV və İTV-də müxtəlif vəzifələrdə çalışan Akif Cabbarlının 2013- cü ildə, ümidlərin qırıldığı zaman yazdığı ” Biz o şəhərə qayıdacağıq” baslıqlı məqaləsinə Tamxil müəllimin yazdığı “Akif müəllim sizə yeni- yeni yaradıcılıq uğurları, bir də səbr diləyirəm. Səbrli olun ki, Kənanlarımız(Akif Cabbarlının nəvəsi) böyüsün. Kənanlarımız böyüsün ki, arzularımız çin olsun. Mən Şuşanı heç görməmişəm. Kənan balaya de ki, məni də Şuşaya aparsın, amma orada saxlamasın. Zəngəzura – öz dədə- baba yurduma yola salsın. Mən haqqa orada – doğulduğum torpaqda qovuşmaq arzusundayam. Çünki yaşamaq hüququm da, ölmək haqqım da ordadı. Siz deyirsiniz biz balaların böyüməsini gözləməməliyik. Əslində elədir. Amma həqiqət bambaşqadır, qardaş. Nə qədər ki, Azərbaycanın dövlət dilini bilməyən xarici işlər nazirimiz, Dövlətimizin himnini ya bilməyən, ya da oxumağa utanan generallarımız var bizi Şuşaya aparan olmayacaq.”
Sözün bu məqamında “Zəngəzur Cəmiyyətləri”İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu-“Şükürlər olsun ki, Şuşaya getdik”-deyərək sözə başladı. Dedi ki, həm də 44 günlük müharibənin rəmzi olaraq 44 Şəhid ailəsi üzvlərilə getdik. O şəhidlərin ailə üzvlərilə ki, Şuşa uğrunda döyüşüb Şuşaya çatmadan Şəhid olublar. Bəli, getdik, Azərbaycan Ordusunun qüdrəti, Dəmiryumruğun sayəsində, qardaşım Tamxilin “Vətən sənə canım fəda” layihəsini icra eləməyə getdik. Necəki Şuşaya getmişik elədə Zəngəzura gedəcəyik.
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalova, Filologiya üzrə fəlsəfə doktoru ” Bütöv Azərbaycan” qəzetinin redaktoru İlham Məmmədli, Əməkdar jurnalist Az.Tv -nin əməkdaşı Azad Müzəffərli, Yazıçı, bir neçə hekayə və romanlar kitabının müəllifi, Az.TV- nin əməkdaşı Azər Qismət, tanınmış tədqiqatçı-hüquqşünas, “Müvəkkil” hüquq mərkəzinin sədri Səməd Vəkilov, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva, müstəqil jurnalist Əntiqə Rəşid ( Aslan ), ” Xudafərin” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin müxtəlif dövrlərdə həyata keçirdiyi layihələrdən söhbət açıblar. Qeyd ediblər ki, “Dezinformasiyalar təhlükəsizliyimizə təhdiddir”, “Hərə bir əsgər, hər ev bir səngər” layihələri də ərazilərimizin işğalda olduğu vaxtlarda vacib missiya üçün həyata keçirilib. Bu gün yekunlaşdırılan “Qərbi Azərbaycanlı repressiya və soyqırım qurbanlarının tədqiqi” layihəsi də çox vacib, dövlətimizin yürütdüyü milli strategiyaya uyğundur. Əslində Azərbaycan tarixindən ayrı salınan Qərbi azərbaycanlıların irsinin tədqiqinə çox bğyük ehtiyac var. Odur ki, belə layihələr davamlı olmalıdır.
Tamxil müəllim mətbuat nümayəndələrinə bildirib ki, Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyindən əlavə, agentliyin icraçı direktoru Aygün xanım Əliyeva layihənin icrası zamanı lazım olan mənəvi, təşkilati dəstəyini də əsirgəməyib. Layihə rəhbəri layihənin icrası zamanı yerlərdə üzləşdikləri çətinlikləri keçmək üçün göstərdiyi operativ köməyə görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT- lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə minnətdarlıq edib.
Sonra Fikrət Orucov, Misir Aslanov və Vahid Gülmalıyev layihənin icrası zamanı göstərdikləri dəstəyə görə İctimai Birliyin təsis etdiyi “Vətənoğlu” Fəxri Diplomu ilə təltif olunublar. “Güllə səsinə açılan qapı” kitabı BAMF kitabxanasına və tələbə- jurnalistlərə hədiyyə edilib. Rəssam Firdovsi Hacıyev çəkdiyi əsgər portretini Hərbi Jurnalistlərə hədiyyə edərək, onlara çətin və şərəfli işlərində uğur arzulayıb. Rəsmi hissədən sonra üstünə QHT Agentliyinin loqosu həkk olunmuş tort kəsilib. Saat 12-dən toplaşan qonaqların çay süfrəsi arxasında davam edən şirin söhbətləri 16-30-a qədər uzanıb. Xatirə şəkli çəkdirilib. Fotolar:

Hüseyn İSAOĞLU,
yazıçı – publisist,
AYB-nin və AJB-nin üzvü.

YARIMÇIQ ÖMRÜN YADİGARLARI

Şəkildəkilər, soldan. 1-ci sıra: Rəmzi Yüzbaşov, Mikayıl Müşfiq, komandir Kərimov, (?), İslam Kələntərli. 2-ci sırada: 3) Mustafa Mustafayev, Hüseynov. 3-cü sırada: 3) Təmraz.

YARIMÇIQ ÖMRÜN YADİGARLARI

Salman Mümtazla bağlı məlumatlar almaq, onun həyatının bəzi anlarını öyrənmək məqsədi ilə alimin həmyerlisi, onun faciə tarixinə bələd olan Akademiya şöbəsinin işçisi İsmayıl XƏLİLOVLA bir neçə dəfə görüşüb söhbət etmişəm, hər dəfə də çox dəyərli məsləhətlər almışam. Növbəti görüşümüzdə söhbət 30-uncu illərdə ömrü yarımçıq qırılmış ziyalılardan düşəndə İsmayıl müəllim bir yarpaqlıq əlyazmanı seyfindən götürüb mənə verdi, dedi ki, Mikayıl MÜŞFİQİN dustaqda yazdığı şeirdir. “Zindandan məktub” adlanan şeir qəzəl formasındadır:

Neçə müddətdir ki, əsirəm, həsrətəm cananə mən,
Nola bu viranədən axır çıxam bir yanə mən.

Məskənim künci-qəfəsdir binəva bülbül kimi,
Layiqi-zindan deyiləm, düşmüşəm zindanə mən.

Ey vəfalı aşnalar, pis günümdür, bir gəlin,
Haqqına varsa günahım cəlb olum divanə mən.

Nə qoyun haqqı arayə, söyləyin təqsirimi.
Neylədim saldız nəzərdən, olmuşam biganə mən?

Bir fəna səngi-mühəngiz sənsən, ey islah evi,
Mərd ölüm xoşdur, gədayə getmərəm dərmanə mən.

Hər gədanı mən könül mülkündə sultan eyləməm,
Yaxşılıqdan başqa bilməm neylədim insanə mən.

Müşfiqa! Yox bu zamanda şairə qiymət verən,
Gör nə bədbəxt imişəm ki, düşmüşəm zindanə mən.

Yazının sonunda “1938” tarixi qoyulub. Şeirin haradan alındığı ilə maraqlandım. İsmayıl müəllim bildirdi ki, onu Əlyazmalar İnstitutunun əməkdaşı, istefada olan polkovnik Mustafa Mustafayevdən götürüb.
Mustafa müəllimlə görüşdüm, şeirin tarixçəsini danışmasını xahiş etdim. Söylədi ki, onu mənə Bakının Saray kəndində olan, “Üryan” təxəllüsü ilə şeirlər yazan Mirmehdi Məlikzadənin alim oğlu, vaxtilə Akademiyanın Radiasiya Tədqiqatları bölməsində işləmiş Mirkazım Məlikzadə verib. Açığı, o vaxt şeirin hansı yollarla gəlib çatmasının incəliyini öyrənməyə can atmadım. Ancaq onu yaxşı bilirdim ki, Məlikzadələr ailəsi poeziya ilə çox sıx bağlıdır. Mirkazımın da, atası Mirmehdinin də şeirləri Cəfər Rəmzinin “Deyilən söz yadigardır” kitabına salınıb. Ona görə də Müşfiqin əsərinin bu ailəyə necəsə gəlib düşməsi qanunauyğun haldır. Ancaq onu da unutmaq olmaz ki, şeirin Müşfiq qələmindən çıxdığını qeyd-şərtsiz təsdiqləyən heç bir sənəd əldə yoxdur.
Sonra Mustafa müəllim bildirdi ki, mən Mikayıl Müşfiqlə universitetdə bir yerdə oxumuşam. Onun xətrini hamımız çox istəyirdik. Şairin nakam taleyi mənə də çox acı təsir etdi.
Mustafa müəllim sanki sözlərinin təsdiqi olaraq bir fotonu mənə göstərdi. Baxıram, öndə soldan birinci coğrafiya elmləri namizədi Rəmzi Yüzbaşov əyləşib, onun yanında isə əli tüfəngli Mikayıl Müşfiq. Orta sırada sağdan ikinci, gülümsəyən oğlan isə Mustafa Seyid oğludur.
1928-inci ildə Gəncə qəzasında – Hacıkənddə çəkilmiş (o vaxt tələbələri yay tətilində məşğələlərə aparırdılar) bu tələbə komandasının fotosu ömrün bəlkə də ən qayğısız anlarını əks etdirir. Aradan vur-tut onca il keçəcək və 1938-inci il gələcək, buradakı adamların hərəsi taleyin bir sınağı qarşısında qalacaq…

Ədalət TAHİRZADƏ,
Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya
elmləri namizədi

(“Elm” qəzeti, 15 oktyabr 1988, № 41 (167), s. 4).

Təqdim etdi: Qılman İMAN

Turan Novruzlu – YUSUFUN RÜYASI

YUSUFUN RÜYASI

(Değerli Yusuf kardeşim için…)

Sonra bir ses geldi
Yedi kat semanın ardından :
“Hiç şüphesiz her zorluktan sonra bir kolaylık vardır…”
Ama dünya kötülere meydan,
İyilere dardı…
Sonra gece oldu,
Ay zifiri karanlığı
Gümüşü kılıcıyla yendi…
Yusuf beşikteki yavru gibi
Kuyunun bir köşesinde
uykuya dalmıştı…
Sabah olduğunda
Güneş
meleklerin aynası gibi
ışık saçıyordu
Mavi bulutların
gözlerini kamaştırırcasına…
Babasının en sevimlisi
kimsesiz kalmıştı kuyuda,
Çatlamış toprak misali
dudakları kurudukça
uykusu kaçıyordu…
Sonra yağmur yağdı
ellerine, yüzüne…
Çiy düşmüş
gül leçekleri misali
dalgalı, kızılı saçlarına,
nar yaprağı kirpiklerine…
Avuçlarında ısındı
yağmur damlaları,
bir annenin göz yaşları gibi
Narin-narin, usul-usul…
Sonra başının üstündeki
gökkuşağında
Züleyhanın hayalini gördü
Hangisi daha acımasızdı,
Züleyhanın zindanı,
yoksa
Kardeşlerinin tuzağı?
Kim idi, ne idi kutsal olan,
Züleyhanın aşkı,
yoksa
Yusuf’un rüyası?..
Akar su gibi duru,
Ay gibi güzel Yusuf,
Elbet, önüne çok kuyular çıkacaktır…
Sen hep önüne bak…
Ama en büyük
kötülüğü de
kardeşlerinden
gördüğünü unutma
Olur mu?
Gerçeği kendisinde
aramayan
Başkasında
bulur mu?

25.03.2025 Eskişehir

MÜƏLLİF: Turan NOVRUZLU

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana