Nurcan Allahverdiyeva – MART SOYQIRIMI

1918-Cİ İLDƏ BAKI QƏZASINDA MART SOYQIRIMI

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etmişdi.

Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmiş, general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı martın 9-da onun dəfn mərasimində iştirak etmək üçün Bakıya gəlmişdir. General Talışinski Bakıya gəlmədən bir neçə gün öncə, Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdır: ‘’Hörmətli yoldaş Şaumyan: Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir. Bütün dostalara xoş arzular və salamlar. V. Ulyanov (Lenin)’’

 Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Sovetə qarşı müqavimət göstərməyə başlamışlar. Nəticədə baş verən silahlı münaqişə martın 30-dan aprelin 3-də qədər Bakıda davam etmiş və tarixə ”1918-ci ilin Mart Günləri” kimi həkk olunmuşdur. Ümumiyyətlə, ermənilərin azərbaycana qarşı törətdikləri ən qəddar soyqırım aktı 1918-ci ilin martında olmuşdur. Öz cirkin əməlllərinə davam edən ermənilər bu dəfə bolşevik adı altında öz əməllərini reallaşdırmağa başlamışdılar.

Mahiyyətcə milli soyqırımı olan ’’Mart döyüşləri” Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırmış, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurmuşdu.

1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi ”Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan ’’Kərpicxana”, ’’Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi “türk” deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: ”Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirir, azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış ’’İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” ni yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıtmış, ’’Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər.

Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar isə daha ağır şəkildə öldürülürdü. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: ’’Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”. Milli sülhə və birliyə qarşı “sinfi mübarizə” və “sinfilik” mövqeyindən çıxış edən S. Şaumyan başda olmaqla, Bakı bolşevikləri “Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına” çevirmək yolunu seçdilər. Oralar daşnaklarla birlikdə “antisovet qiyamı”na, “əksinqilab”a qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31- də) milli qırğın təşkil etdilər. Bu, müsəlmanlara qarşı, xüsusilə, azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 50 mindən çox olduğu bildirilir. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi.  Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Kürdəmir, Lənkəran və digər bölgələrdə də edildi.

M.Ə.Rəsulzadə “Azərbaycan Cumhuriyyəti” əsərində erməni qətliamlarındən bəhs edərkən qeyd edirdi: ‘’əski Şirvanşahların bu qədim paytaxtı bir həmlədə atəşə verilib məşhur tarixi cameyə varıncaya qədər yaxıldı. Yalnız erməni məhləsi salamat buraxıldı. Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Səlyan, Quba, Navahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəxi məruz qaldı. Bu təcavüzlər əsnasında yaxılan xanimanların, qıyılan ərz və namusların, kəsilən qarı qocaların, yağmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir faciə təşkil edir’’

Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: ”Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm… Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 167 kəndi yandırmışdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı Quba qəzasında 16 minə yaxın adam öldürüldü.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri ümumilikdə, 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmışdır.

Müəllif: Nurcan Allahverdiyeva

“Quba şəhərində Soyqırımı Memorial Kompleksi”nin Elmi Araşdırmalar, ekspozisiya və fond şöbəsinin əməkdaşı

Nurcan Allahverdiyevanın yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ


ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ
        Müəllim öz ziyası, nuru ilə   bütün cəmiyyətə işıq saçandır. Müəllim mənən pak, böyük ürəyə sahib olandır.  Müəllim olmaq bir üstünlükdür, hamı müəllim sözünə, müəllim peşəsinə böyük hörmətlə yanaşır.   Müəllimlər dünyada ən uzunömürlü peşələrin başında durur, müəllimlər digər peşə sahiblərindən daha çox yaşayır, cəmiyyətdə hörmətlə xatırlanırlar.Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Kamillik və Dahiliyi özündə ehtiva  edən  müəllim ömrü insanı müdrükləşdirir, onu yaddaşlarda yaşadır.Belə müəllimlər sırasında  Hənifə müəllimə də var.

      Hənifə müəllimə 1979 -cü ildə Gəncə Dövlət Pedaqoji  Unversitetinin ibtidai təhsil fakültəsini   birib. Pedaqoji fəaliyyətinə  Gəncə  şəhərində başlayıb. 1990-cı ildən 271 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.Əmək fəaliyyətinin 50  illiyini  döğma kolletivi ilə birlikdə qeyd etməyə hazırlaşır. Əzizəliyeva Hənifə Mirzəli qızının cox maraqlı həyat yolu var. Marqlıdır ömrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir…Onun uğurları, bu illər ərzində cəmiyyətimiz müxtəlif sahələrində uğurla çalışan  dərs dediyi, əldə qələm tutmağı, möhkəm addım atmağı öyrətdiyi şagirdləridir.

 Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir Hənifə müəllimənin. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir ümdə arzusu olur! Hər dəfə ötən günləri yada salanda xatirələri… Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın, şirin xəyallarının qanadlarında dolanmasın. Təhsilə göstərilən xidmət təqdirəlayiqdir.Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. O, cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi  müəllim əməyinin  nəticəsində mümkündür. Hənifə müəllimənin fəaliyyətinə nəzər salanda öz peşəsinə layiqincə yerinə yetirən, müəllimə obrazını görürük. Sadə, mehriban, qətiyyətli,  İnsana, Vətənə sevgisi zəngin  bir şəxsiyyətdir Hənifə müəllimə!  Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir.   İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Əziz Hənifə müəllimə sizi əmək fəaliyyətiniz 50 illiyi münasibəti ilə təhsil ictimaiyyəti adından təbrik edirik.Can sağliğı ,bərəkətli ömür arzulayırıq.

Müəllif: Zülfiyyə VƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Respublikanın Əməkdar müəllimi

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən

Əbilin gündəliyindən:

8 sentyabr 2006 – Yunis divanından bəzi şeirlər oxydum. Hafiz Şiraziyə göz atdım. Füzulinin qəzəllərindən bəzi qeydlər etdim.
Və bir də bu günlərdə Mevlana haqda kitab yazmaq fikrimi bir qədər də qətiləşdirdim. Demək olar ki, bütün faktlar varımdı. İnsan nə qədər çox oxuyursa elə bilir ki, o qədər az bilir. Bu da bizi təkrar elmə sövq edir. Zatən Qurani- Kərimi oxuyub sona çatanda ilk enən surənin 5 ayəsi “Oxu” demirmi? Dön yenidən oxu. Yenidən oxu ki, qəbr evinə qədər elm yolunda olasan. Elə biz hamımız beşikdən qəbrə qədər yenidən “Oxu” əmrinin altındayıq. Bir əlifba sona qədər oxunur. Bu əlifbanın “A”sı uşaq ikən şəkillərinə baxıb bizim üçün uşaq təxəyyülündən başqa bir şey olman kitabda , “Z” isə sonuncu kəz gözümüzü ətrafa gəzdirib, əbədilik yumduğumuz həyat kitabıdı.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağdam rayonunda idmançılara diqqət

Ağdam rayonunun İH-nin başçısı cənab Vaqif Həsənov Gürcüstan respublikasının Kutaisi şəhərində keçirilən Alpaqut üzrə Dünya Kubokunun qızıl medallarını qazanan rayon idmançılarını qəbul edib.
Bu tədbirdə 16 saylı Regional Xəzinədarlıq idarəsinin rəis müavini Şahin Abışov, Azərbaycan respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Şurasının Ağdam şöbəsinin sədri Elşən Zeynalov və Qarabağ veteranları iştirak edirdilər.
Tədbirdə çıxış edən cənab V.Həsənov göstərdikləri yüksək nəticəyə görə idmançıları təbrik edib. Onlara yeni uğurlar arzulayıb.
Sonra çıxış edən Alpaqutun Ağdam filialının sədri, məşqçi Kənan Quliyev idmançıları belə ruhlandıran, onlara yüksək qiymət verən, onların həmişə qayğılarına qalan Ağdam rayon İH-nin başçısı cənab Vaqif Həsənova və Veteranlar Şurasının sədri Elşən Zeynalova minnətdarlığını bildirib.
Tədbirin sonunda cənab Vaqif Həsənov və Elşən Zeynalov məşqçi Kənan Quliyevə, birinci yer tutan Qənbər Ağayevə, Rəşad Quluzadəyə və Fərid Sarıyevə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim ediblər. Fotolar:

Müəllif: Məmməd MƏRZİLİ

Alpaqutun Qarabağ üzrə mətbuat katibi

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mastura Abduraim kızı

ДИЛОРОМ

(Ҳажвий ҳикоя)

Ҳеч иложини қилолмас, қочиб қутилолмас экансиз, одамлар касби-корингизга қараб эшигингизни қоқиб келавераркан. Айниқса, менинг ярқираган пешонамга битиб қолган ҳалқчил, беминнат, инсофли ва энг асосийси ўз касбига содиқ бўлган профессор шифокорни дарвозасини қоқмасдан ҳам кириб келаверишар экан. Таққиллатмасдан келгани майли, маҳаллачилик, одамгарчилик, уйинга келганни итинг қопмас деймиз, аммо, лекин бу қўшнимни бақироқ эшагига нишхўрд бўлгурлар келиб олиб дағдаға ҳам қилишади.

-Келинойи!-дейди худо раҳмат қилгур бобомни ёшини уруб қўйган, тўй қозондан сал кичикроқ қорин солиб олган, тепакал «чолбобо»,-Дўхтир бобо бормилар?!

-Йўқ!-дейман энсам қотса ҳам аллатовур чалатабассум билан,-ишга кетганлар икки-уч кунсиз қайтмайдилар!

-A, бу дўхтир бобо ҳеч уйида ўтирадиларми?! Келамиз нуқул тополмаймиз, ҳеч-йўқ бугун уйда ўтирсалар бўлармиди!-дейди ён сочлари тикка бўлиб.(тепа сочи бўлмагач шу аҳволда)

-Минг бор узр, ҳали келсалар айтиб қўяман. Барча беморларию-операцияларини бекор қилиб, кейинги келишингизда сизни ўзлари дарвозахонада кутиб оладилар!

Кесатиғимни тушинади албатта, лекин атайин безбетларча ғўддаяди.-Шундоқ бўлсин! Даптарингизга ёзиб қўйинг! Икки кундан кейин келаман!

Яна бир нарса деб чақиб олай десанг; бемор, камига остонангда турибди, ёши ҳам ҳурмат тахтасига битилиб қолган бўлса, на илож дон тиқилган товуқдай бор гапингни томоғингда айтиб, ғийққиллаб қолаверасанда. Шу тариқа турнақатор беморлар дарвозангдан дўмбира сифатида фойдаланиб, гоҳ «Гўрўғли» гоҳ «Алпомиш» гоҳида «Кунтуғмиш»дан айтимлар бўзлаб кетгач енгил нафас олиб, «Ё Навоий бобом руҳлари қўлласин!»-деб ноутбугимни чиқиллатишни бошлар-бошламасим ҳовлидан гулдираган овоз келади.
-Кимдир борми, дўхтир болам ҳуу!
Овоз эгасини шу заҳоти танийман. Маҳалламиз Она шери, тижоратчиси, оқсоқоли, посбони, экологи ва ҳакозо касбу-корларни ўзида жамлаган опамиз Дилором опа. Бу опамизни таърифлашга сўз мулкининг султони Мир Алишер Навоий бобомизни ҳам сўзлари тугаб қолардиёв, назаримда. Менгаку йўл бўлсин, лекин кучим ва ожизгина сўзларим етгунича сизга сўйлаб бергум албат. Хуллас калом, шу опамиз бор экан маҳалламиз маҳалла бўлиб турибди, ишонаверинг. Ошиёнлари маҳалламизнинг қоқ марказида қад кўтарган кўпқаватли уйлардан бирида жойлашган бўлиб, уйнинг биқингинасида, Дилором опа бунёд этган мевали, манзарали дарахтлар дейсизми, пальмадан тортиб турли хил гуллар дейсизми, барчаси топиладиган шинамгина боғчада опанинг иш жойи «Минисупермаркет» – Николай пошшо мерос қолдирган вагон савлат тўкиб туради. Бу савдо марказида ўзингиздан бошқа ҳамма нарса; озиқ-овқатдан тортиб, соч тўғнағич дейсизми, дори-дармону- каламуш қопқон дейсизми барчасини топасиз. Маҳалла ободончилиги, жамоат тартиби, ёшлар тарбияси, «разборчик» мақомигача Дилором опа машғул. Опага ҳеч ким, ҳаттоки манаман деган Шер эркак ҳам ғиринг деёлмайди. Деб кўрсин ҳам қани, опа уни икки буклаб, бирорта сувоғи кўчган кўпқаватли уй деворига суваб юборади. Опа тап тортмасдан бутун маҳалла ишига аралашаверади. Ишсиз ёшларга иш топиб берган ҳам, бекорчи ёш-ялангларга кўчаларни чиқиндилардан тозалатган ҳам, арча опкелтириб эктирган, тоза ичимлик суви, комендантлик соати, мактабдаги ўқув қўлланмалари етишмовчилиги, поликлиникамиз таъмиригача жон куйдурган ҳам шу аёл бўлади. Агар кучи етадиган бирор масъул одам (оқсоқол ёки посбон) «Сиз аралашманг Опа!»-дейдиган бўлса, «Мен шу маҳаллани қизиман ҳаққим бор!”-деган қатъий жавобни олади. Маҳалламиз аёллари опани жуда ёмон кўришади. Бу табиий ҳол, ахир Дилором опадан бошқа ким ҳам уларга кўчада ғийбатчилар ташкилотини уюштириб, валақлаб юришларини юзларига айта оларди. Гоҳида мендан ҳам: »Опа шу заҳар аёл билан қандай чиқишасиз а!?”- деб сўраб қолишади. Англашимча, тили заҳар бўлсада ростгўйлиги, майда ғийбат гапларни тилига олмаслиги учун ҳам бу аёлни яхши кўраман. Хуллас дейдиган бўлсак, мана Дилором опа биз дўхтирларни яна йўқлаб кептилар. Соғлиғига жуда эътиборли, шу сабаб кўпинча профилактика учун келадилар. Калта турмакланиб жигарранга бўялган сочи, спорт услибидаги имиджи, тик қомати, юзидаги тиниқлик ёшидан 15-20 йилни чегириб ташлаган бу аёлга ҳеч ким 70 ёш бермайди. Айниқса, ҳаёт, яшашга бўлган интилиш, нигоҳидаги жўшқинлик опага янада дуркун қиёфа бахш этиб туради. У ҳовлидаги гулларимни томоша қила туриб сўз қотади.
-Дўхтир болам билан хўб топишгансизларда, сен ҳовлингни, рўзғорингни гуллатасан, эринг дардини олиб одамларни гуллатади. Бор бўлинглар доим!

-Раҳмат опажон, келинг киринг уйга.-дейман тавозе билан.

-Кирмийман, шошиб турибман. Кел сўрида ўтира қоламиз, ҳавони қара ажойиблигини. Биламан эринг ишда, эрталаб гузарда машинасига кўзим тушувди. Мен сени ёнинга келдим.

-Яхши қипсизда келиб опажон менам зерикиб тургандим-дейману, яна доимгидек қитмирлигим тутади.(опа билан ҳазил-ҳузул қилиб турамиз. Жуда гапга чечан ҳазилкаш аёл)-Туғишга қарор қилдингизми? Жуда яхшида!(касбимдан келиб чиқиб гап қотаман)

-Ҳа, -дейди юзига жуддий тус бериб,-Шунга келувдим. Дўхтир боламга айт, эримни устихонларини олиб келай тирилтириб берсин!

Ана кейин бўлади кулги, бўлади мутойиба. Кулишиб олгач опа муддаога ўтади. Текширтириб келган таҳлилларини кўрсатади. Уйқусизлиги ҳақида гап очиб қолади. Олдинги ой неча килограмм вазн йиққанию, шу ой қанча вазн ташлагани, пиёда юришни фойдалари, «маркет»ида зарарига ишлаётгани, «темир дафтари» тўлиб кетиб янгисини тутиб бошлагани ҳақида ёзғириб қолади. Айни бахтли дамларида ташлаб кетиб, опа уйини уй, болаларини одам қилгач остонасига бош уриб келган, кейинроқ кимларнидир қўлида қазо қилган эридан гап очиб қолади. Шундагина мен бу эркакдан ҳам кучлироқ ҳамда мард аёлни ҳаёт сайқаллаб ўткирлагани, аммо, ҳамон юрагини туб-тубида меҳр-муҳаббат, аёллик туғёнлари яшаётганини сезаман. Гарчи кечирмаган бўлсада эрига ичи ачишгани, озгина афсус кўзларида кўриниб туради. Аёл, нима бўлганида ҳам аёл бўлиб қолишни, минг кучли бўлмасин бир бақувват, ишончли, суюкли елкага бош қўйиб суянишни истар эканда деб хулоса қиламан. Аммо, шу ўйлаб турган жойимда ҳам, мен қитмир улгур Дилором опамизни ичида бошқа дарди бору, айтишга унғайсизланиб ёки кези келганида ҳазилимга нишон бўлишдан ҳадиксираб турганини сезиб қоламан.
-Айтинг энди, яна нималарни бошлаб юрибсиз опа!-дейман сабрим чидамай,-Туя сути қолиб эшак сути ичиб кўрдингизми, туфлама табибга бориб туфлатиб келдингизми ёки биратўласига силама табибга…
Опа мириқиб кулиб, менга муштини дўлайтириб қўяди.- Сен сўрама мен айтмай, айтганингдан ҳам зўрини топиб олдим. Аввал, кўк чойингдан қуйчи, қон босимимни тушириб турсин. Ҳаа, барака топ! Шу десанг бундан бир ҳафталар олдин бир дугонам яхши табибни дарагини эшитгани, ўзи ҳам икки-уч сеанс қатнаб ҳамма дардларидан фориғ бўлгани ҳақида айтиб қолди. Аввалига ишонмадим. Буям бирорта дор остидан қочган фирибгарлардан биридурда деб ўйладим. Аммо, дугонам уйимга келиб унинг ранги-рўйини, қолаверса, озроқ бадиийлик ва мусиқа қўшиб юборса, оламшумул реклом бўла оладиган ҳаракатларини кўриб, гап-сўзларини эшитиб оғзим ланг очилди-қолди. Айтсам ишонмайсан, дугонамни бел ва оёқ оғриқлари, нафас сиқма касали таққа тўхтапти. Ўн беш яшар қиздек сакраб-сакраб юрибди десанг!

-Гапниям обқочингей опа, бунчалик сеҳрли муболаға фантастикадаям учрамайдиёв! Инсоп билан гапиринг, ким экан у сеҳргар табиб?!

-Бердисини айтгунча уриб ўлдирмагин, сен эшит мен айтай! Хуллас десанг, ўша табибга бордик. Ўзи аллақайси тоғли чет бир ўлкада, ғорда зоҳидлардек кун кечираркан.(Ола, мен эмас, шу опа ёзувчи бўлиши керак эди. Машҳур Дилором Фантаст бўлар эди.) Шаҳар четроғида жойлашган 9 қаватли уйнинг биринчи қаватларини банд этибди. Тумонат одам, қатор-қатор мошинлар, навбатлар, игна ташасанг ерга тушмайди. Эрталаб борган бўлсак, шомга бориб навбатимиз етиб келди. Кирдик. Остонага иккита касса қилиб қўйибди. Тўловни исталган шаклда амалга оширишинг мумкин. Бир кичикроқ машина оламанми деб бир-икки сўм йиғиб қўйган пулимдан олволувдим…

-Ий, опа сизни савдойингиз ўлган, «темир дафтар»ларингиз тўлиб кетганидику?!

-Гап қўшма-я, илҳом келганида! Менам анойи авлиёмасман, текинга фойдасиз иш қиладиган. Эшит, сабринг сарғайгур!
Мен оғзимни қулфлаб, калитини деворимдан кўчага улоқтураман, Дилором опа давом этади.

-Ихлос билан, жон деб рози бўлиб 4-5 килограм гўштни пулини қуртдай санаб барзанги кассир йигитларга топширдим. Бир катта хонага бошлашди. Хона тўрида биргина юмшоқ чарм кресло қўйилган, менга ўхшаган беморлар гуёки бебаҳо осори-атиқани томоша қилаётгандек креслога кўз тикиб ўтиришибди. Сал туриб машҳур табибимиз хонага қадам ранжида қилдилар. Кўрсанг сен ҳам маҳлиё бўлиб қолардинг, чеҳрасидан нур ёғилади-я! Одам боласимас фаришта!
-Опа дидлар доим ҳам тўғри келавермайди, сиз севиб қолган одамга, мен қиё боқмаслигим аниқ!-дедим яна тилимни тиёлмай. Опа энса қотирдию давом этди.
-Кулма, бу жиддий гап. Росдан фариштали инсон экан. Хонадаги 50дан ортиқ одамни гаплари билан маҳлиё қилиб қўйди. Жуда ажойиб гапларни ирод қилдилар. Донишманд табиб эканлар. Танишув тугагач, бўлиниб қўшни хоналарга кирдик. Ҳаммамизни қатор солинган кўрпачаларга ётқизишди. Кейин табибимиз билагимизга навбати билан томчи дори улаб чиқдилар.

-Нима?! Томчи дори! Қойилей, замонавий усулда даволайдиган табиблар ҳам бор эканда. Қандай дори юбордилар?

-Дори?! Ҳеч қанақа дориси йўқ, шунчаки уладилар-қўйдилар. «Қўлингизни қимирлатиб юборманг, томирингиздан чиқиб кетса, »подкожа« кетиб оғриқ беради.»-деб огоҳлантирди. Ҳаммамиз қимирламасдан ётдик.

-Тушунмадим, томчи дори улаган бўлса, қанақасига суюқлик дориси бўлмайди?

-Нега тушунмайсан? У кўринмас, қандай тушунтирсам экана сен ғалчага! Илоҳий томчи дори. Табибимиз «Бисмилло» дедиларда дуосини айтиб бармоқларидан нина ясаб томиримизга уладилар.

Биласизми, ҳикоя шу жойига келганида, Гиппократнинг ҳайратдан ёқа ушлаб турган ҳайкалидек қотиб қолдим. Қанча қотиб қолдим билмадим, лекин, Дилором опа совиб қолган чойимдан бир пиёла тутгач ўзимга келдим. Кейин кулавериб ўлиб қолишимга бир баҳия қолди. Кўз ёшларимни сидириб, яна опага тикилдим. Йўқ, қилт этмайди. Жиддий турибди.”Кулиб бўлдингми? Давом этайми?-деди қалин қошларини чимириб.

-Кечирасиз, марҳамат давом этинг!-дейманда, оғзимдан яна беихтиёр чиқиб кетади. -Юрган эканмизда биз аҳмоқ шифокорлар 10 йил умримизни аллақандай Тиббиёт олийгоҳларида совуриб. Бўларканку мана 4-5 кун ғорда ўтириб буюк табиб бўлса!
-Кулишга осонку, лекин ўрнимда бўлсанг сен ҳам чиппа-чин ишонардинг ва ишончинг беҳуда кетмаслигини тушуниб олардинг. Табиб тушунтирганидек, (илоҳий) томчи дори улангач билагимдан бошлаб аввалига томирларим, кейин бошим, ундан сўнг бутун танамга иссиқлик югура бошлади. Хира кўзларим секин-аста тиниқлашиб, бел-оёқ бўғимларидаги оғриқларим таққа тўхтади. Йигирма дақиқалардан кейин томчи дорини битта-битта узиб чиқди. Қўлини қимирлатиб юборганларга танбеҳ берди. Аҳволимизни сўради. Барча беморлар мамнун, оғриқлари қолгани, енгил бўлганини айтиб табибни тавоф қилишди.

-Вой, Қодир худойима, бу бандаи махлуқингни ёсуманни қурсоғида пайдо қилган эдингмия!-деб юбордим ҳайратланиб.-Яхшиям сиз қўлингизни қимирлатиб қўймабсиз йўқса, ҳозир кўкариб шишиб кетган бўларди. Нафи ҳам камайиб кетарди!

-Кесатма, бу ҳақиқат!

-Кундай кўриниб турибдику опа, бу гипноз! Сиз ҳалиям гипноз остидасиз. Миянгиз очилган куни кўзингиз ҳам мошдек очилади. Энди сиздек кучли хотин тузоққа тушган бўлса, қолганлар нима қилсин! Қойил, кучли гипнозчи экан.

-Ишонмайсанми?! Юр эртагаёқ бирга бориб келамиз, учинчи сеансга боришим керак. Маҳалламиздан ҳам кўп одамлар қатшияпти.
-Эсиз, ўн кило гўшт кетиптида, азайимхон табибингизга. Ҳа, боринглар, бизга келсангиз ҳеч нарсасиз бечора, текин келасизлар, «апирис» сеҳргарга осмондан бўлса ҳам топасизлар. Ҳалоли бўлсина, сизларга шуям кам!
Шу билан Дилором опа табибини мақтаб-мақтаб, мени ҳам қайта-қайта таклиф қилдида, кетди. Орадан бир ҳафта вақт ўтар-ўтмас ўша фирибгарнинг устидан арз тушиб ушлангани, одамлардан йиғган миль-миль пуллари, кўринмас томчи укол қолдиқларининг тоғдек уйими мусодара қилиниб, ўзи ва жиноий шериклари панжара ортига равона бўлибди. Яхши бўлибдида, энди кимга маза, тоштурмадаги махбусларга маза! Табибимиз илоҳий томчи дориси билан ҳаммасини даволаб қўядиган бўпти.
Тез-тез қадам ранжида қиладиган Дилором опа бир ойча йўқ бўлиб кетди. Қуёшли кунлардан бирида яна эшик қоқиб кеп қолди. Одатдагидек, уйда ёлғиз эдим. Билгандек ҳажвия ёзиб тургандим.

-Кимдир бормии, дўхтир болам уйдамисан!?

Ҳовлига чиқа туриб овоз бердим:
-Дўхтир йўқ, табиб бор! Илоҳий табибман, кўринмас сеҳрли томчи дори билан даволайман. Кассага битта буқани пулини тўлаб ўтинг!
Дилором опа қошларини ёлғондакам чимириб, мийиғида кулиб, нималардир деб ғудраниб келаверди. Менга эшитилгани:
«Аччиқ тилгинанг узилсин сани, табибданку қутилдим, сендан энди бир умр қутулолмасам керак!»-деган гапи бўлди. Опа ҳақ, ҳалиям маҳалла-куйда узоқдан кўриб қолсам ҳам кафтимни кўксимга босиб салом йўллаган бўламан. Уйимга ишора қилиб, икки бармоғимни билагимга уриб қўяман. Дилором опани аввал тишини оқи кўринадида, ортидан муштини кўрсатиб қўяди. Кулгимни зўрға босаманда, шу тобда негадир опани эмас табибни дилором табиб дегим келади. Юргандур, бармоғида томчи дори мўъжизасини амалга ошириб, бутун турма жамоасини – ҳасталик ва умидсизликдан зулматга чўмган дилларга ором бағишлаб! Барака топкурей!

Yazar: Mastura Abduraim kızı

Mastura Abduraim kıznın yazıları


XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Maria Teresa Liuzzo

Şair və Yazıçının İntellektual və Duygusal Dünyası

Maria Teresa Liuzzo, İtalyanın Reggio di Calabria şəhərində yaşayan çağdaş bir şair, yazıçı və ədəbiyyat tənqidçisidir. Onun əsərləri, xüsusilə şeirləri, dərindən emosional və fəlsəfi məzmunlarla zəngindir. Liuzzo’nun şeirləri, insanın daxili dünyasına dair intensiv bir sual vermə və emosional sıxlıq daşıyır. Şeirlərində mövcudluq, şəxsi hisslər, sevgi, ağrı, ümid və zamanın keçici təbiəti kimi ümumbəşəri mövzular işlənir.
Liuzzo’nun şeirləri, sözlərlə toxunmuş emosional strukturlar kimi formalaşır. Şair, oxucusunu yalnız dil dünyasına deyil, eyni zamanda insan ruhunun dərinliklərinə doğru bir səyahətə dəvət edir. Onun əsərləri estetik mənada güclü, dərin mənalı və çox qatmanlıdır. Şairin istifadə etdiyi simvollar və təsvirlər, oxucuya hər oxuduqda fərqli bir mənalı dünyanı təqdim edir.
Liuzzo’nun şeirlərinə ümumi bir baxış, onun şeirlərində sevginin, həsrətin və varoluşun mənasının davamlı axtarışını göstərir. Şeirlərində zamanın və məkanın sərhədləri aşılır, insanın daxili qarşıdurmaları və təbiətlə olan əlaqəsi dərindən araşdırılır.
Maria Teresa Liuzzo, yalnız İtalyada deyil, dünya miqyasında geniş bir ədəbiyyat dairəsinə malikdir. Şeirləri ilə yanaşı, esse, məqalə və ədəbiyyat tənqidi də yazmışdır. Həmçinin, müxtəlif ədəbiyyat jurnallarının və mədəni nəşrlərin baş redaktorluğunu da edir. “LE MUSE” adlı ədəbiyyat jurnalının baş redaktoru olaraq, həm İtalyan, həm də beynəlxalq ədəbiyyat dünyasında mühüm bir rol oynayır.
Liuzzo’nun uğurları yalnız yazın sahəsində deyil, həm də akademik və mədəni sahədəki töhfələri ilə də özünü göstərir. Fəlsəfə və müasir ədəbiyyat sahələrində professorluq etmiş və müxtəlif universitetlərdə dərslər vermişdir. ədəbiyyat və sənət tənqidi sahələrində beynəlxalq bir çox jurnalda yazılar dərc etmişdir.
Maria Teresa Liuzzo’nun şeirlərində insanın mövcudluq axtarışları, emosional dərinliyi və daxili qarşıdurmaları ön plana çıxır. Şairin əsərlərində fəlsəfi mövzular tez-tez yer alır, həmçinin bir psixoloq olaraq insan ruhunun müxtəlif halları da araşdırılır. Liuzzo’nun əsərlərindəki simvollar və təsvirlərə baxdıqda, şeirlərinin daha çox bir daxili yolculuq və kəşf mənası daşıdığı görülür.
“ROOTS” (1992)
“PSYCHE” (1993)
“APEIRON” (1995)
“EUTHANASIA OF UTOPIA” (1997)
“IMAGE AUTOPSY” (2002)
“THE MOTHER’S HUNGRY SHADOW” (2022)
“GREEN RAIN OF EMERALD” (2024)
Liuzzo’nun şeirləri, şairin daxili dünyasında gəzişməyə çıxaran dərin mənalarla doludur. Şairin dilində istifadə olunan təsvirlər, hər bir oxucuya fərqli mənalar təqdim edir və şeirlərinə fərqli bir oxu baxışı gətirir.
Liuzzo’nun şeirlərində tez-tez aşağıdakı mövzular işlənir:
Mövcudluq Sualı: Şair, həyatın mənasını, ölümün gerçəyini və insanın kainatdakı yerini sorğulayır. Onun əsərlərində varlıq və yoxluq, sevgi və ağrı kimi ümumbəşəri mövzulara dair dərindən bir axtarış mövcuddur.
Daxili Qarşıdurmalar və Emosional Dərinlik: Liuzzo’nun şeirlərində insanın daxili dünyası və emosional qarşıdurmaları önə çıxır. Şair, sözlərlə ruhi dərinlikləri ortaya qoyur.
Zaman və Yaddaş: Zamanın keçici təbiəti və keçmişin izləri, Liuzzo’nun şeirlərində tez-tez vurğulanan bir mövzudur. Şair, keçmişin izlərini və xatirələrini şeirlərində əhəmiyyətli bir yer tutar.
Sevgi və Aşk: Şairin şeirlərində sevginin, ehtirasın və aşkın mənası dərindən sorğulanır. Aşkın acı verici, eyni zamanda həyatı mənalı edən bir qüvvə olduğu vurğulanır.
Maria Teresa Liuzzo, yalnız İtalyan ədəbiyyatı üçün deyil, dünya ədəbiyyatı üçün də mühüm bir fiqurdur. Onun əsərləri, insanın daxili dünyasına dair dərin bir kəşf təklif edir və oxucusunu həm emosional, həm də intellektual bir səyahətə çıxarır. Şeirləri, güclü simvollar, dərin fəlsəfi məzmun və emosional sıxlıqla doludur. Liuzzo, çağdaş ədəbiyyatın önəmli şairlərindən biri olaraq, dünya miqyasında geniş bir oxucu kütləsinə malikdir.

Cahangir NAMAZOV,
YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Maria Teresa Liuzzo, Saline di Montebello Jonico şəhərində anadan olub, hazırda Reggio di Calabria (İtaliya)da yaşayır. O, “P. Benintende” Lyirik-Dramatik Assosiasiyasının Prezidenti, jurnalist, nəşriyyatçı, “LE MUSE” ədəbiyyat jurnalının baş redaktoru, esseist, şair, ədəbiyyat və incəsənət tənqidçisi, ictimaiyyətlə əlaqələr üzrə direktor, tərcüməçi, fikir mübadiləsi aparan, yazıçı və psixologiya doktorudur. O, ABŞ-ın Santa Fe şəhərindəki Leibniz Universitetində fəlsəfə və müasir ədəbiyyat üzrə professor olub.
O, ABŞ-da “IL PONTE ITALO-AMERICANO”, Avropada “NUOVA CORVINA” (Hunedoara), Albaniyada “ALB-SPIRIT” (Tirana), “Gazzetta Nazionale” (Tirana), “Perqasje” (Tirana), “Gazeta Destinacioni” (Valona, Albaniya), “Dritare” və “Albania Press” (Roma), “Atunis” (Belçika, Brüssel), Alessandria Today (İtaliya), “EZGULIK” (Buxara, Özbəkistan) kimi jurnallarda əməkdaşlıq edir. Həmçinin, “THE FATEHPUR RESOLUTION” (Hindistan), “PEN CRAFT” (Banqladeş), “ORFEU” (Priştina, Albaniya) kimi nəşrlərin redaktorudur.

Nəşr olunan əsərləri:
“ROOTS” Jason Ed. (1992)
“PSYCHE” Jason Ed. (1993)
“APEIRON” Jason Ed. (1995)
“EUTHANASIA OF UTOPIA” Jason Ed. (1997)
“WATER IS A SLOW BEAT” LINEACULTURA ed. (2001)
“IMAGE AUTOPSY” Agar ed. (2002)
“BUT A RESTLESS WAVE STIRRERS THE VEINS” Agar ed. (2003)
“THE SHADOW DOES NOT EXCEED THE LIGHT” Agar ed. (2006)
“GENESIS” Agar ed. (2008)
“MYOSOTIDE” Agar ed. (2009)
“AND NOW I TALK!” Agar ed. (2019)
“I’M TALKING, NOW!” Agar ed. (2020)
“DON’T TELL ME I LOVED THE WIND!” Agar ed. (2021)
“THE MOTHER’S HUNGRY SHADOW” Agar ed. (2022)
“DANCE THE NIGHT IN YOUR PUPILS” Agar ed. (2022)
“THE LIGHT OF RETURN” Agar ed. (2022)
“IN VIGIL OF WEAPONS AND WORDS” Agar Ed. (2023)
“DANCE TO THE RHYTHM OF RHYMES” Università Marocchan tərəfindən (2023)
“TARMURI DE LUNA” Cosmopoli ed. Romania (2023)
“ITALIAN BOOK” – Antologiya, Eldar Akhadov tərəfindən tərcümə edilib (Rusiya, Oktyabr 2023)
“GREEN RAIN OF EMERALD” Agar ed. (2024)
“DON’T BURY ME ALIVE” – MOS ME SHJNNI NE DHE – Quick Print ed. (2024, Tirana, Albaniya)
“HAIKU” Aius ed. Craiova (2024, Rumıniya)
“DHE TANI FLAS” TIRANA TIMES Ed. (2024, Albaniya)
Və bir çox məqalə və nəşrlər İtaliya və xaricdə.

Maria Teresa Liuzzo’s Poetries (Italy).

AÇIQ TULUMLARIN KÖLGƏSİNDƏ NƏHƏNGLƏRİMİ SƏRİRƏM

Yanğın böcəkləri, uzaq bir zamanın qanına uçur.
Sözlərin düşüncələrimin üstündə uzanır, eşidirəm
Səni, məni örtüb, səhər edirsən.

Qılıncdan daha çox, duyğu batır içimə

Qaynayan qanda daha çox vacibdir,
Həyat qanından daha az xamdır,
Amma əgər mənə papatya kimi sarılsan,
Hər bir ləçəyi tədqiq edərək,
Onun sarı qəhvəyi ürəyinə çatmaq
Məni, bənövşənin bənövşəyi döyməsində izlərkən,
Hələ də kölgə libasını çıxarıram,
Gəl mənə, gözləmənin xəyalını qırma.

ƏGƏR SƏN ŞİİRİSƏN

Gizli sevgilim,
Məni küləkdə və ya atəşdə tap,
Sakitlikdə əsla yox,
Eşq əzabla və ekstazla olsun,
Gözləmə ilə gəlmənin arasında bir qucaq olsun.
Hansı qucaq daha şirin ola bilər
Ümid içində,
Bir daha ümid edilməyən
Sevdam?

Maria Teresa Liuzzo

Təqdim etdi: Cahangir NAMAZOV
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Lobar RUSTAMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qabil Nəbinin şeirləri

GƏZİM GƏZDİYİN YERDƏ
Gedirəm…
Sən ayaq qoyduğun torpaqda, gəzim,
Görüm gözlərinin gördüklərini.
Sən nəfəs aldığın havanı, udum,
Alım gül ətrini hörüklərinin.
Arzu çiçək açar elə arzuda,
Könlü görməyənə gözlər bəhanə.
Bizdən küsüb gedər bəzən arzu da.
Sevinci bölməyə nə ev, nə xanə.
Səmadan göz vurur mənə bir ulduz,
Görüş yerimizə gedirəm yalnız.
Sən gəlməsən gəlmərsən.

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN BAYRAĞI

AZƏRBAYCAN BAYRAĞI

Şəfəqləndi ömrümüzün səhəri,
Uğurlandı igidlərin səfəri,
Gör nə gözəl qarşıladıq zəfəri,
Uzun illər gözləmişdik bu çağı,
And yerimiz Azərbaycan bayrağı.

Hazır saxla yamanlara silahı,
Yerdə qoyma bir naləni, bir ahı,
Üz tuturam dərgahına, İlahi,
Pozulmasın bu günlərin növrağı,
And yerimiz Azərbaycan bayrağı.

Dalğalandı, damarlarda coşdu qan,
Qurban getdi uğurunda neçə can,
Qüdrətinə şahid oldu bu cahan,
Tarixlərdə qalacaqdır sorağı,
And yerimiz Azərbaycan bayrağı.

Qədirbilən millətim var, xalqım var,
Millətimə olsun daim bəxti yar,
Qucağında ömür sürsün bəxtiyar,
Cənnət olsun Vətənin hər bucağı,
And yerimiz Azərbaycan bayrağı.

Müəllif: Aynur Qafarlı

Aynur Qafarlının yazıları

Əsgər İsmayılovun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əsgər İsmayılov yazır

Sevin “Bütöv Azərbaycan”ı. Ona abunə də olun, aludə də!..

Klassik qəzetlərimizdən bu yana, yaxud sovetlərin dağıldığı ərəfədə, eləcə də müstəqillik qazandığımız ötən əsrin əvvəllərində, həmçinin indiki dövrdə dəyişməyən və təkrarlanan həqiqət vardır. Beləki, əksər mətbu orqanlar tarixi zərurətdən yaranıb, fəaliyyəti xalqın maarifinə istiqamət alsa da, fəqət reallıq tamamilə başqadır. Bu mətbu orqanlar xalqla bərabər yaşamaq üçün, tarixin nə dünənində, nə də bu günündə bütöv bir xalqa deyil, ayrı-ayrı fərdlərə səsləniblər. Baxmayaraq ki, çəkdikləri cəfa xalqın səfası üçündür. Urvatlı qəzet və jurnal abunəsinin təşkilində halal oxucularına ümid bağlayıblar. Hamımızın da bildiyi bir həqiqət də vardır: “zər qədrini zərgər bilər”.

Hesab edirəm, bir məqamı xatırlatmaq tam yerinə düşər: Bir gün dövlət televiziyasının (AZTV) efirində rəhmətlik Heydər Əliyev xalqla görüşü ərəfəsində məmurlardan biri ilə söhbət edir. Heydər Əliyevə bildirilir ki, axşam bütün zəhmətkeşlər Milli Parka televiziya vasitəsilə bayram şənliyinə dəvət olunublar. Heydər Əliyev bu anda məmurun “zəhmətkeşlər” kəlməsini “Vətəndaşlar” ifadəsilə düzəldir və bildirir ki, “Vətəndaşların bəziləri zəhmətkeş deyil”. Həqiqətən də qəzet oxumaq, səhifələrini vərəqləmək zəhmət tələb edir. Mənəvi zəhmət. Bir də var maddi zəhmət. Bu da qəzetə abunə ilə bağlıdır.

Artıq ilin sonlarına doğru addımlayırıq. Qəzetlərə də abunə olmaq zamanıdır. Mənim tanıdığım “Bütöv Azərbaycan” qəzeti təşkil olunduğu zamandan təşəkkül tapdığı, intişar etdiyi məqama qədər öz səhifələrində həmişə tələbə yazılarına yer ayırıblar. Redaksiya heyəti sözümüzün dərcində heç zaman qızırğalanmayıblar. Gərək ki, o günkü yazan əlimizlə, bugünkü ürəyimiz bir ola. Sən yanasan, mən yanam ki, qəzet də yaşaya…

Ona görə də, sevin “Bütöv Azərbaycan”ı. Ona abunə də olun, aludə də!…

Müəllif: Əsgər İsmayılov

Əsgər İsmayılovun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF MUSTAFAZADƏ

Vaqif Mustafazadə – bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi

Vaqif Mustafazadə (Vaqif Əziz oğlu Mustafazadə) 16 mart 1940-ci ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.

1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olmuşdur.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.

Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.

1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

O, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru