Anarın “Söz dünyası”   – Vaqif Yusifli

Anarın “Söz dünyası”  

Anar haqqında yazmaq, əslində, son 60 ilin ədəbi prosesindən, incəsənətimizdən (xüsusilə teatr və kinodan), bir sözlə, milli mədəniyyətimizdən söz açmaq deməkdir. Bu gün 81 yaşlı Anar Azərbaycan ədəbi-mədəni fikrinin öncüllərindən biridir. Bu fikri Anardan, onun şəxsiyyəti və çoxcəhətli yaradıcılığından söz açanların hamısı yekdilliklə təsdiq və etiraf etmişlər, təkcə indi yox, 10 il, 20 il, 30-40 il bundan əvvəl də və mən də bu millətin bir tənqidçisi kimi həmin fikri təsdiq və etiraf edənlərin sırasındayam. Və indi, onun bütün yaradıcı fəaliyyətini izləyəndən sonra fikrimdə yanılmadığımı duyuram. Deyim ki, 20-30 il əvvəl də Anar bir sənətkar ömrünə yetərincə bəs edən əsərlər yazmışdı, keçmiş SSRİ məkanında və türk dünyasında onun sözü və səsi eşidilirdi. 60 yaşından sonra bir çox tanınmış yazıçılar qələmi dincə qoyur, hətta nə yazırlarsa, özlərini təkrardan irəli getmirlər. Anar tək-tük yazıçılardandır ki, “ədəbi qocalıq” məfhumu ona aid deyil. Təsəvvür edin: Anar 76 yaşında Azərbaycan nəsrində ədəbi hadisə sayılacaq “Göz muncuğu” povestini çap etdirib. Bir il öncə Nazim Hikmət haqqında “Kərəm kimi” sənədli romanı “Azərbaycan” jurnalında işıq üzü gördü. Onun kinossenariləri də ikimininci illərdə yazılıb (Axundov və Cavid haqqında), mətbuatda klassik və müasir ədəbiyyatın müxtəlif problemlərinə, şəxsiyyətlərinə həsr etdiyi məqalələrin isə ardı-arası kəsilmir. Amma mən bu yazıda Anarın nə nəsrindən, nə də dramaturgiyasından söz açacağam, bu xüsusda çox yazıblar, qarşımda Anar müəllimin “Söz dünyası” durur.

Bu kitabda Anarın ta qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları toplanıb və bu yazılar təkcə Azərbaycan ədəbiyyatına aid deyil, türk dünyasının görkəmli şəxsiyyətlərinin yaradıcılığına da aiddir.

Yazıları oxuyuram və Anarın bu il fevralın 27-də Yazıçılar Birliyində keçirilən müşavirədə dediyi bir fikri xatırlayıram: “Mən, adətən, “tənqid” terminini qəbul etmirəm. Mənə “təhlil” sözü daha yaxın və doğru görünür. Baxsaq, heç ciddi tənqid də görməyəcəyik. Hansı tənqidçi öz məqaləsində hansısa yazıçını sözün həqiqi mənasında tənqid edir. Sovet dövründə tənqid daha cəsarətli idi. İndi isə tənqid yox, təhlil var”. Əlbəttə, bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da. Doğrudan da, son otuz ildə cəsarətli tənqidi yazılara təsadüf olunmur. Sovet dönəmində tənqid daha cəsarətli idi, hətta bu sətirlərin müəllifi də belə cəsarətli yazılardan bir neçəsini mətbuatda çap etdirmişdi. Amma sonralar tənqiddə cəsarət alovu zəiflədi, Yəni hansı əsəri isə tənqid edən yazılar qeybə çəkildi. Anarın “tənqid yoxdur, təhlil var” fikri də bu mənada özünü doğruldur. Amma bu o demək deyil ki, ədəbi tənqid bir janr kimi (Ustad Məmməd Arifin sözlərini xatırlayaq: “Tənqid də bir yaradıcılıqdır” demişdi) yoxdur, sadəcə, tənqiddə təhlil prinsipi ön plana keçib. Çoxlu komplimentar yazıları nəzərə almasaq, bizim professional tənqidçilərimizin yazıları məhz maraqlı, düşündürücü təhlillərlə diqqəti cəlb edir. Professional tənqidçilər isə barmaqla sayılacaq qədərdir – Elçin, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Vaqif və Cavanşir Yusifli qardaşları, Tehran Əlişanoğlu, Şirindil Alışanlı, Elnarə Akimova, Məti Osmanoğlu, Azər Turan, Rüstəm Kamal, Əsəd Cahangir, Nərgiz Cabbarlı, Lalə Həsənova.

Mətləbdən uzaqlaşmaq istəmirəm. Anar müəllimin bütün yazıları təhlillər üzərində qurulub, amma təbii ki, o özünü qətiyyən tənqidçi adlandırmaz, “yazıçı tənqidi” ifadəsini də qəbul etməz. Bəs bu təhlillərin mexanizmi nədən ibarətdir? Məncə, Anarın “Söz dünyası”nda təhlilin başlıca arqumenti ədəbiyyat tarixçiliyi xəttilə sıx bağlıdır. Anarın “Söz dünyası”nda toplanan bütün yazıları məhz bu məqsədə xidmət edir: klassik və müasir ədəbiyyatımızı, folklor örnəklərimizi, Türk dünyasının ədəbi şəxsiyyətlərini  – onların yaradıcılığını hamının başa düşəcəyi dildə təhlil etmək. Elə yazılar var ki, onları qeydsiz-şərtsiz olaraq, ədəbiyyat tarixinin I cildinə daxil etmək olar. Məsələn, “Əski yazılarımız” və “Dədə Qorqud dünyası”nı. Dədə Qorqud dastanları ilə bağlı onlarla, yüzlərlə elmi yazılar çap olunub, onların heç birinin əməyini yerə vurmaq olmaz. Amma Anarın “Dədə Qorqud dünyası” dastanla bağlı bütün bilgiləri əhatə edir və bu yazıda Anarın bizim epos mədəniyyətimizə necə bələd oduğu üzə çıxır. Anar dastanla bağlı bütün yazılan məqalələrə, söylənilən fikirlərə də istinad edir. Ümumiyyətlə, hansı mövzuya müraciət edirsə, o mövzuya həsr olunan bütün örnəklər Anara yaxşı məlumdur. Təbii ki, bu qədər yazıları oxumaq insandan vaxt tələb edir və Anar üçün vaxt problemi yoxdur demək istərdim.

“Söz dünyası”nda üç yazı üzərində xüsusi dayanmaq istəyirəm: “Şairin hünəri”, “Şairin zəfəri”, “Şairin kədəri” . Və mənim fikrimcə, bu yazılar da eyni missiyaya xidmət edir – ədəbiyyat tariximizin üç nəhəng, dahi şəxsiyyətlərinə həsr olunan bu yazılar Anarın klassik ədəbiyyatı bu günün – müasirliyin gözüylə fəhm etmək və mənalandırmaq istəyindən doğur. Və Anarın bu üç yazısında onun Azərbaycan və ümumiyyətlə, Şərq tarixini mükəmməl bildiyi də üzə çıxır. Anar çox yaxşı bilir ki, ədəbi şəxsiyyətlərin həyatı, yaradıcılığı onların yaşadığı tarixi şəraitlə sıx bağlıdır. Bir-birinə yaxın əsrlərdə yaşamış bu üç şairin hər biri özünəməxsus yaradıcılıq dünyası, dünyanı dərketmə prinsipi, gerçəkliyi inikas üsulları olub. Amma deyək ki, Nəsiminin Füzuli və Xətai yaradıcılığına təsiri daha güclü olub. Füzuli Nəsiminin bir neçə qəzəlinə nəzirə yazıb:

Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar,

Onu görsə səfasından, fələkdə afitab oynar.

Əcəb zati-mütəhhərsən, nəzirin yoxdur, ey dilbər,

Vücudun nuri-bərqindən, niqab oynar.

Fələk əksinə dövr eylər, məgər axirzəman oldu?

Qəfəsdə tutiyü bülbül, çəmənlərdə ğürab oynar.

Nəsimi uş bu ənvarın şüaindən münəvvərdir,

Ki, nabü nərdü, şətrənci olü yel, su, türab oynar.

Bu, Nəsiminin qəzəlidir. Gözəlin təsviri və eyni zamanda gözəllikdən zövq almaq nəşəsi bariz nəzərə çarpır. İndi isə Füzulinin eyni rədifli qəzəlinə müraciət edək:

Səbadan gül üzündə sünbülü-pirpiçü tab oynar,

Sanasan pər açıb gülşəndə bir mişkin qürab oynar.

Rüxün görgəc olur suzi-dəruni dudi-dil hasil,

Ğahar əyyamı sıçrar bərqi-rəxşəndə, səhab oynar.

İrağ olsun yaman gözdən, nə xoş saətdir ol saət

Ki, məşuq ilə aşiq eyləyib nazü itab oynar.

Bu qəmlər kim mənim vardır, bəirin başına qoysan,

Çıxar kafir cəhənnəmdən, gülər əhli-əzab oynar.

Füzuli, rəşkdən titrər dili-pirxunu üşşaqın,

Binaguşunda yarın hər zaman kim ləli-nab oynar.

Füzuli hansı şeirin şeirinə nəzirə yazıbsa, orijinalı ötüb-keçdiyini sübut etmək olar. Əgər Füzulinin Nəsmidən xəbəri olmasaydı, onun qəzəlinə nəzirə yazardımı? Anar yazır: “Füzuli Nəsiminin adını çəkməsə də, bu böyük şairin Füzuliyə təsiri danılmazdır”.

Xətai isə bir çox qəzəllərində məhz Nəsimi ideyalarını təbliğ edib. Amma məsələ təkcə bunda deyil. Bu şairlərin hər biri təkcə Azərbaycan ədəbiyyatına deyil, Şərq ədəbiyyatına da təsir göstəriblər. Anar yazır: “Nəsiminin şöhrəti ta əskidən bəri Vətənin hüdudlarını aşmaqla bərabər, dövrünün, zamanın çərçivələrini də qırıb keçmişdir. XV əsrdə Nəsimini hörmətlə dahi özbək şairi Əlişir Nəvai yad edir. XVIII əsrdə onu ehtiramla türkmən ədəbiyyatının klassiki Məhtimqulu xatırlayır. Nəsiminin poeziyası xaçpərəst Ermənistanda geniş yayılmışdı. Dindarlar – indi də xristian dindarları – Budax Amtesini “Nəsimi şeirlərini oxuyub camaatı qızışdırdığı üçün” yandırmağı fitva vermişdir. XVII əsrdə Ermənistanın başqa bir şairi Xaçatur Diqranakersi şəhər küçələrində gur səslə Nəsimi şeirlərini oxuyurmuş. Onun da aqibəti Nəsiminin aqibəti kimi olmuşdur”. İndi görəsən, bizim torpaqlara göz dikən ermənilərin Nəsiminin bu hünərindən xəbərləri varmı?

Anar Xətaini “Nəsimidən Füzuliyə gedən yolda” mühüm bir keçid hesab edir, xalq şeir formalarına Nəsimidən və Füzulidən artıq dərəcədə aludə olduğunu, qoşmalar, holavarlar, gəraylılar, varsaqlar yaratmaqdan başqa, qəzəllərini də eyni dərəcədə sadə, anlaşıqlı dildə yazdığını, əruzu mümkün qədər azərbaycanlılaşdırdığını qeyd edir. “Çünki Xətai gözünü açandan Azərbaycan dili mühitində – öz xalqının içində böyümüşdü, ana dilinin bütün incəliklərinə bələd olanlarçün yazırdı”. Bu yazıda Xətai ilə bağlı çox mətləblər nəzərə çarpdırılır. Onun milli mənsubiyyətini şübhə altına alanlara. Səfəvi dövlətinin İran dövləti deyil, məhz Azərbaycan dövləti olduğunu sübut edən alimlərin fikirlərinə şərik olur. Amma onu da qeyd edir ki, o dövrün ictimai şüuru hələ Qızılbaşlar dövlətinin milli Azərbaycan dövləti kimi dərk edə bilməzdi. İndi bəzi alimlər, yazarlar Şah İsmayılı və onun Səfəvilər dövlətini həddindən artıq “müasirləşdirirlər”, amma “Şah İsmayıl öz dövrünün oğlu idi, feodal cəmiyyətinin övladı idi. Odur ki, Şərq feodalizminin və İslam dininin bütün ziddiyyətlərini öz varlığında yaşadan bir şəxsiyyət idi. Onun siyasi fəaliyyətində siyasi məkr, dözümsüzlük və amansızlıq məqamları da var”. Amma onun bir insan və şəxsiyyət kimi ədalətli olduğunu, xüsusilə, rəiyyətlə rəftarında mülayim olduğunu, bir çox başqa hökmdarlar kimi harınlıq və fironluq etmədiyini, sənət adamlarına öz sarayında gözəl şərait yaratdığını (Şərq miniatür sənətinin ən parlaq çağlarından biri Səfəvilər dövrü idi) qeyd edən Anar yazının sonunda çox doğru bir qənaətə gəlir ki: “Şah İsmayılın sərkərdə zəfərlərinin tarixi əhəmiyyətini…danmasaq da, zənnimcə, zəfərlərinin bəlkə də, ən vacibi qılıncla deyil, qələmlə qazanılmış zəfərdir”. Elə buradaca klassik ədəbiyyat tədqiqatçılarına bir iradımı bildirmək istəyirəım: çox təəssüf ki, Şah İsmayıl Xətainin “qələmlə qazanılmış zəfərləri” haqqında Nəsimi və Füzuli ilə müqayisədə çox sanballı bir tədqiqatın olmadığını nəzərə çarpdırmaq istəyirəm.

Mən füzulişünas deyiləm, ancaq Füzulini hər gün oxuyur və onun qırmızı cildli kitabı (Əsərlərinin I cildi) həmişə yanımda olur, evdə də, işdə də, hətta yatanda da. Və Füzuliyə, onun yaradıcılığına aid yazılan bütün tədqiqatlardan xəbərim var. Anarın “Şairin kədəri” məqaləsi də o tədqiqatlardan biridir. Məhz tədqiqat əsəri. Çünki bu yazıda Füzuliyə təkcə sevgilər, onun böyük sənəti qarşısında heyrət ifadə olunmur, məhz Füzuli yaradıcılığına müasir füzulişünas mövqeyi ifadə olunur. Anar Füzuli haqqında yazılanları çox diqqətlə oxuyub, amma bütün bu yazılanların heç birini təkrar eləmir, sadəcə, öz “Füzuli versiyasını” irəli sürür. Onun şeir dilindən, obrazlar sistemindən tutmuş, üslub və forma xüsusiyyətlərinə, “düşvarı asan eyləmək” hünərinə, Nizamidən və Nəvaidən fərqli daha lirik, daha faciəvi “Leyli və Məcnun” eşq dastanı yaratdığına qədər – bir sözlə, Füzuli mövzusu bitib-tükənməzdir və Anar bu mövzuların hər birinə obyektiv münasibətini bildirir. Bu yazının çox maraqlı iki nüansını qeyd etmək istəyirəm. Anar Füzulidə təsəvvüf ideyalarının olduğunu danmır, amma “bu gün biz Məcnunluğu sufizm simvolikasının gizli, dolayı, metaforik şifrələriylə açmırıq, insan psixologiyasına, duyğular aləminə bələdliyi ilə tanıyırıq” – deyir. Füzuli sənəti o qədər dərin, hüdudsuzdur ki, sufizm də məhz o dərinliyin içindədir. Anar “Bəzən Leyli və Məcnunu Şərqin Romeo və Cülyettası adlandırırlar” fikrinin yanlış olduğunu söyləyir və bununla bağlı çox geniş izahata da ehtiyac duymur.Vaxtilə böyük tənqidçimiz Məmməd Cəfər “Füzuli yaşayır” məqaləsində yazırdı ki: “Füzulini sevin, ancaq unutmayın ki, təkcə sevmək, sevib yüngülləşmək azdır. Böyük şairi başa düşməyə çalışın. Onu təkcə bir qəzəl ustadı, nəzm ustadı kimi deyil, bir filosof, mütəfəkkir kimi başa düşməyə, dərk etməyə çalışın”. Anar ustad tənqidçinin həmin fikrini tam mənası ilə həqiqətə çevirir, Fuzuliyə sevgisini bizə də aşılayır.

Mən Anarın “Söz dünyası”nda “Üç Leyli, üç Məcnun”, “Koroğlu-Goroğlu”, “Nəşədən ələmə”, “Əhməd Yasəviylə bağlı düşüncələr”, “Çağdaşımız Mövlana”, “Türkçülüyün banisi”, “Türkün sözü” yazılarından da çox şey öyrəndim. Amma daha çox bəyəndiyim üç yazı üzərində dayandım.

Amma Anarın söz dünyası bircə bu kitabdakı yazılarla məhdudlaşmır. Anar müasir ədəbiyyatımızın müxtəlif problemləri ilə bağlı xeyli sayda yazıların da müəllifidir. Ədəbiyyatda elə bir istedadlı şair və nasir yoxdur ki, onların yaradıcılığı Anarın fikir sücgəcindən keçməsin. Xatırlayıram onun 1984-cü ildə “Azərbaycan” jurnalında çap etdirdiyi “Nəsrin fəzası” məqaləsini – bu yazı “altmışıncılar”a həsr olunmuş ilk və sanballı bir yazı idi. Xatırlayıram onun Vaqif Səmədoğlu, Yusif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən və digər şair və nasirlərin yaradıcılığı ilə bağlı portret yazılarını. Bu yazıları oxuyandan sonra fikirləşirsən ki, daha Anardan sonra nə yazmaq olar? Amma bir dəfə Anar müəllim mənə dedi ki, Vaqif Səmədoğlu haqqında yaxşı bir yazı yazmısan. Sevindim. Ona görə sevindim ki, Anarın V.Səmədoğlu haqqında yazısı mənim yazımdan xeyli əvvəl yazılmışdı.

Yazımı bitirirəm və Anarı doğum günü* münasibətilə təbrik edirəm…

Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.2-3.

*redaktə edilib.

MÜƏLLİF: VAQİF YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QƏRBİN BAĞRINDA ŞƏRQ ÇİÇƏYİ

QƏRBİN BAĞRINDA ŞƏRQ ÇİÇƏYİ

ƏLLİ SƏKKİZİNCİ YAZI

(Caroline Laurent Turunc haqqında)

Salam olsun, çox dəyərli oxucum! Bizi buluşduran Böyük Allaha həmd olsun! Artıq bu sətirləri oxuduğunuza görə həmsöhbət sayılırıq. Mən heç vaxt razı olmaram ki, sözə dəyər verən  şəxs dünyada ən dəyərli, vacib və hal-hazırkı dönəmdə qıt bir nemət olan vaxtını boşa xərcləsin. Hələ-hələ bu şəxs mənim həmsöhbətim ola. Söhbəti uzatmadan birbaşa mətləbə keçmək istəyirəm. Bu dəfə haqqında söhbət açacağım şəxs sözün əsl mənasında dünya miqyasında tanınmış qələm adamıdır. Onu həm şair, həm də nasir kimi təqdim etmək olar. Rus yazıçısı Tatyana Terebinova (Татьяна Теребинова) “Разбудить ауру вселенной”  adlandırdığı essesində Karalina xanım haqqında belə yazır: “Caroline Laurent Turunc – одна из самых загадочных поэтов современности. Вещество её поэзии уникально и является ценностью. Строки завораживают неожиданностью, парадоксальномтью, красотой.
Строки, словно облака, возникают, клубясь переменчивыми чувствами в переливах богатых оттенков. Их отличает глубокая пульсация взволнованного сердца. В её поэтических мирах время и пространство меняются местами, открывая космос её Души!
Поэт Caroline Laurent Turunc по своему волшебству извлекает из калейдоскопа Вселенной клубящиеся новые образы, загадки и пророчества представления своей души. Сотворяя свою поэзию, она, жеминутно и ежечасно, вовлекает себя в борьбу за светлые силы; любуется и восхищается таинственным миром. Отстаивая свои взгляды, Caroline восхищает смелостью, твёрдостью и последователностью, утверждая хрупкий мир светлых идей, требующий её надёжности и защиты от тёмного мира.

Mən Karalina haqqında öz fikirlərimə keçməzdən əvvəl  rus yazıçısı Tatyana xanımın onun haqqında olan essesindən orijinal variantda sitat gətirməyim səbəbsiz deyil. Fransanın paytaxtı Parisdə yaşayıb-yaradan türk kökənli Karalina şeirləri ilə dünyanın dörd bir yanında məşhurdur. Demək olar ki, bütün qitələrdə müxtəlif sülh konfranslarında (Bakıda da olub), şeir festivallarında iştirak edib (edir).

 Onu  yazdıqlarına görə Amerikada, Hindistanda, Banqladeşdə, Pakistanda, Çində, Rusiyada, Ukraynada və dünyanın digər ölkələrində  yaxşı tanıyırlar. Yazımın başlıca məqsədi Qərbin bağrında bitən bu Şərq çiçəyini Azərbaycan oxucusuna da yaxından tanıtmaqdan,  təqdim etməkdən ibarətdir:

QISA ARAYIŞ

Karalina Laurent Turunç Türkiyə Cümhuriyyətinin Antakya rayonundan olan doqquz uşaqlı bir ailənin qızıdır. Sosyalogiya fakültəsindən məzun olmuşdur, 2013-cü ildən bəri 1500-dən çox şeir yazmışdır, xarici ölkələrdən çox sayda sertifikatlar almışdır, qırxa yaxın yerli və xarici antologiyalarda yazıları çap olunmuşdur. Hal-hazırda da bir çox beynəlxalq jurnallarda və internet saytlarında şeirləri yayımlanır.
“Şarkla Şamal arası” ve “Çöl Zambağı” adlı iki şeir kolleksiyası yayımlandı.
Rumıniyada təşkil olunmuş “Dünya Ədəbiyyatı Yarışması”nda müxtəlif ölkələrdən olan 2575 şair iştirakçı arasında ikinci yerə layiq görülmüşdür.
Çin Respublikasının Yan qəsəbəsində təşkil olunmuş “Səkkizinci Bahar Şeir Festivalı”nda mükafat alaraq Çinin Şimal-qərb Universitetinin İpək Yolu Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dünya Şair Ədəbiyyat Muzeyi”nə seçilmişdir.
Bunlardan başqa beynəlxalq “Kainat Şeir Mükafatı 2021” yayınının münsiflər heyətində idi.
“Başkent Haber Ankara” ( Paytaxt Xəbər -Ankara) qəzetində köşə yazıları dərc olunur.
“Özgür İfade İstanbul” ( Azad Söz İstanbul) qəzetində köşə yazarlığı ilə də məşğuldur .
Sülh Elçisi Beynəlxalq Universitet Diplomatik Xidmətdən Azad Vətəndaş Dərnəyi və Fransa, Tunusda Beynəlxalq Mədəniyyət Salonları Dərnəyində Yaradıcı Görüşlər Elçisidir.
“Writers Capital İnternational Foundation”da (“Beynəlxalq paytaxt yazarları Fondu”nda) təşkilat komitəsinin üzvüdür.
Türkiyə Cümhuriyyəti nəzdində fəaliyyət göstərən bir xeyriyyə dərnəyi olan U.T.E.F.-nin Paris təmsilçisidir.

“Ziyadar” mükafatı laureatı  olan Karalina Laurent Turunç 2022-ci ilin yekunlarına görə  “İlin yazarı” diplomu ilə təltif olunmuşdur.

Haqqında Tuncay Şəhrilinin tərtib etdiyi “Caroline Laurent Bakıda” (izonəşr) Bakı – 2022, kitabı nəşr olunmuşdir.

Coğrafyası ne olursa olsun her canlı daha özgür bir yaşamı hak eder. Dünyamızın insanlarına uygulanan baskı ve zulümle yaşamaya mahkûm edilmek artık dayanılmaz hale geldi. “Yeter artık!” diye bağırmak istiyorum. Zulüm haddini aştı.” –  deyən  Karalina Laurent Turunçun haqq səsi   “Zalim padişah!”  şeirində daha ucadan duyulur:

Ey gizemli tılsım, ruhumu taşlara vurayım.
B
ütün beyaz Sayfaları hayat hikayeleriyle doldurayım.
İmla ve dil ustalarını yeterince susturdunuz
Masallarla uyutulmu
ş bu millete acıyın!

Karalini ilk dəfə nə vaxt, harada  və ya hansı şeiri ilə tanıdığımı burada dəqiq qeyd edə bilmirəm. Çünki, onunla yazdıqları vasıtəsilə ilk qiyabi tanışlığımız zamanı heç bir yadlıq, özgəlik hiss etməmişdim. Tam səmimi olaraq qeyd etmək istəyirəm ki, bu ilk görüşün  hansı dildə olduğunu da xatırlamıram.  Ruhlar min illərin dostu, yol yoldaşı olduqdan sonra bütün bunların heç bir önəmi olmur. Tək bircə məsələni qeyd etmək istəyirəm. Birinci  şeiri ilə tanış olan zaman gözümün önündə vizual olaraq (onda bəlkə hələ heç müəllifin fotosunu da görməmişdim…) “Çöl Aslanı” filmindəki Ömər Muxtarın surəti canlanmışdı… Tanış olduğum ilk  şeirin məndə oyatdığı marağın gücü ilə internetdəki müxtəlif axtarış sistemləri üzərindən müəllifi araşdırmağa başladım. Məlum oldu ki, şairin iki şeir kitabı işıq üzü görüb və bu kitablar bildiyimiz bütün beynəlxalq kitab satış portallarında var. İnternet üzərindən müəllifin hər iki kitabını sifariş etdim və cəmi on gün ərzində ümumilikdə 14 manat xərc müqabilində əlimə çatdı. Kitabların biri “Çöl zambağı”, digəri isə “Şarkla Şamal arası” adlanır…

Həmişə haqqın yanında olan Karalin Zəfər yoluna çıxdığımız 2020-ci ildə bütün yol boyu bizimlə birgə addımladı. Haqqın tərəfində oldu. Həmin il 44 günlük yol yoldaşlığı zamanı Karalinanın timsalında mən özüm üçün bir yəqinlik hasil etdim əgər tərəflərdən birinin yanında deyilsənsə, bu tərəfsizlik deyil, ikiüzlülük anlamına gəlir. Karalina bir Türkiyə sevdalısı olduğu qədər Azərbaycanı da sevir… Bəlkə daha artıq.

Sonra iş elə gətirdi ki, 2022-ci ildə Bakıda bir sülh konfransında görüşdük. Konfrans müddəti qiyabi olaraq yazılarına görə tanıdığım Karalinanı bir də şəxsən müxtəlif vəziyyətlərdə əyani olaraq tanıdım. Zənnim məni yanıltmamışdı. Karalina (Caraline Laurent Turunc) tam olaraq bizim “aslanın erkəyi dişisi olmaz” misalına uyğun bir çöl aslanı idi. Onun həyatında təsadüfə, yaradıcılığında nəyinsə xatirinə deyilmiş sözə yer yoxdur! Karilina məqsədinə doğru inamla addımlayan cəsur yolçu,zülmətin bağrını yararaq ətrafını aydınladan gur işıqdır. Kitablarına verdiyi “Şarkla Şamal arası” və “Çöl Zambağı” kimi adlar müəllifi yaxından tanıdıqdan sonra gözlər önünə daha aydın mənzərə sərir. Öz çölünün aslanı olan Karalina qürbət eldə Yurdunu təmsil edən zərif, ötkəm bir çiçəkdir. Mən onu bütün xarakter və xüsusiyyətlərini bir cümlədə məhz belə ifadə edərdim: – “Qərbin bağrında Şərq çiçəyi”. Bəli, o Qərbin bağrında bitən “Çöl zambağı”, “Şarkla Şamal arası”nda qərar tutmuş Anadolulu tərs lalədir…

Hal-hazırda Fransa Respublikasının paytaxtı Paris şəhərində yaşayan və yekunlaşdırmaq üzrə olduğu bir romanını qələmə almaqla məşğul olan yazarımıza işlərində və yaradıcılığında uğurlar arzulayır və “Şarkla Şamal arası” və “Çöl Zambağı” kitablarından seçdiyim şeirləri təqdim edirəm:

BİLMİRSƏNMİ?!

Tanımırsanmı məni?!
Kimsəyə boyun əymərəm…
Boz buludlar
Səmada var-gəl edərkən
Axşamın xəfif küləyi əsərkən
Hələ zülmət gəmiyə minməmişkən
Bilirdim ki, yer üzü məzarlıq,
Ömrümün naxışları işgəncədir…

Sən öküzləri əhilləşdir
Kasıblar üçün beynini yorma…
Ağla indi, ürəyin boşalana qədər,
Doyunca ağla…
Halına yanmadığım
Şərq və Cənub üçün ağla
Parçalanmış duygular, ödənməmiş borclar və
Yerinə yetirilməmiş vədlər üçün ağla…
Göy üzünə boylan,
Bax, düz buraya,
Sabahın quşları qanad çırpır səmada
Torpaq nə gözəl tumurcuqlar verib
Sən və sevgin qəlbinin qapısına möhür vurarkən
Körpələr analarının döşlərindən zorla alınırdı.
Kaş görmüş olaydım,
Kaşki , qarışmayaydım demə əbəs yerə…
Daha heçnə söyləmə
İnamım qalmayıb sənə…
Amma ki, mən hər xəfif küləyə
Nəvazişlə sığal çəkdim
Bir əsrdən neçə eşq keçdiyini saymadan…
Əsrlərin zaman dilimini
Bütün planetləri yola salana kimi
Körpə bahar gələnə kimi
Sirr saxlayıram…
Sabahların birində
Gələcəklər uşaqlar…
Kim bilir, bəlkə də
Pəncərəmdən boylanıb
Sənə baxaram…
Göy üzü salam göndərəndə
Əllərimi yelləyərəm…

Və o zaman dərin bir
Ah çəkəcəksən
Kaşki heç yaranmasaydım deyə
Sahildəki xəyalları,
Küləyin səmadan yerə ələdiyi ulduzları
Aşağı -yuxarı boylanıb
Bir, iki, üç deyə
Saymağa başın qarışacaq…
Yeri- göyü yaradan Tanrının qarşısında
Kim ola bilərik ki, biz
Xırdaca varlıqlarıq,
Bir az cılız, bir az aciz…

“Çöl Zambağı” kitabından səh. 25-26.

EY TANRISI ÜMİD

Şah damarımda qanım donar
Çirkaba batmış
Yer üzünü və
İndiyə qədər yaşanmış
Qarşılıqsız sevgiləri gördükcə
Mən neçənci yuxudayam
Hansı əsrin asdanasındayam
Deyirəm…

Sanki şərqin vadilərində
Qeyb olmuşdu ürəyim
Səsim qaranlığa qərq olub
Mənə doğru axır…
Yadlaşmış gözlərimdə
Kipriklərimə toxunuram
Amma çox çarəsizəm
Ayaqlarım var-gəl etməkdən
Sürgün yollarındaymış kimi
Yorğun düşüb…
Aman, Tanrım, bu necə yuxudur?

Kaşki heç görməyəydim
Gerçək olmayan gözəlliklərin xəyalını
Qanadları qırılan xəyallarım
Sahildə oturub
Nəfəsini dərdi…
Amma ki, mən əllərimi
uzadıb
Günəşə toxunacaqdım…
Sevgilimin könlünü
Ovundurmaq üçün
Mahnılar oxuyacaqdım…
Elə kədərliyəm ki,
Kaşki ulduzlara qonşu olaydım
Qızıl dövrü, ədalət və
Bərabərliyi ordan görəydim
Kimin üçündür bu ixtiralar
Kimin üçündür bu göyqurşağı…

Ey Tanrısı ümid və qardaşları
Bataqlığın qaranlığında
Çürümüş göylər
Çöhrələrdən süzülən işıq
Qanlı irinin girdabında öləziyib…
Ey yağışı müqəddəs göllərə tökülən bulud
Kaşki yumruğumu açıb
Yağış damlaları ovcuma yığa biləydim…

Mənə icazə ver, ey kübar dünyam
Uşaqlarım var,
Onlar mədrəsəyə gedəcəklər…
Analarının döyülərək
Qətlə yetirildiyini
söyləyə bilmərəm
Günah məndədir ki,
Göy üzünə çox inandım…
Toxumuna torpaq oldum
Bir gün geri dönəcək sandım…
Mən hardan biləydim göylərin
Hər tökülən qandan
Bir damla içdiyini…
Çiçəklərin göz yaşıyla cücərdiyini…

“Çöl Zambağı” kitabından səh. 22-23.

CAHİL və ƏDƏBSİZ

Torpağa göz yaşlarıyla
Kəlmələr yazmışdılar…
Ruhları cahil və ədəbsiz idi.
Çaya ümid bağlayanları
Məhkum etmişdilər.
Çürümüş dəriləri
Ağappaq olmuşdu
Minlərlə varlığın
Qopardığı tufan içində…

Yeddi qat yerin altında
Dünyanın dərdini
Daşıyan torpaq
Qayğılardan təngə gəlib
Göz yaşları içində
Yorğun düşmüşdü
Ölüm əslində
Diriliş günüdür,
Sabahın yuxusudur…

Güc və gücün üfüqləri
Bitib- tükənmək bilməyən
Xəzinələr…
Qövmü böyüdüb bəsləyənlər
Bəzəmişdir sabahla axşamı…
Bütlərə inanlar, and içənlər
Başqa günəşlər vəd edərlər…
Göyləri yüksəkliyə
Ucaldan Tanrı
Qoy yoxa çıxmış gecəni
Çiyinlərimə şələləyim…
Mənim dörd mövsüm
Ağlımın sahibim,
İhsanı və Fazili
Bir-bir var etmişlər,
İnsanın ağlı ilə dərk etməsi
Gözlə görməsindən yaxşıdır…

Ey yaradılışın mayasını
Həqiqətlə yoğuran
Bu hürən itlərə agah elə
Ölüm səbəbiniCansız bədənlər
Qum yığınının arasında
Şimaldan cənuba sovrular
Qılıncınla haqqı ucalt
Nə zaman müharibə etsən.
O zaman qələbə çalarsan
Tanrının dini üstün gələr…
Torpaq üzərində mənim də
Məndən başqasının da
Qarışqa qədər haqqı var…

Şarkla Şamal arası” kitabından səh. 114.

Dəyərli oxucum, əlbəttə, həcmindən asılı olmayaraq istənilən bir yazıda bütün məsələlərə toxunub, şeirlərin hamısı haqqında fikir bildirmək mümkün deyil. Ancaq mən çalışdım ki, Azərbaycan oxucusunda Karalina xanım və onun kitabları haqqında ilkin bir fikir formalaşdıracaq yığcam yazı hazırlayım və bu yazımda heç olmasa hər kitabdan bir-iki nümunəni olduğu kimi təqdim edim. Ümidvaram ki, müəyyən mənada məqsədimə nail olmuşam. Bu yazını hazırlayan zaman dəyərli tövsiyələri ilə yardımçı olduğuna görə müasir dünya ədəbiyyatı üzrə ədəbiyyat tənqidçisi gənc filoloq Günnür Ağayevaya və şeirləri ana dilimizə çevirib, uyğunlaşdıran hal-hazırda Türkiyədə təhsilini davam etdirən gənc yazar Turan Novruzluya, dünyada ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə sizə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olun. Allah amanında. Allah sizi qorusun!

Müəllif: Zaur USTAC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə: Su üzərində bahar

Rəfail Tağızadə: Su üzərində bahar PDF:


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC BİR ŞEİR

Zaur USTAC – Mustafayev Zaur Mustafa oğlu – 1975.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İlham Əziz – Biri var idi, Məmmədbağır

Biri var idi, Məmmədbağır

(hekayə)

Novruzdan günlər keçmişdi, kəndə yaz gəlmişdi, torpaq təzələnmişdi, su təzələnmişdi, göy təzələnmişdi… Günəş təzə gəlin kimi bulud arxasından gülümsəyib yaşmaqlanmışdı. Ağaclar, otlar, çiçəklər göyün bulud pəncərəsindən gülümsəyən gözəlim günəşi görcək, canlarına isti yayılmışdı, hamısı o pəncərəyə boylanmışdı, baxmışdı. Qızlar gəlinlər çiçək açmışdı, güllü geyinmişdi, al geyinmişdi. Nişanlı qızlara bayramcalığı gəlmişdi, hamısı sevinmişdi.

Bu vaxtlar Kürqırağı meşələrinin ayrı ləzzəti olur, yemlik ətri, cincilim ətrinə qarışır, göbələklər belindən torpağı töküb üzə çıxır, ağaclar zahı qadınlar kimi utana-utana tumurcuqlarından yarpaq doğur. Hər il bu vaxtlar kəndə gəlirəm, meşəyə gedirəm, Kürə gedirəm. Kürün suyunda əl-üzümü yuyuram, su üzümə dəyir, ruhumu yuyur, məni xoşbəxt edir. Yuxarıda bayramcalığı gəlmiş nişanlı qızların gülüşləri havaya fişəng kimi açılır, göyə qalxır, çiliklənir, axşama qədər yol gedir, gecələr ulduzlara dönür, ulduz taleyimiz olur, sayrışır.

Kürə axıtdığı səmənilər, çayın sünbül saçına dönür, sərin mehdə körpə teli kimi əsir. Ayaqlarımı Kürə sallayıram, suyun nanə sərinliyi içmə, ruhuma yayılır, mən də bu suya qarışıb dünyanı gəzirəm, olduğum-olmadığım yerlərə gedirəm, sahillərə çıxıram, düzlərə yayılıram, çiçəklərin, ağacların canına hopuram, sonra budanmış ağacların gözündən yaş kimi torpağa düşüb yenidən ümmanlara qarışıram.

Kürdə su yaddaşım qaynayır, xatirələrim axır. Kürə düşüb bir zamanlar sahilində yaşadığım Aqidel çayına, Çıqanskaya Polyana kəndinə gedirəm, orda keçirdiyim günlərimə gedirəm, orda yuxudan ayılıram, orda nə baş verir xəyalımda canlandırıram. Mən o kənddən ayrıla bilmirəm. Ömrümün xəyali hissəsi orda keçir, orda yaşlanıram və mənə elə gəlir ki, ölümü də orda duyacam, orda dadacam. Adamın keçmişində elə hadisələr, vaxtlar var ki, havasıyla, ətriylə yaddaşında daşlaşır, ora qayıda bilsən, o vaxtlar yenidən canlanar, hərəkətə gələr, o günləri, o çağları yenidən yaşaya bilər. Mən orda sarı-sarı qapılar, bu sarı qapıların arxasında, yaşıl əkinlər, bu əkinlərdən o yana rəngli-rəngli taxta evlər və bu evlərdə sarı-sarı gözəllər gördüm. Bu sarı-sarı qapıların arxasında sarı-sarı sevdalar duydum, eşitdim…

Çıqansakaya Polyana uşaq yaylığı kimi Ufa şəhərinin başına dolanan Aqidel çayının sahilindədir. Yamyaşıl bir kənd! Bu kəndin sarı gözəlləri yaşıllıqlar içindən göyə dikilən günəbaxanlar kimi hər yerə xoşbəxtlik saçır. Sizə danışacağım əhvalat da bu yarıqaraçı, yarıtatar kənddə baş verib. Mən ora Piterdən uçdum. Günün günorta çağı yer dəyişdi, göy dəyişmədi, saat dəyişmədi. Piterdən uçduğum saatda Ufada oldum. Bu iki saatlıq qurşaq fərqi Ufada qaldığım günlərimi daim müşayiət etdi. Hava limanından şəhərə gedən yolda ucsuz-bucaqsız yaşıllıqlar, uzaqdan adama gəl-gəl deyən Ural dağları sinəmi genişləndirir, uşaq kimi sevinirdim. Bu yerlərin havası bir başqadı, havasında dad var, ətir var və bu dadı, bu ətri bir də heç yerdə duymadım, dadmadım.

Bazara getməli idim. Orda məni gözləyirdilər. Bazarın giriş qapısında qara kostyumlu, ağ köynəkli nazik bığlı – bizimkilərə oxşayan bir kişi durmuşdu. Yaxınlaşıb azərbaycanlıları soruşdum, Şəki ləhcəsində laqeyd-laqeyd dedi:

– Gir içəri, hardan dolma iyi gəlsə, bil ki, ordadılar.

Xülasə bizimkiləri tapmaq çətin olmadı. Dostumu soruşdum, yarı təəccüblü, yarı qorxulu baxışlarla ünvanı göstərdilər. Ünvanı alıb Çıqanska üz tutdum. Yolda hiss etdim ki, gəldiyim yolları geri qayıdıram. Çatan kimi ilk diqqətimi çəkən girəcəyim həyətin qapısı oldu – bu qapıdan başqa bütün qapılar sarı idi. Sonralar bildim ki, bu qara qapı arxasında baş verənlərə görə bütün sarılardan fərqlidir. Bu qara qapı kəndin rəngli qapılarının ürəyinə xal kimi düşmüşdü.

Qara qapıdan içəri keçdim. Ətrafa göz gəzdirdim, heç kim yox idi. Birdən qəhəldə donuzların vurnuxduğunu hiss etdim. Diqqətlə baxanda donuzların arasında uşaq kimi iməkləyən adam görüb duruxdum. Demə, axşam qumarda üzüyünü udub donuzlara atıblarmış. Qumar oynayanda həmişə üzüyünü qoyurmuş. Üzük hərlənib-fırlanıb yenə özünə qayıdır, rəqiblərini əsəbiləşdirirmiş. Axırda kimsə üzüyü udan kimi donuzlara atıb ki, axmaq heyvanlar yesin, hamının canı bu sarı ilandan qurtarsın. Amma olmadı, səhəri gün üzük yenə qumar masasındaydı.

Məni ilk qarşılayan Elşən oldu. Xoş-beşdən sonra Elşən harasa çıxdı. Mən də birinci mərtəbədə divanda oturub dincimi alırdım ki, üz-üzə yemək yeyən iki nəfərin söhbətinə qulaq şahidi oldum. Şirin-şirin zarafatlaşırdılar. Yaşlısı soruşdu:

– Rəhim, Bakının adını hardan götürüblər?

Cavan oğlan elə bil, illərlə bu sualı gözləyib. Köynəyinin qoluyla burnunu silə-silə əminliklə cavab verdi:

– Əhməd Bakıxanovun adından!

Elə bunlara matdım-matdım baxırdım ki, içəri qıvrımsaç, iri cüssəli, əsəbi bir adam girdi. Narahat oldum. Çünki bura azərbaycanlıların “obşaq” evi idi. Elşən əvvəlcədən azdan-çoxdan danışmışdı. Hərəkətlərimə fikir verməli idim. Özümü bir az da yığışdırdım. Adam stulu çevirib üzü mənə oturdu. Bir az məni nəzərdən keçirdi. Dedim, yəqin nəsə səhv eləmişəm, səhv yerdə oturmuşam. Gözləri gözlərimdə cəld əlini yandakı masaya atıb tabağı götürdü. Dəmir tabağı dəf kimi döyə-döyə başladı, nə başladı:

“Qara tellər, Qara tellər…”

Aşpaz imiş.

Dedim, başlandı…

Bu an Elşən içəri girib iti məsciddən qovan kimi üçünü də qovdu. Axşama hazırlıq başladı, stollar düzüldü, həyətdə donuzun bağrına xəncər saplandı, manqala od salındı, hərə bir işin qulpundan yapışdı. Bir azdan bu həyətin, bu evin, bu düzənin yiyəsi gəldi, yanında da idmançı uşaqlar… Oturdular, dedilər, güldülər, birdən üz-gözləri tutuldu, qaraldılar, qara buluda döndülər, çeçenlərdən danışdılar, oğrulardan danışdılar, doğrulardan danışdılar. Yeməklər düzüldü, hamı süfrə ətrafına cəm oldu. Elə yeməyə başlayacaqdılar ki, bu evin, bu düzənin yiyəsi Əli dilləndi:

– Ay uşaqlar, Məmmədbağır hardadır? Neyləyir?

Qəhəldə üzük axtaran dilləndi:

– Bu gün bazardaydı. Deyirlər, çox içir, “bomj” olub.

Əli tutuldu, əlin süfrədən çəkdi, papiros yandırdı. Ortalığa tüstü sakitliyi çökdü, hamı gözünü Əliyə dikdi:

– Gedin, tapın, gətirin!

Söz qəfil güllə kimi açıldı, hədəfə dəydi, üç adam birdən durdu, maşına minib getdilər, bir saat çəkməmiş qayıtdılar. Yanlarında bazarın qapısında gördüyüm həmin adam; qara kostyumlu, ağ köynəkli, nazik bığlı… Amma kostyumu, köynəyi əzilmiş, üz-gözü şişmiş, tüklü… Elə bil, bayaq gördüyüm adam deyil. İçəri girər-girməz tanıdım. Əli məzəmmətlə salam verdi Məmmədbağıra:

– Məmmədbağır, bu nə gün-güzərandı?

– Gün həmən gündü, güzəran yoxdu!


Əli gözünün ucuyla masanın aşağılarında stul göstərdi, Məmmədbağırı ora oturtdular, yemək verdilər, araq vermədilər. Məmmədbağır qurdalandı, qurdalandı, yemək boğazından keçmədi, zəhərə döndü.

Məmmədbağır şəkili idi. AZİ-ni qurtarandan sonra təyinatla Ufaya işləməyə gəlib. Çox keçməyib, tatar qızına aşiq olub, ailə qurub. Bir qızı da var. Həyatdı da, alınmayıb, boşanıblar. Amma vətəndə də bir uzunsaçlının əllərin qoynunda qoyub, yuxuların ərşə çəkib. O yuxular Məmmədbağırın yaxasını buraxmayıb, izləyib, gün verib, işıq verməyib. Bütün qohum-qardaşı üz döndərib ondan, sonda ən ağır cəzaya məhkum ediblər: unudublar Məmmədbağırı! Ağlamayıb Məmmədbağır, elə hey gülüb, belə qisas alıb taleyindən, belə zülm edib özünə.

O gün, bu gün qurşanıb içkiyə. İndi burda ona araq süzülməyəndə, bu süfrədə də unudulanda əli əsmirdi, üzü əsirdi. Sanasan, üzünə meh əsir – ölüm mehi! O gündən Məmmədbağır bizimlə bir yerdə – bu evdə, bu qan çanağında yaşadı.

Bu evdə nələr gördüm, nələr…

Döyülən, söyülən, boynuna pul qoyulan, oğrular, doğrular…

Məmmədbağır bu evdə bircə yır-yığışa baxan orta yaşlı Mariyadan başqa heç kimlə dil tapa bilmirdi. Altdan-altdan Mariyanı süzməyi vardı, gəl-görəsən. Mariya da nə Mariya? Ağappaq maya. Fikri-zikri qalırdı Mariyada, uşaqlar da bir-birinə him edib, məzələnir, yeri gəldi gəlmədi zarafatlaşır, kişinin canını boğazına yığırdılar. Məmmədbağırsa imkan tapan kimi gülürdü.

Əli günün birində, əhvalının yaxşı vaxtında hamını yığıb, Məmmədbağırla Mariyanı evləndirmək istədiyini söylədi. Güldülər, amma tez də razılaşdılar. Əmr böyük yerdən idi. Mariya da razılaşdı. Toyun vaxtını, vədəsini danışdıq. Hərə bir şey söz verdi. Əli Mariyaya pul-para verib göndərdi ki, ev-eşiyini sahmana salsın. Necə olmasa, adımızdı, gəlingətirdiyə gedəcəyik, ev abırlı olsun.

Toy günü yetişdi, maşınlar bəzəndi, şəhərdən gətirdiyimiz çalğıçıları da götürüb gəlingətirdiyə getdik. Mariyanın qapısında bizim adətimizlə çal-çağır, oynamaq… Kənd-kəsək tamaşaya durmuşdu, qoşulub bizlə oynayanlar da oldu. Rafo da gündə qumarda uduzub əldən-ələ keçən üzüyünü barmağından çıxarıb Məmmədbağırın barmağına saldı. Gəlin maşınını siqnallaya-siqnallaya qapıya gəldik, çaldıq-oynadıq, yedik-içdik, axşam da bəylə gəlini yola saldıq evlərinə.

İki gün keçmədi Mariya ağlaya-ağlaya gəldi ki, Məmmədbağır yoxdu. Sən demə, toyun səhəri cibinə qoyduğumuz şabaşları da götürüb aradan çıxıb. Əli uşaqları göndərdi ki, tapıb gətirsinlər. Köhnə uşaqlardan biri dedi, içəndə aeroporta gedir, oralarda sülənir. Soruşanda da deyir, bura Şəkiyə ən yaxın yerdi…

Məmmədbağırı tapıb gətirdilər. Əli cin atına mindi, nə mindi! Söyüb-sulayandan sonra dedi, çəkin bunu çarmıxa! Uşaqlar bu sözə bənd imiş. Məmmədbağırı həyətdəki rus hamamının qabağında həzrəti İsa kimi mismarladılar taxtaya, amma şalvarından pencəyindən…

Əli hamıya tapşırdı, vedrələrə pomidor yığıb Məmmədbağıra atsınlar. Uşaqlar həyasız-həyasız, irişə-irişə pomidor yığıb gətirdilər. Başladılar var güclərilə Məmmədbağıra pomidor atmağa. O da dayanmadan söyür, gah gülür, gah da tüpürürdü. Mən də bir iki pomidor alıb Məmmədbağıra tolazlamaq istəyirdim ki, göz-gözə gəldik. Birdən susdu, söymədi. Anidən üzünə biçilmiş zəmilərin kədəri çökdü, gözlərindən gözlərimə mağara soyuğu əsdi, yayın ortasında üşüdüm, göyə baxdım, günəş səndələdi, şüaları topuq çaldı. Hardansa kilsə zəngi gəldi, qadın xoru başladı… Hamının əli-qolu sustaldı , gülüşlər kəsildi, pomidorlar əlimdə günahlarım oldu, od tutdu hər yerimi qarsıdı, buz üstündə yanan ocağa döndüm.

Birdən hamı dağıldı, yoxa çıxdı. Məmmədbağırın paltarına vurulmuş mismarları çıxara-çıxara üzürxahlıq etmək, hamının əvəzinə yalvarıb-yaxarmaq istədim, amma edə bilmədim. Ağzımda dilim şişmişdi! Üzündə xəzrinin əldən saldığı dəniz yorğunluğu görünür, sinəsi canı boğaza yığılmış Xəzər kimi qabarıb-çəkilirdi…

O gündən Məmmədbağır bizimlə qaldı, heç yerə getmədi, içkini atdı, dumanlandı, dumana düşdü. Zaman da, məkan da Məmmədbağırın əleyhinə işləyirdi, elə bil Allah da qəsdinə durmuşdu. Bir iynə boyda ümid yeri Əli idi, o da təzəlikcə qəzada ölmüşdü. Bu yer, yurd başsız qalmışdı. Onu bu dünyaya bağlayan son sim də qırılmışdı, çırağı sönmüşdü. İmkan tapan kimi təkliyə çəkilir, öz-özünə nəsə pıçıldayırdı.

Arada Məmmədbağırdan tay-tuşlarını, iş yoldaşlarını soruşurdum. Heç kimlə “salam-sağ ol”u qalmamışdı. Təklənmişdi Məmmədbağır, tək qalmışdı. Mən uşaqlıqdan eşitdiyim qəribliyin özü idi Məmmədbağır. Dünyanın ən qərib adamıydı, elə kövrəlmişdi, sanardın bir sözdən çilik-çilik olacaq, səpiləcək aləmi-zərrə…

Günlər keçir, bu səsli-küylü evdə bir Məmmədbağır səssiz gülür, səssiz yaşayırdı. Onun bu evdə varlığı-yoxluğu bilinmirdi, xəyali adama çevrilmişdi, hərənin bu evdə öz Məmmədbağırı vardı. Birinin yazığı gəlirdi, birinin zəhləsi gedirdi.

Günlər keçdikcə bu evin içində də unudulurdu Məmmədbağır. Amma bir gün qara-qışın qar vaxtı, şəhərdə sınıq-salxaq “Niva”mla dolaşdığım vaxt, elə bil nəsə məni kəndə, Çıqanska çəkdi. Şəhər anbaan mənasızlaşdı, hara getmək istədimsə, həvəsdən düşdüm. Bir də ayıldım ki, kəndə çatıram, evə çatıram.

Bu qayıdışın sirrini indi də anlamıram. İçəri girəndə hamı stol başında, yemək süfrəsində məni gözləyirdi. Çörək gözləyirdilər, çörək almışdım. Çörəyi alan kimi, süfrəyə yemək qoyuldu, hamı yeməyə daraşdı. Hamı burdaydı, bircə Məmmədbağır gözümə dəymədi. İndi anlamışdım ki, niyə evə tələsmişəm, niyə bu gen dünya başıma dar gəlib. Məni o çağırırmış…

Məmmədbağırı soruşdum. Öldü dedilər. İlahi, nə qədər soyuq adamdılar! Evin içi Sibirdən soyuq oldu. İlahi, bu adamları buz kəsib. Bunlar niyə rahatdılar, axı ölən var. Başqa vaxt zarafat sayardım, amma indi inandım, inandım ki, ölüb Məmmədbağır. Ölməsəydi, mən bu hallara düşməzdim, məni evə çəkən sirr ölüm sirriydi…

İçəri otağa keçdim , Məmmədbağır həmişəki yerində – kresloda oturub. Gözləri qapalı, bağayarpağına oxşayan əlləri üzündə… Məmədbağırın daş kitabələrə bənzər alnı – o alın ki orda Məmmədbağırın yox, ora baxanın öz taleyi apaydın yazılmışdı – çuxura düşmüş, dibi görünməyən gözləri – o gözlər ki , onlara dikiləndə itib batırdın, özünü unudurdun, orda əriyib yox olurdun – adamı vahiməyə salırdı. Üzündə daim təbəssüm gəzdirən bu adamın bir gün hönkürüb ağlayacağına əmin idim.

Ağlamadı Məmmədbağır, ağlamadı! Üzündən asdığı təbəssümlə köçdü bu dünyadan. Qaytarıb bu dünyadakı yerinə qoya bilmədi üzündən asdığı təbəssüm pərdəsini. Bir də gözümə sarı ilan kimi soxulan sarı üzük… Ölməmişdən üzüyü çıxarıb masanın üstünə qoyub. O üzük ki, mənə görə dünyanın ən haram malı, ən pis sarı bəzəyi idi. Bu sarı üzüyü çıxarmaqla Məmmədbağır öz-özünə qüsl vermişdi, paklanmışdı.

Köməkləşib morqa apardıq Məmmədbağırı. Təhvil-təslimdən sonra, bizi içəri dəvət etdilər. Sorğu-sual başladı. Ölənin ad-familiyasını soruşdular. Lapdan ayıldıq, axı Məmmədbağır bunun öz adı deyil, ayamasıydı. Kimdən soruşduq, kimə zəng vurduq, Məmmədbağırın adını bilən olmadı. Qabaqlar sözarası eşitmişdim ki, bu oxuyan Məmmədbağıra oxşadığından adını belə çağırırmışlar. Məmmədbağırın əsl adını bilmədiyimi düşünəndə canım üşüdü. Uzanmış, ağarmış bu cansız cəsədin adı belə yox idi. Bəlkə də Məmmədbağır bu dünyanın ən ünvansız meyiti idi. İndi bu soyuq, üzündən zəhrimar tökülən sarı qapının arxasında sarı sevdaların içinə gömülmüş adsız bir qərib var, elsiz-obasız, bacısız-qardaşsız.

O gündən sonra mən hər yazayağı Aqidel çayının sahilindəki tuqay meşəsinə gedib Məmmədbağırı xatırlayırdım. Bir də onu gözləyə-gözləyə əlləri qoynunda qarımış ilk sevgilisini…

Aqidel çayının sahilindəki tuqay meşəsinin ətri indi Kür qırağındakı bu meşədə, arağaş çinarın bakirə kölgəsində məni məst edir, o günlərə aparır. Yuxarıda bayramcalığı gəlmiş qızların fişəng kimi açılan səsləri eşidilmirdi. Kürə axıtdıqları səməni karvanı qarşımda dayanıb mənə bahar salamı verirdi. Meşənin dərinliyində qoyun otaran balaca uşağın əlindəki radiodan Məmmədbağırın sirli səsi meşəni başına götürmüşdü: “Səməni nazlı gəlin, incə belində kəmər…”

Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub.

Şair Ramiz İsmayılın  “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və  “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri  redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun  döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır.  “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur. R.İsmayıl  şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində  ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.

MƏLUMATI HAZIRLADI: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı: Anam sinəsində ocaq daşıdı.

Onun daş nağılı

Atamnan yanaşı daş qaldırardı,
Deyərdi bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı.

Bir dəfə taledən gileylənmədi,
Tapdı ocağında, bizdə varlığı.
Yoxluğa sınmadı, yoxa enmədi,
Onu qorxutmadı daş ağırlığı.

Xəbərim olmayıb süd əmməyimdən,
Bəlkə döşləri də daşıymış onun.
Əlini başıma çəkdiyi gündən,
Duydum əllərinin daş olduğunu.

O, daş əllərinnən durub o başdan,
Çöllərdə yavanlıq nə tapsa dərdi.
Bəlkə əllərinin daş olmağından
Utandı, özünə sığal vermədi.

Çörək bişirərdi, paltar yuyardı,
Corab toxuyardı o daş əlinnən.
Elə bil nə yatar, nə uyuyardı,
Beləcə yol gəldi gəlinniyinnən.

Qonşu qonşusunun varına deyil,
Halal peşəsinə küsənər- dedi.
Yalandı, haramdı düşmən, onu bil,
Yalana, harama uymaz ər- dedi.

Dərdini deyəndə qımqımasıynan,
Gözündən bir dəfə yaş asılmadı.
Daşıdı daşları ağırlığıynan,
Amma ürəyindən daş asılmadı.

Atamnan yanaşı daş qaldırardı,
Bilirdi o daşlar ocaq daşıdı.
Bir dəfə yoruldum, bezdim- demədi,
Anam sinəsində ocaq daşıdı.

22.10.17. İlisu

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Narıngül Nadir: Qırmızı.

QIRMIZI
(hekayə)
Gülsümün kənddə ən çox çəkindiyi adam Suğra
arvaddır. Çünki onun taleyində
Suğra arvadın birbaşa rolu var. Suğra arvadın
sözlərinə görə, Gülsüm ağıldan yüngül olduğu üçün vaxtında
ərə gedə bilməyib. Amma Gülsümün yozumu başqadır.
Deyir, yetim qızı alan kim idi? Deyir, istəyənim çox
olub, dəstə-dəstə elçilər də gəlib, qardaşım arvadı imkan
verməyib.
Amma sonda, pis- yaxşı, bəxti açılıb. Suğra arvadın
köməkliyi ilə özündən 30 yaş böyük, arvadı ölmüş
yaşlı bir kişiyə ərə veriblər. Gülsümün yaşı özünün dediyinə
görə 35, Suğra arvadın dediyinə görə isə 40-dır. Əynində
həmişə qırmızı güllü paltar, ayağında dabanları əzilmiş yüngül yay ayaqqabısı olur. Enli paltarının belini nazik toqqa ilə sıxıb bağlayır. Başına bağladığı qırmızı çiçəkli yaylığın altından görünən saçları hiss olunur ki, naşı əllə kəsilib. Çox güman ki, özü kəsib. Arıq olduğundan uşaq kimi görünür. Üzündə həmişə gülüş olur.
Nəyə sevindiyi, nəyə güldüyü bilinməz, amma gülüşü əskik
olmaz.
Suğra arvad Gülsümü ərə verdiyinə görə çox qürrələnir. Onun fikrincə, evdə qalıb qardaşı arvadının danlağını götürməkdən, qardaşının uşaqlarına qulluq etməkdənsə, yenə ər evi yaxşıdır. Kişi yaşlı olsa da yenə başının üstündə həyandır, çörək verəndir. Bu yerdə Gülsüm də Suğra arvadla razılaşır.
Doğrudur, əri evi yaxşı olmağına yaxşıdır, amma iş orasındadır ki, Gülsüm ər evində Suğra arvadın etimadını doğrultmayıb, tam o istədiyi kimi arvad olammayıb. Ər evində elə hoqqa çıxardıb ki, nəyinki Suğra arvadın, heç kənd adamlarının da yatsa yuxusuna girməzdi.
Kənddə balacadan– böyüyə hamı bilir ki, Gülsüm
qoca və xəstə ərini bu tərəflərdə hamını heyran edən gənc və gözəl Dilbərə qısqanır. Elə qısqanır ki, az qalır qanına susaya. Əgər Gülsümdən soruşsan ki, bu dünyada
nifrət etdiyin adam kimdir, heç düşünmədən deyər ki,
Dilbərdir. Yaxud soruşsan ki, dünyanın ən axmaq, ən pozğun qadını
kimdir, yenə də cavab verər ki, Dilbərdir.
Suğra arvad özü də başa düşür ki, Gülsüm uşaq kimidir. Onu idarə etmək elə də asan deyil. Hərçənd ki, Suğra arvad qeybətcil
olmaqla yanaşı, həm də kənd arvadlarının idarə edənidir,
yerin altını da bilir, üstünü də. Danışanda elə həvəslə, elə
maraqla danışır ki, elə bil aşıq toyda dastan danışır. Amma
hər nə qədər bacarığı olsa da, Gülsümün hər addımını
da izləyəmməz axı… Heç Gülsümün addımını izləmək
mümkün də deyil. Onun qəflətən yolda peyda olmasına
hamı alışıb. Necə gəldiyi bilinməz, bir də baxarsan ki, gözünün
qarşısında, daha doğrusu, kənddə ən məşhur yer
olan, adamların səhər-axşam yığışdığı kötüyün yanında
bitib. Söhbəti də ən çox kənddəki toylardan olur. Suğra arvadın
xəbərdarlığına baxmayaraq kənddə toy olanda Gülsüm
bir həftə əvvəldən o toyun havasına uçur. Uşaqlarla
birlikdə ən tez gedib toyxanada oturan, toydan ən sonda
çıxan da o olur.
Gülsümü görən kimi uşaqlar başına toplaşır. Suğra arvad him-cimlə başa salır ki, gəl, qoşul arvadlara. O da əlacsız qalıb ayağını
sürüyə-sürüyə gəlib arvadların yanında dayanır,
güc-bəlayla onların söhbətinə qulaq kəsilir. Suğra arvaddan
çəkinməsə, dünya dağıla arvadlar toplaşan yerə üz çevirməz,
elə uşaqların yanında dayanar. Uşaqlar daha maraqlıdırlar.
Kəndin arvadları hər şeydən, çox vaxt da ağla
gəlməyən hadisələrdən danışırlar. Belə dərinliklər onun
üçün deyil. Nəyinə gərəkdir ki? Toy-qonaqlıq deyil ki, bir
kənarda dayanıb sevinsin, əylənsin.
Ən pisi də odur ki, arandan-dağdan danışan arvadlar
bir də görürsən söhbəti heç nədən gözəl Dilbərin üstünə
gətirirlər. Hərə bir əhvalat quraşdırır.
Dilbərin adını eşidən Gülsüm alovlanır, “cini təpəsinə
vurur,” əlini- əlinə vurub vaysınır:
-Bizim kişi Dilbərlə gəzir. Gecələr həyətdə görüşürlər. Gecə it hürəndə bilirəm ki, Dilbər həyətə gəlib.
Kənddə baməzə, itoynadan kimi tanınan Tükəz arvad
Gülsümə yaxınlaşır.
– Gülsüm, de görüm, kişini çox qısqanırsan?

– Əlbəttə! Kişiləri qısqanmaq gərəkdir, gərək gözündən
kənara qoymayasan, yoxsa, əldən gedər, qaytara bilməzsən.
Kişilərə etibar yoxdur! Pozğun qadınlar da çoxdur, Dilbər kimi.
Gülsüm son cümləni bir qədər şəstlə, həm də hündürdən
söyləyir ki, hamı eşitsin… Bir az da dərin görünmək
istəyir.
Gülsümün sözünə hamı gülüşür. Adamların nəyə güldüyünü aydınlaşdırammasa da, o da gülənlərə qoşulur. Gülsümə nə var ki, gülmək öz əlindədir. Təki deyib gülən olsun, adamlar şənlənsin. Adama elə gəlir ki, Gülsüm gülməsə dünya dağılar, günəş bu kəndi belə işıqlandıra bilməz, kəndin kənarına səpələnmiş mal-qara belə həvəslə kövşəyəmməz…
Suğra arvad Gülsüm üçün yana-yana deyir ki, heyf,
sümüyü yüngüldür bunun. “General” kimi arvadın yerinə
gətirmişəm. Dedim, bu da yetimdir, ortalıqda qalmasın,
bir tikə çörəyini yesin. Bu da ki, belə çıxdı…
Gülsüm Suğra arvaddan başqa, ögey qızından da çəkinir.
Ögey qız şəhərdə yaşayır və kəndə gələn kimi kötüyün
yanına gəlir. Yanında da həmişə ekiz oğlanları olur.
Bir-birindən seçmək olmur oğlanlarını. Kürən, gombul
uşaqlardır, üzlərindən harınlıq yağır. Kəndə gələn kimi
yola çıxırlar. Uşaqlardan biri kötüyün kənarındakı otluqda
əyləşir, ipi boşalmış ayaqqablarını Gülsümə tərəf uzadır
ki, gəl ayaqqabılarımı bağla! Gülsüm bildiyi şəkildə
uşağa nəvaziş göstərir, əyilərək ayaqqabılarının bağını
bağlayır. Ekizlərin o biri tayı da irəli gəlib onun qarşısında
dayanır:
-Mənim ayaqqabılarımı da aç, təzədən bağla!
Gülsümün ögey qızı arvadlara deyir ki, Gülsüm atama
yaxşı qulluq etmir. Səliqəsi də bir şey deyil, kişi öləndən
sonra çətin ki, burda qala.
Bu yerdə Suğra arvad özünü saxlayammır, necə də
olsa ədalət hissini boğammır, qəti şəkildə etiraz edir:
-Yox, ağıldan yüngül olmağına yüngüldür, amma səliqə-
səhmanına, təmizliyinə söz ola bilməz!
Ögey qızın söhbətini eşidən Gülsümün üzü tutulur,
cəld vedrələrini götürüb kənara çəkilir, yola düzəlir. Əslində,
Gülsümün kədərli olmasını heç kim istəmir, necə olsa,
adamların kefini açır…
Evlərimiz yaxın olduğundan əlindəki boş vedrəni
yelləyə-yelləyə gedən Gülsümün yanına düşürəm. Sakitcə
yeriyirik. Hiss edirəm ki, üzü tutulub, danışmağa həvəsi
yoxdur. Ona necə təsəlli verəcəyimi, kefini necə açacağımı
düşünürəm. Amma birdən-birə Gülsümün üzünə gülüş
qonur.
– Sabah kənddə toy var.
Sevinci dalğa-dalğa üzündən axaraq köhnə ayaqqabılarının
ucuna qədər yayılır, az qala çiynində uçmağa hazırlaşan
qanadları görünür.
-Səhər toya gedəcəm. Sonra mənə tərəf dönür:
– Eşitdim Bakıya gedirsən…
Cavab gözləmədən hündürdən bəyan edir.
-Yaxşı edirsən, bu kəndi Allah dağıtsın…
– Kənd dağılsa, hara gedəcəksən, ay Gülsüm?
Dodaqlarını sıxaraq çiyinlərini çəkir. Gözlərini az qala yerlə
birləşməkdə olan göyün ortasına dağılmış mavi–boz buludlara
dikir, sanki gedəcəyi yeri axtarır, amma heç vaxt gedib
çıxa bilməyəcəyini anlayır, astaca köksünü ötürür.
-Bakıdan gələndə mənə qırmızı lak, kəpənəkli sancaq,
bir dənə də qırmızı boyunbağı al!
– Qırmızı lakı neynirsən, Gülsüm? Uşaq deyilsən ki?..
– Qırmızı olsun, qırmızını xoşlayıram, dırnağıma çəkib toya gedəcəm.
Gülə-gülə söz verirəm ki, mütləq o dediklərini alacağam.
Sevinir, üzünə yenidən xoşbəxt təbəssüm yayılır.
– Gətirib verəndə xəlvət ver, heç kim görməsin – deyə
pıçıldayır. Başımla razılığımı bildirirəm.
– Suğra arvad bilməsin ha!
Bir daha ona söz verirəm, inanır.
Qapılarının ağzında sağollaşırıq. Bir anlıq dayanıb
nəsə fikirləşir.
-Deyəsən, Bakı çox böyükdür, hə… Amma bu kənd
də çox böyükdür, lap şəhərbazar kimidir. Yəqin ki, şəhərdə
özünə ər də tapacaqsan…
Əlini-əlinə vurub gülür. Sonra özünü yığışdırır.
– Mən gedim, kişi məni evdə tapmayıb hirslənər. Dediklərimi
yadından çıxartma ha, rəngləri qırmızı olsun.
Yaxşı yol!
Şəhərdən qayıdarkan əlimdəki şeyləri Gülsümə verməyə
tələsirəm. Tam o istədiklərini almışam. Qoy sevinsin.
Kəndə çatan kimi onu axtarıram. Bir az dincəldikdən
sonra yola çıxıb Suğra arvaddan xəbər alıram. Suğra arvad
qaşlarını çatır:
– Eşitmədin, kişi ölüb?!
– Eşitmişəm. Bəs o nə oldu?
Suğra arvad köksünü ötürür.
– Qonşu kənddə yaşlı bir kişiyə ərə gedib. Neyləsin,
ögey qızı yola vermədi. Kişinin o biri uşaqları da burada
qalmağını istəmədilər. Qardaşı arvadı da yiyə durmadı.
Bir təhər düzüb-qoşduq, ərə verdik, gedib bir tikə çörəyini
yesin. Hiss edirəm ki, gözlərində heç vaxt nəm görünməyən
Suğra arvad qəhərlənib.
Kəndin içi ilə burulan tozlu yol birdən-birə kimsəsiz
görünür mənə. Hər tərəfdə bir boşluq uzanır sanki. Kədərlənirəm.
Amma kim nə deyir-desin, mənə elə gəlir ki, Gülsüm
bu dünyanı qırmızı rəngdə görürdü. Qırmızı…

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

CABİR NOVRUZ. EY ADAMLAR…

CABİR NOVRUZUN YAZILARI

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

CABİR NOVRUZUN YAZILARI

CABİR NOVRUZ

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

GEDƏCƏYƏM SÖZLƏR 
KİMİ ÇİYİNLƏRDƏ

Mənə sözün ixtiyarın verdi Yaradan,
Dedi: – sənə ilham, qələm qoy kömək olsun.
Məni başa düşmədilər bu zəmanədə,
Axı başa düşmək üçün baş gərək olsun.

Durub dövrə yalvarmadım, üz tutmadım, yox,
Külək hansı səmtə əsdi ora əsmədim…
Şair haqdan yaranıbdır, utanmadım, yox,
Gündə-gündə özümə bir allah gəzmədim…

Öz inamım, öz məsləkim oldu həmişə,
Öz sevincim, öz kədərim, öz qəmim oldu.
Söz şairə əqidədir, yoldur həmişə,
Sözə xain çıxanlara söz qənim olsun…

Anam getdi o anamı eylədi əvəz,
Bacım getdi şeir mənə bir bacı oldu.
O mənimçin könüllü həbs, könüllü qəfəs,
Həm əzabım, həm də əsil əlacım oldu…

Pulsuz oldum, amma ruhsuz yaşamadım mən,
Söz dövlətim, söz ziynətim, söz daşım oldu.
Ölüm ömür yoldaşımı aldı əlimdən,
Poeziya mənə ömür yoldaşı oldu…

Zalım, nankor zəmanənin yaxşısı, pisi,
Aşkar hopdu, çökdü mənim sətirlərimə.
Elə bil ki, vəcdə gəlib Tanrının özü,
Öz əlini çəkdi mənim sətirlərimə…

Əsla bitib, tükənmədi söz əmanətim,
Yollarıma gecə-gündüz o tutdu məşəl.
Amma məni duymadılar bu zamanədə,
Yəqin ayrı zamanədə başa düşərlər…

Ürəklərə toxum səpdim vermədi səmər,
Ha çağırdım yatan kütlə sanma ayıldı…
Söz sayıldı vecsiz, cəfəng sərsəmləmələr,
Köhnə, cındır ibarələr şeir sayıldı…

Nə qədər ki, ruh yaşayır, can var bədəndə,
Dəyişməzdir şeirim, fikrim, əqidəm, səsim…
İstəmirəm bu dünyadan bir gün köçəndə,
Qara kütlə tabutumun dalınca gəlsin…

Başsız qoyun sürüləri dünyada nə çox,
Qoy iki-üç qanan adam ötürsün məni…
Qoymazsınız, qoymazsınız balalarım, yox,
Çirkin əllər tabutumu götürsün mənim…

Gec-tez sona çatacaqdır ömür nağılım,
Gedəcəyəm bu dünyadan şeir dilimdə…
Gedəcəyəm ən birinci oğullarımın,
Bir də, bir də sözlərimin çiyinlərində…

Müəllif: Cabir NOVRUZ

CABİR NOVRUZUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Lev Tolstoyun oğlu dünyasını vaxtsız dəyişəndə,1895-ci il 12 mart tarixində

…Lev Tolstoyun oğlu dünyasını vaxtsız dəyişəndə,1895-ci il 12 mart tarixində,böyük yazıçı bu münasıbətlə gündəliyinə yazırdı:
“…Obyektiv baxımdan oğlumun ölümü barədə,təbiət daha yaxşılarını yetirməyi təcrübə edir və görəndə ki,dünya onları qəbul etmək üçün hələ hazır deyil,onları geri götürür.Lakin irəli getmək üçün təbiət təcrübə etməlidir.Bu labüddür.
Çox tez uçub gələn qaranquşlar donurlar.Lakin onlar hər halda uçub gəlməlidirlər…”