Sakit Üçtəpəli – Şükranım

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Şükranım
(Dünyanı vaxtsız tərk etmiş əziz qızım Şükran üçün)

Sən getdin doğmalar qaldı yaralı,
Biz necə yaşayaq səndən aralı.
Gün-gündən pisləşir atanın halı,
Məni çox yandırır sənsizlik dərdim,
Kaş sənin yerinə özüm ölərdim.

İnana bilmirəm hələ də sağam,
Dözsəm bu acıya qayayam, dağam.
Düşünmə ki, səndən cismən uzağam,
Bilirsən ki, qızım cəsur, comərdim,
Kaş sənin yerinə özüm ölərdim.

Heç sənin ətrindən doymadım gülüm,
Səni qəfil alıb apardı ölüm.
Bu necə dözülməz iztirab, zülüm,
Dərdindən alışdım, yandım, əridim,
Kaş sənin yerinə özüm ölərdim.

Cəlilabad rayonu – 15.01.2026

Sakit Üçtəpəli,
“Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Layihə rəhbəri: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Cahangir Namazovdan yeni şeirlər

Cahangir Namazovdan yeni şeirlər

“HƏR SƏHƏR OYANIRAM,
GÜZGÜDƏ GÖRÜRƏM ÖLÜ ƏKSİMİ…”

ƏBƏDİYYƏT İBTİDASI

Mən öldüm —
amma heç kimin hiss etmədiyi yerdə.
Bədənim diri qaldı,
öz içimə isə dəfn edildim.
O vaxtdan bəri
hər səhər oyanıram,
güzgüdə görürəm ölü əksimi.

Ağactək kəsildim,
dağtək yıxıldım.
Sonsuzluğun sonsuz sərhədində
mən qum idim –
ədəbi səhraya sovruldum.

Mən su idim —
axıb gedərək
çayıma qoşula bilmədim,
dəniz olub coşa bilmədim.
Başqa dünya adamı idim,
dünyama qovuşa bilmədim.

Mən dəfələrlə öldüm:
hər bir xəyanətdə,
hər bir zülmdə,
hər bir sükutda.
Amma yenə dirildim –
İlahi ədalətdə,
uca sevgidə.

Göyü qaldırdım ürəyim,
çiyinlərimlə –
ona görə
bükülmüşəm.
Mən Allahı axtarmadım.
Mən Ondan qaçmadım da.
Mən yalnız
içimdəki boşluğu,
EŞQİ dinlədim.

Boşluq deyil,
— müqəddəs çağırış idi.
Onun adı — əbədi həyat!
Ona görə mən indi
cavab vermirəm.
Mən yanıram.
Yanmaq isə –
ən saf ibadət.
Və əgər bir gün
mən büsbütün kül olsam,
bilin:
bu son deyil.
Əbədi ibtidanın
başlanğıcıdır!

05.02.2026

Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

SÜKUTA HOPMUŞ ÜRƏK

Qəlbimi sükut sarıb,
Mən artıq danışmıram.
Öz-özümə parçalanıram,
Gözlərimdən səbr axır,
Bu göz yaşı deyil,
Ürəyimin axan qanıdır.

Heç qışqırmadım.
Qışqırmaq acizliyin dilidir.
Mən sükutu seçdim-
Məni yeyib bitirdi.

İçimdə kimsə qalmadı,
İçimdəki mənim dirildi.
Əyilsəm də sınmadım.
Ağrılarım çoxaldı,
Qəlbimdə tufanlar qopdu,
Ahım şumşək kimi
göyləri yardı.

Yalanlarla yaşamadım.
Vicdanım yol vermədi.
Dünya yalançı olsa da,
Doğru yaşamaq istədim.

Daha az hiss edib,
az düşünsəydim,
Çox az inansaydım,
bəlkə də asan yaşardım.
Amma mən asan yaşamaqçün doğulmamışam.

Tərcümə: Cahangir Namazov
Cahangir NAMAZOV,

Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Сизсиз ҳам кунларим ўтмоқда мана

ЙЎҚ ЛЕКИН

Сизсиз ҳам кунларим ўтмоқда мана,
Қўлларим ғазаллар титмоқда мана,
Назм боғларида малика ман-а,
Куйган юрагимга малҳам йўқ лекин.

Ахир суйганим йўқ, суйганим ёлғон,
Яширинча йиғлаб, куйганим ёлғон,
Гўёки, бахт тўнин кийган бир хандон,
Баҳорман-қиримда лолам йўқ лекин.

Энди бегонамиз, кўришсак ҳам лек,
Ўзилган ришталар, ўзилган илик,
Мен бегона бир қиз, сиз бегона бек,
Бахтлимиз, қуёшли олам йўқ лекин.

Қошингизга келгай, ҳурлар кўз сузиб,
Лаб қошин бурмалаб, гуллар кўз сузиб,
Тушимга кирарлар, хаёлим бўзим,
Кўнглим ўнутгандай, мазам йўқ лекин.

Майлига шод юринг, ажрашсак ҳам лек,
Хаёлим сиз билан, юраман тирик,
Дунёга мағрурдек, боқсам ҳамда тик,
Шўрлик бу жонимга, далдам йўқ лекин.

Yazar: Tursunoy Vahobova

Вахобова Турсуной (Tursunoy Vahobova)

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hökumə: – “HƏR ŞEY YAXŞI OLACAQ!”

DOXSAN BİRİNCİ YAZI

“HƏR ŞEY YAXŞI OLACAQ!”
(Cavadlının “Hökümə” poeması haqqında)
    Salam olsun, çox dəyərli oxucum! Bu gün söhbətimizi tanınmış şair, publisist, Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli döyüş yolu keçmiş zabiti Mahir Cavadlnın “Hökümə” poeması əsasında qurmağa çalışacağam.
     Azərbaycan ədəbiyyatında faciə mövzusu həmişə xüsusi bir yer tutub. Tariximizin ağrılı səhifələri, xalqımızın üzləşdiyi sarsıntılar və qəhrəmanlıq nümunələri poeziyada öz bədii əksini taparaq həm yaddaşa çevrilib, həm də gələcək nəsillərə mənəvi dərs olub. Tanınmış şair və jurnalist, Qarabağ müharibəsi veteranı Mahir Cavadlının 2025-ci ildə “Füyuzat” nəşriyyatında çap olunan “Hökümə” poeması da məhz belə əsərlərdən biridir.
    Redaktoru şair-publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli olan, ön sözü yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin qələmindən çıxan bu 86 səhifəlik poema təkcə bir ədəbi nümunə deyil – o, həm də milli yaddaşın poetik ifadəsidir.
    Zemfira Məhərrəmlinin ön sözündə qeyd olunduğu kimi, “Hökümə” poeması ötən ilin dekabrında Bakı–Qroznı reysi ilə uçan, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması və çoxsaylı insan itkisi ilə nəticələnən faciəvi hadisəyə həsr olunub. Rusiyanın hava məkanında silahlı müdaxiləyə məruz qaldığı bildirilən və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan bu təyyarədə həyatını itirən ekipaj üzvlərinin və sərnişinlərin əziz xatirəsinə ithaf edilən poema, ağrının poetik memorialıdır.
    Faciə yalnız azərbaycanlılara deyil, müxtəlif millətlərdən olan insanlara da toxunmuşdu. Hər kəs öz arzusu, istəyi, ailəsi, doğması üçün səfərə çıxmışdı. Lakin taleyin acı hökmü bu arzuları yarımçıq qoydu. Məhz bu məqamda şairin qələmi tarixin və taleyin sərt hökmünü sənət hökmünə çevirir.
    Poemanın adı – “Hökümə” – çoxqatlı məna daşıyır. Bu söz həm hüquqi qərarı, həm taleyin qaçılmaz yazısını, həm də zamanın sərt hökmünü xatırladır. Mahir Cavadlı bu adı seçməklə sanki oxucunu düşünməyə vadar edir: bu hökmü kim verdi? Müharibələr, siyasi ambisiyalar, məsuliyyətsizlik, yoxsa taleyin özü?
      Şair hadisəyə yalnız informativ yanaşmır; o, faciəni insan taleləri prizmasından təqdim edir. Zemfira Məhərrəmlinin vurğuladığı kimi, əsərin bədii siqləti, təsir gücünü artıran təsvirlər, ağrılı gerçəyin emosional təqdimatı oxucunu hadisənin içinə aparır. Oxucu yalnız məlumat almır – o, yaşayır, hiss edir, sarsılır.
    Mahir Cavadlı Qarabağ müharibəsi veteranıdır. Onun yaradıcılığında vətənpərvərlik, ədalət, şəhidlik, milli ləyaqət mövzuları daim ön planda olub. “Hökümə” poemasında da bu xətt davam edir. Lakin burada pafoslu çağırışdan çox, dərin hüzn, sükut içində qopan fəryad var.
     Bu poema bir tərəfdən konkret bir hadisəyə reaksiya olsa da, digər tərəfdən müasir dünyanın təhlükəli reallıqlarına işarədir. İnsan həyatının siyasi oyunlar qarşısında necə kövrək və müdafiəsiz qalması, günahsız insanların faciə qurbanına çevrilməsi əsərin alt qatında açıq şəkildə hiss olunur.
      Şair bu hadisəni yalnız yas mətni kimi qələmə almır. O, qəhrəmanlıq məqamını da önə çəkir. Təyyarə heyətinin son ana qədər məsuliyyət və peşəkarlıq nümayiş etdirməsi, insanların həyatını xilas etmək üçün göstərilən fədakarlıq poetik dillə ucaldılır. Beləliklə, faciə yalnız itki deyil, həm də insanlıq dərsi kimi təqdim olunur.
     “Hökümə” poeması bir daha sübut edir ki, ədəbiyyat yalnız estetik zövq üçün deyil, həm də tarixi yaddaşın qorunması üçündür. Şair hadisəni sənədləşdirmir – onu mənalandırır. O, statistik rəqəmləri insan talelərinə çevirir, xəbəri duyğuya, faktı fəlsəfəyə yüksəldir.
    Zemfira Məhərrəmlinin ön sözü əsərin dəyərini və aktuallığını vurğulayaraq oxucunu mətni daha diqqətlə oxumağa istiqamətləndirir. Onun təqdimatında “Hökümə” yalnız bir poema deyil, zamanın sarsıdıcı çağırışına ədəbi cavabdır.
    Tanınmış şair və jurnalist Mahir Cavadlının “Hökümə” poeması təkcə bir taleyin poetik salnaməsi deyil, həm də mərdliyin, fədakarlığın və milli-mənəvi dəyərlərin bədii manifestidir (səh. 46):
“İyirmi sərnişin gəlsin qabağa!” –
Deyəndə bilirdin ölüm var öndə.

Bu misralar artıq ilk baxışdan oxucunu dramatik situasiyanın içinə salır. Burada adi bir çağırış yox, ölümün gözünə dik baxan iradə var. Şair qəhrəmanını tərəddüdsüz qərar verən, taleyin hökmünü öz üzərinə götürən bir obraz kimi təqdim edir. “Özün öndə olub hökmü verəndə” ifadəsi həm də əsərin adına – “Hökümə”yə semantik bağ yaradır. Höküm burada həm taleyin hökmü, həm də vicdanın, məsuliyyətin verdiyi qərardır.
     Poemada təsvir edilən situasiya – düşən təyyarə, alov, su, ölüm təhlükəsi – real hadisə fonunda qəhrəmanlıq aktını daha da ucaldır. “O iyirmi nəfərdən sədd, divar qurmaq, / Özünü alova… oda atmaqdır” misraları qəhrəmanın özünü başqalarına sipər etməsini simvolizə edir. Bu, fiziki fədakarlıqdan daha artıq – mənəvi böyüklüyün təcəssümüdür.
    Poemanın diqqətçəkən cəhətlərindən biri də vicdan amilinin ön plana çəkilməsidir (səh. 46):
“Kimin qınamağa haqqı var indi,
Bu vicdan yükünü çəkə bilməzdin.”

Burada müəllif oxucuya sual ünvanlayır, amma cavabı da misraların özündə gizlidir. Qəhrəmanın seçimi elə bir mənəvi ucalıqdır ki, onu qınamaq yox, anlamaq və dəyərləndirmək lazımdır. Mahir Cavadlı qəhrəmanını mifləşdirmir, onu real, hiss edən, anlayan bir insan kimi təqdim edir. Lakin bu insan öz daxili əxlaq kodeksinə sadiq qalaraq ölümün üzərinə gedir.
    Əgər “qabaqda sıralar alınmasaydı”, “bütün sərnişinlər məhv olacaqdı” – deyə (səh. 46) müəllif qeyd edir. Bu isə qəhrəmanlığın təsadüfi deyil, zəruri və xilasedici xarakter daşıdığını göstərir. Deməli, “Hökümə” poeması fərdi şücaətin kollektiv xilasa çevrilməsinin bədii salnaməsidir.
     Parçanın davamında – “Son səs… Son nəfəs …” sərlövhəli bölümün sonunda (səh. 47) müəllif ümumiləşdirici bir mövqeyə keçir:
“Bax, buna deyərlər mərdlik, dəyanət,
Hər zaman beləmi düşün bir anlıq.”

Bu misralar artıq konkret hadisədən çıxaraq ümumbəşəri və milli dəyər səviyyəsinə yüksəlir. Qəhrəmanlıq yalnız bir epizod deyil, millətin yaddaşında yaşamalı olan örnəkdir. “Var olsun qəhrəman yetirən millət” ifadəsi (səh. 47) ilə müəllif fərdi igidliyi xalqın mənəvi gücü ilə əlaqələndirir.
     Bu kontekstdə “Hökümə” poeması təkcə bir insanın taleyi deyil, həm də Azərbaycan insanının xarakter portretidir. Mərdlik, dözüm, iradə – bunlar müəllifin qəhrəmanında cəmlənmiş milli keyfiyyətlərdir.
     Poemanın “Yolumuz Turanadı” (səh. 47) başlıqlı hissəsi isə əsərin ideya coğrafiyasını genişləndirir. Burada artıq fərdi qəhrəmanlıqdan Türk dünyası miqyasına keçid edilir (səh. 47):
“Qazaxstan, Turan yurdu,
Ulu yurd, qədim diyar…”

Bu misralar göstərir ki, müəllif üçün qəhrəmanlıq anlayışı yalnız bir hadisə ilə məhdudlaşmır. O, bu ruhu Turan ideyası, qardaşlıq, ortaq tarix və mədəniyyət kontekstində təqdim edir. “İki dost, iki can bir” ifadəsi (səh. 47) Azərbaycan–Qazaxıstan qardaşlığının poetik rəmzinə çevrilir.
    Beləliklə, “Hökümə” poeması həm fərdi qəhrəmanlıq dastanı, həm də Türk birliyi ideyasının poetik tərənnümüdür. Bu ideoloji xətt əsərə publisistik çalar verir, onu sırf lirik mətn olmaqdan çıxarıb ictimai-mənəvi manifest səviyyəsinə qaldırır.
    Mahir Cavadlı jurnalist təfəkkürünə malik şairdir (ixtisaslı mütəxəssis – peşəkar jurnalist – BDU). Bu xüsusiyyət poemada aydın hiss olunur. Mətn həm emosional, həm də faktoloji dinamika daşıyır. Hadisə konkret, təsvirlər yığcam, mesaj isə aydındır. Şair pafosa qapılmadan yüksək emosional ton yarada bilir.
     Poemanın dili sadə, lakin təsirlidir (Bu keyfiyyət də məhz onun təhsili ilə bağlıdır – təəssüf ki, hazırda BDU jurnalistika fakültəsində Azərbaycan dili bir fənn kimi tədris olunmur. Bu hal gənc məzun-mütəxəsislərin bütün fəaliyyətndə hiss olunur). Bədii ifadə vasitələri şişirdilmədən, təbii axarda təqdim olunur. Bu isə oxucunun hadisəni göz önündə canlandırmasına, qəhrəmanın daxili aləmini hiss etməsinə imkan yaradır.
    Bu poema oxucunu düşündürür: insanı ucaldan nədir? Həyatın özü, yoxsa başqaları üçün fəda edilən həyat? Mahir Cavadlı bu suala misralarla cavab verir – insanlıq dünyanı yaşadan hissdir. Və o hissin adı mərdlikdir, dəyanətdir, vicdandır.
     “Hökümə” – son səsin, son nəfəsin içindən doğulan əbədi bir söz abidəsidir.
     Tanınmış şair və jurnalist Mahir Cavadlının “Hökümə” poeması təqdim olunan parça əsasında həm lirik, həm də ictimai-ruhi yükü ilə seçilən, kədər və qürurun vəhdətində yazılmış təsirli bir elegiyadır. Bu əsər yalnız bir insanın itkisinə həsr olunmuş mərsiyə deyil, həm də milli xarakterin, qadın mərdliyinin və mənəvi ucalığın poetik salnaməsidir.
      Poemanın “Axan göz yaşları…” (səh. 68) başlığı ilə başlayan hissəsi oxucunu dərhal nisgil və sarsıntı mühitinə aparır. Şair “Dərd-sərdən aram-aram / Qəm hopur əklillərə” misraları (səh. 68) ilə ağrının tədricən bütün varlığı bürüdüyünü göstərir. Burada kədər bir anlıq emosional partlayış deyil, için-için yanan, şəkillərə baxdıqca yenidən alovlanan bir yanğıdır.
      “Gülüş donub gözlərdə” ifadəsi (səh. 68) isə itkinin miqyasını daha da dərinləşdirir – həyatın təbii axarını dayandıran, sevincin donduğu bir məqam təsvir olunur. Şairin dili sadədir, lakin bu sadəlik içində böyük psixoloji ağırlıq var. Bu, publisistik düşüncə ilə lirik duyğunun qovuşduğu nöqtədir.
     Poemada Hökümə yalnız fərdi taleyi ilə deyil, mənəvi keyfiyyətləri ilə təqdim olunur. “Qəhrəman Şaşa, İqor, / Od ürəkli Hökümə” misraları (səh. 69) onun ailə və toplum kontekstində mövqeyini göstərir. Burada qadın obrazı zəiflik simvolu kimi deyil, “od ürəkli”, mərd, dayanıqlı bir şəxsiyyət kimi təqdim edilir.
    Digər hissədə isə şair onu“millətimin mərd qızı” (səh. 69) adlandırır. Bu ifadə artıq fərdi çərçivəni aşaraq obrazı ümumxalq səviyyəsinə yüksəldir. Hökümə konkret bir insan olmaqla yanaşı, Azərbaycan qadınının rəmzinə çevrilir – sədaqətli, vətənpərvər, saf niyyətli.
     Poemada ilahi ədalət və tale qarşısında acizlik duyğusu da diqqət çəkir.“Tanrım, nolar cavab sor / Fələk verdiyi hökmə” misraları (səh. 68) bir növ metafizik etirazdır. Burada şair qəzəblənmir, lakin sual verir. Bu sual həm şəxsi, həm də ümumbəşəri xarakter daşıyır: niyə yaxşılar tez köçür? niyə saf ürəklər sınağa çəkilir?
      Eyni zamanda“cin-şeytanın kələyi”, “iblislər can alacaq” kimi (səh. 69) ifadələr ictimai eyham daşıyır. Şair yalnız bioloji ölüm faktını deyil, zamanın mənəvi aşınmasını, dəyərlərin sarsılmasını da qabardır. Bu isə poemanın publisistik qatını gücləndirir.
     Əsərin ən diqqətəlayiq cəhətlərindən biri onun ümidsizliklə bitməməsidir. Şair Hökümənin səsini “bizə əmanət” adlandırır və bu əmanətin məğzi bir cümlədə ifadə olunur(səh. 69):“Hər şey yaxşı olacaq!”
     Bu fikir poemaya fəlsəfi bütövlük verir. Ölüm fiziki sonluq olsa da, mənəvi davamlılıq qalır. “O mərdlik, o dəyanət / Ürəklərdə qalacaq” misraları göstərir ki, insanın əsl ömrü onun qoyduğu izlə ölçülür.
      Mahir Cavadlının jurnalist təcrübəsi bu poemada aydın hiss olunur. O, emosiyanı pafosa çevirmir, kədəri süni bəzəmir. Dil aydındır, səmimidir, birbaşa oxucunun qəlbinə yönəlir. Publisistik məqamlar – millət, hikmət, həqiqət, yurdsevərlik kimi anlayışlar – lirik axını pozmur, əksinə, onu dərinləşdirir.
      Poema həm fərdi ağrının ifadəsidir, həm də milli-mənəvi dəyərlərin manifestidir. Burada qadın obrazı müqəddəsliklə deyil, real həyatın içində – ailəsi, övladları, mübarizəsi ilə birlikdə ucaldılır.
     Mahir Cavadlının “Hökümə” poeması müasir Azərbaycan ədəbiyyatında faciə mövzusunun yeni və təsirli bədii ifadəsidir. Bu əsər həm ağrının poetik təcəssümü, həm də insanlıq, məsuliyyət və yaddaş haqqında dərin düşüncədir.
      “Hökümə” poeması Mahir Cavadlının yaradıcılığında və ümumən müasir Azərbaycan ədəbiyyatında qəhrəmanlıq mövzusunun uğurlu poetik nümunələrindən biri kimi dəyərləndirilə bilər. Əsər ölümün astanasında verilən qərarın mənəvi böyüklüyünü, vicdanın hökmünü və millətin yetirdiyi qəhrəmanların ölməzliyini tərənnüm edir.
     “Hökümə” poeması Mahir Cavadlının yaradıcılığında həm emosional, həm də ideya baxımından sanballı bir nümunədir. Bu əsər oxucunu təkcə kədərləndirmir, həm də düşündürür; həm ağladır, həm də ümid verir.
      Bu poema göstərir ki, insanın böyüklüyü ömrünün uzunluğu ilə deyil, mənəvi işığı ilə ölçülür. Hökümə obrazı da məhz belə bir işıqdır – sönsə də, izi qalan, adı yaşadıqca nur saçan bir işıq.
      Faciələr unudulduqda təkrarlanır. Ədəbiyyat isə unutmağa imkan vermir. “Hökümə” də məhz bu missiyanı daşıyır – zamanın hökmünü sənətin hökmü ilə əbədiləşdirmək.
      Bu poema həm şəhidlərin əziz xatirəsinə hörmət, həm də gələcək nəsillərə ünvanlanan mənəvi bir çağırışdır: insan həyatının dəyərini unutmaq olmaz.
      Ədəbiyyat yaşatdığı müddətcə, onların xatirəsi də yaşayacaq.
      Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
11.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN DİGƏR YAZILARI

MAHİR CAVADLININ ÖZ YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Юрий Гагарин и Валентина Терешкова – (1963 год)

Юрий Гагарин и Валентина Терешкова

Юрий Гагарин и Валентина Терешкова находятся в кафе «Молодежное» на улице Горького в Москве (1963 год).
В бокале у первого космонавта — молочный коктейль.
В те годы в СССР молочные коктейли были невероятно популярны. Их готовили в специальных миксерах «Воронеж», смешивая мороженое (обычно пломбир), молоко и сироп (яблочный или шиповниковый). Стоило такое удовольствие от 10 до 15 копеек.

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şeyx Şamilin oğlanları ilə son şəkli

Şeyx Şamilin oğlanları ilə son şəkli
Şeyx Şamil təslim olduqdan sonra Həccə getmək üçün çardan icazə alır.
Məkkəyə yetişəndə Həcc zamanında Şeyx Şamilin orada olduğunu eşidən dünyanın dörd bir yanından gəlmiş yüz minlərlə müsəlmanın onu görmək üçün yaratdığı izdiham nəticəsində hökümət idarəçiləri onu Kəbənin üzərinə çıxardırlar. Bu, Həzrət Əlidən sonra İmam Şamilə qismət olan şərəf idi.
Şeyx Şamil Həcc ziyarətini yerinə yetirdikdən sonra Mədinəyə gedir. Mədinədə olarkən çox zəifləmiş olan İmam Şamil xəstələnir və 4 fevral 1871-ci ildə 74 yaşında fani dünyaya gözlərini yumur.

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vidadi Orucov: SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

Tapdıq Əlibəyli – 65

SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

Şair ömrü illərlə misralara hopmuş duyğuların, poetik yaddaşın izləri ilə yazılır. Bu fikir müstəvisində, şair-publisist Tapdıq Əlibəylinin 65 illik yubileyinin ərəfəsində onun sənətinə və həyatına bir daha nəzər salmaq fürsəti yaranır.
Düşünürəm ki, tale ilə üz-üzə gəlmiş şair ünvanlı bir qəlbin hesabatıdır bu yubiley. Amma bu altmış beş il sadəcə zaman ölçüsü deyil – arxada qalan ağrılı-acılı yolların, sevinc və kədərin qoşa addımladığı bir ömür salnaməsinin, vətəndaş mövqeyinin və poeziyanın zəngin xəritəsidir. Çünki elə insanlar var ki, yaşlarını illərlə yox, yazdıqları sözlərlə ölçürlər.
Tapdıq Əlibəyli məhz belə sənətkarlardandır. Onun da tale payına “söz” məsuliyyəti düşdü. Yazıb-yaratdıqları ilə o, uca sözə sədaqəti, poeziyaya mənəvi məsuliyyəti sayəsində ədəbi mühitdə özünə məxsus, artıq təsdiqlənmiş və tanınan bir ünvana çevrildi. Yaradıcılıqda özünə meyar olaraq Xalq şairi Zəlimxan Yaqubun poetik ucalığını qəbul edir və bu ucalığı belə dəyərləndirir:

Zəlimxan ilhamı bir dünya qurdu,
Zamanın fövqündə sözü təzə-tər.
Nə qədər şeir var diri-durudu,
O səs, o nəfəsdən durular bəşər.

Tapdıq Əlibəylinin poeziyası da məhz bu diri sözlərdəndir. Onun misralarında səs var, nəfəs var, ruh var. Bu sözlər oxucunu təkcə düşündürmür – onu saflaşdırır, duruldur, iç dünyasına işıq salır. Bu poeziya süni deyil; yaşanmış hissin, halın, taleyin və vicdanın səmimi ifadəsidir.

Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır…
Şairliyin yaşı olmur!

Bu dördlük Tapdıq Əlibəylinin yaradıcılıq taleyinin poetik açarıdır. O, gah dərviş kimi könül qapılarını döyür, gah şaman kimi yaddaşın dərin qatlarına enir. Onun şeiri bəzən səhər işığı kimi ümid gətirir, bəzən axşam sükutu kimi insanı özü ilə üz-üzə qoyur. Bu yol Yunus Əmrələrin, haqq aşiqlərinin, söz fədailərinin yoludur. Söz onda həm dua, həm çağırış, həm də məsuliyyətdir.
Vətən mövzusu Tapdıq Əlibəylinin poeziyasında sadəcə mövzu deyil – taledir. Xüsusilə 44 günlük Vətən müharibəsi onun şeirində xalqın qəhrəmanlıq səlnaməsinə çevrilir. Hər misrada savaşın nəfəsi duyulur, şəhid ruhu dolaşır, Xudayar təsnifinin sədası eşidilir… Bir də gözləri yollardan çəkilməyən analar, yarımçıq qalan arzular, nisgilli nişanlı qızların səssiz göz yaşları…

Qırx dörd günlük savaş səsi –
Qəhrəmanlıq səlnaməsi.
Sönbaharın yaz çöhrəsi
Şəhidlərin gül üzündə
Gülümsəyir göy üzündə…

Bu misralarda ağrı ilə qürur çiyin-çiyinə addımlayır. Şair şəhidlərin gül üzündə yazı görə biləcək qədər saf, uca və mərhəmətli baxmağı bacarır.
Tapdıq Əlibəyli üçün torpaq sadəcə məkan deyil – qüdsiyyətdir, kimlikdir, alın yazısıdır. O, torpağı türk taleyi, türk yazısı kimi dərk edir. Onun üsyanı da, sevgisi də buradan doğur. “Tarix türkə, türk tarixə yaraşır” deyərək sözünü dünyaya deyir və türk olmağın şərəfini poeziyanın dili ilə əbədiləşdirir:


Türk soraqlı qüdsiyyətim – bu torpaq,
Qanımdakı heysiyyətim – bu torpaq,
Qayəmdəki hüsniyyətim – bu torpaq,
Azərbaycan – Tanrı yazan ünvanım!

Üçrəngli Bayraq isə onun poeziyasında sönməyən əqidə çırağıdır – yol göstərən, ruh oyadan, Vətəni Günəş kimi isidən bir işıqdır:

Üçrəngli Bayrağım –
Hürriyyət sorağım!
İstiqlal yolunda
Əqidə çırağım!

Tapdıq Əlibəyli 65 yaşında bir daha sübut edir ki, o, yaşa söz qatmayıb – sözə ömür qatıb. Onun ömrü misralarındakı təravətlə birgə axır, gündən-günə daha da şirinləşir və zaman-zaman mənəviyyatımızı zənginləşdirərək dünyamızı işıqlandıracaq. Məhz bu mənəvi-estetik keyfiyyətlər Tapdıq Əlibəylinin sözünə digər yazarların münasibətində də aydın görünür. Tanınmış şair İladi Öməroğlu Tapdıq Əlibəylini gözəlliyə meyil salan, sözü bülbülün nəğməsi, gülün ətri qədər saf və təbii olan şair kimi dəyərləndirir:

“Gözəlliyə meyil salar,
Bülbüldən, həm güldən yazar!”

O, həmçinin Tapdıq Əlibəylinin poeziyasında insafın, dinin, elm və irfanın, zəhmətkeş insanın – “qabarlı əlin” müqəddəsliyinin sözə çevrildiyini görür və bu mənəvi yaxınlığı söz qardaşlığı kimi qəbul edir:

“İnsaf-dindən, elm-irfandan,
O qabarlı əldən yazar!”

Tapdıq Əlibəylinin qələmindən çıxan hər bir əsər insana yaşamağı, yaratmağı, Vətəni, insanı və Uca Tanrını sevməyi öyrədir. Onun poeziyası ədəbiyyatımız üçün dayaqdır, arxadır, örnəkdir. Bu əsərlər həyat fəlsəfəsi, gənclik eşqi və sabaha inamla dolu olduğu üçün gəncləri gələcəyə aparan yorulmaz qanadlara çevrilir.
Dəyərli şairimiz, dəyərli Vətənoğlu, arzumuz budur ki, sözünüz həmişə diri qalsın, ilhamınız Uca Tanrının xeyir-duası ilə qurumayan bulaq kimi daim çağlasın. Qələm yolunuz işıqlı olsun, misralarınız Vətənə,insana və həqiqətə xidmət etsin. Sizə möhkəm can sağlığı, uzun ömür, ruh genişliyi və yeni-yeni poetik zirvələr arzulayırıq.
Çünki dəyişməyən bir həqiqət var: sözün də, şairin də yaşı olmur.

Vidadi Orucov,
Lənkaran Dövlət Universitetinin
Fizika, kimya və biologiya kafedrasının müdiri,
pedaqogika üzrə elmlər doktoru, professor

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – İki əsrin tək nasiri

İKİ ƏSRİN TƏK NASİRİ

(Sədulla Şirinovun yaradıcılığı barədə)

    Salam olsun, çox dəyərli oxucum. Bu dəfə söhbətimizin mövzusu Balakəndə yaşayıb, yaradan Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Sədulla Şirinovun yaradıcılığı barədə olacaq. Sədulla müəllim yeniyetməlik dövründən yaradıcılığıa nəzmlə başlasa da, ömrün ahıl çağında nəsrə üz tutub və son üç  ildə əldə etdiyi nailiyyətlər göz qabağındadır.

       Sədulla Şirinov müasir Azərbaycan ədəbiyyatının diqqətəlayiq simalarından biridir. O, həm Azərbaycan Yazıçılar Birliyinin üzvü, həm də ədəbi mükafatlara layiq görülmüş uğurlu bir nasir kimi tanınır. Onun yaradıcılığı oxucunu cəmiyyətin dərin psixoloji qatlarına sürükləyərək, insan təbiətinin mürəkkəb tərəflərini incəliklə təsvir edən üslubu ilə seçilir.

      Sədulla Şirinovun yaradıcılığı bir neçə mükafatla təqdir olunub ki, bunlardan ən mühümü onun “Sönməyən qisas” əsərinə görə aldığı “Ziyadar” mükafatıdır. O eyni zamanda “Yazarlar” jurnalı tərəfindən təqdim olunan “Fəxri yazar” mükafatının da sahibidir. Bu mükafatlar ədəbiyyat sahəsində ən populyar və prestijli mükafatlardan hesab olunur. Bu mükafatlarla təltif olunmuş yazarlar sənətkarlıq səviyyəsinin yüksək olması və eyni zamanda populyarlığı ilə seçilirlər.

      Bütün bunlardan  başqa, Sədulla Şirinov  “İsa Muğanna” diplomu ilə də təltif olunub ki, bu da onun nəsr sahəsindəki səmərəli və ardıcıl fəaliyyətinin nəticəsidir.

     Sədulla Şirinovun əsərləri əsasən hekayə və roman janrlarında yazılıb. Onun  qələmindən çıxan əsrlər janrından asılı olmayaraq müasir insanın daxili dünyasını, ictimai münasibətləri, etika və mənəviyyat məsələlərini ön plana çıxarır. Onun yaradıcılığında həm gündəlik həyatın adi səhnələri, həm də cəmiyyətin mürəkkəb sosial qatları təsvir olunur.

Əsərlərində rast gəlinən əsas motivlərdən bəziləri:

  -Əxlaqi və psixoloji dilemmlar – şəxsi borc, vicdan məsələləri və insanlararası münasibətlər barədə dərin düşüncələr.

   -Cəmiyyət və fərd qarşılaşmaları – insan təbiətinə təsir edən sosial və mədəni faktların təsviri.

    -İnsan və taleyin təsadüfi yönləri – qısa hekayələrdə çox zaman adi həyat hadisələri böyük mənəvi və simvolik yük daşıyır.

Bu xüsusiyyətlər onun əsərlərində realizm və psixoloji dərinliyi uğurla birləşdirir.

     Şirinovun dili aydın, bəzən gündəlik nitqə yaxın olsa da, obrazların daxili aləmini gətirən incə təsvirlərlə zəngindir. O, sadə insani situasiyalarda belə dərin emosional və fəlsəfi suallar qoymaqdan çəkinmir. Oxucu onun hekayələrində və romanlarında  öz həyat təcrübəsinin əksini tapa bilir ki, bu da müasir ədəbiyyatımızda ictimai rezonans yaradan əsas cəhətlərdəndir.

      Şirinovun üslubu həm klassik realist ənənələrə hörmətlə yanaşır, həm də müasir nəsr elementlərini daxil etməklə oxucu ilə dinamik əlaqə yaradır. Müəllif qısa, lakin mənalı cümlələrlə oxucu diqqətini saxlayır, obrazların düşüncə və davranışlarını psixoloji dərinliklə açır.

   Onun son üç il ərzində işıq üzü görmüş əsərləri arasında aşağıdakıları göstərmək olar:

  -“Sönməyən qisas” — oxucu və tənqidçi tərəfindən yüksək qiymətləndirilən əsərdir və bu kitab üçün müəllif “Ziyadar” mükafatına layiq görülüb;

    -“Gecikmiş etiraf” — insan münasibətlərinin mürəkkəb qatlarını araşdıran hekayətlər dəstidir;

  – “Zamanın pəncərəsindən baxanda” — zaman və taleyin insan həyatına təsirini poetik və fəlsəfi şəkildə təsvir edir;

  -“Heç nə olmazdan çox şey olurmuş” — kiçik gündəlik faktların psixoloji təsvirinə həsr olunub;

 -“Qudalar” — sosial münasibətlər və qohumluq əlaqələrinin təsviri;

– “Kimdir xoşbəxt?” — müəllifin ən son işlərindən biri olaraq həyatın başlıca məqsədlərini düşündürən kitab kimi oxucularla görüşüb.

    Bu siyahı göstərir ki, Şirinovun yaradıcılığı müxtəlif mövzularda yazılmış əsərlərlə zəngindir və hər biri özündə bədii-estetik dəyər daşıyır.

      Sədulla Şirinovun əsərləri Azərbaycan cəmiyyətində oxucular arasında maraq doğurur. Onun dili və təsvir etdiyi mövzular ölkəmizin müasir reallıqlarını əks etdirir və bu, onu zəngin ənənələrə malik ədəbiyyatımızın aktual səslərindən birinə çevirir.

      Ədəbiyyat mühitində belə bir müəllifin mövcudluğu həm yeni oxucu kütlələrinin formalaşmasına, həm də gənc yazarlar üçün nümunəvi ədəbi xəttin inkişafına təsir edir. Onun əsərləri oxucu ilə ünsiyyət quran, həm də ictimai şüurda fikir oyandıran bədii mətnlər kimi dəyərləndirilir.

     Sədulla Şirinov ədəbi mühitimizdə öz səsinin gücü ilə fərqlənir — o, yalnız həyatın səthi hadisələrini anlatmır, eyni zamanda insanın daxili aləmini və cəmiyyətlə fərd arasında kompleks münasibətləri ustalıqla qurur. Onun mükafatlara layiq görülməsi və intensiv ədəbi fəaliyyəti onun bədii dəyərinin həm peşəkarlar, həm də oxucular tərəfindən qiymətləndirildiyini göstərir.

     Sədulla Şirinovun yaradıcılığı Azərbaycan ədəbiyyatında həm estetik, həm də mənəvi baxımdan uğurlu bir səhifədir — oxucunu düşündürən, hiss etdirən və ədəbi zövqünü zənginləşdirən bir sənət nümunəsidir.

   Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm və Sizi 12 fevral saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında baş tutacaq  Sədulla Şirinovun son bir neçə il ərzində  işıq üzü görmüş, adı yuxarıda qeyd olunan kitablarının təqdimatına dəvət edirəm. Bu unikal şəxsiyyətin dilindən bir neçə kəlmə eşitmək şansını qaçırmayın!

02.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

İki əsrin tək nasiri

Sədulla Şirinoun yazıları

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ALL TOGETHER 10 – WOMEN’S DAY”Dünya şairləri antologiyamız işıq üzü görüb

“ALL TOGETHER 10 – WOMEN’S DAY”
Dünya şairləri antologiyamız işıq üzü görüb. Bütün əməyi keçənlərə – xüsusilə Jahongir Mirzoya dərin təşəkkürlər! Var olun, dostlar! Nə yaxşı ki, varsınız! Dünya bir şeir qədər yaxındır…

Antologiya Amazon platformasında nəşr olunub.
Bütün iştirakçıları təbrik edirik.
Aşağıda əsas keçidlər təqdim olunur:

https://www.amazon.com/dp/B0GLGY2VHL
https://www.amazon.co.uk/dp/B0GLGY2VHL
https://www.amazon.es/dp/B0GLGY2VHL
https://www.amazon.it/dp/B0GLGY2VHL
https://www.amazon.ca/dp/B0GLGY2VHL
https://www.amazon.com.au/dp/B0GLGY2VHL


Antologiya haqqında:

“All Together 10, Women’s Day” antologiyası qadınları, onların dözümlülüyünü və cəmiyyətdə oynadıqları çoxşaxəli rolları tərənnüm edən mövzulara həsr olunub. Dünyanın müxtəlif ölkələrindən olan şairlər qadın təcrübəsinin mürəkkəbliyini əks etdirən fərqli baxış bucaqları ilə çıxış edirlər – sevgi və analıqdan tutmuş mübarizə və gücə qədər.

Antologiyadakı bir çox şeirdə qadınlar müdrikliyin, gücün və yaradıcılığın təcəssümü kimi təqdim olunur. Misralarda qadın ailə münasibətlərinin mərkəzi (ana və qız obrazları), həmçinin yaradıcılığın əsas qaynağı (sənət, sevgi və poeziya vasitəsilə) kimi təsvir edilir. Antologiya cəmiyyətin gözləntiləri və çətinlikləri fonunda qadın kimliyini qoruyub saxlamağın vacibliyini araşdırır. Şeirlər güclənməni, çətinliklərdən sonra yenidən ayağa qalxmağı və öz dəyərini bilməyi ön plana çəkir. Qadın hüquqları uğrunda mübarizə və tarixi kontekstlərdə əks olunan səylərin etirafı irəliləyişə doğru kollektiv hərəkatı nümayiş etdirir.

Daimi mövzulardan biri ana ilə övlad arasındakı dərin bağdır; bu bağ həssaslıq və həsrətlə yoğrulub. Bir çox şeirdə ana məhəbbətinin bənzərsizliyi vurğulanır, bu sevginin insanın varlığının ayrılmaz bir hissəsinə çevrildiyi göstərilir. Bu duyğular qadınların müxtəlif mədəniyyətlərdə oynadığı qayğıkeş rolu bir daha təsdiqləyir.

Ümid və empatiya ilə bölüşülən ümumi qadın təcrübəsinin çətinlikləri cəmiyyətin sağalmasına çağırış edir – sosial kənarlaşdırmaya diqqət çəkir və qadınların cəmiyyətdə bərabər dil və münasibət uğrunda apardıqları mübarizəyə hörmət göstərilməsini tələb edir. Bu, bir çox sevinc və çətinliyin bir-biri ilə sıx bağlı olduğunu vurğulayan təkrarlanan amildir.

Ümumilikdə, bu antologiya qadınların sevgi, mübarizə, dözüm və həmrəylikdəki sirli gözəlliyini əhatə edən əsas rollarının təsirli bir sübutudur. Multikultural kontekst nəqlin dərinliyini artırır, həm universal, həm də konkret mədəni normalara və problemlərə köklənən dərslər təqdim edir. Nəticədə, “All Together 10, Women’s Day” zaman və məkan boyunca qadınlara ehtiramı oyadan, onların töhfələrinin həyat çarxının hər dönüşündə sonsuzca çiçəkləndiyini xatırladan təkcə bir bayram baxışı deyil, həm də vacib bir çağırışdır.

Təşəkkürlər,
Kujtim Hajdari