Təqvimin bu günü gözəl insan, əsl ziyalı professor Flora Nacinin doğum günüdür! Ad günü münasibəti ilə Flora xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün fəaliyyətində uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Flora xanım!!!
Səadət Qərib (Səadət Arif qızı Rzayeva) – 10 iyun 1970-ci ildə Goranboy rayonunun Dəlməmmədli qəsəbəsində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş, 1986-cı ildə Qəmbər Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Məktəbinin (indiki Musiqi Kollecinin ) fortopiano şöbəsinə daxil olmuş, 1991-ci ildə təhsilini tamamlamış, musiqi müəlliməsi, konsertmeyster ixtısasına yiyələnmişdir. O, 1987-ci ildən Moskvada yaşayır. Ailəlidir, 3 övladı var.
Səadət xanım həm də gözəl şairə kimi tanınır. Onda şeirə, ədəbiyyata həvəs 12-13 yaşlardan başlamişdır. 2016-cı ildə Türkiyədə Hatay ESA (Ədəbiyyat və Sənət Akademiyası) Dörtyol Bələdiyyəsinin keçirdiyi Türk Dünyası Şeir yarışmasında dərəcəyə girmiş 300 şairin qatıldığı müsabiqədə “Şəhidlər” şeiriylə 5-ci yeri qazanmış, yüksək mükafata layiq görülmüşdür. Səadət Qərib Türkiyədə təşkil olunan bir çox şeir festivallarinda iştirak etmiş, uğurlar qazanmışdır. Onun şeirləri 2016-cı ildən etibarən Azərbaycan və Türkiyə qəzetlərində, dərgilərində, almanaxlarda, internet saytlarında və sosial mediada dərc olunur. Bir çox şeirlərinə mahnilar bəstələnib.
İki kitabı “Mən bir həyat hekayəsi” (şeirlər ), “Onun acı taleyi” (povest) işıq üzü görüb.
“YAZARLAR” kollektivi adından olaraq, Səadət xanımı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Səadətxanım!
Mən bu suala obrazli, poetik cavab verə bilərdim. Amma bunu etməyəcəm, çünki ŞEİR böyük hərflərlə Allahın lütfü, kiçik hərflərlə isə cəzası, sınağıdır.
2. İstmədiyiniz halda işlədiyiniz Mövzular olubmu? Məktəbdə oxuduğum dönəmlərdə müsabiqələr üçün qoyulan mövzularda könülsüz şeir yazdığım olub.
3. Şeirlərinizin ilk Oxucusu kim olub?
Əvvəllər Anama oxuyardım, zaman keçdikcə daha dəqiq anladım ki, riyazi təfəkkürlü bir insana bu əziyyəti vermək ədalətsizlikdir))). Anamın riyazi təfəkkürü ona şeri sevməməyi, amma sonacan dinləməsi sadəcə istedadıma hörmət əlaməti olduğunu anladım. İndi demək olar ki “şeirlərimin ilk oxucusu” tanımadığım, görmədiyim oxuculardır.
Bu suala illər öncə “qane etmir” cavabını verirdim Zaman keçdikcə insan her şeyi olduğu kimi qəbul etməyə başlayir.
6. Yazdıqlarınız Cəmiyyətdə necə qarşılandı narazılığını bildirənlər olubmu?
Mən hələ də yerimdə olmadığımı düşünürəm Bəzən susqunluğu qışqırtılarımın fəryadına boğuluram Sonda da özümə təsəlli verib deyirəm ki, ” onsuz da şairi diri sevməyin cəmiyyətdə yaşayıram”.
7. İstərdinizmi Övladınız yolunuzu davam eləsin Şeirlərinizdən oxuyurmu övladınız?
Şairlik peşə olmadığı üçün bu suala belə cavab verəcəm, Əyər övladlarımda yazmaq bacarığı olsa “olmaz!” demərəm Çünki istedad mayali xəmir kimidi, onu qabın içində ağzı bağlı saxlasan da, O daşıb tökülməyə yer tapacaq. Oğlum yox, qızım çox sevir poeziyanı amma hələ mənim şeirlərimi oxuyub anlayacaq qədər böyüməyib.
8. Müharibə dövründə Şəhidlər verdik Qələbə sevincini yaşadıq Nələr yazdınız Şəhidlərə ağladıq Qələbə sevincimiz yerə göyə sığmadı hansı duyğuları misralara çevirə bildiniz?
Müsahibələrimin birində demişdim ki, nə qədər torpaqlarımız düşmən tapdağı altındadır, əsirlikdə qız, gəlinlərimiz var bizim Vətənpərvərlik şeirləri yazmağa haqqımız yoxdur Müharibə dövründə içimdəki işğal səsi qırıldı Və mən uzun illərən sonra vətənpərvərlik şeiri yazdım.
9. İlk kitabınızdan razısınızmı ürəyinizcə oldumu?
Kitabından o adamlar narazı olur ki, o kitabla Ədəbiyyata gəlməyə çalışır Mən isə Ədəbiyyatdan kitaba gələn şairlərdənəm.
10. Ədəbiyyat sizə nə verdi qazancınız nə oldu Oxucularınız sizi qəbul etdimi?
Ədəbiyyat mənə dünyaya daha fərqli, əslində olduğu kimi baxmağı öyrətdi – Məsələn, günəşin Rənginin əslində Xəzəl Rəngli olduğunu, çarəsizliyin həqiqət daddığını anladım Bir şerim də dediyim kimi “Anladım ki, böyük bir sıfır imiş dünya”.
11. Yeni kitab düşünürsünüzmü?
Yeni kitabım bu yaxınlarda işıq üzü görüb. ” ACI ŞOKOLAD “adlanan yeni kitabımda, ürəyimin işığını acılı, şirinli həqiqətlərimə tutmuşam.
12. ilk kitabınızın adı sizmi düşündünüz yoxsa?
Kitablarima adı, tərtibatı, üz qabığının necə olmasını öncədən bilirəm Və iş prosesində bunu tertibatçıyla bir yerdə edirik Mən yaradıcılığıma qarşı biraz qisqanc adamam Məsələn şeirlərimi yazib bitirəndən sonra da yenidən düzəliş etmirəm. Orjinallığına xələl gəlir deyə düşünürəm. Kitablarımın ikisində də bu səbəbdən “Redaktor” bölməsi boş olur…
Ramil Əliyev – Norveç Borqartinq Apellyasiya Məhkəməsinin kollegial hakimi.
Ramil Əliyev Norveç Məhkəməsinin kollegial hakimi seçilib
“Oslo Azərbaycan Evi”nin və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və Mədəniyyəti Məktəbinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev ölkənin Borqartinq Apellyasiya Məhkəməsinin kollegial hakimi seçilib. Bu seçki müddəti 2021–2024-çü illəri əhatə edəcək. Həmyerlimiz artıq kollegial hakim kimi ilk məhkəmə işində vəzifəsini icra edib. Norveçdə 6 Apellyasiya Məhkəməsi fəaliyyət göstərir. Borqartinq Apellyasiya Məhkəməsi onların ən böyüyü hesab olunur. Bu məhkəmənin yurisdiksiyası ölkənin paytaxtı Osloya, Buskerud, Estfoll quberniyalarına və Akersxusun çənub hissəsinə aiddir. Məhkəmə proseslərində iştirak edən 7 kollegial hakim qərarların verilməsində bərabər hüquqa və səs haqqına malikdir. Qeyd edək ki, Ramil Ənvər oğlu Əliyev 1978-ci ilin 14 fevral tarixində Bakı şəhərində anadan olub. Bakıdakı Xəzər Univeristetində, Misirdəki Qahirə Universitetində, Norveç Krallığında Tromso və Oslo Universitetlərində bakalavr və hüquq üzrə master dərəcəsini alıb. Azərbaycan diaspor hərəkatının gənc və fəal liderlərindən biridir. Norveçdə “NAYO”nun, “Oslo Azərbaycan Evi”nin və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və Mədəniyyəti Məktəbinin təsisçisidir. Diasporla İş üzrə Dövlət Komitəsi olaraq soydaşımızı təbrik edir və hakimlik fəaliyyətində uğurlar arzulayırıq.
AVMVİB Rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev, vətənpərvər el qızı, daim bizlərlə birgə olan və şəhidlərimizin məzarlarını illərlə kimsədən nəsə gözləmədən ziyarət edən və sosial şəbəkələrdə yayan xanım Leyla Həsənovanı ad günü münasibətiylə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayır.
Leyla Həsənovanı hər bir müharibə iştirakçısı yaxşı tanıyır. Fedai.az-da daim yazılarını yaynlayırıq. Qarabağla, müharibə ilə, döyülər və döyüşçülər haqqında onun paylaşdığı paylaşımlar bir fədakarlıqdır.
Şəhidlərmizin döyüş yolu, qazilərimizin problemləri və müharibə veteranlarının keçdiyi səngər həyatı haqqında sosial şəbəkədə illərdir ki, bir-birindən maraqlı məlumatları öz profilində paylaşan Leyla Həsənovanı bir daha 80 minlik veteranlar ordusu adından təbrik edirik.
Çox yaşa, Leyla xanım!
Bu gün də qoy biz veteranlar sizin haqqınızda yazaq. Yazaq ki, bütün gözəlliklər sizin olsun!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev
“Yazarlar.az” olarq, təbriklərə qoşuluruq! Uğurlarınız bol olsun, Leyla xanım!!!
Gülsadə İbrahimli şeiri nə üçün yazır... Şeir Gülsadə üçün Tanrıyla söhbətdir...
Kitablarınızdan razısınızmı? və ya olubmu ki, bu kitab olmasaydı daha yaxşı idi deyə? düşünəsiniz.
Təbii ki, zəif kitablarım,zəif şeirlərim olub,olacaq da nəzərə alsaq ki ilk kitabım orta məktəb vaxtlarımda- 9 cu sinifdə oxuyarkən çıxıb ancaq əsla heç bir kitabımdan Peşman olmamışam zəif olsa belə bir başlanğıc olub mənim üçün.
Ən böyük dəstəkçiniz kim olub tanrıyla söhbətinizdən narazılığını bildirən olubmu ailənizdə. Ən böyük dəstəkçim ilk başlarda dövlətimiz olub ilk və ikinci kitabîm Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov cənablarının qayğısı ilə nəşr olunub daha sonra mənə və istedadıma inanan dostlarım oxucularım özümə ustad bildiyim insanlar- Rüstəm Behrudi, Əkbər Qoşalı, Qulu Ağsəs olub Ailəm də narazılıq olub, ancaq zamanla uğurlarım onları da Gülsadə yə, inandırıb.
İlk şeiri nə zaman yazdınız ilk oxucunuz kim olub?
İlk şeirimi Təbrizdə xəstəxanada yazmışam…ölümdən döndüyüm an deyə bilərəm O, günə O, zaman 8- ci sinifdə oxuyurdum hələ -4 günlük komadan sonra yazdığım ilk şeir Həkimlərə aid idi…
Şeirləriniz də özünüz ola bildinizmi səmimiliyinizə oxucularınız inandımı sizcə? Özüməm həmişə səmimi olmayan şeir səmimi oxucu qazana bilməz bəzən empati edərək yazdığım şeirlər də var ancaq onlarda da özümdən yola çıxmışam…Məncə inanıb.
Şeirlərinizdə Qəhraman özünüzsünüz özünüzü hansı obrazda görmək istərdiniz ən çox..? Şeir azaddır, yasaxsızdır qadağasızdır hüdudsuzdur Qadın olaraq biz bəzən qadağalarla ittihamlarla tənələrlə qarşılaşa bilirik…hələ də şeirin azadlığına özünü qapdırıb cinsiyyət fərqini unudub cəsur yazmağa başlarkən mən şeirlərim de azad qadınam Heç bir ölçüyə,ayrımcılığa sığmayan rüzgarın tərsinə ilhamının atını çapan Gülsadə.
Ədəbiyyat sizi qane edirmi narazılığınız olubmu oxuduqlarınızdan…. Qane edən tərəfi də var etməyən tərəfi də Ancaq gözəl əsərlər yazılır zövqlü oxucular yetişir.!!
İşlədiyiniz mövzular sizə doğmamı ya olub içində o mövzu sizə yad olsun amma yenə də işləmisiniz. Xeyr elə bir şey yaşamamışam şeir ani və bir O qədər də qeyri adi bir enerji patlamasi kimi bir şeydi…ya bir sevinc ya kədər ya həyacan qorxu təlaş və.s və.s…şeir hesablanmış bir şey deyil ona görə də yaşanmışlığın özüdür mənə yad bir şeirim olmayıb.
Bildiyiniz kimi Müharibə dövrü və Mührabədən sonra ki qələbə sevinci şəhidlər verdik o qələbəni daddıq hissləriniz sizə nə pıçıldadı nələr yazdınız? Müharibə…üzüldükqorxduq qürurlandıq sevindik güldük ağladıq Naxçıvan torpağı ən çox şəhid verən bölgələrdən oldu acımızla qürurumuz boy ölçüşdü Yazdıqlarım oldu ancaq heç bir yerdə paylaşmadım çünki belə möhtəşəm bir sevincin və belə heybətli bir acının önündə çox zəif idilər.
Təbrizdə xəstəxanada yatdığınız zaman ən çox nələri düşündünüz ağrılarınızla baş edə bilidinizmi təbrizdə gözəl xatırlayacağınız nələrsə oldumu yoxsa ağrılarınızla unutdunuz hər şeyi?? Uşaqdım o zaman…xatırladığım çox bir şey qalmayıb…təkcə anamın üzüm7 əllərinə alıb ağlayaraq “qorxma,ölməyəcəksən” deməsindən başqa bilirsinizmi Uşaqkən ağrılar daha keçici olur çünki mahiyyətini daha yaxşı bilmirik.
Səf Eləmirsə Erotik şeirlərinizdə var cəmiyyətdə necə qarşılandı bu şeirlər…
Bəzən düşünürəm ki, cəmiyyət buna hazır deyil Neçə Nəsil dəyişməlidir,daha çox oxumalıdır insanlar ancaq o zaman da yazmağın ne qeyri-adiliyi qalar ki?! “Son Tanqo” gözlənilməz kitab idi diksinmə təsiri yaratdı Oxucusunda ,,Femme,, də bir az da irəli getdim,ənənəviliyə alışanları qıcıqlandırdım Yazıçı şıltaqlığı nə deyə bilərəm ki…zəng edib təhqir edənlər,ictimai qınaq yaratmaq istəyənlər Üstü -Örtülü xəbərdarlıq edən belə vardı ancaq ,hər iki kitabım da şeir kitablarının Nəsrlə müqayisə də çox az şansı olmasına baxmayaraq alındı Oxundu Maraq yaratdı, qəbul edildi…
Sizə şöhrət qazandıran hansı kitab olub oxucularınıza son olaraq nə demək istərdiniz…
“Son Tanqo” Kitabım Olub-Oxucularıma Şeir kimi həyat Arzulayıram…
Gənc yazar Kənan Zəka (Bayramov) “Ömür qatarı” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəindən “Ziyadar” Mükafatına (N: 076 07.06.2021.) layiq görülüb. Bu münasibətlə laureatı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Kənan bəy!!!!
İyun ayının 8- də M.Cəlal Paşayev adına Mədəniyyət mərkəzində Şəddat Cəfərovun 80 illiyi Akif Cabbarlının 70 illiyi yubileyi Fatma Həsənqızının “Acılı-şirinli günlər” və Akif Cabbarlının “Yolda” adlı kitablarının təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı , 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru ; “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, DAMM-nin Prezidenti ÇİNGİZ ABDULLAYEV, DAMM-nin Baş Katibi FLORA XƏLİLZADƏ, Xalq Artisti Eldost Bayram, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, Şəhid atası Nəriman Həmidov, Şəhid anası Zümrüd Hüseynova, Təranə Balayeva, Nəzakət Əhmədova ve digər ziyalı qonaqlar iştirak ediblər. Tədbir İNK İH-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzinin sədri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmmədoun başçılığı ilə keçirilib:
Tədbir qazı Mehdiyev Həsən,Tahirzadə Sərxan,Cəfərli Şiraz ilə görüşlə başa çatıb.