O gün çox gözəl görünürdüm. Gözlərim işıq saçırdı. Ev işlərini görə-görə zümzümə edirdim. Səhər tezdən oyanıb ev-eşiyi təmizləyib özümə də sığal çəkmişdim. O gün mənim günüm idi axı. Qadınlar günü.
Gülləri çox sevdiyimi evdə hamı bilir. Qızım da, institutda oxuyan iki oğlum da. Yoldaşım da bilir, ancaq buna baxmayaraq o, mənə heç vaxt gül almır. Səbəbini bilmirəm. Başqa nəsə ala bilər, amma gül almır.
Elə işlərimi bitirib oturmuşdum ki,qapının zəngi basıldı.
Bayram əhvalı- ruhiyyəsiylə qapını açdım.
Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:
– Xanım, bu güllər sizə çatacaq!- dedi.
Sevincimi boğa bilməyib
-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq?- deyə soruşdum.
-Bəli. Buyurun!-deyib gülləri mənə verdi oğlan.
Mən gül səbətini alıb qapını bağladım.
Otaqda gülün üstündəki kiçik zərfi acdım və
“Sevgilim,səni çox sevirəm! Bayramın mübarək!” sözlərini oxuyurdum ki,yoldaşım yaxınlaşıb kağızı məndən aldı, bir mənə, bir güllərə baxıb yazını oxudu və:
– Kimdəndi bu?
– Bilmirəm,- dedim
-Bəs kim bilir?
– Mən elə bildim ki…
İstədim deyim ki, elə bildim sən mənə sürpriz etmisən ,ancaq yoldaşım sözümü bitirməyə imkan vermədi.
– De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?-deyə bağırdı.
– Bilmirəm, dedim. Mən bilmirəm. Adını yazmayıb! – dedim.
– Əlbəttə yazmaz. Ancaq sən sevdiyin gızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir.
Kişi özündən çıxdı. Yersiz ittihamlar, olmayan sözlər, cavanlıqda etdiyimiz səhvlər- hamısı yada düşdü.
Mən günahsız olaraq təhqir edildim, ünvanıma yaraşmayan sözlər deyildi.
Əlacsız qalıb ağladım. Elə ürəkdən ağladım ki, özümün özümə yazığım gəldi.
Düşündüm ki, kaş həqiqətən məni bu qədər sevən bir kəs olaydı və bu gülləri mənə o göndərəydi! Kaş ki… Onda bəlkə bu qədər yandırmazdı məni bu haqsızlıq.
O bayram günü məni sakitləşdirmək də keçmədi ağlından yoldaşımın.
Qapının zəngi yenə basıldı. Əllərində bir dəstə qızılgül böyük oğlum gəldi. Mənim o üzümdən bu üzümdən öpüp təbrik etdikdə daha da kövrəldim.
– Atamın hədiyyəsi mənimkindən gözəldir təbii ki, deyə səbətdəki, güllərə işarə etdi.
Yoldaşım özünü itirmişdi. Nə sual verə bilir, nə də bayaqdan ünvanıma dedikləri üçün üzr istəyə bilirdi.
Oğlum mənə xoş gəlsin deyə atasının adından zərfə qoyulan kiçik məktubu və bir səbət qızılgülü evə yollayıbl ki, güya bunu atası sifariş edib. Atasını xəbərdar etməyi isə unudub.
Bir neçə dəqiqədən sonra onlar, sanki heç nə baş verməmiş kimi, bu əhvalatı danışıb gülürdülər.
Mən də o günü ömürlük yadımda saxladım. O gün dərk etdim ki, səni anlamayan,sənə etibar etməyən,sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz…
ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ Qoymadı tökülə millətin qanı, Qorudu, saxladı Azərbaycanı, Gəzdi qitələri, gəzdi dünyanı, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * “Ümid körpüsü”dür gözlərin nuru, Orda qərar tutub Heydər qüruru, Nura qərq elədi qədim Şəruru, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər an qalib çıxdı siyasətində, Milləti qoymadı darda, çətində, Vətəni yaşatdı öz qeyrətində, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Onun əsəridir Bakı – Ceyhanım, “Qara qızıl” verən Azərbaycanım, Sabaha inamla qaynayır qanım, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər yerdə Heydərin izi görünür, Söhbəti görünür, sözü görünür, Hər kənddə, şəhərdə özü görünür, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Mən Budaq Təhməzəm, yazan əlim var, Xoşbəxtəm, müstəqil, azad elim var, Üçrəngli bayrağım, ana dilim var, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! 13.10.2004.
Fransız yazıçısı Fransua Moriakın yaradıcılığına ədəbi səyahət
“Keçmiş zamanların yeniyetməsi” romanı. Roman atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə etiqad arasında keçirdiyi iztirablardan bəhs edir. Alen mənsub olduğu burjua mühitinə nifrət edir, arzuları, xəyalları ilə yaşayır,təhsil almaq haqqında düşünür. Əsərdə yüksək katolik dairələrin həyatı bütün müsbət və mənfi tərəfləri ilə birgə qələmə alınıb. Əsər avtobioqrafik xarakter daşıyır, birinci şəxsin dilindən yazılıb. Görünür, Alen keşiş və ya sahibkar olmaqdan daha çox yazıçılığa can atır, daha çox mənəvi həyat sürmək istəyir. Müəllif insanın mənəvi yüksəlişi ideyasının ən inandırıcı təcəssümünə yeniyetmənin obrazında müvəffəq olur. İstənilən zamanın yeniyetməsi tamhüquqlu unikal şəxsiyyət, qeyri-məhdud mənəvi sərvətə sahibdir, özünə inam hissi olan maraqlı bir şəxsiyyətdir. Hər yaşda olan bir yeniyetmə saf və məsumdur, hörmətə, sevgiyə,şəfqətə layiqdir.
“Sevgi səhrası” romanı. Səhranın istiliyi mənəvi ehtiyacı simvollaşdırır. Səhra müqəddəs yazılarda insanın Allahla görüşdüyü, tövbə, mənəvi yoxsulluq, seçim və mənəvi azadlıq əldə etdiyi bir yer kimi görünür. Bu, ikili obrazdır: məhrumiyyət, təhlükə, cəza yeri və Allahın insanları xilas etdiyi, özünü göstərdiyi yer. Səhra nemətə lənət kimi məskunlaşan torpağa qarşıdır. Səhra boşluqdur, yəni sevgi yoxdur, amma sevgi əbədidir. Səhra sakini bir sevgiyə rast gəlmək, rahatlaşdırıcı sərin suya qərq olmaq, həm bədənini, həm də hissləri sərinlətmək arzusundadır. Müəllifə görə, “sevgi Allahdır” və Allaha ehtiyacın dərk edilməsi yalnız əzab-əziyyətlə olur, buna görə də sevgisiz, səhra vəziyyətində əzab çəkən insan ruhunun sevgini tapmaq üçün yalnız bir yolu var, o da Allaha gəlməkdir. Əsl məhəbbət mümkündür, ancaq Tanrının vasitəsilə. Yazıçı əsəri ilə bunu demək istəyir. Onun qəhrəmanı Allaha cazibə və cismani, dünyəvi ehtiraslar arasında parçalanır. Allahın səsi səhranın səsidir, harada olursa, olsun-yerdə və ya qəlbdə. Allah insanı oturaq həyat tərzini tərk etməyə və köçəri həyat tərzini qəbul etməyə çağırır. Yalnız maddi dünyaya bağlılığı aradan qaldırmaqla insan Allahla münasibətini qaydaya sala bilər, çünki imtahan insanı elə vəziyyətə salır ki, o, əslində kim olduğunu insana göstərməlidir. İnsan Allahla tək qalır. “Sevgi səhrası” simvolunu yaradan zaman yazıçı kilsəni-onun başında duran ruhaniləri nəzərdə tuturdu. Kilsə də insanlardır, insanlar isə təbiətcə günahkardır, axı Tanrı sevgidir və hər şey Onun vasitəsilə mümkündür. Əsər din, günah, xilas mövzularından bəhs edir. Yazıçı tənhalığın tələyə düşdüyü 3 personajın psixologiyasını, uğursuzluq astanasında olan dünyada yaşadıqları bədbəxtliyi və hisslərinin sıxışdırılmasını, sevgi üçbucağını canlandırır. Kişilərin və qadınların yaşadıqları (eyni qadını sevən ata və oğul) xeyirlə şər arasındakı daxili mübarizənin psixoloji təhlilləri çoxdur.
Səlim Babullaoğlu : “Toplanan vəsait zəlzələdən əziyyət çəkənlərə yardım fondlarına yönəldiləcək…”
Martın 4-də Azərbaycan Yazıçılar Birliyi Beynəlxalq Muğam Mərkəzində “ Bir yumruq, bir ürək, bir can!” devizi ilə xeyriyyə tədbiri keçirəcək. Tədbirdə tanınmış şairlər öz şeirlərini səsləndirəcək, milli və klassik musiqi ifa olunacaq.
Tədbirin təşkilatçılarından olan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu bildirib ki, bu ideya Birliyin sədri, Xalq yazıçısı Anara məxsusdur: ” Bu tədbir daha əvvəl planlaşdırılsa da Muğam Mərkəzinin qrafikinə uyğunlaşdıq. Təklifi zəlzələnin ilk günlərində Anar müəllim verdi və biriliyin rəhbər heyəti ilə başsağlığı üçün Türkiyə səfirliyini ziyarət edəndə cənab səfirə də bildirdik. Əslində Yazıçılar Birliyi ölkəmizdəki bir çox təşkilatlar kimi zəlzələdən zərər çəkənlərə maliyyə yardımı elədi. Amma qərara alındı ki, belə bir tədbirin də keçirilməsi yaxşı olardı. Bu ilk növbədə qardaşlıq borcumuzdur.
Tədbirə giriş pulsuzdur. Foyedə qutu qoyulacaq. Kimin ürəyə nə qədər istəyir yardım edəcək. Və bu vəsait Türkiyənin ölkəmizdəki səfirili vasitəsilə ,onların nümayəndəsi tədbirdə iştirak edəcək, zəlzələdən əziyyət çəkənlərə yardım fonduna yönəldiləcək. Belə ənənələr olub. Bu gün də olması vacibdir…”
Qeyd: Giriş sərbəstdir – Sizi gözü yolda qalan gözlər gözləyir…
“Alternativ Psixologiya”elminin 20 yaşı münasibəti ilə
“Alternativ Psixologiya” elmi yeni əsrin elmi kimi Zamanın movcud olan problemlərinin həlli istiqamətində öz tövhəsini verə biləcək Bəşəriyyətə xidmət edən informasiya elmidir!İnsana özü-özünün xilaskarı olduğunu anlatmaq, onun mənəvi cəhətdən zəngin, dəyərli bir şəxsiyyət kimi formalaşmasına kömək etmək, sağlam gənc nəslin formalaşdırılması, onların ekoloji biliklərinin inkişaf etdirilməsinə nail olmaqdır. Elm İnsanlığa xidmət edir.“Alternativ Psixologiya”elminin müəllifi Qarabağda doğulmuş Tibbi biologiya elmləri doktoru, professor,Oksford Universitetinin Akademiki, Azərbaycan Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri Yaşar Saday oğlu dünyanın aparıcı ölkələrindən olan ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Avropa ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvü, Beynəlxalq Sistemologiya Akademiyasının üzvü seçilmişdir. 3 mart 2003-cü ildə Moskva şəhərində yeni yaratdığı “Alternativ psixolgiya” elminin (№ 6274) müəlliflik şəhadətnaməsini almışdır. Elmin prezentasiyası Azərbaycanda elmi ictimaiyyət tərəfindən yekdilliklə qəbul edilmişdir. “Alternativ Psixologiya “ elminin müəllifi, Tibbi bologiya elmlər doktoru, professor Yaşar Saday oğlu İbadovun “Dədə Qorqud tarixi şəxsiyyətdir” mövzusunda təqdim etdiyi elmi yenilik alimin fitri istedadının məhsulu kimi yeni tədqiqatlara yol açır.Orijinal dəsti-xətti olan, elmi nailiyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan azərbaycanlı alim Yaşar Saday oğlu İbadovun uğurları qürurvericidir. Redaksiyamız adından Yaşar müəllimi təbrik edirik! Yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
”Alternativ psixologiya” elmi müasir elmi fikirlərin inkişafı yolunda yeni bir qoldur.
Müəllifi olduğum “Alternativ Psixologiya” elmi, yeni əsrin elmi kimi Zamanın movcud olan problemlərinin həlli istiqamətində öz tövhəsini verə biləcək Bəşəriyyətə xidmət edən informasiya elmidir!
Akademik Y.S.İbadov
İnsanlığın təkamülündə olan yeni etap insanı öyrənmək yolunda novator elmi yanaşmalar tələb edir. II minilliyin sonlarına yaxın məlum oldu ki, insanlığı dərk etmək yolunda Zaman, Enerji, İnformasiya, Kainat kimi anlayışlarsız insanı dərk etmək mümkün olmayacaq. İndiki zamanda elmlərin yeni sahələri və istiqamətləri onlara istinadən inkişaf edir. Əminliklə demək olar ki, müəllifi olduğum ”Alternativ psixologiya” elmi müasir elmi fikirlərin inkişafı yolunda yeni bir qoldur. Yeni eranın özünəməxsus xüsusiyyətlərindən biri dünyanın güc, qüvvə tətbiq etməklə deyil, ağıl və intellektlə idarə olunacağının proqnozlaşdırılmasıdır. Təsadüfi deyil ki, XXI əsr BMT tərəfindən “İntellekt əsri – təhsil əsri” elan olunmuşdur. Bütövlükdə XXI əsr ağlın, intellektin təntənəsi əsridir. Əsrin yeni elmi “Alternativ psixologoya” metodologoyası əsasında müxtəlif sferalarda aparılan maarifləndirmə və praktik işlərin (“Mücərrəd kompazisiyalar şəklində tibbi-pedaqoji-psixoloji testlər”, “Faza portretlər”, informasiya təbabəti və nanotexnologiya sahəsində bir sıra ixtiralar, çox sayda harmonizatorların tətbiqi və.s.) nəticəsində elmi yeniliklər hər bir fərdin, ətraf aləmin, həmçinin təbiətdə harmoniyanın bərpasına xidmət etməklə, insanlar arasında ünsiyyətin yaxşılaşmasına, bütövlükdə sağlam harmoniyanın bərpasına kömək etmiş olur.
Tibb elminin müəyyən xəstəliklər və problemlər qarşısında aciz qalması halları məni çox düşündürürdü və mən daim elmi axtarışda idim. Elmi ədəbiyyatdaki yenilikləri izləyirdim, ancaq məni qane edən informasiyaları tapa bilmirdim. Elm – işıqdır, Allah nurundan yaranıb.Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Elm işığında öyrənmək, işığın içində işığı aramaq – elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”
1990-cı ildən başlayaraq mən maraqlı qrafik təsvirlər çəkirdim. Bu təsvirlər pasienti qəbul edərkən onun xəstəliyi və problemləri haqqında çəkilirdi. Pasient danışmadan, ondan anamnez toplamadan təsvirlərdə onun xəstəliyi haqqında məlumatlar alırdım. Daha sonralar mən boş vaxtlarımda mücərrəd kompozisiyalardan ibarət qrafik təsvirlər çəkməyə başladım, hansı ki, bu təsvirlər qələmi kağızdan ayırmadan bir dəfəyə çəkilirdi. Həmin təsvirlər hamının böyük marağına səbəb olmuşdu. Müşahidələrim göstərdi ki, həmin təsvirlərə baxan adamlar çox qəribə psixo-reabilitasiya edici effekt alırlar. Ona görə də həmin təsvirləri xəstələrimin müalicəsində əlavə vəsait kimi tətbiq edirdim. Beləliklə, çox maraqlı və gözəl nəticələr almağa başladım.
Həmin təsvirlərdən bir neçəsini seçərək onlardan “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji testlər” tərtib etdim və 1999-cu ildə çap olundu.
Testlərdə olan mənəvi duyum və maraq hissi gənclərin asudə vaxtlarının daha səmərəli təşkil olunmasına, istedadlı və qabiliyyətli övladlarımızın sayının artırılmasına kömək edir. Dünya praktikasında istifadə edilən testlərin əksəriyyəti ya müəyyənedici, ya da təyinedici xarakter dayışıyır. Mücərrəd kompozisiyalardan təşkil edilmiş bu testlər isə həmin keyfiyyətləri saxlamaqla yanaşı, həm də tərbiyəvi təsirə, başqa sözlə, öyrədici keyfiyyətə malikdir. Belə testlərin işlənməsi prosesi duyğu üzvlərinin fəaliyyətini gücləndirir, qavrama və cavabvermə reaksiyasını sürətləndirməklə yanaşı estetik duyumu artıraraq nitq mədəniyyətini yüksəldir. Bu isə birinci və ikinci siqnal sistemi arasında əlaqənin yaradılması deməkdir.Testlərin tədqiqi və tətbiqi yerlərdə psixoloq və pedaqoqlar tərəfindən çox maraqlı izlənmiş, istedadların üzə çıxarılmasına kömək etmişdir.
Ümumtəhsil məktəblərində təfəkkür və təxəyyülün tərbiyə üsulu kimi tətbiqi məsləhət görülən bu testlər tibbi-psixoloji yönümdən sakitləşdirici və son nəticədə müalicəvi əhəmiyyətə malikdir. Ən mühüm cəhətlərdən biri də odur ki, digər testlərdən fərqli olaraq mücərrəd testlər insan şüurunu hərtərəfli axtarışa cəlb edir.
Testlərin tətbiqində əsas məqsəd təkcə şagirdlərin qabiliyyətini aşkar etməklə qurtarmır. Burada ən əsas mücərrəd təfəkkürün sensitiv yaş dövründə inkişafı yolu ilə bədii yaradıcılığın gücləndirilməsi hesabına daha istedadlı gənclərin formalaşması məqsədi güdülür. Prosesin beyində gedən əsas mexanizmi isə aşağıdakı kimi izah edilir:- Şagirdlərin, xüsusən cinsi yetişkənlik dövründə hormonal sistemdə gedən oyanma ilə əlaqədar psixi enerjisi normadan artıq olduğuna görə onlarda emosional gərginlik prosesi yaranır. Ona görə də bu dövrdə şagirdəlirin psixi cəhətdən oyanıqlığı müşahidə edilməklə onların ailədə və məktəbdə təlim-tərbiyə məsələrində daha çətin bir keçid dövrü əmələ gəlir. Bu dövrdə beyində artıqlıq edən psixi enerji bədii yaradıcılıq enerjisi formasında sərf edildikdə emosional gərginlik azalır, nəticədə beyin sakitləşir, onların tərbiyə prosesi asanlaşır, neqativ azalır, şagirdlər testlər haqqında şəxsi rəylərini bildirməklə ağlın müstəqilliyini işə salır, öz fikirlərini sərbəst şəkildə ifadə etməyi öyrənirlər.
Bu testlər qələmi kağızdan ayırmadan çəkilmiş qrafik təsvirlər əsasında tərtib edilmişdir. Testlər dünyada ilk dəfə respublikamızda, daha sonra respublikamızın sərhədlərindən kənarda, xarici ölkələrdə uğurla öz tətbiqini tapmış və XXI əsrin dərs vəsaiti titulunu almışdır.
*testlərlə işləyəndə əvvəlcə oradakı obrazları tapmaq, sonra onları rəngləmək və daha sonra isə ifadəli şəkildə bədii təsvir verilməsi təklif edilir.
*testlər təkcə psixodiaqnostika məqsədiylə deyil, həm də öyrədici, tərbiyəedici, inkişaf etdirici və psixokorreksiya və müalicəvi məqsədlə istifadə edilir.
*testlərlə işləmək üçün yaş məhdudiyyəti yoxdur, ancaq ən yaxşı effekt senzitiv yaş dövrlərində (11-14 yaşlarda) əldə edilir.
Belə ki, mücərrəd təfəkkürün inkişaf etdirilməsində və irsiyyətdən gələn yaradıcılıq qabiliyyətlərinin və potensiallarının açılması istiqamətində çox gözəl nəticələr alınır.
İnsana özü-özünün xilaskarı onluğunu anlatmaq, onun mənəvi cəhətdən zəngin, dəyərli bir şəxsiyyət kimi formalaşmasına kömək etmək, sağlam gənc nəslin formalaşdırılması, onların ekoloji biliklərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Daim elmi axtarışda olmağım və apardığım tədqiqatların hesabına çox maraqlı yeniliklər və sevindirici nəticələrə nail olurdum. Bunlardan bir hissəsi də insanın canlı sistem olaraq xüsusi bir enerji və informasiya sisteminə malik olması ilə əlaqədar yeni biliklərimdən irəli gəlirdi.
“Sistemə maddi, energetik və informasion mahiyyətlərin ayrılmaz vəhdəti olan obyekt kimi baxmaq ən müasir və ziddiyyətsiz baxışdır” (В.A.Шевченко. “Универсальный природный цикл”. 1992).
Real aləmdə təcrid olunmuş sistemlər mövcud deyildir – bütün reallıq qarşılıqlı əlaqədədir və qarşılıqlı şərtlənmişdir. Bu əlaqələr güclü və zəif ola bilər, lakin onlar həmişə mövcuddurlar. Belə aydın olur ki, Tibb Universitetində tədris proqramında insanın bioenergetik anatomiya və fiziologiyası haqqında heç bir tədris olmadığına görə və mövcud olan məlumatlar və biliklər verilmədiyinə görə, həkimlərin bu sahədə biliyi və savadı yetərincə deyil. Bu isə Tibbi kadrların xəstəliklərin etiopatogenezini daha dərindən başa düşməsinə mane olur. Elmi axtarışlarım nəticəsində əldə etdiyim təcrübə bu istiqamətdə problemlərə yeni bir aydınlıq gətirdi. Məsələn, hamımızın yaxşı tanıdığımız psixosomatik xəstəliklərin əsasında müxtəlif emosiyaların olduğunu bilirik, amma apardığım tədqiqatlar nəticəsində məlum oldu ki, bu və ya digər xəstəliklərin və problemlərin kökündə bir çox səbəblərdən biri kimi ünsür faktorları adlanan, əslində təbiətlə bağlı olan faktorlar dayanır.
Biz tamamilə yeni bir diaqnostika və müalicə üsulunun formalaşdığının şahidi olurduq. Bu tədqiqatlarımı konsepsiya şəklində işlədik və Dünya xalqlarının tarixi qədim mənbələrdə Ünsür faktorlarına aid olan yaranmış xaotik biliklərinə aydinlıq gətirərək, həmçinin ünsürlərin simvollarını təyin edərək ümumdünyəvi təsnifat cədvəlini tərtib etdik. Eyni zamanda ünsürlərin qarşılıqlı təsirində yarana biləcək faza çevrilmələrində baş verə biləcək kombinasiyaları təyin etdik. Həmin konsepsiya patentləşdirilmişdir.
Mən canli sistemlərin xəstəlik və problemlərinin qrafik təsvirlərini çəkir və onların mənasını aça bilirdim. Belə bir axtarış və nəticələr mənə yeni bir elmin izinə düşməyimə kömək etdi. Bu elmi “ Alternativ Psixologiya ”(AP) adlandırdım.
3 mart 2003-cü ildə Moskva şəhərində yeni yaratdığım “Alternativ psixolgiya” elminin (№ 6274) müəlliflik şəhadətnaməsini almışam. Həmin elmin prezentasiyası Azərbaycanda elmi ictimaiyyət tərəfindən yekdilliklə qəbul edilmişdir.
2003-cü ildən müəllifi olduğum “Alternativ Psixologiya” elminin metodologiyasinın tətbiq edilməsi əsasında Azərbaycan Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri vəzifəsində çalışır və müəllifi olduğum “Alternativ Psixologiya” elminin metodologiyası əsasında yaradıcılıq fəaliyyəti göstərirəm.
29 dekabr 2005-ci il tarixli “Enerqoinformasiyon diaqnostika və müalicə üsulu” adında Avroasiya ölkələri üzrə patent (№ 006449) almışam.
2023-cü ildə 20 yaşı olacaq “Alternativ psixologiya”elminin müəllifi olaraq, etdiyim elmi ixtiralar və nanotexnologiya ilə hazırlanmış olan harmonizatorlar Avropa keyfiyyət lisenziyasına və nişanına layiq görülmüşdür.
2003 və 2007-ci illərdə təkrar nəşr edilən “Psixoqrafiya” adlı kitabımda Alternativ psixologiya elminin əsasları haqqında elmi ictimaiyyətə geniş məlumat vermişəm. “Faza Portret” adlanan rəsmlərin yaradılmasına əsaslanan elmi istiqamətdə yeni bir yol aça bildim və rəssamlıq tarixində yeni janrda çəkdiyim rəsmləri “Qəlbin Gözü ilə” adlı sərgidə ictimaiyyətə geniş şəkildə nümayiş elətdirdikdən sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü seçildim.
“Alternativ psixologiya” elminin metodologiyası ilə çəkilmiş şəkil-yazı - faza portretlər sırasında tarixi şəxsiyyətlərlə bağlı olanları da var. Bu faza portretlər milli mədəniyyətimiz barədə bir çox faktların dəqiqləşdirilməsində xüsusi rol oynamışdır. Buna misal olaraq “Kitabi – Dədə – Qorqud” un 1300 illik yubleyi ərəfəsində Dədə – Qorqudun 3 faza portret sistemini göstərə bilərik. Həmin faza portretlər əsasında Dədə – Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatlar açıqlanmış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir dahatəsdiqlənmişdir. Bu faktlar respublikanın tanınmış Qorqudşunas alimləri və elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış və bu barədə rəsmi şəkildə rəylər verilmişdir. Radio və televiziya verilişlərində, müxtəlif mətbuat səhifələrində bu barədə dönə – dönə ətraflı məlumat verilmişdir.
15 fevral 2001-ci ildə Azərbaycan MEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində əsasən Qorqudşünas alimlərin iştirakı ilə keçirilən elmi praktik konfransdabu metodla tərəfimdən aparılan elmi – tədqiqat işləri böyük maraqla qarşılanmış və elmdə tamamilə yeni bir istiqamətin açılması kimi qiynətləndirilmişdir.
Orijinal dəsti-xəttim və elmi nailiyyətlərim əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyim elmi töhfələrimə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşəm. Dədə Qorqud Milli Fondunun, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. 22-24 sentyabr 2022-ci ildə Sevastopolda keçrilən XVIII Beynəlxalq İxtiralar və Yeni Texnologiyalar “YENİ ZAMAN” Salonu tərəfindən “Dədə Qorqudun Faza portreti nümunəsində tarixi şəxsiyyətlərin Faza portretlərinin yaradılması metodikası” Qizil medala və Diploma layiq görülmüşdür. Öz elmimi dünyanın aparıcı ölkələrində uğurla təqdim edərək əldə etdiyim nəticələr yüksək mükafatlara, sertifikatlar və diplomlara, orden və medallara layiq görülmüşdür.
Dünyanın aparıcı ölkələrindən olan ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Avropa ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvüyəm. 2022 -ci ilin avqust ayında Beynəlxalq Sistemologiya Akademiyasının üzvü seçilmişəm.
Moskvada Beynəlxalq Enerqoinformasion Xalq Təbabəti Akademiyasının fəxri üzvüyəm, UNECKO xətti ilə Beynəlxalq Elmi Koordinasiya Şurasının daimi üzvü, Beynəlxalq Valeologiya və Eniovaleologiya mərkəzinin üzvü, Ənənəvi xalq təbabəti mütəxəssislərinin, Psixoloq və Təbiblərin Beynəlxalq Assosiasiyasının həqiqi üzvüyəm. Ənənəvi xalq təbabəti üzrə “Eniom” Ümumrusiya elmi-tədqiqat mərkəzi-komplementar təbabətin beynəlxalq qeydiyyatının həqiqi üzvü, Azərbaycan Asiya ölkələri Sosial Mədəni Əməkdaşlıq Assosiasiyasının fəxri şurasının üzvüyəm.
Bu günə qədər etdiyim elmi ixtiralar və nanotexnologiya ilə hazırlanmış olan harmonizatorlar Avropa keyfiyyət lisenziyasına və nişanına layiq görülmüşdür.
5 kitab, 8 elmi monoqrafiya və 30-dan çox elmi məqalənin müəllifiyəm. 12 sayda müəlliflik şəhadətnaməsi almış və patentləşmiş nəzəriyyə, konsepsiya və ixtiraların müəllifiyəm.
Mənim ən böyük ixtiram isə “Alternativ psixolgiya” elminin yaradılmasıdır.
“Alternativ psixologiya” (“alternative” – sözü bir – birini istisna edən iki və daha çox ehtimalın arasında seçim zəruriliyi mənasını verir) – insanın zaman və məkan kateqoriyaları ilə qarşılıqlı təsirindən yaranan problemlərinin həlli yolundakı sualları cavablandıran psixologiya elminin yeni bir sahəsidir.
“Alternativ psixologiya” ümumi psixologiyanın predmeti olan psixikanı bütünlükdə bir inform sistem kimi psixi enerjinin tədqiqatı istiqamətində öyrənir.
Elmin metodologiyasıTəbiət Qanunlarına əsaslanır, insanın həyat yolunun asanlaşdrılması məqsədilə, onun ətrafında baş verən hadisələri anlaması üçün nəzərdə tutulmuşdur.
Bu elmin metodları:
psixoqrafiya,
psixokorreksiya,
mücərrəd kompozisiyalar şəklində tibbi – pedaqoji – psixoloji testlər,
faza portret – sistem işi və s. ibarətdir.
Alternativ psixologiyanın metodlarında situasiyaların faza vəziyyətlərindən və sərhədlərindən, daha sonra isə blokadaedici situasiyalarda yaranan enerjinin informasiyalarından istifadə olunur. Bu metodlarda gipnozdan, şüurun dəyişmiş vəziyyətlərindən və magiyadan istifadə edilmir.
Tədqiqatlar prosesində AP holoqrafik obraz, bioenergetik matrisa və canlı aləmin faza portretlər-sisteminə söykənir. AP-nin tədqiqat obyekti biopsixososial sistemlərin həyat fəaliyyətinin enerqoinformasion aspektləridir, onun predmeti isə xarici aləmlə zaman və məkan koteqoriyalarında qarşılıqlı təsir prosesində canlı sistemlərin metamarfozasıdır.
Metodların vasitəsilə zaman və məkanda canlı sistemlərin şəkildəyişməsini – bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənirik. Bu proseslər Faza çevrilmələr adlanır. Bu çevrilmələr arasında faza sərhədləri mövcuddur. Faza dəyişikliklər faza sərhədlərdən keçir. Bunlara faza keçidlər deyilir. Bütün bu proseslər Metamorfoza adlanır.
Metamorfoza proseslərində əmələ gələn disharmoniya mutasiyalara səbəb olur.
Disharmoniyaya səbəb olan faktorlar aşağıdakılardır:
Tədqiq olunan obyektin öyrənilməsi prosesində metamorfozanın mutasiyaya çevrilmə səbəbləri üzərində aparılan işlərdə bu metodların vasitəsilə ona aid olan problemlər əvvəlcə təyin edilir, sonra isə korreksiya edilir, enerqoinformasion vəziyyət tənzimlənir və ətraf mühitlə insan arasında harmoniya yaradılır.
Alternativ psixologiya elmi Səhiyyədə, Biologiyanın müxtlif sahələrində, Fəlsəfədə, Ümumi psixologiyada, Pedaqogikada, İncəsənətdə, Dilçilikdə, Etnoqrafiyada, Folklor və Mədəniyyət tariximizin öyrənilməsində və s. elm sahələrində öz tətbiqini tapmışdır və tapmaqdadır.
Son zamanlar dünyada yeni elmi istiqamətlər yaranmış və uğurla inkişaf etməkdədir, məsələn, “İnformasiyanın bərpası ilə müalicə ”, “Enerqoinformasion gigiyena”, “Vibrasion Tibb”, “Çoxölçülü təbabət”, “İnteqrasiya təbabəti” və s. Bu istiqamətdə Alternativ psixologiya elmi təbabətə yeni bir töhfə verə bildi. Belə ki, 29 dekabr 2005-ci il tarixli “Enerqoinformasiyon diaqnostika və müalicə üsulu” adında Avroasiya ölkələri üzrə patent (№ 006449) almışam.
Marqarita Tonenkova “Услышь мой зов ” kitabında yazır: – “İnsan orqanizmindəki informasiya əlaqəsinin pozulması bizim xəstəliklərimizin ən başlıca səbəblərindən biridir”. Ona görə də İnsanı ilk öncə bir informasiya daşıyan obyekt kimi öyrənmək tələbi yaranır.
Psixoqrafiya metodunun vasitəsilə Faza dəyişikliklərində əmələ gələn informasiyalar–metamorfozalar və onların səbəbləri haqqında məlumatlar enerqoinformasion qrafik təsvir şəklində alınır. Alınmış təsvirlər səssiz ünsiyyətin psixi yazısınınin formasiyasıdır.
Bu təsvirlərə psixoqramma deyilir. Bu təsvirləri oxumaq üçün psixoqrammanın diliadlanan və təbiət dili olan simvolların dilini tətbiq edirəm və onu təkmilləşdirirəm. Bildiyimiz kimi çoxlu sayda simvollar haqqında kitablar və ensiklopediyalar yazılmışdır, ancaq onların təsnifatı hələ də yoxdur və ən əsası simvolların faza çevrilmələri haqqında tədqiqat aparılmamışdır. Bu istiqamətdə tədqiqatlarımız davam edir və yaxın zamanlarda yeni kitab dərc ediləcək.
2003-cü ildə Simferopol şəhərində dərc etdirdiyim Psixoqrafiya kitabının giriş hissəsində sitat kimi verdiyim Məhəmməd Peyğəmbərin (s.ə.s.) kəlamında deyilir:
– “Əgər Kainatı öyrənmək istəyirsizsə, ən düzgün yol kamil insanı öyrənməkdir”.
İnsan canlı sistem olaraq Kainatla daim enerji və informasion olaraq qarşılıqlı əlaqədə olan bir varlıqdır. İnsan Kainata aid olan informasiyalara malik olsa da, təbii ki, o özü bu informasiyaları danışa bilmir, amma peyğəmbərimizin kəlamında deyildiyi kimi kamil insan bu məlumata malikdir və həmin informasiyaları öyrənmək olar və bu mümkündür. Bunlar İngilis alimi, Nobel mükafatı laureatı Devid Bomun yaratdığı “Kosmik Holoqrafiya nəzəriyyəsi”-ndə öz təsdiqini tapmışdır.
Qeyd etmək istərdim ki, AP-nin metodologiyası və psixoqramma dili bu yolda insanlığa yeni imkanlar açır və açacaq!
Hazırki situasiyada belə bir nəticəyə gəlmək olar ki, psixoqramma dili dilçiliyin qarşısında duran yuxarıda deyilən tələbləri ödəyə biləcək bir funksiya daşıyır. Ona görə də AP-nın metodları və psixoqrammanın dili Kainatın və insanlığın öyrənilməsi yolunda yeni istiqamət kimi qiymətləndirilə bilər.
İstənilən dilin və eləcə də bu dilin xüsusiyyəti məlumatı almaq və ötürməkdir. Psixoqrammanın əsasında psixoqrafiyanın əlifbasını işləyib hazırlamaq və bu əsasda təbiətin özünün dilini – simvolların və enerjinin verbalizasiyasız hərəkətinin dilini yaratmaq üçün ilkin şərait vardır. Bu dilin ilkin forması olaraq nümunə kimi – Qobustan qayalarındakı qrafik təsvir-şəkil məlumatları misal göstərə bilərik. Belə ki, həmin təsvirlər adi rəsmlər deyildir və onların kodlarında dərin fəlsəfi fikirlər öz əksini tapmışdır.
Əgər təkamül prosesində insanın yaranmasında ünsiyyət vasitəsi kimi səsdən istifadə edilibsə bu ünsiyyətdə iki duyğu üzvü iştirak edir: danışıq aparatı və eşitmə aparatı. Ancaq ünsiyyətdə elə çətinliklər olub ki, onu səslə çatdırmaq mümkün olmayıb. Buna görə də şəkillərdən, qrafik təsvirlərdən, piktoqrammalardan, fikir yazılarından istifadə etmək tələbatı yaranıb ki, bu, ünsiyyətin gözlə görünüb şüur və təfəkkürün gücü ilə dərk edilə bilən bir forması deməkdir. Yəni burada görmə və digər duyğular da işə düşür. Təkamülün davamı ilə şifahi xalq yaradıcılığından yazılı ədəbiyyata keçid ünsiyyətin formalaşmasının ən geniş yayılma xətti olmuşdur. Ancaq yazı dilinin atributu kimi səsdən qabağa düşdüyü xətlər vardır ki, bu xətlər özünəməxsus xüsusiyyətləri ilə seçilir.
Psixoqramma yazı forması kimi məhz ikinci xətti keçir. Yəni, burada əvvəlcə yazı yazılır. Xətlər fikri ifadə edir. Həmin xətlər xəstənin psixikasını təşkil edən psixi enerjisinin yaratdığı yazıdır. Bu yazı təkamül prosesində yazı mədəniyyətinin formalaşmasında və müxtəlif əlifbaların yaranması prosesində müxtəlif dərəcədə öz təsirini göstərmiş və bugünkü semiotikada öz cizgilərini saxlayır. Bu gün insanların psixoloji mənada problemlərini psixikanın öz dilində öyrənməyin yolu açılır.
Psixoqrafiya metodu vasitəsilə əldə olunan psixi enerjinin yazısında – psixoqrammada insana, canlı və cansız aləmə aid olan enerqoinformasion məlumatlar üzə çıxarılır və onların sonrakı tədqiqatına yeni imkanlar yaranır.
Psixoqrafiya – faza portret – sistemlə aparılan işdən sonra psixo analiz və psixo diaqnostika yolu ilə alınan informasiyanı xəstənin və ya pasientin verdiyi informasiya ilə müqayisə etməklə, hətta onun özünə məlum olmayan, lakin ona aid olan elementləri də aşkar etmək olur.
Beləliklə, tədqiq olunan obyektin metamorfozalarını və onların səbəblərindəki əsas faktorları araşdıra bilirik. Bu faktorlar daxili və xarici olmaqla iki qrupa bölünür.
Daxili və xarici faktorların qarşılıqlı təsirindən Metamorfozanın asılılığını aşağıdakı sxemlərdə (Sxem 1,2) daha aydın təsəvvür etmək mümkündür.
Sхеma 1. Metamorfozanın daxili faktorları
Sхема 2. Metamorfozanın xarici faktorları
Psixoqramma sözlə ifadə olunmayan psixi proseslərin informasiyasını açır, izah edir, öyrənir və eyni zamanda xəstəliklərin, həyati problemlərin səbəblərini araşdırmağa imkan verir, həmçinin onların korreksiyasını həyata keçirməyəbir vəsait kimi real şərait yaradır. Bu vəsait pasienti energo informasion nöqteyi nəzərdən xarakterizə edir, onun orqanizmindəki neqativ enerjinin mənbəyini və həm də səviyyəsini müəyyənləşdirməyə kömək edir.
Mənim tərtib etdiyim testlər yuxarıda sadalanan bu keyfiyyətləri özündə birləşdirir və yaradıcılıq fəaliyyətini genişləndirərək metamorfozanın pozulmasının qarşısını alır. Bunu daha əyani aşağıdakı şəkildə görə bilərsiniz.
Şəkil 1: Psixi enerji, metamorfoza və yaradıcılıq fəaliyyəti arasındakı mövcud əlaqə.
ММ- metamorfoza; PE – psixi enerji; YF – yaradıcılıq fəaliyyəti.
Bu şəkildən aşağıdakı nəticələri alırıq:
● PE–YF ilə qarşılıqlı təsirdə metamorfoza harmoniyaya gətirilir;
● YF–metamorfozaya pozitiv təsir eləməklə psixi enerjini keyfiyyətcə yaxşılaşdırır;
● İnsanın YF-dən əmələ gələn metamorfozanın harmoniyası PE-nin keyfiyyətinə və balansına pozitiv təsir edir.
Psixoqrafiya metodu ilə görülən işin tamamlanması və mükəmməl mərhələsi faza portretlərin çəkilməsidir.Faza portret neqativ enerjidən təmizlənmiş, energetik balansı və harmoniyası bərpa olunmuş pasientlərin təmiz enerjiyə köklənməsi ilə aparılan korreksiya mərhələsidir. Təmiz enerji dedikdə həyatın əsasını təşkil edən psixi enerjidən danışılır. Burada biz şəxsiyyəti onun öz səviyyəsində və şüuraltı təfəkkürünün yaratdığı obrazlarda öyrənirik.
A.Yeryomkin həyatın əsas substansiyası haqqındakı fikirləri belə şərh edir:
“ Həyat özü – enerjidir. Enerji isə pisixi enerjidir. Psixi enerji – hər şey deməkdir. Psixi enerji o enerjidir ki, hər şeyin başlanğıcının əsasında durur. Psixi enerji o enerjidir ki, dünyanın yaranmasının əsasında durur. Psixi enerji o enerjidir ki, kosmik substansiyada obrazlar nəqş edir.”.
(Еремкин А. Школа одаренности. Тайны рождения гениев.М, NİF Print, 2003,325 c).
Həmin obrazlar Faza portretlərdə üzə çıxan obrazlardır. Faza – portretlər sisitemi kamil obrazın formalaşması işinin aparılması deməkdir. Faza portretlərin çəkilməsi anı təbiət proseslərinin dinamikasında yeni etapdan xəbər verən bir məqamdır.
Bu günkü elmlər fikirlə fiziki bədən arasındakı qarşılıqlı əlaqəni sübut edir.
Hələ eramızdan əvvəl yunan filosofu Aristotel “ həyat nədir?” sualına belə cavab vermişdir: “Həyat ağlın hərəkətidir!” Sözün işə və yaxud işin sözə çevrilməsi də metamorfoza prosesidir. Həyatın hər bir anında insan orqanizmində yeni hüceyrələr yaranır və hər bir yeni hüceyrə ya mənfi, ya da müsbət fikrə köklənərək əmələ gəlir. İnsanın fikri formaya düşərək, onun bədəninə çevrilir. Atomu öyrənən fiziklər sübut edirlər ki, insan bədəni 7-14 ay içərisində tamamilə təzələnir. Professor Pol Ebersold özünün “Atomlar iş dalınca” kitabında yazır: ”Bədənimizin 98%-i bir il ərzində dəyişir.” Konkret bir şəxsin faza portretinin çəkilməsi anı onun sonrakı həyatının yeni bir mərhələsi hesab edilir. Belə ki, Faza portret çəkildikdən sonra əmələ gələn yeni hüceyrələr keyfiyyətcə daha mükəmməl şəkildə formalaşır və beləliklə də orqanizm pozitivə doğru dəyişir, sanki yenidən yaranır.
Faza portreti həm də həyatın inkişafı və qaydaya salınması yollarını reallaşdırmağa imkan verən mükəmməl bir vəsaitdir və vasitədir.
Psixoqramma faza-sistemlərin qarşılıqlı təsirlərinin faza portretini və onun zaman daxilində dinamikasını müəyyənləşdirir. Faza portretlər faza dəyişikliklərini– informasiyaları göstərir.
İnformasiya materiyanın bir formadan başqa formaya keçməsindən ibarət olan faza çevrilmələri vasitəsilə ötürülür və onların arasında iz qalır. Zamanda iz – matrisadır. Proseslərdə, metamarfozalarda qalan izlər isə faza portretlərdir.
Əgər metamarfozaların izi keçmişdən neqativdirsə, təhriflər çıxarılmır və iki istiqamətdə gedir:
1. Zamanda təhrif.
2. Çevrilmə mexanizmində, ötürülmədə təhrif.
İnsan zamanda yaşayır. Hər bir an öz – özünə yadda qalır – bu matrisadır. Matrisa işlənilir. Qeyd etmək lazımdır ki, biz pasientin qeyri mükəmməl bioenergetik matrisasını yeni metodumuzla mükəmməl formaya gətiririk. Matrisa psixoqrafiya metodu vasitəsilə və onun ən yeni forması ilə – faza portretin çəkilməsi ilə işlənilir. Nəticədə təhrif də aradan götürülür.
Hər bir insan müəyyən kod – kosmik həyat kodu daşıyan mikrokosmos, başqa sözlə sanki kiçik bir kosmik tamlıqdır. Hər bir planetin hərəkət trayektoriyası olduğu kimi, hər insanın da özünəməxsus informasiya xətləri mövcuddur. İnsan hər bir an dəyişir və onlar informasiya xətlərində də dəyişkənlik törədir. Devid Bomun kosmik holoqrafiya nəzəriyyəsinə istinadən həqiqətən bu informasiyalar makrokosmda saxlanılır (Y.S.İbadov Kainat, informasiya və insan “Elm” qəzeti.- Bakı 19 sentyabr 2002-ci il).
Zaman və məkan içərisində həmin dəyişikliklər iz buraxır. Bu isə DNT strukturunda dəyişikliyə səbəb olur. DNT-nin yaddaşı və informasiyası dəyişir. Bu proseslər yeni elmlərdə faza çevrilmələri adlanır. Orqanizmdə olan neqativ və pozitiv enerjinin keyfiyyət nisbətindən asılı olaraq canlı sistem metamorfozaya uğrayır.
Faza portreti çevrilmə proseslərinin əsasıdır. Faza portret canlı və cansız sistemlərin mikro və makromir səviyyədə zaman və məkan kateqoriyalarında, xarici aləmlə qarşılıqlı təsirlərində enerqoinformasion obrazının faza çevrilmələrinin güzgü əksliyidir.
Portretin çəkilməsi prosesi irsiyyətin enerqo-informasion yaddaşından onun nəslinin və əcdadlarının buraxdığı səhvlərə səbəb olan neqativ enerjiləri və informasiyaları (neqativ enerji insanın enerqo informasion yaddaşında və obrazında informasiya şəklində iz qoyur və gələcək nəslin normal inkişafına mənfi təsir göstərir) silir.
Faza portretləri özündə enerqo-informasion dalğaları birləşdirir, təkrar ideasion iş isə onları yenidən daha pozitiv olaraq doğurur. Bu isə insanın ideasion şüur mərhələsinə yüksəldilməsi ilə Ali Kosmik idrakla və Təbiətlə informasiya əlaqəsi yaradır.
İnformasiya sistem yaradan amildir və informasiya kainatın quruluşu, onun ayrı – ayrı qanunları və qanunauyğunluqları haqqında məntiqi bitkin fikirləri özündə cəmləşdirir… Bu cür məlumatların informasiya axınında Kainatın inform sahəsindən buna bənzər enerji və informasiyaları çəkib çıxaran xüsusi energetik köklənmə yaranır. Və onlar enerqo informasion axınlarda gəlir. Onlar Yer kürəsində yaşayan bir çox adamların inform sahələrindən sürətlə ötüb keçir, lakin tez-tez, fəal axtarışla məşğul olan, problemlə çoxdan tanış olan, məhz bu problemin həlli barədə düşünən və gələcəkdə onu səmərəli surətdə tətbiq etmək məqsədi olan insanların, mütəxəssislərin inform sahəsinə doğru yönəlir. Məhz belə alimlər lazımi informasiya axınlarını özlərinə cəlb edir və onları dərk edirlər. Dünya tarixində demək olar ki, bütün qanunlar, nəzəriyyə və konsepsiyalar konkret alimlər tərəfindən kəşf edilmiş, icad və ixtiralar edilmişdir. Bəzən bu qanunlar ardıcıl olaraq bir neçə alimlər tərəfindən aşkar edilir. Təbii ki, burada onlar bir-birinə stimul verir və bir-birini tamamlayırlar. Məsələn, Psixoqrafiya kitabının 8-ci səhifəsində çəkdiyim misalda olduğu kimi, Alman həkimi Robert fon Mayer enerjinin saxlanması qanununu kəşf etmişdir. Rusiya alimi Lomonosov isə maddə kütləsinin saxlanması qanununu tapmışdır. Alman fiziki Eynşteyn bu iki qanunu birləşdirmiş enerji və maddə kütləsinin saxlanması qanununu təyin etmişdir, hansı ki, bunları E=mc2 düsturu ilə ifadə etmişdir. Bu misalda hər bir alim özünə məxsus informasiya almışdır, amma onların hamısı kainatın informasiya dalğalarına köklənmiş və öz potensiallarına uyğun ixtiralar etmişlər. Eynşteyn isə malik olduğu inteqrativ yanaşma qabiliyyətindən irəli gələn nəticə çıxara bilmişdir. Bu onun abstrakt təfəkkürə malik olmasından xəbər verir. Mənim çəkdiyim mücərrəd kompozisiyalardan tərtib etdiyim “Tibbi-pedaqoji-psixoloji” testlər məhz abstrakt təfəkkürün vaxtında açılmasına və daha da yaxşı inkişaf etdirilməsinə xidmət edir. Qeyd edim ki, bu testlərlə çalışan şəxslərdə abstrakt təfəkkürdən formalaşan konkret yanaşma tərzi güclənir. Ona görə də xüsusilə senzitiv yaş dövründə bu testlərdən düzgün istifadə edilməsi gələcəkdə cəmiyyətimizə daha mükəmməl və talantlı şəxsiyyətlər verəcəkdir. Psixoqrammanı psixikanın yazı dili kimi təqdim etməklə biz müasir dilçiliyin imkanlarını genişləndiririk. Buna təsdiq olaraq yeni metodla – Alternativ Psixologiyanın Faza portret–sistem metodu ilə Dədə Qorqud haqqında alınmış şəkil-yazıların psixoqramma dili ilə oxunmasından alınan infolrmasiyaları misal göstərmək olar.
DƏDƏ QORQUD – TARİXİ ŞƏXSİYYƏTDİR
“Alternativ psixologiya” hər bir xalqın daşıdığı yaradıcılıq enerjisinin məhsullarını öyrənərək, müasir elmlərin çərçivəsində alternativ yanaşmanın özünəməxsus xüsusiyyətlərini göstərir və intqerasiya xəttində yeni tədqiqatlar aparmağa şərait yaradır. Hər bir xalqın yaradıcı şəxsiyyəti əslində onun informasion təbiətinin mənbəyi haqqında məlumat verir. AP elminin metodologiyası ilə çəkilmiş şəkil – yazı, faza portretlər sırasında tarixi şəxsiyyətlərlə bağlı olanları da (Dədə Qorqud haqqında, Nuh peyğəmbər haqqında, Davinçı haqqında, Odin, Tusi haqqında, və s.) vardır.
Faza portretin çəkilməsi prosesi insanın şüurunu kosmik holoqrammada mövcud olan onun özünə aid enerji informasiya yazısına kökləyir və əlaqələndirir.
Hər bir insan dünyasını dəyişəndən sonra da onun kosmik holoqrammada mövcud olan enerqoinformasion yazısı qalır. Tarixi şəxsiyyətlər haqqında Faza portret çəkilərkən kosmik holoqrammadakı həmin enerqoinformasion yazılardan informasiya almaq mümkün olur. Bu faktı mənim tarixi şəxsiyyətlərin Faza Portretlərinin yaradılması istiqamətində aparıian təcrübə, sınaq və tədqiqatlarım sübut etdi. Hələlik Dünyada yeganə adamam ki, belə bir qabiliyyətlə fəaliyyət göstərirəm. Çoxlu sayda tələbələrim və yetişdirdiyim kadrlar vardır. AP-nin metodologiyasına aid olan hər bir bilik və bacarığı tədris edərək öyrədə bilmişəmsə də, ancaq hələ də tarixi şəxsiyyətlərin Faza Portretlərini özümdən başqa çəkə bilən kadr yetişə bilməmişdir. Bu mənim bir pedaqoq, müəllif kimi zəifliyim kimi başa düşülməməlidir. Sadəcə bu keyfiyyətlərə və qabiliyyətə malik olan kimsəni tapa bilməmişəm. Ümüd edirəm ki, nə vaxtsa belə bir potensiala malik tələbə tapa biləcəm!…
2000-ci ildə “Kitabi – Dədə – Qorqud” un 1300 illik yubileyi ərəfəsində Dədə Qorqudun üç sayda faza portretini çəkdim. Dədə Qorquddan soraq verən şəkil yazılarda verilən məlumatlar olduqca zəngin və maraqlıdır. AP elminin faza portret-sistem metodikası əsasında Dədə Qorqud haqqında çəkilmiş (3 sayda faza portret) şəkillərdəki kodlu informasiyaların bir hissəsini aşağıdakı şəkildə açıqlayıram:
Şəkil yazıların birincisində sağ tərəfdə ay və çörək təsvir edilmişdir. Bu sözlərin baş hərflərini təsəvvürümüzdə birləşdirdikdə “aç” ifadəsi alınır. Əgər çörək sözündən “ç” və “ö” hərflərini və şəkilin solundakı “z” hərfi ilə ardıcıl olaraq birləşdirsək “çöz” ifadəsi alınır. Burada şəkil yazıdan oxunan “aç” və “çöz” sözlərindən şəkildə sirli informasiyaların olması (işarə edilir) başa düşülür və həmin informasiyaların açılmasının-çözülməsinin, yəni analiz edilməsinin vacibliyi dərk edilir.
1-ci Faza portretdə təsvirin (sağ tərəfində) aşağıdan yuxarı 5 sayda dalğalar 5 yüzlükləri, yəni 500-zü ifadə edir. Eyni zamanda ardıcıllıqla təsvirdə “6 “rəqəminin təsviri və ondan sonra başqa bir dairəvi elementin təsviri isə “0” rəqəmini əks edir. Bu rəqəmləri ardıcıl yazanda 560 rəqəmi alınır ki, bu da Dədə Qorqudun doğum tarixini göstərir. Faza portretdə Dədə Qorqud obrazının başı üzərində çəkilmiş nar çiçəyinin fonunda dairəvi elementin içərisində Buğa bürcünün işarəsi təsvir edilmişdir. Astronomik mənada bu Dədə Qorqudun Buğa bürcü altında doğulduğundan məlumat verir.“
Dədə Qorqud” Eposunun Drezden variantında 74 №li atalar sözündə deyilir: “Ab-alca çiçəkdən ündüm, Ata belindən endim, Ana rəhminə düşdüm, mavi gözlü Div qızından tuğdum.”
“Mavi gözlü Div qızından tuğdum” ifadəsində “div” sözü, bildiyimiz kimi, Şərq mifologiyasında daha çox “Əjdaha” mənasını verir. Ona görə də burada: “Div qızı” ifadəsi “Əjdaha qızı” mənasını verir kimi qəbul edilə bilər. Yəqin ki, Dədə Qorqud bu ifadədə “Əjdaha ili” ifadəsini vermək istəmişdir. Çünki faza portretdəki şəkil yazıların kodlarını açarkən Dədə Qorqudun aşkar edilən doğum tarixi – 560-cı il Şərq-Yapon təqvimi ilə Əjdaha ilinə düşür.
Maraqlı faktlardan biri də odur ki, əgər Dədə Qorqud haqqında alınmış (birinci) Faza portreti saat əqrəbi istiqamətində 900 dərəcə fırlatsaq onda mavi gözlü əjdahanın təsvirini görərik. Portretdə əjdahanın gözü Buğa bürcünün işarəsi kimi təsvir olunmuşdur. Bu isə Dədə Qorqudun Şərq-Yapon bürcü ilə Buğa bürcündə doğulduğuna işarədir.
Əgər “Mavi gözlü” ifadəsinin mənasını açıqlasaq, qeyd etməliyik ki, Astralogiyada mavi rəng Buğa bürcünün ayının, yəni may ayının rəngi kimi təyin edilir. Deməli, Dədə Qorqud “Mavi gözlü” ifadəsi ilə “Buğa” bürcünə və may ayına işarə etmiş və bunları çox məharətlə tarixin yaddaşına atalar sözü formasında həkk etməyi bacarmışdır.
Dədə Qorqud atalar sözündəki “Ab-alca çiçəkdən ündüm” ifadəsində “ab-alca” ifadəsi ilə çiçəyin rənginə işarə etmişdir. Burada “ab” şiddətləndirici ön ədat, “al”isə qirmizi rəng mənasını verməklə “ab-alca” – ”al qırmızı” və ya “qıp qırmızı” ifadəsini əks edir. Deməli, “Ab-alca çiçək” “qıp qırmızı çiçək” deməkdir. Belə bir rəngə uyğun gələn çiçək isə hamımızın yaxşı tanıdığı nar çiçəyidir. Maraqlı cəhətlərdən biri də odur ki, birinci faza portretdə Dədə Qorqud obrazının başı üzərində nar çiçəyinin təsviri verilmişdir. Nar isə məlum olduğu kimi “Buğa” bürcünə aid olan May ayında çiçəkləyir.
Faza portret-sistem metodu ilə şəkil yazıların kodlarının açılması hesabına belə bir nəticə alınır:
“Dədə Qorqud” Eposunun Drezden variantında 74 №li atalar sözündə kodlaşdirilmış informasiyadan məlum olur ki, Dədə Qorqud Şərq-Yapon təqvimi ilə 560-cı ildə Əjdaha ilində, Buğa bürcünün – May ayında dogulmuşdur.
560-cı ilin Dədə Qorqudun doğum tarixi olması şəkil yazıda başqa kombinasiyalarda da öz təsdiqini tapır.
3-cü şəkil yazının ümumi fonunda ağ yapalağın təsviri alınmışdır. Ağ yapalaq 560-cı ilin Avesta təqvimində olan adıdır.
Nəticədə alınır ki, 560-cı il Şərq-Yapon bürcü ilə Əjdaha ili olmaqla yanaşı, həm də Avesta təqvimi ilə Ağ yapalaq ilinə uyğun gəldi. Bu faktı əsas tutaraq aşağıdakı hesablıamanı diqqətinizə çatdırmaq istəyirəm:
İnformasiyalar 2000-ci ildə alındığına görə və Dədə Qorqudun doğum tarixi- 560-cı il olduğuna görə 2000-560=1440 alınır.
Şərq-Yapon bürcündə Yer kürəsinin Günəş ətrafında 1 tam dövr etməsi 12 ilə bərabər hesablandığına görə (1440:12=120) 1440 il içərisində 120 dəfə 12-lik (yəni bir tam dövr) yerləşir.
Buna uyğun olaraq, qeyd edək ki, Avesta təqvimi Saturn planetinin günəş ətrafındakı 1 tam dövr etməsi 32 ilə bərabər olduğuna əsasən yarandığına görə 1440 il içərisində (1440:32=45) 32-lik (yəni bir tam dövr) 45 dəfə yerləşir.
Bu qanunauyğunluğa əsasən müqayisəli hesablayanda:
(12×120=1440),
(32×45=1440) alınır ki 2000-ci ildən həmin ili çıxanda (2000-1440=560) hər iki bürc ilə 560-cı il alınır.
Beləliklə, Faza portret-sistem metodu Dədə-Qorqud Eposundakı kodlaşdırılmış informasiyanı oxuya bilmək imkanı verir. Bu əsasda 1-ci Faza portretdəki kodları açmaqla Dədə Qorqudun vəfatı tarixini də tapa bildim:
Nar çiçəyi fonunda 8 rəqəmi, ondan sonra tək bir yarpağın vahidi ifadə etməsi və ardıcıllıqla nar meyvəsinin 9 rəqəmi içərisində çəkilməsi “819” birləşmiş rəqəmini verir ki, bu da Dədə Qorqudun vəfat etdiyi tarixi ifadə edir.
Beləliklə, Dədə Qorqud 560-cı ildə anadan olmuş 819-cu ildə vəfat etmişdir.
Nəticədə, 819-560=259 rəqəmi Dədə Qorqudun neçə il ömür sürdüyünü göstərir.
Doğrusu, Dədə Qorqudun 259 il yaşaması mənə bir az təəccüblü görünürdü. Ancaq təsadüfən Azərbaycan müəllimi qəzetində dərc edilmiş bir məqaləni oxuyanda XIII-XIV əsr tarixçisi Rəşidəddinin yazdığı “Cəmaət Təvarix” əsərində Dədə Qorqudun 295 il ömür sürməsi haqqındakı məlumatı oxuyandan sonra məndə bir sual yarandı: – nəyə görə bu raqəmlərdə belə bir fərq alınır?
Axtarışlarım nəticəsində “Polindrom rəqəmlərin güzgü əksliyi qanunu”-nu tapdım. Həmin qanunda deyilir: -əgər hesablamalar düzgün aparılıbsa, əldə olunan rəqəmləri alt-alta tərsinə yazıb hesablayanda güzgüdə əks olunan rəqəmlər alinmalidır:
259 + 952 = 1211
1211 +1121 = 2332
23 / 32
Nəticədə, göründüyü kimi 32 rəqəminin güzgüdəki əksi alınır.
Özünüz də yoxlaya bilərsiz ki, Tarixçinin göstərdiyi 295 rəqəmi bu qanunla dəfələrlə toplansa belə güzgü əksliyi alınmır.
Bu qanuna əsasən tarixçinin yazdığı (295) deyil, Faza portretdə alınan (259) rəqəmləri öz təsdiqini tapdı.
Təsdiqləyici Əsaslar:
Birinci portretdə informasiya dalğaları və rəqəmlərdən alınan nəticədə 560-cı ilin rəqəmlər toplusu
Birinci portretdə Əjdaha təsvirinin görüntüsü və Atalar sözünün kodunun açılmasında Əjdaha ilinin Şərq-Yapon təqvimi ilə 560-cı ilə uyğun gəlməsi nəticəsində.
3-cü portretdə Ağ yapalağın təsvirinin alınması və onun Avesta təqvimi ilə 560-cı ilə uyğun gəlməsi nəticəsində.
Rəqəmlərin dili ilə hesablandıqda hər iki təqvimlə 560-cı il alınması nəticəsində.
Portretdə əks olunmuş 819 rəqəmlərinin vəfat tarixinə uyğun gəlməsi və həmin rəqəmlərin hesablanması zamanı alınan nəticədə.
819-259=560
Nizami muzeyində keçirilmiş Elmi praktik konfransda ən birinci müsbət rəy verən Qorqudşünas alim Elməddin Əlibəyzadə “Alternativ psixologiya” elminin metodologiyası ilə çəkilmiş şəkil – yazı, faza portretlərin vasitəsilə əldə olunan nəticəni (Dədə Qorqudun doğum tarixini – 560-cı ili) təsdiq etdi. O bu barədə öz kitabında yazdığı məlumatla dediklərini əsaslandırdı. Belə ki, Məhəmməd Peyğəmbər ə.s.s.-dan 10 il öncə Dədə Qorqudun dünyaya gəldiyini qeyd etdi
( Peyğəmbərin doğulduğu tarix 570-10=560 alınır).
Dədə Qorqud vəsiyyəti:
“Qoy türk xalqları nar kimi birləşsin!
Qoy onlar narın dənəsi kimi qorunsun!”
Faza portretlərdə olan digər informasiyaları hərtətəfli açıqlamaq üçün gələcəkdə nəzərdə tutulan prezentasiya və ya seminarlarda ətraflı məlumat veriləcəyi planlaşdırılır.
???… Yaşamaq gözəl hissdir, Sənə dəyən olmasa. Dünyanın nəyi pisdir, İnsan yaşa dolmasa?! * * * Gül canıyla əlləşər, İstidən bağrı bişər. Onlar da gözdən düşər, Saralmasa, solmasa. * * * İnsan qisas alarmı, Bir-birini çalarmı, Kin, küdurət olarmı, Pislik yadda qalmasa?! * * * Saf eşq səni əyərmi, Sevən özün öyərmi, Yaşamağa dəyərmi, Yar qadanı almasa?! * * * Murad görür, götürür, Ətrafına ötürür, Baxır, dünya itirir, Gündə təbil çalmasa.
DAMLA-DAMLA Damla-damla ömür axır, Can quruyur, yanaq solur. Günahlarım dönüb baxır, Yaddaşıma pərçim olur. * * * Günahımı yuyammıram, Çalışıram təmiz olam. Bu dünyadan doyammıram, İzi itən bir dar yolam. * * * Tükənməyir arzularım, Bu dar yolun sonundayam. Üç övladdı mənim varım, Mən onların canındayam. * * * Tanrım, sevgim sənə görkdü, Çarəsizəm, qolum bağlı. Baxan deyir canı bərkdi, Daş kimidi zalım oğlu. * * * Mənə canı verən sənsən, Yaş artdıqca kölgəm itir. Günahımı görən sənsən, Ya bağışla, ya da bitir.
XOŞ GƏLDİN (60 yaşın astanasında öz-özümlə söhbətim) Getdiyim bu yolun sonu işıqdır, Bilməsəm, bir addım atarammı heç?! Qismətim ömrümə bir yaraşıqdır, Bu qismətə haram qatarammı heç?! * * * Bu yolun əvvəli gün kimi aydın, İşıqlı sonuna arxayınam mən. Etdiyim səhvləri hərdən bir saydım, Ancaq istəmişəm hey yayınam mən. * * * Demirəm sərrafam, naşıyam mən də, Dünyanın çəmini tapa bilmədim. Kefim kök olardı kənarda, gendə, Amma dar ayaqda heç vaxt gülmədim. * * * Bu dünya fanidi, mənə də qalmaz, Mən mələk deyiləm, çox günahım var. Nə qədər yaxşılıq etsəm bəs olmaz, Bir kəsə çəp baxsam dünya dağılar. * * * Altımış yaşım var çox şeyi gördüm, Həyatın dəyişməz qanunları var. Bezmədim ağrı da, kədər də dərdim, Bildim ki, yaxşı gün məni də tapar.
BƏZƏN Bəzən qanın qaralar, Bəxtin səni öyməsə. Hər bir dərdə çarə var, Allah səni döyməsə. * * * Yüz səhv edər dayanmaz, Günahını sayanmaz, Baxma, insan oyanmaz, Başı daşa dəyməsə. * * * Düzdə xana qurulmaz, Piylənmiş baş durulmaz, İnsan oğlu qırılmaz, Dövran onu əyməsə. * * * Ruhum safdı, qoyarmı?! Heç şeytana uyarmı? Murad sənə qıyarmı? Dilin onu söyməsə.
O Sevən ürək paxıl olmaz, Halal, təmiz doğular o. Sevən kəsdə ağıl olmaz Eşq içində boğular o. * * * Uşaq kimi tez aldanar, Sevdiyini canı sanar, Öz eşqini bəzən danar, Öz içinə yığılar o. * * * Evdə qalsa, tək qarıyar, Bəxti korsa, susar, duyar, Eşqdən solar, tam quruyar, Kor bulaq tək soğular o. * * * Dara düşsə, susmaz, dinər, Hikkəsiylə səni yenər, Məhvərindən silkələnər, Kərpic-kərpic dağılar o. * * * Yarı ölsə o an solar, Susar, dinməz, fikrə dalar, Sevdasından dəli olar, Məcnun deyə çağrılar o.
DÜNYANIN Gözü doymaz bu dünyanın, Hər gün gedib gələni var. Dərdə düşüb ağlayanı, Sırtıq-sırtıq güləni var. * * * Qaraqışqırıq salanı, Ömrünə balta çalanı, Yalandan nəfəs alanı, Ayaq üstə öləni var. * * * Dar ayaqda zaman getməz, Dərd qurtarmaz, azar bitməz, Eh, aşmağa ömür yetməz, Yüz təpəsi, bələni var. * * * Murad, boylan, sən də dur keç, Vaxtın varsa bir yuva seç, Hamı nankor olarmı heç, Qədir-qiymət biləni var.
60 YAŞIMA Bu da bir qismətdi, buna da şükür, İlahi, başqa bir umacağım yox. Duyuram ürək də qaş-qabaq tökür, Təkəm, sığınmağa bir qucağım yox. * * * Hər kəsin sonu var, bunu bilirəm, Bu ömür alnıma yazılan yazı. Allahın əlindən tutub gəlirəm, Nə vaxt ki buraxdı, bitər ən azı. * * * Bu ömrü sevərək duydum, yaşadım, Çalışdım düz gedəm yolumu hər an Hər il bir nişanə qoydum, yaşadım, Bildim ki, məni də udacaq zaman. * * * Ruhum tər-təmizdi axar su kimi, Hər günə şükr edər, sevinər, gülər. Hələ ki sınmayıb könlümün simi, Kökdədi, hər nəğmə çalına bilər. * * * Bu ürək çox dözdü mənim oduma, Dinmədi, görmədi üzümdə kədər. Ləkə gətirmədi mənim adıma, Nə də incitmədi bu vaxta qədər. * * * İlahi, hər zaman sənə borcluyam, Ağlım üstümdədi, təbim rəvandı. Bilirsən əzəldən nəçiyəm, oyam, Cismim qocalsa da, ruhum cavandı.
SEVİN Siz ey mənim əzizlərim, qismətdəki adı sevin! Hər bir dilə vaqif olun, demirəm ki yadı sevin! * * * Eşqə biganə qalmayın, sevginizə sadiq olun, Millətimin eşq simvolu Şirini, Fərhadı sevin! * * * Şirinliyi dil anlayar, tez ötürər beyinlərə, Sərraf olun, aqil olun, ağzınızda dadı sevin! * * * Dostluq edin, seçin hər vaxt fərəhlənən könülləri, Müxənnətdən uzaq olun, arayın, dilşadı sevin! * * * Heç qəzəl yazmamışam, anlayıram mən ərk elədim, Vaxtınız olsa əgər, bir az da bu Muradı sevin.
BİLİNMİR Bir sual həmişə hey yorar məni, O nədi heç zaman yaşı bilinmir. Nə bir ölçüsü var, nə bir ölçəni, Bu işdə nə usta, naşı bilinmir. * * * Əvvəl gəl-gəl deyər, üzünə gülər, Həyatda hamının başına gələr, Sonu nə olacaq, bir Allah bilər, Axırı, əvvəli, başı bilinmir. * * * Ay Murad, naşısan, sən də çox oxu, Görmədim doyanı, harını, toxu, O elə dağdı ki çıxammır çoxu, Ətəyi, zirvəsi, qaşı bilinmir.
DEYİLMİŞ! İçimdə o qədər ağrı-acı var, Baxıram, bu dünya mənlik deyilmiş! Çevrəmdə o qədər qardaş, bacı var, Dərdimi soruşmaq sənlik deyilmiş! * * * Başım açılmayır mərəkə, yasdan, Nə səndən yarıdım, nə də ki, dostdan, Sanki sıxılıram bu basa-basdan, Ayılıb görürəm tünlük deyilmiş! * * * Üzümə baxanlar dərdimi anlar, Mənə yad deyil ki, qohumdu onlar, İllərin dərdimlə ortaqlığı var, Nə aylıq, nə də ki, günlük deyilmiş! * * * Ay Murad, taleyin min oyun oynar, Köksün alovlanar, qaynar ki, qaynar, Baxma, dərdlərinin hər an həlli var, Əgər həlli yoxsa, tənlik deyilmiş.
Aprel ayının 28-də 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulsa da, Quba qəzasının müdafiə dəstələri 8 il bu hakimiyyətə qarşı mübarizə aparmışlar. 1920-ci ilin avqustunda Quba qəzasında son dərəcə geniş vüsət alan antisovet hərəkatını 140-dan çox kəndin əhalisi tamamilə, qalan kəndlərin əhalisi isə qismən dəstəkləyirdi. Bundan qorxuya düşən bolşeviklər 1920-ci ilin avqustunda Qubada hərbi vəziyyət elan etdilər.
Sentyabrın 9-da MK-nın plenumu Quba qəzasında əksinqilabi hərəkatı ləğv etmək üçün qərar qəbul etdi. Həmin qərardan sonra Azərbaycan Xalq Hərbi Dəniz komissarı Ə. H. Qarayev, İnqilab Komitəsinin müvəkkili L. D. Qoqoberidze, H. Ə. Həmidov və başqaları Qızıl Ordu hissələrinə rəhbərlik etmək və yardım göstərmək üçün Qubaya gəldilər. Bunu görən əhali qəzanın müxtəlif yerlərində Sovet hərbi hissələrinə inadlı müqavimət göstərməyə başladı. Antisovet çıxışlara görə qəza əhalisindən qisas alan bolşeviklər Qubaya əlavə olaraq təpədən- dirnağadək silahlanmış 5 min əsgər səfərbər etdilər. Ümumiyyətlə, qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə 10 minədək əsgər səfərbər olmuşdur.
Bütün bunlara baxmayaraq, Qızıl Ordu antisovet çıxışlarını yatırmaqda çətinlik çəkirdi. Hatəm ağa öz dəstəsi ilə bolşeviklərlə amansızcasına vuruşaraq Düztahir kəndində İnqilab Komitəsinin sərəncamında olan silah və patronları ələ keçirdi. Kuzunda Mohubəli əfəndi öz döyüşçülərinin sayını artıraraq 4-cü Qafqaz polkunun Terentyevin rəhbərlik etdiyi 3-cü eskadrionunu mühasirəyə aldı. Xeyli itkiyə yol verərək mühasirəni yaran əsgərlər ertəsi gün əlavə kömək aldıqdan sonra yenidən hücuma keçmək üçün Zindanmuruq kəndinin yaxınlığında birləşdilər.
Möhubəli əfəndi köməyə gəlmiş Şıxlar kəndi bəyləri ilə birlikdə pusqu quraraq sovet əsgərlərini yenidən mühasirəyə aldı. Əsgərləri pulemyot atəşinə tutan ləzgilər qanlı döyüşə girişərək, Terentyev başda olmaqla 22 əsgəri və bir milis işçisini məhv etdilər. 5 nəfər ağır yaralandı. Sağ qalan əsgərlər onların tərəfinə keçən kəndlilərin müşayiəti ilə Qusara qayıtmağa məcbur oldular.
Kuzunda döyüşlərin baş verdiyi bir vaxtda Həmdulla əfəndi də 2 min nəfər silahlısı ilə boışeviklərə qarşı savaşa başladı. Ona qardaşı Şəmsəddin əfəndi, İsmayıl Əli əfəndi, Səttar Əfəndiyev, keçmiş müsavat zabitlərindən Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə də öz dəstələri ilə kömək göstərirdilər.
Artıq Buduq kəndində də əhali ayağa qalxmışdı. Bolşeviklər Həmdulla əfəndinin tərəfinə keçmiş əhalidən qisas almaq üçün Rük kəndinə 20 nəfərdən ibarət kəşfiyyatçı dəstəsi, Buduq dağlarına isə İ. Miluninin komandanlığı altında 420 nəfərlik hərbi hissə göndərdilər. Rük çayı ətrafında qızğın döyüşlər başlandı. Xeyli atışdıqdan sonra müqavimət dəstələri hərbi hissəni mühasirəyə aldı. Güclə mühasirəni yaran və xeyli itki verən hərbi hissənin sağ qalan əsgərləri çox çətinliklə Qubaya qayıtdı. Bundan sonra bolşeviklər Buduq kəndinə güclü süvari dəstələri göndərdilər. Sayca qat-qat çox olan süvarilər iki günlük döyüşlərdən sonra güclə burada antisovet çıxışlarına son qoya bildilər.
Bundan ruhlanan bolşevik komandirləri yenidən Qusar nahiyəsində qayda-qanun yaratmağa çalışdılar. Onlar Kuzun kəndindən sonra Çiləgir, Urva, Yuxarı Ləgər, Xuray, Əniğ kəndlərini ələ keçirdilər. Müqavimət dəstəsinin başçısı Mehdi Şeydabəy oğlu həbs olundu.
Kuzun kəndinə tərəf irəliləyən hərbi hissələr Laza kəndi ətrafında ikinci böyük döyüşə girişməli oldu. İki günlük vuruşmadan sonra üstünlük qazanan hərbi hissələr müqavimət dəstələrini dağlara çəkilməyə məcbur etdilər. Həmin vaxtda Şıxlar kəndi bəylərinin dəstələri ilə döyüşmək üçün Müşkür nahiyəsinin Güdəkli kəndinə 4-cü Qafqaz polkunun 2-ci eskadrionu göndərildi. Burada əlavə hərbi hissələrin köməyi ilə Şıxlar kəndi bəylərinin dəstələri məğlub edildi.
Bundan sonra sovet əsgərləri yenidən Möhubəli əfəndinin və Həmdulla əfəndinin dəstələrini ləğv etməyə çalışdılar. Bu məqsədlə iki polk, bir süvari dəstəsi, iki briqada səfərbər edildi. Eyni vaxtda əsgərlərə Qaçaq Mayılın dəstəsini də ləğv etmək tapşırılmışdı. Bu döyüşlərdə hər iki tərəfdən çoxlu insan həlak oldu. Sırt Çiçi və Dərə Çiçi kəndləri ətrafında Qaçaq Mayılı tutmaq üçün Rustov nahiyəsindən 28-ci, Dəvəçidən isə 82-ci briqadalar oraya yeridildi. Döyüşlər zamanı dinc əhalidən də xeyli insan qırıldı. Böyük itkilərə məruz qalsalar da, bolşeviklər qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə həddindən artıq əsgər səfərbər etdilər.
Ayrı-ayrı illərdə Qusarın Kuzun, Cağar, Düztahir, Kiçan, Hil, Yuxarı Kalunxür, Çiləgir, Ləçət, Yasab, Həzrə kəndlərində, Qubanın Qımıl, Buduq, Rük, Kömür, Sırt Çiçi, Dərə Çiçi, Təngəaltı, Qonaqkənd, Xaçmazın Şıxlar, Güdəkli, Ağaşirinoba, Dəvəçinin Gəndov, Qalagah, Zöhramlı, Dağ Bilici, Zeyvə kəndləri ətrafında və başqa yerlərdə gedən ağır döyüşlərdə bolşeviklər minlərlə əsgər və çoxlu texnika itirdilər. Rəsmi məlumata görə təkcə 1920-ci ilin sentyabrın 7-də qəzanın igid oğlu Həmdulla İsmayıl oğlu Əfəndiyevin dəstəsi ilə Leyti kəndi ətrafında gedən döyüşlərdə bolşeviklər 1 komandir, 12 əsgər, 10 at itirmiş, onların 7 komandiri və 60 əsgəri ağır yaralanmışdı . Əslində isə itki döyüşlərə rəhbərlik etmiş bolşevik cəlladı, 4-cü Qafqaz polkunun komandiri Moravskinin sonralar etiraf etdiyinə görə qat-qat çox olmuşdu.
Arxiv materiallarından göründüyü kimi, 1920-1928-ci illərdə Quba qəzasında Sovet hakimiyyətinə qarşı çıxış edən silahlı dəstələrlə döyüşlərə Moravskinin rəhbərliyi ilə 4-cü Qafqaz polku, Roqalevin başçılığı altında 246-cı atıcı polku, komissar Lordikipanidzenin hərbi hissələri, Smirnovun hərbi hissələri, 10 süvari dəstə, 32-ci diviziyanın 245-ci atıcı polku, Şalomovun hərbi hissələri, 4-cü süvari polku, 28-ci və 82-ci briqadalar, Meyerin hərbi hissələri, R. D. Qoqoberidzenin rəhbərlik etdiyi Qızıl Ordu hissələri, Qusar qarnizonu və başqa hərbi qüvvələr cəlb olunmuşdu.
Bolşeviklərin cəhdlərinə, bu qədər iri hərbi qüvvələri səfərbər etmələrinə baxmayaraq, onlar Quba qəzası əhalisinin Sovet hakimiyyətinə qarşı mübarizəsini qısa müddətdə yatıra bilmədilər. Bu mübarizə 8 il davam etdi və əsl müharibəyə çevrildi. Uzun illər bu qəhrəmanlıq mübarizəsinin üstündən xətt çəkilsə də, tarix uzun illərdən sonra qəza əhalisinin bolşevizmə qarşı mübarizəsinin uzaqgörən və ədalətli mübarizə olduğunu bir daha sübut etdi.
Qeyd edək ki, 1920-1928-ci illərdə bu mübarizəyə Dəvəçi nahiyəsində Həmdulla əfəndi, onun qardaşı Şəmsəddin əfəndi, Şəttar Əfəndiyev, Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə, pirəbədilli Məmməd əfəndi və Molla Məhəmməd bəy Ağadadaş bəy oğlu, Şıxlar kəndinin bəyləri – Həsən bəy, İbrahim bəy, Mürsəl bəy, əslən Dağıstanın Miskincə kəndindən olan Ləzgi Məhəmməd, Osman Mayıl oğlu, polkovnik Məmmədbəy Məmmədbəyov, Qubada Əli bəy Zizikski (ilk mərhələdə), Rustov nahiyəsində məşhur qaçaq Mayıl Zahirov, buduğlu Hacıbəy Osmanbəy oğlu, Möhüclü Mirzəli Hacıisa oğlu, Qusar nahiyəsində Cağar kəndinin sakini, polkovnik Hatəm Sərkərov, kuzunlu Möhubəli əfəndi Mahamadov, urvalı Mehdi Aydayev, gədəzeyxürlü Gülməmməd Nurəli oğlu, kuzunlu qaçaq Rəsul, düztahirli İdris Çubanan, Şahbala Muruğvi və başqaları rəhbərlik edirdi.
Ədəbiyyat siyahısı:
1.Azərbaycan SSR OİMDA, fond 27, siyahı 5, iş 97, vərəq 2
2 “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” II cild səh 9-12
3. Vikipedia.az
4. Solmaz Rüstəmova-Tohidi. Quba. Aprel-May 1918-ci il. Müsəlmanqırğınlarısənədlərdə, Bakı, 2013, s.110-144
Dörd qapu-Təsəvvüf əhlinə görə haqqa çatmaq üçün 4 mərhələdən keçmək lazımdır. Bu mərhələlər adi müsəlmanların getdiyi şəriət pilləsi,zahidlərin getdiyi təriqət mərhələsi və ariflərin yetişdiyi həqiqət və mərifət məqamıdır.
Qeyd:
Təriqətindən aslı olmayaraq hər bir müsəlman iman ruhu ilə həqiqət mərhələsinə yetişə bilir. Molla Sədra ruhu bir neçə yerə bölmüşdür ki, həmin bölgülərən biri iman ruhu,digərisi isə etiqad ruhudur. Etiqadı yəni təriqəti müxtəlif olan kəslər,iman ruhu ilə özlərini təkmilləşdirib həqiqət məqamına yüksəlirlər.
Qırx məkan-İslam dininə görə 40 ədədinin özünəməxsus özəllikləri vardır. Bu beytdəki 40 ədədini isə iki yol ilə izah edə bilərik.
1.Tarixi yol- İmam Hüseynin(ə) ailəsi əsir düşərkən 40 mənzil ilə Şam şəhərinə əziyyətlə aparılmışdır.
2.İrfani təqva yolu~ Yüksək dərəcəli irfani məqamlara çatmaq istəyən bir müsəlman üçün əsas şərtlərdən biri budur ki,O, 40 gün 40 fərqli məsciddə şam namazından sonra ziyarəti-aşura oxumalıdır.
3.Şəriət-Təriqət-Həqiqət və Mərifət yollarının hərəsinin özünə uyğun 10 qanunu,cəm olaraq isə 40 qanunu vardır.
Yetmiş iki qat- Din fəlsəfəsində 72 ədədinin ayrı məqamı vardır.
1.İslam tarixində Kərbəla döyüşündə İmam Hüseynin(ə) 72 tərəfdaşı şəhid olmuşdur.
2.Həqiqətin mənbələrində üçlər, beşlər, yeddilər, qırx kimsənə, yetmiş iki pir,üç yüz on üç əsgərlə yanaşı, doxsan min qulamın da adı çəkilir
3.72 rəqəmi əbcəd hesabı ilə kəf ك , nun ن və bə ب hərfləri ilə işarə edilir. Kəf və nun hərflərini birləşdirdikdə kun sözünü əldə edirik. Bu hərf ol sözünü ifadə edir. Belə ki, islam fəlsəfəsinə görə Allah yeri-göyü ol sözü ilə yoxdan var edib. Bəqərə surəsinim 117-ci ayəsində buyurulur ki, Allah ol deyər və olar.
Bə hərfinin isə əbcəd elmində mənası dərindir. Belə ki, Qurani-Kərim Fatihə surəsinin 7 ayəsində yığcam,amma müfəssəl formada təcəlli olmuşdur. Fatihə surəsi ilə Bismillahir-rəhmanir-rəhim sözündə,Bismillah sözü isə Bə hərfində təcəllidir. Hədislərdən birində qeyd edilir ki,Hz.Əli(ə) bə hərfinin altındakı nöqtədir. Yəni ki, O(ə) ümumi Quranın natiqi və canlı müfəssiridir(təfsir edən).
Beytin 2-ci misrasında qeyd edilən məsələ isə məhəbbətdən söhbət açılır. Eşqin xüsusiyyətlərindən biri budur ki,insan öz yarına həddən artıq aşiq olanda,ondan qeyrisini görə bilmir. Ariflərin də Allaha olan eşqi əndazədən kənara çıxdığı üçün onlar təbiətdə Allahdan başqa heç bir varlığı görmürlər. Və onların zənnincə, gözlə görünən materialarda Allahın nişanələri vardır və Allah bütün kainatı bürümüşdür. Şərq fəlsəfəsində bu dünya görüşünə vacibül-vücudun vəhtədi yəni ,vəhdətül-vücud deyilir. Qərb fəlsəfəsində isə buna oxşar fəlsəfi baxış,bilinənin əksinə panteizm deyil, transsentensializmdir. Molla Sədranın hikmətil-mütəaliyyə fəlsəfəsi Amerika fəlsəfəsində Ralf Emerson tərəfindən bu cür adlandırılmışdır. Molla Sədraya görə Allahın varlığı və mahiyyəti onun zatındadır və O insanda varlıq yox,məhz mahiyyət etibarı ilə təcəlli olmuşdur. Belə ki, Allahın varlığı elə onun Allah adında,mahiyyəti isə Rəhman,Rəhim,Qəhhar,Alim,Əzim və.s kimi 1001 sifətindədir. Mümkün əl-vücudda( yaranmışda) təcəlli olan Allah sifətlər yəni mahiyyət etibarı ilə hülul olmuşdur.Transsendentsializm cərəyanına görə də insan mən etibarı ilə,təbiət isə qeyri-mən etibarı ilə Allahla əlaqədədir. Ariflər üçün də hər yerdə Allahın sifətlərinin nişanəsi olduğu üçün,onlar bilavasitə Allahı böyük eşq ilə sevir,məhəbbət bəsləyirlər.