Güli Nigor (Gülchehra Juraeva)

Güli Nigor (Gülchehra Juraeva), 1962 yılında doğdu.
Uzun yıllar Taşkent şehrinde öğretmenlik yaptı ve “Halk Eğitimi Üstün Hizmet Madalyası” sahibidir.
Şairin bugüne kadar “Sırderya Taşarken”, “Kalbimin Derinliklerindeki Cevherim” ve “Yağmurun Sesi” adlı kitapları yayımlandı.

Vatan Duygusu

Japonya, derler garip bir diyar,
Akılla yoğrulmuş her taş, her duvar.
Bir deniz varmış, şahane, güzel,
Somon balığına yurt olmuş özel.

Ne kadar zeki şu Japon halkı,
Bir boğazda ürer balığın soyu.
Ama yavrular, daha küçük, ince,
Bırakılır hemen mavi denize.

Beş yıl dolaşır o somon denizde,
Büyür, güçlenir, şöhreti zirvede.
Sonra döner yine doğduğu yere,
O dar boğazına, hasretle, sevgiyle.

Japon halkı gerçekten çok zeki,
Balıklar tutulur bir bir özenli.
Her hayvan dünyada bir amaca uygun,
İnsana rızk olur, kaderi yazgun.

Ama bilmez mi balık deniz nedir,
Geniş sularda yurt nasıl seçilir?
Vatan sevgisi çeker onu geriye,
Can vermek ister doğduğu yere.

Vatan, senin hislerin yüce,
Balıkta saklı bu duygu küçücük.
Şair gönlüm huzurlu şimdi sende,
Vatan kutsaldır, azizdir her yerde.

Özler misin?

Ayakların öpse sarı yapraklar,
Hazandan sararmış bahçelerde gezer misin?
Sıcaktan terleyen bedeninle,
Huzur dolu sonbaharı özler misin?

Baharın methini düzeriz şiirlerle,
Bahara bu kadar tapar mısın?
Sonbahar da aşkı anlatır masallarla,
Aşk mevsimi sonbaharı hiç özler misin?

Ömür geçip, yaşın ilerlese,
“Sonbahara geldin” deseler, incinir misin?
Sonbahar tasvirleriyle dolsa da bedenin,
Yine de sonbaharı özler misin?

Etrafa baksan, türlü renkler çok,
Güzellikler içinde kaybolur musun?
Allah’ın renklerine hükmeden,
Ressam sonbaharı, özler misin?

Sabahın erken saatlerinde beklediğin esinti,
Baştan ayağa seni okşar mı?
Gönül tellerinden dökülen sesim,
Sen de sonbaharı özler misin?

Tercume:  Cihangir NOMOZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Güli Nigor (Gülchehra Juraeva)nın yazıları


XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Model və Tanqoçu Şəhla Babayeva ilə müsahibə

Model və Tanqoçu Şəhla BABAYEVA 

Model və Tanqoçu Şəhla Babayeva ilə müsahibə

   Müsahibimiiz “Nefertiti.accessories” brendinin yaradıcısı Şəhla Babayevadır. Şəhla xanım artıq beş ildən artıqdır ki, qardaş Türkiyənin İstanbul şəhərində yaşayıb çalışır. Əczaçılıq üzrə təhsil alsa da, xüsusi bacarıq və qabiliyyətləri onu müxtəlif peşə istiqamətlərində də özünü sınamağa imkan verir. Müsahibimiz ilk dəfə cürbəcür rəngli muncuqlardan, parça və lentlərdən və s istifadə etməklə göz oxşayan, maraqlı qadın bəzək əşyaları, gəlin tac və fataları, saç aksesuarları  hazırlamaqla başladığı işi ilə “Nefertiti accessories” adlı brendini yaratmışdı. Bununla yetərincə tanınan bu işgüzar xanım, yeni işlərə də tükənməz həvəs və enerji ilə başlayır. Söz düşəndə də çoxumuzun eşitdiyi bir frazanı tərkar edib deyir ki, İstanbul bahalı şəhərdir, burda yaşayıb özünü və ailənin maddi tələbatını ödəmək üçün bəzən bir neçə işin qulpundan yapışmalı olursan…

    Şəhla xanımın Bakıda olduğunu biləndə onunla söhbətləşmək, ilk görüşümüzdən bəri həyatında və işlərində hansı yeniliklrin olduğunu öyrənmək qərarına gəldik.

1. Şəhla xanım, vətəndə sizi yenidən xoş gördük. Necəsiniz, işləriniz necədir? Adətən hər insanın doğulduğu, böyüdüyü yer ona vətəndir, hara getsə yenə torpaq çəkir. Bəs sizə hazırda yaşadığınız şəhər qərib sayılırmı?

–Hörmətli Zaur bəy, əvvəlcə sizi və kollektivinizi salamlayıram. Sizə müsahibə üçün təşəkkürümü bildirirəm. Mən yaxşıyam, işləyirəm, oğlum artıq beşinci sinifdə oxuyur. Düzdür onun xüsusi diqqət və qayğıya ehtiyacı olduğundan bəzən ardıcıl çalışa bilmirəm. Amma uzun müddətli fasilələrim olmur. Bilirsiniz ki, oğlum” Uşaq autizmi”ndən əziyyət çəkir, elə gəlişimin bir məqsədi də onun pensiya qeydiyyatının təzələnməsi ilə bağlıdır.

Qaldı ki, yaşadığım ölkənin və əsas da şəhərin doğma ya qərib olmasıyla bağlı sualınıza, deyim ki, əvvəllər çətin olur əlbəttə. Dilimiz nə qədər yaxın görünsə də fərqli tərəfləri də çoxdur. Odur ki, dili öyrənmək vacibdir, həm də başlanğıcda sanki komfort adlanan zonadan çıxırsan, hər gün adət etdiyin rahatlıq və eynilik artıq yoxdur. Darıxırsan, bəzən lap peşmanlıq da keçirirsən, elə adamlar tanıyıram, heç bir ay dözə bilməyib geri qayıdıb. Halbuki əlində daşdan keçən diplomu,  ehtiyac olan ixtisası vardı, dövlət işi də öz yerində… Mənim bu barədə bəxtim gətirib(gülümsəyir).

2. Məncə bacınız sizdən əvvəl köçüb İstanbula, onun işi necədi, yəqin ki, həyatınızın bu dönəmində onun da əməyi olub.

   –Bəli, bacım Vüsal artıq on ildir İstanbulda yaşayır, ingilis dili üzrə mütəxəssis, peşəkar tərcüməçidir. Magistr təhsilini İstanbul Aydın Universitetində alıb, uşaqlıq arzusu idi ingilis dili tərcüməçisi olmaq, niyyətin hara mənzilin ora deyiblər. İşləmək və yaşamaq üçün də seçimi İstanbul olub. İxtisasına sadiq qalıb və işini də bu istiqamətdə qurub. Allaha şükür, işləri qaydasındadır. Əlbəttə, yaşayış yerimizin dəyişməsində və elə indi də bacımın üstümüzdə böyük əməyi var və bu  danılmazdır. Ona təşəkkürlərim sonsuzdur, onsuz bəlkə də mən bu addımı ata bilməzdim. Dediyiniz kimi, qərib şəhər, fərqli insanlar…

3. Şəhla xanım, sənətiniz, işinizlə bağlı bəzi məqamları bilirik, amma insanın özünə də açılmayan möcüzəli tərəfləri var, bəzən heç gözləmədiyi zamanda güman etmədiyi hadisələr baş verir. Yenə əl işləri ilə məşğul olursunuzmu, ümumiyyətlə orada necədi, bu aksesuarlara nə dərəcədə təlabat var? Axı indi belə bəzək əşyalar satılan mağazalar da, elə bu işi görən adamlar da çoxdu?

–Doğru deyirsiniz, mən bu işə başlayan ilklərdən idim. Təlabat da çox idi, çox işi internet üzərindən həll edirdim, xüsusən də satış məsələsini. Sonra digər sahələr kimi, burda da necə deyərlər “tünlük” yarandı. Məncə hər şeyin bir vaxtı olur, biri nəsə yaradır, çoxları bundan bəhrələnir və nəticədə rəqabət artır… Alternativ nəsə mütləq olmalıdı. O işi də davam etdirməklə yeni bir işə “bismillah” demişəm, inşallah yaxşı olar.  

4. Belə başa düşdüm ki, yeni bir sahədə çalışmağı planlayırsınız, bəri başdan uğurlar arzulayıram, və bilmək olarmı o nə işdir?

–Niyə olmur, başlamaq istədiyim iş də geniş yayılmış bir işdir, elə Türkiyədə də, Azərbaycanda da işləyənlər kifayət qədərdi. Amma mən risk elədim, öyrənib sertifikat da aldım, indi qalır Allahın köməyilə başlamaq…

5. Sizin həmişə yeni, fərqli bir hobbinizin olduğunu bilirəm, sanki höbbi özü də bir hobbidir sizin üçün. İndi bilmədiyimiz hansı tərəfinizlə heyrətləndirəcəksiniz bizi?

–(gülür), Zaur bəy, məndən asılı deyil, mən oğlaq bürcüyəm, daim axtarışdayam,  yeni nəsə tapanda və ya yaradanda sevinirəm. Başıma çoxlu ideya və fikirlər gəlir, bəzən onları reallaşdırmaq çətin olur təəssüf ki. Mənim əvvəldən rəqsə həvəsim vardı. Bu maraq məni tanqoçu etdi deyərdim. Artıq üç ildir Tanqo dərsləri alıram, buna sevgi rəqsi də deyirlər, tərəf müqabilin düşüncələrini hiss etmədən oynamaq çətindir. Rəqsin canı, ruhu ruhuma çox yaxındır, artıq bu sahədə demək olar ki, mütəxəssis dərəcəsindəyəm. Rəqsin adı latınca toxunmaq mənası verən “tangere” sözündən götürüldüyü ehtimal edilir. Tanqo Montevideo və Buenos Ayresin kasıb məhəllələrində yaranıb ilk dəfə və sonra dünya rəqs inciləri sırasına yüksəlib. İnsanlar bu rəqslə öz daxili hiss və yalnızlıqlarını, sözlə ifadə edə bilmədikləri sevgi və kədəri ifadə edirdilər.

Burda Tanqo rəqs gecələri təşkil olunur, deyəsən elə Bakıda da yaratmağa başlayıblar . Bu gün Tanqo mənim üçün vaz keçilməzə dönüb, çox sevirəm, bu rəqsin öz dili var… Gələcəkdə inşallah qismət olsa Tanqo məktəbi açmağı da düşünürəöm. Əlbəttə bu bir ideyadır, görək…

6. Şəhla xanım sonda sizə səmimi söhbət üçün təşəkkür edirik. Sizə möhkəm can sağlığı və başladığınız işləri uğurla davam etdirmək üçün ruh yüksəkliyi, səbir, təmkin və güclü iradə arzulayırıq.

–Sizə minnətdaram, isti münasibət, diqqət və əhatəli suallarınız üçün təşəkkür edirəm. Mən də sizə can sağlığı və işlərinizdə uğurlar dilyirəm.

Şəhla BABAYEVA – “Nefertiti”ni təqdim edir.

-Biz təşəkkür edirik! YAZARLAR adından bolluca uğur arzulayırıq!

Söhbətləşdi: Zaur USTAC

ŞƏHLA BABAYEVA HAQQINDA

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Qarabağ atı

QARABAĞ ATI

Anası Günəşdi, atası Aydı,
“Qıratdı”, “Düratdı” Qarabağ Atı!!!!
Tanrı ərmağanı, butası, payı,
Baratdı, muraddı, Qarabağ Atı!!!!
* * *
Rəngini veribdi, ana-atası,
Hələ görünməyib, ola xatası,
Telinin əksikdi, şana, fatası,
Namusdu, iffətdi, Qarabağ Atı!!!!
* * *
Cahanı edibdi, özünə heyran,
Utanar baxmağa üzünə ceyran,
Tüm aləm səkməyən gözünə qurban,
Hörmətdi, izzətdi, Qarabağ Atı!!!!
* * *
Qumralı, səkili, məxsus qaşqası,
Bu dərdi anlamaz, əfsus başqası,
Gəzir oylağında donuz çoşqası,
Küskündü, incikdi, Qarabağ Atı!!!!
* * *
Bir dünya incisi çəkir əziyyət,
Əriyir, yox olur, itir məziyyət,
Ustaca tanışdır təbir, vəziyyət,
Köçkündü, qəribdi Qarabağ Atı!!!!

21.07.2016. 23:45(15′) . Bakı.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HARA TƏLƏSİRSƏN, PAYIZ KÜLƏYİ

HARA TƏLƏSİRSƏN, PAYIZ KÜLƏYİ

“Dişini-dişinə” sıxıb gedirsən,
Qarşına çıxanı yıxıb gedirsən.
Məzlumu yandırıb-yaxıb gedirsən,
Hara tələsirsən, payız küləyi?!

Səni qamçılayan, “bizləyənmi” var,
Arxanca yüyürüb izləyənmi var?
Yolunu həsrətlə gözləyənmi var,
Hara tələsirsən, payız küləyi?!

De, bəlkə zülmətdə qanad açırsan,
Bağlı qapıları döyüb qaçırsan.
Odla oynayanda şəfəq saçırsan,
Hara tələsirsən, payız küləyi?!

Zalımın qəzəbi-kinisənmi de,
Paxılın, bədxahın yönüsənmi de?
Sonuncu qiyamət günüsənmi de,
Hara tələsirsən, payız küləyi?!

“Əlinin” sığalı uçuq künc-bucaq,
Arxanca sürünən toz “saçaq-saçaq”…
Yəqin, yorulanda köpün yatacaq,
Hara tələsirsən, payız küləyi?!
22.10.2024


MÜƏLLİF: İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL MƏRCANLI İMANZADƏNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Arzu Yuqub qızı – şeir

Qayadan ürək olmaz

Məndən soruş necəsən,
Bəlkə dərd əridirəm.
Səbrimi körpə kimi
Könlümdə kiridirəm.

Ya sən məndən üz çevir,
Ya mən səni unudum.
Böynubükük ümidi
Axı necə ovudum.

Məndən soruş necəsən,
Günüm xoşmu, qaramı?..
Sənsiz xatirələrim,
Sızıldadır yaramı.

Bəlkə bulud kimiyəm,
Dolmaq o qədər asan.
Ah, axıb tökülürsən,
Küskünləşən yanaqdan.

Məndən soruş necəsən,
Yağışdayam , qardayam?
Uzaqdayam , yaxında,
Bilirsənmi hardayam?..

Söyüd ümidlərimin
Yoluram tellərini.
Varsan, yoxsan bilmirəm,
Üzmüşəm əllərimi.

Bəlkə soruşmayasan,
Bəlkə də belə yaxşı.
Eh səbrim ilmələnib
Olub ömrün naxışı.

Neynirsən soruşasan,
Soruşmaq gərək deyil.
Qayadan ürək olmaz,
Səninki ürək deyil.

Müəllif və mənbə: Arzu Yuqub qızı

Arzu Yuqub qıznın yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahir Diniyev – Payız

***

Kövrək duyğuları yığıb ovcuna ,
ruhumu oxşayan bir əldir payız.
Könlümdə hər gecə arzu ruzgarı,
ümiddən qızılı xəzəldir payız .

Kiminin qəlbinə həsrətdən haray,
kiminin qəlbinə vüsaldan saray ,
könlümün qapısın açıb taybatay,
sehrinə daldığım özəldir payız .

Rəməldi, müzare , bəlkə səridi ,
meşələr bir sümük, bir də dəridi,
gözümdə Xaliqin şah əsəridi ,
hələ yazılmamış qəzəldir payız .

Gözüm ecazında, sirli seçimdə ,
hərəsi bir boyda, ayrı biçimdə,
torpağın dörd gözəl qızı içində,
sevdiyim qəşəngdi,gözəldir payız .

17.11. 2024.

Müəllif: Mahir Diniyev

Mahir Diniyevin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən – Firdovsi

Əbilin gündəliyindən:
Firdovsi haqqında

Birinci yazı

1 oktyabr 2006:. …Bu gün bir az “Şahnamə”ni davam etdirdim. Hər zaman Firdovsi türk düşməni olub deyə ona lənətlər yağdırdıq.Ancaq yanılmışıq.Haşa,mən demək istəmirəm ki,Firdovsi bizi sevib,yox.O,türklərə nifrət edib.Ancaq qəbul etmək lazımdır ki,bəzən əsərdəki nifrət belə oxucuya həmin şeyi sevdirə bilər.Bəli,Firdovsi özü də istəmədən,bəlkə türkləri öyüb,vəsf edib.Çoxları buninla razılaşmaya bilər.Hər kəsin hürr fikri var…Peyğəmbərimizin mübarək məktubunu yırtan (necə ki,Rəbbim onun dövlətinin sütunlarını dağıdıb İslamı orada bərqərar etdi) Kisranın nəslini vəsf edən Firdovsi ən azından siyərə göz atmağıma imkan verdi.
Firdovsi bir kərə fars idi və təbii,türkləri,turançılığı deyil,farsı öyəcəkdi.Ancaq oxuduğum 178-ci səhifəyə qədər məncə Firdovsi türkü nə qədər alçaltmaq istəsə də onu bir o qədər yüksəldir.Ən azından ona görə ki,əsərdə İran dövləti dünyanın ağası və qorxunc divlərlə savaşıb qalib gələn bir imperiya kimi verilir.Hətta indinin özündə belə ABŞ-ın tam yiyələnə bilmədiyi,köləlik nədir bilməyən hürr əfqan xalqı belə İranın tabeçiliyində verilir.Ancaq bu dünya imperiyası ilə çarpışmağa özündə kifayət qədər güc görən və İran şahını əsir edib,şahlığı ələ keçirən Turanı “Şahnamə” sahibi məncə bundan artıq öyə bilməzdi.Burası doğrudur,Firdovsi bilsəydi ki,onun nifrətindən mən belə nəticə çıxaracağam,hər halda,başqa bir variant fikirləşib tapardı.Ancaq biz türklər ki,varıq,o zaman ona da çarə tapacaqdıq.
Sonra da qalxıb Firdovsini türk düşməni deyə lənətləyirik.Ancaq unuduruq ki,hər nəyə baxırsan bax,bir də onun o biri üzünün oldugunu fikirləş.Necə ki, “Şahnamə” mövzularına toxunan Əli bəy Hüseynzadə və Məhəmməd Əmin Rəsulzadə bizim baxa bilmədiyimiz tərəfdən baxmışlar. “Şahnamə” əgər həqiqətən bu qədər zərərli olsaydı,hər halda onlar bizdən daha yaxşı bilərdilər.Daha bu mövzuya toxunub,Azərbaycan Cümhuriyyəri dövründə əhaliyə türkcülüyü bu əsərlə sevdirməzdilər.
Bir də Peyğəmbər əfəndimizin iki hədisinə toxunacağam: “Əməllər niyyətlərə görədir”.Yəni əsas olan niyyətdir.Əməl olmasa da olar.Bu kişilər iş görmüşlər.Biz isə “Şahnamə” ni oxumadan zərərlidir deyib “Dünya klassikləri” sırasına qoymuşuq öz kitab rəfimizdə.
Digər hədis: “Necə yaşayırsan,elə də ölürsən”.Firdovsi yoxsulluq içində yaşadı,türk sultanının göndərdiyi qızılları onu cənazəsi “qarşıladı”. Dünyada əsas olan özündən sonra bir əsər qoymaqdır.Pul,sərvət heçdir.Həmin qəzılların taleyi indi bəlli deyil. “Şahnamə” isə mənim stolumun üstündədir.

İkinci yazı

2 oktyabr 2006: Bu gün də Firdovsini davam etdirdim.Firdovsi İranlıları öysə də ancaq,elə Türklə bağlı bəhsdə bir az gerçəkli davranıb.Türk xaqanı sülh bağlayıb Ceyhunun o biri tərəfinə keçəndə bu səfər İran şahı başına bəla açıb Mazandarana divlə vuruşa gedir.
Elə yaxşı ki,Turan var,yoxsa İran elə cəfəngiyyatla vuruşacaq.Qondarma pəhləvanlar yaratmaq üçün Firdovsi təxəyyülü olduqca vacibdir İranlılar üçün…


Üçüncü yazı

3 oktyabr.2006: “Şahnamə”ni yenə davam etdirdim.Artıq Rüstəmin oğlu Söhrab İrana yürüşə başlayıb.İran şahları amma da qanıçən imişlər. Özləri axıtmadıqları dinc əhali qanı qalmayıb.Bir də Əfrasayabı qaniçən adlandırır.Ümumiyyətlə, Firdovsi Turan-İran məsələsində çox mübaliğəyə yol verir.7 İran pəhləvanının Turana keçib 30 minlik Əfrasıyab ordusuna qalib gəlməyi yuxu gerçəyinə belə sığmır.Ancaq burda da Firdovsini başa düşmək olar.Min illik İran tarixini yazmaqla 27 şahın adının çəkildiyi “Şahnamə”də hadisələr sürətlə cərəyan edib,tez də bitməliydi.Yoxsa əsəri bitirməyə Firdovsinin deyil,heç İran dilinin də qüvvəsi çatmazdı.Min illər boyu heç məğlubiyyət görməyən İran nə oldu Firdovsinin dövründə kiçik bir Səlcuqlu dövlərinin tərkibində oldu. Və türk şahı əsər yazmağı “məgrur iranlı” Firdovsiyə əmr etdi.Və Firdovsidən də 800 il sonra İran,türk hökmdarlarının iradəsi altında oldu.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SONA AMAL – BİR İNSAN ÖMRÜ

BİR İNSAN ÖMRÜ

(Mənzum hekayə)

Vətənimin ucqar məmləkətində,
Namazlı-niyazlı bir kişi vardı.
Nəsihət edərdi, hər söhbətində,
Qohumu-qardaşı qürur duyardı.
Əli təsbehliydi, ağzı dualı,
Nəvə-nəticəyə diqqət, qayğılı.
Şən görmək hər kəsi, arzu, amalı.
Hamı babasına hörmət, sayğılı.
On iki yaşında var bir nəvəsi,
Üstündür, hər kəsdən ağlı, kamalı.
Dünyəvi elmlərə vardı həvəsi,
Qat-qat kitablardı, dövləti, malı.
Gecələr çox zaman yuxusu qaçar,
Oxuyub-yazmağa fürsət arardı.
Bəzən babasının yanına qaçar,
Çoxlu sual verib, cavab sorardı.
Babası qoymuşdu adını- Mətin,
Firavan yaşardı, keyfi çağ idi.
Salmışdı elmlərə o məhəbbətin,
Əla oxuyardı, üzü ağ idi.
Düşünüb günlərlə, dərindən-dərin,
Bir gün babasına tutdu üzünü:
“Ay baba, varmıdır, sənin xəbərin?
Bilmək istəyirəm, söylə, düzünü,
Bir insan ömrünün bilim, qədərin”.
Baba nəvəsini qürurla süzdü,
Gördü, babasına dikib gözünü.
Sualın cavabın o belə çözdü:
“Yazılıb alnına Tanrıdan qədər,
Dünyaya açanda insan gözünü.
Yaşayar Azandan namaza qədər”.
Nəvə basına tutdu üzünü:
“Bu qədər qısaymış, bir insan ömrü?”
Təkrar etdi baba, yenə sözünü:
“Namazsız azanla başlayır ömür,
Nə qədər çalışıb-vuruşsa, insan.
Azansız namaza qədərdir, ömür”.
“Ay baba, sən məni bir başa salsan,
Namazsız azanla, azansız namaz,
Bu qədər dolaşıq olarmı, ömür?”
“Ay bala, qədəri Tanrıdır yazan.
Elə ki, dünyaya göz açır insan,
Oxunur qulağa, namazsız Azan.
Əbədi dünyaya köçərkən insan,
Oxunar namazı, verilməz Azan!
Namazın azanı insan dünyaya,
Oxunmuş, açanda ilk dəfə gözün.
Bilsələr, qısadır, hər insan ömrü,
Dünyada əbədi sanmaz ki, özün.
Getməsə, hədərə bir insan ömrü,
Yaşadar, əbədi həyatda izin.
İnsanlar həyatdan arzu-kam alsın,
Yaşasın şərəflə hər bir anını,
Dünyadan köçəndə ad-sanı qalsın.
Getməsin hədərə, tək bircə anı.
Ulular deyib ki, insan həyatda,
Sevinclə, kədərlə yaşayar beş gün.
Yar-yarımçıq qalar, arzu-murad da,
Yaşamaz doyunca, həyatda xoş gün.
Xoş günlər yaşayaq, hey deyək-gülək,
Şərəflə yaşayaq, bir insan ömrün.
Doğmalarla, Amal, dərd-səri bölək,
Hədər keçirməyək, bir insan ömrün.

   SON

17.11.2024-cü il

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kamalə Abiyeva – ÖMRÜMÜN PAYIZIDIR

ÖMRÜMÜN PAYIZIDIR

Ömrümdə aylar, illər bir-birinə qarışıb.
Qəlbimdə xatirələr, çöldə yarpaq yağışı…
Yağışın sehrinə bax,
rəngli xalı toxuyur.
Səslənir yarpaq-yarpaq
həzin nəğmə oxuyur.

Mən elə bilirdim ki,
yağışın rəngi olmur.
Demə hər bir yağışın
özünün rəngi olur.
Bu yağış ağacların itən gözəlliyidi.
Hər baharın payızla bitən gözəlliyidir.

Payız, qış qurtaracaq, yenə bahar gələcək.
Yaşıl geyib ağaclar yenə üzə güləcək.
Hər payızın öz qışı,
hər qışın baharı var.
Ömrün qışından sonra
amma gəlmir ki, bahar.

Günlər öz axarında
Gətirir yenə qışı.
Ömrümün payızıdır
yağır yarpaq yağışı.

Müəllif: KAMALƏ ABİYEVA

KAMALƏ ABİYEVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Eloğlunun şeiri

EY PUL

Dərk edə bilmirdim xoş çağlarımda
Sən niyə dillərdə qəzəl sən ey pul?
Mən möhtac olanda gördüm sən demə
Çox dostdan, qohumdan, əzəldən ey pul

İnsanı çox şeyə edirsən vadar
Qardaşın qardaşdan təmənnası var
Sənsiz bu dünyanın nə mənası var?
Dünyanın özündən gözəlsən ey pul.

Az sada, çoxsada yaxşı ki varsan
Kimə Səadət sən, kimə qübarsan
Kiminin əlində qabar-qabarsan
Kiminin əlində xəzəlsən ey pul.

17.11.2024.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I