BAHARDA DOĞULAN VƏTƏN QIZI ŞAHNAZ ŞAHİN, bilmirəm, bu yazı özəl gününlə bağlı sənə təbrik sözüm olacaq, və ya görüşmədiyimiz son 1 ayda bölüşmək istəyimdən yaranan ehtiyacımın ifadəsi. Bəlkə də axır bir neçə həftədə ictimai həyatda, ədəbi mühitdə baş verən hadisələri düşüncəmin işığında müzakirə müstəvisinə çıxarmaq məqsədilə fikirimi sənə ünvanlamaqdır. Sözün bu yerində özümə etiraz edirəm: müzakirəni sosial şəbəkədə açmağa nə hacət, bunlar qalsın Allahın iznilə baş tutacaq növbəti görüşümüzə…
Yaradana şükr edirəm, nə yaxşı ki, ortaq rəfiqəmiz, tələbə yoldaşım, istedadlı jurnalist, rəhmətlik Vəsilə Usubova vaxtilə bizi tanış etdi. Bu tanışlıq aramızda həmişəlik Söz körpüsü oldu. Anlaşdıq, dərk etdik bir-birimizi. İki ədəbiyyat adamı olaraq bir-birimizin mənəvi, yaradıcı aləminə yaxınlığımız dostluğumuza xoş rənglər qatdı…
Şahnaz xanım, düşünürəm ki, səni ədəbi mühitə, sosial mediaya geniş təqdim etməyə lüzum yoxdur. Nədən ki, bir şair olaraq çağdaş poeziyamızın istedadlı nümayəndəsi, ədəbi, ictimai həyatda gərəkli və ciddi, aktual mövzularda dəyərli esselər müəllifi kimi özünü təqdim-təsdiq etmiş Ədəbiyyat adamısan. Burada məqsədim yaradıcılığını xarakterizə etmək, əsərlərinin ideya-mənəvi dəyərlərindən söz açmaq deyil, amma bu istiqamətdə bəzi məqamlara toxunmağı vacib sanıram.
Hamımız bu Vətənin övladlarıyıq, amma çoxlarından fərqli olduğun üçün sənə ağızdolusu Vətən qızı deyirəm. Çünki, yaradıcılığınla Vətənə, xalqına xidmət edən, millətin ağrı-acılarına yanaraq onları dilə gətirən, el-oba təəssübü çəkən, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igdlərimizin, şəhid oğullarımızın taleyinə, həyat salnaməsinə işıq salan, qələbə sevincimizi, zəfərimizi qızıl qələminlə vəsv edən Söz xiridarı kimi dəyərli vətəndaşsan. Bunları görməzlikdən gələ bilərəmmi, Şahnaz Şahin…
İndiki məqamda yadıma düşən, oxuduqca coşduğum, xoş təəssürat içrə duyğulandığım bəzi kitablarını xatırlayıram. “Xocalının Sərvəri”, “Sabiradad Şəhidləri”, “Zəfər nəğmələri”, “Şuşa haqqı” əsərlərinlə sən də Vətənin keşiyində dayanan mübariz, dəyanətli bir əsgərsən… Zatən münasibətimizin davamlı olacağına inanıram. Xoş halımıza ki, bazar söhbətlərindən çox-çox uzağıq. Hər görüşümüzdə yazılarımız haqqında, ümumən ədəbiyyatımıza xidmət edən əsrlərlə bağlı fikir mübadiləsi aparır, hansısa bir bədii mətni müzakirə edirik. Düz sözə etina edirik. Lütfən, kimsə bu fikrimi özümüzdən razılıq kimi anlamasın…
Doğum gününlə bağlı bu yığcam fikirləri qeyd etməklə istədim biləsən, bütün uğurlarına (bilirəm ki, ölkəmizdən kənarda da yaradıcılığına verilən dəyəri, haqqın olan dəyəri qazanmısan) özün qədər sevinirəm. Səni təbrik edirəm, Şahnaz. Bir də demək istəyirəm ki, baharda doğulan rəfiqələrimin arasında sən də özəlliyinlə seçilirsən. Novruzun mübarək qədəmləri ilə birgə doğulmağın da Tanrının həyatına bəxş etdiyi bir naxışdır. Əzizim, ruhunun yaşı gülümsər çöhrəndə daim şəfəq saçsın. Yeni yaşın mübarək, Şahin Çahin! Sənə sağlam həyat içrə davamlı yaradıcılıq uğurları arzulayıram. Hörmətlə, Şəfəq Nasir
21 mart 2026-cı il tarixində Milli Kitabxana tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, tanınmış dramaturq və ictimai xadim, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə “Xalqımızın ilk Xalq şairi Səməd Vurğun – 120” adlı virtual sərgi və “Azərbaycanın Xalq şairi Səməd Vurğun” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Xalq_sairi_Semed_Vurgun/index.htm linkindən istifadə etməklə tanış ola bilərsiniz.
Elektron məlumat bazası ilə https://anl.az/el/emb/S.Vurgun/index.html linkindən istifadə etməklə tanış ola bilərsiniz.
21 mart Azərbaycan sovet poeziyasının parlaq günəşi, poeziyanın bayraqdarı, drammaturq, ilk xalq şairi fəxri adını alan Səməd Vurğunun (Vəkilov Səməd Yusif oğlu) dünyaya gəlməyindən 120 il keçir. Ədibin poeziyasında o dərəcədə axıcılıq, nəğmə var ki, çox eşitmədiyimiz şeiri uzaqdan səslənəndə, ya şeirindən bir parça oxunanda dərhal Səməd Vurğunun olduğu bilinir. Cəfər Cabbarlı 20 martda, Səməd Vurğun 21 martda dünyaya gəliblər, hər ikisi bahar oğludur, ona görə də yaradıcılıqlarında bahar nəfəsi, bahar şəfəqləri duyulur. Ədibin şəklinə baxın. 50 yaşında dünyadan köç edib. Şəkildə sanki 80 yaşlı ahıl bir kişidir. Çünki o 50 illik ömründə neçə ömür yaşayıb, yaradıcılıqla, gəzməklə, xalqla daha çox ünsiyyətdə olmaqla. İki ömür qədər həyatı görüb. Xalqla çox ünsiyyətdə olurdu, ova gedirdi. Ovda bir dəfə ovçu tanışına ceyranı vurmağa qoymayıb, atəş açan anda tüfəngin lüləsini “dayan” deyib yuxarı qaldırıb. Məşhur “Ceyran” şeiri də ondan sonra yazılıb. “Azərbaycan” şeiri isə mən deyərdim ki, şairin manifestidir. Atam Nəbi Xəzrinin də ustadı olub, onu gənc vaxtlarında, 20 yaşında “Söz” şeirini oxuyandan sonra təkidlə hələ kitabı çap olunmamış Yazıçılar İttifaqına üzv keçirib. Anam danışardı ki, Səməd Vurğun 1956-cı ildə dünyasını dəyişəndə Nəbini ilk dəfə hönkürərək ağlayan gördüm, dedi ki, mənəvi atamız getdi. Ruhu şad olsun ustadın, Allah rəhmət eləsin.
Səməd Vurğun – 120 Bu gün Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ictimai xadim Səməd Vurğunun anadan olmasından 120 il ötür… Böyük şairin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!
Əziz dostlar, martın 21-i şeirlərində mənsub olduğu xalqına, el-obasına, soykökünə bağlılığına, əsərlərinin hər bir misrasının sadəliyinə, səmimiyyətinə, axıcılığna və ürəyəyatımlılığına məftun olduğumuz, Azərbaycanın ilk Xalq Şairi, hələ 29 yaşı olanda “El bilir ki, sən mənimsən”, “Nələr çəkib başın sənin, bilinməyir yaşın sənin”- deyə dünyaya “Azərbaycan, Azərbaycan!” adlı bir haray çəkən, ana dilimizin – Azərbaycan bədii dilinin hər birimiz üçün anlaşıqlı elə o qədər də doğma və sevimli olmasında xüsusi xidmətləri olmuş, XX əsr Azərbaycan poeziyasının sərkərdəsi böyük Səməd Vurğunun doğum gündür. Bu bir həqiqətdir ki, haqq dünyasına qovuşmasından 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun əsərləri bu gün də sevilə-sevilə oxunur, şerləri xalqımızın yaddaşına əbədi həkk olunaraq dillər əzbərinə çevrilmişdir. Əziz dostlar, budur əsl sənət, budur əsl söz, budur əsl sənətkar! Böyük şairin əsərlərindən bir neçə misranı diqqətinizə çatdırmaqla hər birinizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, əmin-amanlıq və yeni, daha böyük uğurlar arzulayıram: Yüz il biz ayrıldıq ana dilindən, Məktəbin adına dedik “uşkola” Oxucum! bir daha nəzər yetir sən, Keçdiyin o qanlı, o qorxunc yola. Yüz il Füzuliyə həsr olunmuş qalaraq, Doğma anamıza “mama” deyək. Yüz illik yuxuya birdən dalaraq, Yatdıq gözümüzdən yaş dama-dama. Yüz il nəfəsini çəkə bilmədi, Şairlər oylağı boyük bir ölkə, Yüz il öz qolunu çəkə bilmədi… Tarix! Səninkidir bu qara ləkə! Tər içdi, qan uddu motal papaqlar, Son dana, son çuval getdi vergiyə… Bağlandı qapılar, sondu ocaqlar, Qarılar, qocalar yalvardı göyə… Axdı Rusiyaya neft kəmərləri, Daşıdı onların ilk dəmir yolu… Tarixə hökm edən o gündən bəri, Çalışdı yadlara Azəri oğlu… O gündən titrədi yurdun üstündə Cüt başlı qartalın qanlı bayrağı, Tarixin doğduğu o qara gündə Böyük bir ölkənin sondu çırağı. O gündən yayıldı siflis, süzənək, Eşitdik ilk dəfə “fahişə” sözü… Bunları nəzm ilə artıqdır demək Tarixə şahiddir tarixin özü. O gündən göründü sarı paqonlar, Boşaldı kəndlinin dolu xırmanı. Elləri qurd kimi taladı onlar, Dedilər: padşahın sağ olsun canı. O gündən ağladı aşığın sazı, Dilində can yaxan dərdli haraylar. Uçan durnaların küskün avazı, Ötdükcə dinlədi ulduzlar, aylar. Buludlar çaxnaşdı, hava daraldı, Çumalar dolaşdı bizim elləri. Bizim ipəkləri Peterburq aldı, Bəzəndi knyazın madmazelləri. O gündən saraldı yaşıl təbiət, Axdı həzin-həzin Kür çayı, Araz Baş əydi qanuna kitab, şəriət Ürəklərdə, baxışlarda yas…
bəlkə də sovetlətin yeganə qələm adamı olan dühası idi ki, 1937-ci ilin ağrısını ölənədək yaşadı.
Yoxsa 50 yaşında az qala 80 yaşlı qocaya oxşamazdı ki…
Və Müşfiq şerimizin cavanlıq, Füzuli qocalıq rəmzi hesab olunubdusa, Səməd Vurğun ümumiyyətlə şairliyin, insanlığın, həm də xeyirxahlığın və istedadın simvolu olub Azərbaycan insanının düşüncəsində və ruhunda.
İndi ona çaqqal kimi hürənlər də çoxdu, adını aşağılamaq istəyənlər də…
Amma O, sovet epoxası adlanan onilliklərin ən halal, ən vicdanlı, ən milli, ən talantlı və heç şübhəsiz ən nüfuzlu şəxsiyyətlərindən biri idi. Ömrü boyu yaxşılıqlara könül açdı və kimsəsiz istedadlara həyan oldu, onlara həyatı tanıtdı, yollarında şam kimi əridi.
Hər halıyla Azərbaycanda şəxsiyyət faktorunun önündə gəlib də, ən uca ədəbi zirvələri fəth etdi.
Ölümündən 70 il keçsə də, böyük ilham və tükənməz eşq ilə qələmə aldıqlarının əhəmiyyətli bir hissəsi siyasi konyukturalar ucbatından ədəbi xronikaya çevrilsə də, Səməd Vurğun ümumtürk ədəbi dilinin ən uca zirvələrinin başında qalmaqda davam etməkdədir.
Bu gün bizim dilimiz bu qədər dupduru, bir belə tərtəmiz, bu boyda halaldırsa, həm də Səməd Vurğuna minnətdar olmalıyıq.
Şah Xətai, Abbas Tufarqanll, Vaqif, Aşıq Ələsgər kimi…
O həmişə yaşayacaq! Nə qədər ki, dilimiz var! Nə qədər ki, millətimiz var olacaq!
Bu gün Səməd Vurğunun 120 yaşı tamam olur. Səməd Vurğunun Xalqımızın ən böyük şairlərindən biridir. Səməd Vurğun yeganə Azərbaycan şairdir ki, onun məşhur “Azərbaycan” şeirinin ən azından bir bəndini bütün Azərbaycanlılar əzbər bilir: El bilir ki, sən mənimsən. Yurdum yuvam məskənimsın, Anam doğma vətənimsən, Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Azərbaycanda bu qədər populyar olan ikinci belə bir şeir yoxdur. Səməd Vurğun atamdan yaşca böyük olsa da,aralarında çox isti münasibət olub. Atam 47- ci ildə onun haqqında məqalə yazıb. Məqaləni məktubla Səməd Vurğuna göndərib. Səməd Vurğun məktubu oxuyandan sonra atamı Bakıya dəvət edib. Görüşüblər. Atama ədəbi yaradıcılıqla bağlı müəyyən tövsiyyələr verib…Sonra atam Rayon Partiya komitəsində işləyib. Məşhur içtimai və siyasi xadim Kamran Hüseynov Neftcala Rayon Partiya komitəsinin birinci katibi işləyəndə atama Səməd Vurğunu Neftcalaya dəvət etməyi tapşırıb. Bu söhbət 1952- cü ildə olub. Kamran Hüseynov Səməd Vurğunla yaxın dost olub. Həftənin ikinci günü atam Səməd Vurğunla görüşüb, Səməd Vurğun görüşə razılıq verib və görüş həmin həftənin şənbə gününə təyin olunub. Görüşə iki gün qalmış, cümə axşamı Kamran Hüseynov Bakıya hansısa iclasa dəvət olunub.Cümə günü günorta Bakıdan qayıdan Kamran Hüseynov atamı otağına çağırıb. Atam deyir ki, Kamran Hüseynovun qanı qara idi. Səbəbini bir azdan bildim. Kamran müəllim nənə: -Sən təcili Səməd Vurğuna zəng elə, bir bəhanə ilə görüşün başqa vaxtı kecirildiyini de. Həm də elə et ki, şair inciməsin. Atam deyir ki, mən artıq Səməd Vurğunla görüşdə edəcəyim çıxışı yazıb qurtarmışdım. Sabahkı görüşlə bağlı bütün hazırlıq işləri görülmüşdü. İndi isə Kamran müəllim Səməd Vurğuna görüşün təxirə salındığını deməyimi istəyirdi. Onu da deyim ki, Kamran Hüseynov atam üçün, ömrünün sonuna qədər müqəddəs adam timsalında qaldı… Hec nə başa düşməyən atama Kamran Hüseynov bu arzuolunmaz qərarının səbəbini izah edir: -Dünənki iclasda Mircəfər Bağırov öz çıxışında Səməd Vurğunu bərk, amansız tənqid elədi. Hiss olunurdu ki, Bağırov Səmədə qarşı cox qəzəblidi… İndi fikirləş, səhər Səməd Vurğunun Neftçala zəhmətkeşləri ilə görüşə gəlməsi Bağırovu necə qəzəbləndirər. Bağırov bizim Səmədi görüşə çağırmamızı hec zaman bizə bağışlamaz və bizi ən ağır cəza ilə cəzalandırar. Atam deyir ki, könülsüz də olsa, elə Kamran müəllimin otağından Səməd Vurğunun evinə zəng elədim.Telefonu Xavər xanım götürdü. Səməd Vurğun xəstə idi, yatırdı. Xavər xanımdan kimin zəng etdiyini soruşdu. Mənim olduğumu bilib telefona gəldi. Salam verib, özümü güclə ələ alaraq Neftçalada havaların qarışıq olduğunu, ona görə də görüşü başqa vaxta keçirmək istədiyimizi dedim. Səməd Vurğun arif adam idi. Məsələni anladı: -Elə mən də xəstəyəm. Narahat olmayın, münasib bir vaxtda hökmən Neftçalalıların qonağı olaram – dedi. …Neftçalada Səməd Vurğunla unudulmaz görüş 1954- cü ilin 12 iyununda baş tutub. Artıq Stalin ölmüş, Bağırov vəzifəsindən kənarlaşdırılmışdı. Atam deyir ki, Səməd Vurğun Neftçalaya günortadan sonra gəldi. “Pobeda” maşını ilə gəlmişdi. Oğlunu da (Vaqif Səmədoğlu) gətirmişdi. Axşam Neftçaladakı yay klubunda şairlə görüş olacaqdı. O vaxta qədər Səməd Vurğun yeni salınmış şəhərimizi gəzmək istədiyini bildirdi. Birlikdə şairin “Pobeda” maşınına əyləşdik. Təzə əkilmiş ağaşcların yaşıllığı, səliqə ilə tikilmiş evlər, asfalt döşənmiş kücələr, şəhərimizin təmizliyi Səməd Vurğunun çox xoşuna gəlmişdi… Axşam yay klubunda şairlə görüş olur. O vaxt Neftçalada Səməd Vurğunla görüşün şərəfinə bir yenilik də olmuşdu. Görüş qabağı bütün evlərə yerli radio qovşağı çəkilmişdi. Atam bir saata yaxın məruzə edib. Məruzə Səməd Vurğunun çox xoşuna gəlib. Elə həmin gün gecə atama bağışladığı rus dilindəki kitabında öz xətti ilə həmin məruzəni nəzərdə tutub “Şairanə məruzəsi, xoş söhbətləri ilə mənə anam Məhbubə kimi layla çalan qardaşım İmamverdiyə xatirə” sözlərini yazıb…Səməd Vurğun həmin əfsanəvi, Neftçalalıların yaddaşında ömürlük iz salmış görüşdə 2 saata qədər şeir söyləyir. Hər şeir uzun zaman kəsilməyən alqışlarla qarşılanır. Onun səsini yerli radio qovşağı vasitəsi ilə şəhərimizin bütün sakinləri dinləyib. Atam Səməd Vurğun haqqında xatirələrini 1966- cı ildə yazıb çap etdirib.Adı “”Şairin son sözü” olan xatirəni 1966- cı ildə radioda Aydın Qaradağlı oxudu. O vaxt radioya maraq böyük idi. İnsanlar radioya qulaq asırdılar. Atamın Səməd Vurğun haqqında xatirısi,özü də Aydın Qaradağlının ifasında, çox böyük rezonans doğurdu. Atama Azərbaycanın dörd bir tərəfindən, hətta başqa respublikalardan yüzlərlə məktub gəldi. O da yadımdadır ki, həmin xatirə ilə bağlı atama məktub yazanlardan biri, planetin ən qocaman sakini Şirəli Müslümov idi. Atam həmin gün haqqında yazdığından mən onun yazdıqlarını burada təkrar etmək istəmirəm Amma atam həmin gün haqqında bəzi xatirələrini müəyyən səbəblərdən qələmə almayıb. Axşam evimizdə, şairin şərəfinə böyük bir ziyafət olur.Səməd Vurğun gecəni bizdə qalır. Gecə yarısına qədər atamla söhbət edib…Səhər, çay süfrəsindən sonra, təxminən saat 11 də Səməd Vurğun bizdən ayrılır. Atama söz verir ki,yaxın günlərdə yenə gələcəm. Kürlə Xəzərin birləşdiyi yeri (Kür Xəzərə Neftçalada qovuşur) görmək onun ən böyük arzularından biri olub. Atam deyir mən də “Pobeda”ya əyləşdim. Səməd Vurğunu o vaxtki 26-lar qəsəbəsinə (İndiki Mirqurbanlı) qədər ötürdüm. Atam deyir ki,Səməd Vurğunun kefi kök idi. “Aman nənə, zalım nənə, yar nənə” mahnısını oxuyur, məni də oxumağa həvəsləndirirdi. 26- lar qəsəbəsinə qədər birlikdə həmin xalq mahnısını oxuyublar. 21 mart 2026. saat 02:37
Xarakterli adamdır. Başqalarına həsəd aparmağı xoşlamır, həmişə öndə olmağa çalışır. Münasibətlərində həvəsləndirici və idarəedici xüsusiyyətlərə malikdir, əməkdaşlıqda özünü güclü şəkildə təsdiq etməyi bacarır. Tükənməz enerjisi var. Özünə güvənən, iradəli və inadkardır. Xeyirxahlığına, əliaçıqlığına, mərhəmətinə söz ola bilməz. Əgər onunla birlikdəsinizsə, ən yaxşı və keyfiyyətli məkanlara gedəcəyinizdən şübhəniz olmasın. Ən sıxıntılı vaxtlarında belə irəli çıxmağı bacarır. Çox diqqətlidir, təyin olunan görüşlərə gecikməyi sevmir. Əzmkar və çalışqandır. Hər hansı bir söhbət əsnasında, onun özünə arxayın tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə, bunu bilin ki, o, öz ağlına və fəhminə güvənən adamdır. Soy-kökünə bağlı, adət-ənənələrə sədaqətlidir…
Deyir ki:- “Mən Bakı şəhərində anadan olmuşam. Amma əslən Şamaxı rayonundanam. Şamaxının Sarıtorpaq məhəlləsindənik. Atam Şamaxıda dünyaya göz açıb. Bilməyənlər üçün deyim ki, “Şamaxı, ay Şamaxı” mahnısının sözləri atama məxsusdur. Ümumiyyətlə, biz ailə olaraq Şamaxıya çox bağlı olmuşuq. Qan bağlılığımız var. Qohumlarımızın əksəriyyəti indi də Şamaxıda yaşayır. Nəslimizin bir qolu da Çarhan kəndindəndir. Sabirabad rayonunun Qalağayın inzibati ərazisində şamaxılılar yaşayır. Orada da qohumlarımız var. Hətta sizə maraqlı bir fakt söyləyim: Suriyada və İraqda belə, Şamaxıdan köçmüş qohumlarımız var. Bir sözlə şamaxılıyam və Şamaxıya bağlılığım genetikdir…”
Ölkəmizdə çox adam onu jurnalist kimi tanısa da, əslində yazıçı, ssenarist və həm də rejissordur. Ədabazlıqdan, təkəbbürdən uzaq, qürurlu və məğrurdur. Köhnə kişilərə xas olan bir sıra xüsusiyyətləri özündə əxz edə bilib. Artıq danışmağı, ona aid olmayan məsələlərə müdaxilə etməyi xoşlamır. Necə deyərlər, yerini bilən adamdır…
“Düşünürəm ki, təkəbbür, özündən razılıq insanı inkişafdan saxlayan birinci amildir. Mən azad mühitdə, əxlaqlı bir məhəllədə böyümüşəm, o məhəllədə ki, başqasının qadınına baxmırdılar, başqasının arxasınca danışanı cəzalandırırdılar. Yəni, yazılmamış qanunların işlədiyi məhəllədə böyümüşəm və orada qazandığım əxlaqı bu günə qədər də qoruyub saxlayıram. O əxlaqda özündənrazılıq, təkəbbür əskiklikdir.”- söyləyir…
O, 1966-cı ilin mart ayının 21-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Moskva şəhərindəki Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə kinoda işıqçı kimi başlayıb. Müxtəlif dövrlərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, “AzərTelefilm”in, “Günay” qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası “MİR” teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru və “ANS” teleşirkətinin baş icmalçısı olub. On beş bədii, üç publisitik kitabın müəllifi, onlarla bədii filmin ssenaristidir. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb…
Deyir ki:- “Məncə, jurnalistika avantüra ilə ədəbiyyatın qarışığıdır. Həsən bəy Zərdabidən üzü bu tərəfə Azərbaycanda jurnalistika institutut olaraq hələ formalaşmayıb. Jurnalistika fəlsəfədirmi, ədəbiyyatdırmı, hələ bilinmir nədir. Məsələn, mən xəbər dilinə virus salmışam- indi xəbərdə ədəbiyyat dili, ironiya, Mirzə Cəlil gerçəkliyi var. Məndən əvvəl xəbər dili belə danışılmırdı, “Zorxana” ilə başladı. Bəlkə də bu, peşəkar jurnalistikadan sapmadır. Ancaq bu mənim yolumdur. Xəbəri loru dildə, asan dildə çatdırmaq… Bir sözlə, povestlərimi, romanlarımı kənara qoyub televiziyaya gəldim. Niyə gəldim? Çünki kənarda qala bilmirdim. Azərbaycanlının atadan övlada qalan ən böyük varı hüquqi, sivil dövlət ərazisi yaratmaqdır və mən bununla məşğulam, bunu əlimdə silah edə bilməzdim ki? Bilirsinizmi, mən Rusiyada təhsil almışam. İstəmirəm ki, biz yenidən kiminsə tapdağı altında olaq. İqtisadiyyatımız dirçəlir, iqtisadiyyatın dirçəlməsindən istifadə edib ruhaniyyətimizi də dirçəltməliyik, çünki böyük sənətlər böyük saraylarda yaranır. Nə deyirsinizsə deyin. Şirvanşah sifariş verməsəydi Nizami “Leyli və Məcnun”u, Firdovsi “Şahnamə”ni yazmayacaqdı. Bax, bu gerçəkliklər var…”
İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir sıra dünya ölkələrində nəşr olunub. “Yeddi” romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri “Dünya Nəsr Antalogiyasına” düşüb. “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib. 2023-cü ildən mədəniyyət nazirinin müşaviridir. Arada Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini də icra edib…
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı, unudulmaz şair Fikrət Sadığın yadigarı- Orxan Fikrətoğludur. Martın 21-i, baharın ilk günündə Orxan bəyin 60 yaşı tamam olur. 60 rəqəmi adətən zamanın ölçülməsində istifadə olunur, yəni 60 saniyə dəqiqəni, 60 dəqiqə isə saatı tamamlayır. Bu rəqəm mələklərin Numerologiya sistemində həmçinin harmoniya, sabitlik, tarazlıq, məsuliyyət və balansı ifadə edir. Nə isə, Orxan Fikrətoğlunu 60 yaşı münasibətilə təbrik edirəm. Çox yaşasın!