Atlaz Rzayi yazır

Əl tutan əllər

Bu gün insan münasibətlərinin, mənəviyyatının təməlini qoruyub saxlayan amillərdən biri də yaxşılıq etməkdir. Bu missiyanı öz üzərinə götürüb, həyat şüarına, prinsipinə çevirən, ondan mənəvi zövq alan, yaşamağın əsl səbəbini yaxşılıq etməkdə görən insanlardan biri də
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar müəllim İsmayılzadədir.
Mən İlqar müəllimi tanıdığım ilk gündən bu yana onun nə qədər uzaqgörən, işıqlı, mərhəmətli olduğunu görmüşəm. Öz ömrünü xalqına xidmət etməyə sərf edən bu insan təmənna güdmədən əlindən gəldiyi qədər hər kəsin yanında olub, dəstək göstərmişdir. Onun üçün bir insanın qəlbində sevinc, üzündə təbəssüm oyatmaq ən gözəl hədiyyədir. İlqar müəllim milli – mənəvi dəyərlərin, milli kimliyimizin, tarix boyu bizimlə yaşayan əxlaqi dəyərlərimizin, dünənimizin, bu günümüzün qoruması yolunda böyük addımlar atmışdır. Gecəsini – gündüzünə qataraq yaxşılıq etməkdən usanmayan, hər zaman yenilikləri ilə ucalan İlqar müəllim daha çox insani keyfiyyətləri ilə zirvədə olur. İlqar müəllimin özü kimi onun Facebook üzərindən yaratdığı,on bir ildir fəaliyyətini davam etdirən “Həməşəra” səhifəsi və mətbu orqanı da tam təmənnasız xidmət göstərərək, saysız – hesabsız insan arasında böyük bir körpü olmuşdur. “Həməşəra” dövrünün ən çox sevilən və izlənilən mətbu orqanı olaraq, neçə – neçə təqdimat mərasimlərinin təşkilatçısı olaraq eyni əqidəyə, düşüncəyə sahib olanları bir yerə toplamışdır. Gələcək nəsillərə indidən qol – qanad olaraq, onları sabaha ruhlandırmışdır.
Öz ömrünü xalqına, elinə, Vətəninə, elmə həsr etmiş İlqar müəllim görkəmli şəxsiyyət olaraq insanların ürəyində əbədi olaraq öz taxtını qurmuşdur.
Sonda fürsətdən istifadə edərək mənə hər zaman dəstək göstərən, “Həməşəra” mətbu orqanının təsis etdiyi ödüllərlə şərəfləndrib, Cəlilabad ədəbi mühitinə tanıdıb sevdirən dəyərli ziyalımız, əzizimiz İlqar müəllimə Uca Tanrıdan can sağlığı, bol yaradıcılıq uğurları arzulayıram.

Müəllif: Atlaz RZAYİ
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair

ATLAZ RZAYİNİN YAZILARI

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vaqif Osmanlının “70-in işığında” adlı kitabının təqdimat mərasimi keçirilib

Vaqif Osmanlının “70-in işığında” adlı kitabının təqdimat mərasimi keçirilib

3 Oktyabr 2026-cı ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, “Ədəbi Ovqat” dərgisinin baş redaktoru, şair və publisist Vaqif Osmanlının “Röyal” otelin konfrans zalında “70-in işığında” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kitabın redaktoru Rəfail Tagızadədir. Kitab müəllifin sayca – 7-ci kitabıdır.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Təqdimat mərasimini aparan Rəfail Tağızadə qonaqları salamlayaraq Vaqif Osmanlının zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, publisistik və ictimai fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, müəllif ömrünün yetmiş illik həyat və yaradıcılıq yolunu özündə əks etdirən bu kitab həm xatirələr, həm düşüncələr, həm də mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, “70-in işığında” kitabı müəllifin keçdiyi ömür yoluna, həyat təcrübəsinə, yaradıcılıq axtarışlarına və milli-mənəvi dəyərlərə bağlılığını əks etdirən dəyərli nəşrdir. Kitab oxucunu müəllifin düşüncə dünyasına səyahət etdirir, müxtəlif dövrlərdə qələmə alınmış yazılar, xatirələr və həyat müşahidələri ilə zəngindir.

Tədbirdə çıxış edən ədəbiyyatçı alimlər Lütviyyə Əsgərzadə və Məti Osmanoğlu, yazıçı, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı və şairlər Azad Qaradərəli, Ağacəfər Həsənli, Təranə Məmməd, Süleyman Abdulla, Mikayıl Bozal, Xeyrulla Ağayev, Bəhruz Məmmədov, Nicat Həşimzadə, Nemət Mətin, Miri Rəsulzadə, Azər Qismət, Zaur Ustac, Pərvanə Bayramqızı, Lalə İsmayıl, Əmək Qəhrəmanı Tərlan Musayeva, tanınmış aktyor Arif Həkimoğlu, yubilyarın gənclik dostu Xıdır Sadıqov və Azadə Quliyeva Vaqif Osmanlının zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən və vətənpərvər mövqeyindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, Vaqif Osmanlı özünəməxsus dəst-xətti, milli düşüncəsi və mənəvi dəyərlərə bağlılığı ilə müasir Azərbaycan ədəbiyyatında seçilən söz adamlarından biridir.

Bildirilib ki, “70-in işığında” kitabı müəllifin ömür yolunu, həyat fəlsəfəsini və yaradıcılıq axtarışlarını əks etdirən sanballı nəşr olmaqla yanaşı, oxucular üçün də dəyərli mənəvi qaynaqdır.

Çıxış edənlər yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıblar.

Sonda Vaqif Osmanlı tədbirin təşkilatçılarına, çıxış edənlərə və oxucularına minnətdarlığını ifadə edib. Müəllif kitabın ərsəyə gəlməsi prosesindən danışaraq, bu nəşrin onun ömür yolunun, həyat fəlsəfəsinin və yaradıcılıq düşüncələrinin bir ifadəsi olduğunu bildirib.

Təqdimat mərasimi xatirə şəkillərinin çəkilməsi, müəllif tərəfindən kitabların imzalanması və oxucularla səmimi söhbətlə başa çatıb.

Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac “Yazarlar” cameəsi adından Vaqif Osmanlıya “Durna teli – Qızıl qələm” və “Əsrin yazarı” mükafatlarını təqdim edib.

“Yazarlar” olaraq, Vaqif Osmanlını təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Tədbirdən fotolar:

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

“Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi

(Misir Mərdanov – 80)

2 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

3 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada Professor Misir Mərdanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə alimin dərslikləri, ön söz müəllifi, tərtibçisi, redaktoru olduğu, layihə rəhbəri, məsləhətçisi, elmi fəaliyyəti, Azərbaycan və xarici dillərdə çap olunan kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Misir_Merdanov_80/index.htm linkindən istifadə edə bilərlər.

Misir Cumayıl oğlu Mərdanov 3 oktyabr 1946-cı ildə Qərbi Azərbaycanın Karvansaray rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, ADU-nun (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatla Gəncə Pedaqoji İnstitutuna göndərilib, riyaziyyat fakültəsində baş laborant kimi əmək fəaliyyətinə başlayıb.
1978-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsinə təyin olunub. 1985-1986-cı illərdə ADU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Təhsili Nazirliyində Ali Təhsil İdarəsinin rəisi (1988-1990), Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1991-1992), BDU-nun tədris işləri üzrə prorektoru (1992-1996), BDU-nun rektoru (1997-1998) məsul vəzifələrdə çalışıb. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-2025-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub.
Misir Mərdanov “Azərbaycan riyaziyyatçıları” adlı fundamental monoqrafiyanın, ali məktəblər üçün “Ali riyaziyyat” dərsliyinin, “Azərbaycanın təhsil siyasəti“, “Azərbaycan təhsili müstəqillik illərində” kitabların müəllifidir.
1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1981-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi rütbəsini alıb. 1989-cu ildə Ukrayna EA-nın riyaziyyat institutunun müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə yaradılan “Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası”nın sədri kimi, Azərbaycan təhsil tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının təhsili sahəsində islahat proqramı”nın hazırlanmasına bilavasitə rəhbərlik edib, onun rəhbərliyi altında “Milli Kurikulum – Milli Təhsil Konsepsiyası” sənədi hazırlayıb.
Misir Mərdanov 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, 2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2014-cü ildən fəxri prezidentidir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktoru, eyni zamanda “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədridir. 2017-ci ildə professor Misir Mərdanov AMEA-nın müxbir üzvü seçilib.
Misir Cumayıl oğlu Mərdanov Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun Sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə Dağıstan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Elm və təhsil sahəsində göstərdiyi xidmətlərə əsasən 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2025-ci ilin noyabrında AMEA-nın 80 illik yubileyi çərçivəsində Misir Mərdanov “Lev Landau” döş nişanı ilə təltif olunub.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

MİSİR MƏRDANOVUN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əli bəy Azəri təltif olunub

Tanınmış yazıçı Əli bəy Azəri təltif olunub. O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:

“Azərbaycan hüquqi dövlətdir. Cəmiyyətdə baş verənlər daima diqqət mərkəzindədir. Hər kəsin zəhməti gec-tez, aşağı-yuxarı dəyərləndirilir.
Zəngilan rayonundan olan ziyalılar həmişə icra hakimiyyəti tərəfindən tədbirlərə dəvət olunur, rayonun ictimai-siyasi həyatında fəaliyyətlərinə şərait yaradılır.
Diqqət və qayğısına görə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov cənabına dərin təşəkkürümü bildirirəm.”

YAZARLAR cameəsi adından Əli BƏY AZƏRİni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, ƏLİ BƏY AZƏRİ!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Gənc Əbil MƏMMƏD ARAZ ocağında – 1999

Gənc Əbil MƏMMƏD ARAZ ocağında

Etibar Əbilov: “Mərhum oğlum Əbil inudulmaz Məmməd Araz ocağında”
May 1999- cu il.

Əbilin gündəliyindən

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İŞIĞIN İŞIĞINA

İŞIĞIN İŞIĞINA

Söz sözü çəkib apardığı kimi, adamı da özü ilə aparır. Cazibəsinə salır. Özün də bilmədən onun əsirinə çevrilirsən. Yazdıqlarının şeir, hekayə, … təhlil, münasibət olacağı səni tutan sözdən asılıdır. Ruhuna yatan sözdən.
Könlünü oxşayan sözə söz qoşan Vaqif Osmanlı tanıdığı, tanımadığı müəllifin diqqətini çəkən əsərinin görünməyən tərəflərinə işıq salır, özünün güclü təxəyyül təhlili ilə müəllifi təəccübləndirə bilir. Müəlifi də, əsəri də oxuculara Vaqif Osmanlı imzasıyla sevdirir.
“70-in işığında” kitabı Vaqif Osmanlını oxucusuna şair, nasir, təhlil və araşdırmaçı olaraq tanıtımıdır.

Vaqif Osmanlı insanı söz-söz, baxış-baxış duyur. Və duyduqlarını yazır. O, yazdıqları ilə baş-başadır. Həyatda baxışları daha çox danışdığı kimi, yazılarında da düşüncələri danışır.

Vaqif Osmanlının hekayə dili də çox rəvandır, oxucunu yormur. Təsvirlər o qədər cəlbedicidir ki, oxucu özünü hadisənin içində hiss edir. İnsanı duymaq, yaşananları yaşamaq, ibratamiz məqamlarla zəngindir.

Kitabı oxuduqca, Xoşbəxt nənənin Bayram dərdi, Oqtay Eldəgəzin “Vətən”, “Millət” deyərək dırnaq-dırnaq sızlayan qəlbinin sızıltıları … Tofiq Qəhrəmanovun tale sonluğu … hər dəfə gəmi ilə Neft Daşlarına gedib-gələrkən Nargin adasının yanından keçəndə müəllifin Müşfiqin və neçə-neçə Müşfiqlərin ruhları ilə söhbəti …, nakam istedadlı gənc şairlər – Məlik Cahanın eynəkli qızı … Rauf Ranın qazda boğulan səsinin yanğıları qəlbimi sızlatdı, içimi odladı.
Bu sızlantıların içində Ali Kafkasyalının Qafqazın qoçaq “Qafqaz qaçaqları”nın həyatı …, Safruhun milli dil göynərtisi …, ölkəsindən sürgün olanların hər gördükləri çaya “Araz” demələri …, doğmalarının qəfil düçar olduqları əlacsız ağrıların göz dərdi – yaşantıları …, bir yazarın deyə bilmədiyi, amma anlatdıqları da oldu.
… Simpozium uğuru, Neft Daşlarının dirəkləri kimi insanlarının da tufanda məğrur dayanmaları …, Xəzərin əsrarəngiz gecələrinin duyğuları da sevindirdi.


Nargin – Böyük Zirə adası. Vaqif müəllimin hər dəfə Neft Daşlarına – “Möcüzələr adası”na gedib-gələndə ruhların səsini duyması, Müşfiqin düşüncələrinə oy verməsini anladıqca nələr yaşadığını, nələr çəkdiyini oxuduqca, onu yaxşı tanıyan, Müşfiqi sevən adam kimi Vaqif müəllimlə o hissləri mən də yaşadım.
Ruhlarla söhbət insanda fərqli hisslər oyadır. Bəlkə də, yaşamaq elə budur. Yoxluqda varlıq axtarmaq, onu olan kimi qəbul etmək – onunla danışmaq, anlamaq…
Biz özümüz də duyduğumuz, anladığımızla bilikdə bir ruhuq. Ruh adamları bunu daha yaxşı anlayırlar. Elə ona görə də o qədər adam içində təkcə Vaqif müəllim göyərtəyə çıxıb doğma ruhların səslərini eşitmək, dinləmək istəyir. Onları eşidən, dinləyən, unutmayanların olduğunu hiss etsinlər deyə. Əslində, yaşamaq duyaraq yaşamaqdır. Yəqin Müşfiq də Vaqif müəllimin olacağı gəminin keçəcəyi günü gözləyirmiş. Görmək, görüşmək, salamlaşmaq üçün. Görmədiyin, amma sevdiyin, ruhən yaxın olduğun insanla doğmalar kimi görüşmək, söhbət edib: “yenə gələcəm”, – demək gözəldi. Bu insan yaşantılarıdı.
Ruhu doğmalıq bütün doğmalıqlardan üstündür. Təmənnasız, öhdəliksiz – sevgi dolu.

Vaqif müəllimin də ürəyindən Araz boyda Qara çay keçir. O qədər də böyük olmayan, amma doğmaları ayıran, dərdli, soyuq Qara çay.
“Görəsən bütöv Azərbaycan olmaq üçün bizə nə qədər Araz lazımdır?!”

“1957-ci ildə Oqtay Eldəgəzlə böyük ziyalı, alim Xudu Məmmədovun tanış olması yeni siyasi təşkilatın yaranmasına təməl oldu. Bu iki vətənsevər və millətsevər insan tərəfindən milli mübarizənin şərti cizgiləri çəkilməyə başladı və nəticədə 1962-ci il dekabrın 27-də 95 nəfər milli ziyalını ətrafında birləşdirən “Milli Azadlıq Qərargahı” (MAQ) fəaliyyətə başladı”.
Kitab sovetin qılıncının dalının belə kəsən vaxtlarında müstəqillik üçün mübarizə aparan MAQ-nın üzvləri olan MİLLƏT FƏDAİLƏRİni bizə tanıtdı:

  1. Oqtay Eldəgəz – MAQ-ın sədri;
  2. Xudu Məmmədov – birinci müavin;
    1. Yusif Məmmədəliyev – akademik, elmi məsələlər üzrə müavin;
    2. Əlisöhbət Sumbatzadə – akademik;
    3. Sadıq Rəhimov – 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri;
    4. Hüseyn Arif – şair;
    5. Əsədulla Qurbanov – professor;
    6. Bəxtiyar Vahabzadə – xalq şairi;
    7. Yusif Vəliyev – xalq artisti;
    8. Rüstəm Səfərəliyev – dövlət xadimi;
    9. Bəxtiyar Məmmədov – məşhur neftçi.

Daha iki millət fədaisinin yaddaşlarda qalan xatirəsi:
“1957-ci il mayın 28-də – Azərbaycan Xalq Cümhuriyyətin 39-cu ildönümü günündə Cahid Hilaloğlu və Çingiz Abdullayevin Qız qalasının üstündə üçrəngli bayrağımızı dalğalandırması milli hərəkatın işartısı sayılır”.

Vaqif müəllim qaçaqçılıq hərəkatından, onların ən mübarizlərindən nümunələrr gətirməklə tariximizi yaxşı bilməməyimizin utancını yumaq istəyir.
Dəyərli alim, professor Ali Kafqasyalının “Qartallar sınır tanımır”, “Qafqaz qaçaqları” kitablarını təhlil edir və qaçaqların Vətənin azadlığı – Azərbaycanın müstəqilliyi uğrunda apardıqları mücadilələrindən və sonda düşmənin əlinə keçməmələri üçün özlərini öldürməyi üstün tutmalarını misallarla verir (Məcidi Məcid vurdu). Millətin azadlığı uğrunda ac-yalavac dağlara çəkilən qaçaqların bolşeviklərə, ermənilərə qarşı mübarizəsində qadınlarımızın – qızlarımızın da vuruşduğunu – Qaçaq Süleyman adıyla döyüşən Gülsümün timsalında onların qətiyyətini, mərdliyini bir daha oxuculara çatdırır.

Vaqif Osmanlı həyatının 43 ilini həsr etdiyi – işlədiyi Neft Daşlarına olan sevgisi, onun əsrarəngiz gecələrinin yaradıcılığına verdiyi tövhələri sevə-sevə qələmə alır.
Ömrünü dağlar və dənizlə yarıya bölən Vaqif Osmanlı keçmişinə xatirə dolu sevgiylə boylanır. Xeyirxah insanları sevgilə yad edir.
Sevimli ustadı Əsəbəli Osmanlını xoş sözlərlə xatırlayır.
Müəlliflərin yaradıcılığına işıq salan İşıq Adam onlara sevgiylə yanaşır.
Vaqif müəllimin yazılarında onun coğrafiya müəllimi olması açıq hiss olunur. Dağ, Ay, Günəş, meşə, dəniz, quşlar, yağış, bulud… Təbiətin ədəbiyyatda təsviri və tərənnümü – vəhdət.
Vaqif Osmanlının təsvirə, tərənnümə yönələn duyumu gözəldir. Məncə hər şey duymaqdan başlayır. Ürək duyduğunu istənilən formada ifadə edə bilir.
Bəzi insanların Qu-qu quşuna bənzətməsi…
Vaqif Osmanlının təbiət bənzətmələri çox gözəldi: “lalələr tarlalarda tonqal qaladılar“, “dağ başında əmmamə”, “çaylar hirslənib özlərinə sığmırdılar”, “çiçəklər arılara naz satır”, “arılar güllərlə öpüş üçün dolaşırdılar”…

Qarabağ müharibəsinin ağrıları, yaşantıları, anaların, xanımların dəyanəti, mətanəti, dözümü əsərlərdə xüsusi vurğulanır.

İşıq adamın o qaranlıq gecələrdə vərəqlərə işıq saçan söz işığı yaddaşımıza da işıq saldı. Hər sözü yaddaş olan sözü – deyimi, anımı…

Aforizmlər deyən Vaqif müəllimin aforizmlərdən yerində istifadəsi və Qandi düşüncəsinə xüsusi sevgisi də maraqlıdır.
Vaqif Osmanlının 2022-ci ilin 9-12 oktyabrında Türkiyənin Əzincan şəhərində düzənlənən Uluslararası Türk Dünyası Simpoziumun 800 nəfərlik nümayəndələr içərisindən seçilərək simpoziumun panel iclasının aparıcılıq etməsi və qaçaqlarla bağlı məruzəsinin böyük müzakirəyə səbəb olması bir Azərbaycan türkü olaraq məndə yaratdığı qürurun üstünə çıxış mətnini kitabda oxuyandan sonra böyük bir sevinc də gəldi.

İşıq adamın vərəqlərə işıq saçan, hər sözü yaddaş olan söz işığından bəhrələndik.
Oxuduqca, vərəqlər insanın içini vərəqlədən “70 yaşın işığında” kıtabı yolumuza işıq saldı. Yazılanlar həm yatanları oyatdı, həm də yatırılanları.

“Oxunası kitablar” seriyasından olan bu kitabı Vaqif Osmanlının sevilən “Oxunan dualar” kitabının davamı kimi də qəbul etmək olar.

Hörmətlə: Rəfail TAĞIZADƏ 

şair-publisist

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

                                                                                                           

Şəhidin anım günü

Şəhidin anım günü

2 oktyabr 2026-cı il tarixində Mingəçevir şəhərindəki 19 saylı məktəbdə qəhrəman Vətən övladlarının anım günləri ilə bağlı tədbirlər silsiləsindən növbəti görüş baş tutub. Şəhər ziyalılarının iştirakı və Mingəçevir şəhər Təhsil şöbəsinin (müdir Rüstəm Aslanov) dəstəyi ilə məktəbin məzunu olmuş şəhid Eldar Həsənlinin anım günü keçirilib.
Tədbir Azərbaycan Respublikasının himni ilə başladı. Sonra Ərazi bütövlüyümüz uğrunda şəhid olanlar bir dəqiqəlik sükutla yad edildi. Bu anım gününü açan 19 saylı məktəbin direktor əvəzi Ülviyyə Fətəliyeva gələn şəhid ailələrini və qonaqları salamladı. Sonra sözü Azərbaycan Qadınlar Cəmiyyətinin Mingəçevir bölməsinin sədri Adilə Cəlilovaya və Qadınlar Cəmiyyətinin üzvü Gülbadam Süleymanovaya verdi. Adilə xanım ailədə uşaqların tərbiyəli böyüməsində qadınların rolundan danışdı. Şəhidin anasına, həyat yoldaşına baş sağlığı və təsəlli verdi. Şair-publisist Məmməd Mərzili (Gürşadoğlu) ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlərimizin qəhrəmanlığından söz açdı. Şəhidlərə həsr etdiyi şeirlərdən birini söylədi. Məktəbin şagirdləri şəhidlərə ithaf olunmuş mahnı oxudular, şeirlər söylədilər.
Məktəbin direktoru Ülviyyə müəllimə məktəbin məzunu olmuş şəhid Eldar Həsənlinin əlaçı şagird olmasını, ali təhsil almasını tədbir iştirakçılarına çatdırdı. Ən qürurverici odur ki, şəhidin özündən sonra dünyaya gələn yeganə qız övladı Zərifə atasının oxuduğu məktəbin hazırlıq qrupuna daxil olub. Bu məktəbin 4 şəhidi var.
Şəhidin anası Nəzakət xanım və həyat yoldaşı Fəridə müəllimə şəhid Eldar Həsənlinin anım günün keçirilməsində əməyi olan Mingəçevir Təhsil şöbəsinin müdiri Rüstəm Aslanova, məktəbin direktoru Ülviyyə Fətəliyevaya, tədbiri hazırlayan şairə Nərmin Əliyevaya və tədbiri işıqlandıran mətbuat işçilərinə təşəkkür etdilər. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

XXI ƏSRDƏ “SOYUQ MÜHARİBƏ – İNFORMASİYA MÜHARİBƏSİ”

XXI ƏSRDƏ “SOYUQ MÜHARİBƏ – İNFORMASİYA MÜHARİBƏSİ”

(Azərbaycana mümkün təsirlər və milli müdafiə modeli)

XXI əsrdə dövlətlərarası qarşıdurmanın xarakteri ciddi şəkildə dəyişmişdir. Müasir mübarizə yalnız tank, artilleriya və canlı qüvvə ilə aparılmır. Siyasi, iqtisadi, diplomatik, informasiya, kibertəhlükəsizlik və psixoloji müstəvilər eyni vaxtda istifadə olunur.

Bu baxımdan klassik “Soyuq müharibə” modelinin müasir informasiya texnologiyaları ilə birləşməsi yeni təhlükəsizlik mühiti formalaşdırır. Burada əsas məqsəd yalnız əraziyə və hərbi infrastruktura təsir göstərmək deyil, həm də cəmiyyətin informasiya mühitinə, qərarvermə prosesinə və milli-mənəvi dayanıqlığına təsir etməkdir.

  1. Müasir “Soyuq müharibə” anlayışı

Klassik Soyuq müharibədə əsas qarşıdurma iki böyük siyasi-hərbi blok arasında gedirdi. Müasir dövrdə isə qarşıdurma daha çoxşaxəli xarakter daşıyır.

Müasir rəqabətin əsas istiqamətləri:

  • siyasi və diplomatik təzyiq;
  • iqtisadi rəqabət və sanksiyalar;
  • hərbi çəkindirmə;
  • texnoloji üstünlük uğrunda mübarizə;
  • enerji və nəqliyyat təhlükəsizliyi;
  • informasiya və media məkanı;
  • kibertəhlükəsizlik;
  • ictimai rəyə təsir;
  • strateji kommunikasiya.

Beləliklə, müasir qarşıdurmada dövlətin müdafiəsi yalnız silahlı qüvvələrin imkanları ilə ölçülmür.

  1. İnformasiya müharibəsi

İnformasiya müharibəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, qarşı tərəfə təsir etmək üçün məlumatın özü mühüm vasitəyə çevrilir.

Bu mühitdə:

məlumat → ictimai rəy → davranış → qərarvermə → milli təhlükəsizlik zənciri formalaşa bilər.

Saxta məlumatın yayılması, faktların kontekstdən çıxarılması, manipulyativ materialların hazırlanması, emosional təbliğat və sosial şəbəkələrdə koordinasiyalı informasiya kampaniyaları cəmiyyətin informasiya təhlükəsizliyinə təsir göstərə bilər.

Lakin informasiya təhlükəsizliyinin məqsədi yalnız saxta xəbərlərlə mübarizə aparmaq deyil. Əsas məqsəd vətəndaşın etibarlı məlumatı saxta və manipulyativ məlumatdan ayırmaq qabiliyyətini gücləndirməkdir.

  1. Azərbaycana mümkün təsirlər

Azərbaycanın geosiyasi mövqeyi, enerji və nəqliyyat layihələri, regiondakı təhlükəsizlik proseslərində rolu ölkənin informasiya mühitinə xüsusi diqqət tələb edir.

Mümkün risklər aşağıdakı istiqamətlərdə qiymətləndirilə bilər:

  1. Dövlət institutlarına ictimai etimadın zəiflədilməsi;
  2. Cəmiyyətdə süni qarşıdurmaların yaradılması;
  3. Milli və sosial həssas mövzuların manipulyasiya edilməsi;
  4. Hərbi məsələlərlə bağlı yanlış məlumatların yayılması;
  5. Şəhid ailələri, veteranlar və hərbi qulluqçularla bağlı həssas mövzulardan istifadə;
  6. Böhran zamanı panika və qeyri-müəyyənliyin artırılması;
  7. Xarici auditoriyalarda Azərbaycan haqqında birtərəfli təsəvvürlərin formalaşdırılması;
  8. Kibermühitdə dövlət və strateji infrastruktura qarşı təhdidlər.

Bu risklərin hər biri ayrıca qiymətləndirilməli və hüquqi çərçivədə qarşı tədbirlər hazırlanmalıdır.

  1. Milli müdafiənin yeni modeli

Müasir şəraitdə müdafiə anlayışı yalnız Silahlı Qüvvələrin fəaliyyəti ilə məhdudlaşmamalıdır.

Milli dayanıqlığın əsas sütunları belə təsəvvür edilə bilər:

Silahlı Qüvvələr + dövlət qurumları + mülki müdafiə + kibertəhlükəsizlik + strateji kommunikasiya + media savadlılığı + cəmiyyətin dayanıqlığı.

Burada əsas prinsip dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və böhran zamanı vahid, etibarlı informasiya mənbəyinin təmin edilməsidir.

  1. Veteranların rolu

Müharibə veteranları bu sistemdə yalnız sosial müdafiəyə ehtiyacı olan kateqoriya kimi deyil, eyni zamanda böyük təcrübəyə malik ictimai resurs kimi də qiymətləndirilə bilər.

Veteranların iştirakı ilə:

  • gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi;
  • müharibə tarixinin düzgün çatdırılması;
  • saxta məlumatların tanınması üzrə maarifləndirmə;
  • mülki müdafiə üzrə ictimai hazırlıq;
  • fövqəladə vəziyyətlər zamanı ictimai dayanıqlığın artırılması
    istiqamətlərində proqramlar həyata keçirilə bilər.

Bu fəaliyyət dövlət strukturlarının səlahiyyətlərini əvəz etməməli, onların qanuni fəaliyyəti ilə koordinasiya olunmalıdır.

  1. İnformasiya təhlükəsizliyinin əsas prinsipi

İnformasiya müharibəsində ən güclü müdafiə mexanizmlərindən biri etibarlı və vaxtında məlumatlandırmadır.

Bunun üçün:

Fakt → yoxlama → rəsmi məlumat → izah → ictimaiyyətlə kommunikasiya
ardıcıllığı təmin edilməlidir.

İnformasiyanın gecikməsi və ya boşluğun yaranması həmin boşluğun şayiə və manipulyasiya ilə doldurulması riskini artırır.

  1. Cəmiyyətin informasiya dayanıqlığı

İnformasiya təhlükəsizliyi yalnız dövlət qurumlarının işi olmamalıdır.

Məktəbdən universitetə, hərbi hissədən media qurumlarına qədər informasiya savadlılığı inkişaf etdirilməlidir.

Vətəndaş bilməlidir:

  • xəbərin mənbəyi nədir;
  • məlumatı kim yayıb;
  • ilkin mənbə mövcuddurmu;
  • xəbər başqa etibarlı mənbələrdə təsdiqlənirmi;
  • emosional başlıq faktla uyğun gəlirmi;
  • foto və video materialın konteksti doğrudurmu.

Bu bacarıqlar cəmiyyətin manipulyasiyaya qarşı immunitetini gücləndirir.

  1. Nəticə

XXI əsrdə dövlətin təhlükəsizliyi artıq yalnız sərhədlərin və hərbi obyektlərin qorunması ilə ölçülmür.

İnformasiya məkanı da milli təhlükəsizliyin bir hissəsidir.

Müasir “Soyuq müharibə” şəraitində dövlətlər siyasi, iqtisadi, hərbi, texnoloji və informasiya imkanlarını birlikdə istifadə edirlər.

Azərbaycan üçün əsas məqsəd isə informasiya mühitində dayanıqlı, peşəkar, çevik və etibarlı milli təhlükəsizlik sistemi formalaşdırmaqdır.

Bunun əsas dayaqları:

Güclü ordu + dayanıqlı dövlət institutları + təhlükəsiz informasiya məkanı + savadlı cəmiyyət + hazırlıqlı mülki müdafiə + veteranların təcrübəsi = milli dayanıqlıq.

Bu yanaşma yalnız müharibə zamanı deyil, sülh dövründə də ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edə bilər.
Məlumatı hazırladı: Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı

I>>RAQUF ORUCOV HAQQINDA

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“CİDA” SÖZÜNÜN TARIXI ETIMOLOGIYASI

“CİDA” SÖZÜNÜN TARIXI ETIMOLOGIYASI
(bir sözdən yüz söz)

“Cida” sözünü ensiklopedik mənbələrdə axtararkən onun semantikası qədim silah növü kimi verilir və ondan Üst Paleolit dövründən istifadə edildiyi bildirilir.
Cida daş və sümük uclu olmuşdur. Sonralar Qədim Yunanıstan və Romada dəmir cidadan istifadə edilirdi.
Azərbaycanda müxtəlif dövrlərə aid qəbir abidələrindən cida silahının sümük və daş ucluqları tapılmışdır.
Müasir türk dilinin lüğətində: cidal-döyüş, vuruşma, mübarizə” kimi təsnif olunur. “Cidalci-savaşçı” döyüşçü kimi verilir. “Cidar” isə “çəpər, divar” kimi mənalanır.
Dilin fonetik hadisələrindən biri də səslərin əvəzlənməsidir.Türk dillərində ” r-l” əvəzlənməsi aktivdir.
“Cidar-çəpər” sözünün ” cidal-döyüş” sözü ilə əlaqəsini tədqiq edək.
Əgər biz ” cida” silahını “süngü” silahı ilə eyni olduğunu qəbul etsək, “süngü” silahının izahında onu “nizə, qarğı, mizraq” silahı ilə eyniləşdirilir.
Pislik edən adama qədim deyimimiz olan ” gölə qarğı- qələm sancan” ifadəsi vardır.Əslində qələmin ilkin forması da qarğıdan hazırlanırdı.
Əslində ” süngü” sözünün özü ” sümük” sözündən psixolinqvistik adlanmadır.
” Süngülə, sünqüş” sözləri də “savaşda süngüləmə, süngü ilə vurmaq” mənasını bildirir.
“Süngü” silahının ” qarğı” ekvivalenti onu göstərir ki, hələ Qədim Oğuzlar dəmirı icad etməmişdən əvvəl süngünü (cidanı) qarğıdan düzəltmişlər.Qarğının başını iti çərtərək ona itilənmiş daş və yaxud sümük ucluq bərkitmişlər.(döyüş başlığı)
Atalar sözümüz ” cidanı çuvalda gizlətmək olmaz” məhz cidanın ucu çuvalı deşərək çölə çıxıb görsənməsinə işarədir.( sirrin açılacağının labüdlüyünə dəlalət edir..)
Maraqlıdır “cida” sözü ilə ” qarğı” sözündə fonetik oxşarlıq yoxdur.Lakin hər ikisi də eyni silahın adlanmasıdır.
Dilçiliyin ən dərin qatlarından biri sosial psixolinqvistikadır.Yəni cəmiyyət( tayfalar) tərəfindən yeni sözlər yaradılmışdır.
Qədim Oğuzlarda “çərtmək” sözü bir şeyin ucunu itişəkilli kəsmək kimi mənalanır.
Qədim sözümüz olan ” çətəmə” türklərin yaşam tərzinin çəpər çəkmə mədəniyytinin ilkin elementlərindən biridir.
” Çətəmə”-nin ilkin forması qarğının ucunu itişəkilli kəsərək torpağa sancmaqla ( sancaq sözü də buradandır) çəpərçəkmənin icra olunan aktıdır.
“Çitəmək” sözü də paltarın cırılmış və yaxud düymə yerinin gözəməsi itiuclu nəsnə (çərtilmiş) ilə hörmə aktıdır.
Öz sözümüz olan “çit” sözü də ” çitəmək” sözündən törəmədir.” Çətir və çadır” sözləri də ” çit” sözündən yaranmadır.Nəsnələr hamısı çitdən hazırlanmadır.
Kaşğarinin lüğətində ” çit” sözü “qarğıdan düzəldilmiş divar, çardaq” kimi mənalanır.
Dilimizdə olan ” çat, çərt, kətmən və s.” sözlər də ” çərtmək” sözünün semantik derivativləridır.
Türk dilində “çiten” qarğıdan hörülmüş səbətə( Gəncə səbəti) deyilir.
” Çita” sözü türklərdə uzun yaşmağa (qarğı kimi uzun reykaya) deyilir.
Məhz burada “çita” sözündən “cida” sözünün yaranması özünü tam əks etdirir.
Sözdə ” ç-c; t-d əvəzlənməsi türk dillərində qəbul olunan fonemlərdir.
Məntiqi düşüncə bunu göstərir ki, Qədim Hunlar ovu ibtidai formada qarğı bitkisinin yüngül olduğundan onun ucunu çərtərək mobil silah kimi işlətmişlər.(İngilis dilində hunt, hunter- ov, ovçu sözləri də hunların peşəsindən yaranan psixolinqvistik nominasiyalardır.)
Türk dilində silahlı basqınçılara ” çete” deyilir.”Çete” dedikdə qədimdə cida silahı ilə silahlanmış dəstələr nəzərdə tutulmuşdur.( Görəsən bunu türklər bilir?)
Müqayisəli dilçiliklə baxsaq, ingilis dilində də eyni paralellik özünü göstərir.Ingilis dilində “gun” silah; ” qunman” -” silahlı adam”.Yəqin ki “gangster-silahlı bandit dəstəsi” sözü də ” gun-silah” sözündən psixolinqvistik yranmadır.
Qədim idman növü olan ” cüdo” döyüşü də oğuzların ” cida- döyüs” sözündəndir.
Türklərin kənd yerlərində qədim tikililərinə ” ciflik” deyilir.Qədimdə evlər qarğıdan çətəmə şəklində hörülürdü və onu palçıqla suvayırdılar.
” Çitli” sözü bu gün türklərdə ” evin hasara alınmış ərazisi, məhəlləsi” kimi işlədilir.Çitli-ciftlik-yaşayışa dair ərazi.
Hunlar çətənə bitkisinin qozasını çərtib, onun qatı südlü məhlulunu qurudaraq ağrıkəsici maddə hazırlayırdılar. Məhz ” çətənə” sözü də ” çərtmək” sözündən yaranmadır.
Ərzaq məhsulu düyünün rafina olunmamış şəklinə ” çəltik” deyilir.Çəltik yonma (çərtmə) yolu ilə hazırlanaraq düyü şəklinə salınır.
Çox da qədim olmayan dövrdə plov bişirərkən düyünü qaynadıb çətəndə süzürdülər. “Çətən” nəsnəsi çoxlu sayda fidan qarğıdan hörülərək hazırlanırdı.”Çoxluq” mənasında işlənən ” bir çətən külfət, bir çətən əqraba” kimi ifadələr çətənin çoxlu sayda qarğıdan hazırlandığı faktından yaranan psixolinqvistik nominasiyadır. ( müəllif H.Ə.)
P. S.Bu məqaləni daha da genişləndirmək mümkündür.Yəni yüz sözə çatdırmağı. Bu məqaləni yazmaqda məqsədim qədim sözlərimizin bu günə qədər heç bir dilçi alim tərəfindən araşdırılaraq izahlarının verilməməsidir.Ya “ilkin izini itirmiş və ya daşlaşmış” ifadələrlə bu sözləri möhürləyib kənara qoymuşlar…
Dildə mövcud olan hər bir sözün mənası vardır.
Sözlərin rekonstruksiyasında onların genezində olan səslərin tətbiqi və məntiqi sintezlə açmaq mümkündür.
Ən əsası sözdə iştirak edən fonemlərin iştirakı ilə.
Yəni Tətbiqi Dilçiliklə…
Mənbəsiz mənbələr…


DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI