Akif Əli. ULU SƏRKƏRDƏ BABƏK.

AKİF ƏLİNİN YAZILARI

ULU SƏRKƏRDƏ BABƏK

1185 il öncə bugünkü gün Samirə şəhərində Ərəb Xilafəti böyük Azərbaycan sərkərdəsi ulu Babəki edam etmişdir. Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşayıb ölməyi üstün tutan cəsur sərkərdənin mübarizəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir.

2013-cü ildə yazıb çap etdirdiyim “Azman” kitabında yeni din tətbiqi adı altında Azərbaycana qarşı işğalçılıq yürüşləri aparan Ərəb Xilafəti ilə mübarizədə xalqı səfərbər etmiş və güclü Azərbaycan dövləti yaradaraq, 22 il yadelli işğalçılara müqavimət göstərmiş qüdrətli hökmdar, yenilməz sərkərdə Babək Hürrəminin edam səhnəsi ətraflı əks olunur.

“…838-ci il martın 14-də Ərəb Xilafətinin mərkəzində, Xəlifənin hüzurunda, ali ruhani şəxslərin və mömin müsəlmanların gözü qarşısında günahı yalnız öz vətənini azad görmək olan Azərbaycanın qəhrəman sərkərdəsi Babək dinə, imana, insanlığa yaraşmayan vəhşi bir üsulla qətlə yetirildi. Azərbaycanlı Azman igidin vahiməsi o dərəcədə böyük idi ki, ürəyi onu sadəcə öldürməklə soyumayan düşmən Babəkin qollarını, ayaqlarını, başını kəsdi, qarnını doğradı və bədənini çarmıxa çəkib od vurdu. Amma yenə də vahimədən qurtula bilməyən cahillər zaman-zaman onun parlaq obrazına da ləkə yaxmaq üçün qələm çaldılar…

Babəklə bağlı mənbələrin əksəriyyəti ərəb-fars tarixçilərinin yazdıqlarıdır. Bu mənbələrdə qərəz, böhtan, saxtalaşdırma açıq-aydın hiss olunur. Odur ki, “orta əsrlər mənbələrinə” istinad edərkən, o “faktları” yazan qələmin kimin əlində olduğunu unutmamaq lazım. Məntiqli oxucu dərhal bilir: ərəb yazarı Ərəb Xilafətini 22 il lərzəyə salmış bir qəhrəman haqqında təbii ki mədhiyyə qoşmayacaq, əksinə, onun haqqında hikkə dolu hərzə-hədyanlar uyduracaqdı. Xəlifənin sarayında oturan ərəb səlnaməçisi dövrün hadisələri barədə, xüsusən qatı düşmənləri haqqında həqiqəti yaza bilməzdi… “

Əgər ərəb-fars mənbələrində göstərildiyi kimi Babəkin şəxsiyyəti və mübarizəsi “əhəmiyyətsiz” olsaydı, o zaman nədən Xəlifə Mötəsimbillah Babəki tora salıb ərəblərə təhvil verən satqın Səhl Sumbata bu xidməti müqabilində fəxri xələt, patrik tacı verib onu xəracdan azad edirdi? Üstəlik Səhlin özünə “min dəfə min kşir gümüş, bir də yüz min” qızıl pul – yəni milyon dirhəm, oğluna isə yüz min dirhəm pul mükafatı verirdi?!

Əlbəttə, “Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir qəhrəman idi…” – Tarix Babəki yadında belə saxladı.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında Sərəncam imzalamışdır.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bakı şəhəri, 6 sentyabr 2011-ci il.

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Firuz Mustafa. ANARIN SÖZ BAHARI.

FİRUZ MUSTAFANIN YAZILARI

ANARIN SÖZ BAHARI

(esse)

… kitab rəflərində üst-üstə qalaqlanmış əlyazmalarla dolu qovluqları və kitabları səliqə-sahmana salarkən Anarın illər öncəsi (1977-ci ildə) nəşr olunmuş “Adamın adamı” kitabının səhifələri arasından bir vərəq kağız sürüşüb yerə düşdü. Vərəqdə yazıçının kitabı ilə bağlı bir neçə cümlədən ibarət düşüncələrim yer alımışdı. İndi bu yazını qələmə alarkən illərdən bəri Anarın çəhrayı cildli kitabının arasında “gizlənib qalan”, kiril əlifbası ilə yazılmış qeydlərə bir daha nəzər saldım. Və xatırladım ki, adını çəkdiyim kitab barədə vaxtilə məqalə yazmaq niyyətində olmuşam.

Yeri gəlmişkən, ayrı-ayrı vaxtlarda müxtəlif yazılarımda Anarın əsərləri barədə öz fikir və mülahizələrimi bildirmişəm. Lakin bu gün hörmətli yazıçımızla bağlı düşüncələrimi məhz həmin kağızda qeyd olunmuş “tezislərdən” çıxış edərək oxucularla bölüşmək istəyirəm. Yığcam, çaparaq cümlələrlə ifadə edilən, məni bu yazını qələmə almağa sövq edən həmin “tezislərdəki” bəzi fikirlər zənn edirəm ki, aradan illər keçsə də belə, Anarın təkcə bir kitabına deyil, müəyyən mənada onun bütöv yaradıcılığına müncər edilə bilər.

Budur, qeydlərdə oxuyuram:

“Anar ensiklopedik düşüncə sahibidir. Onun təkcə bədii əsərləri deyil, dil, tarix, etnoqrafiya, rəssamlıq, heykəltaraşlıq, qayaüstü rəsmlər, xalçaçılıq, kino, folklor… barədə söylədiyi fikirlər, yazdığı məqalələr də geniş oxucu kütləsinin marağına səbəb olur…

Anarın bütün yazılarında onun bədii və elmi təfəkkürünün paralel və yaxud çarpazlaşan xətləri aydın sezilir…

Anarın redaktorluğu ilə nəşr olunan “Qobustan” incəsənət toplusu günümüzün parlaq sənət və mədəniyyət ensiklopediyasıdır…

Anarın demək olar ki, bütün əsərlərinin qəhrəmanları öz real həyatları ilə yanaşı sürreal, irreal, bir az da sirli bir ömür yaşayırlar. Kitabda gedən “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası” əsərləri dediyim fikirlərə konkret bədii illüstrasiya və örnək kimi qiymətləndirilə bilər…

Anar bir çox yazıçılarımız kimi, öz qəhrəmanlarının həyatına “müdaxilə” etmir, yəni yaratdığı obrazlar haqda mənfi və ya müsbət fikir söyləmir, onları “qiymətləndirməyi” oxucunun öhdəsinə buraxır…

Anarın əksər qəhrəmanları şəhər mühitində böyümüş, həyat labirintlərindən keçmiş sadə adamlar – ziyalılar, aktyorlar, mühəndislər, müəllimlərdir. Əslində bu sadəlikdə bir mürəkkəblik də vardır…

Anar əsasən müasir həyatımızın reallıqlarını qələmə alsa da, biz onun tez-tez tarixə müraciət etdiyinin şahidi oluruq. Bu mənada yazıçının “Adamın adamı” kitabında dərc edilmiş tarixi əsərlərini – “Qəm pəncərəsi” sənədli telepyesini və “Dədə Qorqud” kinodastanını qeyd etmək olar. Çox güman ki, yazıçı gələcəkdə tariximizə yenə müraciət edəcək.

Anar öz yaradıcılığı etibarı ilə heç kəsə bənzəməyən, daha doğrusu, təkcə özünə bənzəyən yazıçıdır”.

Vəssalam. Qeydlər bitir. Haqqında söhbət açılan kitab nəşr olunarkən Anarın yaşı qırxa yaxın idi. İndi aradan təxminən elə bir o qədər də vaxt ötüb keçmişdir.

Ötən illər ərzində Anar bir çox qiymətli ədəbi, publisistik, habelə elmi əsrlər qələmə almışdır. O, ədəbiyyatın demək olar ki, bütün janrlarına müraciət etmişdir. Olsun ki, heç yazıçının özü də bu əsərlərin hamısının eyni səviyyədə olduğunu iqrar etmir. Amma burasını inkar etmək olmaz ki, ədibin qələmindən çıxan hər bir əsər öz orijinallığı ilə diqqəti çəkir və artıq yuxarıda deyildiyi kimi, o, öz yaradıcılığı etibarı ilə heç kəsə bənzəməyən bir yazıçıdır.

Anar ölkəmizdə və eləcə də xaricdə daha çox bir nasir kimi məşhurdur desək, zənnimcə səhv etmərik. Onun roman, povest və hekayələri dünyanın bir çox dillərinə tərcümə olunub. Yazıçının ən populyar əsərlərindən biri “Beş mərtəbəli evin altıncı mərtəbəsi” adlı romandır. Bu əsər haqda yazılan bütün rəy və fikirlər toplanıb nəşr edilsə, heç şübhəsiz ki, romanın özündən dəfələrlə qalın olan bir və yaxud bir neçə cildlik kitab alınar.

“Beş mərtəbəli evin altıncı mərtəbəsi” indiyəcən dəfələrlə nəşr edilmiş, səhnələşdirilmiş və ekranlaşdırılmışdır. Əsərin bu qədər maraq doğurmasının səbəblərini geniş şəkildə araşdırmadan yalnız bunu demək olar ki, roman təkcə öz məzmunu ilə deyil, həm də mahiyyəti ilə cəzbedicidir. Oxucu (və yaxud tamaşaçı) əsərin qəhrəmanlarından dolayı bir sıra sadə və mürəkkəb suallarla üzbəüz qalmalı olur: niyə? nə üçün? nəyə görə? Əminəm ki, meydana çıxan əksər suallara təkcə oxucular deyil, elə müəllifin özü də konkret cavab verə bilməz. Hətta, romanın qəhrəmanları belə, öz etdikləri və etmədikləri hərəkətlərin səbəbini birmənalı qiymətləndirməkdə aciz görünə bilərlər.

Bəli, “Ağ liman” adlı povestin davamı kimi yazılmış bu əsər, yəni “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanı barədə ciddi ədəbi tənqid öz sözünü deyib. Amma personajlarla bağlı mübahisələr bu gün belə səngimir. Əsəri sevənlər kimi, onu “qəbul etməyənlər” də vardır. Ən maraqlı hal burasındadır ki, son vaxtlar bu əsərdə yaratdığı qəhrəmanlara görə az qala yazıçının özünü belə “ittiham etməyə” çalışanlara da təsadüf olunur. Oxucular hələ bir yana, hətta, uzun illər öz təfəkkürü etibarilə “mənfi-müsbət” qəhrəman stereotipində ilişib qalmış, basmaqəlib mülahizələrdən o yana keçə bilməyən bir çox “tənqidçilər” belə, romanın qəhrəmanlarını öz ağıl və səviyyələrinə uyğun şəkildə təhlilə cəlb edir, yazıçıya absurd suallarla, bəzənsə az qala hədələrlə müraciət edirlər. Həmin hədə-suallarda təxminən bu cür iddialar səslənir: “Təhminə obrazını yaratmaqda yazıçının məqsədi nədir? Bir ziyalı oğlu kimi Zaur nə üçün belə antipedaqoji hərəkət edir? Görəsən Anar öz romanında bu obrazları qələmə almaqla qadın və kişiləri hara çağırır, hansı yola dəvət edir?..” Və sair və ilaxır bu kimi cəfəng suallar yenə səslənməkdədir.

Əlbəttə, bu səpgidə sərgilənən, avantüradan qaynaqlanan sualların bir çox müəlliflərinə cavab verməmək də olardı. Amma ədəbiyyatla bağlı yarımçıq bilgilərini səmimi-qəlbdən zənginləşdirmək istəyən kəslərə bəzi mətləbləri xatırlatmaq olar. Belələrinin nəzərinə çatdırmaq olar ki, bəzi suallara cavab tapmaq üçün gərək heç olmazsa öz mütaliənin radiusunu genişləndirəsən. Ədəbi qəhrəmanlarda bu cür “əmmalar” axtarsan gərək onda Lev Tolstoya da irad tutub deyəsən ki, yaratdığın bu “müsbət” Anna Karenina öz əri Aleksey Karenindən üz döndərib o biri Alekseyə, yəni Vronskiyə vurulanda sən hara baxırdın?

Başqa bir klassik misal: “Sakit Don” əsərinin “müsbət” qəhrəmanları Aksinya və Qriqori evli olduqları halda bir-birlərini dəlicəsinə sevirlər. Gərək onda əsərin müəllifi Mixail Şoloxovdan soruşasan ki, hörmətli müəllif, bu obrazların timsalında sən öz oxucularını hara çağırırsan?

Bu “məntiqdən” yanaşılsa gərək onda “Dəli Kür” qəhrəmanı üç uşaq atası, ailəli Cahandar ağa və ona qoşulub qaçan ərli Mələk obrazını yaradan İsmayıl Şıxlıya da anoloji sualla müraciət edəsən. Hətta, bir az irəli gedilsə onda bu əsərlər gərək əvvəla, heç yerli-dibli yazılmayaydı; ikincisi, öz dövrünün sərt senzor icazəsindən keçib nəşr ediməyəydi; üçüncüsü, bu əsərləri yazan müəlliflər cəzalandırılaydı.

Adamdan soruşarlar: adları çəkilən və eləcə də çəkilməyən bir çox əsərlərin müəllifləri sizi nə vaxt, harada özünün yaratdığı qəhrəmanlara bənzəməyə çağırıblar? Bəyəm Anar haradasa deyib ki, mən “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanımı qadınlarımızın Təhminəyə oxşaması üçün yazmışam

Bizdə (həm də təkcə bizdə yox) təəssüflər ki, bir çoxları yazıçı ilə onun yaratdığı obrazı eyniləşdirməyə çalışırlar. Və ən təccüblüsü budur ki, belə düşüncə sahibləri arasında təkcə adi oxuculara deyil, özünü peşəkar tənqidçi hesab edən cahillərə də təsadüf edilir.

Hələ 19-cu əsrin ortalarında dahi fransız yazıçısı Qustav Flöberi (1821-1880) “Madam Bovari” romanına görə ittiham edən oxucu və tənqidçi “ordusunu” yada salanda, adam istər-istəməz zaman və hadisələr arasında müqayisələr aparmağa məcbur olur. Həmin əsərdə həkimlik fəaliyyətinə yenicə başlayan Şarl Bovarinin gənc arvadı Emma Bovarinin öz məşuqları ilə eşq macəralarından bəhs edilir. Bu xanım öz kiçik qızını və nüfuzlu ərini saya salmadan həyatını istədiyi kimi yaşamağa çalışır. Əsərin nəşri Fransa cəmiyyətində bomba kimi partlamışdı. Hətta, romanı dərc edən jurnalın redaktoru məhkəməyə verilmişdi. Qustav Flöberi nəinki tənqid və təhqir edir, hətta onu ölümlə hədələyirdilər. Yazıçıya təhdid dolu suallar verilirdi. Ən çox da bunu soruşurdular ki, Madam Bovarinin prototipi Fransada hansı qadındır, yəni sən konkret olaraq kimin obrazını yaratmısan? Mənasız suallardan bezən yazıçı axır ki, qaragüruhun sualına sanballı “cavab tapdı”. O, “Madam Bovari elə mən özüməm” deməklə bu cür cəfəng suallardan qurtula bildi.

Dediyimiz kimi, Anar Azərbaycan ədəbiyyatına qiymətli töhfələr vermişdir. Bununla yanaşı o, mədəniyyətimizin təbliği sahəsində də əlindən gələni əsirgəməmişdir. Əslində burada “təbliğ” sözü ədibin gördüyü işlərin müqabilində solğun təsir bağışlaya bilər. Çünki o, həm də bu mədəniyyətin yaradıcılarından biridir.

Anarın yuxarıda adını çəkdiyimiz “Dədə Qorqud” kinodastanı əsasında çəkilmiş film bir çox ölkələrdə nümayiş olunmuş, uğur qazanmışdır.

Yazıçının ssenariləri əsasında çəkilmiş “Qəm pəncərəsi”, “Uzun ömrün akkordları”, “Cavid ömrü”, “Sübh səfiri” filmləri Azərbaycan ədəbi-mədəni-sosial-siyasi həyatının əvəzolunmaz simaları Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mirzə Fətəli haqda lentə alınmış, onlara həsr olunmuş ekran abidələridir.

Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, Anarın bədii və sənədli əsərləri əsasında bir çox sənədli və bədii televiziya filmləri də çəkilmişdir.

“Azərbaycan” jurnalında gedən ilk kiçik həcmli əsərindən tutmuş (“Asılqanda işləyən qadının söhbəti”) ilk nəşri yenə həmin jurnalda işıq üzü görən hələlik sonuncu iri həcmli əsərinədək (“Göz muncuğu”) Anar və onun yaradıcılığı həmişə professinal ədəbiyyat adamları və adi oxucular tərəfindən maraqla qarşılanıb.

Vaxtilə qələmə aldığım nəzəri bir yazıda (“Nəsrin inkişaf trayektoriyası”) dünya ədəbiyyatının diqqət çəkən nəsr nümunələrini öz nüfuzetmə və təsirgöstərmə imkanlarına görə iki istiqamətdə qruplaşdırmağa cəhd göstərmişəm: şaquli və üfiqi istiqamətdə. Və bu konteksrdən çıxış edərək yazıçıların özünün də iki mühüm qrupa ayrıldığını, bunların bir qisminin arxeoloqa, digər qismininsə arxitektora bənzədiyini qeyd etmişəm. Birinci qrupa daxil olan sənətkarlar daha çox “alt qata”, yəni yaratdıqları obrazların psixoloji aləminin dərinliyinə baş vurmağa çalışır, ikinci qrupdakılar isə daha çox obrazların “görünən” tərəfinə, yəni zahiri əlamət və keyfiyyətlərinin təsvirinə diqqət yetirirlər. Anarın nəsr əsərlərində bu amillərin hər iksi müşahidə olunmaqdadır.

Polifonik üsluba malik olan yazıçının əsərlərində qrotesk, fantastik və mistik çalarlar özünü göstərir. Və əsasən realist əsərlər müəllifi kimi tanınan ədibin yaradıcılığında bu əlamətlər bəzən bir janr nümunəsi kimi boy verir. Bu mənada “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Dantenin yubileyi”, “Macal”, “Qırmızı limuzin”, “Göz muncuğu” və digər əsərləri yada salmaq olar.

Sıx-sıx olmasa da, arada yolum yaxın xaricdəki ölkələrə düşür. Adətim üzrə, teatrlara və yazıçıları birləşdirən təşkilatlara baş çəkirəm. Demək olar ki, postsovet məkanında söhbət etdiyim əksər əcnəbi yazıçılar bizim müasir ədəbiyyatdan söhbət düşəndə çox vaxt Anarla, onun yaradıcılığı ilə bağlı suallar verir, yeni əsərləri ilə maraqlanırlar.

Anar ədəbiyyata gəldiyi vaxtdan oxucuların və ədəbi tənqidin diqqət mərkəzindədir. O, ədəbiyyat tariximizdə öz yaradıcılığı ilə ən çox diqqəti çəkən, mübahisə doğuran, tənqid və tərif edilən qələm adamlarından biridir. Bu mənada yazıçı yubileydən-yubileyə yada düşən, anılan imzalardan biri yox, daim ciddi ədəbi gündəmdə olan sənətkarlardan biridir. Elə indi oxuduğunuz bu yazı da ənənəvi “yubiley məqaləsi” kimi qəbul edilə bilməz. Yazıçı ürəyinin ən böyük bayramı onun yazdığı, ortaya qoyduğu əsərdir. Biz belə əsərləri yenə görəcəyik.

Bəli, yazıçı öz ömrünün növbəti baharını qarşılayır. Təbii ki, yaş məsələsi yaradıcılıqda nisbi mahiyyət kəsb edir. Yaradıcı adamın yaşını onun ortaya qoyduğu əsərlər müəyyən edir. Bu mənada, Anar həmişə olduğu kimi, yenə yorulmadan yazır və yaradır. Yazıçı həm də özünün yaradıcılıq baharını, söz baharını yaşayır. Baharın mübarək, Anar.

Müəllif: Firuz MUSTAFA

Respublikanın Əməkdar incəsənət xadimi

Mənbə: Firuz Mustafa

FİRUZ MUSTAFANIN YAZILARI


ANARIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yamanca darıxdım yadın içində

Yamanca darıxdım yadın içində

Bu da son çərşənbə, yanır tonqallar
Odunlar ağlayır odun içində
Baxıram gözlərdə təbəssümlərə
Nə qəmlər gizlənir “şadın” içində?

Bir qışda ömürdən beləcə köçdü
Lalələr sevindi, güllər gülüşdü
Doğma elim Obam yadıma düşdü
Yamanca darıxdım yadın içində.

14.03.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xalq yazıçısı Anarın 85 yaşı tamam olur

ANAR və RƏŞAD MƏCİD

“… Xalq yazıçısı Anarın 85 yaşı tamam olur. Anar müəllim 20 ilə yaxın “Qobustan” jurnalına rəhbərlik edib, ilk üzv olduğu ictimai qurum Jurnalistlər İttifaqı olub. Bu gün Mətbuat Şurasının diplomunu doğum günü münasibətilə Anar müəllimə təqdim etdik, xoş arzularımızı və minnətdarlığımızı ifadə etdik.” – Rəşad Məcid

13 mart 2023-cü il tarixində bir qrup yazarlarımız ədəbiyyatımızın müqəddəs məbədi sayılan Azərbaycan Yazıçılar Birliyində öz iş otağında Anar müəllimi ziyarət edib, doğum günü münasibəti ilə təbrik və xoş arzularını çatdırıblar. Diplomlar təqdim olunub. Fotolar:

“YAZARLAR” olaraq bütün təbriklərə qoşulur, Anar müəllimə uzun ömür, cansağlığı və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!

ANARIN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ANAR MÜƏLLİMİN DOĞUM GÜNDÜR!

QƏŞƏM NƏCƏFZADƏANAR

“İmişlidən gəlirdik, yolda Anar müəllim mənə dedi ki, Sabirabadda Suqovuşanı (Arazla Kürün qovuşduğu yer) görmüsən? Dedim yox. Dedi gedək, Suqovuşana, axırıncı dəfə ora atamla getmişəm. Getdik, maraqlı söhbətlər elədik və bu şəkli çəkdirdik. Əziz Anar müəllim, ad günün mübarək olsun, yüz yaşa!” – Qəşəm Nəcəfzadə

“YAZARLAR” olaraq bütün təbriklərə qoşulur, Anar müəllimə uzun ömür, cansağlığı və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!

ANARIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞİRVAN ŞƏHƏRİNİN 60 İLLİYİ QARŞISINDA. Akif Abbasov.

ŞİRİN AĞABALA OĞLU ŞÜKÜROV

SOVET İTTİFAQI QƏHRƏMANI

             İnsanı Yer üzünün əşrəfi hesab edirlər. O, dünyadakı bütün canlılardan öz istedad və qabiliyyətinə,  dərrakəsinə, təfəkkür və şüuruna görə fərqlənir və zirvələrdə durur. İnsanların dinc yanaşı yaşaması mümkündür. Fəqət insanlar heç də dinc durmur, bəzən bir-birinin qanına susayır, onların təmsil olduqları dövlətlər isə bir qədər də irəli gedərək, torpaqlar, ərazilər, sərvətlər ələ keçirmək üçün  müharibələr törədirlər.  Müharibələr isə, şəhərlərin, kəndlərin darmadağın olunması, xarabazara çevrilməsi, çoxsaylı insanların ölümü, şikəst olması ilə nəticələnir.

Dünya tarixində saya-hesaba gəlməyən müharibələr baş vermişdir. Onlardan biri də II dünya müharibəsi idi. Bu savaş 57 milyon insanın həyatına son qoymuşdu. Onlardan 27 milyonu keçmiş SSRİ-nin payına düşürdü.

1941-1945-ci ildə Hitler Almaniyasının SSRİ-yə hücumu nəticəsində keçmiş ittifaqda səfərbərlik elan  edilmiş, Azərbaycan Respublikasından da haradasa 640 min nəfər oğlan və qız cəbhəyə yollanmışdı.   Onların tən yarısı cəbhədən geri dönməmiş, həlak olmuşdur. Təkcə 1941-ci ilin axırlarında azərbaycanlılardan ibarət xalq qoşun dəstələrində 30 mindən çox qadın, qız döyüşürdü.

Budur müharibənin törətdikləri: evlər dağılmış, uşaqlar atasız, gəlinlər ərsiz, analar övladsız qalmışdır.

1941-ci ilin iyun ayının 22-si. Faşist Almaniyası Sovet İttifaqına qarşı müharibə elan etdi. Ölkədə ağır vəziyyət yaranmışdı. Hamının qanı qara idi.

  Əli Bayramlı rayonunun (hazırda Şirvan şəhəri) keçmiş Şahverdi kəndi.  Necə deyərlər, “Məmə yeyəndən pəpə deyənə kimi” hamı  kənd sovetinin birmətəbəli binası  qarşısına yığışmışdı. Dolanışıq çətin idi. Camaatı fikir-xəyal götürmüşdü. Bir-birlərinin üzünə yazıq-yazıq baxır, çiyinlərini çəkirdilər.

 Anaların gözləri cavan övladlarına dikilmişdi. Onları müharibəyə göndərəcəkdilər. Geri qayıdacaqdılarmı? Bir Allah bilir. Bacılar, analar, gəlinlər göz yaşlarını sinələrinə tökürdülər. Lakin vəziyyət nə qədər ağır olsa da, vətəni müdafiə etmək lazım idi. Bu, hər bir şəxsin müqəddəs borcu idi. O zamanlar Azərbaycanımız SSRİ-nin tərkibində idi. SSRİ Azərbaycanla yanaşı bizim də vətənimiz sayılırdı.

Şahverdi kəndinin cavanları, əli silah tutan kişilər cəbhəyə yollanırdılar, arada “qara kağızlar” gəlir, həlak olanların ailələrində  ağlaşma, şivən səsləri kəndi başına götürürdü.

1941-ci ilin dekabr ayında Ağabala kişinin qapısını da döydülər. Növbə Şirinə çatmışdı. Onu əsgərliyə çağırırdılar. Şirin tək deyildi. Kənddəki neçə-neçə gəncə çağırış vərəqəsi gəlmişdi. Hazırlıqlarını görüb kənd sovetinin binasına yığışdılar, oradan da rayon mərkəzinə yola düşdülər.

Şirin Şükürov 1910-cu il martın 21-də anadan olmuşdu. Onun doğumu    Novruz bayramına təsadüf edirdi. İndi 31 yaşı vardı.  Cəbhəyə gedənə qədər Əli Bayramlı rayonunun taxıl tədarükü idarəsində – fəhlə, dəmiryol stansiyasında – yol dəyişən fəhlə vəzifələrində çalışmışdı. Zəhmətkeş, nəcib keyfiyyətləri ilə seçilən, xeyirxah gənc idi. Düşmənə nifrət hissi ilə cəbhəyə yola düşürdü, alman faşist işğalçılarını ölkədən qovmaq uğrunda özünü oda-közə atmağa hazır idi.

Şirin özünü döyüş meydanında hiss edir, faşistlərlə vuruşur, ehtiyatı da əldən vermirdi. Bir də onda gördü ki, onu cəbhəyə yox, Tiflisə gətiriblər. Bu şəhərdən bir qədər kənardakı ehtiyat atıcı alayında hərbi hazırlıq keçməyə başladı. Təlimlər başa çatdıqdan sonra  Krım cəbhəsinə göndərildi.

Beləliklə, o,  artıq cəbhənin qaynar nöqtələrinin birində – Qafqazın müdafiəsində idi. Mazdok ətrafında qızğın döyüş gedirdi.  Top atəşləri yeri-göyü lərzəyə salırdı. Hər iki tərəf – Sovet döyüşçüləri ilə alman əsgərləri qanlı müharibə meydanında üz-üzə qalmışdılar. Şirin topçu idi. Onun idarə etdiyi top düşmənin bağrını yarırdı. Top atəşlərinin nəticələri onu sevindirir, ruhlandırırdı. Birdən qolundan tutub yerə əyildi. Düşmən avtomatla onun qolunu yaralamışdı. Ağrıya dözmək olmurdu.

 Şirin qolundan ağır yaralanmasına baxmayaraq, yenə topun arxasına keçdi. Lakin özünü  yetirən şəfqət bacısı təkidlə onu döyüş meydanından uzaqlaşdırdı. İlk tibbi yardım göstərdi.

Şirin Şükürov bir müddət hərbi xəstəxanada müalicə aldı. Onun xidmətində olduğu hərbi hissə  indi Rostov şəhəri yaxınlığında yerləşirdi. Müalicə başa çatdıqdan sonra o öz hərbi hissəsinə qayıtdı. Rostov və Voronej şəhərlərinin  faşistlərdən  müdafiəsində yaxından iştirak etdi. Şirin döyüşlərdə özünün çevikliyi, cəsurluğu, rəşadəti, qorxmamazlığı ilə fərqlənirdi.

Onların hərbi hissələri Kerç yarımadasının  düşməndən azad olunması uğrunda döyüşlərə qatılmışdı. Əsgərlərimiz vətənpərvərlik nümunəsi göstərir, düşmənə ağır zərbələr vururdular. Şirin igidlik və qəhrəmanlıqda yoldaşlarından heç də geri qalmırdı. Nəhayət, Kerç faşistlərin işğalından azad olundu. Döyüşdə fərqlənənlər mükafatlandırıldı. Şirin Şükürov da  “İgidliyə görə” medalı ilə təltif olundu.

1944-cü il idi. Müharibə başlanandan həmin ilə qədər Şirin Şükürovun cəbhədə çox uğurları olmuşdu.  O, mahir topçu kimi tanınırdı. Bəziləri ona “düşmən bağrını yaran Şirin” deyir, kimisi də onu  rus artilleriyasının atası Əliağa Şıxlinskiyə oxşadırdılar.

Şirin isə ona verilən yüksək qiymətdən məmnun olur, eyni zamanda çiyinlərini çəkərək: “Mən lazım olanı edirəm! Öz borcumu yerinə yetirirəm! Vətənə xidmət edirəm!!!”  – deyirdi.

1944-cü il. Şiringilin hərbi hissəsinin 339-cu atıcı diviziyasının 1133-cü atıcı polku artıq Birinci Belarusiya  cəbhəsində qərar tutmuşdu. Şirin Şükürov döyüşdən döyüşə hərbi səriştəliliyini, hərbi məharətini artırırdı. İndi onun sərəncamında dəzgahlı pulemyot vardı. Krım uğrunda müharibədə dəzgahlı pulemyot çox əhəmiyyətliydi.   Şirin həmin pulemyotla  düşmənə qan uddururdu.

1944-cü il.  Polşanın faşistlərdən azad edilməsi uğrunda gərgin döyüşlər.

1945-ci il.  Visladakı şanlı döyüşlər. Bu döyüşlərin hər birində Şirin Şükürovun öz hərbi dəsti-xətti vardı.

12 yanvar 1945-ci il. Şirin Şükürov vzvod komandiri idi. Onun rəhbərlik etdiyi döyüşçülər Vislada düşmənin müdafiə xəttini ilk dəfə yaranlar kimi yadda qaldılar. Sovet döyüşçüləri üstün mövqedə idilər. Lakin birdən vəziyyət dəyişdi. Düşmənin güclü, çoxsaylı və  aramsız pulemyot atəşləri nəticəsində  əsgərlərimi geri çəkilməyə məcbur oldular. Yalnız bir anlığa. Birdən Şirin Şükürov ayağa qalxaraq: “Yoldaşlar, irəli!” deyib, döyüşçüləri mübarizəyə, irəli getməyə çağırdı.

Şirin Şükürovun vzvodundakı əsgərlər qranatların və avtomat güllələrinin   köməyilə düşməni lərzəyə salaraq, irəliləməkdə idi. Onun öz avtomatı da susmaq bilmirdi. Fəqət birdən başından və ayağından yara aldı. Bu onu dilxor etsə də, əl saxlamadı. 3 cərgə faşist dəstəsinin axırına çıxdı. 

Döyüşdə qələbə qazanıldı.

1945-ci il  fevralın 27-də SSRİ Ali Sovetinin qərarı ilə Şirin Ağabala oğlu Şükürova Vislada göstərdiyi rəşadətə, igidlik və qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi.

ŞİRİN AĞABALA OĞLU ŞÜKÜROV

İkinci dünya müharibəsi başa çatandan sonra Şirin Şükürov Əli Bayramlı rayonuna (hazırda Şirvan şəhəri) qayıtdı, dinc quruculuq işləri ilə məşğul oldu. 1987-ci il sentyabrın 27-də haqq dünyasına qovuşdu.

Şirin Ağabala oğlu Şükürov xalqımızın, Əli Bayramlıların fəxridir. Belə insanlar tarixdə, hafizələrdə daim yaşayır!!!

Allah rəhmət eləsin!!!

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yazarların “Qonorarlı yazı” rubrikası

Layihənin adı:

“QONORARLI YAZI” RUBRİKASI

Məqsədi:

Aktual mövzulara diqqət çəkmək, yazarlara mümkün olduğu qədər dəstək olmaq, yaradıcı qələm adamlarına (qələmdarlara) stimul vermək.

Mövzular:

  1. “Heydər Əliyev – 100” (01.01.-01.12.2023)
  2. “Rəşad Məcid – 60” (01.05.2023 – 01.05.2024)
  3. “Zaur Ustac – 50” (01.01.-31.12.2024)

Layihə  Zaur USTAC tərəfindən aparılır.

Müddəti:

01.01. 2023 – Müddətsiz.

Qeyd:

Vaxtaşırı yeni mövzular əlavə edilir: >>> MÖVZULAR

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vera Polozkova Cəvahir Tanrıverdinin tərcüməsində

Вера Полозкова. Стихи.

Müasir rus ədəbiyyatının gənc şairələrindən (ixtisasca jurnalist) olan Vera Polozkovanın uşaqlar üçün yazmış olduğu iki şeir Cəvahir Tanrıverdinin tərcüməsində (Вера Полозкова. Стихи.):


MƏNİM ƏZİZ ANAM

Gəlib məqalə yazmağa
Budur mənim əziz anam.
İş başlayıb, mən qoynunda
Bükülmüşəm, yurd salmışam.

Öhdəsindən gəlsin gərək
Yüz iş, beş yüz bir sualın.
Mən özümlə götürmüşəm
Sarı topu, al qatarı.

O, əlbəttə, deyəcəkdir:
“Sürüş, düş, öz otağın var.”
Aydındır, burda lazımam,
Hər ailədə bir birlik var.

Lap yatmaq vaxtı gəlsə də,
Axşam düşsə də, getmirəm.
Bilirəm, çətindir ona,
Mən ki kömək etməliyəm.

Uğursuzluqdan, pislikdən
Qaçıb sevgiylə durmuşuq.
Qorxma, ana, səninləyik
Mən, qatarım, bir də topum.

Tərcümə etdi: Cəvahir TANRIVERDİ

МАМА МИЛАЯ МОЯ
Вот мама милая моя
пришла писать статью.
работает пускай, а я
гнездо над ней совью.

осилить нужно сто задач,
пятьсот один вопрос.
с собой возьму я жёлтый мяч
и красный паровоз.

она, конечно, скажет: «слезь,
есть комната своя»,
но ясно мне: я нужен здесь.
мы всё-таки семья.

и если время спать пришло,
и наступает ночь:
я не уйду — ей тяжело,
я должен ей помочь.

мы вместе выстоим в любой
из бед и неудач.
не бойся, мама, я с тобой.
и паровоз.
и мяч.

Автор: Вера ПОЛОЗКОВА

ALİMLƏR
-İlahi, bu qədər vaxt harda qaçırdınız siz?
-Kolleqalarla idik kosmos gəmisində biz.

-Hamınızın qolları qap-qaradır bəs niyə?
-Çünki alimlər kimi keçirirdik təcrübə.

-Cins paltarlar cırıq, hara dırmaşmışdınız?
-Çünki lazerdən idi bizim qılınclarımız.

-Arxa çantalarnızı ildırımmı vurubdur?
-Kiçik meteoritlərlə onlar doldurulubdur.

-Təkbarmaq əlcəklərdə nədir bəs bu zolaqlar?
-Təkbarmaq əlcəkləri parçalayıb atomlar.

-Sizdə heç insaf yoxdur, ah… mənə elə gəlir.
-Ana, çəkisizlikdə insaf ki lazım deyil.

-Alimlər, mən sizinlə , deyin, nə etməliyəm?
-Makaronlu salatla bizi yedirməlisən.

Tərcümə etdi: Cəvahir TANRIVERDİ


боже, где вы столько времени бегали?
– космолет мы собирали с коллегами.

– отчего же рукава-то все черные?
– испытанья проводили, как ученые.

– а чтоб джинсы распороть, где вы лазали?
– специальные мечи у нас, лазеры.

– так, а что у рюкзака стало с молнией?
– небольшим метеоритом заполнили.

– так, а с варежками что полосатыми?
– их и вовсе растащило на атомы.

– а мне кажется, у вас нету совести.
– мама, совесть не нужна в невесомости.

– ну и что мне с вами делать, учеными?
– нас салатом накормить, с макаронами

Автор: Вера ПОЛОЗКОВА

CƏVAHİR TANRIVERDİ

Tərcümə etdi: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

СТИХИ ВЕРА ПОЛОЗКОВА


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Вера Полозкова. Стихи.

ВЕРА ПОЛОЗКОВА

МАМА МИЛАЯ МОЯ
Вот мама милая моя
пришла писать статью.
работает пускай, а я
гнездо над ней совью.

осилить нужно сто задач,
пятьсот один вопрос.
с собой возьму я жёлтый мяч
и красный паровоз.

она, конечно, скажет: «слезь,
есть комната своя»,
но ясно мне: я нужен здесь.
мы всё-таки семья.

и если время спать пришло,
и наступает ночь:
я не уйду — ей тяжело,
я должен ей помочь.

мы вместе выстоим в любой
из бед и неудач.
не бойся, мама, я с тобой.
и паровоз.
и мяч.

Вера Полозкова на презентации первой книги стихов для детей «Ответственный ребёнок», 2017.

боже, где вы столько времени бегали?
– космолет мы собирали с коллегами.

– отчего же рукава-то все черные?
– испытанья проводили, как ученые.

– а чтоб джинсы распороть, где вы лазали?
– специальные мечи у нас, лазеры.

– так, а что у рюкзака стало с молнией?
– небольшим метеоритом заполнили.

– так, а с варежками что полосатыми?
– их и вовсе растащило на атомы.

– а мне кажется, у вас нету совести.
– мама, совесть не нужна в невесомости.

– ну и что мне с вами делать, учеными?
– нас салатом накормить, с макаронами.

Автор: Вера ПОЛОЗКОВА

СТИХИ ВЕРА ПОЛОЗКОВА


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Professor Akif Abbasovun əsərləri” kitabı nəşr olundu

AKİF ABBASOVUN YAZILARI

Professor Akif Abbasovun əsərləri” kitabı nəşr olundu

Yaxınlarda “Mütərcim” nəşriyyatında “Professor Akif Abbasovun əsərləri” kitabı işıq üzü görmüşdür. Bu kitab bir növ buklet xarakterlidir.

Kitab 8 bölmədən ibarətdir: “Dərsliklər və dərs vəsaitləri”, “Romanları”, “Povest, pyes və hekayələr”, “Bədii əsərlərin 10 cildliyi”, “İngilis və rus dillərindən bədii tərcümələri”, “Kitabları”, “Pedaqoji-psixoloji lüğətlərin tərtibi”, “Tədris proqramları”.

Həmin bölmələrdə professorun son vaxtlara qədər çap olunmuş dərsliklərinin və dərs vəsaitlərinin, tədris proqramlarının, kitab və kitabçalarının, romanlarının, pyes və hekayə kitablarının üzqabığı öz əksini tapmışdır. Əsərlərin nə zaman, hansı nəşriyyatda nəşr edildiyi və neçə səhifədən ibarət olduğu göstərilmişdir.

Hazırladı: Tuncay ŞƏHRİLİ

AKİF ABBASOVUN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru