2024-2025-Cİ TƏDRİS İLİNİN QIŞ İMTAHAN SESSİYASINDA TƏLƏBƏLƏRİMİZ UĞURLA İŞTİRAK EDİRLƏR
Cəmiyyətin çox mühüm tərkib elementi olan təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. XXI əsrin əvvəllərində şəxsiyyətyönünlü, nəticə yönümlü; tədris-təlim prosesinin qurulması və keyfiyyətin təhsilin əsas göstəricisidir.Təhsildə keyfiyyət dedikdə onun qarşısında qoyulan məqsədə hansı səviyyədə nail olunması başa düşülməlidir. Başqa sözlə təlim- tərbiyə prosesində keyfıyyət, təhsil alanlara verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət standartlarına və cəmiyyətin tələbatına hansı səviyyədə uyğunluğunu müəyyənləşdirən və inkişafa xidmət edən başlıca vasitədir. 2024-2025-ci tədris ilinin qiş imtahan sessiyasinda tələbələrimizin uğurla iştirak etmələri üçün Azərbaycan Dövlət Pedaoji Universitetinin rektoru professor Cəfər Cəfərovun, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun, Tədris departamentinin müdiri dosent Sənan Əliyevin, İmtahan və monitorinq,qiymətləndirmə şöbəsinin müdiri Asəf Kazımovun umtahanların keçrilməs zamanı şəffaflığın təmin olunması, tələbələr üçün məsləhət saatlarının keçirilməsi , şəhid ailələrinə, qazilərə ,müharibə veteranlarına diqqət və qayğı göstərilməsi tövsiyələri fakültə rəhbəriliyi ,kafedraların professor müəllim heyəti, dekanlığın əməkdaşları tərəfindən diqqətdə saxlanılır. Müasir şəraitdə peşəkar mütəxəssislərin hazırlığı bütövlükdə cəmiyyətin və əmək bazarının, xüsusi halda isə təkcə ona verilmiş informasiyalar əsasında deklarativ xarakterli biliklərin formalaşdırılmasını deyil, həm də sosial və peşəkar əhatə ilə qarşılıqlı təsirlərə dair bacarıq, vərdiş və səriştəlilik formalaşdırılmalıdır. Pedaqoji ali təhsil müəssisələrində tədris-təlim prosesinin təşkili, başqa təhsil müəssisələrindən fərqli olaraq konservativ xarakter daşımalıdır.Yeniliklərin tədris prosesinə gətirilməsi təmin edilməli, müəllimlərin peşəkarlığı daima yüksəldilməli, pedaqoji səriştəliliyə dair ehtiyacların vaxtında ödənilməsi üçün şərait yaradılmalıdır.ADPU-nun İncəsənət və Fiziki tərbiyə fakültəsındə QIŞ imtahan sessiyasının kecirilməsi üçün lazımi hazırlıq işləri aparılmışdır. Fakültə dekanı Sos.ü.f.dok.Anar Fərmayılovun rəhbərliyi altında kafedraların professor müəllim heyəti, bütün personal imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün səylə çalışmışlar. Təbii imtahanlar zamanı tələbələrin uğurları fakültənin, fakültələrin uğurları Universitetdə tədrisin keyfiyyətinin əsas göstəricisi olduğundan daim diqqətə saxlanılır!
Fakültənin İncəsənət müəllimliyi ixtisası üzrə:- Rəsm-1, Rəsm-3, Rəngkarlıq-1, Rəngkarlıq-3, Akademik rəsm. Dekorativ tətbiqi sənət, Heykəltaraşlıq fənnlərindən; Musiqi müəllimliyi ixtisası üzrə :- Əlavə musiqi aləti, Dirijorluq-2, Vokal ansamblı, Xor sinifi-1, Xor sinfi-3 fənnindən Qış İmtahan sesiyasının nəticələrinin tətil edilməsi, imtahan sessiyasıda tələbələrin uğurlarla iştirakı üçün lazımı hazırlıq işlərinin aparılması nəticələri imtahanların gedişində öz təsdiqini tapır. İlkin nəticələr bunu deyəyə əsas verir.
İmtanların gedişi, fakültə üzrə koordinatorların imtahanda iştirak və s.çari məsələr vaxtaşırı müzakirə olunur, imtahanlar haqqında gündəlik rəhbərliyi məlumatlat təqdim edilir! İmtahanlar uğurla davam edir! Zülfiyyə Vəliyeva Fakültə üzrə koordinator rəhbəri ADPU-ETM-nin elmi işçisi , Respublikanın əməkdar müəllimi
SAHİB ƏLİYEVİN AD GÜNÜ Mən nə vaxt yaxşı şeir haqqında fikirləşmək istəyəndə, ilk növbədə, Sahib Əliyevin şeirləri gəlib durur gözlərimin qabağında. Ona görə ki, onun şeirləri həqiqətən mənə xoş gəlir. Bu şeirlərdən aydın olur ki, o, yaxşı yazmağın sirlərini yaxşı bilir və həmin sirləri oxucunun diqqətinə çatdırmağı yaxşı bacarır. Sevinirəm ki, bu gün bu yaxşı yazan şairin ad günüdür. Elə bu ad günündə də onun qısa tərcümeyi – halını yada salmaq istəyirəm. O, Yardımlı rayonunun Bilnə kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra bir müddət Yardımlı şəhər 1 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, sonra üç il rayon komsomol komitəsinin birinci katibi olmuş, düz 31 il isə rayonda çıxan “Zirvə” qəzetinə baş redaktorluq etmişdir. Nəhayət, Bakıya gəlmiş, əvvəlcə “Siyasət” nəşriyyatına, sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşriyyatına direktorluq etmişdir. Sevindirici cəhət odur ki, Sahib müəllim nümunəvi işi ilə həmişə diqqəti cəlb etmiş və bunun nəticəsində də Azərbaycan İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” mükafatı laureatı olmuş, Azərbaycan Rspublikası Prezidentinin fərmanı ilə pespublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, habelə, bir sıra medallar və fəxri fərmanlarla təltif edilmişdir. Sahib Əliyev harada işləməsindən asılı olmayaraq, bədii yaradıcılığa möhkəm bağlanmış, əsas gücünü poeziyaya vermişdir. Şeir və hekayələri müntəzəm olaraq müxtəlif qəzet və jurnallarda dərs olunur, radio və televiziyalarda səslənir, sosial şəbəkələrdə yayılır. Hazırda 26 kitabın müəllifidir, dörd ciliddən ibarər “Seçilmiş əsərləri” vardır. Onun kitablarında gedən şeir və poemalarda xalq ruhu var, misralar yüksək poetik ahəngə bürünsə də, dil sadədir, tez başa düşülür və oxucunun qəlbinə tez girə bilməyi bacarır. Həmin şeirlərin hər biri də mövzu aktuallığı ilə seçilir və yüksək tərbiyəvi xarakter daşıyır. Bütün bu cəhətlərə görədir ki, Sahibin yaradıcılığı adi oxucularla yanaşı, ədəbi tənqidlə məşğul olan mütəxəssislərin də diqqətini cəlb edir.Onun yaradıcılığı haqqında qəzet və jurnallarda gedən çoxsaylı məqalələrlə yanaşı, ayrı-ayrı nəşriyyatlar tərəfindən çap olunmuş kitablarda da geniş işıqlandırılır. Konkret desək, indiyədək şairin yaradıcılığından bəhs edən 6 kitab nəşr edilmişdir. Ayrı-ayrı tənqidçilər, görkəmli alimlər, ədəbiyyatdan başı çıxan başqa mütəxəssislər bu kitablarda gedən yazılarında Sahib Əliyevin yaradıcılığını yüksək qiymətləndirir, ona yüksək dəyər verirlər. Onların yazılarında şairin şeirlərindəki vətənpərvərlik, insanlara yüksək əxlaqı keyfiyyətlərin aşılanması, həyata, dünyaya bağlılığın sirləri, yaradıb-qurmağa həvəsin yüksəldilməsi və insan üçün vacib olan başqa məsələlərin həlli çox aydın dillə təhlil olunur. Müəlliflər oxucuları çox aydın dillə başa salırlar ki, Sahibin şeirlərində hər misra düşündürücü, hər bənd kəsərlidir. Şair mətləbi uzatmır, qısa və konkret yazır, yazdığı şeirlərin dili olduqca şirindir. Bütün bunlar da aydın sübut edir ki, Sahib Əliyev müasir Azərbaycan poeziyasının sayılıb-seçilən nümayəndələrindən biridir. Buna görə də onu ad günü münasibətilə təbrik edir və ona uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Hüseyn İsaoğlu, yazıçı – publisist, AYB – nin və. AJB-nin üzvü.
09.01.2025-ci il tarixində “Kitabçılar” kitab klubunun dəvəti ilə yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi keçirildi.
Yüksək səviyyədə təşkil edilmiş müzakirədə Nigar Səttar-zadə oxucuların suallarını ətraflı cavablandırıb. Tədbir oxucularla fikir mübadiləsi çərçivəsində davam edib.
Sonda qrup rəhbəri Esmira Abdullayeva tərəfindən Nigar xanıma hədiyyələr təqdim edilib, xatirə fotoları çəkilib.
“YAZARLAR” kollektivi adından Nigar xanımı təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!
“YAZARLAR” cameəsi adından dəyərli dostumuz yazıçı – hüquqşünas Lətifə Orucu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Lətifə xanım! Hörmətlə, Zaur USTAC
İsmayıl Şıxlının Azərbaycan Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir: ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. İsmayıl Şıxlı deyir ki, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3 – cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının Baş redaktorluğundan öz ərizəsi ilə getmişdi… Xatirələrdən aydın olur ki, kollektivdaxili intriqalar, çəkişmələr yazıçının səhhətinə də çox pis təsir edirmiş. O, yazıçıların yaradıcılıq müstəvisindən uzaq, şan – şöhrət uğrunda mübarizə aparmasını heç vaxt qəbul etmirdi və əlindən gəldiyi qədər bunun önünə keçməyə çalışırdı. Nəzərinizə çatdırım ki, yazıçının ömrünün son illəri dünya işığından məhrumiyyətdə keçib: şəkər xəstəliyi səbəbindən gözləri tutulub. O, sevilən romanını – “Ölən dünyam”ı yoldaşının köməyi ilə yazıya köçürüb: İsmayıl Şıxlı nəql edib, həyat yoldaşı isə onun söylədiklərini bircə – bircə qələmə alıb. Əsər ərsəyə gəldikdən sonra yazıçı ömür – gün yoldaşından əsəri onun üçün oxumasını xahiş edib. Romanı sonuna qədər dinlədikdən sonra deyib: “…indi rahat ölə bilərəm”.
Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor təyin olunanda cəmi iyirmi doqquz yaşı var idi. Özünəməxsus yazı tərzi, üslubu ilə fərqləndiyinə və istedadlı qələm adamı olduğuna görə, onun 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsində ştatdankənar əməkdaş kimi fəaliyyətinə şərait yaradılıb.
1990-cı ildən Azərbaycan Nazirlər Sovetinin orqanı olan “Respublika” qəzetində müxbir kimi çalışsa da, bir il sonra Milli Məclisin indiki “Azərbaycan” qəzeti redaksiyasında parlament müxbiri vəzifəsinə təyin olunub. 1992-ci ildə “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini işləyib, 1993-cü ildən “Təzadlar” qəzetinin baş redaktorudur…
“Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!”, “Təzadlar” kitablarının müəllifi, 10-a yaxın kitabın isə rеdaktоrudur. Baş redaktoru olduğu qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb…
Deyir ki:- “Səhv etmirəmsə, 2010-cu ildə Milli Mətbuat gününə iki gün qalmış gördük ki, işi-gücü nəşriyyatın koridorlarında söhbət etmək olanlara MŞ və KİVDF-dən dəvətnamələr verilib, bizə zəng edən yoxdur. Süleyman Osmanoğlu, mən və Rövşən Kəbirli danışdıq, zəng etdik MŞ-a, Rəhim Hüseynzadə ilə danışdıq. Dedi ki, bizlik deyil, aparatdan siyahını veriblər və s. Zəng etdik KİVDF-yə, yenə də eyni cavab. Süleyman bəy dedi ki, həmin gün birbaşa gedək “Gülüstan” Sarayına, qoy bizi tədbirə buraxmasınlar. Mən etiraz etdim, dedim, qoy bayram eləsinlər, Allah bu haqsızlığı və vicdansızlığı bağışlamaz… Amma Süleyman bəy təkid etdi, bizlərə olan bu münasibətdən çox pərt idi. 22 iyulda getdik “Gülüstan” sarayına. Gəlib-keçən “jurnalist”lərin kimliklərini seyr etdik, 70 faizini tanımadıq, çünki peşəkar, az-çox yazı-pozusu olanları sifətindən tanıyırdıq. Hətta nazirliklərdən, qohum-əqrabalardan da rastımıza çıxanlar oldu, irəli duran Süleyman bəyi buraxmadılar. Halbuki həmkarımız sayılanlar içəri maneəsiz keçirdilər, amma biri demədi ki, axı bu insanlar mətbuatımızda yetərinncə adı və imzası olanlardır. Nə isə… Dedim, Süleyman bəy, gedək nəşriyyata. O, kənara çəkilib “Gülüstan” Sarayının qarşısındakı daş pilləkanın üstündə oturdu, üzünü tutub bir ağlamaq elədi ki… Bu səhnəni sözlə ifadə etmək çox çətindir… Səhəri gün Süleyman bəyin sorağı xəstəxanadan gəldi. Ona edilən haqsızlığın xəstəliyini tapmışdı, bir neçə ay sonra dünyasını dəyişdi. Ey milli mətbuatımıza iddialılar, özünü peşəkar sayanlar, yuxarı başda görənlər, biz bunları yaşaya-yaşaya gəlmişik, adını yaza bilməyənlər “Əməkdar jurnalist” oldu, “Tərəqqi” medalı aldı, “Şöhrət”ləndi, mənzil aldı”…
Qınamağa dəyməz, bu kəlmələr xidmətinə dəyər verilməyən bir insanın harayını, giley-güzarını özündə ehtiva edir. Axı müqayisə edəndə, indiyədək müxtəlif mükafatlara layiq görülən bir çox jurnalistdən istedadına və xidmətlərinə görə geri qalmır…
Haqqında məlumat toplamaqdan ötrü internetin imkanlarından istifadə etməli oldum. Xeyli faktlar qarşıma çıxdı. Məlum oldu ki, yazıların bəzilərində onu reket jurnalist kimi qələmə verənlər də az olmayıb. Adətən araşdırma, tənqidi yazılar yazan jurnalistlərin əksəriyyətini zəmanəmizdə belə adlandırırlar. Amma otuz illik jurnalistika təcrübəsi olan, ölkənin rəsmi mətbu orqanlarında çalışan bir jurnalisti reket adlandırmaq, heç də insafdan deyil. Peşə fəaliyyətinə görə başına nələr gəlməyib ki? Elşad Abdullayevin universitetində baş verən neqativ halları ictimailəşdirdiyinə görə 2009-cu ildə onu həbs ediblər. Evini, avtomobilini yandırıblar. Heç zaman geri çəkilməyib. Bəlkə də Azərbaycan jurnalistika tarixində ən çox müqavimət görən jurnalistlərdən biri də o, olub…
“Mətbuat cəmiyyətin güzgüsü olmalıdır. Güzgü cəmiyyəti ən azl olduğu kimi göstərmirsə, o heç kimə gərək deyil. Azərbaycan mətbuatının bu günkü durumu nəinki pisdir, çox pisdir. Təsəvvür edin, Prezident məmurları tənqid edə bilir, mətbuatımız isə susur. Susmaq razılıq əlamətidir. Tənqid yazan KİV-lər isə susdurulur, əsasən də MŞ tərəfindən. Bu çox pis haldır. Jurnalistikada araşdırma yazılar yoxdur, çünki araşdlrma yazı bəzilərinin gözündə tənqid etməkdir, pisləmək və əleyhinə yazmaqdır”- söyləyir.
Ciddi görkəmi, mehriban davranışı, qüruru, cəsarəti onu çoxlarına sevdirə bilib. Əzmkar, işgüzar, azad düşüncəli insandır. Hər zaman cəmiyyətə faydalı olmağa, xeyirxahlıq etməyə tələsir…
1960-cı ildə Ağdamda, Azərbaycanın böyük oğullarından biri, Xudu Məmmədovla eyni kənddə- Mərzilidə dünyaya gəlib. Yurd həsrəti onu heç zaman rahat buraxmayıb. Doğma yurdu haqqında qələmə aldığı yazıları oxuyanda onun nə böyda ürəyə sahib olduğu aydın görünür…
Bəli, hələ əsgəri xidmətdə olarkən, 1979-1981-ci illərdə Pribaltika Hərbi Dairəsinin “Za Rodinu” qəzetinin ştatdankənar müxbiri kimi jurnalist fəaliyyətinə başlayan Asif Mərzili Azərbaycan jurnalistikasının dəyərli nümayəndələrindən biridir. Yanvarın 9-u Asif bəyin 65 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram… Çox yaşasın!
8 yanvar 2025-ci il tarixində Bakı şəhəri Məmməd Rahim küçəsində yerləşən “Novella” kitab evində tanınmış yazıçı Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabı müzakirə olunub. Müzakirədə yazıçı – tənqidci “Ədəbi ovqat” jurnalının baş redaktoru Vaqif Osmanov, folklor institutunun əməkdaşı yazıçı – şair Mahir Cavadlı, “Xəzan” jurnalının baş redaktoru, yazıçı – publisist Əli bəy Azəri, “Yazarlar” jurnalının baş redaktoru şair – publisist Zaur Ustac və “Novella” kitab evinin rəhbəri Səbinə xanım iştirak ediblər. Qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib.
Nigar xanım öz minnətdarlığını belə ifadə edib: “Bu gün çox dəyərli ədəbiyyat ustadları ilə Zaur bəyin vasitəsi ilə görüşümüz baş tutdu. “Novella” kitab evində baş tutan görüşdə Əli bəy Azəri, Mahir Cavadlı, Vaqif Osmanlı bəylə ünsiyyətdə olmaq imkanı əldə etmiş oldum. Mənimlə təcrübələrinizi bölüşdüyünüz üçün minnətdaram.
Bütün səmimiyyəti ilə qulluğumuzda duran “Novella” kitab evinin əməkdaşı dəyərli Səbinə xanıma da xüsusi təşəkkür edirəm.
Eyni zamanda bu gün, Zaur bəyin doğum günüdür. Sizi ürəkdən təbrik edir və daim uğurlar arzu edirəm.”
“YAZARLAR” kollektivi adından Nigar xanımı təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!
Zaur Ustacın anadan olduğu gündür. Kitab, qəzet, jurnal təbliğatında yorulmadan çalışan fədakar insana can sağlığı arzulayıram. Şeirini paylaşmaqla xoş hisslərimi ifadə edirəm.
Sevgi adi bir əşyanı qiymətli dəyərə çevirir. Onun cana hopmağı da var. Çoxunun adi qarşıladığı, xırdalıq hesab etdiyi böyük hisslər mövcuddur, amma bu duyğuları hər kəs duymur.
Yarım bardaq
O yarım buraxdığın Bardaq, de, yadındamı? Sən gedəndən düz üç gün Söndürübdü yanğımı…
Dodağın dəyən yerdən Öpmüşəm, neçə kərə… Dadsız şüşə o gündən Dönüb bala, şəkərə…
Sənin tutduğun yerdən Çalışmışam tutmağa… İz tapanda izindən Qanad olmur uçmağa…
Bütə dönüb, bu bardaq Bəzəyidir evimin… Üstündə barmaq-barmaq Bəzəyi var əlinin…
Qalan son damlaları Qıymadım, içəm özüm… Qonaq etdim gülləri, Belə bulundu çözüm…
Dibçəklər Yer kürəsi, Güllər mən, sənsə susan… Heç nə yox itirəsi, Tay canıma hopmusan…