“Çoxdandır ki, dəyərli dostum Zaur Ustacın şeirlərinin tərcüməsinə müraciət etmirdim. Bu günlərdə qarşıma çıxan onun orijinal “Yolun sonunda Günəş var” şeiri məni çox düşündürdü, nədənsə içimdə bir həyəcan yaratdı… Həmişəki kimi, şeirin cazibəsi nəticədə rus dilinə tərcüməmə səbəb oldu. İstədim ki, rus dilli oxucu da bu şeirlə tanış olsun.”
“Давно я не обращалась к переводам стихотворений моего дорогого друга Заура Устаджа. Недавно повстречавшееся мне его оригинальное стихотворение “В конце пути – Солнце” заставило задуматься, породило во мне какое-то необъяснимое волнение… И как всегда, магнетизм стихотворения стал причиной его перевода на русский язык. Хочу, чтобы и русскоязычный читатель смог ознакомиться с ним.”
Yolun sonunda Günəş var; uca dağların başında, pambıq buludlar qoynunda. Rəngi əməlindən aslı; parlaq olur, solğun olur… Əgər, yol alsan payızda, ilk salam, yarpaq səsidir; şütüyüb keçər yanından, ya da qalar ayaq altda. Bu yolun daş yaddaşında payızın barmaq izləri, neçə ananın gözləri, neçə min ilin sözü var. Səni görən kimi külək, qamışların dili ilə haray salar, xəbər yayar, hamı bilər; sən gəlirsən… Günəş dayanıb yerində, üfüqün lap kənarında, səni gözlər. Kölgə susar, səni görməz. İşıq görər, işıq gülər… Sən davam et! Heç aldırma; vızıltıya, sızıltıya, uğultuya. Sən davam etdikcə ayağın altda vaxt xırdalanır, yarpaqlar keçmişi yumşaq səslə bağışlayır. Hər addımda sən daha az qorxursan, daha çox yola çevrilirsən. Bu yol qaçış deyil, qayıdış da yox! Bu yol özünə doğru sakit bir irəliləyişdir. Sükut danışır, sözlər kölgə salmır. Qamışlar baş əyir:
-Keç, amma iz qoymadan yox, ürək qoyaraq keç. Günəş doğur, yalnız səmanın deyil, sənin də yolunun üstünə. Və sən anlayırsan: işıq haradan gəldiyini soruşmur, hara getdiyini də. Yolumuza Günəş doğsun! Yolumuza davam edək! Biz getməsək, adi yoldu, biz gedəndə dünya olur…
В конце пути – Солнце; оно на вершинах горных куполов, в объятьях белоснежных облаков. Цвет оно меняет; то ярким, то бледным бывает… Если осенью твой путь начался, первый привет – от листьев голосов; они мимо тебя промчатся, или предпочтут под ногами остаться. В пути памяти каменной хранятся осени пальцев следы, матерей земли глаза, тысячелетий слова. Ветер, завидев тебя, языком камышей весть разнесёт, оповестит, всех всполошит, и узнают все; что ты идешь… Солнце на месте своём стоит, у самого края горизонта, оно ждёт тебя. Тень замолчит, не увидит тебя. Лишь свет тебя увидит и улыбнётся… Ты путь свой продолжай! Внимания ни на что не обращай; на звуки, на шумы, на гул. Пока ты продолжаешь путь, время дробится, а листья с твоим прошлым по-доброму просит проститься. С каждым шагом всё меньше страха, ты сам уже в путь превращаешься. Этот путь не побег, не возвращение! Этот путь к самому себе спокойное приближение. Говорит тишина, не отбрасывают тень слова. Пред тобой голову склоняют камыши:
-Проходи, но только не бесследно, сердце оставляя, проходи. Когда Солнце всходит, оно не только небо, но и путь твой освещает. И ты понимаешь: свет не спросит, откуда ты идёшь, и идёшь куда. Пусть же Солнце наш путь освещает! Продолжить путь нам помогает! Путь – дорога обычная, если по нему не идти, Целым миром путь становится, если по нему пойти.
“World Turkic Language Family Day” (Dünya Türk Dili Ailəsi Günü)
Məlum olduğu kimi, UNESCO 15 dekabrı “Dünya Türk Dili Ailəsi Günü” elan etmişdir. “Gün”ün adı Azərbaycan dilində rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” adlanır. İngilis dilində – “ World Turkic Language Family Day”.
Rus dilində “Всемирный день тюркских языковых семей”. Amma “Всемирный день тюркских языков” kimi də yazılır (Dünya Türk Dilləri Günü).
Doğrusunu bilək, düzgün yazaq!
Qeyd: Buradakı “Turkic” sözü heç “Turkish” də deyil.
HEMİNQUEYƏ GÖRƏ HƏYAT Aydaho ştatındakı Ketçum şəhərində sahibsiz bir evin foto şəklinə baxıram. Bu, Heminqueyin yaşadığı sonuncu evdir. İndi mənə aydın olur ki, bu ev, elə özünü öldürmək istəyənlər üçündür. Könülsüz tikilmiş bu evdə külək bir tərəfdən girib o biri tərəfindən çıxdığı kimi, eynilə son günlərini yaşayan yazıçının qəlbini də üşüdürdü və öz adını əfsanəyə çevirməzdən əvvəl içində bir boşluq hiss etdirirdi. Mən bu evi ölmək üçün mükəmməl, özü də qəribə bir yer kimi qiymətləndirirəm. Paradoksal səslənsə də, ev elə bil sahibinin tam istəyinə uyğun tikilmişdi. Bu istək, bu nəsr o qədər parlaq və aydın görünür ki, üzərində daşıdığı həyatın bütün ağırlığını kitablarda və hekayələrdə nəql edir. Heminquey bura sonuncu dəfə 1961-ci ildə qayıtmışdı. Sanatoriyadan gəlirdi, saçları ağarmış, üzünün rəngi qaçmış, öləzimiş bir vəziyyətdə. Dörd il əvvəl Parisdə ilk və sonuncu dəfə Qarsia Markeslə üzləşəndə kövrək, uşaqlaşmış bir babanı xatırladırdı. Əsrin simvoluna çevrilmiş bu adamın cəmi 59 yaşı vardı. Nəhəng, kifayət qədər görkəmli, fəqət brutal gücə malik olduğu gözə dəymirdi, baxmayaraq ki, o hər zaman belə olmasını arzulamışdı. İndi ombası nazilmiş, ayaqları boşalmışdı. Qəhrəmanlarını həmişə möhkəm, dözümlü və iztirablarında alicənab göstərən yazıçı terminal bir durumda, 1961-ci ildə sanatoriyadan Ketçuma qayıdırdı. Heminqueyi ruhlandırmaqdan ötrü ona bütün səlahiyyətlərə malik prezident Con Fitscerald Kennediyə bir təklif irəli sürməli olduğunu xatırlatdılar. Ancaq nə qədər fikirləşsə də ağlına heç nə gəlmədi, o, yalnız bu sözləri yaza bildi: “Artıq məndə heç nə alınmır, heç nə…” Çoxdandır özündə bu çöküşü hiss etmişdi və indi sözləri ilə təsdiqləyirdi. Tükənmişdi. O qədər tükənmişdi ki, hətta İkinci Dünya Müharibəsindən sonra Parisin “Ritz Hoteli”ndə işləyən Skott Fitscerald adlı barmen bütün dünyanın haqqında danışdığı bu misyö Fitsceraldın kim olduğunu soruşmuşdu. Əvvəllər cazibədar, həyatsevər, əsgər və döyüşçü ruhlu boksçu, ovçu, balıqçı, içməyi sevən bu tükənmiş adamın hekayəsi 63 il əvvəl İllinois ştatındakı “Oak Parkı”ndan başlayır. Atası Klarens Edmonds Heminquey ona balıq tutmağı, silahla davranmağı, maral, yenot, dələ, vəhşi göyərçin, göl balıqlarının ətindən kabab çəkməyi öyrətmişdi. Həm də onu öyrətmişdi ki, heç vaxt öldürməkdən həzz almaq xətrinə öldürməməlidir. Bu qızıl qaydanı oğlu böyüyəndə nə vaxtsa unutmuşdu. Heminquey ömrünü heyvanları qırmaqla keçirib. Keniyada şirləri ovlayan bir brakonyerin özündən razı şəkilləri neqativ lent kimi ürəkağrıdan və gülməlidir… Əlində tüfəng Venesiyada ördək vurur… Varqas Yosa deyirdi ki, Heminquey İspaniyaya öküz döyüşlərinə gələndə əvvəlcə respublikaçıların səngərlərini gəzirdi, fil öldürür ya da içib yerə sərələnərdi. O, macəra axtarışında olan birisi deyildi, əksinə tənha və gözü doymayan şıltaq adam təəssüratı yaradırdı: ədəbiyyatın istedadlı həşəratı. “Çünki onun üçün” – Varqas Yosa davam edir – “bütün yazıçılarda olduğu kimi, əsas, yaşamaq deyil, yazmaqdır”. Heminqueyin özü bir dəfə bunu etiraf etmişdi: “Yazmaq pis vərdişə çevriləndə ondan daha böyük həzzi yalnız ölüm verə bilər”. Lakin Borxes Heminqueyə başqa nəzərlərlə baxırdı. O, belə düşünürdü ki, romançı həyat təcrübələrini – Yaxın Şərq və İspaniyada müxbir işləməsini, Afrikada şir ovlamasını – öz əsərlərində əks etdirəndə ədəbiyyat naminə macəra axtarmırdı, bu, sadəcə onun özünə maraqlı idi. Borxes öz yazısında bunları əlavə etdi: “1954-cü ildə İsveç Akademiyası ona insan fəzilətlərini təbliğ etdiyinə görə Ədəbiyyat üzrə Nobel Mükafatı təqdim etdi. Yazmaq bacarığını itirmiş və dəli vəziyyətinə gəlmiş yazıçı sanatoriyadan çıxanda, 1961-ci ildə, ölmək fikrinə düşür. Həyatını zehni işə deyil macəra dolu səyahətlərə xərcləməsi onu çox ağrıdırdı”. Heminqueyin bu evdə həyatdan getməsi onun bütün o gərginlik içində yazdığı külliyyatının təcəssümü idi. Amma o yazıların üstündən illər keçmişdi və özünə qəsd edən başqası idi sanki, özünəməxsus hekayələri ilə debüt edən yazıçıdan uzaq bir Heminquey… Özünü öldürən güman ki, kədərli, istedadı çürümüş bir adam olmalı idi. O, yenilikçi deyildi, onun ədəbiyyatdakı hədəfi (Ceyms Coys kimi) Parisin “San Mişel Bulvarı”ndakı kafeləri gəzən yazıçılardan fərqli olaraq orijinallığı ilə seçilirdi. Bir şeydə Sezar Aira ilə razılaşıram ki, sənət adamlarının peşəkarlığı tükənəndə və hər şeyi ağ vərəqdən başlanması lazım olanda novatorlar meydana çıxır. Düşünürəm ki, indi peşəkarın qələmindən çıxmış romandan üstün yazı olmayanda təhlükəli, donmuş bir vəziyyət yaranır və buna görə də kastelyano dilində yeni mətn yaratmaq üçün hər şeyi yenidən başlamalı olursan. Heminquey ilk kitabını nəşr etdirəndə, bax dünya ədəbiyyatına lazım olan bu idi: oxucunun yazıçıdan umduğunu ona vermək, hekayə janrının gözəlliyini sənətə qaytarmaq, elə etmək ki, söz əsərin məzmunu ilə səsləşsin, onda olan hissiyyatı ötürsün. Toxunduğum məqamlar indi bizə asan görünür, amma keçmişdə yaxşı ədəbiyyat dərzinin biçdiyi paltar kimi olmalıydı – ütülü və bərli-bəzəkli. O zamanın neoqotik elementləri, yazmaq üçün elitar kollec təhsili və s. Heminqueyi xatırlamadan müasir hekayənin inkişafı barədə danışmaq olmaz. “Bir hekayə həmişə iki hadisəni nəql edir”, – Rikardo Piqliya belə deyir. Onun üçün klassik hekayə – Poe Kiroqa – hadisənin ümumi mənzərəsini nəql edir və gizlicə ikinci xəttin süjetini qurur, təəccüb effekti isə axırda sonuncunun üzə çıxması ilə baş verir. Müasir hekayədə isə (Çexov, Katrin Mansfild, Şervud Anderson, “Dublines”in müəllifi Coys və əlbəttə Heminquey) iki hadisə bir hadisə kimi nəql olunur. Heminqueyin hekayələrində ən vacib məqam göstərilmir, gizli süjet yazılmadan qurulur. Biz bunu yazıçının təkrarolunmaz əsərlərində görə bilərik. “Yağış altında pişik”, “Qatillər” (Yeri gəlmişkən rejissor Tarantino bu əsərdən çox şeyi mənimsəyib), “Başqaları yatanda”, “Təmiz və işıqlı yer”, “Böyük ikiürəkli çay” hekayələrini yaxşı xatırlayıram. Qarsia Markesin qeyd etdiyi kimi, Heminqueyin hekayələrində ən yaxşı cəhət onlarda çatışmazlıq təəssüratın olmasıdır. Məhz bu cəhət müəllifin hekayələrinə mistik bir gözəllik qatır. “İki ürəyin böyük çayında” gizli dediyimiz süjet – müharibə dəhşətlərinin Nik Adamsda yaratdığı effekt – o qədər zərgər dəqiqliyi ilə verilib ki, hekayəni oxuyanda elə bil balıq ovuna çıxan bir nəfərin bəsit təsvirini görürsən. Heminqueyin bu hekayədə sərgilədiyi peşəkarlıq möhtəşəmdir, çünki o, çatışmayan o hadisənin yoxluğuna nail olub. Eyni şey “Yağış altında pişik”də də baş verir. Bu, onun yazdığı yazıların ən yaxşısıdır. Cütlüyün tənhalığı – Doroti Parkerin söylədiyi kimi – yenicə ailə həyatı quran bir qadının aciz vəziyyətə düşmüş pişiyə qarşı (pişiyin yerinə bal ayına çıxdığı əri də ola bilər) göstərdiyi nəvazişin sadə təsvirində gizlənir. Bu, ədəbiyyat tarixində yazılmış ən yaxşı beş hekayədən biridir. Onun bayram ovqatlı hekayələrindən biri Parisin ən yaxşı vaxtlarında yazılmışdı. Mən 18 yaşımda həmin bu “Place de Saint Michel” kafesində oturub “Parisdə əsl bayram yaşanırdı” əsərini oxumasaydım yazıçı olmazdım. Müəllifin dediyinə görə bu kafe yazmaq üçün rahat, isti, təmiz və ürəkaçan bir yer idi, necə ki o, ən böyük əsərlərinin birində köhnə ofisiantların dili ilə “təmiz və işıqlı bir yer” ifadəsini işlədir. Dediyim bu kafedə müəllif şaxtalı bir gündə küləklə bərabər içəri daxil olan və vücudundan işıq saçan gözəl bir xanımla qarşılaşdığını təsvir edir. O qızı mən də görmüşdüm, Parisə ilk səfərimdə. Elə bu kafedə günah işlətməkdən qorxmayanlar kimi, əlində bir fincan çay kitab oxuyan bir qıza baxdığım yerdə ilk hekayəmi yazmağa çalışırdım. O, məni çox təəccübləndirmişdi, çünki indi qəribə səslənməsə də, 60-cı illərin Barselonasında bir qızın kafedə tək oturub kitab oxuması sanki bir yalana bənzəyirdi. Tüklərim biz-biz olmuşdu… Heminqueyin əsərindəki o xanım orda idi, üzərinə su çilənmiş saf şüşə kimi işığın altında bərq vururdu, üzünün dərisi də çox təravətli idi. “Mən daha bundan artığını heç vaxt görməyəcəyəm” – Baroxa son günlərində belə deyirdi. Kimsə onların fərqli cəhətlərini demişdi. Heminqueyin Baroxanı oxuyub-oxumadığı dəqiq məlum olmasa da, Baroxanın baxışlarından, yazıçı təxəyyülündən də o yana getmək kimi niyyəti vardı. Çalışırdı çayın o biri tərəfinə adlasın, ağacların arasına girsin, Rimbaudun dediyi o xoşbəxt və ilhamverici anları tutsun. Həmin o anlar bizə gizli olanları sezdirir, yəni bu, uzaq, heç zaman ayaq basmadığımız torpaqda baş vermir, elə qəlbimizdə anidən cücərən duyğuları bizə çatdırır. Lap uzağa, yazdığı mətndən də o yana, romanın təhlükəli ərazilərinə daxil olaraq (dolğun həyatında olduğu kimi) öz limitlərini aşaraq: “Bir gün anladım ki, roman yazmalıyam. Ancaq bu mənə ilğım kimi görünürdü. Özü də qələmi əlimə alanda daha çox güc sərf etməli olurdum, çalışırdım romanda olan bütün nə varsa hamısını süzgəcdən keçirərək bir abzasın içinə dürtüm”. “Qoca və dəniz” əsərini qırağa qoysaq Heminquey tənqidçilər tərəfindən o qədər də yaxşı qarşılanmayıb. Ədəbiyyat səviyyəsində onun pisliyə doğru getdiyi fikirləri eşidəndə Heminquey həqiqətən pis olmuşdu. Ancaq mən Roberto Bolanyonun tərəfindəyəm. Onun fikrincə “Olmaq ya olmamaq” da daxil (baxmayaraq ki, pis adla məşhurlaşıb), yazıçının əsərləri qeyri-standart təsir bağışlasa da mətnlərində valehedici və artistik bir cəhəti sezmək olar. “Zəng kimin üçün çalınır?”da da vəziyyət eyni cürədir və bu sözləri onun ən çox “tapdalanmış” – “Çayın o tayında, ağacların kölgəsində” romanı haqqında da söyləmək olar. Əsərin quruluşunda uyğunsuzluqları ilə, mətnində səliqəsizliyi ilə seçilən bu söz ustadının anomaliyalarına baxmayaraq, Heminquey bu romana özünü hopdurduğu qədər də əsərinin qayəsini – qələbənin mənasızlığı və iztirabın gözəlliyini ötürməyə nail olub.
Ən vacibi odur ki, bütün dahi yazıçılar kimi Heminquey də öz hüdudlarından kənara çıxamağa çalışıb. Və əgər nədəsə yanlışlığa yol veribsə, bağışlanandır! Onun buna haqqı çatırdı. Bu, yazı sənətində irəliləmək üçün çox vacibdir, sənətkarın keçdiyi yol kimi – büdrəyə-büdrəyə özünü düzəldərək və buraxdığın səhvlərlə böyüyərək. Yaddan çıxarmaq olmaz ki, Borxes və Kiplinqin söylədiyi kimi Heminquey özünü son dərəcə dəqiq, dürüst və incədən-incə bir sənətkar kimi görürdü. Onun üçün əsas ölümün qarşısına üzüağ çıxaraq özünə haqq qazandırmaq idi. O, qələbənin mənasızlığını Nobel aldığı gün başa düşdü – Afrikada ard-arda iki dəfə sərt eniş edən zaman beyin silkələnməsi diaqnozunu səbəb gətirən yazıçı Stokholma gedə bilmədiyi üçün öz zəifliyindən təəssüfləndi. Fiziki və əqli cəhətdən degenerasiya olurdu. İztirabın gözəlliyinə gəldikdə isə ömrünün son günlərindən o qədər də öyünə bilmirdi. Alkoqol və tütündən asılı olan vücudu sabahların birində həyat və ədəbiyyatla vidalaşaraq “boşanma” gülləsi ilə bütün dünyanı ayağa qaldırmağa qərar verdi. Təmiz və yaxşı işıqlandırılmış yerdə qoca bir ofisiant müştərisi haqqında belə demişdi: “Ötən həftə özünə qəsd etmək istədi”. Başqa bir gənc ofisiant onun nə üçün belə dediyini soruşanda belə cavab aldı: – Çarəsiz idi. Heminquey ölmək üçün Kubanı Ketçumdakı evlə dəyişmişdi. Bazar günlərin birində tezdən yerindən qalxdı. Yoldaşı hələ yuxuda idi. O, silah saxlanılan otağın açarlarını tapıb, vaxtilə quş vurduğu qoşalüləni dolduraraq alnına dirədi və atəş açdı. Paradoksal səslənsə də o, özündən sonra elə bir əsər qoyub getdi ki, çətinliklərə sinə gərən bütün qəhrəmanlar ondan nümunə götürsün. O əsər Entoni Berjesin dediyi kimi, ədəbiyyatdan da o yana təsir etdi, çünki ən pis Heminquey belə, bizə onu xatırladır ki, ədəbiyyatla dostlaşmaq üçün əvvəlcə həyatla dostlaşmalısan. ENRİKE VİLA-MATAS Barselona, aprel 1998 İspan dilindən tərcümə etdi, M.Məmmədli
Bir neçə Avropa ölkəsində səfərdə olmuşam. Səməd Vurğunun “Azərbaycan” şeiri dilimizin, poeziyamızın pasportu kimi görüşlərdə tez-tez karıma gəlir. Bu şeirin bir neçə bəndini gözəl şairimiz, müəllimim Ənvər Rzanın tərcüməsində də oxumuşuq. Amma Səməd Vurğun ilhamının bu şedevrini ingilis tərcüməçilər ingilis sillabizmində və ingilis poetexnikasında daha dəqiq, daha ekspressiv ifadə ediblər. Şeirin birinci bəndinin rus dilindən edilmiş iki tərcüməsini təqdim edirəm. Hansı yaxşıdır, bir baxın.
Steal the soul from its breast? Never let it be said! You’re my very own breath, my water and bread! See before me your cities and countryside spread. And forever your son-take this poet and man, Azerbaijan! Azerbaijan! (Herbert Marshall)
Full well our people understand: You are my nest, my haven and My mother, dearest native land. As dear as soul to any man! Azerbaijan, Azerbaijan! (Peter Tempest)
Rus tərcümə məktəbinin tanınmış nümayəndəsi, bir neçə dildən – fransız, ingilis, alman, italyan, gürcü və sair dillərdən onlarla məşhur əsər tərcümə etmiş (sonralar bu əsərlərin bəzisi rus dilindən Azərbaycan dilinə də çevrilib) şair Nikolay Zabolotskinin tərcümə ilə bağlı belə bir fikri var: “Əsl tərcümə fikrin tərcüməsidir. Əgər cümlə “bitmiş bir fikir ifadə edir”sə, mətni tərcümə edərkən həmin fikri tərcümə etmək lazımdır, ayrı-ayrı sözləri yox”. Mən tərcümə zamanı həmişə bu fikrə üstünlük vermişəm və fikrimcə, ən yaxşı tərcümələr də bu zaman yaranır.
Əzizim TƏRANƏ MƏMMƏD! Hər dəfə şeirlərini tərcümə etdiyim zaman bir daha sənə qarşı yaxınlıq, doğmalıq hissi keçirirəm. Bir şeirini də tərcüməmdə qəbul et. Ümid edirən ki, xoşuna gələcək.
Моя дорогая ТЕРАНЕ МЕММЕД! Каждый раз, когда я перевожу твои стихи, я испытываю чувство духовной близости и даже родства по отношению к тебе. Принимай ещё одно твоё стихотворение в моём переводе. Надеюсь, что тебе понравится.
Təranə MƏMMƏD
Oyan, Məmləkətim, sabahın xeyir!
Dan yeri sökülür, açılır səhər. Günəş Xəzərimə ilk salam deyir. Oyanır küçələr, oyanır şəhər, Oyan, Məmləkətim, sabahın xeyir!
Açılır Bakımın üzündən örpək, Birazdan alnlndan Günəş öpəcək. Şəfəqdən şəhərə nur səpələnir, Oyan, Məmləkətim, sabahın xeyir!
Şəkidən Şirvana,Muğandan Milə, Qədim Şamaxıdan cənub ellərə, Günəş addımlayıb dağlardan keçir, Oyan, Məmləkətim, sabahın xeyir!
Уже светает, утро наступает, Солнце Хазару привет посылает, Просыпаются улицы и дома, С добрым утром тебя, родная Cтрана!
Как только Баку лицо приоткроет, Тут же солнце в лоб его поцелует, Лучи солнца город озарят сполна, С добрым утром тебя, родная Cтрана!
В Шеки и Ширван, Миль и Муган, И в Шамаху, усталости не зная, Солнце спешит, через горы шагая, С добрым утром тебя, родная Cтрана!
Над Шушой нет туманов, наступил покой, Лачин приоделся, стал нарядный такой, Свой голос подаёт Кяльбаджар с высока, С добрым утром тебя, родная Cтрана!
Карабах, все районы прекрасны твои, У них есть, у каждого красоты свои, И все теперь свободны, свободна земля, С добрым утром тебя, родная Cтрана!
Родной Азербайджан мой, ты душа моя! Ты сердце, что бьётся в груди, ты жизнь моя! Твоей природы богатства славят тебя, С добрым утром тебя, родная Cтрана!
Aleksey Vasilyeviç Maksimov – onun babası, konservatoriyanın professoru, 65 yaşında
Vera Stepanovna Sinitsina – fiqurlu konki sürmə bölməsinin müdiri
Andrey Qaranin – 20 yaşında
Yuri Xabalov – 22 yaşında
İnqa Lavrova – 18 yaşında
MAKSİMOV. Tatyana!
TANYA. Yat, babacan.
MAKSİMOV. Yenə səhərin gözü açılmamış yataqdan qalxmısan? Axşam saat birdə yatağa uzanmısan.
TANYA. Deyinmə, babacan, lap doyunca yatmışam.
MAKSİMOV. Deyinmirəm, narahat oluram. İl on iki ay səhər saat beşdə qalxmaq oyanmaq olar? Tatyana, eşidirsən nə deyirəm, yəni məşqin vaxtını dəyişdirmək olmaz?
TANYA (yeyə-yeyə). Saat 8-də xokkeyçilər gəlirdilər.
MAKSİMOV. Məşq qurtarandan evə dəyib sonra instituta gedəcəksən?
TANYA. Yox, baba, vaxt haradadır? Mühazirəyə güc-bəla ilə çatacağam.
MAKSİMOV. Tatyana, vicdan haqqı ata-anana yazacağam.
TANYA. Xəbərçilik, sən deyən yaxşı iş deyil hə, babacan. Atamla-anam bu saat xaricdə mühüm tapşırığı yerinə yetirir. Sən isə gör nə fikirləşirsən, yazıb onları mən sarıdan nigaran qoyacaqsan. Yuxuları ərşə çəkiləcək. Bir də axı soruşmaq ayıb olmasın, niyə oyanmısan? Hələ üç saat da yata bilərsən…
MAKSİMOV. Özünü üzüb əldən salacaqsan, Tatyana, üzəcəksən özünü…
TANYA. Babacan, niyə başa düşmək istəmirsən, bir həftə sonra şəhər birinciliyidir. Axı…
MAKSİMOV. Öz aramızdır, Tatyanacan, öz konkilərinə yaman aludə olmusan… Heç olmasa əməlli-başlı yeyib-içdi?
TANYA. Babacan, uşaq-zadam məgər?
MAKSİMOV. Yəni məşqçiniz də səhər saat 6-da gəlir?
TANYA. Boris Feodoroviç? Nə danışırsan? O, hamınızdan qabaq gəlir.
MAKSİMOV. Məncə, sizin heç birinizin ağlı başında deyil… Andreyə deyərsən ki, axşam dərsim var, gələr, gözləyəcəyəm.
TANYA. Axşam onun məşqi var.
MAKSİMOV (əsəbi). Bir ay sonra konservatoriyada zaçotlar başlayır. Proqramın isə heç yarısı da yerinə yetirilməyib…
TANYA. Babacan, mən qaçdım. Sən isə, heç qanını qaraltma. Doğru sözümdür, sən mənim yaxşı babamsan. Xətrini dünyalar qədər istəyirəm. Gəl səni bir öpüm… (gedir).
MAKSİMOV. Hə, getdi… Qəribədir, dallarınca düşən yox, məcbur eləyən yox. Di gəl ki, saat 6-da buz kimi soyuq və nəm binada… Məşqçi Bobkov ağıllı adamdır… Di gəl ki… Yox, vallah ağıllarını itiriblər…
* * *
YURA. Mübahisə yox, buz üzərində yaxşı çıxış etmək lazımdır.
TANYA. Deməli mənim çıxışım pisdir?
BOBKOV. Öz səhvini boynuna almaqdan heç zaman çəkinmə . Tanya, Yura səhvə yol verəndə yüz dəfə, min dəfə təkrar edir. Sən səhv edəndə isə günahı onun üstünə yıxırsan.
YURA. Boris Feodroviç, görürsünüz də necə şıltaq qızdır….
TANYA. Sən isə, lovğasan, özündən bədgümansan….
BOBKOV. Yaxşı, ayırd edin, mən getdim. Axşama qədər…
TANYA. (sakitcə və nəvazişlə). Yura biz yenə də dalaşırıq?
YURA. Dalaşmırıq, işləyirik. Bu gün gözümə yaman şən görünürsən.
TANYA. Ola bilər. Məşqçi çığırır, oyundaş mübahisə edir, mən də sevinirəm…
YURA. Sevinmək hələ tezdir. Birincilikdə gərgin mübarizə aparmalıyıq.
TANYA. Apararıq.
YURA. Təkcə mübarizə aparmaq azdır. Maksimova-Xabalov dueti özünü doğrultmalıdır. İki dəfə ümumittifaq mükafatı almışıq, yadından çıxartma ha. Bizə yeni, daha yüksək nəticə gərəkdir…
TANYA. Yaman şöhrətpərəstsən, Yura Xabalov.
YURA. İstəyirəm beynəlxalq yarışda iştirak edim. Məgər bu pis arzudur?
TANYA. Elə bilirsən mən istəmirəm? Oy, Yurka, vaxtdır. Qaçdıq, mühazirəyə çatmaram.
YURA. Axşam gecikmə ha….
* * *
SİNİTSİNA. Sveta! Varlamova! Bir ayaq saxla….
VARLAMOVA. Salam, Vera Stepanovna.
SİNİTSİNA. Belə tez niyə? Sənin məşqin saat ondadır…
VARLAMOVA. Heç…. İstəyirəm özüm də bir az məşq edəm…
SİNİTSİNA. Deməli, belə, Varlamova. Babkovun idmançılarından şəhər birinciliyinə Maksimova-Xabalov düşüb. Dörd nəfər də Yudinanın idmançısıdır. Lavrova ilə Qaranini də sən məsləhət bilmisən. İnqa Lavrova güclü və perspektivli fiqurçudur. Qaranin isə,.. Hə isə, mənə elə gəlir ki… Bəlkə onu dəyişək?
VARLAMOVA. Məsləhət bilmirəm. Bu cavan oğlana zərbə olar…
SİNİTSİNA. Varlamova, risq etməyə vaxtımız yoxdur. Şəhərimizin şərəfini, bizim idman cəmiyyətinin şöhrətini qorumalıyıq. Özün bilirsən ki, ölkənin yığma komandasına düşmək necə şərəfdir. Gərək bu imkanı əldən buraxmayaq. Andreylə isə…..
VARLAMOVA. Yox, Vera Stepanovna, razı deyiləm….
SİNİTSİNA. Məşqçini öz şagirdləri qiymətləndirir, Sveta. Yadından çıxartma. Bax, elə Yudinanı götürək. Yetişdirmələri düz on ildir ki, birinci yeri tutur.
VARLAMOVA. Mənimsə idmana öz baxışım var. Vera Stepanovna.
SİNİTSİNA. Lavrova üçün layiqli bir oyundaş tapsaydın, bütün bu mübahisələrə asanlıqla son qoyulardı.
VARLAMOVA. Yox, Vera Stepanovna, İnqa ilə Qaranin çıxış edəcək….
SİNİTSİNA. Yaxşı öz işindir. Bir məşqçi kimi özün götür-qoy elə… Amma eşitmişəm başqalarına nisbətən o, az məşq edir.
VARLAMOVA. Elədir. Vaxtı azdır. Konservatoriyanın üçüncü kurs tələbəsi olmaq sizə zarafat gəlməsin.
SİNİTSİNA. Heç olmasa o Qaranin bir fərli pianoçudur?
VARLAMOVA. İstedadına söz ola bilməz. Belə deyirlər. Özü də professor Maksimovun tələbəsidir.
SİNİTSİNA. Əgər belə istedad sahibidirsə, nə düşüb fiqurlu konki sürmənin dalısıycan?
VARLAMOVA. İdmanı sevir, Vera Stepanovna.
SİNİTSİNA. Nə deyim? Ona görə sənin də qanını qaralacaq ha. Yadında saxla… yaxşı, mən getdim…
VARLAMOVA. Xoş getdin, Vera Stepanovna….
* * *
YURA. Anduruşka coşub…..
TANYA. Hə, yamanca coşub… Özü də bəxtəvər Şopendən çalır.
YURA. Şopendən çaldığını sən haradan bildin?
TANYA. Babamın bütün tələbələri evə gəlir. İstər-istəməz oyrənməli oluram….
YURA. Konservatoriyada yer azlıq edir?
TANYA. Otağa heyfin gəlir?
YURA. Pijonun birisi Şopendən çalır, səndə əriyirsən, hə?
TANYA. Qorxma, ərimərəm, buz üzərində gəzməkdən özüm də buza dönmüşəm….
YURA. Yenə ələ salırsan?
TANYA. Mən xoşbəxtəm.
YURA. Nə üçün?
TANYA. Özün bilirsən.
YURA. Maksimka…..
TANYA. Xoşbəxtəm, xoşbəxtəm, xoşbəxtəm!
YURA. Sənin kirpiklərin yağışdan islanıb.
TANYA. Yurka…. Birdən papam gələr…
YURA. Yanaqların da yaşdır,.. dodaqların da… Saçlarında da damcılar var.
TANYA. İndi babam gələr…
YURA. Onlar Şopenlə məşğuldurlar…..(musiqi kəsilir). Bir görürsən, Şopen də elə bil bir az musiqini uzada bilməzdi……
MAKSİMOV (Andreylə gəlir). Pis deyil, Andrey, deyəsən qaydasına düşür… Hə, Tatyana, axır ki, gəlib çıxdın. Salam, Yura.
ANDREY. Səhər tezdən Svetlana Nikolayevnanı xəbərdar eləmişdim ki, dərsim var.
TANYA. Svetlana bir söz demirdi. Amma İnqa bir əsib-coşdu ki, gəl görəsən.
ANDREY. Birinciyə kimləri göndərəcəklər? Qərara aldılar?
YURA. Siyahı çoxdan tərtib olunub. İnqa ilə sənin də adın var. Bax, Andrey, özünü gözlə ha… Rəqibik.
MAKSİMOV. Məncə, həvəskar idmanda rəqiblər olmur. Mübarizə yoldaşı, oyundaş var… Düz demirəm?
YURA. Aleksey Vasilyeviç, beynəlxalq yarışa var-tut üç cüt idmançı gedə-getməyə. Məgər rəqabət aparmaq mümkündür? Əlbəttə, müsbət mənada…
TANYA. Babacan, çay içəcəyik? Acından lap ürəyim gedir.
MAKSİMOV. Tort almışam. Tortu çox sevdiyini bilirəm.
TANYA. Bu xəyanətdir, babacan. Qəsdən tort almısan?
YURA. Axı bizə şirin şey yemək olmaz, professor…
MAKSİMOV. Acınacaqlı həyat keçirirsiniz, cavan adamlar. Çox, acımalı, çox qəribə…
TANYA. Bəs incəsənətdə necə? Hər şey asan başa gəlir? Tələbələrlə orqanda məşğul olmaq üçün hər gün səhər altıda konservatoriyaya getməyindən özün danışırdın ki,….
MAKSİMOV. Hə, incəsənət… istedad, məqsəd və sənətdir. Yura bədən tərbiyə institutunda oxuduğu üçün fiqurlu konki sürmə onun üçün sənət hesab olunur. Amma sizin üçün… Şəxsən mənə idman mane olmur… Bu gün bir zaçotu başdan elədim.
MAKSİMOV. “Başdan elədim”. Sən bunun sözünə bir bax. Başa bəla memar… Deməli, tezliklə Moskvaya gedirsiniz…. Heç olmasa ümid var?
YURA. O əsgər pisdir ki, professor….
MAKSİMOV. Bəs nə vaxt general olursunuz?
TANYA. Oh.. baba. Bir həftə sonra şəhər birinciliyidir. Sonra isə …..
* * *
KOMENTATORUN SƏSİ. … yaxşı taydırlar. Maksimova ilə Xabalov əla formadadırlar. Onların çıxışı hamını heyran edir. Zaldan eşidilən alqış sədaları da bunu təsdiq edir. Cəsarətlə demək olar ki, tezliklə qələbə öz qollarını onlara açacaq…
VARLAMOVA. İnqa, Andrey, nə badə zala, həkimlərə baxasınız. Tamaşaçılar haqqında da fikirləşməyin, fikriniz yalnız və yalnız bir-birinizdə və yerinə yetirdəcəyiniz hərəkətlərdə olsun. Çalışın hər elementi dəqiq icra edəsiniz. Dünənki çıxışınız xoşuma gəldi. Mümkün xaldan…
İNQA. 5,4. 5,5-ni qazandıq. Məgər bu, yaxşı nəticədir? Onların xalı isə 5,8-5,9-dur.
VARLAMOVA. Ruhdan düşməyin. Haydı buz sizi gözləyir. Boris Feodoroviç, mənimkilərə baxırsan?
BOBKOV. Bu dəqiqə gəlirəm. Hə, uşaqlar -Tanya, Yura, afərin sizə. Pis olmadı.
TANYA. Təşəkkürü biz sizə etməliyik. Boris Feodroviç. Özü də bir dəfə yox, milyon dəfə….
KOMENTATORUN SƏSİ (musiqi sədaları altında)… Lavrova ilə Qaranini yarışlara bizim gənc məşqçi Svetlana Varlamova hazırlayıb, hər ikisi yaxşı formadadır. Dünən mümkün xal uğrunda uğurla mübarizə aparmışlar, hazırda üçüncü yerdə gedirlər…. Eh…təəssüf… çox təəssüf ki, Qaranin səhvə yol verdi… Eyb etməz, bu çıxışın hələ başlanğıcıdır.
TANYA. Andryuşa həyəcan hissi keçirir. Yaman narahatdır.
KOMENTATORUN SƏSİ. Daha bir uğursuzluq… Qaraninin yıxılmasını deyirəm, heyf, çox heyf, dalbadal üç səhv. Onun oyundaşı İnqa Lavrova açıq-aşkar əsəbiləşib. Hiss olunur ki, uşaqlar özlərini itiriblər, həvəsdən düşüblər. Qaraninin daha bir səhvi… Təəssüf…
TANYA. Yurka, bu əməlli-başlı uğursuzluqdur. Bərkə heç çempionata buraxmadılar.
YURA. Bu, həkimlər kollegiyasının necə qərar qəbul etməsindən asılıdır.
* * *
TANYA. Andryuşa tək-tənha orada dəhlizə dayanıb. Get, ona təsəlli ver.
YURA. Bərkə tək olmaq ona daha xoşdur.
TANYA. Ola bilməz. İstəmirsənsə, mən özüm gedim.
YURA. Lazım deyil. Varlamova özü onunla danışar.
TANYA. İnqanı gördün? Hikkəsindən yeri-göyü dağıdırdı. Yaman tünd xasiyyəti var. Qapını var gücü ilə çırpıb xudahafizləşmədən çıxıb getdi, heç sabahını fikirləşmir. Fikirləşmir ki, öz başına da belə iş gələ bilər.
YURA. Zənn eləmə. O çox bacarıqlı idmançıdır.
TANYA. Andruşkanın yanına gedirəm. Gedim, qüssəsini dağıdım.
YURA. Bir bax, Andrey Cvetlana Nikolayevna ilə buraya gəlir.
VARLAMOVA. Tanya, Yura, dağılın biz Andreylə söhbət etməliyik. Hə, nə dayanmısınız, tərpənsəniz…
ANDREY. Svetlana Nikolayevna, mən sizi gözləyirdim. Gözləyirdim deyəm ki…
VARLAMOVA. İnqa ilə sən Moskvaya gedirsiniz?..
ANDREY. …deyim ki, mən fiqurlu konki sürməni tərk edirəm. Bəli, tərk edirəm. Özü də birdəfəlik…
VARLAMOVA (sanki eşitmir). … var qüvvəmizlə məşq edəcəyik…
ANDREY. … ona görə ki, mən idman üçün yaramıram. Bir də idmanla məşğul olmayacağam. Bu günkü çıxışım mənim üçün əla dərs oldu. İnqanı da, sizi də, özümü də biabırçı vəziyyətdə qoydum.
VARLAMOVA. Sən sap-sağlam oğlansan, isterik hal sənə yaraşmır.
ANDREY. Mənim üçün çətindir. Bacarmıram, mənə inanmırlar, mən…
VARLAMOVA. Sən bir buna bax: “Mənə, məni, mən….” Heç mənim haqqımda fikirləşmisən? Bu səkkiz ay ərzində sənin üstündə nə qədər əziyyət çəkmişəm. Nə qədər yuxusuz gecələr, narahat gündüzlər keçirmişəm. Elə bilirsən bundan ayrılmaq, özü də gücün, qüvvən olduğu halda ayrılmaq asan işdir? Mən məşqçiliyə məhz ona görə keçdim ki, sevdiyim peşəni sənin kimilərə öyrədim. Sizdə idmana məhəbbət, idmana sədaqət tərbiyə edim, igidlik dözüm aşılayım… (pauza)
ANDREY. Yaxşı, Svetlana Nikolayevna, deməli həmişəki kimi saat səkkizdə, eləmi?
VARLAMOVA. Hə… Saat səkkizə qədər Bobkovun məşqi var…
* * *
YURA. Yorulmuşam, Boris Feodroviş. İki saat at kimi məşq etmişik.
BOBKOV. Mən atlarla yox, idmançılarla məşq edirəm.
YURA. …. və mahiyyət etibarı ilə heç nəyə nail olmamışıq.
BOBKOV. Mən… başa saldım ki…
YURA. Mən isə oyuna yeni element daxil etməyi təklif edirəm…
BOBKOV. … başa saldım ki, bu mümkün olan iş deyil, proqrama ziddir, bildin?
YURA. Siz özümüzü sınamağa belə imkan vermirsiniz.
BOBKOV. Lazım bilmirəm.
YURA. İntizama boyun qoyuram, ancaq diktatorluğa…
TANYA. Yurka, dəli olmusan?
BOBKOV. Dayan, Tanya. Yura, sən bədən tərbiyə institutunda üçüncü kursda oxuyursan. Bundan xəbərimiz var. Sənə elə gəlir ki, artıq sən də özünə görə bir məşqçisən. Amma hələlik məşqçi yox, mənim şagirdimsən. Hazırlanmış proqramı dəyişmək olmaz, vəssalam… (gedir)
TANYA. Yur… Nə olub sənə? Nə özündən çıxmısan?
YURA. Səninlə mən artıq bəbə deyilik. Fiqurlu konki sürmə aləmində bizim də öz aləmimiz var.
TANYA. İdmançı kimi bizi Bobkov yetişdirib.
YURA. Boş sözdür, o da olmasaydı bir Allah bəndəsi bizimlə məşğul olacaqdı. əsas biz özümüzük.
TANYA. Düz on ildir bizim yolumuzda can qoyur. Naşükür olma. O vaxtlar sənin on iki mənim isə on yaşım vardı….
YURA. Biz onun əlinə göydən düşmüşük. O zamanlar bizim kimi şagirdləri əli çıraqlı axtarırdı. Elə indi də buna ehtiyacı var.
TANYA. Danışığını bilmirsən, bilmirsən ,Yura…
YURA. Bobkov ustadır. Amma əgər vicdanla desək, məşqçi kimi o, iki nömrəlidir.
TANYA. Sənə qulaq asmaq istəmirəm.
YURA. İki nömrəli. Və nə qədər ki, Yudina var, o elə iki nömrə olaraq qalacaq da. Yudinanın yetirmələri həmişə birinci yeri götürür. Hakimlər də artıq adət ediblər. Yudina – firmadır. Bir nömrəli məşqçidir. Açığı, Boris Feodoroviçin boynumuzda minnəti az deyil, amma biz də… Məşqçini şöhrətləndirən onun şagirdləridir, yadından çıxartma.
* * *
VARLAMOVA. Nə yaxşı ki, sən burdasan, Borya.
BOBKOV. Nə xəbər?
VARLAMOVA. İnqa Lavrova məni tərk edir, Borya.
BOBKOV. Şayiədir, yoxsa özü deyib?
VARLAMOVA. Öz sözüdür, heç nə olmayıbmış kimi çox sakitcə: “Svetlana Nikolayevna, acığınız tutmasın mən….” – dedi.
BOBKOV. Yudinanın yanına gedib?
VARLAMOVA. Demə, onunla da, Vera Stepanovna ilə də razılaşıbmış. Başa düşürəm. Yudina asdır… adı sanı… Mənim isə…
BOBKOV (acı kədərlə). Məşqçinin yoluna heç vaxt qızılgül səpmirlər, Sveta.
VARLAMOVA. Axı nə üçün məşqçiliyə tamah saldım (ağlayır). Hələ özüm yarışlarda da çıxış edə bilərdim.
BOBKOV. Şöhrətin aləmə yayıldığı bir vaxtda bizi tərk etdin.
VARLAMOVA. Şöhrətin mətləbə nə dəxli? Mən buzu sevirəm. İdmanı sevirəm. Bütün bu güzəştləri ona görə edirdim ki, lovğa bir qız çəkdiyim bütün əziyyətlərə tüpürsün və sakitcə çıxıb getsin?..
BOBKOV. Şəxsi şöhrəti deyil məhz idmanı sevdiyi üçün də, Svetacan, məşqçi oldun. Şöhrət göz qamaşdırıcıdır. Lakin sənin gözlərin ondan qamaşmadı. Əgər idmançı şöhrətə həddindən artıq aludə olursa, bu, təhlükəlidir. Bütün bu sınaqlardan şərəflə çıxmısan.
VARLAMOVA. Boriya, mənə bir yol göstər, de görüm nə edim? Bəlkə bölmədən çıxım gedim.
BOBKOV. Gedə bilərsən?
VARLAMOVA. Əgər… Axı ayıbdır
BOBKOV. Bəs Qaranin?
VARLAMOVA. Yəqin o da İnqa ilə gedəcək, axı onlar birgə çıxış edirlər.
* * *
TANYA. Bu, nankorluqdur, xəyanətdir, xəyanət.
İNQA. Səsin özünə xoş gəlməsin, Maksimova. Heç bilirsən Varlamova nə vaxt əsil məşqçi olacaq? Biz idmanı atandan yüz il sonra. Hə, Yudinanın yanına gedirəm. Bəs nə bilmisən? Bu, idmandır. Mübarizədir. Özünü əzib-büzməyin adı yoxdur. Birbaşa məqsədə doğru getmək lazımdır. Biz hamımız irəli çıxmağa, ad-san qazanmağa, yer tutmağa can atırıq…
TANYA. Ancaq yoldaşa badalaq atmaq hesabına yox. Svetlanaya yaman badalaq gəldin. O, təzə-təzə başlayırdı, sən da Andreylə…
ANDREY. Mən getmirəm…
YURA. Elə niyə? Siz ki, oyundaşsınız? İnqa, bu necə olur?
İNQA. Öz işidir, getmir – getməsin.
TANYA. Hələ sən oyundaşını da atırsanmış…
İNQA. Di, bəsdir. Evcik-evcik oynamağımız yetər. Yox, Maksimova, mən siz düşünən qədər də axmaq deyiləm. Zəhmət çəkirəm. Bəs onun bəhrəsini görməyim? Beş-altı saat konkidə nəyin xətrinə tər tökürəm?
TANYA. Doğurdan da maraqlıdır, nəyin?
İNQA. Tanyacan, düzünü bilmək istəsən, bizim hamımız birinci yerin xətrinə tər tökürük. Yox siz hələ bunlara baxın. Elə cəfakeşdirlər ki, hər biri öz yerini yoldaşına güzəştlə getməyə həvəslə hazırdır. Sizə inanmıram, yalandan özünüzü belə göstərirsiniz. Mən isə, heç olmasa, açıq danışıram: bəli, mən birinci yerə çıxmaq istəyirəm. Yalan deməyinə, yalan demirəm, amma hamınız üstümə tökülürsünüz…..
YURA. Hamı yox, mən sizinlə razılaşıram.
İNQA. Eşitdiniz? Xabalov ağıllı oğlandır.
YURA. Doğru buyurursan, İnqa. Evcik-evcik oynamaq vaxtımız deyil. Artıq yetişmiş idmançılarıq. Bizə ölkənin şərəfini qorumaq həvalə olunur.
ANDREY. Mən getdim, məşqçi gözləyir.
İNQA. Mən də getdim, hələlik.
YURA. Nahaq yerə ürəyinə salırsan, Tanya… Yoxsa mənə acığın tutdu?
TANYA. Yox, təəccübləndim.
YURA. Mən ürəyimdən keçənləri dedim.
TANYA. Paltarımı dəyişməliyəm. Xahiş edirəm, məni yalqız buraxasan.
YURA. Küçədə səni gözləyəcəyəm.
TANYA. Gözləmə, tələsirəm. Mühazirəyə gecikirəm.
YURA. Heç nədən qanını….
TANYA. Xahiş edirəm, çıxasan…
YURA. Başqaları üçün özünü belə həlak etməyini istəməzdim.
TANYA. Çıx get, xahiş edirəm, get…
YURA. Yaxşı, acıqlanma, gedirəm (gedir).
VARLAMOVA. Nə olub, Tanya?
TANYA. Heç (pauza). Andrey nə edir?
VARLAMOVA. O özünə inamı itirib. Necə qaytarım, bilmirəm.
ANDREY (gəlir). Bağışlayın, Svetlana Nikolayevna, bu gün gələ bilməyəcəyəm, çalışaram ki… sonra… bir qədər gec gəlim… Üzr istəyirəm…
VARLAMOVA. Yaxşı axşama qədər gözləyəcəyəm. Eh, Maksimuşka, dəli şeytan deyir, çırmala qollarını, gir ortaya, özün çıxış elə… Nə isə, hələlik, mən getdim.
ANDREY. Qulaq as, Tanya, səndən bir xahişim var… Özüm bacarmıram. Svetlana Nikoloyevnaya de ki, daha mən məşqə gəlməyəcəyəm… Doğru sözümdür. İdmanı tərk edirəm.
TANYA. Be-lə bayaq İnqa, indi də sən… Yoldaşı dar ayaqda qoyub qaçırsınız.
ANDREY. Qalmağımın və yaxud getməyimin heç bir xeyri yoxdur. Onsuz da qanıqaraçılıqdan savayı heç nə gətirmirəm.
TANYA (istehza ilə). Sən necə geniş qəlbli imişsən. Gör ha, heç bilməmişəm. Demək, məşqçinə yazığın gəlir? (ucadan, əsəbi). Bəs özündə elə bir qüvvə tapa bilmirsən ki, yaranmış vəziyyəti aradan qaldırasan, hə? Özün üçün də. Svetlana üçün də qələbə çalasan, buna gücün çatmır? Sənə nə var ki, incimiş vəziyyətdə baş götürüb gedirsən. Bəs başqaları?…
ANDREY. Eh elə bilirsəm mənim üçün asandır? fiqurlu konki sürmək Mənim üçün heç bilirsən nə deməkdir? Musiqi ilə də vidalaşmaq deməkdir. Maksimka, qorxuram bir pianoçu kimi də mənim bazarım bağlansın. Mən yalnız məşqdən qayıdandan sonra məşqçinin dediyinə əməl edə bildiyim gün yaxşı çalıram… Başa düşürsən, musiqidə mənə lazım olan şeyləri mən buzun üzərində tapıram….
* * *
BOBKOV. Niyə gecikirsən, Tanya? Gəzmədiyim yer qalmayıb? Yağlı əppək olub çəkilmişdin göyə. …Xabalov artıq buzun üstündədir. Sən heç paltarını da dəyişməmisən… Bəs konkilərin haradadır, Tanya?
TANYA. Sizə sözüm var, Boris Feodoroviç. Amma xahiş edirəm dərhal özünüzdən çıxmayasınız.
BOBKOV. Bəs sonra necə özümdən çıxsam olar?
TANYA. Mənim yaxşı idmançı olmağım üçün düz on il çalışmış, olmazın əziyyət çəkmisiniz… Təşəkkürümü heç bilmirəm necə bildirim?!. Minnətdaram… Sizi o qədər sevirəm ki….
BOBKOV. Sənə nə olub? Mənə vurulmusan nədir? (zarafatla) Bəs Yurka?
TANYA. Əgər bilsəydiniz mətləbi açmaqda necə çətinlik çəkirəm…
BOBKOV. Əgər çətinlik çəkirsənsə, birbaşa de…
TANYA. Qaranin oyundaşsız qaldı. O, təhlükədədir. Sarsıla bilər. Sveta Varlamova da pis vəziyyətdədir.
BOBKOV. Davam et.
TANYA. İcazə verin Varlamovanın komandasına keçim. Andreylə çıxış etmək üçün idmanın qarşılıqlı yoldaşlıq yardımı olduğunu bizə siz öyrətmisiniz. Komanda yoldaşlarının mənafelərinin birinci yerdə durduğunu da bizə siz başa salmısınız. Öyrətmisiniz ki, idman işə, yoldaşlara pak münasibət deməkdir.
BOBKOV. Xabalov bilir?
TANYA. Əvvəlcə sizinlə məsləhətləşmək qərarına gəldim.
BOBKOV. Axı o səninlə…. O… axı… Siz, sadəcə, oyundaş deyilsiniz
TANYA. O məni başa düşər……
***
VARLAMOVA. Borya, nə olub? Əllərin əsir.
BOBKOV. Svetlana Maksimova sənin komandana keçmək üçün məndən icazə istəyir.
VARLAMOVA. Yaxşı zarafatdır. Amma yeri deyil. Mən nə hayda, sən nə hayda…
BOBKOV. Doğru sözümdür, Sveta, özüm də razılıq verdim. Qəbul et. Qaraninlə çıxış etmək istəyir… Eh, Sveta, razılığımı bildirsəm də, acığımdan dişim bağırsağımı kəsir. Amma buraxmaya da bilmərəm. Vicdanım yol vermir. Bax, Siveta, yaşayırsan, işləyirsən, əlləşib-vuruşursan, qışqırıb bağırırsan… Sanki ətrafda heç bir dəyişiklik olmur. Birdən ayılıb görürsən ki, sən nəinki əla idmançı, habelə əsl insan yetişdirmisən. Bu, çox qiymətlidir, Sveta. Bu hər cür medal və rütbədən üstündür. (Yuranın səsini eşidib) Sən get, Sveta, cavanlar buraya gəlirlər. İndi bir hay-küy qopsun ki, gəl görəsən.
YURA. Onun başına hava gəlib. Bu… bu…. Mən bilmirəm necə adlandırım. Ümumittifaq turnir ərəfəsində… Bir il sonra beynəlxalq… Qaraninə yazığı gəlib. Heç bu da sözdür? Tüpürüm ona.
TANYA. Sənin belə yanaşacağını bilmirdim.
YURA. Sən yalnız özünü deyil, məni də məğlubiyyətə düçar edirsən. On il əziyyət çəkəsən, axırı da ki… Boris Feodoroviç, bəs siz niyə ağzınıza su almısınız?
BOBKOV. Qulaq asıram. Özü də böyük maraqla.
YURA. Deməli, razısınız. Deməli, mane olmayacaqsınız?
BOBKOV. Deməli, razıyam, deməli, mane olmayacağam.
YURA. Siz heç olmasa mənim haqqımda fikirləşirsiniz? Bəs mən nə edim?
BOBKOV. Lena Yaşşenko ilə çıxış edərsən. Onsuz da ona oyundaş lazımdır.
YURA. Belə. Deməli, sözləşmisiniz, Boris Feodoroviç. Mən Lena Yaşşenko ilə çıxış etmiyəcəyəm, mən İnqa Lavrova ilə çıxacağam.
TANYA. Sən? Yudinanın komandasına?
YURA. Mənim üçün idman oyuncaq deyil. İdman – işdir, Boris Feodoroviç, mən sizə borcluyam… Minnətdaram. Amma axır vaxtlar sizin yanınızda… Mən heç də həmişə sizinlə razılaşa bilmirdim. Mənə başqa məşqçi lazımdır. Tanyanın hərəkəti, nəhayət, mənə qəti addım atmağa ruhlandırdı.
BOBKOV. Sən nahaq yerə bu qədər danışırsan, Yura. Səni saxlamıram, səninlə Lavrova əla oyundaşsınız. Yudina da qiyamət məşqçi. Onun yanına getsən, itirməzsən. Əksinə, nə vaxtsa hətta çempion olarsan… Amma nədənsə sənin gələcəkdə çempion olmaq ehtimalın məni sevindirmir, Yura. Bundan sonra həyatda və idmanda necə yaşamaq haqqında fikirləş, Yura. Yaxşı yol…
YURA. Təşəkkür edirəm. Fikirləşərəm.
TANYA. Gör bir sən nə etdin? Necə cəsarətin çatdı?
YURA. Hamısı sənin ucbatındandır. Hər şeyi yoluna qoymaq olar. Hələlik gec deyil.
TANYA. Məgər məsələ təkcə bundadır?
YURA. Gəl birlikdə Yudinanın yanına gedək. O bizi götürər. Onu dilə tutaram.
TANYA. Sən heç nə başa düşmədin, heç nə, heç nə…
YURA. Biz həmişə bir yerdə olmuşuq. Həmişə bir yerdə…
TANYA. Burax məni, mən gedirəm, burax….
YURA. Andrey nəyinə lazımdır?
TANYA. Burax dedim…
YURA. Fikirləş, Varlamova sənə nə verə bilər? Fikirləş.
TANYA. Nə??? Ü r ə k… (qaçır)
***
VARLAMOVA. Tanya, bu gün Andreylə yaxşı məşq etdiniz. Belə getsə, yarış uğurlu keçəcək. Hə, yeri gəlmişkən, Yura ilə aran necədir?
TANYA. Biz ayrı-ayrı planetlərdə yaşayırıq.
VARLAMOVA. Dünən səni qapının girəcəyində çox gözlədi.
TANYA. Bilirəm o çıxıb gedənə qədər qəsdən oturub gözlədim.
VARLAMOVA. Amma bununla belə onu sevirsən.
TANYA. Ayrı-ayrı planetlər…
VARLAMOVA. Amma öz aramızdır, özün-özünə elədin.
TANYA. Bu barədə lazım deyil, Sveta. Hələ də özümə gələ bilmirəm.
VARLAMOVA. Bilirəm, İnqa orada onunladır.
TANYA. O, Yurkanı əldən buraxmaz. Zəli kimi yapışıb qopmaq bilmir.
***
SİNİTSİNA. Heç dinləmək belə istəmirəm. Maksimova ilə Qaranini Moskvaya aparmaq olmaz. Mən ki, Boris Feodroviç , özün gördün ki, necə zəif çıxış edirdilər.
BOBKOV. Uşaqlar Svetanın öyrətdiyi təzə elementləri hələ nümayiş etdirməyiblər. Tamaşa edin, ondan sonra etirazınızı bildirərsiniz. Andrey özünü doğruldub.
SİNİTSİNA. Çox gözəl, çox pakizə, qoy məşq etsinlər, bir il sonra gedərlər.
VARLAMOVA. Uşaqlar bu il çıxış etməli, özlərini göstərməlidirlər. Görürəm ki, razılıq vermək istəmirsiniz. Elə isə deyin görək, nəyin xətrinə bu qədər əlləşirik? Nəyin xətrinə bu qədər idman sarayları tikirik? Dövlət idmana böyük məbləğdə pul xərcləyir. Niyə, nədən ötrü? Bir-iki çempionun xətrinə? Əsla. Elə gənclər tərbiyə etmək istəyirik ki, onlar həm fiziki inkişafı, həm də mənəvi keyfiyyətləri ilə doğma yurdun şöhrət imarətini ucaltsınlar.
BOBKOV. Sveta doğru deyir, yalnız çempion yetişdirmək azdır, onlardan insan, öz isinə, öz əməlinə sədaqətli adamlar yetişdirmək lazımdır.
***
KOMMETATORUN SƏSİ (“Kampanella” çalınır). Bu iki nəfər ilk dəfə birlikdə buz üzərinə çıxırlar. Buz üzərində cəmisi üç ay məşq ediblər (alqışlar). Yaxşı təəssürat bağışlayırlar. Gənc məşqçi Svetlana Varlamova bu gün onların timsalında öz dəsti-xəttini nümayiş etdirəcək (alqışlar). Tamaşaçılar heyran olmuşlar. Hakimlər hələlik xalları müəyyənləşdirməkdə çətinlik çəkirlər. Nəhayət, xallar elan edilir: 5,5-… 5,5-… 5,5-… Tamaşaçılar narazılıqlarını bildirirlər. Xallarla razılaşmırlar…
Bu gün fiqurlu konki sürmə üzrə Maksimova ilə yanaşı daha bir idmançının – Andrey Qaranin adı parladı.
SƏSLƏR. Ədalətli olmadı. Düzgün qiymət verilmədi!
VARLAMOVA. Hay-küy qaldırmayın. Hər şey düzgün oldu. Proqram hələ bitkin deyil. Arada səhvlər də oldu. Amma biz istəyimizə nail olduq doğrudur, uşaqlar?
ANDREY. Tanya, Tanyacan, mənə acığın tutmur ki? …Axı sən mənə görə… İndi birinci yeri tutmuşdun.
TANYA (gülür). Gənc Verterin istirabları başlandı, ha, ha, ha…
BOBKOV. Haradadır onlar? Sveta, yaxın gəl, məni qucaqla, yoxsa özüm səni qucaqlayaram. Bu gün Allah haqqı sənə paxıllığım tutdu.
VARLAMOVA. Niyə, Borya. Onlar ki, mükafat ala bilmədilər.
BOBKOV. Məsələ yalnız mükafatdadır? Uşaqlara yalnız buz üzərində çıxış etməyi öyrətmək azdır, onlara həm də sevinməyi öyrətmək lazımdır. Uşaqlar, bu günkü çıxışınızı görüb, məşqçi ürəyim alacəhrə quşu kimi nəğmə oxumağa başladı. Təbrik edirəm.
SİNİTSİNA. İnqa ilə Yura bura gəlirlər.
İNQA (açıqla). Dördüncü yer. Az qala ürəyi partlasın.
VARLAMOVA. Dördüncü yer kubok uğrunda mübarizə aparmağa haqq verir.
İNQA. Nəyimə lazımdı dördüncü yer? Hakimlər təcrübəsizdirlər.
BOBKOV. Xallar düzgün müəyyənləşdirilib, İnqa. Yaxşı çıxış etdiniz, ancaq yaddan çıxarma ki, bura Moskvadır. Ölkənin ən güclü fiqurçuları buraya toplaşıb. Qələbə asanlıqla qazanılmır. Əgər sən fiqurlu konki sürməyi sevirsənsə…
İNQA. Axı, mənə o, nə verdi? Gecə bilmə, gündüz bilmə; Vaxtlı-vaxtında yeyib-içmə. Yoruldum, təngə gəldim daha. Qabaqda həmişə başqalarıdır. Bəs mən nə vaxt birinci yerə çıxacağam? Bu əzab-əziyyətsiz də yaşamaq olar. Özünüz çıxış edin. Qoyun Maksimova çıxış etsin. Baxın gözləri gülür. Amma heç onuncu yerə də çıxa bilmədi (ağlayaraq qaçır).
BOBKOV. Hə dostlar gedək bufetə? Qəhvə, pirojna… Qorxmayın, mən qonaq edirəm…
***
YURA. Tanya, xahiş edirəm, bir dəqiqə ayaq saxlayasan…
TANYA. Bəli, mən sizi eşidirəm.
YURA. O vaxt niyə çıxıb getdin? Səninlə mən bu gün daha yaxşı çıxış edərdim. Birinci yer bizim olardı.
TANYA. Yox, Yura. Elə məhz səninlə qələbə çala bilməzdim, heç vaxt. Amma sən kefini pozma. İnqa özünü əla alar, siz mükafata yiyələnərsiniz. İndi isə, acığın tutmasın. Mənim kefim yaxşıdır, gedirəm qəhvə içməyə…
YURA. Sabah geriyə qayıdırsan?
TANYA. Aha…
YURA. Biz hələ buradayıq.
TANYA (şən). Bilirəm. Sənə uğurlar arzulayıram, Yurka!..
YURA. Getdi… Bəs niyə mənə müvəffəqiyyət arzuladı?….
***
MAKSİMOV. Tatyana.
TANYA. Yat, babacan.
MAKSİMOV. Yenə səhərin gözü açılmamış qalxmısan? Özünü həlak edəcəksən.
TANYA. Deyinmə, babacan, mən vanna otağına getdim, sən də get, yat.
Müasir rus ədəbiyyatının gənc şairələrindən (ixtisasca jurnalist) olan Vera Polozkovanın uşaqlar üçün yazmış olduğu iki şeir Cəvahir Tanrıverdinin tərcüməsində (Вера Полозкова. Стихи.):
MƏNİM ƏZİZ ANAM
Gəlib məqalə yazmağa Budur mənim əziz anam. İş başlayıb, mən qoynunda Bükülmüşəm, yurd salmışam.
Öhdəsindən gəlsin gərək Yüz iş, beş yüz bir sualın. Mən özümlə götürmüşəm Sarı topu, al qatarı.
O, əlbəttə, deyəcəkdir: “Sürüş, düş, öz otağın var.” Aydındır, burda lazımam, Hər ailədə bir birlik var.
Lap yatmaq vaxtı gəlsə də, Axşam düşsə də, getmirəm. Bilirəm, çətindir ona, Mən ki kömək etməliyəm.
Uğursuzluqdan, pislikdən Qaçıb sevgiylə durmuşuq. Qorxma, ana, səninləyik Mən, qatarım, bir də topum.
I want to tell you a story that happened in the summer days. It was the first days of May. We’ve only just moved to the dacha on the outskirts of Baku. I was walking with my grandchild Nigar in the garden, watched the charms of cherry, apricot and almond trees that were in blossom. We were sniffing roses recently bloomed and smelled sweet.
At times I was to answer the endless questions of five-year-old Nigar, then tried to explain to her who wanted to know, sleeking down her silky hair. The little girl was interested in everything: the birds singing early in the morning, working bees that suck the sweet-smelling flowers and make honey, the “comb” on the head of hoopoe, how are fed many-coloured butterflies, and so on…
At that very moment, two swallows flew away overhead. We noticed that they flew extremely low and perched on the ceiling of our veranda. Very soon the birds flew away and were back again.
This time they brought the chaff and all kinds of brushwood on their beaks. They did the same things over and over again, they didn”t get tired, flew away and back, and were building for themselves a nest by all kinds of brushwood, sand grains and clay.
We’re used to seeing these two swallows. We missed them when they disappeared sometimes. And the birds no longer feared us. The female swallow stayed at the nest, she was sitting on her eggs. Nigar was also looking forward to see how the little swallows would be born out of the eggs.
One morning we woke up from the peeps of birds. The female swallow hatched. The male swallow was flying over the nest, peeping and chirping noisily.
Every other morning each of us and the little Nigar saw an interesting scene. The parent-swallows taking care of each little swallow and separately feeding them who opened mouths widely. They found earthworm out of wet soil, took the little insects on the air, and untiredly carried to their nest.
One day Nigar asked me:
“Grandma, will these little birds always be in the nest?”
“Honey, when the female-swallow teaches them to fly they’ll leave their nest”
“But they have not been yet covered with fluff…”
“Yes, my sweet, they have not become hairy yet…”
“I see, these little birds will fly when they get feathered, and spread their wings”
Soon we have also witnessed the appearance of this moment. One of the hot days in early morning the female and male swallows perched on an electrical wire near the nest and were chirping, as if they told something their little babies. We watched this scene together with Nigar. Suddenly my granddaughter squealed with delight.
“Grandma, this is the flying day of little swallows, I think!”
“Look, how the nest is narrow for them! Let us see, how they fly!”
The noisy lessons and support of parents had encouraged the little swallows. First, the more courageous one perched on the edge of nest and began to jump up and down, and suddenly opened her delicate wings and flied directly to the wire, and perched on next to her mother. As if the rest of the little swallows stood in a queue for flying as the other baby. This time female-swallow flied to the nest chirping noisily, then flied back to the wire. As though she was making her babies understand how to fly.
The nest became animated; the little birds that have been already grown up bustled about the nest and wanted to fly. At last all the rest swallows flied to the electrical wire and perched on next to mother.
The next day and all coming days the little birds frequently found themselves flying and perched on the branches of trees, flower bushes and the edge of pool.
At last, one day female and male swallows and their babies flied away and disappeared absolutely. The nest that we looked at every time with love had been emptied. A new life had begun for them, a period to fly on the blue heavens. Nigar has been asking me a lot lately.
“When our swallows will be back?”
I understood her longing for her winged friends, said:
“Don’t worry, my sweetheart Nigar, they say swallows return back to their first nest. They will be back again to give birth to their babies, grow up their little sweets and teach them to fly. They will be back when we feel the smell of spring, they are first signs of spring…”