Turan Uğur – Fədailərimizi tanıyaq

Fədailərimizi tanıyaq! (4)

Günlərdən Qulamhüseyn Beqdeli.

(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə ithafən!
Qulamhüseyn Beqdeli və Xəlil Rza Ulutürkün xatirələrindən
)
Beqdeli Şəhriyarı şəxsən gördüyünü bildirir.Şəhriyarın sitar adlı üçtelli musiqi alətində gözəl havalar çaldığını söyləyir.Çox iri olan qara gözləri həmişə kədər dumanına bürünən Şəhriyar çalır, bəzən kirpiyindən üzülən göz yaşı yanağında parlayır.
Şəhriyarın iri, uzun əlləri, sanki fil sümüyündən yaranmış barmaqları, sitar çalmaq üçün saxladığı uzun dırnaqları vardı.Yalnız Cənubi Azərbaycanda deyil, həmçinin bütün İranda böyük şairlik nüfuzuna malik olan Şəhriyarı sevirlər, hətta ona maddi kömək göstərirlər. Elə vaxt olur ki, Şəhriyarın ünvanına içində 40-50 min tümən pul olan zərflər gəlir.Belə zərfləri şairə verməyə ar edən poçtalyonlar zərfləri şairin anasına təqdim edirlər.Şəhriyar bundan xəbər tutanda pulu götürüb, öz adətincə, ehtiyacı olan adamlar arasında paylayır.Tehranda yaşadığı zaman onun tez-tez Savə qəsəbəsinə getdiyini, kəndlilərə kömək etdiyini söyləyirlər.Tehranın 6 kilometrliyindən türk kəndləri başlayır.
Girəm ki, abu dane dəriğəm nədaştənd,
Çün makonənd ba ğəme bi həmzəbaniyəm.
(Tutalım ki, dəni-suyu məndən əsirgəmədilər,
Bəs Həmzəbanım yoxdu, bu qəmimə neyləyərlər?)
Qürbətdə keçirdiyi bütün illərdə Şəhriyarın könlü vətən eşqi ilə çırpınmış, həmzəban aramışdı.Burada Şəhriyarın işlətdiyi “abu-danə” -“dən-su” ifadəsinə xüsusi diqqət yetirək:
“Dən-su” ifadəsi insandan daha çox quşa, həm də qəfəs quşuna verilən bir neməti bildirir.Bu o deməkdir ki, Şəhriyar Tehranda keçən illərini qəfəsdə çırpınan quş sanarmış.
Şəhriyarın Tehrandan Təbrizə köçməsinin psixoloji səbəblərini məhz bu misralarda aramaq lazımdır.Tehranda yaşamaq maddi cəhətdən daha əlverilşli olsa da, o daha böyük amalı, mənəvi ehtiyacını ödəmək üçün Təbrizə qayıtmaq yolunu üstün sayıb.
03.05.2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kənan Hacı: – Həmid Herisçini özünə ustad bilənlər…

YAZARLARIN TRİBUNASI

Dünənə qədər Həmid Herisçini özünə ustad bilənlər bu gün onu linç etməklə məşğuldurlar. Siz yazıçı nüfuzunun aşağı düşməsindən danışırsınız, oxucunun kitabdan üz döndərməsindən dəm vurursunuz. Amma öz qələm dostunuzun statuslarınızın altında təhqir olunduğuna göz yumursunuz! Onun “ölüm xəbəri”ni tirajlayıb bundan ləzzət alırsınız. Özünə “ədəbiyyat adamı” deyən kəs öz həmkarına qarşı axıdılan çirkab selinə kənardan durub baxa bilməz!
HƏMİD HERİSÇİnin Azərbaycan Yazıçılar Birliyinin üzvü olmasında hansı qəbahət var? Bəlkə Aqronomlar Birliyinə ya Memarlar İttifaqına üzv olmalıydı?!
Bu nə hay-həşirdir? Bir yazıçının Yazıçılar Birliyinə üzv olması niyə bu qədər ajiotaj doğurmalıdır? Bu, hər bir yaradıcı şəxsin öz seçimi, öz qərarıdır. Düşünürəm ki, Yazıçılar Birliyinə qarşı şəxsi ambisiyalar üzərində qurulan təmənnalı münasibət də dəyişməlidir. Narazılıqların kökündə də bu dayanır. Yazıçının işi mətn yazmaqdır. Həmid bəyin də Yazıçılar Birliyində təmsil olunması təbiidir. O, böyük yazıçıdır. Gəlin, dəyərlərimizin qədrini bilək.


TRİBUNADA: KƏNAN HACI

KƏNAN HACININ YAZILARI

HƏMİD HERİSÇİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞAHLAR GÖYTÜRK: – Günümüz qutlu olsun!

TÜRKLÜK GÜNÜNƏ SÖZARDI

20 ildən çoxdur ki, Göytürk imzası ilə tanınıram. Bu adı sevərək şərəflə daşımağımla, uca və əziz tutmağımla fəxr edirəm.
Göytürk adı etnik kimliyimizin göstəricisi, üçrəngli bayrağımızdakı göy rəngə əbədi sayğı nümunəsidir.

Bu ada sayğı duymayanlar türklük düşmənləri, öz kökündən xəbərsiz nadanlardır.

Göytürk adını təxəllüs götürməyim mənə bu illər ərzində baha başa gəlib.Bu ad zombiləşmiş “ziyalılar”ı elə ilk gündən rahatsız edib.

Mən bu adla, təəssüf ki, ən çox sapı özümüzdən olan baltalarla savaşmışam. O savaş bu gün də gizli şəkildə davam edir!

Onları güclü göstərən vəzifə, məni qüdrətli edən isə Vicdan, Vətən, Dövlət, Millət və Ana dili sevgisidir.

Mənə bu mübarizədə ilk gündən ən böyük mənəvi dəstəyi və xeyir-duanı Xalq şairi dəyərli millət vəkilimiz Sabir Rüstəmxanlı verib.

Bu adı özümə təxəllüs seçərkən qarşıda məni hansı çətinliklərin gözlədiyini çox yaxşı bilirdim.

Torpaqlarımız işğal alltında olduğu vaxtlarda ölkəmizdə türk düşmənçiliyi tüğyan edirdi. Bəziləri adımın qarşısında Göytürk sözünü görəndə sanki qutuda ilanı görürdülər. Elə bu gün də yazılarımın ayrı-ayrı səhifələrdə paylaşılmamasının əsas səbəbi Göytürk imzası ilə çıxış etməyimdir.

Şükürlər olsun, çölümüzdəki və içimizdəki türk düşmənləri uca xalqımızın gücünü, qüdrətini gördülər. Qazandığımız möhtəşəm tarixi Zəfərdən sonra sanki qurbağa gölünə bir daş atıldı.Qurbağaların səsi xırp kəsildi.
Türk adını türkiyəçiliklə eyniləşdirən diplomlu cahillər üz-üzə cəsarətləri çatmadığından indi də arxamca quruldaşırlar.
Amma haqq səsim o qədər güclüdür ki, qurbağaların qur-qur səsini batırır.

Mən bu mənəvi gücü qalib dövlətimizin yürütdüyü düzgün siyasətdən– müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” məfkurəsindən alıram.

Etnik kimliyindən asılı olmayaraq dilimizi, millətimizi, bayrağımızı sevən, dövlətimizə sadiq olan, üçrəngli bayrağımız altında öz soyu, dili, inancı ilə qürur duyan hər bir ləyaqətli Azərbaycan vətəndaşını özümə doğma, əziz bilir və hər birini Bütöv Azərbaycanımızın milli sərvəti hesab edirəm.
Türkçülük Günü 80 ilə yaxındır ki, türk dünyasının birlik və qardaşlıq sumgəsinə çevrilib.
Günümüz qutlu olsun!

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞƏFƏQ SAHİBLİ – QOŞA QANADIM


QOŞA QANADIM

Altaylardan başlanan yollarına qurbanam ,
Bir-birinə sarılan qollarına qurbanam .
Göy Tanrının haqqıdır ruhumdakı bu inam ,
Bir sinədə döyünən iki müqəddəs canam,
Mənim ulu Türkiyəm şanlı Azərbaycanım !

Ulu Qorqud qopuzu müdriklik nəğməsidir ,
Səslənir pərdə- pərdə qoca türkü isidir .
Böyük Turan elləri Tanrının töhvəsidir,
Qürurla dalğalanır məmləkət üstə qanım ,
Mənim ulu Türkiyəm, şanlı Azərbaycanım !

Tarixlərə aynadır Çanaqqala döyüşü,
Türk oğlunun alnından tarixlərə gün düşüb.
Böyük istiqbalımın yox geriyə dönüşü ,
Milyonlarn qəlbidir bölünməyən ünvanım,
Mənim ulu Türkiyəm ,şanlı Azərbaycanım !

Umidsiz qaytarmadın heç kimsəni qapından,
Bəzən canın ağrıdı vecsiz “balta sapın “dan .
Fələk döndərə bilməz səni öz kitabından
Ulu turan imzalı uca dinim ,imanım,
Mənim ulu Türkiyəm ,şanlı Azərbaycanım !

Dünya batıra bilməz haqq yolunda haqq qanı,
Zaman-zaman yedilər qoca Türkün haqqını ,
Tarix bu gün qaytarır uca Türkün haqqını,
Şükür ,yetişdi dövran ,zaman mənim zamanım ,
Mənim ulu Türkiyəm ,şanlı Azərbaycanım !…

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Yaz yağışı

YAZ YAĞIŞI

(Esse)
Yağan yaz yağışı düz sinəsinin ortasındakı qara xala kədərdən qapqara nəm çəkmişdi. Qan rəngli yanaqlar bağrının qara düyününün ahından solğunlaşıb, boynunu lap bənövşə kimi bükmüşdü. Yaxınlıqdakı çobanyastığı topasına tərəf boylanıb yazıq-yazıq dərdlərini bölüşmək istədi

– Hamı məni sevir, adım dillər əzbəridir. Çiçəklərin tacı hesab olunuram. Adıma nəgmələr qoşurlar, əzizlənirəm. Elə ki, dağ döşünə, düzlərə çıxdım dəstə-dəstə insanlar mənlə şəkil çəkdirməyə növbəyə dururlar. Analar adımdan qızlarına ad verir, şairlər vəsfimdən doymaq bilmir. Nasirlər şəhid qanının müqəddəsliyindən rəng aldığımı deyir.
Təkcə özüm bildiyim kədərimi isə bir kimsə görmür, duymur. Lap səhnədə xoşbəxt qız rolunu şən qəhqəhələrlə oynayan, amma həyatda ən bədbəxt insan olan aktrisa kimiyəm. Qəfil azacıq artıq olan günəş hərarəti, yağan yağış, əsən külək qısaca ömrümüzə bağırımızdakı qara xal kimi nöqtə qoyur. Ya da acı olsaq da ac bir quzunun iştahlı mələməsinə qurban gedirik. Birdən də kimsənin əyləncə həvəsinin ehtirasında qırılır ömrümüz. Dərib bizi bir neçə anlıq sevilməyin məstindən keçirib, tezcə solan ləçəklərimizi miskincəsinə ayaqlar altına atırlar.
Çobanyastığı topasından ağ, nazlı görkəmi ilə göz oxşayan biri qanrılıb lalə tərəfə sanki ona təskinlik verirmiş kimi dilləndi:

– Qəm yemə dostum. Biz də səninin günündəyik. Düzdü bizi yağış sənin kimi incitmir. Bağrımızda qara düyünlü xalımız yoxdu deyə sanma ki, dünyanın dərdsiz bəxtəvərləriyik. Min bir dərdin dərmanı olsaq da adımıza nəğmə qoşmazlar. İnsanlara sağlamlıq bəxş etsək də ünvanımıza zəqqutun acılığındayıq deyirlər. Bizi yolub cızzağımız çıxanacan qurudurlar, sonra da basıb çaydana qaynar suda qaynadıllar. Dərdlərə dərman, xəstələrə şəfa olan canımızı qətlə yetirib heç uf demirlər. Bu azmış kimi yeniyetmələrin sevir-sevmir sınamasında tutub bizi kəsilmiş toyuq kimi yolurlar. Qızlar da, oğlanlar da vay o gündən yolulan ləçəyimizin sonuncusunu niyyəti ilə düz gəlməməyi ola, onda hirslə necə sarı bağrımıza dağ çəkdiyini görəsən. Elə bil kiminsə sevməməyində günahkar bizik. Ən axırıncı lazımsıza bənzədib, hələ bir arxamızca lənətləyirlər də. Bəzən də istədikləri arzuya düz gələn axırıncı ləcəyimiz qopardıb elə atılıb düşürlər ki, saplağımız da, bətnimizdəki sarı toxumçuqlar da ayaqlar altında taptanaraq məhv olur.
Hələ bizə tənə ilə sirkan deyənlər də tapılır.

Ruhunu incitməyə ehtiyat edirmiş kimi bir əl lalələri də çobanyastığını da oxşadı. Elə bil sehirli hənirti vardı bu barmaqların ucunda. Qəlblərini duyaraq lalələrin də, çobanyastığı çiçəklərinin də ən zərifini, ən məsumunu həm də ən acizini dərdi. Üzülən çobanyastığı da, lalə də qətillərinə verilən fərmana boyun bükəndə heç bilməzdilər ki, onlar dünyanın bütün çobanyastığı çiçəklərindən, bütün lalələrindən ən xoşbəxti, ən şanslısı olacaqlar.
Çobanyastığı və lalələrin ən bəxtəvəri onları üzüb əldə tutandan dünyanın ən gözəl, ən məsum, mələkləri belə heyrətə salan nur simalı təkinə ünvanlandı. Ecazkar təbəssümdən çiçək dəstəsinə elə bir şəfqət seli axdı ki, çiçəklər sevgi etizasından bayıldı. Onların əksi bir cüt qonur dəryaya hopub əbədi olaraq xoşbəxt dalğaların qoynuna köçdü.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu


Dünyanı dərk eləyəndən
İlk sözümüz minacatdı.
Qəlbim nələr istəmədi? –
Arzularım minə çatdı…

Düşdüm yolların ağına,
Dırmandım hikmət dağına,
Baş qoyub yar ayağına
Axır ki, murada çatdım.

Məcnun tək səhraya düşdüm,
Sevgi ocağında bişdim,
Qismətimə hicran düşdü,
Sevən ürəyim çat-çatdı…

Qəlbi daşmış o yarın da,
Mən keçmişdə, o yarında,
Şeir-sənət diyarında
Bəlkə yolum sona çatdı?

Yazdım, pozdum, fikrə getdim,
Yaralı bülbül tək ötdüm,
Əlimdən gələni etdim, –
Neynim, gücüm buna çatdı…

03.05.2024

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ana dilim – Ata yurdum!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!

Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif:  Zaur USTAC

ZAUR USTAC HAQQINDA

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Platonun fikrincə, filosof substantiv və instrumental olmaqla iki növ ağıla sahibdir.

Platonun fikrincə, filosof substantiv və instrumental olmaqla iki növ ağıla sahibdir. Lakin “xalq”ın ağlı instrumental olduğu üçün məhduddur, Instrumental ağıl başqa insanlar üçün ümumidir, ona görə də dövlət idarəçiliyi üçün kifayət deyil. Platonun dövləti ancaq filosofların idarə edə biləcəyini düşünməsi qismən buna görə idi. O deyirdi ki, filosoflar hakimiyyətə gəlməsə və ya hakimiyyətdəkilər fəlsəfə etməsə, insanların iztirabları bitməyəcək.
Platon Daidalosun heykəlləri vasitəsilə fikir və həqiqi bilik arasında fərq də izah etmişdir. Rəvayətə görə, bu heykəllər canlıdır və daim yerlərini dəyişir. Necə ki bizim də bir müddət sonra fikirlərimiz dəyişəcək. İnformasiya hərəkətdə deyil, sabitdir, elə buna görə də fikir və inanclardan daha qiymətlidir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mayıl Asiman

Mayıl Məmmədli Həsən oğlu ( Mayıl Asiman ) 1961-ci ildə May ayının 2-də Tərtər rayonunun İrəvanlı kəndində anadan olub.
1967 — 1977-ci illərdə Soyulan kənd orta məktəbində orta təhsil alıb.
1978 — 1979-cu illərdə Gəncə şəhər 9 saylı Texniki Peşə məktəbində rəngsaz peşəsinə yeyələnib.
1986 — 1991-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ” Teatr Rejissoru ” ixtisası üzrə təhsil alıb.
1980 — 1982-ci illərdə Ukrayna Respublikasının Vinnitsa vilayətində Hərbi Aviasiya bölməsində təyyarəçi-mexanik ixtisası üzrə kursant məktəbini bitirərək Lvov və Krım vilayətlərində hərbi xidmət keçib.
1986-cı ilin ilk Yanvar günündən Qubadlı rayonuna köçərək Qubadlı rayon Mədəniyyət Evi və Mədəniyyət Şöbəsində metodist, avtoklub müdiri, dram dərnəyi rəhbəri. bədii rəhbər və Qubadlı rayon Mədəniyyət Evinin direktoru kimi bir neçə vəzifədə çalışmışdır.
Qubadlı rayonu” Bərgüşad ” ansamblının üzvü kimi televiziyada, konsertlərdə və el şənliklərində çıxışlar edib.
Kiçik yaşlarından şeirləri və publisist yazılarıyla dövrü mətbuatda dərc edilmiş, sonralar bir neçə kitablarda oçerk və xatirələri, publisist yazıları yer almışdır.
1993-cü ilin sentyabrından hal-hazıra kimi Bakı Beynəlxalq Dəniz Limanının yataqxanasında məcburi köçgün həyatı yaşamaqdadır.
2014-cü ildə ” Adiloğlu ” nəşriyyatında ” Eşqim məcnun söyüddü ” adlı ilk şeirlər kitabı çap olunmşdur.
” Ali Ziya ” və “Xəzan ” jurnallarında,
Tehranda nəşr olunan ” Xudafərin ” jurnalında,
Türkiyədə nəşr olunan —- 2 cildlik Avrasiya Şairləri Antologiyasında,
Azərbaycan Türkiyə Ədəbiyyat Şöləni — ” ATƏŞ 2016 ” almanaxında,
” Turana açılan kõnūllər ” antologiyasında,
Türk Dünyası Şairləri seriyasından olan ” BUTA -1 ” , ” BUTA–2 ” , ” BUTA–3 ” və “Nəsimi” ədəbi almanaxlarında şeirləri yer alıb.
Azərbaycan Ziyalı Ocağı İctimai Birliyinin və S. Rəhimov adına Qubadlı rayon Ədəbi Birliyinin üzvüdür.
Ailəlidir 1 qızı , 1 oğlu və 4 nəvəsi var.
Qərbi Azərbaycanın Dərələyəz və Vedi mahalından olan atası və anası 1948-ci ildə Azərbaycana deportasiya olunaraq Tərtər rayonunda yeni salınmış İrəvanlı kəndində məskunlaşmışlar.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu auditoriyada

May 2024 – şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq YUSİFOĞLU auditoriyada.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru