İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.
Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, sonra M.P. Vaqifin məqbərəsinin qarşısında və Cıdır düzündə davam edib. FOTOLAR:
ƏSƏD (Dəyərli tənqidçimiz Əsəd Cahangirin 55 iliyinə)
Dərsindən aldığın qoşa beşləri Ömrünün tağına düzmüsən Əsəd. Fələyi “aldadıb” müəllim əvəzi, Özünə “qoşa beş” yazmısan Əsəd. * * * Hər beşin gül ətri, gül çəməni var, Göz ol, bu ömürün fələk dilindən. Zaman da bir ogey anaya dönüb, Xatirə dəftəri düşmür əlindən. * * * Bu “qoşa beş”lərin qoşa çinardı Yığıb kölgəsinə sözü, kəlamı. Nəğməyə dönübdü könül bulağın, Durub səcdəsinə dincəlir hamı. * * * Bu kağız ömürün, bu yaz ömürün, Günəş nəfəsindən doymaq çətindi. Sən sözün tanrısı, sözün mələyi, Səni Tanrı qədər duymaq çətindi. * * * Sözün bağrın yarıb qoydun mizana, Mizanın gözünü əymisən bu gün. Bəzəyib dünyanı söz atəşinə Sözün libasını geymisən bu gün. * * * Əlli beş aldığın ömür payından, Hər kəsin yoluna bir işıq saldın. Tanrıya çox şükür, bu gəlişinlə Ədəbi aləmə yaraşıq saldın. Müəllif: Nəcibə İLKİN
ƏSƏD CAHANGİRƏ (İnsan mənzərələri silsiləsindən)
Səni bir şəhər tanıdım, küçəsi, xiyabanıyla… Səni bir şəhər tanıdım, çayı da axar yanıyla. * * * Çayqırağı söyüd, çinar, küçəsində göyrüşləri, Gecə başına yığışar, abdalları, dərvişləri. * * * “Səs”di, “Söz”dü, “Rəng”di deyim şəhərin xiyabanları… Cin iynədən qorxan kimi qorxutdun qulyabanları. * * * Heç kəslə işin olmadı, özün özünlə çarpışdın, Sən həmişə yükümüzün ağır tayından yapışdın. * * * Köçün köç içindən keçər, köçün köçlərə qarışmaz, Özünü yorma! – bilirsən qar ilə günəş barışmaz. * * * Qələmin döyüş atıdı, kimi qorxdu, kimi ürkdü. Kümbəzin quşqonmazında cah-cəlalın mübarəkdi. * * * Göydən hansı qatdan gəlir, yazıb hansı qatda qoydun?! Dədəmiz Qorqud namıyla yazarlara ad da qoydun. * * * Sənə “Dayanma!” söyləyən o Allahın zalım olsun! Qələmin üstünə düşən kölgəliyi qalın olsun! 30.06.2021. Müəllif: İlham QƏHRƏMAN
QAYTAR MƏNİ DƏNİZLƏRƏ (Əsəd Cahangirə)
Ulu Tanrım, dünya məni Gəlişimə kiritmədi. Duzlu olur dəniz suyu, Saxladığın çürütmədi. Qaytar məni dənizlərə. * * * Göy suların arasında Əzizləsin yosun məniə Gözlərimin qarasında Su pərisi yusun məni. Qaytar məni dənizlərə. * * * Çay olmağı diləyirəm, Sal qayalar yar-yara. Mən qovuşmaq istəyirəm Dəryalara, ümmnalara. Qaytar məni dənizlərə. * * * Hər nə olum, hər kim olum, Bezmişəm Yer deyiləndən. Balığına qoy yem olum Adamların əyiləndən. Qaytar məni dəzinlərə. * * * Təmizliyin itiriməyir, İstəyirəm təmiz olum. Suyu çirkab götürməyir, İstəyirəm dəniz olum. Qaytar məni dənizlərə, Qaytar məni dənizlərə. Müəllif: Bəhram FƏRMANOV